AZƏRBAYCANIN UKRAYNADA DĠPLOMATĠK NÜMAYƏNDƏLĠYĠ - Azərbaycan Xalq
Cü mhuriyyətini Ukraynada təmsil edən elçilik. A zərbaycan Cü mhuriyyətinin Nazirlər Şurası 1918 il sentyabrın 12-də
Ukraynaya işlər vəkilin in göndərilməsi haqqında qərar qəbul etdi. Qərara uyğun olaraq, 1918 il noyabrın 1-də Mir
Yusif Və zirov (Yusif Və zir Çə mənzəminli) Azərbaycan Hökumətinin Ukraynada diplo matik nü mayəndəsi təyin edildi.
206
Elə hə min ay M.Y.Vəzirov Kiyevdə diplo mat ik fəa liyyətə başladı. Birinci dünya müharibəsində (1914—18) "Dördlər
ittifaqi‖nın məğlub olması, Ukraynadan Almaniya, A zərbaycandan isə Osmanlı qoşunlarının geri çəkilməsi və hər iki
ölkəyə Antanta qoşunlarının yeridilməsi, keçmiş Rusiya imperiyası ərazisində yaranmış hər iki yeni dövlətin həm
bolşevik hakimiyyəti, həm də Den ikin tərəfindən təhdid olunması onların beynəlxalq aləmdə o xşar mövqedən çıxış
etmə lərini zəruriləşdird i. Buna görə Ukrayna höku məti də A zərbaycan Xa lq Cü mhuriyyəti ilə sıx d iplo matik əlaqə
qurmaq məqsədilə 1919 il fev ralın 8-də A zərbaycana göndərilmək üçün keç miş da xili işlər na ziri İvan Kraskovskinin
başçılığı ilə xüsusi diplomatik missiya yaratdı.
1919 ilin martında Azərbaycan və Ukrayna nümayəndəlikləri Antanta dövlətlərinin İstanbuldakı hərb i
rəhbərliy inə müraciət edərək onlara Paris sülh konfransında (1919-20) iştirak et mə k üçün şərait yaradılmasın ı xah iş
etdilər. Hə min va xt Odessa ş əhərində müttəfiq ləra rası ko missiya fəaliyyətə başlamışdı. A zərbaycan Hö ku məti bu
ko missiyada ölkənin mənafeyini tə msil et mək üçün 1919 il mart ın 14-də Rüstəm bəy Sultanovu nümayəndə təyin etdi.
1919 ilin yazında Ukraynanın Denikin o rdusu tərəfindən tutulması nəticəsində Azərbaycanın Kiyevdəki dip -
lo matik nümayəndəliyinin normal fəaliyyət göstərməsi pozuldu. M.Y.Vəzirov Odessaya getmək məcburiyyətində
qaldı. Burada o, İngiltərə baş konsulu Kukla görüşərək, Azərbaycan haqqında ona ətraflı məlumat verdi. Lakin yeni
yaranmış dövlətlərin dip lo matik nümayəndələri burada da Den ikin o rdusu nümayəndələri tərəfindən təzyiqlərə və qaba
münasibətə məruz qaldılar. İngilis və fransız nü mayəndəlikləri isə baş verənlərə seyrçi münasibət bəslədilər. Nəticədə
Mir Yusif Və zirov (Çə mən zə minli) may ın 14-də vətənə dönmə k üçün Odessanı tərk etdi və bolqar gə misi ilə İstanbula
yollandı.
Cü mhuriyyət Höku məti 1920 ilin yanvar ayında keçmiş Rusiya imperiyası ərazisində yeni yaranmış dövlətlərə,
o cümlədən Ukraynaya diplo matik missiya göndərməy i qərara aldı. Lakin Aprel işğalı (1920) nəticəsində Azərbaycan
Xalq Cü mhuriyyətinin süqutu buna imkan vermədi.
Əd.:
Aзepбaйджанская Демократическая Pecnублика (1918-1920), Внешняя политика (документы и материалы), Б.,
1998; Aзepбaйджанская Демократическая Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998.
