ƏQDNAMƏ - Azərbaycan Milli Şurasının 1918 il 28 may tarixli qərarına əsasən Azərbaycanın müstəqilliy ini
rəsmən elan edən sənəd. Ətraflı mə lu mat üçün bax İstiqlal bəyannaməsi.
ƏLABBAS Müznib - A zərbaycan şairi, publisist və tərcüməçi (bax Müznib Əlabbas Mütəllimzadə).
ƏLAGA VAHĠD - görkəmli Azərbaycan şairi, əməkdar incəsənət xad imi (bax Vahid Əlağa).
ƏLAHĠDDƏ AZƏRBAYCAN KORPUS U (ƏAK) - Müsəlman korpusunun bazasında yaradılmış hərbi birlik;
müstəqil ordu quruculuğunun ilkin mərhələsi. Həmin mərhələnin səciyyəvi xüsusiyyəti ço x mürəkkəb hərbi-siyasi şəraitdə
aparılan ordu quruculuğuna türk hərbçilərinin rəhbərlik etməsi id i.
Əsası 1917 ilin dekabrında qoyulmuş Müsəlman korpusu Zaqafqaziya ko missarlığ ının ordu strukturu kimi
formalaşmağa başlamışdı. 1918 il iyunun 26-da Azərbaycan Hökuməti Müsəlman ko rpusunu Əlahiddə Azərbaycan korpusu
adlandırmaq la özünün bu hərbi struktura sahibliyini hüquqi cəhətdən təsdiqlədi. Höku mətin həmin tarixli başqa bir qərarı ilə
ƏAK qərargahının ştatında qismən dəyişiklik edildi və korpus ko mandirin in yanında diviziya səlahiy-yətində xüsusi
tapşırıq lar üçün general vəzifəsi təsis edild i.
ƏAK bu zaman A zərbaycanda xilaskarlıq missiyasını həyata keçirən Qafqaz İslam Ordusunun tərkibinə daxil ed ild i.
Azərbaycana hərbi yardıma gəlmiş 5-ci Qa fqaz firqəsi də ilk va xtla r ƏAK-ın tərkibinə da xil edilmişdi. Hə min firqə (div iziya)
ƏAK vasitəsilə Qafqaz İslam Ordusunun komandanlığına bağlanırdı. 5-ci Qafqaz firqəsinin ko mandiri xid məti vəzifələri,
döyüş tapşırıqlarının icrası haqqında Qafqaz İslam Ordusunun komandanı ilə bərabər ƏA K-m ko mandanı Əlağa Şıxlinskiyə
də hesabat verirdi.
Müsəlman korpusu ƏAK adlandırılandan sonra korpus ko mandirinin əmri ilə h issələrdə və hərbi müəssisələrdə yeni
möhürlərin tətbiq edilməsinə başlandı. Müsəlman korpusunun möhürlərində rus qoşun hissələri möhürlərindəki ikibaşlı qartal
təsviri var idi, dövrəsində isə hissənin adı və nömrəsi ya zılmışdı. Yen i möhürlə r gümüş manatlıq ölçü-sündə, ortasında
səkkizguşəli ulduz və aypara təsviri olma lı, yu xa rı kənarı boyunca is ə hə m rusca, hə m də azə rbaycanca hissənin adı və
nömrəsi yazılmalı idi.
Korpusun strukturların ın da yenidən qurulmasına baş landı. Sənədlər ƏA K tərkib ində diviziya qərargahla rının ləğv
olunduğunu göstərir. Qafqaz İslam Ordusu komandanının 1918 il 13 avqust tarixli əmri ilə ƏAK-ın qərargahı da, müvəqqəti
olaraq, ləğv olundu, onun tərkib inə daxil olan hissələr birbaşa Qafqa z İsla m Ordusu komandanlığına tabe edildi. ƏA K-ın
ləğvi ilə onun sıralarında fəaliyyət göstərən zabitlər də xid mətdən kənarlaşdırıldı, h issələrdə yazış manın Azərbaycan dilində
aparılması məcburi şərt kimi irəli sürüldü.
