"FRANS A-QAFQAZ" KOMĠTƏSĠ - Azərbaycanın və Gürcüstanın Fransa tərəfindən tanın ması üçün fəa liyyət
göstərmiş qeyri-höku mət qurumu. "Fransa-Qafqaz" ko mitəsi Azərbaycan və Gürcüstanla iqtisadi əlaqələr yatarmaqda
marağı o lan "Aique Navale Frans anse" cəmiyyətinin tərkibində yaran mışdı. Ko mitənin sədri Fransa parlamentinin ü zvü,
keçmiş ticarət naziri de Monzye Qafqaz respublikaları ilə, xüsusilə Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verird i. Onun
fikrincə, müsəlman ö lkəsi o lan Azə rbaycan bütün İslam dünyası ilə ə laqələrin in kişafında mühüm rol oynaya bilərdi.
Ko mitənin ü zvü Labri 1919 il avqustun 27-də A zərbaycan və gürcü nümayəndələrilə keç irilən ic lasda Rusiyadan ayrılmış
millət lərin müdafiə edilməsinin zəruriliyini bildird i. A zərbaycan nümayəndələrindən Məhəmməd Məhərrə mov, Mir Yaqub
Mehdiyev, Ceyhun bəy Hacıbəyli, gürcülərdən Qobeçia, knyaz Su mbatov və knyaz Avalov "Fransa-Qafqaz" ko mitəsinin
işinə cəlb edilmişdilər. Ko mitənin avqustun 27-də keçirilən iclasında de Monzye Azərbaycan və Gürcüstan barəsində Fransa
parla mentində çıxış etməyə ra zılıq verdi. Avqustun 28-də Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin sədrləri
ko mitənin ü zvü Labri ilə görüşüb de Monzyenin parla ment çıxış ının forma və xara kterini müza kirə etdilə r. Bundan əlavə,
de Monzye Fransa rəsmi dairə lərinin Qafqa z respublika larına, o cü mlədən Azərbaycan və Gürcüstana münasibəti barədə
Fransa xa ric i işlər na zirliyinə deputat sorğusu ilə müraciət etdi. Sorğuya cavabdan aydın oldu ki, Fransa hökumət i
Azərbaycanla iqtisadi əlaqə lər, o cü mlədən ticarət münasibətləri yarat mağa meyl göstərir. Lakin bu, Fransa hökumət inin
rəsmi və qəti mövqeyi de mə k deyildi, çünki "Fransa-Qafqa z" ko mitəsinin səylərinə ba xmayaraq, Fransa hökumət inin
Qafqaz mandatına sahib olmaq niyyəti o lmamışdır.
Əd:.
Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ciillər), B.,1993
.
"FÜQƏRA FÜYUZATI" (1920-21) - ədəbi, elmi, ictimai-siyasi, şəkilli toplu, A zərbaycan Hərbi inqilab
ko mitəsinin orqanı (Ba kı). Nəşri iki həftədə bir dəfə nəzərdə tutulmuşdu. Lakin cə mi üç, 1920 ildə (I.IX, I.XI) 2, 1921 ildə
(28.IV) 1 nö mrəsi çıxmışdır. Ağababa Yusifzadənin müdirliy i və Məmməd Səid Ordubadinin baş redaktorluğu ilə nəşr
olunurdu. "Füqəra füyuzatı" Nəriman Nərimanovun şəkli və "Ko mmun izm nə verəcəkd ir?" məqaləsilə açılırd ı. Jurnalın
məqsəd və mə ra mı məsul müd irin "Füqəra Füyuzatı" nə edəcəkdir?" və baş mühərririn "Pə rdə eniyor, pərdə qalxıyor"
məqa ləsində şərh olunmuşdur. A.Yusifzadə jurna lın pro letar ədəbiyyatı yaratmaq mə ra mını aç ıqlayaraq yazırdı:
"Məcmuəmizin başlıca məqsədlərindən biri də mə mləkət içrə qeyri-mütəşəkkil halda bulunan üdəba və şüəranı bir yerdə
toplayaraq, füqəra nəfinə olmaq şərtilə onların qələmlərindən tərşih edən abdar kəlamlardan istifadə etməkd ir. İştə təqib
