Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə69/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   65   66   67   68   69   70   71   72   ...   80

 

"FRANS A-QAFQAZ"  KOMĠTƏSĠ  - Azərbaycanın və   Gürcüstanın Fransa tərəfindən tanın ması üçün fəa liyyət 

göstərmiş  qeyri-höku mət  qurumu.  "Fransa-Qafqaz"  ko mitəsi  Azərbaycan  və  Gürcüstanla  iqtisadi  əlaqələr  yatarmaqda 

marağı  o lan  "Aique  Navale  Frans anse"  cəmiyyətinin  tərkibində  yaran mışdı.  Ko mitənin  sədri  Fransa  parlamentinin  ü zvü, 

keçmiş ticarət naziri de Monzye Qafqaz respublikaları  ilə,  xüsusilə Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verird i.  Onun 

fikrincə,  müsəlman  ö lkəsi  o lan  Azə rbaycan  bütün  İslam  dünyası  ilə  ə laqələrin  in kişafında  mühüm  rol  oynaya  bilərdi. 

Ko mitənin ü zvü  Labri  1919  il avqustun 27-də A zərbaycan və gürcü nümayəndələrilə  keç irilən ic lasda Rusiyadan ayrılmış 

millət lərin  müdafiə edilməsinin  zəruriliyini bildird i. A zərbaycan nümayəndələrindən Məhəmməd Məhərrə mov, Mir  Yaqub 

Mehdiyev,  Ceyhun bəy  Hacıbəyli,  gürcülərdən  Qobeçia,  knyaz  Su mbatov  və  knyaz  Avalov  "Fransa-Qafqaz"  ko mitəsinin 

işinə cəlb edilmişdilər.  Ko mitənin avqustun 27-də keçirilən iclasında de Monzye Azərbaycan və Gürcüstan barəsində Fransa 

parla mentində  çıxış  etməyə  ra zılıq  verdi.  Avqustun  28-də  Azərbaycan  və  Gürcüstan  nümayəndə  heyətlərinin  sədrləri 

ko mitənin ü zvü  Labri  ilə  görüşüb de Monzyenin parla ment çıxış ının  forma və  xara kterini  müza kirə etdilə r.  Bundan əlavə, 

de  Monzye  Fransa  rəsmi  dairə lərinin  Qafqa z  respublika larına,  o  cü mlədən  Azərbaycan  və  Gürcüstana  münasibəti  barədə 

Fransa  xa ric i  işlər  na zirliyinə  deputat  sorğusu  ilə  müraciət  etdi.  Sorğuya  cavabdan  aydın  oldu  ki,  Fransa  hökumət i 

Azərbaycanla  iqtisadi  əlaqə lər,  o  cü mlədən  ticarət  münasibətləri  yarat mağa  meyl  göstərir.  Lakin  bu,  Fransa  hökumət inin 

rəsmi  və  qəti  mövqeyi  de mə k  deyildi,  çünki  "Fransa-Qafqa z"  ko mitəsinin  səylərinə  ba xmayaraq,  Fransa  hökumət inin 

Qafqaz mandatına sahib olmaq niyyəti o lmamışdır. 



 

Əd:. 

Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ciillər), B.,1993



 

"FÜQƏRA  FÜYUZATI"  (1920-21)  -  ədəbi,  elmi,  ictimai-siyasi,  şəkilli  toplu,  A zərbaycan  Hərbi  inqilab 

ko mitəsinin orqanı (Ba kı).  Nəşri iki həftədə bir dəfə nəzərdə tutulmuşdu. Lakin cə mi üç, 1920  ildə (I.IX,  I.XI) 2, 1921 ildə 

(28.IV)  1  nö mrəsi  çıxmışdır.  Ağababa  Yusifzadənin  müdirliy i  və  Məmməd  Səid  Ordubadinin  baş  redaktorluğu  ilə  nəşr 

olunurdu.  "Füqəra  füyuzatı"  Nəriman  Nərimanovun  şəkli  və  "Ko mmun izm  nə  verəcəkd ir?"  məqaləsilə  açılırd ı.  Jurnalın 

məqsəd  və  mə ra mı  məsul  müd irin  "Füqəra  Füyuzatı"  nə   edəcəkdir?"  və  baş  mühərririn  "Pə rdə  eniyor,  pərdə   qalxıyor" 

məqa ləsində  şərh  olunmuşdur.  A.Yusifzadə  jurna lın  pro letar  ədəbiyyatı  yaratmaq  mə ra mını  aç ıqlayaraq  yazırdı: 

"Məcmuəmizin  başlıca  məqsədlərindən  biri  də  mə mləkət  içrə  qeyri-mütəşəkkil  halda  bulunan  üdəba  və şüəranı  bir  yerdə 

toplayaraq,  füqəra  nəfinə  olmaq  şərtilə  onların  qələmlərindən  tərşih  edən  abdar  kəlamlardan  istifadə  etməkd ir.  İştə  təqib 

etdiyimiz  məra m,  iştə  məc muə miz!"  "Pərdə  eniyor,  pərdə  qalxıyor"  məqaləsi  ilə  1907  ilin  noyabrında  fəaliyyətini 

dayandıran  "Füyuzat"  jurnalı  ilə  yenicə  nəşrə  başlayan  "Füqara  füyuzatı"  arasında  əlaqələri  aydınlaşdıran  Məmməd  Səid 