1918 il sentyabrın 2-ci yarısında ƏAK-m qərargahı bərpa edildi. General-leytenant Ə.Şıxlinski korpusun ko-
mandiri, polkovnik Həbib bəy Sə limov isə qərargah rə isi idi. İlkin olaraq, ƏAK-ın tərkibində iki p iyada diviziyası
formalaşdırıldı. 1-ci d iviziyanm ko mandiri polkovnik (albay) Cəmil Cahid bəy, 2-ci d iviziyanın ko mandiri isə Qafqaz İslam
Ordusunun qərargah rəisi olmuş Na zim bəy təyin edildi. Hə r diviziya üç piyada alayından ibaret idi. 1918 il oktyabnn
ortalarmda 1-ci d iviziyanm tərkibində üç süvari alayı, b ir sərhəd və bir topçu alaylan var idi. Qafqa z İsla m Ordusu
ko mandanmm tabeliyində 4-cü A zərbaycan süvari alayın m da forma laşdırılmasma başlanmışdı. Bununla yanaşı Əlahiddə
Azərbaycan korpusunun tabeliyində 1-ci ağır topçu taboru, 1-ci qaubitsa taboru, teleqraf taboru, dəmir yol taboru və təyyarə
dəstəsi də var idi.
1918 il noyabrın əvvəllərində hərbi nazirlik bərpa edildikdən sonra, ƏAK-ın mövcudluğu formal xarakter aldı.
Qoşun hissələrinin təşkilinə və fəaliyyətinə rəhbərlik bütünlüklə hərbi nazirliyin əlində cəmləşdirildi. 1918 il noyabrın 15-də
ƏAK-ın qərargah rəisi H.Səlimov Ümu mi qərargahın rəisi təyin edildi. ƏA K-ın ko mandiri Ə.Şıxlinski isə 1918 il dekabrın
29-da hərb i na zirin müavin i təyin olundu. Korpusun qərargah zabit lərinin b ir ço xu yeni və zifə lərə təyin edildilə r. Na zirlər
Şurasının 1919 il 2 yanvar tarixli qərarı ilə Əlahiddə Azərbaycan korpusu ləğv olundu. Onun qərargahında xid mət edən
zabit lər hərb i na zirliy in aparatına və qoşun hissələrinə göndərildilər.
Əd.:
Süleymanov M., Azərbaycan ordusu (1918-1920), B., 1998; Стеклов А., Армия Мусаватского Азербайджана, Б., 1928.
ƏLAHĠDDƏ NAXÇIVAN GENERAL-QUBERNATORLUGU - Cənubi Qafqazda nüfuz dairəsi qazan mağa
çalışan Amerika Birləşmiş Ştatlarının əlverişli hərb i-strateji mövqedə yerləşən Naxçıvan bölgəsində möhkəmlən mək
məqsədilə yarad ılmış general-qubernatorluq (ba x Naxçıvan general-qubernatorluğu).
ƏLƏT-CULFA DƏMĠR YOLU Bakı ilə A zərbaycanın cənub-qərb bölgələrini birləşdirən dəmir yolu xətti. Cu lfa
istiqamət ində dəmir yo lu çəkilməsi təklifini ilk dəfə 1898 ildə rus sahibkarla rı F.Y.Yenakiyev və A.M.Qorya inov irə li
362
sürmüşdülər. Onların tapşırığı ilə 1900 ildə Hacıqabuldan Araz çay ı boyunca Culfaya qədər ərazidə texn iki-kəşfıyyat işlərinə
başlandı. Rus sənayeçiləri həmin dəmir yolu xəttini gələcəkdə İrana və Türkiyəyə doğru u zatmaq n iyyətində id ilər. Tərtib
olunmuş layihə sonradan "Təbriz dəmir yolu cəmiyyəti”nin rəhbərlərindən olan S.Podqurskiyə verildi.
Culfa-Hacıqabul də mir yolu xəttin in çəkilməsinin zə ruriliyi Birinci dünya müharibəsi (1914-18) başlandıqdan
dərhal sonra özünü göstərdi. Rusiya Qafqa z cəbhəsindəki qoşunlarını ərzaq və döyüş sursatı ilə təchiz et məkdə ciddi
çətinliklərlə üzləşdi. 1914-16 illərdə Qafqazın cənubuna doğru daşınan yüklərin həcmi 2 dəfədən ço x artmışdı və
Aleksandropol-Culfa xətti bu qədər yükü daşımağa qadir deyildi. Bu və ziyyət Qafqa zdakı rus ordusunun komandanı və
Qafqaz canişin i Niko lay Nikolayeviçi Culfanın Cənubi Qafqaz dəmir yolunun şərq hissəsindəki stansiyalardan biri ilə
birləşdirilməsini təklif edən layihələ rə ciddi d iqqət yetirməyə məcbur etdi. Can işin bu layihələ r içərisində Culfanın Ələtlə
birləşdirilməsi təklif edilən varianta üstünlük verdi və 1916 il fevralın 4-də Na zirlər Şurasına müraciət edərək, Ələt-Culfa də mir
yolu xəttinin çə kilməsi məsələsini irə li sürdü.