etdiyimiz məra m, iştə məc muə miz!" "Pərdə eniyor, pərdə qalxıyor" məqaləsi ilə 1907 ilin noyabrında fəaliyyətini
dayandıran "Füyuzat" jurnalı ilə yenicə nəşrə başlayan "Füqara füyuzatı" arasında əlaqələri aydınlaşdıran Məmməd Səid
Ordubadi yazırdı: "ünvanımızda yazd ığımız "Pərdə eniyor, pərdə qalxıyor" kəlmələri gərək ki, qarelərimizi əvvəlcə b ir az
düşündürmüşdür. Ona görə də bir neçə kəlmə izahat vermək istiyoruz. "Pərdə eniyor, pərdə qalxıyor" dedikdə, zənginlərin
tamaşagah ədəbiyyatımızdakı nüfu zların ın pərdəsi en ib, ədəbiyyatın füqəra öhdəsində olaraq, bütün aləm füqərasına tamaşa
göstərəcək teatronun pərdəsi qalxıyor demək istiyoruz. Əvət, "Füyuzat" kimi böyük bir ədəbiyyatı havi o lan zəngin bir
məc muə zənginlə r xahişinə məhku m o lduğu üçün, onun mühəniri kə mali-məyusiyyətlə "Pərdə eniyor" de məyə məcbur
olacaq idi... İndiki halda mövqeyi-intişara qoyduğumuz "Füqəra füyuzatı"nın adını fəqət bir kəlmə olaraq "Füyuzat"
qoymaqla da ikt ifa edə b ilə rdik. La kin "Füqəra füyuzatı" na mını vermə klə Əli bəy cənabla rına, ya xud Əli bəy ədəbiyyatına
həvəskar olan zatlara b ildirmək istiyoruz ki, bu "Füyuzat" əvvəlki kimi zənginlə r nüfuzunda olan "Füyuzat" olmay ıb,
"Füqəra füyuzatı"dır. Yən i, füqarə öz ədəbiyyatına sərbəstanə bir surətdə malik olmuş və ö z vücuda gətirdiyi, fəqət sonraları
zənginlə r mühit inə girən ədəbiyyatını a zad elə mişdir" ("Füqəra füyuzatı" jurna lı, 1920, № l).
"Füqəra füyuzatı" geniş bir proqramla nəşr olunurdu. Jurnalda siyasətə, ədəbiyyata, tarixə, pedaqogikaya, coğra-
fiyaya, qadın problemlərinə dair məqalələr dərc ed ilirdi.
Məmməd Sə id Ordubadinin və Dadaş Bünyadzadənin siyasətə ("Bir sənəlik siyasət", "İcmasi-siyasi", " Bütün
dünya Şərq hesabına yaşamaq istəmiş"), Salman Mü mtazın ədəbiyyat tarixinə ("Azərbaycan şairi - Nəşə", "Sultan-üşşüəra
Həbibi"), Sultan məcid Qənizadənin pedaqogikaya ("Körpə uşaqların tərbiyəsi"), Q.R.M irzə zadənin coğrafiyaya
("Azərbaycan coğrafiyası"), Ş.Əfəndizadənin qadın hüququna ("Bəşəriyyətin nəşvü-nüması", "Şərq qadınları") və sair
məqa lələ r möv zu aktuallığı və mündərəcəsinin dolğunluğu ilə seçilirdi. "Füqəra füyuzat ı"nın ədəbiyyat rubrikasında Hüseyn
411
Cavid in "İblis" faciəsi, S.Manafzadənin "Ey inqilab, ey naciyi-miləl", M.S.Ordubadinin " Eşq və şeir", Feyzulla Sacədin
"Aclıqdan ölən bir fəqir cocuqun qarşısında", Ümmügülsü mün "Hicran" və s. şeirləri dərc o lunmuşdur. "Füqəra
füyuzatı"nın son nömrəsində Aprel işğalı (1920) xad imlərinin tərcü mey ihalları və portretləri dərc olun muşdur.
Əd.: "Füqəra füyuzatı" 1920-1921 ko mplekti, A zərbaycan sovet ədəbiyyatı tarixi, 2cilddə, c.l, B., 1967; A xundov
N., Azə rbaycan dövri mətbuatı (biblioqrafiya), B., 1965.
"FÜQƏRA SƏDAS I" - gündəlik leqal bolşevik qəzeti. 1-ci nömrəsi 1919 il avqustun 14-də, sonuncu 12-ci
nömrəsi həmin il avqustun 28-də çıxmışdır. Turan mətbəəsində çap olunurdu. Redaktoru və naşiri Əliheydər Qarayev idi.