"AZƏRBAYCANIN VƏ BAKl ġƏHƏRĠNĠN BÜTÜN ƏHALĠSĠNƏ" (1920, 28 APREL) Azərbaycan Mü-
vəqqəti İnqilab Ko mitəsinin Xa lq Cü mhuriyyətin in devrilməsi, sovet hakimiyyətinin qurulması haqqında müraciət i,
Azərbaycanda sovet hakimiyyətinin ilk rəs mi sənədi. Azə rbaycan Xalq Cü mhuriyyəti öz yaran masını, dünya təcrü-
bəsinə uyğun olaraq İstiqlal bəyannaməsi vasitəsilə ifadə et mişdisə, İnqilab Ko mitəsi yalnız mü raciətlə kifayət-
lən mişdi. Bu sənəddə Azərbaycan Xalq Cü mhuriyyətinin fəa liyyətinin tarixi əhə miyyəti açıq aşkar təhrif olunur, sovet
hakimiyyəti siyasətinin əsas istiqamətləri göstərilirdi. Mürac iətdə inqilabi proletariat və kəndlilə rin qabaqcıl h issəsinin
ölkədə bütün hakimiyyəti İnqilab Ko mitəsinə verdiyi bəyan edilirdi. A zərbaycan Xalq Cü mhuriyyəti hakimiyyətinin
mah iyyəti, ilk dəfə rəsmi ola raq, kobud şəkildə təftiş edilmiş, belə liklə, sonrakı sa xtalaşdırma lar üçün ideolo ji ba za
yaradılmışdı. Müraciətdə deyilirdi: " Yoldaşlar! "Müsavat" partiyasının cinayətkar hökuməti devrilmişdir". Bunun
ardınca o zamankı bolşevik leksikonuna uyğun olaraq, siyasi rəqib ən kəskin ifadələrlə təhqir olunurdu. "İstismarçılar,
qəsbkarla r və za limlə r güruhunun hakimiyyət günlərinin və saatlarının ö mrünə az qalıb". İnqilab ko mitəsi Azərbaycan
Sovet Respublikası adından RSFSR-lə ittifaq təklif ed ir, Sovet Rusiyası ilə Sovet Azərbaycanının fəhlə və kəndlilərinin
qüvvələrinin birləşdirilməsini, qarşılıqlı kö məy ini Qa fqazda və Şərqdə fəhlə inqilabla rın ın qələbəsinin möhkə m rəhni
hesab edirdi. Sovet Rusiyasının Qırmızı ordusu Azərbaycanın da xili işlərinə qarış mağa, ölkədə sovet hakimiyyətini
möhkəmləndirməyə dəvət olunur, onun antiazərbaycan fəaliyyəti pərdələnirdi (" Yoldaş fəhlə və kəndlilər! Biz sizin
azad o lunmağ ınız üçün, burada, Qafqazda və müsəlman Şərq ində inqilab ın qələbəsi üçün Qırmızı o rdunu buraya dəvət
etmişik"). Azərbaycan ordusu əsgərlərinin Qırmızı orduya müqavimət göstərməməsi, sovet hakimiyyətinin tərəfinə
keçməsi təbliğ o lunurdu. İnqilab ko mitəsi vətəndaş müharibəsi tərəfdarı olmadığın ı bəyan etsə də, ona qarşı hər bir
hərəkəti ağ te rror elan ed ir və buna qarşı a mansız kütləvi qırmızı terro rla cavab verməyə hazır olduğunu bildirirdi ("Biz
burjuaziyanın və mü lkədarların ağ terroruna amansız q ırmızı terrorla cavab verəcəyik. Siz yü zlərlə fəhləni qətlə yetirə
bilərsin iz, b iz onların qanın ı bütöv qatillə r sinfinin - ağ terrorçuların məhv edilməsilə a lacağıq"). Mürac iətin sonunda
Azərbaycanda fəhlə və kəndlilə rin qə ləbəsi, müstəqil Azərbaycan Sovet Respublikası, Sovet Azərbaycanı və Sovet
Rusiyası fəhlə və kəndlilərinin inqilab i ittifaqına dair üç şüar verilmişdi. Sənəd Azərbaycan Müvəqqəti İnqilab
Ko mitəsinin ü zvləri (Nə riman Nə rimanov, Əliheydər Qa rayev, Hə mid Su ltanov, Qəzənfə r Musabəyov, A.Əlimov,
Mirzə Davud Hüseynov) adından imzalan mışdı.
Əd.:
Декреты Азревкома (1920-1921 гг.) Сборник докунментов,Б., 1988.
AZƏRBAYCANIN ZAKASPĠDƏ KONS ULLUĞU- Azərbaycan Xalq Cü mhuriyyətinin Zakaspi müvəqqəti
hökuməti yanında nümayəndəliyi. A zərbaycan Höku məti 1919 il aprelin 2-də Əkbər ağa Sadıqovu Zakaspi müvəqqəti
hökuməti yanında konsul təyin etdi. İyunun 5-də A zərbaycan diplo matik missiyası Aşqabadda fəaliyyətə başladı.
