AZƏRBAYCANIN ĠRANDA DĠPLOMATĠK NÜMAYƏNDƏLĠYĠ - A zərbaycan Xalq Cü mhuriyyətini İran
dövlətində təmsil edən elçilik. A zərbaycan müstəqillik qazandıqdan dərhal sonra İranla normal qonşuluq və dostluq
münasibətləri yaratmağa başladı. Azərbaycan Höku məti 1918 il sentyabrın 12-də İrana nümayəndə - işlər vəkili təyin
etməyi qəra ra ald ı. La kin İran tərə fi ilk va xtla r Azə rbaycan Xalq Cü mhuriyyətini tanımaq və onunla diplo matik ə laqələr
qurmaqdan imtina etdi. 1918 il sentyabrın 6-da Azərbaycanın İstanbuldakı nümayəndə heyətinin başçısı Məhəmməd
Əmin Rəsulzadə Azərbaycan xarici işlər nazirinə məlu mat verd i ki, Şimali A zərbaycanda müstəqil dövlətin yaradılması
barədə İstiqlal bəyannaməsinin surətini
201
buradakı İran konsulluğuna təqdim etmiş, İran konsulu isə bu sənədi zərfə qoyub geri qaytarmış, ona əlavə olun-muş
vərəqdə bildirmişdi ki, o, Azə rbaycan adında dövlətin müstəqilliy ini tanımır.
1918 ilin yazında Os manlı qoşunlarının Cənubi Azərbaycana da xil olmasından sonra Şimali Azə rbaycan təbə-
ələrinin mənafeyini qoramaq məqsədilə Təbrizdə Azərbaycan konsulluğu fəaliyyətə başladı. Konsulluğa ilk dövrdə
Teymur bəy Məlik-Aslanov, sonra Yusif Ziya və Rauf bəy başçılıq et mişdilər. Türk qoşunlarının 1918 ilin noyabrında
Cənubi Azə rbaycanı tərk et məsindən sonra İran höku məti bu konsulluğu bağladı.
İranla ilk diplo matik münasibətlər 1919 ilin martında Azərbaycan Xalq Cü mhuriyyətinin Tehrana fövqəladə mis-
siya göndərməsi ilə quruldu. İs mayıl xan Ziyad xan ın (Ziyad xanov) başçılıq etdiy i bu missiya şah hökuməti ilə İran ın
Bakıda və Gəncədə, A zərbaycanın isə Tehran, Təbriz, Rəşt və Məşhəddə diplomatik nü mayəndəliklər açmaq təklifini
mü zakirə etdi. 1919 il iyulun 16-da Azərbaycan Höku məti İranda diplo matik nü mayəndəlik təsis etmək haqqında qərar
çıxardı. Azərbaycan xarici işlər nazirin in müavin i Adil xan Ziyad xan isə nü mayəndəliyin başçısı təyin o lundu. Azər-
baycanın diplomatik nümayəndəsi Tehranda şah və hökumət üzvləri tərəfindən hörmətlə qəbul edild i. Şah Azərbaycan
Xalq Cü mhuriyyətin in Təbrizdə və digər şəhərlərdə daimi rəs mi nü mayəndəliklərinin açılmasına razılıq verd i. 1920 il
fevralın 4-də Ənzəlidə Azərbaycanın vitse-konsulluğu yaradıldı. 1920 il aprelin 1-dən isə Azərbaycan Xalq
Cü mhuriyyətinin Təbrizdə baş konsulluğu, Rəştdə konsulluğu, Məşhəddə vitse-konsulluğu, Əhər və Xoy şəhərlərində
konsul agentlikləri təsis edildi.
Azərbaycanın diplo mat ik nümayəndəliy i iki ölkə arasında ticarət ə laqələ rin in in kişaf etdirilməsi, iqtisadiyyat,
nəqliyyat və digər sahələrdə müqavilə lər bağlan ması üçün danışıqla ra başladı. A.Ziyad xan İranda yaşayan azərbaycan-
lıların mədəni-maarif işlərinə xüsusi diqqət yetirirdi. O, 1920 ilin əvvəlində Azərbaycan xarici işlər nazirinə ünvanladığı
mə ktubda diplo matik nü mayəndəliyin xeyriyyə cəmiyyəti və Azə rbaycan türkcəsini öyrədən cəmiyyət yaratdığını, dul
qadınlara və yetimlərə yardım göstərmək, türk d ilində məktəb açmaq, türkcə qəzet nəşr etmək və sair işlər görə b ilmək
üçün maddi vəsaitə ehtiyacı olduğunu bildirmişdi. A.Ziyad xanov Naxçıvandan didərgin düşənlərə yard ım göstərilməsi,
İran ermən ilərinin Naxçıvana hücumunun qarşısının alın ması istiqamətində də fəal iş aparırd ı.
