DAVUD, Ağamirzadə Davud Əsgər oğlu (? - ?) -A zərbaycan şairi. 1918-20 illər milli istiqlal poeziyasının
nümayəndələrindən biri. Bu dövrdə "Azərbaycan" qəzeti öz ətrafında Cü mhuriyyəti ruh yüksəkliyi, sevinclə qarşılayan
görkəmli sənətkarlarla yanaşı, gənc ədəbi qüvvələri də birləşdirirdi. Davud da Azərbaycan Xalq Cü mhuriyyəti dövrü ədəbi
mühitində seçilən şairlərdən id i. Yarad ıcılığında əsgər şeirləri, azad vətəni, milli bayrağı tərənnüm, xalq ı birliyə çağırış
ruhlu şeirlər mühü m yer rutur. Şair A zərbaycan bayrağını, onun üzərində parlayan ay-ulduzu belə vəsf edird i:
Üzərində göründükcə ulduzun
Şeir söylər sənə nazlı tiirk qızı
Sən çırpındın, sə n yüksəldin, göründün
Və tanıtdın millətlərə sən bizi
Davudun əsgər şeirlərində ("Əsgər şərqisi", "Məqsədimiz", "Bir əsgərin dilindən", "Azərbaycan ordusuna",
"Əsgər") vətənə sonsuz sevgi, torpağımızın hər qarışı uğrunda canını qurban verən Azərbaycan əsgərinin şücaəti, milli
istiqlalımızın qorunması tərənnü m edilir.
Davud müstəqillik rəmzi kimi tərənnü m etdiyi üçrəngli milli bayrağı xalq ın əsarət və köləliyinə qoyulan nöqtə kimi
məna landırır.
Əd.:
Azərbaycan Xalq Cürnhuriyy əti (ədəbiyyat, dil, mədəniyyət quruculuğu), B., 1998; A ğayev İ., XX əsrin əvvəllərində
Azərbaycan şeri, B., 2002.
DE-FAKTO (lat ınca de-facto - "əslində", "faktiki ola raq") - beynəlxa lq hüquqda dövləti, ya xud höku məti tanıma
formalarından biri; rəsmi olsa da, qəti tanıma deyil. De-fakto tanıma müəyyən hüquqi nəticənin əmələ gəlməsini nəzərdə
tutsa da, müvəqqəti xarakter daşıyır və de-yure tanımaya b ir növ keçid mərhələsidir.
DE-YUR E (latınca de-jure - "hüquqa görə", "hüquqi baxımdan") - beynəlxa lq hüquqda dövləti, ya xud höku məti
tam, qəti və rəs mi tanıma (ba x hə mçin in De -fa kto).
DENĠKĠN Anton İvanoviç (16.12.1872, Varşava yaxınlığında - 8.8.1947, ABŞ, Miçiqan ştatı, Ann-Arbor) - rus
hərbçisi, Oktyabr çevrilişindən (1917) sonra sovet hakimiyyətinə qarşı mübarizə aparmış hərbi qüvvələrin başçılarından biri,
general-leytenant (1916). Birinci dünya müharibəsində (1914-18) briqada, diviziya, korpus ko mandiri, cəbhə ko mandanı
olmuşdur. Generallar L.G.Korn ilov və M.Alekseyevlə birlikdə Donda Könüllü ordunun yaradılmasında iştirak etmiş,
Kornilov öldürüldükdən sonra ordunun komandanı olmuşdur (1918). " Rusiyanın cənubundakı silahlı qüvvələr"in baş
ko mandanı kimi bolşevik hakimiyyətinə qarşı barış maz mübarizə aparmışdır. Den ikin 1918 ilin iyulunda Moskva üzərinə
hücuma keçərək, sovet hökuməti üçün ciddi təhlükə yaratmışdı. Den ikin qoşunları 1919 ilin yazında bütün Şimali Qafqazı
tutub, Dağıstana girmiş, Azərbaycan sərhədlərinə gəlib çatmışdı. " Vahid və bölün məz Rusiya" şüarı ilə çıxış edən Denikin
Rusiya imperiyasının əsarəti altında o lan xalq ların ö z müqəddəratını təyin etmək hüququnu qətiyyən qəbul etmirdi. Denikin
təhlükəsinə qarşı Azərbaycanda Dövlət Müdafiə Ko mitəsi yaradıldı, ö lkədə hərbi vəziyyət elan olundu. Denikin ordusu ilə
Azərbaycan arasında de markasiya xətti müəyyənləşdirild i (ba x Könüllü ordu ilə Azərbaycan arasında demark asiya xətləri).