Konsulluq Zakaspi müvəqqəti hökuməti yanında Azərbaycan Xalq Cü mhuriyyətinin maraqların ı təmsil etməli id i.
Konsulluq 1918 ildə Ba kıda mart soyqırımı və bolşevik-daşnak ağalığ ı dövründə Türkmənistana qaçmış
Azərbaycan vətəndaşlarına da, imkan da xilində, kö mək edird i.
207
Azərbaycan Höku məti 1919 il 24 iyul ta rixli qəra rı ilə qaçqınlara yard ımı təşkil et mək üçün konsulluğa 75 min manat
vəsait və 50 pud un ayırmışdı. Bu vəsait və ərzaq Qızıl Arvadda yemə k məntəqəsinin təşkili, Krasnovodskda bundan
əvvəl açılmış yeməkxana və gecələmə evinin fəaliyyətinin davam etdirilməsi üçün nəzərdə tutulmuşdu. Azər-baycan
Xalq Cü mhuriyyəti hə min dövrdə Mərkəzi Asiyanın digər bölgələrin in türk-müsəlman əhalisinə də yardım göstərird i.
1919 il iyunun 20-də A zərbaycan Höku mət i Türküstan Xalq Şurasına 500 min manat məbləğində faizsiz borc vermişdi.
Türküstan Xalq Şurasının ü zvü Mircəlilovla imzalan mış müqaviləyə görə, Türküstan tərəfi bu borcu 2 il ərzində
qaytarmalı idi.
Zakaspi müvəqqəti hökuməti də Bakıda konsulluq açmışdı. Lakin 1919 il o ktyabrın əvvəlində Zakaspi müvəq-
qəti höku mətinin bura xılması ilə əlaqədar o laraq bu konsulluq Denikin ordusunun Bakıdakı nü mayəndəliy i ilə b irləşdi.
Bununla bağlı, Azərbaycanın Zakaspidəki konsulluğu da fəaliyyətini dayandırdı. Azərbaycan Xarici İşlər Nazirliy inin
əmri ilə 1919 il noyabrın 1-dən Azərbaycan Respublikasının Zakaspidəki konsulluğu ləğv edild i.
Əd.:
Aзepбaйджанская Демократическая Pecnублика (1918-1920), Внешняя политика (документы и материалы), Б.,
1998; Aзepбaйджанская Демократическая Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998.
AZƏRBAYCANLA DAĞLILAR RESPUBLĠKAS I ARASINDA MÜQAVĠLƏLƏR - Azərbaycan Xalq
Cü mhuriyyətinin Şimali Qafqaz Dağ lılar Xalqları İttifaqı Res publikasına (qısaca - Dağlılar Respublikası) maliyyə,
iqtisadi və hərbi yardım göstərməsi haqqında sənədlər. A zərbaycanın qabaqcıl ziyalıla rı, ict ima i xadimlə ri, əvvəlki
dövrlərdə olduğu kimi, 1917-18 illərdə də Şimali Qafqazın dağlı xalqlarının milli azad lıq mübarizəsini rəğbətlə izləyir
və bütün vasitələrlə onlara yardım ed irdilər. Zaqafqaziya seyminin Müsəlman fra ksiyasına daxil olan deputatlar 1918
ilin ma rt ayında dağlı nümayəndəliy inin Zaqafqaziya seyminə qatılmaq və bo lşevik təhlü kəsinə qarşı b irlikdə mübarizə
aparmaq haqqında müraciətin i dəstəklədilər. Lakin seymin erməni və gürcü nü mayəndələri həmin təklifin əleyhinə
çıxd ıqları üçün bu iş nəticəsiz qaldı. Belə olduqda, Müsəlman fraksiyası ü zvləri Şimali Qafqazdan gəlmiş nümayən-
dələrlə ikitərəfli münasibətlər yarat maq üçün Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Aslan bəy Səfıkürdski,
Məhəmməd Qazi Dibirov, Ba mmat Heydər, Əbdülməcid Çermoyevin da xil o lduqları xüsusi ko missiya yaratdıla r.