Culfanı məhz Ələt stansiyası ilə birləşdirmək təklifi onunla bağlı idi ki, bu stansiya hələ Bakı-Tiflis dəmir yolu
çəkildiy i zaman dəmir yo lu xətti vasitəsilə Ələt bu xtası ilə birləşdirilmişdi. Bu xtanın ö zündə isə gəmilərin yan alması üçün
körpü inşa edilmişdi. Bu da tikinti materiallarını və sonrakı dövrdə həm də hərbi yükləri onsuz da yüksək gər-g inliklə işləyən
Cənubi Qafqaz də mir yolundan, Ba kı yük stansiyasından yan keçmə klə daşımağa imkan verərd i.
Də mir yolu xətti Ələt stansiyasından başlayaraq Şirvan, Muğan, Mil düzlərindən çəkilməli, 46-cı verstdə Kür çayını,
91-ci verstdə Araz çayını keç mə li idi. Təqribən Bəh mən li stansiyası yaxınlığ ından (165-c i verstdən) başlayaraq Araz çayı
vadisi ilə, Xudafərin körpüsündən Ordubada kimi is ə 90 verstlik məsafədə ensiz çay yatağı boyunca inşa edilməli idi. Bu yeni
dəmir yolu xətti 383-cü verstdə İran sərhədi ya xınlığında - Culfada Ulu xan lı-Culfa və Culfa -Təbriz də mir yolları ilə
qovuşmalı idi. İşçi layihəsində dəmir yolu xəttinin keçəcəyi dağlıq bölgədə ümumi u zunluğu 460 sajın (1 sajın =2,13360 m)
olan 13 tunel inşası planlaşdırılmışdı. Layihədə həmçinin 13 yeni stansiya tikintisi də nəzərdə tutulurdu.
Çar höku məti bu yolun çəkilməsinə dərhal icazə verdi. Artıq 1916 il may ın 14-də Ələt-Cu lfa dəmir yolunun Qaf-
qazdakı rus ordusunun təchizi üçün fövqəladə dərəcədə vacibliyin i nəzərə alaraq, tikinti xərclərin in hərbi fondun hesabına
ödənilməsi barədə yollar naziri A.F.Trepova göstəriş verildi. Həmçinin, inşaat işləri üçün lazım olan bütün materialın və
avadanlıqların hərbi yük kimi növbədənkənar qəbul edilib, yola salın ması əmr o lundu. Yo lun çəkilməsinə cəlb edilən qeyri-
müsəlman lara hərb i xid mətdən möhlət hüququ verilirdi.
1916 il iyulun 30-da də mir yolu xəttin in inşasına başlandı. Tikintinin podratçısı Cənubi Qafqazda yerli ş əraitə və
dəmir yolu inşası işinə ya xından bələd olan S.Podqurski, baş mühəndisi isə A.Treskinski id i. Də mir yolu inşası üçün zəruri
olan materia lla r hə m ölkə da xilində, hə m də xaricdə sifariş edilmişdi. Yo lun çəkilişində 50 min nəfə rə qədər adam ça lışırdı.
Bu da tikinti işlərini yüksək sürətlə aparmağa imkan verirdi. 1917 ilin sonuna kimi torpaq işlərin in 73 faizi, süni tikililərin 60
faizi, qalereya və tunel çəkilişinin 80 faizi art ıq başa çatdırılmışdı. Kür çayı ü zərindən Qafqazda ən böyük - 152 sajın
uzunluğunda körpü inşa edilmişdi. Həmçinin, Ələt stansiyasından başlayaraq, hazırlan mış dəmiryolu yatağına sürətlə rels
döşənirdi. 1918 ilin əvvəlində Ələtdən Bəh mən li stansiyasına qədər 165 verstlik sahədə rels döşənməsi işi, əsasən, başa
çatdırılmış, işçi qatarların hərəkəti başlanmışdı. Lakin 1917 ilin sonu - 1918 ilin əvvəlində Rusiyada və Qafqazda baş verən
siyasi hadisələr tikinti işlərini davam etdirməyə imkan vermə mişdi.