1919 il iyunun 16-da Denikin təhlükəsinə qarşı A zərbaycanla Gü rcüstan arasında hərbi-müdafiə pakt ı imza landı.
Azərbaycan Xa lq Cü mhuriyyəti Dağıstan xa lqlarının Denikinə qarşı mübarizəsini dəstəklə mişdi. Hərb i uğursuzluqlar, sovet
328
ordusunun qaçılmaz qələbəsi şəraitində Denikin 1920 il fevralın 7-də Cənubi Qafqaz respublikaların ın müstəqilliyini
tanıdığını b ildirmişdi.
1920
ilin martında Könüllü ordu Şimali Qafqazda sovet ordusu tərəfindən məğlub edildikdən sonra Denikin Krıma
qaçmış, ko mandanlığı general Vrangelə təhvil verərək (1920, 4 aprel), xaricə mühacirət etmişdir.
1921
Əd.
Aзepбaйджанская Демократическая Pecnублика (1918-1920); Azərbaycan tarixi, 7 cilddə, c. 5, B., 2001.
DENĠKĠN ORDUS U - bax Könüllü ordu.
"DENS TERFORS", D ə n s t e r f o r s - Birinc i dünya müharibəsi (1914-18) za man ı, 1918 ilin yanvarında
general-mayor Denstervilin (Dənstervil) başçılığı ilə Mesopotamiyada yaradılmış B.Britaniya xüsusi hərbi ekspedisiyası.
Rəsmən "Densterfors" adlanırdı. Denstervil missiyası B.Britaniya höku məti üçün olduqca əhəmiyyətli idi (ba x Böyük
Britaniyanın hərbi ekspedisiyası). "Densterfors"un əsas məqsədi alman-türk qoşunlarının Əfqanıstan və Hindistana doğru
hərəkətinə mane o lmaq idi. Bağdad-Ba kı-Bu xa ra istiqamət ində hərəkət et mə k ə mri a ldıqdan sonra, Denstervil 12 zabit, 40
əsgər və "Ford"markalı 41 avtomobildən, həmçinin bir zirehli maşından ibarət dəstəsi ilə 1918 il fevralın 11-də Həmədana,
16-da Qə zv inə, 18-də Ən zəliyə çatdı. Ən zəli bolşevik əhvali-ruhiyyəli rus hərbçilərinin ə lində olduğundan, Denstervil
fevralın 25-də ö z dəstəsi ilə Həmədana qayıtdı. Həmədan-Ənzəli yolu ilə yanaşı, Qafqaza Zəncan və Təbriz vasitəsilə də
çıxmağın mü mkünlüyü mü zakirə olundu. Beləliklə, Denstervil Həmədandan Bakıya yürüş üçün bir neçə istiqamətdə qızğ ın
fəaliyyətə başladı. 1918 ilin ya zınadək ingilislər Cənubi Azə rbaycanın bir sıra vilayətlərini tutdular və Xə zə rin cənub
sahillərində möhkə mləndilə r. Rus ordusunun İranda qalmış kaza k h is sələrinin ko mandiri podpolkovnik L.Biçera xovla
yaxınlaşan Denstervil 1918 il martın ortalarında onunla saziş imzaladı. İngilislər L.Biçeraxovun kazak dəstələrinə Xəzər
dənizinə nəzarət i tə min edəcək qüvvə kimi ba xırdı. Göstərəcəyi xid mət müqabilində Denstervildən böyük məb ləğdə pul
alan L.Biçeraxov öz dəstəsiylə Denstervilin hərbi qüvvələrinə qatıld ı və hazırlan mış plana uyğun olaraq, martın 28-də
Qəzv ini tutdu (bax Biçeraxov ordusu).
1918 il avqustun əvvəllərində B.Britaniya qoşunlarının Ba kıya da xil o lmas ı üçün əlverişli şərait yarandı. Avqustun
1-də daşnak və eser-menşevik tör-töküntülərindən qurulan oyuncaq "Sentrokaspi dik taturası" hökuməti Qafqaz İslam
Ordusu ilə mübarizədə Denstervildən yard ım istədi. Avqustun 4-də polkovnik Stoksun başçılıq etdiy i 300 zabit və əsgərdən
ibarət ilk ingilis dəstəsi Ba kıya gəld i. Avqustun 9-17 arası üç batalyon, bir s əhra artilleriya batareyası və b ir neçə zireh li
maşından ibarət o lan ingilis hərbi qüvvələri də Bakıya daxil oldular.