Məhz seymdəki a zə rbaycanlı ictimai xad imlərin səyi nəticəsində dağlı nü mayəndələrinin Trab zon sülh danışıqlarında
iştirakı mü mkün oldu. Həmin danışıqlar uğursuzluqla bitd ikdən sonra dağlı nümayəndələri İstanbula gedib Osmanlı
dövləti ilə əlaqə yaratdılar və Şimali Qafqaz Dağlılar Xalq ları İttifaq ı Respublikasının yarad ılması haqqında bəyannamə
qəbul etdilər (1918,11 may). Mayın 24-də isə Gəncədə Əbdülməc id Çermoyevin başçılığı ilə Dağlılar höku mət i təşkil
olundu.
Azərbaycan
Xalq Cü mhuriyyəti yarandığ ı ilk günlərdən Dağlılar Respublikası ilə əlaqələri
möhkəmləndirməyə başladı. 1918 ilin sentyabr-oktyabr aylarında Osmanlı və Azərbaycan Xalq Cü mhuriyyəti
Höku mətlərin in yardımı ilə Dərbənd və Dağıstanın xey li hissəsi azad edildi. Vətənə qayıdan Dağlılar höku mətinə ilk
ma liyyə yardımını A zərbaycan Xalq Cü mhuriyyəti Höku mət i göstərdi. Oktyabrın 8-də Azərbaycan tərəfi dağlılara l
milyon rubl həc mində faizsiz kredit verdi. 1 ay sonra Dağ lılar höku mət inin maliyyə na ziri Vassan Gəray Cabagiyev
Bakıya gələrək, bu dəfə 500 min rubl həcmində vəsait aldı. Həmin vaxt Azərbaycan Xalq Cü mhuriyyəti Dağlılar
Respublikasına təmənnasız olaraq yanacaq, silah-sursat və s. göndərirdi. Nəhayət, 1918 il noyabrın 28-də A zərbaycan
Xalq Cü mhuriyyəti ilə Dağlılar Respublikası arasında birinci müqavilə bağlandı. Müqaviləni Azərbaycan tərəfindən
ticarət və sənaye naziri Behbud xan Cavanşir və ma liyyə naziri Mə mməd Həsən Hacınski, Dağlılar höku mət inin
səlahiyyətli nümayəndələri - sənaye və ticarət naziri Bahadur bəy Malaçixan və yollar, poçt və teleqraf naziri İbrahim
bəy Heydərov imza ladılar. Müqaviləyə əsasən, Azərbaycan tərəfi Dağlılar höku mətinə 10 milyon rubl məbləğ ində
faizsiz kred it verdi. Dağ lılar hökuməti bu borcu 2 il müddətində buğda ilə qaytarmalı idi.
Azərbaycan Xalq Cü mhuriyyəti ilə Dağlılar Respublikası arasında 1919 il yanvarın 9-da ikinci müqavilə
imza landı. Azə rbaycan tərəfindən Fətəli xan Xoyskinin üçüncü Hökumət kab inəsində ərzaq naziri o lmuş K.N.Lizqarın
və Dağlıla r Respublikasının A zərbaycandakı nü mayəndəsi Əlixan Qantə mirin imza ladıq ları bu müqaviləyə görə Dağ-
lılar Respublikası höku məti Azərbaycana 50 vaqon buğda göndərməli, A zərbaycan tərəfi isə pudu 60 rubldan haqqını
dərhal ödəmə li idi. Bütün taxılın müqavilənin imza lan masından sonrakı 4 ay ərzində göndərilməsi ra zılaşdırıld ı. 1919 il
fevralın 23-də Azərbaycan Xalq Cü mhuriyyəti Hö ku məti ilə Dağlılar Respublikası arasında üçüncü müqavilə
bağlandı. Bu müqaviləyə əsasən, Azərbaycan tərəfi Dağlılar höku mətinə daha 10 milyon rubl faizsiz kred it verməyi
öhdəsinə götürdü. Bu vəsaitin 5 milyonu dərhal verildi.
Azərbaycan Xalq Cü mhuriyyəti 1919 ilin əvvəlində Şimali Qa fqazın Den ikin tərə findən işğalına qarşı Dağ lıla r
hökumətinə həm də dip lo matik və hərbi yardım göstərdi. Fevralın 25-də öz səlahiyyətli elçisi Əbdürrəhim bəy Haq-
verdiyevi Te mirxan-Şuraya göndərdi. Martın 1-də A zərbaycan Höku məti Denikinə qəti etira zını b ild ird i. Şima li
Qafqazın işğalını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün addımlar atdı. Martın 6-da Nazirlər Şurasının
sədri Fətəli xan Xoyski Bakıdakı müttəfiq qoşunlarının ko mandanı general U.To msona nota təqdim etdi. Notada An-
tanta dövlətlərindən "...qan tökülməsinin və bütün Qafqazı bürüyə biləcək böyük yanğının qarşısını almaq məqsədilə
general Denikin in Könüllü o rdusunun Şimali Qafqaz Dağlılar Xalqları İttifaqı Respublikasına qarşı təcavüzkar
hərəkətlərinə dərhal son qoyması üçün ən qəti tədbirlə r görülməsi" istənilirdi.