Qəzetdə S.C.Cavadzadə (Pişəvəri), H.Su ltanov, M.S.Ordubadi, H.Ziya və b. ə məkda lıq edirdilər. "Füqarə sədası"
Cü mhuriyyətə qarşı açıq-aşkar düşmən mövqe tutaraq Hö ku məti kəskin tənqid edird i. Qəzetin 4-cü nö mrəsindəki " Höku mət
böhranı", 11-ci nömrəsindəki "Azərbaycanda vəziyyət" və bir sıra başqa materiallarında Cü mhuriyyətin hakimiyyəti
illərində ö lkədə sinfi mübarizənin kəskinləş məsindən bəhs olunurdu.‖Füqarə sədası" Cü mhuriyyət Hö ku mətinin guya xa lqa
zidd siyasət yeritdiyini kütlə lərə aşıla mağa ça lışır, milli istiqlaliyyət əleyhinə ç ıxır, Sovet Rusiyasının "demokratik", inqilab i
tədbirlərini, da xili və xarici düşmənlərə qarşı " müvəffəqiyyətli" mübarizəsini işıqlandırırdı. Xalqa və Hö ku mətə zidd möv-
qeyinə görə "Füqarə sədası" Cümhuriyyət Höku məti tərəfindən bağlanmışdır.
Əd.:
Axundov N., Azərbaycan dövri mətbuatı (1832-1920). B., 1987.
"FÜYUZAT" - həftəlik elmi, ədəbi, ictimai-siyasi, şəkilli jurnal. 1906 il noyabrın 1-dən, 1907 il noyabrın 1-dək
Bakıda Azərbaycan dilində nəşr edilmişdir. Cəmi 32 nömrəsi çıxmışdır. "Füyuzat" Hacı Zeynalabdin Tağıyevin vəsaiti ilə
nəşr olunurdu. Jurnalın müdiri və baş mühərriri Əli bəy Hüseynzadə idi. Redaksiyası H.Z.Tağıyevin Nikolay (indiki
İstiqlaliyyət) küçəsindəki evində yerləşir, "Kaspi" mətbəəsində çap olunurdu.
Müsəlman-türk vətəndaşlarını maarifləndirib, mədəni səviyyələrini yüksəltmək, ictimai və milli şüurunu oyadıb,
dövlətçilik hisslərin i qüvvətləndirmək, bu yolla siyasi birliyin i yaradıb, xoşbəxt həyata qovuşdurmaq "Füyuzat‖'ın əsas
amalını təşkil edirdi. Baş mühərrir jurnalın b irinci sayında "Həyat və meyli-Füyuzat" adlı baş məqaləsində məsləki haqqında
məlu mat verərək yazırdı: "Füyuzat" ləfzən "feyz"in cəmi, ə lcə məsi o lub, rifah və bərə kətə, bolluğa, maddi və mənəvi
nemətlə rin bolluğuna, tərəqqiyyat və ka ma latın şəşeyi-təcəllisinə dəlalət edərsə də, fəqət əsl məfhu mu səadət, ələlxüsus
səadəti-mənəviyyədir. Həqiq i zövqü-səfalarından ibarət bir səadəti-mənəviyyədir. Həyat isə mənayi-batin isilə da imi bir
mey li-səadət, bir mey li-Füyuzatdır".
"Füyuzat‖'ın ideya istiqamətin i "turançılıq" ideologiyasının təbliği təşkil edirdi. "Türk d ilinin vəzifeyi-mədəniy-
yəsi", "Türklər üçün şiveyi-ü mu miyyə", "Lisan qovğası", "Məcnun və Leylay i-isla m", "Mü xtəsər bir cavab", "İntiqad
ediyoruz, intiqad olunyoruz" məqalələ rində Çin səd-dindən Səhrayi-Kəbirə qədər qurulması nəzərdə tutulan böyük "Turan"
imperiyasının siyasi, in zibati və mədəni əsasları işlənib hazırlan mışdır. "Füyuzat"ın "türk qanlı, müsəlman etiqadlı, firəng
fikirli, Avropa libaslı fədai" yetişdirmək düsturu "türk aləmin in hər tərəfinə yayılmış", "türkləşmək, islamlaş maq,
müasirləş mək" şəklində Azərbaycanda milli azadlıq hərəkatının şüarına çevrilmişdi. A zərbaycan Cü mhuriyyətinin
dövlətçilik atributları "Məcnun və Leylayi-islam" əsərində müsəlman lıq və türklüyün rəmzi kimi təsvir edilən "yaşıl rəngli
şərarə", "ay-yıldızlı mü zəyyən bir qırmızı örtü" və s. əsasında yaradılmışdır.