Denstervilin Bakıdakı hərbçilərin in sayı 1000-ə qədər idi. Ordu qərargahı "Avropa" (indiki Lukoyl şirkətinin binası)
otelində, ordunun digər xid mətlə ri isə "Metropol" (indiki Niza mi adına Azərbaycan Ədəbiyyatı Muzey inin binası) otelində
yerləşdirilmişdi. ―Sentrokaspi diktaturası‖ nın başçıla rı cəbhənin ingilislərə tabe etdirilməyəcəyin i, ya lnız on ların
nümayəndələrin in cəbhə qərargahına daxil ediləcəyin i bildirsələr də, əslində, ingilislərin gəlməsi ilə Bakının qorunmasın ın
təşkili onların nəzarət i a ltına keçd i. Cəbhə xəttinin ən vacib nöqtələrinə ingilis bölmələ ri yerləşdirildi. Müdafiə xətt inin sol
cinahı Şimali Stafford alayına tapşırıld ı. Bu alayın 100 nəfərlik b ir dəstəsi cəbhə xəttin in mərkəzində yerləşdirildi.
Denstervil yerli hərb i qüvvələrin hazırlıq səviyyəsindən, qeyri-peşəkar döyüş qabiliyyətindən narazı qald ı. İngilislərin bütün
müdafiə xəttin i qoru mağa imkan ı olmad ığı üçün cəbhənin ən vacib sahələrin in qorun masını öz ü zərlərinə götürmüşdülər.
Cəbhənin sol cinahından başqa Qurd qapısı yüks əkliy i də Şimali Stafford a layının nəza rəti a ltında id i. Bundan başqa bu
alayın kiçik b ir dəstəsi Palçıq Vu lkan ı yaxın lığ ına göndərilmişdi. Sonradan Bakıya gələn Vervik və Uorçester taborları
məh z bu istiqamətə göndərilərə k, oran ın müdafiəsi gücləndirilmişdi. Ön xətdəki qoşunlara rəhbərlik polkovnik Keyvorta,
bütün briqadaya rəhbərlik isə polkovnik Fav ielə həvalə olun muşdu. Avqustun sonu üçün döyüşlər, başlıca olaraq, Binəqədi
yüksəklikləri ətrafında cərəyan edird i. İngilis qüvvələri ilə "Sentrokaspi" hissələri Bakıya doğru sıxışdırıld ı. Şəhərin
müsəlman əhalisi türklərə xilaskar kimi baxırdı. Britaniya ko mandanlığı aclıq çəkən şəhərdə əsgərlərini ərzaqla belə təmin
edə bilmirdi. İngilislərin İrandan Bakıya hərbi sursat daşıması getdikcə çətinləşirdi. L.Biçera xovdan yardım a lmağa ça lışan
Denstervil avqustun 20-də Də rbəndə yola düşsə də, yerli bolşeviklər buna mane oldular. Avqustun 25-də Ən zəliyə gələn
Denstervil, avqustun 27-də oradan silah və sursatla Bakıya qayıtdı. Avqustun sonu üçün Bakını qoru mağın faydasız
olduğunu görən Denstervil geniş müşavirə keçirərək ordunu şəhərdən çıxarmaq qərarına gəldi. Qafqaz İslam Ordusunun qəti
hücumu ərəfəsində ingilislər gəmiləri səfər üçün hazırlay ırd ılar. Sentyabrın 14-də axşam şəhəri tərk etmək qərara alındı.
Xəstələr, yaralılar "Kursk" və "Abo" gəmilərində, silah, sursat və şəxsi heyətin əsas hissəsi isə "Prezident Kryuger"də
yerləşdirilmişdi. Bakıdan ç ıxa rılan ada mla rın sayı 1300 nəfərə çatırd ı. Onların 900 nəfə ri döyüşçü, 400 nəfəri isə a rxa
cəbhədə çalışanlar idi. Denstervilin gə misi Ba kını sonuncu tərk etdi. Sentyabrın 19-da Ənzə liyə çatdıqdan sonra
"Densterfors" rəsmən bura xıld ı, b ir qis mi is ə Şima li İran ordusu adlanan 14-cü d iviziyaya qatıldı. Şimali İran ordusuna
general U.To mson komandan təyin edilmişdi.