208
Aprelin 6-da A zərbaycan Xalq Cü mhuriyyəti Hö ku məti Dağlılar Respublikasına hərbi yard ım göstərməy i qərara ald ı.
Bu məqsədlə həm könüllü dəstələrin yaradılmasına və Şima li Qafqaza göndərilməsinə başlandı, hə m də dağlı
döyüşçülərinə tibbi yardım üçün sanitar briqadaları təşkil ed ild i. Aprelin 17-də isə Azərbaycan Cümhuriyyəti
Parlamenti Dağlılar Respublikası hökumətinə daha 30 milyon rubl faizsiz kred it vermək haqqında qanun qəbul etdi.
Belə liklə, 1918 ilin sonu- 1919 ilin ilk aylarında Azərbaycan Xa lq Cü mhuriyyəti Höku məti, ö zünün çətin və ziyyətdə
olmasına ba xmayaraq, Dağlılar Respublikasına 50 milyon rubl həc mində maliyyə yardımı göstərdi. Denikin 1919 il
may ın sonunda bütün Şimali Qafqazı ələ keçird ikdən sonra isə Dağlılar Respublikası höku mətin in üzvlərinə Bakıda
sığınacaq verild i. Azərbaycan Xalq Cü mhuriyyəti Höku məti, bundan əlavə, Dağıstan qaçqınlarına yardım göstərilməsi
üçün 1 milyon rubl vəsait ayırd ı.
Be ləliklə, A zərbaycan, əvvəlki tarixi dövrlə rdə olduğu kimi, 1918-20 illərin ağır şərait ində də Dağıstan
xalq larına arxa durdu.
Əd:. Nəsibzadə N., A zərbaycanın xarici siyasəti (1918-1920), B., 1996; Göyüşov A., 1917-1920-ci illərdə
Şimali Qafqaz dağlıların ın azadlıq uğrunda mübarizəsi, B., 2000.
AZƏRBAYCANLI TƏLƏBƏLƏR ĠTTĠFAQI- Azərbaycan Xalq Cü mhuriyyəti Höku mətin in Qərb i
Avropa ölkələrinə ali təhsil a lmaq üçün göndərdiyi tələbələ rin A lmaniyada yaratdığı könüllü ict ima i təşkilat.
Almaniyada qeydiyyatdan keçmişdi. İttifaqın, ü zərində Azərbaycan Xalq Cü mhuriyyətinin əsas rə mzlə rindən olan
səkkizguşəli u lduzun ətrafında Azərbaycan və alman d illə rində "Azərbaycan tələbələri ko mitəsi. Berlin" sözləri
yazılmış möhürü var id i. İttifaq ın bütün işlərini xaricdə ali təhsil alan azərbaycanlı tələbələrin ü mu mi yığ ıncağında
seçilmiş idarə heyəti həyata keçirirdi. İttifaq ın cari işlərinə idarə heyəti tərəfindən seçilən sədr rəhbərlik edird i. İttifaq
adından Azərbaycan Hökumətinə və digər təşkilatlara göndərilən rəs mi sənədləri idarə heyətinin sədri və katibi
imzalayırd ı.
1923 ildə ittifaqın tərt ib etdiyi siyahıda xa ricdə ki a zərbaycanlı tələbələ rdən 54 nəfərin in Alman iyada, 13 nə-
fərinin Fransada, 3 nəfərinin İstanbulda və 1 nəfərin in İtaliyada təhsil aldığ ı bildirilird i. Bu siyahıda onların ixt isasları
və təhsil a ldıq ları a li mə ktəblərin adları, habelə təhsillə rini başa çatdırma larına nə qədər va xt qaldığ ı da göstərilird i.
AZƏRĠTTĠFAQ - istehlak kooperasiyasının rəhbər təşkilatı və təsərrüfat mərkəzi (bax Azərbaycan İstehlak
Cəmiyyətləri İttifaqı).