"Millət imizi... cə mi füyuzati-v icdaniyyəyə mə zhər" et mək məqsədi izləyən "füyuzatçı‖lar "fikir və zehni tənvir, ruh
və qəlbi təhyic" et məklə, xa lq kütləsinin maariflən məsi və milli şüurun oyanması işinə xüsusi diqqət yetirird ilə r. Jurnalda
Rusiya və dünya miqyasında cərəyan edən siyasi hadisələrə dair ic mallar verilirdi. "İc mal", " Vəqiyyeyi-alə mə bir nəzə r",
"Qırmızı qaran lıq lar içində yaşıl işıq lar", "İkinci Döv lət Du ması", "Kasablanka faciəsi və osmanlı-iranlı ko mediyası" və s.
məqa lələ rdə azad lıq la irt ica, inqilabla istibdad, Şərq lə Qərb, müsəlmanlıqla xristianlıq a rasında gedən mübarizə lərin
mən zərəsi ə ks olun muş, əsl həqiqət müsəlman vətəndaşlara aşkar edilmişdir.
"Füyuzat"da bədii ədəbiyyat mərkəzi yer tuturdu. Bir il ərzində jurnal 102 şeir, 3 pyes dərc etmiş, ro mantik ədəbiy-
yatın yaranmasına qüvvətli təsir göstərmişdir.
Azərbaycan xalq ının mədəni üfüqlə rin i genişləndirmək, dünya ədəbiyyatını təbliğ et məklə milli ədəbiyyatın
inkişafına yeni istiqamət vermək "Füyuzat‖ın fəaliyyətində önəmli yer tuturdu. Jurnalda, ilk dəfə, yaradıcılıq metodu
("Qırmızı qaran lıq lar içində yaşıl işıq lar"), ədəbi prosesdə tənqidin rolu ("İntiqad ediyoruz, intiqad olunyoruz"), rus,
Avropa, türk, fars klassiklərinin həyat və yaradıcılığ ı haqqında məlu mat və məqalələr dərc edilmiş, ədəbiyyatşünaslıq
məsələ lərinə müasir mövqedən elmi-nəzəri aydınlıq gətirilmişdir. Jurnal Bayron, Höte, Heyne, M ilton, Prudon, Şekspir,
Tolstoy, Sədi, Hafiz və başqaların əsərlərindən tərcümə lər dərc et mə klə, a zərbaycanlıla rın dünya klassiklərinin yaradıc ılığ ı
ilə ana dilində tanış olmasına imkan yarat mışdır.
"Füyuzat" Azərbaycanda milli istiqlal ideyalarının fo rmalaşmasında mühüm rol oynamışdır.
Əd
.: Hüseynzadə Ə., Qırmızı qaranlıqlar içində yaşıl işıqlar, B., 1996; İsrafilov H., "Füyuzat" və bədii ədəbiyyat. Ədəbiyyat
məcmuəsi, B.,1999; Vəliyev Ş., "Füyuzat" ədəbi məktəbi, B., 1999; "Füyuzat" jurnalının biblioqrafiyası, B., 2002.
412
G
GEGEÇKORĠ Yevgeni Petroviç (1879-1954) - Gürcüstanın istiqlal hərəkatı xad imi, sosial-demokrat. 3-cü
Dövlət du masının deputatı olmuşdur (1907-12). Fevral inqilabından (1917) sonra Xüsusi Zaqafqaziya Ko mitəsinin ü zvü idi.
1917 ilin noyabrında Zaqafqaziya Ko missarlığının sədri seçilmişdir. 1918 ilin fevralında Zaqafqaziya seymi, Gegeçkori
başda olmaqla, Zaqafqaziya höku mətin i təşkil etmişdir. 1918 ilin aprelində yaradılan Ali Müdafiə Şurasına daxil idi. 1918
ilin mayından Gürcüstan Respublikasının xarici işlər naziri olmuşdur. Gürcüstanda Sovet hakimiyyəti elan ed ild ikdən (1921)
sonra Fransaya mühacirət etmişdir.
GEN ERAL-KVARTĠRMEYS TER - A zərbaycan Xa lq Cü mhuriyyətinin Hə rbi Na zirliy ində yüksək vəzifə li
zabit. Qoşun hissələrində əməliyyat və səfərbərlik, kəşfiyyat və əks-kəşfiyyat, rabitə xid mətinin təşkili işlərinə baxırdı (bax
həmç inin General-k vartirmeyster idarəsi).