Əd.: A zərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Həsənov C, A zərbaycan beynəlxalq münasibətlər sistemində (1918-
1920-c i illər), B., 1993; Nəsib zadə N., A zərbaycanın xarici siyasəti (1918-1920), B., 1996; Əh mədova F., Azə rbaycan Xa lq
Cü mhuriyyətinin siyasi tarixində Böyük Britaniyanın yeri, "Azərbaycan Xalq Cü mhuriyyəti tarixin in aktual problemləri"
beynəlxa lq e lmi sessiyasının materia lları, B., 5 may 2003; Денс тервиль, По хо д на Кавка з и Персию. Мемуары, Тифлис ,
1925; Юсифзаде С.З., Первая Азербайджанская Республика: история, события, факты англо – азербайджанских
отношений, Б., 1998.
DENSTERVĠL, D ə n s t e r v i l (?-?)- B.Britaniya hərbçisi, general-mayor. 1918 ilin yanvarında
Mesopotamiyada yaradılmış B. Britaniya xüsusi hərbi ekspedisiyasına
329
(ba x Böyük Britaniyanın hərbi ek spedisiyası) başçılıq et mişdir. Denstervilin başçılıq etdiyi hərbi qüvvə "Denster-
fors" adlandırılmışdı. Denstervil 1918 ilin avqustundan sentyabrın 15-dək Bakın ı işğal etmiş B.Britaniya hərbi hissələrin in
ko mandanı olmuşdur. Türk-Azərbaycan hərbi qüvvələrindən ibarət Qafqaz İslam Ordusunun təzyiqinə davam gətirməyərək,
1918 il sentyabrın 14-dən 15-nə keçən gecə Bakın ı tərk etmişdir.
Əsəri: По хо д в Кавказ и Персию. Мемуары, Тифлис, 1925.
DEPORTAS ĠYA (latınca deportatio - məcburi köçürülmə, qovulma, sürgün) - Azərbaycan hüquqi sənədlərində
azərbaycanlıların tarixi-etnik torpaqlarından, əsasən, Ermənistan ərazisindəki ə zə li torpaqla rından kütləvi surətdə və
zorakılıqla sürgün olunması nəzərdə tutulur. A zərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "1948-1953 illərdə
azərbaycanlıların Ermənistan SSR ə ra zisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 1997 il 18
dekabr tarixli fə rman imza la mışdır. Ətraflı mə lu mat üçün ba x Köçürmə siyasəti.
DƏRBƏND - qədim A zərbaycan şəhəri, dünyanın ən qədim şəhərlərindən biri. Şimalı Cənubla, Avropanı Yaxın və
Orta Şərqlə əlaqələndirən mühü m hərbi-strateji məntəqə. Dərbənd Azərbaycan dövlətləri olan Qafqaz Albaniyası,
Şirvanşahlar, Səfəvilər və Fətəli xanın başçılıq etdiyi Şimali-Şərqi Azərbaycan dövlətinin tərkibində olmuşdur. 1796 ildə rus
qoşunları tərəfindən işğal olunduqdan sonra, Dərbəndi daim Azərbaycan torpaqlarından təcrid etmək siyasəti yeridilmişdir.
Buna ba xmayaraq, Də rbənd və Şima li Qafqazda kı digər A zərbaycan torpaqları Ba kı ilə sıx iqtisadi əlaqələ rin i hə mişə davam
etdirmişlər. Azərbaycan Xalq Cü mhuriyyəti onu öz ərazisi hesab etdiyini b ild irmişdi.
Petrovsk-Port (Mahaçqala)-Dərbənd-Biləcəri də mir yol xəttinin çəkilişinin (1900) Də rbəndin Azərbaycanla iqtisadi
əlaqələrinin davam və in kişaf etdirilməsində mühüm əhəmiyyəti o ldu. Qafqaz təqvimin in (1917) məlu matına görə şəhərin
əhalisi 31168 nəfərə bərabər idi. Onlardan 18438 nəfəri yerli, 12730 nəfəri müvəqqəti yaşayanlar idi. Şəhər əhalisinin 19864
nəfəri kişi, 11304 nəfə ri qadın id i. Əha lin in böyük ə ksəriyyətini a zərbaycanlılar təşkil edirdilər. 1917 ilin fevralında
Dərbənd fəhlə və əsgər deputatları soveti yaradıld ı, de kabrda sovet hakimiyy əti elan o lundu. 1918 ilin iyulunda
L.Biçeraxovun 12 min lik o rdusu Dərbəndə hücum edərək, avqustun 3-də şəhəri tutdu. Oktyabrın 6-da türk qoşunları
Dərbəndi tutsalar da, Birinc i dünya müharibəsinin (1914-18) ye kunlarına görə de kabrda şəhəri tərk et məli oldu. 1919 ilin
may ında Dərbənd Denikin ordusunun işğalına məru z qaldı. 1920 il martın 25-də 11-ci Qırmızı ordunun köməyi ilə
Dərbənddə sovet hakimiyyəti e lan olundu. 1921 ildə yaradılmış Dağ ıstan Muxtar Sovet Sosialist Respublikasının tərkib inə
daxil edildi. Bununla Dərbənd, fakt iki ola raq, Azərbaycan m in zibati-əra zi tərki-b indən ahnaraq Rusiya Sovet Federativ
Sosialist Respublikasının tərkib inə qatıldı. Sovet Sosialist Respublika ları İttifaqı dağıldıqdan sonra is ə Dərbənd Rusiyanın
tərkib ində qaldı.