İrandakı Azərbaycan nümayəndəliy i ölkədə baş verən ictimai-siyasi proseslər, İrandakı azərbaycanlıların vəziy -
yəti, onların Azə rbaycan Cü mhuriyyətinə münasibətləri haqqında Ba kıya müntə zə m məlu mat göndərirdi. A.Ziyadxanov
1920 ilin martında xarici işlər nazirinə məktubunda yazırdı: "İran A zərbaycanında İrandan ayrılmaq və Azərbaycan Xalq
Cü mhuriyyətinə b irləşmək istiqamətində... təbliğat gedir. Azərbaycan... bu hadisələrdən ö z maraq ları xeyrinə istifadə
etmə lid ir". Aprelin 11-də göndərilən mə ktubda isə bildirilirdi: "İran sürünür; ...keç miş ə zə mətdən əsər-əla mət qalmay ıb...
Farsların bizim respublikaya münasibəti o qədər də yaxşı deyil, İran A zərbaycanı türkləri isə əksinə, b izə qardaşcasına və
dostcasına münasibət bəsləyirlər. İran A zərbaycanı... müstəqilliyə və Farsistandan ayrılmağa can atır". Aprelin 12-də
göndərilən məktubda Cənubi Azərbaycanda inqilab i əhvali-ruhiyyənin gücləndiyi daha aydın qeyd edilirdi: "İran
azərbaycanlıları açıq de-
202
yirlər ki, A zərbaycan azərbaycanlıla r üçündür, ...nə va xta qədər Tehrandan göndərilən fars hakimlərini do landıracağıq".
Azərbaycan diplo matik nümayəndəsinin bu mə lu matları elə hə min dövrdə Təbrizdə Şey x Məhə mməd Xiyaba-
ninin rəhbərliyi a ltında milli-de mokrat ik, azad lıq mübarizəsinin başlan ması, Azə rbaycanın cənubunda "Azadıstan"
adlandırılan milli dövlətin yaradılması ilə təsdiqləndi. A zərbaycanın şimalı ilə cənubunun birləşməsi üçün real imkan
yarandı. Lakin bir neçə gün sonra Şimali A zərbaycanın Sovet Rusiyası tərəfindən işğalı, daha sonra isə Xiyabani
hərəkatının qan içərisində boğulması bu imkanın reallaşdırılmasının qarşısın ı a ldı. Azə rbaycan Xalq Cü mhuriyyətinin
İranla diplo matik əlaqə yaratması, müvəqqəti də olsa, iki ölkə arasında normal qonşuluq münasibətlərin in qurulmasına,
bölgədə əminamanlığın bərqərar edilməsinə səbəb oldu.
Əd:.
Aзepбaйджанская Демократиская Pecnублика (1918-1920), Внешняя политика (документы и материалы), Б., 1998;
Nəsibzadə N., Azərbaycanın xarici siyasəti (1918-1920), B., 1996; Həsənov C, Azərbaycan beynəlxalq münasib ətlər sistemində (1918-
1920-ci illər), B., 1993.
AZƏRBAYCANIN ĠS TĠQLALĠYYƏTĠ HAQQINDA TELEQRAM - Azərbaycan Xalq Cü mhuriyyəti Nazirlər
Şurasının sədri Fətəli xan Xoyskin in Azərbaycanın istiqlaliyyətinin elan o lunması barədə 1918 il mayın 30-da dünyanın
əsas siyasi mərkəzlərinə (İstanbul, Berlin, Vyana, Paris, London, Ro ma, Vaşinqton, Sofiya, Bu xarest, Tehran, Madrid,
Haaqa, Moskva, Stokholm, Kiyev, Kristianiya (Oslo), Kopenhagen, Tokio) radioteleqrafla gönd ərdiyi məlu mat, mühüm
tarixi sənəd.
Sənəddə bildirilirdi ki, Gü rcüstanın ittifaqdan çıxması ilə Zaqafqaziya Federativ Respublikası dağılmış, A zərbaycan
Milli Şurası 1918 il may ın 28-də Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsi qəbul etmişdir. Teleqramın
göndərildiyi dövlətlərin xarici işlər nazirlərindən xahiş olunurdu ki, bu barədə öz höku mətlərin i məlu matlandırsınlar.
Hə min məlu matda Höku mət in müvəqqəti olaraq Ye lizavetpolda (Gəncə) yerləşdiyi göstərilird i. Bu məlu mat ı Tiflisdən
xarici ölkə paytaxtlarına çatdırmaq çətin olduğundan, Fətəli xan Xoyski teleqramın rus və fransız d illərində mətnin i b irbaşa
radio vasitəsilə İstanbula çatdırmaq və oradan dünyaya yaymaq üçün Batumda olan Azərbaycan Xalq Cü mhuriyyəti xa ric i
işlər naziri Məmməd Həsən Hacınskiyə göndərmişdi.