"AZƏRTAc" (A zərbaycan Teleqraf Acentası) - bax Azərbaycan Teleqraf Agentliyi.
209
B
BAĞIRLI Abdulla Sadıq oğlu (?-?)- A zərbaycan Xalq Cü mhuriyyəti Parlamentinin xüsusi
qərarına (bax Xaricə təhsil almağa göndərilən azərbaycanlı tələbələr haqqında qərar) əsasən, dövlət
hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Kiyev Ko mmersiya İnstitutunda
oxu muş, lakin Rusiyada Oktyabr çevrilişindən (1917) sonra təhsili yarımçıq buraxıb vətənə qayıtmışdır.
Parla mentin 1919 il 1 sentyabr tarixli qərarına əsasən, təhsilin i iqtisadiyyat sahəsində davam etdirmə k
üçün Kiyev Kommeürsiya İnstitutuna göndərilmişdir. Sonrakı taley ı barədə məlu mat aşkar olun mamışdı
Bakı - Azə rbaycan Xalq Cü mhuriyyətinin payta xtı (1918, sentyabr - 1920 aprel). Azərbaycanın
ən qədim şəhərlərindən olan Bakı, həm də, Cənubi Qafqazda və bütün Rusiyada çox mühü m iqtisadi,
siyasi və mədəniyyət mə rkə zlərindən biri id i. Tarix boyunca Azərbaycanın Avrasiya məkan ı, Ya xın və
Orta Şərq ölkələri ilə ticarət və mədəni əlaqələrində mühü m rol oynamış Bakı qüdrətli Şirvanşahlar
dövlətinin paytaxtı o lmuş, 18 əsrin ortalarında Azərbaycanda xan lıq lar yarandıqda, eyniadlı xan lığ ın
mə rkə zinə çevrilmişdi. 1806 il oktyabrın 6-da Rusiyaya ilhaq edilmişdi. 1807 ildə Bakıda 4,5 min, 1859 ildə 13,0 min,
1886 ildə 45 min, 1890 ildə 105,0 min, 1897 ildə 111,9 min, 1909 ildə 222,7 min , 1920 ildə 312,7 min əha li qeydə
alın mışdı. Şəhər 1806-40 illərdə Bakı əyalətin in, sonra isə qəzanın mərkəzi o lmuşdu. 1859 il Şamaxı zəlzələsi
nəticəsində quberniya mərkə zin in Ba kıya köçürülməsi şəhərin həyatında mühüm ro l oynadı. Zəngin neft ehtiyatlarının
istifadəyə verilməsi 19 yüzilliyin sonlarına doğru şəhərin iqtisadi həyatında böyük dəyişikliklər yaratdı. Ta rixən q ısa
müddət ərzində neft çıxarılması 3,9 milyon puddan (1873) 667,1 milyon puda (1901) çatdı. Bu, düny ada istehsal
olunan neftin yarıdan ço xunu təşkil edird i. Bakıda neft hasilat ı ilə birgə neft e ma lı sənayesi, digər sənaye sahələri və
şəhər infrastrukturu, nəqliyyat və rabitə sistemi də sürətlə inkişaf edird i.
210
20 yüzilliyin əvvəlində Bakı əsas iqtisadi mərkəz o lmaqla bərabər, siyasi və mədəni mərkəz kimi də Rusiya
imperiyasının həyatında mühü m ro l oynayırdı. 19 əsrin ortalarından başlayaraq, Bakıda sosial-siyasi hərəkat da ge-
nişlənmişdi. Burada Ümu mrusiya partiyaların ın yerli təşkilatları və milli partiyalar fəaliyyətə başlamışdı. Çarizmin ağır
müstəmləkə rejiminə qarşı milli azad lıq hərəkatı da genişlənməkdə idi. 1905-07 illər rus inqilabı şəhərin siyasi
həyatında mühüm rol oynadı. 1905 ilin avqust-sentyabr aylarında çar höku mətinin ya xından iştira kı ilə şəhərdə er-
mən ilə rin a zərbaycanlıla ra qarşı soyqırımı törədild i. La kin bu, Azə rbaycan xa lqının milli a zadlıq mübarizəsinin qar-
şısını ala bilmədi. Çar II Niko layın (1894-1917) 1906 il 28 oktyabr tarixli fərmanına əsasən, Bakı qradonaçalnikliy i
(Bakı şəhər rəisliyi) yarad ıld ı. "Qafqaz təqvimi"nin (1917) məlu matına görə, Bakı qradonaçalnikliy ində 405829 nəfər
əhali yaşayırdı.On lardan 173489 nəfəri yerli sakinlər, 232340 nəfəri müvəqqəti yaşayanlar id i.