GENERAL-KVARTĠRMEYS TER ĠDARƏSĠ - Azərbaycan Xalq Cü mhuriyyəti ordusunun Baş ərkani hərbinin
(qərargah) tərkibində mövcud olan idarələrdən biri. Əsası 1918 il noyabrın 15-də qoyulmuşdur. Hərbi na zirin həmin tarixli
əmrinə əsasən, əvvəlcə şöbə kimi Ümu mi qərargahın tərkib ində, 1919 il martın sonlarında isə Baş ərkani hərb in tərkibində
fəaliyyət göstərmişdir. Başlıca vəzifəsi qoşun hissələrin in ko mple ktləşdirilməsi, onların döyüş hazırlığının təşkili, kəşfiyyat
və əks-kəşfiyyat işlərinin aparılması id i.General-kvart irmeyster idarəsinin strukturu müntəzə m surətdə təkmilləşdirilmişdir.
Onun ilkin strukturundakı səfərbərlik bölməsi hərbi mü kəlləfiyyət haqqında sənədlərin hazırlan ması, hərbi qeydiyyatın
aparılması, səfərbərlik plan larının və cədvəllərinin tərtib edilməsi, hərb i strukturlarda və mülki təşkilatlarda səfərbərlik
hazırlığın ın yo xlanması, könüllü, partizan, həmçinin digər dəstələrin qeydiyyatının aparılması, qoşun hissələrinin təşkili,
onların idarə edilməsi, qoşunların döyüş hazırlığın ın gücləndirilməsi istiqamətində tədbirlərin müəyyənləşdirilməsi ilə məş-
ğul olmalı idi.
General-kvart irmeyster idarəsinin ə məliyyat bölməsinin qarşısında ü mu mqoşun hazırlığ ı, müdafiə xara kterli işlərin
planlaşdırılması, əməliyyatların hazırlan ması və həyata keçirilməsi kimi vəzifələr dururdu.
Qoşun hissələrindən döyüş rayonları haqqında məlu matlar toplan ması, agentura şəbəkəsinin yaradılması və
inkişafı, əks-kəşfiyyatın təşkili, hərb i attaşelərlə yazış maların aparılması işləri ilə kəşfiyyat və əks-kəşfiyyat bölməsi məşğul
olurdu.
General-kvart irmeyster idarəsinin tərkibində niza mi bölmə və rabitə xid məti bölməsi də var id i. Hərb i na zirin 17
avqust 1919 il tarixli ə mrinə əsasən, təşkili başa çatdırılmış 1 -ci və 2-ci zirehli qatarla r da Ümu mi qərargahın tərkib indən
çıxarılaraq general-kvartirmeyster idarəsinin tabeliy inə verilmişdi. 1920 ilin martında aparılan geniş islahatdan sonra
yaradılmış A zərbaycan ordusu qərargahının struktur tərkibi kimi general-kvartirmeyster idarəsi də dəyişikliyə uğradı. Onun
tərkib inə ə mə liyyat-kəşfiyyat bölməsi (rə isi polkovnik Hacıbəylinski), səfərbərlik və məhəlli qoşunlar şöbəsi (rə isi
polkovnik Seyfu llin), n iza mi və ü mu mi bölmə (rə isi podpolkov Hacıbəylinski), səfərbərlik və məhəlli qoşunlar şöbəsi (rə isi
polkovnik Seyfu llin), niza mi və ü mu mi bölmə (rəisi podpolkovnik Maqrubov), hərb i ə laqələ r-daşın mala r bölməsi (rə isi
rotmistr Xudaverdov) şöbə və bölmələri və rabitə ko mandası daxil id i. General-kvar-tirmeyster idarəsinin rəisi po lkovnik
V.Karqalete li id i (bu vəzifəni o, 1919 il iyulun 15-dən icra edird i). Ondan qabaq bu vəzifəni polkovnik Sokolov və
podpolkovnik Zeynalov icra etmişdilər. V.Karqaleteli A zərbaycan Höku mətinin 24 mart 1920 il tarixli qərarı ilə general-
mayor rütbəsinə layiq görülmüşdü.
Əd.:
Süleymanov M., Azərbaycan ordusu (1918-1920), B., 1998.
GENOS ĠD (yun. genos - nəsil, soy və lat. caedere - ö ldürmək) - 1) bütöv əhali qruplarının, etnosların irqi, milli,
etnik, ya xud dini ə la mət lərə görə ta ma milə və ya qismən məhv edilməsi, soyqırımı. Müasir beynəlxalq hüquqda (BMT-nin
1948 il Konvensiyası və s.) genosidə beynəlxalq cinayət kimi baxılır; 2) 19-20 əsrlərdə erməni millətçiləri və daşnak
terrorçu quldur dəstələri Şimali, Cənubi və Qərb i Azərbaycanda (indiki Ermənistan ərazisində) azərbaycanlılara, Şərq i
Anadoluda isə türklə rə qarşı dəfə lərlə kütləvi genosid cinayətləri törət mişlə r (ət raflı mə lu mat üçün bax Soyqırımı).