Əd.:
Aзepбaйджанская Демократическая Pecnублика (1918-1920), Внешняя политика, Б., 1998; Aзepбaйджанская
Pecnублика. Документы и материалы (1918-1920 гг.) Б., 1998; Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-
1920-ci illər), B., 1993.
AZƏRBAYCANIN KRIMDA DĠPLOMATĠK NÜMAYƏNDƏLĠYĠ – A zərbaycan Xalq Cü mhuriyyətinin
Krım höku məti və qardaş Krım türkləri (tatarları) ilə əlaqə saxlamaq üçün təsis etdiyi elçilik. Krım höku məti 1918 il
İyunun 25-də Simferopolda yaradılmışdı. Baş naziri general-leytenant Məmməd bəy Sulkeviç, xarici işlər naziri Cəfər
əfəndi Sey id Əh məd idi. A zərbaycan Höku məti 1918 il o ktyabrın 23-də Krım türklərini və bölgədə yaşayan digər xalqları
təmsil edən bu höku mət yanında dip lo matik nü mayəndəlik təsis etməyi qəra ra a ldı. 1918 il noyabrın 1-dən A zərbaycanın
Ukraynadakı dip lo matik nümayəndəsi Mir Yusif Vəzirova (Çəmən zəminli) Azərbaycan Xalq Cü mhuriyyətini Krımda da
təmsil et mə k tapşırıld ı. Öz növbəsində, Krım höku mət i də qarşılıqlı ə laqələ r yarat maq, Qa ra dəniz hövzəsi, xüsusən də
limanları ilə bağlı razılaşdırılmış siyasət məsələlərini mü zakirə etmək üçün öz nü mayəndəsiƏli Aleksandroviçi 1918 il
noyabrm əvvəlində Azə rbaycana göndərdi
.
203
1918
il noyabrın 16-da Sulkeviçin başçılıq etdiyi Krım höku məti istefa verdi. Keçmiş duma üzvü S.S.Krım
yeni höku mət yaratdı. Kadetlerdən təşkil o lun muş bu hökumət 1919 ilin əvvəlində Den ikin o rdusu Krıma daxil
olduqdan sonra yerli müsəlman lara - türk-tatar əhalisinə qarşı repressiyaları gücləndirdi. Krım türkləri ö z hüquqların ı
qorumaq üçün bu hökumətə daxil olmayaraq, ayrıca milli höku mət-d irektoriya və parlament yaratdılar. A zərbaycan
Höku mətin in elçisi M.Y.Vəzirov 1919 ilin yanvarında Simferopolda Krım türk parlamentinin s ədri Sey id Camal
Xəttatovla və milli direktoriyanın başçısı S.Mis xa rlı ilə görüşdü və Cü mhuriyyətin Krım türklə rin in milli müstəqillik
uğrunda mübarizəsini müdafiə etdiy ini bildirdi. A zərbaycan Höku mətinin başçısı Fətəli xan Xoyski 1919 il yanvarın
14-də Krım türk milli d ire ktoriyasının başçısı S.Mis xa rlıya gön dərdiyi məktubda onun Hökumətinin Krımı müstəqil
dövlət kimi görməyi arzu etdiyini və Paris sülh konfransında Krım nümayəndəsinin Azərbaycan nümayəndəliy i ilə sıx
əlaqədə fəaliyyət göstərməsinin zəruriliyin i bildirdi.
1919
il martın 19-da doktor Cəfər bəy Rüstəmbəyov Azərbaycan Cümhuriyyətinin Krımda və Kubanda diplo-
matik nümayəndəsi və ticarət agenti təyin edild i. Lakin 1919 il aprelin 9-da Krımın Qırmızı ordu tərəfindən işğalı,
iyulun 1-də isə yenidən Denikin ordusunun əlinə keç məsi onun müstəqilliyinə qəti ola raq son qoyduğu üçün C.Rüstə-
mbəyovun bu missiyanı ic ra et məsi mü mkün o lmadı. Ona görə də, Azə rbaycan Xarici İşlə r Na zirliy i bölgədə baş verən
prosesləri ya xından izlə mə k üçün 1919 il sentyabrın 22-də iqt isadçı alim Şey x Əli Hüseynovu Azərbaycanın Krımda
konsul agenti təyin etdi.