Ordubadi yazırdı: "ünvanımızda yazd ığımız "Pərdə eniyor, pərdə qalxıyor"  kəlmələri gərək  ki, qarelərimizi əvvəlcə b ir az 

düşündürmüşdür. Ona görə də bir neçə kəlmə  izahat vermək  istiyoruz. "Pərdə eniyor, pərdə qalxıyor" dedikdə,  zənginlərin 

tamaşagah ədəbiyyatımızdakı nüfu zların ın pərdəsi en ib, ədəbiyyatın füqəra öhdəsində olaraq, bütün aləm füqərasına tamaşa 

göstərəcək  teatronun  pərdəsi  qalxıyor  demək  istiyoruz.  Əvət,  "Füyuzat"  kimi  böyük  bir  ədəbiyyatı  havi  o lan  zəngin  bir 

məc muə   zənginlə r  xahişinə   məhku m  o lduğu  üçün,  onun  mühəniri  kə mali-məyusiyyətlə  "Pərdə  eniyor"  de məyə   məcbur 

olacaq  idi...  İndiki  halda  mövqeyi-intişara  qoyduğumuz  "Füqəra  füyuzatı"nın  adını  fəqət  bir  kəlmə  olaraq  "Füyuzat" 

qoymaqla da  ikt ifa  edə b ilə rdik. La kin  "Füqəra füyuzatı" na mını vermə klə Əli bəy cənabla rına, ya xud Əli bəy ədəbiyyatına 

həvəskar  olan  zatlara  b ildirmək  istiyoruz  ki,  bu  "Füyuzat"  əvvəlki  kimi  zənginlə r  nüfuzunda  olan  "Füyuzat"  olmay ıb, 

"Füqəra füyuzatı"dır. Yən i, füqarə öz ədəbiyyatına sərbəstanə bir surətdə malik olmuş və ö z vücuda gətirdiyi, fəqət sonraları 

zənginlə r mühit inə girən ədəbiyyatını a zad elə mişdir" ("Füqəra füyuzatı" jurna lı, 1920, № l). 

"Füqəra  füyuzatı"  geniş  bir  proqramla  nəşr  olunurdu.  Jurnalda siyasətə,  ədəbiyyata,  tarixə,  pedaqogikaya,  coğra-

fiyaya, qadın problemlərinə dair məqalələr dərc ed ilirdi. 

 

 

 



 

 

 



 

 

 



 

Məmməd   Sə id  Ordubadinin  və  Dadaş  Bünyadzadənin  siyasətə  ("Bir  sənəlik  siyasət",  "İcmasi-siyasi",  " Bütün 

dünya Şərq hesabına yaşamaq istəmiş"), Salman Mü mtazın ədəbiyyat tarixinə ("Azərbaycan şairi - Nəşə", "Sultan-üşşüəra 

Həbibi"),  Sultan məcid  Qənizadənin  pedaqogikaya  ("Körpə  uşaqların  tərbiyəsi"),  Q.R.M irzə zadənin  coğrafiyaya 

("Azərbaycan  coğrafiyası"),  Ş.Əfəndizadənin  qadın  hüququna  ("Bəşəriyyətin  nəşvü-nüması",  "Şərq  qadınları")  və  sair 

məqa lələ r möv zu aktuallığı və mündərəcəsinin dolğunluğu ilə seçilirdi. "Füqəra füyuzat ı"nın ədəbiyyat rubrikasında Hüseyn 



411 

 

Cavid in  "İblis"  faciəsi,  S.Manafzadənin  "Ey  inqilab,  ey  naciyi-miləl",  M.S.Ordubadinin  " Eşq  və  şeir",  Feyzulla  Sacədin 



"Aclıqdan  ölən  bir  fəqir  cocuqun  qarşısında",  Ümmügülsü mün  "Hicran"  və  s.  şeirləri  dərc  o lunmuşdur.  "Füqəra 

füyuzatı"nın son nömrəsində Aprel işğalı (1920) xad imlərinin tərcü mey ihalları və portretləri dərc olun muşdur. 



 

Əd.: "Füqəra füyuzatı"  1920-1921  ko mplekti, A zərbaycan sovet ədəbiyyatı tarixi,  2cilddə, c.l,  B.,  1967; A xundov 

N., Azə rbaycan dövri mətbuatı (biblioqrafiya), B., 1965.  



 

"FÜQƏRA  SƏDAS I"  -  gündəlik  leqal  bolşevik  qəzeti.  1-ci  nömrəsi  1919  il  avqustun  14-də,  sonuncu  12-ci 

nömrəsi həmin  il avqustun 28-də çıxmışdır. Turan  mətbəəsində çap olunurdu. Redaktoru və naşiri  Əliheydər Qarayev  idi. 