413
GƏNCƏ - Azərbaycanın qədim şəhərlərindən biri,
Azərbaycan Xalq Cü mhuriyyətinin ilk paytaxt ı (1918 il iyunun
ortaları - sentyabrın ortaları). Gəncə orta əsrlərdə bütün Yaxın və
Orta Şərqdə çox mühü m sənətkarlıq, ticarət və mədəniyyət mərkəzi
idi. Azə rbaycan və dünya ədəbiyyatının dahi nümayəndəsi Niza mi
Gəncəvi bu şəhərdə doğulub, yaşayıb yaratmışdır.
Gəncə
Azərbaycanın dövlətçilik tarixində də böyük rol oynamış, yadelli
təcavüzlərinə qarşı ço x mühü m mübarizə mərkə zi id i. Nadir şah
imperiyasının süqutundan sonra Gəncə eyni adlı A zərbaycan
xanlığının mərkəzi olmuşdur. 1804 il yanvarın 3-də Cavad xanın
başçılığı ilə Gəncədə işğalçı çar Rusiyası qoşunlarına qəh-
rə mancasına müqavimət göstərilmişdir. İşğalç ıla r ş əhəri ələ
keçirdikdən sonra Qafqazdakı rus qoşunlarının baş ko mandanı
P.D.Sisianovun təklifi ilə Gəncə çar I Aleksandrın arvadı Ye lizaveta
Alekseyevnanın adı ilə Yelizavetpol adlandırılmışdı. Rusiya
işğalçıları onlara inadlı müqavimət göstərmiş Gəncənin adın ı xalqın
yaddaşından silmək üçün "Gəncə" sözünün işlədilməsini belə yasaq
etmişdilər. Gəncənin işğalından sonra, 1804 il martın 2-də aparılmış
ka mera l təsvirə görə, burada 213 ev, hər iki c insdən olan 7303 nəfər
(3922 kişi, 3381 qadın) əhali qeydə alın mışdı. Birinci dünya
müharibəsi (1914-18) ərəfəsində şəhər 120 kv.km ərazini əhatə
edirdi. Yaşayış evləri və təsərrüfat tikililərinin sayı 13 minə çatırd ı.
Qafqa z təqvimin in (1917) mə lu matına görə, şəhərdə 57731 nəfər
əhali var idi. On ların 48592 nəfəri yerli sakinlər, 9139 nəfəri
müvəqqəti yaşayanlar idi. Şəhər əhalisinin 28503 nəfərini kişilər,
29228 nəfə rini qadınlar təşkil edirdi. Yelizavetpol eyni adlı dairənin,
sonra isə qəza və quberniyanın mərkəzi olmuşdur. Şəhərdə dairə məh-
kə məsi yaradılmış, məhkə mə islahatından sonra (1868-69) bu orqan
yenidən təşkil olunmuşdu. Burada əsas idarə orqanı polis idarəsi id i.
19 əsrin sonlarında Gəncədə şəhər duması fəa liyyətə başladı. Şəhərin iqtisadi həyatının əsasını sənətkarlıq və tica rət təşkil
edirdi. Bakı-Tiflis dəmir yol xəttin in çəkilməsi (1883), dəmir yol stansiyası və depo tikintisi şəhərin iqtisadi həyatında ciddi
dəyişikliklə r yaratdı. Poçt-teleqraf ə laqəsi in kişaf et məyə başladı. 1887 ildə ilk telefon xətti çəkildi, 1910-11 illə rdə Ba kı və
Tiflis şəhərləri ilə telefon əlaqəsi yaradıldı. Şəhərin sosial-siyasi və mədəni həyatında da dəyişikliklər baş verird i. 1905-07
illər inqilabı dövründə Gəncə sosial-siyasi zü lmə və müstəmləkə əsarətinə qarşı mübarizə mə rkə zlərindən birinə çevrilməyə
başladı. Ermən ilərin azərbaycanlılara qarşı soyqırımına kəskin müqavimət göstərildi, siyasi təşkilatlanma sahəsində mühüm
addımlar atıld ı. " Qeyrət" (1905), "Difai" (1906), "Müdafiə " (1907) kimi siyasi partiya və təşkilatlar fəaliyyətə başladı. Xəlil
bəy Xasməmmədov, Xudadat bəy Rəfibəyli, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli və digər görkə mli siyasi xadimlə r
yetişdi. Şəhərdə sosial-demo krat qrupu və "Hümmət" təşkilatı da iş aparırdı. Fev ral inqilabından (1917)
414
sonra şəhərdə Yelizavetpol quberniyası icraiyyə ko mitəsi təşkil olundu, şəhər başçısı X.Xas məmmədov onun sədri seçildi.