Əd.: Həsənov Cənubi Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993; Султанов
С.А., Дербент. История возникновения и развития, Дербент, 2003.
DƏRƏLƏYƏZ - Azərbaycanın Naxçıvan mahalında tarixi bölgə; şimalda Basarkeçər yaylası, şərqdə Zəngəzur
silsiləsi, cənubda Ələyə z dağları, qərbdə isə Səlim aşırımı yerləşən hündür dağlarla əhatə olunmuşdur. Ümu mi sahəsi 2304
k v.k m-dir.
330
Ən qədim dövrlərdən başlayaraq Azərbaycan xalqın ın
təşəkkülündə iştirak et miş türk tayfa larının məskunlaşdığı
Dərə ləyəz-Ələyəz də rəsi toponimi orta əsrlərdə in zibati-əra zi
bölgüsü mənasında işlən məklə, geniş ərazini əhatə etmişdir. 18
əsrin əvvəllərində Osman lı dövlətinin idarəsi altında olmuş
Naxçıvan sancağının 14 nahiyəsindən biri də Dərələyəz id i. Bu
dövrdə Dərələyəz nahiyəsi 102 kəndi əhatə edirdi. Xalq
bölgüsünə görə, 3 h issəyə ayrılırdı: Şərq i Dərələyəz, Qərb i
Dərə ləyəz və in zibati-əra zi bö lgüsünə əsasən tarixən Də rələyə zə
aid edilən Şərurun dağlıq hiss əsi.
Rusiya ilə İran arasında imzalan mış Türk mənçay müqa-
viləsindən {1828) sonra Rusiyanın tərkib inə qatılan Də rələyə z
bölgəsi İran və Türkiyədən buraya köçürülən ermənilərin
hesabına etnodemoqrafik dəyişikliklərə məru z qalmışdır;
köçürmələrə qədər bölgədəki ailələrin böyük əksəriyyətini - 94,1%-n i azərbaycanlılar, cəmisi 5,8%-ni ermənilər təşkil
edirdisə, köçürmələ rdən sonra erməni ailələri 25,8%-ə çat mışdı. Çar höku mətinin Cənubi Qa fqazda apardığı inzibati islahata
əsasən, 1870 ildə Dərələyəz İrəvan quberniyasının tərkibində yaradılan Şərur-Dərələyəz qəzasına daxil edilmişdi. 1897 il
mə lu matına görə, Də rələyə zin sahəsi 2972,3 k v.k m, əhalisi 76.551 nəfə r id i; hə min mə lu mata görə, əhalinin 70,5% -i
azərbaycanlı, 27,5%-i e rməni olmuşdur. Ermən istanda daşnak ağalığı dövründə (1918-20) Dərələyə zin azə rbaycanlı əhalisi
dəhşətli soyqırımına məruz qalmış, sağ qalan lar is ə ö z doğma yerlə rin i tərk et məyə məcbur edilmişlər. Sovet hakimiyyəti
illərində Də rələyə z bölgəsi, heç b ir əsas olmadan, Azərbaycandan qoparılıb Ermən istana verilmişdir.
Azərbaycanlılara qarşı soyqırımı siyas əti bütün 20 əsr boyu davam etdirilmiş və nəhayət, əsrin sonunda onlar indiki
Ermənistan ərazisindən, o cümlədən Də rələyə zdən zorla deportasiya olunmuşlar.
Dərə ləyəz Na xçıvan maha lın ın qədim mədəniyyət mərkə zlərindən olmuşdur. Qəbiristanlıqlardakı daş qoç hey-
kəlləri, me ma rlıq ab idələri bölgənin ə zəli A zərbaycan torpağı olduğunu sübut edir. Tarix boyu ermənilər Azərbaycan
torpaqlarını "özününküləşdirmək" məqsədilə buradakı abidələr ü zərindəki kitabələri saxtalaşdırmış və yaxud məhv etmişlər.