Azərbaycan Xalq Cü mhuriyyətinin Krıma göndərdiyi nü mayəndələr bölgədə fəaliyyət göstərən hökumətlə rlə ,
xüsusilə də Krım türkləri ilə sıx əlaqələr qurmaq məqsədi daşıyırdılar.
Əd.:
Aзepбaйджанская Демократическая Pecnублика (1918-1920), Внешняя политика (документы и материалы), Б., 1998;
Возгрин В. Е. Историчиские судьбы крымских татар, М.. 1992. Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-
1920-ci illər), B., 1993.
AZƏRBAYCANIN KUBANDA VƏ DONDA DĠP LOMATĠK NÜMAYƏNDƏLĠYĠ - Azərbaycan Xalq
Cü mhuriyyətinin Kuban hökuməti və Şimali Qafqaz xalqları ilə əlaqə saxlamaq üçün təyin etdiyi diplo matik nüma -
yəndəlik. Rusiyada bolşeviklə r hakimiyyəti ələ keç irəndən sonra Kuban Qanunverici Radası və Kuban hökuməti yara-
dılmışdı. Mərkəzi Yekaterinodar (indiki Krasnodar) ş əhəri idi. A zərbaycan Höku məti 1919 il martın 19-dan doktor
Cəfə r bəy Rüstəmbəyovu Kuban hökuməti yanında diplo matik nü mayəndə təyin etdi.
C.Rüstəmbəyov Azərbaycan Xarici İşlər Nazirliyinə ünvanladığı raportda 1919 il iyunun 1-də
Yekaterinodarda ingilis hərbi missiyasının rə isi general Briqqslə görüşməsi, ingilis ko mandanlığının Azərbaycanla
Cənubi Rusiya Silahlı qüvvələri (Könüllü ordu) baş komandanı general Den ikin arasında norma l münasibət
qurulmasında maraqlı o lması, iyunun 3-də Briqqsin vasitəçiliyi ilə Denikin lə görüşməsi və onun Azərbaycanla
diplo matik nü mayəndəlik mübadiləsinə hazır olması haqqında məlu mat vermişdi. A zərbaycanın dip lo matik
nümayəndəsinin 1919 il iyunun 11-də göndərdiyi raportda Kuban Radasında federasiya və müstəqillk tərəfdarları ilə
Denikin arasında münasibətlərin gərgin olması, Kuban hökumətin in Denikinə qarşı mübarizə məsələlərini mü zakirə
etmə k üçün Rusiyanın cənubunda yeni yaranmış dövlətlərin, o cü mlədən Cənubi Qafqa z res publika ları
nümayəndələrin in iştirakı ilə konfrans çağırmaq haqqında xəbər verilirdi. Raportda kubanlıların Denikinə
inanmamaları, kazakları ö z tərəflərinə çəkməklə müstəqilliklərini qorumağa çalış maları, yaln ız Ukrayna hüdudlarında
bolşeviklərə qarşı mübarizə aparmaq istəmələri də qeyd olunmuşdu.
1919 il iyunun 26-da Azərbaycan Xarici İşlər Na zirliyin in C.Rüstəmbəyova göndərdiyi təlimatda Azərbaycan
Höku mətin in Denikinlə dip lo matik nü mayəndəlik mübadiləsinə razılıq vermədiy i, Denikin ordusu hissələrinin Da-
ğıstandan çıxarılması tələbi əks olunmuşdu. Eyni zamanda, C.Rüstəmbəyova Azərbaycan Xalq Cü mhuriyyətini Don
hökuməti yanında da təmsil etmək mandatı verildi. Azərbaycan Höku məti Kuban və Donla iqtisadi əlaqələr yaratmağa
çalışır, ağ neft və digər neft məhsulları əvəzində taxıl almağı p lanlaşdırırdı. Həm də, bu zaman bütün Şimali Qafqazda
real hakimiyyətin Denikinin əlində cə mlən məsi də nəzərdən qaçırılmırd ı. Ona görə də, Azərbaycan Xalq Cü m-
huriyyəti ilə Şima li Qafqa z arasında rabitə və nəqliyyat əlaqələrinin bərpası məsələsini Hö ku mət başçısı Nəsib bəy
Yusifbəyli məh z Denikinin nümayəndəsi general N.Ba ratovla mü za kirə et miş və 1919 il sentyabrın 11-də ilkin saziş
imzalan mışdı. Bu sənəddə Bakı ilə Rostov arasında teleqraf və radio rabitəsi yaradılması, poçt mübadiləsinin və dəmir
yolu əlaqəsinin niza ma salın ması nə zərdə tutulurdu.