Qəzetdə   S.C.Cavadzadə  (Pişəvəri),  H.Su ltanov,  M.S.Ordubadi,  H.Ziya  və   b.  ə məkda lıq   edirdilər.  "Füqarə   sədası" 

Cü mhuriyyətə qarşı açıq-aşkar düşmən mövqe tutaraq Hö ku məti kəskin tənqid edird i. Qəzetin 4-cü nö mrəsindəki " Höku mət 

böhranı",  11-ci  nömrəsindəki  "Azərbaycanda  vəziyyət"  və  bir  sıra  başqa  materiallarında  Cü mhuriyyətin  hakimiyyəti 

illərində ö lkədə  sinfi mübarizənin  kəskinləş məsindən bəhs olunurdu.‖Füqarə sədası" Cü mhuriyyət Hö ku mətinin  guya xa lqa 

zidd siyasət yeritdiyini kütlə lərə aşıla mağa ça lışır, milli istiqlaliyyət əleyhinə ç ıxır, Sovet Rusiyasının "demokratik", inqilab i 

tədbirlərini, da xili və  xarici düşmənlərə qarşı " müvəffəqiyyətli"  mübarizəsini  işıqlandırırdı.  Xalqa və Hö ku mətə zidd  möv-

qeyinə görə "Füqarə sədası" Cümhuriyyət Höku məti tərəfindən bağlanmışdır. 

 

Əd.: 

Axundov N., Azərbaycan dövri mətbuatı (1832-1920). B., 1987.

 

 

"FÜYUZAT"  - həftəlik elmi, ədəbi,  ictimai-siyasi, şəkilli  jurnal.  1906  il noyabrın 1-dən,  1907  il noyabrın 1-dək 

Bakıda  Azərbaycan  dilində  nəşr  edilmişdir.  Cəmi  32  nömrəsi  çıxmışdır.  "Füyuzat"  Hacı  Zeynalabdin  Tağıyevin vəsaiti  ilə 

nəşr  olunurdu.  Jurnalın  müdiri  və  baş  mühərriri  Əli  bəy  Hüseynzadə  idi.  Redaksiyası  H.Z.Tağıyevin  Nikolay  (indiki 

İstiqlaliyyət) küçəsindəki evində yerləşir, "Kaspi" mətbəəsində çap olunurdu. 

Müsəlman-türk  vətəndaşlarını  maarifləndirib,  mədəni  səviyyələrini  yüksəltmək,  ictimai  və  milli  şüurunu oyadıb, 

dövlətçilik  hisslərin i  qüvvətləndirmək,  bu  yolla  siyasi  birliyin i  yaradıb,  xoşbəxt  həyata  qovuşdurmaq  "Füyuzat‖'ın  əsas 

amalını təşkil edirdi. Baş mühərrir jurnalın b irinci sayında "Həyat və meyli-Füyuzat" adlı baş məqaləsində məsləki haqqında 

məlu mat  verərək  yazırdı:  "Füyuzat"  ləfzən  "feyz"in  cəmi,  ə lcə məsi  o lub,  rifah  və  bərə kətə,  bolluğa,  maddi  və  mənəvi 

nemətlə rin   bolluğuna,  tərəqqiyyat  və  ka ma latın   şəşeyi-təcəllisinə  dəlalət  edərsə  də,  fəqət  əsl  məfhu mu  səadət,  ələlxüsus  

səadəti-mənəviyyədir.    Həqiq i    zövqü-səfalarından  ibarət  bir  səadəti-mənəviyyədir.  Həyat  isə  mənayi-batin isilə  da imi  bir 

mey li-səadət, bir mey li-Füyuzatdır". 

"Füyuzat‖'ın  ideya  istiqamətin i  "turançılıq"  ideologiyasının  təbliği  təşkil  edirdi.  "Türk  d ilinin   vəzifeyi-mədəniy-

yəsi",  "Türklər  üçün  şiveyi-ü mu miyyə",  "Lisan  qovğası",  "Məcnun  və  Leylay i-isla m",  "Mü xtəsər  bir  cavab",  "İntiqad 

ediyoruz,  intiqad olunyoruz" məqalələ rində Çin səd-dindən Səhrayi-Kəbirə qədər qurulması nəzərdə tutulan böyük "Turan" 

imperiyasının siyasi,  in zibati və  mədəni əsasları  işlənib hazırlan mışdır. "Füyuzat"ın "türk qanlı,  müsəlman etiqadlı,  firəng 

fikirli,  Avropa  libaslı  fədai"  yetişdirmək  düsturu  "türk  aləmin in  hər  tərəfinə  yayılmış",  "türkləşmək,  islamlaş maq, 

müasirləş mək"  şəklində  Azərbaycanda  milli  azadlıq  hərəkatının   şüarına  çevrilmişdi.  A zərbaycan  Cü mhuriyyətinin 

dövlətçilik atributları "Məcnun və Leylayi-islam" əsərində  müsəlman lıq və türklüyün rəmzi kimi təsvir edilən "yaşıl rəngli 

şərarə", "ay-yıldızlı mü zəyyən bir qırmızı örtü" və s. əsasında yaradılmışdır. 