1918 il may ın sonunda isə o zaman Naxçıvana gəlmiş Osmanlı qoşununun Culfa-Bakı istiqamətində irəliləmə-sinin
qarşısını almaq üçün, Bakı Xalq Ko missarları Sovetinin daşnak-bolşevik rəhbərliyin in göstərişi ilə artıq dəmir yo lu xətti
çəkilmiş sahələrdə relslər sökülmüş, digər dəmir yolu əmlakı ilə b irlikdə başqa yerə daşınmışdı. Sonralar bu sahədən
sökülmüş relslərin ço xundan Bakı-Tiflis dəmir yolu xəttin in təmirində istifadə edilmişdi. A zərbaycan Xalq Cü mhuriyyəti
Höku məti ço x ağ ır iqtisadi və maliyyə böhranı keçirməsinə baxmayaraq, Ələt-Culfa dəmir yolunun inşasını davam etdirməyə
xüsusi diqqət yetirirdi. 1919 ilin büdcə layihəsində bu məqsəd üçün 100026000 çervon vəsait ayrılması bunu sübut edir.
Lakin o zaman tikinti işlərini canlandırmaq mü mkün olmadı. A zərbaycan Xalq Cü mhuriyyəti dövründə yalnız Ələtlə
Zubovka (indiki Əli Bayra mlı) a rasındakı də mir yolu xətti (48 verst uzunluğunda) norma l işləyirdi.
Sovet hakimiyyəti qurulduqdan sonra Culfa istiqamət ində dəmir yolu xəttin in inşasını davam etdirmə k qəra ra a lındı.
Bununla əlaqədar, Nəriman Nərimanov 1921 il avqus tun 30-da RSFSR Xa lq Ko missarları Sovetinə te leqra m vuraraq, Cənubi
Qafqa z də mir yo lunun Azərbaycan sahəsindən 117 verst uzunluğunda ikinci yolun sökülmüş rels lərinin respublikadan kənara
çıxarılmasın ın dayandırılmasını tələb etmişdi. Azərbaycan rəhbərliyi bu relslərdən Ələt-Culfa dəmir yolunun inşasmda
istifadə etməyi nə zərdə tuturdu. 1921 ilin payızında bu dəmir yolunun çəkilməsinə yenidən başlansa da, yalnız 1941-45 illər
müharibəsi başlandıqdan sonra bütövlüklə istifadəyə verildi.
Əd
.: Əliyev Q.Ə., Azərbaycan nəqliyyatı və iqtisadiyyatı (XIX əsrin sonu - XX əsrin ilk onillikləri), B., 2001;Самойлов А., Алят
– Джульфинская железная дорого. ―Закавказский транспорт‖, 1924, №10.
363
ƏLI FUAD PAġA, Cəbəsoy (1882, İstanbul - 1968, orada) - Türkiyənin dövlət, hərbi və siyasi xad imi. A li hərbi
təhsil almış, Balkan müharibələ rində (1912-13) və Birinci dünya müharibəsində (1914-18) iştirak et mişdir. Ka zım Qara
Bəkir paşa, Bəkir Sa mi bəy və d igər türk milli a zadlıq mücadiləsi xadimlə ri ilə b irlikdə Mustafa Ka ma l Atatürkün 1919 il
iyunun 20-də bəyan etdiyi A masya təlimat ını imzala mışdı. 1920 il aprelin 23-də Anka rada işə başlamış Türkiyə Böyük
Millət Məc lisi (TBMM) höku mət inin Moskvadakı ilk fövqəladə və səlahiyyətli sefiri olmuş və 1921 il fevra lın 18-də Rusiya
Sovet Federativ Sosialist Respublikası (RSFSR) höku məti ilə danışıqlar aparmaq üçün göndərilmiş Türkiyə nü mayəndə
heyəti ilə birlikdə Moskvaya gəlmişdir; fevral-ma rt aylarında Yusif Ka mal bəy və doktor Riza Nuru bəylə birlikdə Moskvada
RSFSR xarici işlər naziri G.Çiçerinlə, Ümu mrusiya Mərkəzi İcraiyyə Ko mitəsinin üzvü C.Qorxmazovla danışıqlar
aparmışdır.