1917 ilin martında Nəsib bəy Yusifbəylinin başçılığı ilə Türk ədəmi-mərkəziyyət partiyası yaradılmışdı. Bu partiya federativ
şəkildə qurulacaq Rusiyada Azərbaycana mu xtariyyət verilməsi uğrunda mübarizə aparırd ı. Şəhərdəki Şah Abbas
məscidin in həyətində "Yaşasın Demokratik Respublika", "Yaşasın Azə rbaycanın muxtariyyəti" kimi şüarlarla mitinq
keçirilmişdi. Apreldə Bakıda keçirilən Qafqaz müsəlman ları quru ltayında da mu xtariyyət ideyası müdafiə olun muşdu.
İcraiyyə Ko mitəsi ilə bərabər Fəhlə və Əsgər Deputatları Soveti də fəaliyyət göstərirdi. Bolşeviklər tədricən mövqelərin i
möhkəmləndirməyə çalışırd ılar. Onların sırası ermən ilər hesabına artırdı. Aprelin 10-da bolşeviklərlə menşeviklərin Rusiya
Sosial-De mokrat Fəhlə Pa rtiyası birləş miş Yelizavetpol ko mitəsi yaradılmışdı. Oktyabr çevrilişindən (1917) sonra ş əhərdə
milli azadlıq ideyaları daha da gücləndi. Şəhər Azərbaycanın dövlət müstəqilliy inin elan edilməsində və onun erməni-
daşnak və bolşevik qüvvələrindən azad ed ilməsində tarixi rol oynadı. 1918 il may ın 25-də A zərbaycanda təşkil o lunan
Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Gəncəyə gəldi və qərargahın ı formalaşdırmağa başladı.
Mayın 28-də Azərbaycan Xalq Cü mhuriyyətinin yaran ması böyük ruh yüks əkliyi ilə qarşılandı, höku mətin
Tiflisdən buraya köçürülməsi üçün tədbirlər görüldü. 18 günlük Tiflis fəaliyyətindən sonra Azərbaycan Milli Şu rası və
Höku məti buraya köçdü. Gəncənin paytaxt olduğu dövrdə
Azərbaycan Xalq Cü mhuriyyəti Höku mət i əsas diqqəti
Bakın ın azad edilməsi uğrunda mübarizənin təşkilinə yönəltdi.
Höku mətin burada olduğu dövrdə bütövlükdə dövlət, o
cümlədən şəhərin həyatına dair 120-dən ço x mü xtəlif qərarlar
qəbul olundu. Azərbaycan Xa lq Cü mhuriyyəti Höku mətin in
22 iyun tarixli qəra rı ilə Ye lizavetpol ş əhərinin ictimai
idarəsinin fəaliyyətinin bərpasına başlandı, onun işinə
kö məklik üçün 150 min manat faizsiz borc ayrıldı. 27 iyun
tarixli qəra rla Yelizavetpol ş əhər milisi yerli idarəçiliyin
tabeliyinə verildi, 11 iyul qərarı ilə Ye lizavetpol hərbi
mü kəlləfiyyət idarəsi yaradıldı. Höku mətin 30 iyul tarixli
qərarı ilə Yelizavetpol adı ləğv olundu, Gəncənin tarixi adı
özünə qaytarıldı. Sentyabrın 15-də Bakı azad edildikdən sonra
Azərbaycan Xa lq Cü mhuriyyəti Hö ku məti həmin ay ın 17-də
Bakıya köçdü. Paytaxtın Bakıya köçürulməsinə baxmayaraq
Gəncə ölkənin həyatında mühüm rol oynamaqda davam edirdi.
Mudros barışığına (1918) əsasən, türk qoşunları A zərbaycanı
tərk etdikdən sonra ingilis qoşunları ölkəyə da xil o ldu.