"Millət imizi... cə mi füyuzati-v icdaniyyəyə mə zhər" et mək məqsədi izləyən "füyuzatçı‖lar "fikir və zehni tənvir, ruh 

və qəlbi təhyic" et məklə,  xa lq  kütləsinin  maariflən məsi və  milli şüurun oyanması işinə  xüsusi diqqət yetirird ilə r.  Jurnalda 

Rusiya  və  dünya  miqyasında  cərəyan  edən siyasi  hadisələrə  dair  ic mallar  verilirdi.  "İc mal",  " Vəqiyyeyi-alə mə  bir  nəzə r", 

"Qırmızı qaran lıq lar  içində yaşıl işıq lar", "İkinci Döv lət Du ması", "Kasablanka faciəsi və osmanlı-iranlı  ko mediyası" və s. 

məqa lələ rdə  azad lıq la  irt ica,  inqilabla   istibdad,  Şərq lə  Qərb,  müsəlmanlıqla   xristianlıq  a rasında  gedən  mübarizə lərin 

mən zərəsi ə ks olun muş, əsl həqiqət müsəlman vətəndaşlara aşkar edilmişdir. 

"Füyuzat"da bədii ədəbiyyat mərkəzi yer tuturdu. Bir il ərzində jurnal 102 şeir, 3 pyes dərc etmiş, ro mantik ədəbiy-

yatın yaranmasına qüvvətli təsir göstərmişdir. 

Azərbaycan  xalq ının  mədəni  üfüqlə rin i  genişləndirmək,  dünya  ədəbiyyatını  təbliğ  et məklə  milli  ədəbiyyatın 

inkişafına  yeni  istiqamət  vermək  "Füyuzat‖ın  fəaliyyətində  önəmli  yer  tuturdu.  Jurnalda,  ilk  dəfə,  yaradıcılıq   metodu 

("Qırmızı  qaran lıq lar  içində  yaşıl  işıq lar"),  ədəbi  prosesdə  tənqidin  rolu  ("İntiqad  ediyoruz,  intiqad  olunyoruz"),  rus, 

Avropa,  türk,  fars  klassiklərinin  həyat  və  yaradıcılığ ı  haqqında  məlu mat  və  məqalələr  dərc  edilmiş,  ədəbiyyatşünaslıq 

məsələ lərinə  müasir  mövqedən  elmi-nəzəri  aydınlıq  gətirilmişdir.  Jurnal  Bayron,  Höte,  Heyne,  M ilton,  Prudon,  Şekspir, 

Tolstoy, Sədi, Hafiz və başqaların əsərlərindən tərcümə lər dərc et mə klə, a zərbaycanlıla rın dünya klassiklərinin yaradıc ılığ ı 

ilə  ana dilində tanış olmasına imkan yarat mışdır. 

"Füyuzat" Azərbaycanda milli istiqlal ideyalarının fo rmalaşmasında mühüm rol oynamışdır. 

 

Əd

.: Hüseynzadə Ə., Qırmızı qaranlıqlar içində yaşıl işıqlar, B., 1996; İsrafilov H., "Füyuzat" və bədii  ədəbiyyat. Ədəbiyyat 

məcmuəsi, B.,1999; Vəliyev Ş., "Füyuzat" ədəbi məktəbi, B., 1999; "Füyuzat" jurnalının biblioqrafiyası, B., 2002. 

 

 

 



412 

 

G

 

 

 

 

 

 

GEGEÇKORĠ  Yevgeni  Petroviç  (1879-1954)  -  Gürcüstanın  istiqlal  hərəkatı  xad imi,  sosial-demokrat.  3-cü 

Dövlət du masının deputatı olmuşdur (1907-12). Fevral inqilabından (1917) sonra Xüsusi Zaqafqaziya Ko mitəsinin ü zvü idi. 

1917  ilin  noyabrında  Zaqafqaziya  Ko missarlığının  sədri  seçilmişdir.  1918  ilin   fevralında  Zaqafqaziya  seymi,  Gegeçkori 

başda olmaqla, Zaqafqaziya höku mətin i təşkil etmişdir. 1918 ilin aprelində yaradılan Ali Müdafiə Şurasına daxil  idi.  1918 

ilin mayından Gürcüstan Respublikasının xarici işlər naziri olmuşdur. Gürcüstanda Sovet hakimiyyəti elan ed ild ikdən (1921) 

sonra Fransaya mühacirət etmişdir. 



GEN ERAL-KVARTĠRMEYS TER  -  A zərbaycan  Xa lq  Cü mhuriyyətinin  Hə rbi  Na zirliy ində  yüksək  vəzifə li 

zabit.  Qoşun hissələrində əməliyyat və səfərbərlik,  kəşfiyyat və əks-kəşfiyyat, rabitə xid mətinin təşkili  işlərinə baxırdı (bax 

həmç inin General-k vartirmeyster idarəsi). 