Dərə ləyəzdəki A zərbaycan-türk ab idələri də bu cür məhv edilmiş, kitabələr isə saxtalaşdırılmışdır.
Əd
. Hacı Qədir Qədirzadə, Naxçıvanın tarixi türk diyarı-Dərələyəz. Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri, 1999, №4;
Dərələyəzli K., Dərələyəz od içində. B., 2001.
"DĠFAĠ" - Azərbaycan milli partiyası. 1906 ilin ortalarında yaranmışdı. Əsasını Əh məd bəy Ağayev qoymuşdur.
1905
ilin ermən i-müsəlman qırğın larından sonra ermənilərlə a zərbaycanlıları barışdırmaq məqsədilə fevra lın 20-
dən ma rtın 6-dək Tiflisdə Qafqaz canişini İ.İ.Vorontsov-Daşkovun sədrliyi ilə qurultay keçirildi. Qurultayda ermənilərin
inadkarlığ ı və barış maz mövqeyi ilə ü zləşən azərbaycanlı nü mayəndələrin b ir hissəsi erməni tenorçularına qarşı duruş gətirə
biləcə k mütəşəkkil müsəlman təşkilatın ın yaradılması haqda qərar qəbul etdi. Qurultaydan sonra 1906 ilin qış, yaz və yayında
daşnaklar Şuşada və bütün Qarabağda, Naxçıvan və İrəvanda azərbaycanlılara qarşı soyqırımları törətdilər. Dinc
azərbaycanlı əhaliyə divan tutuldu. Avqustun ilk günlə rində Əh məd bəy Ağayev Şuşaya gəlib, nüfu zlu şəhərlilə rin iştira kı
ilə yığıncaq keç ird i və onun təşəbbüsü ilə Qafqa z ü mu mmüs əlman müdafiə ko mitəsi -"Difai" partiyasının yaradılması
haqqında qərar qəbul edildi. Ə.Ağayevin özünün rəhbərlik etdiyi Mərkəzi Ko mitə Bakıda yerləşird i. Po lis sənədlərində
Mərkə zi Ko mitənin tərkibin in 6 nəfə rdən ibarət olduğu göstərilmişdir. "Difa i‖yə "hümmətçilər - Qa ra bəy Qarabəyov,
Məmməd Həsən Hacınski, İsa bəy Aşurbəyov, Behbud xan
Cavanşir, N.Behbudov və b. da daxil idilər. Lakin onların partiya
işində iştirakı daha ço x rəmzi xarakter daşıyırdı, çünki "Difai"
əsasən, Bakıdan kənarda, A zərbaycanın şimal-qərb qəzalarında
fəaliyyət göstərirdi. "Difai" part iyasının ilk çağırışları 1906 il
oktyabr ortalarına aiddir.
Azərbaycanın əksər qəza larında geniş fəaliyyət göstərən
və əhali arasında kifayət qədər məşhurlaşan "Difai" partiyası
üzvlərinin ü mu mi sayı 1000 nəfərə çatırdı. "Difai" 1917 ilədək
üzvlərinin sayına, eləcə də kütlə arasında nüfuzuna görə, əslində,
ən böyük milli partiya idi. Partiyanın sosial bazasını cəmiyyətin
orta təbəqələri, e ləcə də ruhanilə r təşkil edirdi. Pa rtiyanın
möhüründə tiyəsi yuxarı yönələn iki çarpaz qılınc və aypara təsvir
olunmuşdu.
331
"Difa i"nin ən fəal və nüfuzlu ko mitə lərindən biri Gəncə (Ye lizavetpol) ko mitəsi id i. Ko mitəyə Ye lizavetpol kişi
gimnaziyasının hüquq müəllimi axund Məhəmməd Pişnamazzadə sədrlik edirdi. Onun kö məkçisi vəzifəsini Gəncənin
tanınmış ictimai xadimi Ə.Rəfibəyli yerinə yetirird i. Ko mitəyə H.Usubbəyov (Nəsib bəy Yusifbəylinin qardaşı),
Ə.Xasməmmədov (Xəlil bəy Xasməmmədovun qardaşı), M.Ə.Rəfiyev, M.Qazıyev, Molla İs mayılzadə, Q.M.Həmzəyev və
b. da xil idilər.