Əli Fuad paşa Moskva konfransında Azərbaycanın himayəsi altında Naxçıvana mu xtariyyət verilməsi məsələsinin
uğurla həll edilməsi sahəsində gərgin və səmərəli dip lo matik fəaliyyət göstərmişdir. Danışıqlarda məh z Türkiyə
diplo matların ın, o sıradan da Əli Fuad paşanın səyləri sayəsində "Dostluq və qardaşlıq haqqında" RSFSR-Türkiyə
müqaviləsinin (Moskva, 16 mart 1921 il) 3-cü maddəsinə və 1 (V) əlavəsinə əsasən, Naxçıvan vilayətinə A zərbaycanın
himayəsi alt ında mu xtariyyət verilməsi ra zılaşdırıldı. Əli Fuad paşa sonralar millət vəkili, 1948 ildə isə TBMM başqanı
seçilmiş və Türkiyə Cü mhuriyyətinin daxili və xarici siyasətinin işlənib hazırlan masında fəal ro l oynamışdır. 60-cı illərdən
elmi fəa liyyətlə məşğul olmuşdur. "Sin if yoldaşım Atatürk", "Moskva xatirələ ri" və s. əsərlərin müə llifid ir.
ƏLĠ NƏZMĠ, Əli Məhəmməd oğlu Məmməd zadə (1878, Gəncə qəzasının Sərab k. - 2.1.1946, Bakı) - şair,
publisist, tərcüməç i. Kəndli a iləsində doğul kənd molla xanasında almışdır. Kənd təsərrüfatında
işləmiş, Bu xara, Səmərqənd (1898-1900), Gəncə, Tiflis şəhərlərində ticarətlə məşğul olmuşdur. 1920
ildə Gəncədə qısamüddətli pedaqoji kurs bit irərə k, müəllimlik (1920-24),-― Yeni Gəncə" qəzetində
əməkdaşlıq etmiş, verg i idarəsində, şəhər təsərrüfatı şöbəsində işləmişdir.1926 ildə Bakıya köçərək
"Kəndçi qəzetəsi", "Molla Nəsrəddin", "Yen i yol", "Ko mmunist"və s. dövri nəşrlərin redaksiyala rında
çalış mışdır. "Şahnamə"-dən "Səyavuş və Əfrasiyab" dastanının, "Dünya və insanın yaradılışı"
bölməsin in tərcüməsi (1935), "Sijimqulunamə" (1927), " Bəlkə bu yaxşı oldu" (1930), "Satira
mə rmiləri" (1945) kitabları nəşr olun muşdur.
Əli Nəzmi yaradıcılığa 20 əsrin əvvəllərindən başlamış, ilk şeir və məqalələrini "Şərq i-Rus"
qəzetində (1903-05) dərc etdirmişdir. Birinci rus inqilabından (1905-07) sonra"Əli Mə mmədzadə",
"Kefsiz", "Məşədi Sijimqulu", "Şə mşir", "Bikəs", "Əlidəyənəkli" və s. açıq və gizli imza larla "Molla Nəsrəddin", "Bəhlu l",
"Zənbur", "Babayi-Əmir", "Məzə li", "Tuti", "Məktəb", "İqbal" və s. məc muə lərdə lirik-satirik əsərlə ri dərc olunmuşdur.
"Molla Nəsrəddin" və M.Ə.Sabir ədəbi mə ktəbinin nu mayəndəsi olan Əli Nəzminin yaradıcılığ ında əski dünyaya, köhnə şüur
və mə işət tərzinə qarşı mübarizə , istibdadın tənqidi, a zadlıq ideyalarının tərənnü mü aparıc ı istiqa mət təşkil ed ir ("Fələ kdən
giley", "Hürriyyətin lüzu mu", "İstibdad", "Olacaqmı", "Sizə nə", "Ey füqəra", "Od tutub, odlandı Vətən", "Ağaya cavab",
"Qorxura m", "A mali-hürriyyət" və s. şeirlər). Əli Nəzmi 20 əsrin birinc i yarısın ı əhatə edən qırx illik bir müddətdə
Azərbaycan və ona yaxın olan regionda baş verən ictima i-siyasi hadisələrə çevik, həssas münasibət bil-dirmişdir. Bu
baxımdan şairin 1917 ildən sonra baş verən hadisələrə münasibəti maraq doğurur. "Olarmış" şerində çar istibdad üsuli-
idarəsinin y ıxılmasını a lqışlayan şair ö lkən in müsəlman əhalisinin işinin niza ma düş əcəyinə ümid bəsləyir, "Muxta r" şerində
vətəndaşların hüquq bərabərliyinin tə min olunacağından söhbət açır. La kin ço x keç mədən məyus olan şair "Hürriyyətdən kim
nə pay aparsın?" şerində inqilabdan Rusiyanın mə zlu m müsəlman xalq larına "yumruqdan", "buyruqdan" başqa bir pay
düşmədiyini bəyan edir.