GENERAL-KVARTĠRMEYS TER  ĠDARƏSĠ - Azərbaycan Xalq Cü mhuriyyəti ordusunun Baş ərkani hərbinin 

(qərargah) tərkibində  mövcud olan idarələrdən biri. Əsası 1918  il noyabrın 15-də qoyulmuşdur. Hərbi na zirin həmin tarixli 

əmrinə əsasən, əvvəlcə şöbə kimi  Ümu mi qərargahın tərkib ində, 1919  il  martın sonlarında isə Baş ərkani hərb in tərkibində 

fəaliyyət göstərmişdir. Başlıca vəzifəsi qoşun hissələrin in ko mple ktləşdirilməsi, onların döyüş hazırlığının təşkili, kəşfiyyat 

və əks-kəşfiyyat işlərinin aparılması id i.General-kvart irmeyster idarəsinin strukturu müntəzə m surətdə təkmilləşdirilmişdir. 

Onun  ilkin  strukturundakı  səfərbərlik  bölməsi  hərbi  mü kəlləfiyyət  haqqında  sənədlərin  hazırlan ması,  hərbi  qeydiyyatın 

aparılması,  səfərbərlik  plan larının  və  cədvəllərinin  tərtib  edilməsi,  hərb i  strukturlarda  və  mülki  təşkilatlarda  səfərbərlik 

hazırlığın ın  yo xlanması,  könüllü,  partizan,  həmçinin  digər  dəstələrin  qeydiyyatının  aparılması,  qoşun  hissələrinin  təşkili, 

onların  idarə edilməsi, qoşunların döyüş hazırlığın ın gücləndirilməsi istiqamətində tədbirlərin  müəyyənləşdirilməsi ilə  məş-

ğul olmalı idi. 

General-kvart irmeyster idarəsinin ə məliyyat bölməsinin  qarşısında ü mu mqoşun hazırlığ ı, müdafiə xara kterli işlərin 

planlaşdırılması, əməliyyatların hazırlan ması və həyata keçirilməsi kimi vəzifələr dururdu. 

Qoşun  hissələrindən  döyüş  rayonları  haqqında  məlu matlar  toplan ması,  agentura  şəbəkəsinin  yaradılması  və 

inkişafı, əks-kəşfiyyatın təşkili, hərb i attaşelərlə yazış maların aparılması işləri ilə kəşfiyyat və əks-kəşfiyyat bölməsi məşğul 

olurdu. 

General-kvart irmeyster idarəsinin tərkibində niza mi bölmə  və rabitə   xid məti bölməsi də var  id i.  Hərb i na zirin  17 

avqust 1919  il tarixli ə mrinə əsasən, təşkili başa çatdırılmış 1  -ci və 2-ci  zirehli qatarla r da Ümu mi qərargahın tərkib indən 

çıxarılaraq  general-kvartirmeyster  idarəsinin  tabeliy inə  verilmişdi.  1920  ilin  martında  aparılan  geniş  islahatdan  sonra 

yaradılmış A zərbaycan ordusu qərargahının struktur tərkibi kimi general-kvartirmeyster idarəsi də dəyişikliyə uğradı. Onun 

tərkib inə  ə mə liyyat-kəşfiyyat  bölməsi  (rə isi  polkovnik  Hacıbəylinski),  səfərbərlik  və  məhəlli  qoşunlar  şöbəsi  (rə isi 

polkovnik Seyfu llin), n iza mi və  ü mu mi bölmə  (rə isi podpolkov Hacıbəylinski), səfərbərlik və  məhəlli qoşunlar şöbəsi (rə isi 

polkovnik  Seyfu llin),  niza mi  və  ü mu mi  bölmə   (rəisi  podpolkovnik  Maqrubov),  hərb i  ə laqələ r-daşın mala r  bölməsi  (rə isi 

rotmistr  Xudaverdov) şöbə və bölmələri və rabitə ko mandası daxil id i.  General-kvar-tirmeyster idarəsinin  rəisi po lkovnik 

V.Karqalete li  id i  (bu  vəzifəni  o,  1919  il  iyulun  15-dən  icra   edird i).  Ondan  qabaq  bu  vəzifəni  polkovnik  Sokolov  və 

podpolkovnik Zeynalov  icra etmişdilər.  V.Karqaleteli A zərbaycan Höku mətinin  24  mart  1920  il tarixli qərarı  ilə general-

mayor rütbəsinə layiq görülmüşdü. 



 

Əd.: 

Süleymanov M., Azərbaycan ordusu (1918-1920), B., 1998.

 

 

GENOS ĠD  (yun. genos - nəsil, soy və lat. caedere - ö ldürmək)  -  1) bütöv əhali qruplarının, etnosların irqi,  milli, 

etnik, ya xud dini ə la mət lərə görə ta ma milə və ya qismən  məhv edilməsi, soyqırımı. Müasir beynəlxalq hüquqda (BMT-nin 

1948  il  Konvensiyası  və  s.)  genosidə  beynəlxalq  cinayət  kimi  baxılır;  2)  19-20  əsrlərdə  erməni  millətçiləri  və  daşnak 

terrorçu  quldur  dəstələri  Şimali,  Cənubi  və  Qərb i  Azərbaycanda  (indiki  Ermənistan  ərazisində)  azərbaycanlılara,  Şərq i 

Anadoluda isə türklə rə qarşı dəfə lərlə kütləvi genosid cinayətləri törət mişlə r (ət raflı mə lu mat üçün bax Soyqırımı). 