Gəncədə ingilis hərbi hissələri yerləşdirildi. İngilislərin tələbi
ilə hərbi na zirlik də noyabrın 22-də Bakıdan Gəncəyə
köçürüldü. Milli ordunun formalaşdırılması prosesi Gəncədə
davam etdirild i, Qarabağda ermənilərin Azərbaycan xalq ına
qarşı törətdikləri soyqırımlarına qarşı fəal mübarizə təşkil
olundu. Gəncədə ermən ilə rin türk-müsəlman əhaliyə qarşı
soyqırımları ü zündən qaçqın düşmüş azərbaycanlıların
yerləşdirilməsində və onlara qayğı göstərilməsində mühüm
415
iş görüldü. 1919 ilin əvvəllərində Gəncə və ətrafında 20 mindən ço x qaçqın yerləşdirilmişdi. A zərbaycan Xalq
Cü mhuriyyəti Höku məti Bakıya köçdükdən sonra da Gəncənin problemlərinə xüsusi diqqət yetirməkdə davam edir, sosial-
siyasi, iqtisadi və mədəni həyatın canlandırılması üçün
tədbirlər görürdü. Hö ku mətin 1 o ktyabr tarixli qərarı ilə Gəncə
sənət mə ktəbi hərbi mə ktəbə çevrilmiş, bunun üçün müvafiq
maddi vəsait ayrılmışdı. Şəhərdə xəstəliklərlə mübarizə və
səhiyyənin təşkili də diqqət mə rkə zində sa xlan ırdı. Parla ment
1919 il yanvarın 25-də səpmə yatalaqla mübarizə üçün Gəncə
şəhər özünüidarəsinə 450 min manat faizsiz borc verilməsi
haqqında
qanun
qəbul
etmişdi.
A zərbaycan
Xa lq
Cü mhuriyyətinin gördüyü tədbirlərə baxmayaraq, antimilli
qüvvələr, xüsusilə ermən i daşnaklar və bolşeviklər pozuculuq
fəaliyyətlərin i davam etdirird ilər. 1919 ilin yazında Gəncədə
Fərhad
Əliyev başda olmaqla,
Rusiya
Ko mmun ist
(bolşeviklər) Partiyası dairə ko mitəsi yaradıldı. İyulun 13-də
Gəncədə fəhlə konfransı işə başladı. Qə zada Cü mhuriyyət
Höku mətinə qarşı kəndli çıxış larının qızışdırılmasına cəhd
göstərilird i.
Bakıda Sovet hakimiyyətinin qurulması Gəncədə
vəziyyətə ciddi təsir göstərdi. Aprelin 28-də Azə rbaycan
Ko mmunist (bolşeviklər) Partiyası Gəncə dairə ko mitəsi
F.Əliyevin sədrliyilə Quberniya İnqilab Ko mitəsi yaratdı. O,
hakimiyyətin
bolşeviklərə verilməsi haqqında
Gəncə
qubernatoruna ultimatum verdi. Ultimatu m qəbul olundu və
ayın 29-da hakimiyyətin Quberniya İnqilab Ko mitəsinə
verilməsi haqqında akt imza landı. Mayın 1-də 11-c i Qırmızı
ordu hissələri Gəncəyə da xil o ldu. La kin Gəncə mübarizəni
davam etdirirdi. May ın 26-də Gəncədə sovet işğalına qarşı
güclü üsyan baş verdi (bax Gəncə üsyanı (1920)). Bolşevik
rejimi Gəncə üsyanını yalnız mayın 31-də yatıra bildi.
Azərbaycan Sovet Sosialist Respublikası Hö ku məti Gəncədə
sovet hakimiyyətinin möh kə mləndirilməsi üçün cəza tədbirlə ri
ilə yanaşı, inzibati-siyasi dəyişikliklər də həyata keçirdi. İyulun 3-də Gəncədə Qə za İnqilab Ko mitəsi yaradıldı. 1935 ildə
Gəncə şəhəri S.M .Kirovun adı ilə Kirovabad adlandırıldı. Belə liklə, çar Rusiyası za manında olduğu kimi, sovet dövründə də
Gəncə özünün tarixi ad ın-
416
dan məhru m oldu. Sovet İttifaqı dağıld ıqdan və Azərbaycanın istiqla liyyəti bərpa olunduqdan (1991) sonra ş əhərin tarixi ad ı
yenidən özünə qaytarıldı.
Əd.:
Aзepбaйджанская Демократиская Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998;
Gəncə (tarixi çerk), B., 1994; İsayev Ə., Gəncə və gəncəlilər, B., 1998; Süleymanov M ., Azərbaycan ordusu (1918-1920), B., 1998; Бабаев
Э., Из истории Гянджинского ханства, Б., 2003.
Dostları ilə paylaş: |