Fevral inqilabından (1917) sonra Bakıda da ikihakimiyyətlilik yarandı.Müvəqqəti hökumətin yerli o rqanı
İctimai Təşkilatlarını İcraiyyə Ko mitələri və onların seçdiyi ko missarlar oldu. Bakı şəhər icraiyyə ko mitəsi ictimai
qradonaçalniki və onun köməkçisini seçməli idi. Martın 5-də Bakıda İctima i Təşkilat ların İcra iyyə Ko mitəsi (sədri
əvvəlcə kadet Bisç, sonra menşevik Fro lov idi) yaradıldı. Martın 7-də Bakı fəhlə deputatları soveti seçildi. Martın 29-da
Bakı Müsəlman Şurası (Məhəmməd Əmin Rəsulzadə, Məmməd Həsən Hacınski, Əlimərdan bəy Topçubaşov, Fətəli
xan Xoyski, Mirzə Əsədullayev və b.) təşkil edildi. Oktyabrın sonunda Bak ı Şəhər dumasına seçkilər keç irildi.
Petroqradda bolşeviklərin hakimiyyəti ələ keçirməsindən (1917, oktyabr) sonra oktyabrın 31-də (noyabrın 13-
də) Ba kı Sovetinin geniş iclasında hakimiyyətin Bakı Sovetinə keç məsi haqqında qətnamə qəbul olundu. Noyabrın 2 (15)-
də Bakı Sovetinin İcraiyyə Ko mitəsi ali hakimiyyət orqanı elan edild i. Bununla İctima i Təşkilatların İcra iyyə
Komitələrinin ləğv edilməsinə başlandı. Noyabrın 29-da Bakıda Müəssislər məc lisinə seçkilə r keç irildi. Seç kidə
"Müsavat" partiyası da böyük uğur qazandı. Dekabrın 12-16-da isə Bakı Sovetinə yeni seçkilər o ldu. 190 deputatdan
51-i bolşevik, 38-i sol eser, 41—i daşnak, 28-i sağ eser, 21-i " müsavat‖çı, 11-i menşevik idi. 1918 il yanvarın 1-də
P.A.Caparidze Bakı Soveti İcraiyyə Ko mitəsinin sədri seçildi. V.İ.Lenin başda olmaqla Sovet Rusiyası Bakı Soveti
vasitəsilə bütün Azərbaycanda hakimiyyəti ələ keç irmək siyasəti yerid ird i. Bu məqsədlə Rusiya Xa lq Ko missarları
Soveti (XKS) Bakı Sovetinə 500 min rubl pul ayırmaq haqqında qərar qəbul etmiş, S.Şau myan Qafqaz işləri üzrə
fövqəladə komissar təyin olunmuşdu. S.Şaumyanın başçılığı ilə Bakı Soveti bir sıra sosialist tədbirləri həyata keçirmiş,
erməni-daşnak birləş mələ rindən ibarət sovet hərbi qüvvələrini yarat mışdı. Ba kı Soveti azərbaycanlıla rın mart
soyqırımının (1918) təş-
.