413 

 

GƏNCƏ  -  Azərbaycanın  qədim  şəhərlərindən  biri, 

Azərbaycan  Xalq   Cü mhuriyyətinin  ilk  paytaxt ı  (1918  il  iyunun 

ortaları  -  sentyabrın  ortaları).  Gəncə  orta  əsrlərdə  bütün  Yaxın  və 

Orta Şərqdə çox  mühü m sənətkarlıq, ticarət və  mədəniyyət mərkəzi 

idi.  Azə rbaycan  və  dünya  ədəbiyyatının  dahi  nümayəndəsi  Niza mi 

Gəncəvi  bu  şəhərdə  doğulub,  yaşayıb  yaratmışdır. 

Gəncə 


Azərbaycanın  dövlətçilik  tarixində  də  böyük  rol  oynamış,  yadelli 

təcavüzlərinə  qarşı  ço x  mühü m  mübarizə  mərkə zi  id i.  Nadir  şah 

imperiyasının  süqutundan  sonra  Gəncə  eyni  adlı  A zərbaycan 

xanlığının  mərkəzi  olmuşdur.  1804  il  yanvarın  3-də  Cavad  xanın  

başçılığı  ilə  Gəncədə  işğalçı  çar  Rusiyası  qoşunlarına  qəh-

rə mancasına  müqavimət  göstərilmişdir.  İşğalç ıla r  ş əhəri  ələ  

keçirdikdən  sonra  Qafqazdakı  rus  qoşunlarının  baş  ko mandanı 

P.D.Sisianovun təklifi ilə Gəncə çar I Aleksandrın arvadı Ye lizaveta 

Alekseyevnanın  adı  ilə  Yelizavetpol  adlandırılmışdı.  Rusiya 

işğalçıları onlara inadlı müqavimət göstərmiş Gəncənin adın ı xalqın  

yaddaşından silmək üçün "Gəncə" sözünün işlədilməsini belə yasaq 

etmişdilər. Gəncənin işğalından sonra, 1804 il martın 2-də aparılmış 

ka mera l təsvirə görə, burada 213 ev, hər iki c insdən olan 7303 nəfər 

(3922  kişi,  3381  qadın)  əhali  qeydə  alın mışdı.  Birinci  dünya 

müharibəsi  (1914-18)  ərəfəsində  şəhər  120  kv.km  ərazini  əhatə 

edirdi.  Yaşayış evləri və təsərrüfat tikililərinin sayı 13  minə çatırd ı. 

Qafqa z  təqvimin in  (1917)  mə lu matına  görə,  şəhərdə  57731  nəfər 

əhali  var  idi.  On ların  48592  nəfəri  yerli  sakinlər,  9139  nəfəri 

müvəqqəti  yaşayanlar  idi.  Şəhər  əhalisinin  28503  nəfərini  kişilər, 

29228 nəfə rini qadınlar təşkil edirdi.  Yelizavetpol eyni adlı dairənin, 

sonra isə qəza və quberniyanın mərkəzi olmuşdur. Şəhərdə dairə məh-

kə məsi yaradılmış,  məhkə mə  islahatından sonra (1868-69) bu orqan 

yenidən təşkil olunmuşdu. Burada əsas idarə orqanı polis idarəsi id i. 

19 əsrin sonlarında  Gəncədə şəhər duması fəa liyyətə başladı. Şəhərin  iqtisadi həyatının əsasını sənətkarlıq və tica rət təşkil 

edirdi. Bakı-Tiflis dəmir yol xəttin in çəkilməsi (1883), dəmir yol stansiyası və depo tikintisi şəhərin  iqtisadi həyatında ciddi 

dəyişikliklə r yaratdı. Poçt-teleqraf ə laqəsi in kişaf et məyə başladı. 1887 ildə ilk telefon xətti çəkildi, 1910-11 illə rdə Ba kı və 

Tiflis şəhərləri  ilə telefon əlaqəsi yaradıldı. Şəhərin sosial-siyasi və mədəni həyatında da dəyişikliklər baş verird i.  1905-07 

illər inqilabı dövründə Gəncə sosial-siyasi zü lmə  və müstəmləkə  əsarətinə qarşı mübarizə  mə rkə zlərindən birinə çevrilməyə 

başladı.  Ermən ilərin azərbaycanlılara qarşı soyqırımına  kəskin  müqavimət göstərildi, siyasi təşkilatlanma sahəsində mühüm 

addımlar atıld ı. " Qeyrət" (1905), "Difai" (1906), "Müdafiə " (1907) kimi siyasi partiya və təşkilatlar fəaliyyətə başladı. Xəlil 

bəy  Xasməmmədov,  Xudadat  bəy  Rəfibəyli,  Həsən  bəy  Ağayev,  Nəsib  bəy  Yusifbəyli  və  digər  görkə mli  siyasi  xadimlə r 

yetişdi. Şəhərdə sosial-demo krat qrupu və "Hümmət" təşkilatı da iş aparırdı. Fev ral inqilabından (1917) 

 

 

 



 

 

 



 

 

 



 

 

 



414 

 

sonra şəhərdə Yelizavetpol quberniyası icraiyyə ko mitəsi təşkil olundu, şəhər başçısı X.Xas məmmədov onun sədri seçildi. 