1919 il sentyabrın 24-də Azərbaycanın Kubanda və Donda nümayəndəsi C.Rüstəmbəyova Cənubi Rusiya Si-
lahlı Qüvvələri baş ko mandanlığ ı yanında Azərbaycan Xalq Cü mhuriyyətinin mənafeyini müdafiə etmək səlahiyyəti də
verild i. Elə hə min gün Azərbaycan Höku məti Paşa bəy Sultanovu Rostova konsul-agenti təyin etdi. Hö ku mət bu
təyinatla həmin dövrdə ingilis ko mandanlığın ın Xəzə r Hərbi-Dəniz Donanmasının b ir h issəsini Den ikinə verməsinə
qarşı Azərbaycanın etirazları, d igər tərəfdən isə Denikin in Azərbaycan hərbi-dəniz qüvvələrinin yaradılmasına qarşı
çıxması ilə bağlı münasibətlərin gərg inləşdiyi bir şəraitdə C.Rüstəmbəyovun işini qis mən yüngülləşdirmək istəyirdi.
Paris sülh konfransında (1919-20) iştirak edən Kuban nümayəndəsi L.Bıç Azərbaycan, Gürcüstan, Ukrayna,
Şimali Qafqaz və Baltikyanı respublikaların nümayəndələri ilə birlikdə 1919 il oktyabrın 8-də bəyannamə imzalayaraq,
Antantanın Rusiya bolşeviklərinə qarşı mübarizə məqsədilə Ko lçaka , Denikinə göndərdiyi böyük maddi yardımın təyi-
natı üzrə deyil, keçmiş imperiya hüdudlarında yeni yaranmış dövlətlərə qarşı yönəldildiy ini b ild irmişdi. Lakin Antanta
bu bəyannaməni nə zərə a lma mış, o dövrdəki hərbi uğurlarına görə Den ikinə yardımı daha da artırmışdı.
204
C.Rüstəmbəyov 1919 il oktyabrın 22-də Azərbaycan Xarici İşlər Nazirliy inə ünvanladığı məruzədə son
günlərdə 4 dəfə Taqanroqa gedərək, Denikinlə görüşməyə cəhd göstərməsi, lakin rədd cavabı alması, Denikinin
Azərbaycanı Dağıstan üsyançılarına yardım göstərmə kdə günahlandırması, Ya la mada güclü qarnizon sa xlan ması və
Bakının müdafiə qabiliyyətinin möhkə mləndirilməsinin Könüllü orduya qarşı çevrilməsini iddia et məsinə dair ondan
bilgi alması və bunlarla bağlı Denikinin A zərbaycana qarşı təcavüzünün açıq-aşkar artması haqqında məlu mat vermişdi.
Bu mə lu matdan sonra Azərbaycan Xaric i İşlər Nazirliyi Qafqazdakı ingilis, fransız nümayəndəliklərinə mü raciət edərə k
Denikin ordusunun Azərbaycana hücum təhlü kəsinə qarşı tədbirlə r görü lməsini istəmişdi. 1919 ilin sonunda Denikinin
Kuban Radasına qanlı divan tutması və Azərbaycana qarşı açıq düşmənçilik münasibəti bəsləməsi nəticəsində Azər-
baycanın diplomatik nümayəndəsi Yekaterinodarı tərk edərək Bakıya döndü.
Əd: Aзepбaйджанская Демократическая Pecnублика (1918-1920), Внешняя политика (документы и материалы), Б.,
1998; Nəsibzadə N., Azərbaycanın xarici siyasəti B., 1996.
AZƏRBAYCANIN MÜSTƏQĠLLĠYĠNĠN AVROPA DÖVLƏTLƏRĠ TƏRƏFĠNDƏN DE-FAKTO
TANINMAS ININ BAYRAM EDĠLMƏS Ġ - Azə rbaycan Xalq Cü mhuriyyətinin müstəqilliy inin beynəlxa lq alə mdə
tanınması münasibətilə Höku mətin qərarı ilə keçirilmiş bayram tədbirləri. Paris sülh konfransının (1919-20) iştirakçısı
olan dövlətlərin Ali Şurası tərəfindən 1920 il yanvarın 11-də Azərbaycanın müstəqilliy inin de-fakto tanınması münasi-
bətilə yanvarın 14-də Ba kıda və ölkənin d igər bö lgələrində təntənəli bayra m mə rasimlə ri keçirilmişdi. Na zirlər Şura -
sının qərarı ilə fabrik-zavod sahiblərinə tapşırılmışdı ki, Azərbaycan istiqlaliyyətinin təsdiq edilməsi münasibətilə xalq
bayramında iştirak etmək üçün maaşları saxlanılmaqla bütün fəhlə və qulluqçular həmin gün işdən azad edilsinlər.