Azərbaycan Xalq Cü mhuriyyəti illə rində Əli Nə zmi doğma Sərab kəndində yaşamışdır. Ba kıda çıxan "Zənbur"
jurnalında "Kefsiz" imzası ilə "İnsaf‖, "Bələdiyyə" satiralarını dərc etdirmiş, dövlət tədbir və qanunlarından şəxsi mənfəətləri
üçün istifadə edən məmu rları və möhtəkirləri tənqid etmişdir. Şairin " Keçmiş günlər" mən zu m xatirələrində Gəncə üsyanı,
həmin günlərdə Gəncədə xəstə xanada müalicə olunan Məhəmməd Hadi ilə görüşləri haqqında məlu mat vard ır.
Əsəri:
Seçilmiş əsərləri, B., 1979.
Əd.:
Hüseynov F., Əli Nəzmi, B., 1970.
ƏLĠ RAZĠ, Şamçızadə Əli Yəhya oğlu (1886, Gəncə - 1938, Bakı) - şair, publisist, dramaturq,
mühərrir. Gəncədə mollaxanada, "Məktəbi-ruhaniyyə", "Cəmiyyəti-xey riyyə" məktəblərində o xu muş-
dur. Gəncə "İsla m qiraət xanası‖nda müdir (1907-08), Bakıda " Günəş" (1910-11), " Yeni həqiqət" (1911)
qəzetlərinin, satirik "Tuti" (1914-16) jurna lın ın redaksiyasında mühərrir işlə mişdir. "Molla Nəsrəddin"
jurnalında satiralar dərc etdirmişdir. Siyasi baxışlarına görə təqib olunaraq, Dağ ıstana sürgün olunmuş
(1917), beş aydan sonra Gəncəyə qayıdaraq, "Türk Ədəmi-mərkəziyyət "Müsavat" partiyasında çalış mış,
"Müsavat" qəzetində "Müsavatçı Əli Ra zi" imzası ilə şeirlər dərc etdirmişdir. Azərbaycan Cü mhuriy-
yətinin kəşfiyyat xid mət ində fəaliyyət göstərmişdir. Elə buna görə də sovet hakimiyyəti illərində
repressiya olunaraq, güllələn mişdir. Ya radıc ılığa lirik şeirlə rlə başlayan Əli Ra zi Birinci rus inqilabından
(1905-07) sonra mü xtəlif dövri mətbuat orqanlarında ço xlu satirik şeirlə r, fe lyeton və publisist məqalə lər
dərc etdirmişdir.
364
Əli Razin in "Eşq və məhəbbət" (1908), "İslam kitab xanası" (1908), " Yaman qardaş" (1908), "Nalələrim" (1908),
"Dabamçatdaq xala və heyvərə" (1912) kitabları nəşr olun muşdur.
Əsəri:
Nalələrim, fəğanlarım. Seçilmiş əsərləri (toplayıb tərtib edəni, müqəddimə və şərhlərin müəllifi İ.A ğayev), B., 1992.
ƏLĠ SƏBRĠ, Qasımov ƏIi Camal oğlu (15.4.1892, indiki Babək rayonunun Nehrəm k. -
19.2.1983, Bakı) - yazıçı, ju rnalist. Qori Müəllimlər Seminariyasını bitirmiş (1913), bir müddət Bakıda
müəllimlik etdikdən sonra Naxçıvana qayıdaraq, həmyerlilərin in ermən i-daş-nak təcavüzünə qarşı
mübarizəsinə qoşulmuş, könüllü xalq dəstələrin in yaradılmasında təşəbbüskarlıq göstərmişdir.