"Difai" partiyasının ən çoxsaylı və fəal şöbəsi Şuşada yerləşirdi. Bu şöbə 1907 ilin ortalarından "Qarabağ birlik
məc lisi" adlandırıld ı. Məclisin təsir dairəsinə Azərbaycanın Zəngəzur, Qaryagin, Cavanşir qəza ları da xil id i. Doktor Kərim
bəy Mehmandarovun rəhbərlik etdiyi Məclisin Şuşa ko mitəsinin tərkib inə Cahangir xan Nu ribəyov, X.Quliyev,
M.Ş.Hacıyev, M.Muradov, M.Ə.Əzimov, H.Münşiyev və b. (cəmi 18 nəfər) daxil id i.
Ağdam ko mitəsinə Zülfüqar bəy Haqverdiyev rəhbərlik edirdi. Ko mitənin üzvləri S.Rüstəmbəyov, B. və Ş.Kazım-
bəyovlar, C.Və zirov, M.M.İbrah imov, D.Ağamirzəyev, Q.Cavanşir və b. idilə r. Bərdə ko mitəsinin rəhbəri Məşədi Mehdi
Hacı Şərif, eyni zamanda, daşnak təcavüzünə qarşı yaradılmış silah lı dru jinaya başçılıq ed ird i. Bərdə, Tərtər, Cəbrayil,
Qaryagin ko mitə lərinə 15 nəfə rdən 30 nəfərə qədər üzv da xil idi.
"Difai‖nin əsas vəzifələrindən biri də silahsız türk-müsəlman əhalini yaxşı təşkil edilmiş və silahlan mış daşnak
quldur dəstələrindən ("xu mbalarından") qorumaq üçün hərbi drujinala r yarat maq, həmç inin silahlı ə mə liyyatlar, terror
aktlarının və q ırğ ınların əsas təşkilatçısı olan çar höku mətin i ö z təxribatçı əməllərindən əl çəkməyə məcbur et mək id i.
"Difai" partiyası proqramının əsas müddəaları Ə.Ağayev tərəfindən nəşr edilən "İrşad" qəzetində işıq üzü görmüş
layihədə öz əksini tap mışdı. Part iya əsas məqsədini öz xa lqını son za manla r meydana çıxmış erməni-müsəlman
toqquşmalarından, sosial-siyasi və mədəni gerilikdən xilas etməkdə görürdü. Partiya ermən i terrorçu larına qarşı silah lı
mübarizəni öz məqsədlərinin həyata keçirilməsi metodlarından biri kimi elan etməyə məcbur olmuşdu. Proqramda deyilirdi
ki, "ermən i bo mbala rın ın qorxusu alt ında iş görən hökumət ada mlarının qanunsuz əməllərinə qarşı Difai bomba və qılıncla
çıxacaq". Bununla yanaşı, proqramda bild irilird i ki, "Difai" hər hansı bir xalqın hüquqlarına təcavüz edən təşkilat deyil.
"Difai" daşnaklara bəyan etmişdi ki, öz çirkin əməllərindən əl çəkib, Qafqaz xalqların ın bərabər inkişafına çalışacaqları
halda, onlarla da ə mə kdaşlıq et məyə hazırd ır.
1907 ildə "Qa rabağ birlik məc lisi"nin də 52 bənddən ibarət proqrafn ı çap olundu. Bu proqra m "Difa i"nin b irinci
proqramımn daha geniş variantı sayıla bilər. Proqramda müsəlmanların məzhəblərə ayrılması qətiyyətlə pislənilir, bu hallara
yol verənlərin cə miyyətdən uzaqlaşdırılma lı o lduğu göstərilird i. Müsəlman ic masından heç kim Məclisin ica zəsi o lmadan
hökumət idarələrinə səlahiyyətli nü mayəndə seçilə bilməzd i. Erməni-müsəlman toqquşmalarına səbəb ola biləcək şayiə
yayanlar və təhlükə li əşyalar satanlar cə za landırılıb şəhərdən çıxa rılma lı id ilə r. Aqrar məsələ proqra mda radikal həllini
tapmışdı: torpaq zəh mətkeşlərin arasında bərabər şəkildə bölün məli idi. 1906-08 illər ərzində "difai"çilər bu istiqamətdə,
yəni torpaqların mü lkədarla rdan alınıb, kəndlilə r arasında bölüşdürülməsində bir sıra tədbirlə r həyata keçirmişdilər.