Höku mət, eyni zamanda, bayram tədbirlərinin proqramını da elan etmişdi: s əhər saat 11-də Təzəpir məscidində dualar
oxun malı, saat 12-də Parlamentin təntənəli iclası açılmalı, saat 13-də Hürriyyət meydanında Milli Ordunun rəsmi
keçid i olmalı, saat 14-də Xarici İşlər Nazirliy ində təbriklər qəbul edilməli idi. Bundan əlavə, şəhərətrafı qatarların səhər
saat 7-dən 11-ə kimi və gündüz saat 3-dən axşa ma qədər ca maatı pulsuz daşıması və gecə vaxtı payta xtın ç ıraqban
edilməsi barədə də sərəncam verilmişdi.
Proqra ma əsasən, başda Nazirlər Şu rasının sədri olmaqla A zərbaycan Xalq Cü mhuriyyəti Höku mətin in nazir-
ləri, Parla ment üzv ləri, şəhər ülə ması Təzəp ir məscidində toplandı. Şey xü lisla m bayra m xütbəsini o xuduqdan sonra
təntənəli surətdə elan etdi: "Camaat, bu giin şərəfli və böyük gündür. İslamın əziz günüdür. Bayramdır!". Nazirlə r
Şurasının sədri Nəsib bəy Yusifbəyli: "Bu sizin arzunuzd ur. Hürr və müstəqil qalmaq istədiniz, nail oldunuz— "
Xarici işlər naziri Fətəli xan Xoyski: "28 may 1918 ildə Azərbaycan istiqlaliyyətini aləmə bildirdi. Bu gün o istiqlal
təsdiq edilir". Məhə mməd Əmin Rəsulzadə: "Bir kərə yüksələn bayraq bir daha enməz! — deyirdik. Bu gün kamali-
cürət və iftixarla küçə və bazarda deyiriz: bir dəfə yüksələn bayraq bir daha enməz! ".
Bakı bayram libası geyin mişdi. Hətta, erməni vandalların ın yandırdığ ı İs mailiyyə belə bayraq və şüarlarla
bəzədilmişdi. Hər tərə fdən musiqi sədaları ucalırd ı. M illi bayraqla rla bə zədilmiş avtomobillər küçələrdə şütüyür,
aktyorlar milli və tarixi geyimlə rdə keç mişi canlandırırdılar. Dəstənin önündə at üstündə Mirzağa Əliyev gedird i.
Təzəpirdən qayıdan Nəsib bəy Yusifbəylini xa lq çiy inlə ri üstündə Parla mentə aparırdı. Parla mentin qarşısında yığ ılan
izdiha m isə Məhəmməd Əmin Rəsulzadəni tələb edirdi. Binaya axışan insanlar onu əl üstündə Parlamentin eyvanına
çıxard ı. Məhəmməd Əmin Rəsulzadə atəşin bir nitq ilə öz istiqlalını dünyaya qəbul etdirmiş Azərbaycan xalq ını təbrik
etdi.
Əd: Süleymanov M., Müsəlman dünyasında ilk xalq cümhuriyyəti, B., 1999.
AZƏRBAYCANIN TÜRKĠYƏDƏ DĠPLOMATĠK NÜMAYƏNDƏLĠYĠ – A zərbaycan Xalq
Cü mhuriyyətini Osman lı dövlətində təmsil edən elçilik. A zərbaycanla Türkiyə arasında ilk dip lo matik təmaslar 1918
ilin yazında Trab zon və Batu m sülh konfranslarından başlandı. 1918 il iyunun 18-də isə A zərbaycan Höku məti
İstanbula ilk nü mayəndə heyəti göndərdi. Türkiyə höku məti və rəsmi dairələrində yaxşı tanınan Məhəmməd Əmin
Rəsulzadənin başçılıq etdiy i nü mayəndə heyətinə Xəlil bəy Xasməmmədov və Aslan bəy Səfikürdsk i daxil idilə r.
Nü mayəndəlik İstanbulda keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransda iştirak etməli idi. A zərbaycan Xalq
Cü mhuriyyəti Höku məti nü mayəndə heyətinə, həmçin in, Os manlı dövləti ilə hərb i, iqtisadi, nəqliyyat və maliyyə
sahələri üzrə müqavilələ r bağla maq üçün etimadna mə vermişdi.