Nü mayəndə heyətinin tərkibində Naxçıvan əhalisin in 17 maddədən ibarət tələblərin i 1919 il sentyabrın
9-da Tiflisdə Na xç ıvan və Şərur-Dərə ləyə z qə zala rının neytral zona e lan o lunaraq, onların əra zisində
Naxçıvan general-qubernatorluğu yaradılmasın ı nəzərdə tutan "Haskel layihəsi"nin müəllifi, Antanta
dövlətlərinin Ermənistandakı ali ko missarı, amerikalı polkovnik V. Haskelə təqdim etmiş və
bildirmişdir ki, "əgər bu tələblər qəbul olunmasa, naxçıvanlılar öz istiqlaliyyətlərini əldə silah
qoruyacaqlar". Na xçıvan, Ordubad, Şərur, Sürmə li, M ilistan və Ved ibasar mahalla rının əhalisi
adından Azərbaycan Xalq Cü mhuriyyətinin rəhbərlərinə göndərilən 1919 il 9 sentyabr tarixli s ənədi Əli Səbri də
imzalamışdır. Sənəddə Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması, Zəngəzura gedən yolun açılması və s. tələb lər irəli
sürülürdü. 1919 ilin yayında ingilis-daşnak hərbi höku məti Şərur-Naxçıvan ərazisində repressiyaya başladı və apardığı
kütləvi həbslər zamanı demo kratik fikirli adamlar içərisində Əli Səbri də həbs olunaraq, Aleksandropola (Gü mrü) sürgün
edildi.
Ədəbi yaradıcılığa 1914 ildən başlamış, "Molla Nəsrəddin" jurnalında "Taqiyanuszadə" imzası ilə çıxış etmişdir.
"Solğun çiçək" adlı ilk kitabı 1914 ildə nəşr olunmuşdur. Əli Səbri Azərbaycan Dövlət Universitetin in (indiki BDU)
filologiya fa kültəsində təhsil almışdır (1925-30). "Maarif işçisi" jurnalın ın redaktoru, "Azərnəşr"in bədii ədəbiyyat şöbəsində
redaktor, Azə rbaycan Ya zıç ılar İtt ifaqı ədəbi fondunun s ədri olmuşdur. Povest və hekayələri, xatirələ ri var. Rus və dünya
ədəbiyyatlarından Azərbaycan dilinə, A zərbaycan ədəbiyyatından rus dilinə tərcü mələr etmişdir.
Əsərləri:
Povest və hekayələr, B., 1978; Ömürd ənyarpaq düşür, B., 1983.
ƏLĠ ġÖVQĠ (?-?)- şair, milli istiqlal dövrü (1918-20) poeziyasının istedadlı nümayəndələrindən biri. Şeirləri
"Azərbaycan", "İstiqlal", "Qurtuluş", "Hürriyyət", "Bəsirət", "Övraqi-Nəfisə", "Gənclər yurdu" və s. mətbuat orqanlarında
çap olunurdu. Daha ço x klassik poeziya, aşıq şeri üslubunda şeirlər yazırdı. A zərbaycan istiqlalının, vətən məhəbbətinin, milli
dövlətin, müstəqillik rəmzi üçrəngli bayrağın tərənnümü yaradıcılığ ında mühüm yer tuturdu. Şair dünyaya nur saçan Vətənini
ift ixa rla tərənnüm ed irdi:
Fəxr etməyə yarar bir türk elidir,
Aləm çeşmi-çırağıdır Vətənim!
Azad Azərbaycanın şan-şöhrətinin və nüfuzunun yüksəlişi də şairi düşündürürdü. "Azərbaycan" şerində şair yazırdı:
Türk eliyəm, deyib bayraq qaldırdın,
Aslan kimi düşmən üstə saldırdın.
Vətən üçün can verdin, can aldırdın,
Bəs indi bu şövkət, bu şan nə oldu!!
Hərəkət et, qoy, bir səni görsünlər,
Türk övladı kim olduğun bilsinlər.
Düşmən qəmnak olub, dostlar gülsünlər,
Deməsinlər Azərbaycan nə oldu!!
Ya xud:
Qarabağdan duşmənləri atdınmı?
Naxçıvanın imdadına çatdınmı?
Əli Şövqi şeirlərində türkçülük ideyasının, ümu mbəşəri islami dəyərlərin təbliğinə üstünlük verirdi. Başqa şairlərlə
yanaşı, onun da şeirləri elliklə yayılır, o xunur, marşa, h imnə, nəğ məyə çevrilird i.
Əd.:
Azərbaycan Xalq Cümhuriyy əti (ədəbiyyat, dil, mədəniyyət quruculuğu), B., 1998; Ağayev İ, XX əsrin əvvəllərində
Azərbaycan şeri, B., 2002.
Dostları ilə paylaş: |