"Difai"çilərin təbliğat fəaliyyəti cəmiyyət həyatının bütün sahələrini əhatə edird i. 1907 ilin avqustunda tərtib
edilmiş polis raportunda, "Difai"nin artıq ən ucqar kəndlərdə belə nü mayəndələrinin o lmasından və onların əhalini
mütləq iyyətin siyasəti ilə tanış etdiklərindən, sadə xalqın məktəbə inanmağa başladığından, bir sözlə, son bir-iki il ərzində
yerli əhalidə, xüsusilə Qa rabağda ictima i işlə rə ma rağın art masından bəhs olunur. Ye lizavetpol (Gəncə) quberniyasının bir
çox yerlərində əhali ən ciddi prob lemlərlə bağlı hakimiyyət strukturlarına deyil, "Difai"nin ko mitələrinə müraciət edirdi.
Məsələn, 1907-08 illərdə Cavanşir qəzasında 38 kənd ic masından yalnız 8-i hakimiyyət orqanlarına tabe olurdu, qalan
kənd xudalar isə "Difai"nin rəhbərliyi a lt ında işləyird i. Bə rdə qəzasında Məşədi Mehdinin rəhbərliy i ilə "Difai" ko mitəsi
kəndlilərin bəylərə qarşı ç ıxışlarını təşkil et miş və ko mitə ü zvlə ri buna görə polis tərəfindən həbs olunmuşdular.
1906 ilin sonunda "difai"çilər Şuşa qeneral-qubernatoru V.N.Qoloşapovu və onun dəftərxana müdiri Kleşinskini
qətlə yetirdilər. Onla r 1906 ildə Şuşada ermənilə rin a zərbaycanlılara qarşı törətdikləri qırğınla rın qarşısını a lma maqda,
əksinə, ermənilərə kö mək göstərməkdə günahlandırılırdılar. 1907 ildə Naxçıvan qəza rəisi podpolkovnik Enqel də eyni
ittiha mla qətlə yetirilmişdi. Hə r bir a ksiyadan sonra "difai"çilər bəyanat verir, məsuliyyəti ö z ü zərlərinə götürürdülər.
Qəzet lərə göndərilən bəyanatlarda bu qətllərin səbəbini izah edir, müs əlmanlar ə leyhinə siyasət yeridənlərin ha mısın ı bu cür
aqibətin gözləd iyini bildirirdilər. Aksiyala rı, əsasən, Şuşa və Gəncə ko mitələ ri həyata keçirirdi. Əla mətdar ha ldır ki, bu qisas
aksiyalarından sonra azərbaycanlılara qarşı təxribatlar və q ırğ ınlar səngiyirdi.
"Difai"çilərin topladığı böyük məbləğdə vəsaitin bir hissəsi İran və Türkiyə inqilabçılarına kö məyə göndərilird i.
Gənc türklərə can lı qüvvə və silahla yardım edilirdi.
1908 ildə ça r ha kimiyyət orqanla rı "Difa i"nin ü zvlərinə qa rşı repressiyalara başladı. Qafqaz canişin i 1908 il 4 mart
tarixli fə rmanla "Difa i" partiyasını qadağan etdi. ƏAğayev repressiyalara mə ruz qald ı, onun qəzetləri bağlandı, özü təqib
edilməyə başladı. Nət icədə, Ə.Ağayev Türkiyəyə mühacirətə get məyə məcbur oldu. "Qa rabağ birlik məclisi"nin, Gəncə,
Bərdə ko mitələrinin ü zvlə ri küt ləvi surətdə həbs edildilər. Repressiyalar, fakt iki o laraq, part iyanı başsız qoydu. La kin
partiyanın fəaliyyəti, passiv də olsa, 1917 ilə kimi davam etmişdi. Balkan və Birinci dünya müharibəsi illərində "Difai"nin
fəaliyyətində canlanma baş verdi. Bə zi sənədlərə əsasən, hələ 1915 ildə "Difai" və türk ko mandanlığ ı nü mayəndələrin in
Bakı, Gəncə, İrəvan quberniyaları və Dağıstan da daxil olmaqla, müstəqil respublika yaratmaq barədə danışıqları o lmuşdu.
332
"Açıq söz" qəzetinin 1917 il oktyabrın 13-də yazdığ ına görə, Azərbaycan siyasi partiyalarının Gəncə müşavirə-
sində "Nicat" və "Difa i" inqilabi part iyala rın ın nümayəndələri proqra mları uyğun gəldiyi üçün "Müsavat" partiyasına daxil
olmuşdular.
Əd:.
Seyidzadə D.B., Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar, B., 1998; Süleymanova S., Azərbaycanda
ictimai-siyasi hərəkat, B., 1999; Багирова И.С., Политические партии и организации Азербайджана в начале XX века , Б., 1997; Ахмедов
А., Азербайджанские тюрки в революции 1905 r., B., 2002.
Dostları ilə paylaş: |