İyunun 24-də İstanbula çatan Azərbaycan nümayəndələri Osmanlı höku mətinin başçısı Tələt paşa və digər
hökumət ü zvləri ilə görüşlər keçirməyə, A zərbaycan Xalq Cü mhuriyyəti haqqında türk ictimaiyyətinə məlu matlar
çatdırmağa başladılar, mətbuata çoxsaylı müsahibələr verd ilər. Nü mayəndələr Azərbaycanın öz müstəqilliyin i elan
etməsini beynəlxa lq a lə mə b ild irmək üçün də mühüm addımlar atdılar. İstiqlal bəyannaməsinin tam mətn ini İstan-
bulda olan bütün səfirlik və konsulluqlara təqdim etdilər, Alman iya, Avstriya-Macarıstan və Bo lqarıstan diplomatları
ilə görüşlər keçirdilər. 1918 ilin yayında Birinci dünya müharib əsi (1914-18) cəbhələ rində Dörd lər ittifaqının
uğursuzluqları İstanbul konfransının başlanmasına imkan verməsə də, Azərbaycan nümayəndəliy i Os manlı höku məti
üzvləri ilə ço x əhəmiyyətli razılaş malara nail oldu. 1918 il sentyabrın 16-da İstanbuldakı nümayəndə heyətinin başçısı
M.Ə.Rəsulzadə Os manlı tərəfi ilə ticarət müqaviləsi, A zərbaycan Höku mətinə dərhal avans kimi 500 min türk lirəsi
verilməsi haqqında mə xfi müqavilə imzala mış, sentyabrın sonunda Türkiyə Dəniz Na zirliy inin mətbəəsində Azərbay-
can pulları çap edilməsi haqqında razılıq əldə etmişdi.
205
Osmanlı dövlətin in Azərbaycan Xalq Cü mhuriyyətinə 10 il müddətinə 2 milyon türk lirəsi həcmində borc verməsi,
Azərbaycana xaric i işlər, ma liyyə üzrə məsələhətçilər gön-dərməsi, istənilən qədər dərslik və müə llim göndərməyə
razılıq verməsi, başlıcası isə, Bakın ı düşməndən azad etmək üçün zəruri hərbi qüvvə ayırması İstanbuldakı A zərbaycan
nümayəndəliyin in gərgin və səmərəli fəaliyyətinin nəticəsi idi.
Azərbaycan Höku məti Os manlı impe riyası ilə ta m həc mdə d iplo matik ə laqələ r yaradılması üçün 1918 il
avqustun 20-də Höku mət üzvü Əlimə rdan bəy Topçubaşovu fövqəladə səlahiyyətli nazir kimi İstanbula eza m etdi və
ona bütün məsələlər üzrə Azərbaycan Cümhuriyyətinin maraq larını təmsil etmək tapşırığ ı verdi. Əlimərdan bəy
Topçubaşov, eyni zamanda, İstanbulda beynəlxalq konfrans başlanacağı halda Azərbaycan nümayəndə heyətinin tam-
hüquqlu üzvü kimi onun işində iştirak etmək səlahiyyətinə malik idi. Ə.Topçubaşov bu missiyanı yerinə yetirmək üçün
avqustun 23-də Gəncədən yola düşsə də, nəqliyyat çətinliklə rinə görə yaln ız sentyabrın 28-də İstanbula çata bild i.
Azərbaycanın fövqəladə səlahiyyətli nü mayəndəsi birinci o laraq oktyabrın 2-də Tə lət paşa ilə görüşdü və Berlin səfə-
rində Azərbaycanın mənafeyin i müdafiə etdiyinə, hə mç inin türk əsgərlərinin Bakının a zad edilməsində iştira kına görə
ona Azərbaycan Hökuməti adından təşəkkür etdi. Elə hə min gün Ə.Topçubaşov xarici işlər naziri Əh məd Nəsimi
bəylə, oktyabrın 3-də isə hərbi nazir Ənvər paşa ilə görüşdü. Oktyabr ayı ərzində Ə.Topçubaşov Türkiyənin rəsmi
dövlət nümayəndələri ilə daha bir neçə görüş keçird i. Lakin cəbhələrdə vəziyyətin sürətlə pisləş məsi, Osman lı dövlə-
tində hökumət kabinələ rinin tez-te z istefa verməsi onunla sabit münasibətlər qurulmasına imkan vermirdi. Ə.Topçu-
başov 1918 il noyabrın 14-də Azərbaycan Höku məti başçısına göndərdiyi məktubda bunu etiraf edirdi: "Mənim gəl-
diyim müddətdə artıq üçüncü kabinə yaradılır. .. .Bir kabinə ilə hər hansı bir əlaqə yaratmağa macal tap mamış, yeni
kabinə yaranır".