211
kilatçısı idi. Bakı Soveti hakimiyyətini möhkəmləndirməyə nail olduqdan sonra, aprelin 25-də Bakı Xalq Komissarları
Sovetini təşkil etdi. Ba kı Xa lq Ko missarları Soveti 1918 il may ın 28-də yarad ılmış A zərbaycan Xalq Cü mhuriyyətinə
qarşı amansız mübarizə aparırdı. Azərbaycan Xalq Cü mhuriyyəti Hö ku məti isə Bakının azad edilməsinə və paytaxtın
buraya köçürülməsinə böyük önəm verird i. İyulun 31-də Bakı Xalq Ko missarları Sovetinin süqutundan sonra şəhərdə
hakimiyyət ermən i-daşnaklardan və eser-menşeviklərdən ibarət olan Sentrokaspi diktaturasına keçdi, ingilislər Ba kıya
dəvət olundu. Şiddətli müqavimətə ba xmayaraq, sentyabrın 15-də Bakı Azə rbaycan Xalq Cü mhuriyyətinin hərbi hissə-
ləri və ona qardaşlıq yardımı göstərən türk qoşunları tərəfindən azad edildi. A zərbaycan Xa lq Cü mhuriyyətinin pay-
taxtı Gəncədən Bakıya köçürüldü. Bundan sonra Bakmının sosial-siyasi, iqtisadi və mədəni həyatında böyük hadisələr
baş verdi. Azərbaycan Xalq Cü mhuriyyəti Hö kuməti 1918 il sentyabrın 14-də Bakı quberniyasında inzibati hakimiyyətin
bərpası üçün vəsait ayrılması barədə qərar qəbul etdi. Sentyabrın 18-də Bakı şəhər ictima i özünüidarəsinin bərpası
haqqında qərar verild i. Birinci dünya müharibəsində (1914-18) Türkiyənin məğ lubiyyəti türk hərbi qüvvələrinin
Azərbaycanı tərk et məsinə səbəb oldu. İng ilis qoşunları Ba kıya da xil oldu v ə Bak ı ingilis general-qubernatorluğu
yaradıldı. Buna baxmayaraq, A zərbaycan Xalq Cü mhuriyyəti Hö ku məti dövlət quruculuğunu, fəal daxili və xarici
siyasətini davam etdirməyə çalışırdı. De kabrın 7-də Ba kıda A zərbaycan Xalq Cü mhuriyyətinin Pa rla menti iş ə başladı.
Şəhərin sosial-siyasi və mədəni həyatında böyük canlan malar baş verdi. Parlament 1919 il sentyabrın 1-də Bakı şəhə-
rində universitet açmaq haqqında qanun qəbul etdi, noyabrın 15-də universitetdə dərslər başlandı. 1920 ilin yanvarında
Azərbaycan Xalq Cü mhuriyyətinin dünya birliyi tə rəfindən tanınması Bakıda təntənə ilə qeyd olundu. Lakin Sovet Rusi-
yası Bakını tutmaq plan ından əl çəkməmişdi. V.İ.Lenin 1920 il martın 17-də Qafqaz cəbhəsi hərbi inqilabi şurasına
teleqramında yazırdı ki, "Bakını almaq bizə olduqca zəruridir. Biitün səyinizi buna verin, həm də bəyanatlarda son
dərəcə diplomatik olmaq və möhkəm yerli Sovet hakimiyyəti hazırlandığını tamamilə yəqin etmək lazımdır...". Buna
uyğun olaraq, Bakı əməliyyatı (1920) hazırlandı və aprelin 25-dən 26-na keçən gecə Sovet Rusiyasının 11-ci Qırmızı
ordusu Azərbaycan Xalq Cü mhuriyyətinin sərhədini keçə rək, Bakıya doğra irəlilədi. Aprelin 27-də Azə rbaycan
212
Ko mmunist (bolşeviklər) Partiyasının Mərkəzi Ko mitəsi, Rusiya Ko mmunist (bolşeviklər) Partiyası Qafqaz Diyar
Ko mitəsinin Ba kı bürosu və fəhlə konfransı adından hakimiyyətin bolşeviklə rə verilməsi haqqında Parla mentə ulti-
matu m verildi. Parla ment, hərbi müda xilə şəraitində, a xşam saat 11-də hakimiyyətin bolşeviklərə verilməsi haqqında
qərar çıxarmağa məcbur oldu. Az sonra 11 -ci Qırmızı ordu hiss ələri Bakıya da xil oldu. A zərbaycan Xalq Cü mhuriyyəti
süqut etdi. Hakimiyyət Azərbaycan Hərbi-İnqilab Ko mitəsinin əlinə keçdi. Bakı Azərbaycan Sovet Sosialist Respuli-
kasının (A zərbaycan SSR-in) paytaxtı oldu.
Əd
.: Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parla ment, cild 1 -2, B., 1998; (1918-1920).
Aзepбaйджанская
Демократическая Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998;
Lenin V.İ., Əsərlərin in tam
külliyyatı, c.51, B., 1984; Aşurbəyli S., Bakı şəhərinin tarixi (orta əsrlər dövrü), B.,1998;
Декреты Азревкома (1920-1921
гг.) Сборник докунментов,Б., 1988; Интернанициональная помощь XI армии в борьбе за победу советьской власти в
Азербайджане, Б., 1989; Мильман А., Политический строй в Азербайджане в XIX – начале XX веков, Б., 1966; Тагиев Ф.
А. История города Баку в первой половине XIX века (1806- 1859), Б., 1999.
Dostları ilə paylaş: |