1917 ilin martında Nəsib bəy Yusifbəylinin  başçılığı ilə Türk ədəmi-mərkəziyyət partiyası yaradılmışdı. Bu partiya federativ 

şəkildə  qurulacaq  Rusiyada  Azərbaycana  mu xtariyyət  verilməsi  uğrunda  mübarizə  aparırd ı.  Şəhərdəki  Şah   Abbas 

məscidin in  həyətində  "Yaşasın  Demokratik  Respublika",  "Yaşasın  Azə rbaycanın  muxtariyyəti"  kimi  şüarlarla  mitinq 

keçirilmişdi.  Apreldə  Bakıda  keçirilən  Qafqaz  müsəlman ları  quru ltayında  da  mu xtariyyət  ideyası  müdafiə  olun muşdu. 

İcraiyyə  Ko mitəsi  ilə  bərabər  Fəhlə  və  Əsgər  Deputatları  Soveti  də  fəaliyyət  göstərirdi.  Bolşeviklər  tədricən  mövqelərin i 

möhkəmləndirməyə çalışırd ılar.  Onların sırası ermən ilər hesabına artırdı. Aprelin  10-da bolşeviklərlə  menşeviklərin Rusiya 

Sosial-De mokrat Fəhlə  Pa rtiyası birləş miş  Yelizavetpol ko mitəsi yaradılmışdı.  Oktyabr çevrilişindən (1917) sonra ş əhərdə 

milli  azadlıq  ideyaları  daha  da  gücləndi.  Şəhər  Azərbaycanın  dövlət  müstəqilliy inin  elan  edilməsində  və  onun  erməni-

daşnak  və  bolşevik  qüvvələrindən  azad  ed ilməsində  tarixi  rol  oynadı.  1918  il  may ın  25-də  A zərbaycanda  təşkil  o lunan 

Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Gəncəyə gəldi və qərargahın ı formalaşdırmağa başladı. 

Mayın  28-də  Azərbaycan  Xalq   Cü mhuriyyətinin  yaran ması  böyük  ruh  yüks əkliyi  ilə  qarşılandı,  höku mətin 

Tiflisdən  buraya  köçürülməsi  üçün  tədbirlər  görüldü.  18  günlük  Tiflis  fəaliyyətindən  sonra  Azərbaycan  Milli  Şu rası  və 

Höku məti  buraya  köçdü.  Gəncənin  paytaxt  olduğu  dövrdə 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mət i  əsas  diqqəti 

Bakın ın azad edilməsi uğrunda mübarizənin təşkilinə yönəltdi. 

Höku mətin  burada  olduğu  dövrdə  bütövlükdə  dövlət,  o 

cümlədən şəhərin həyatına dair  120-dən ço x  mü xtəlif qərarlar 

qəbul  olundu.  Azərbaycan  Xa lq  Cü mhuriyyəti  Höku mətin in 

22  iyun  tarixli  qəra rı  ilə  Ye lizavetpol  ş əhərinin  ictimai 

idarəsinin  fəaliyyətinin  bərpasına  başlandı,  onun  işinə 

kö məklik  üçün  150  min  manat  faizsiz  borc  ayrıldı.  27  iyun 

tarixli  qəra rla  Yelizavetpol  ş əhər  milisi  yerli  idarəçiliyin 

tabeliyinə  verildi,  11  iyul  qərarı  ilə  Ye lizavetpol  hərbi 

mü kəlləfiyyət  idarəsi  yaradıldı.  Höku mətin  30  iyul  tarixli 

qərarı  ilə  Yelizavetpol  adı  ləğv  olundu,  Gəncənin  tarixi  adı 

özünə qaytarıldı. Sentyabrın 15-də  Bakı azad edildikdən sonra 

Azərbaycan  Xa lq  Cü mhuriyyəti  Hö ku məti  həmin  ay ın  17-də 

Bakıya  köçdü.  Paytaxtın  Bakıya  köçürulməsinə  baxmayaraq 

Gəncə ölkənin həyatında mühüm rol oynamaqda davam edirdi. 



Mudros barışığına (1918) əsasən, türk qoşunları A zərbaycanı 

tərk  etdikdən  sonra  ingilis  qoşunları  ölkəyə  da xil  o ldu. 