Oktyabrın sonunda İstanbulda beynəlxalq konfrans çağırılmasının baş tutmayacağı tam aydınlaşdığı və Türki-
yədə böhranlı vəziyyət yarandığı üçün Azərbaycan nümayəndə heyəti Bakıya qayıtdı. Ə.Topçubaşov is ə missiyasını
davam etdird i. Noyabrın 4-də o, Mudros barışığının (1918) Azərbaycana aid hissəsi ilə əlaqədar Os manlı höku mətinə
etiraz notası təqdim etdi, noyabrın 5-də isə xarici işlər naziri Nəbi bəylə görüşdü. Bu etiraz notası Azərbaycan
Cü mhuriyyətinin müstəqilliy ini qeyd etmək məqsədi daşıyırdı. Azərbaycanın d iplo matik nü mayəndəsi Türkiyənin yeni
xarici işlər naziri Mustafa Rəşid paşa ilə noyabrın 16-da və sonrakı görüşlərində Türkiyənin A zərbaycana diplo matik
nümayəndə göndərməsi məsələsini qald ırd ı.
Ə.Topçubaşov Türkiyədə d iplo matik nümayəndə kimi 1919 ilin yazına qədər fəaliyyət göstərdi və bu
müddətdə İstanbuldakı azərbaycanlıların mənafey ini müdafiə etmək, v iza məsələlərini yoluna qoymaq, orada təhsil
alan azə rbaycanlı gənclərə maddi yardım göstərmək, hərbi əsirlərlə bağlı məsələlə ri həll et mək sahəsində faydalı işlər
gördü. O, Paris sülh konfransına (1919-20) göndərilən A zərbaycan nümayəndə heyətinin başçısı kimi İstanbulu tərk
etməyə hazırlaşarkən, orada konsul funksiyasını müvəqqəti icra et mək üçün Səfvət bəy Məlikovu hazırladığın ı
Azərbaycan Höku mətinə b ild ird i.
1919 il mayın 18-də Azərbaycanın Ukraynadakı dip lo matik nü mayəndəsi Mir Yusif Vəzirov (Ç ə m ə n z ə m
i n 1 i) burada yaranmış vəziyyətlə bağlı missiyasını başa vurub, vətənə qayıtmaq üçün Odessadan İstanbula getdi. O,
buradakı Britaniya və İtaliya hərbi nü mayəndələri ilə görüşlər keçird i və vətənə qayıtmaq istəyən Azərbaycan
vətəndaşları üçün viza almaq məsələsini onlarla həll etdi. M.Y.Və zirov iyu lun 12-də İstanbuldan Azərbaycan xa ric i
işlər nazirinə göndərdiyi məktubda məlu mat verirdi ki, şəhərdə bütün hakimiyyət müttəfiqlərə məxsusdur. Məktubda
həmç inin türk naziri Əh məd Fərid bəylə görüşməsi və türk tərəfinə Əh məd bəy Ağayevin qanunsuz həbsi ilə bağlı
qeyri-rəs mi etiraz et məsi bildirilird i.
Azərbaycan Xalq Cü mhuriyyəti Hö ku məti 1919 il avqustun 1-də özünün Ukraynadakı keç miş diplo matik nü-
mayəndəsi Mir Yusif Vəzirovu İstanbula göndərilən dip lo matik missiyanın başçısı təyin etdi. Diplo mat ik missiyanın
ma liyyə işi üzrə məsləhətçisi isə xarici işlər na zirliy inin dəftərxana rə isi Cahangir bəy Qayıbov təyin olundu. Lakin
Batu mdakı ingilis qüvvələrinin rəhbərliyi Azərbaycan nümayəndəliyinin İstanbula getməsinə icazə vermədiy indən,
nümayəndələr ay yarım bu şəhərdə ləngiməli o ldu, rəs mi icazə alın ması mü mkün olmadığ ına görə, xüsusi qaydada
Türkiyəyə yola düşmək məcburiyyətində qaldılar. Ona görə də, İstanbulda Azərbaycan diplo matik nümayəndəliy inin
rəsmi fəaliyyətini yenidən 1919 ilin o ktyabrında bərpa et mə k mü mkün oldu. Noyabrda M Y.Vəzirovu Türkiyə xa ric i
işlər naziri qəbul etdi. Noyabrın 15-də "Təsviri-Əfkar" adlı türk qəzetinə müsahibəsində M.Y. Vəzirov Azərbaycanın
İstanbulda səfirlik təşkil etməsi haqqında xəbərləri təkzib edərək, digər yeni yaran mış dövlətlər kimi, burada yalnız
diplo matik nü mayəndəliyə malik olduğunu bildird i. A zərbaycan Cü mhuriyyətinin İstanbuldakı dip lo matik
nümayəndəliyi Aprel işğalından (1920) sonra fəaliyyətini dayandırmağa məcbur oldu.
Əd.:
Aзepбaйджанская Демократическая Pecnублика (1918-1920), Внешняя политика (документы и материалы), Б.,
1998; Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993; Nəsibzadə N., Azərbaycanın xarici
siyasəti (1918-1920), B., 1996.
Dostları ilə paylaş: |