Gəncədə  ingilis  hərbi  hissələri  yerləşdirildi.  İngilislərin  tələbi 

ilə   hərbi  na zirlik  də   noyabrın  22-də   Bakıdan  Gəncəyə 

köçürüldü.  Milli  ordunun  formalaşdırılması  prosesi  Gəncədə 

davam  etdirild i,  Qarabağda  ermənilərin   Azərbaycan  xalq ına 

qarşı  törətdikləri  soyqırımlarına  qarşı  fəal  mübarizə  təşkil 

olundu.  Gəncədə  ermən ilə rin   türk-müsəlman  əhaliyə   qarşı 

soyqırımları  ü zündən  qaçqın  düşmüş  azərbaycanlıların 

yerləşdirilməsində və onlara qayğı göstərilməsində mühüm 

 

 

 



 

 

 



415 

 

iş  görüldü.  1919  ilin  əvvəllərində  Gəncə  və  ətrafında  20  mindən  ço x  qaçqın  yerləşdirilmişdi.  A zərbaycan  Xalq 



Cü mhuriyyəti  Höku məti Bakıya köçdükdən sonra da Gəncənin problemlərinə  xüsusi diqqət yetirməkdə davam edir, sosial-

siyasi,  iqtisadi  və   mədəni  həyatın  canlandırılması  üçün 

tədbirlər görürdü. Hö ku mətin 1 o ktyabr tarixli qərarı ilə Gəncə 

sənət  mə ktəbi  hərbi  mə ktəbə  çevrilmiş,  bunun  üçün  müvafiq 

maddi  vəsait  ayrılmışdı.  Şəhərdə  xəstəliklərlə  mübarizə  və 

səhiyyənin təşkili də diqqət  mə rkə zində sa xlan ırdı.  Parla ment 

1919  il yanvarın  25-də səpmə yatalaqla  mübarizə üçün  Gəncə 

şəhər  özünüidarəsinə  450  min  manat  faizsiz  borc  verilməsi 

haqqında 

qanun 


qəbul 

etmişdi. 

A zərbaycan 

Xa lq 


Cü mhuriyyətinin  gördüyü  tədbirlərə  baxmayaraq,  antimilli 

qüvvələr,  xüsusilə ermən i daşnaklar və bolşeviklər pozuculuq 

fəaliyyətlərin i  davam  etdirird ilər.  1919  ilin  yazında  Gəncədə 

Fərhad 


Əliyev  başda  olmaqla, 

Rusiya 


Ko mmun ist 

(bolşeviklər)  Partiyası  dairə  ko mitəsi  yaradıldı.  İyulun  13-də 

Gəncədə  fəhlə   konfransı  işə  başladı.  Qə zada  Cü mhuriyyət 

Höku mətinə  qarşı  kəndli  çıxış larının  qızışdırılmasına  cəhd 

göstərilird i. 

Bakıda  Sovet  hakimiyyətinin  qurulması  Gəncədə 

vəziyyətə  ciddi  təsir  göstərdi.  Aprelin  28-də  Azə rbaycan 

Ko mmunist  (bolşeviklər)  Partiyası  Gəncə  dairə  ko mitəsi 

F.Əliyevin  sədrliyilə  Quberniya  İnqilab  Ko mitəsi  yaratdı.  O, 

hakimiyyətin 

bolşeviklərə  verilməsi  haqqında 

Gəncə 


qubernatoruna  ultimatum  verdi.  Ultimatu m  qəbul  olundu  və 

ayın  29-da  hakimiyyətin  Quberniya  İnqilab  Ko mitəsinə 

verilməsi  haqqında  akt  imza landı.  Mayın  1-də  11-c i  Qırmızı 

ordu  hissələri  Gəncəyə  da xil  o ldu.  La kin  Gəncə  mübarizəni 

davam  etdirirdi.  May ın  26-də  Gəncədə  sovet  işğalına  qarşı 

güclü  üsyan  baş  verdi  (bax  Gəncə  üsyanı  (1920)).  Bolşevik 

rejimi  Gəncə  üsyanını  yalnız  mayın  31-də  yatıra  bildi. 

Azərbaycan  Sovet  Sosialist  Respublikası  Hö ku məti  Gəncədə 

sovet hakimiyyətinin möh kə mləndirilməsi üçün cəza  tədbirlə ri 

ilə  yanaşı,  inzibati-siyasi dəyişikliklər də həyata keçirdi.  İyulun 3-də  Gəncədə  Qə za  İnqilab  Ko mitəsi yaradıldı.  1935 ildə 

Gəncə şəhəri S.M .Kirovun adı ilə Kirovabad adlandırıldı. Belə liklə, çar Rusiyası za manında olduğu kimi, sovet dövründə də 

Gəncə özünün tarixi ad ın- 



 

 

 



 

 


416 

 

dan məhru m oldu. Sovet İttifaqı dağıld ıqdan və Azərbaycanın istiqla liyyəti bərpa olunduqdan (1991) sonra ş əhərin tarixi ad ı 



yenidən özünə qaytarıldı. 

 

Əd.:

  Aзepбaйджанская  Демократиская    Pecnублика  (1918-1920),  Законодательные  акты  (сборник  документов),  Б.,  1998;  

Gəncə (tarixi çerk), B., 1994; İsayev Ə., Gəncə və gəncəlilər, B., 1998; Süleymanov M ., Azərbaycan ordusu (1918-1920), B., 1998; Бабаев 

Э., Из истории Гянджинского ханства, Б., 2003.  



Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin