Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu


Azə rbaycan Xalq Cümhuriyyətinin əhalisi



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə2/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   2   3   4   5   6   7   8   9   ...   80

Azə rbaycan Xalq Cümhuriyyətinin əhalisi 

(Qafqaz təqviminin 1917 il buraxılışının məlumatları əsasında tərtib edilmişdir) 

 

Ə r a z i 



Müsəlmanlar 

Ermənilər 

Gürcülər 

Ruslar 


Başqaları 

Cəmi 


 

 

Mütləq 



say 

% 

Mütləq 


say 

% 

Mütləq 


say 

% 

Mütləq 


say 

 

% 

Mütləq 

say 


 

 



Bakı quberniyası 

(şəhər əhalisi) 

47866 

66,2 


5.663 

7,8 


- 

- 

3788 


5,2 

15192 


2,1 

72509 


Bakı quberniyası 

(kənd əhalisi) 

693391 

86,4 


37258 

4,6 


30 

68847 



8,5 

3711 


0,5 

803237 


Bütün Bakı quberniyası 

(şəhər rəisliyi daxil 

olmadan) 

741257 


85,0 

42921 


4,9 

30 


72635 


8,1 

18903 


2,0 

875746 


Bakı şəhər rəisliyi 

198391 


48,8 

77166 


19,0 

8974 


2,2 

104599 


26,0  16699 

4,0 


405829 

Bütün Bakı quberniyası 

(şəhər rəisliyi ilə birlikdə) 

939648 


73,5 

120087 


9,3 

9004 


0,7 

177234 


13,8 

35602 


2,7 

1281575 


Bütün Gəncə quberniyası 

797880 


62,5 

418859 


32,9 

1030 


0,1 

36777 


2,9 

20585 


1,6 

1275131 


Bütün Zaqatala mahalı 

85136 


91,84 

2530 


2,73 

4664 


5,03 

326 


0,35 

42 


0,05 

92698 


İrəvan quberniyasının bir 

hissəsi 


129586 

61,0 


80530 

38,0 


96 

0,04 


593 

0,24 


1653 

0,72 


212458 

Bütün Azərbaycan 

Respublikası (Azərbaycan 

Xalq Cümhuriyyəti) 

üzrə,cəmi  

1952250 

68,2 

622006 

21,4 

14794 

0,6 

214930 

7,5 

57882 

2,3 

2861862 

 


16 

 

Hə min  dövrdə  Azə rbaycan  Respublikasın ın  mübahisəsiz 



ərazisində  (97,3  min  kv.  km)  yaşayan  əhalinin   ü mu mi  sayı 

2861862 nəfərə  bərabər  idi, yəni hər k v. k m-ə 29,4 nəfə r düşürdü. 

Müsəlmanlar  (əsasən,  Azərbaycan  türkləri)  əhalinin  68,2%, 

ermənilər  21,4%,  gürcülər  0,6%,  ruslar  7,5%,  digər  xa lqların 

nümayəndələri  isə  2,3%-ni  təşkil  edirdi.  Yu xarıda  verilən 

rəqəmlərə  əsasən,  1916  ildə  Azə rbaycan  Xalq  Cü mhuriyyətinin 

bütün  ərazisində  (113,9  min  kv.  km)  əhalinin  ü mu mi  sayı  3,3 

milyondan  çox  idi.  Azərbaycan  xalqı  1916  ildən  sonrakı  dövr 

ərzində  də  ermənilərin  həyata  keçirdiy i  kütləv i  soyqırımları  və 

etnik tə mizlə mə lər nəticəsində ağır demoqrafik sarsıntılar keçirmiş, 

sayca  azalmışdı.  Hesablamalar  göstərir  ki,  Azərbaycan  Xalq 

Cümhuriyyətinin  əhalisi  1920  ilin  aprel  işğalı  ərəfəsində  azalaraq 

təqribən 2,6 milyon nəfərə en mişdi. 

Digər tərə fdən, rəsmi  mə lu mat lara görə  1920  ildə Azərbaycan 

Sovet Sosialist  Respublikasının  (86,6  min kv. km) əhalisi  1952000 

nəfər  id i.  Bu  fa kt  əsas  götürülərsə,  həmin  dövrdə  keçmiş 

Azərbaycan 

Xalq  Cü mhuriyyətinin   mübahisəsiz  ərazisində 

təxminən  2189250  nəfə r  əhali  yaşayırdı.  Bu  rəqə m  1916  ilin  

əvvəlinə  olan  vəziyyətlə  müqayisə  edildikdə  aydın  o lur  ki, 

Azərbaycan  Xalq  Cü mhuriyyətinin  süqutu  ərəfəsində  onun 

mübahisəsiz  ərazisində    yaşayan  əhali  700  min   nəfərədək 

azalmışdı.  Birinci  dünya  müharibəsi  (1914-18)  dövründə 

Azərbaycan  xa lqına qarşı   törədilmiş soyqırımla rının ac ı nəticə ləri 

belə id i. 

Tarix.  Xa lq  Cü mhuriyyətindən  əvvəlki  dövrdə  Azərbaycan 

dövlətçiliy i.  Dünya  tarixində  yeni  -  respublika  tipli  demokratik 

dövlət  idarəçiliyi  formasının  geniş  yayılmağa  başladığı  dövrdə 

yaranmış  Azərbaycan  Cü mhuriyyəti  xalq ımızın  tarixin  ən  qədim 

qatlarından  başlanan  dövlətçilik  ənənələrin in  qanunauyğun 

davamı id i. 

Azərbaycan xalq ı dünyanın ən qədim və ən zəngin dövlətçilik 

mədəniyyətinə  ma lik  xalq larındandır.  Azə rbaycanın  təqribən  5 

min  illik  dövlətçilik  tarixi  vard ır.  Mə lu m  o lduğu  kimi, 

Azərbaycan ərazisində ilk dövlət quru mla rı hələ era mızdan əvvəl 

4-cü  min illiyin   sonu  -  3-cü  min illiyin  əvvəllərində  yaran mağa 

başlamışdı. 

Zaman  keçd ikcə Azərbaycanın dövlətçilik  mədəniyyəti daha 

da yüksəlmiş, ölkə ərazisində daha təkmil və daha geniş əraziləri 

əhatə  edən  yeni  dövlətlər  yaran mışdı.  Eramızdan  əvvəl  1—ci 

minillikdən  başlayaraq  eramızm  1-ci  min illiyinin   əvvəllə rinədək 

Azərbaycan  torpaqlarında  Manna,  İskit  (Skit,  Skif)  şahlığ ı, 

Atropatena  və  Albaniya  kimi  qüdrətli  dövlətlə r  mövcud 

olmuşdur.  Bu  dövlətlər  A zərbaycanda  dövlət  idarəçiliyi 

mədəniyyətinin daha da yüks əlməsində mühüm rol oynamışlar. 

Eramızın  3 əsrində Azərbaycam Sasani-İran imperatorluğu, 7 

əsrdə isə Ərəb xilafəti işğal etdi. Lakin təqribən 600 il davam etmiş 

İran  və  ərəb  hökmranlığı  da  Azərbaycanın  qədim  dövlətçilik 

ənənələrini  məhv  edə  bilmədi.  7  əsrdə  islam  din inin   qəbul 

olunması  ilə   Azə rbaycanın  tarixi  müqəddəratında  əsaslı  dönüş 

yarandı.  İslam  dini  vahid  xalqın ın  və  dilin  təşəkkülünə  güclü 

təkan  verdi,  A zərbaycan  dövlətçiliyin in  gələcək  inkişafı  üçün 

daha etibarlı zəmin yaratdı. 

 

 

 



 

 

 



 

 

 



17 

 

Xilafət  dağıld ıqdan sonra - 9 əsrin ortala rından Azə rbaycanın qədim 



dövlətçilik  ənənələri  yenidən  d irçəldi:  Azərbaycan  torpaqlarında  Sacilər, 

Şirvanşahlar,  Salarilər,  Rəvvadilər,  Şəddadilər  və  Şəki  hakimliyi  kimi  yerli 

dövlətlər yarandı. Siyasi,  iqtisadi və mədəni həyatın bütün sahələrində güclü 

oyanış baş verməkdə idi. A zərbaycan tarixin in İntibah dövrü başlanırdı. 

9  əsrin   70-c i  illərindən  başlayaraq,  yarım  əsrdən  çox  davam  edən 

tarixi  dövrdə  bütün  Azərbaycan  torpaqlarının  vahid  Azərbaycan  türk 

dövlətinin -  Sacilər dövlətin in tərkib ində olması ölkə  miqyasında iqtisadi və 

mədəni əlaqə lərin daha da dərinləş məsinə, etnik fərqlə rin  aradan qalxması və 

Azərbaycan xalq ının forma laşması p rosesinin daha da sürətlənməsinə müsbət 

təsir  göstərdi.  Sacilə r  dövləti  özünün  ən  qüdrətli  çağlarında  Dərbənddən 

Zəncana, Xə zər sahillərindən Ani və  Dəb il şəhərlərinə qədər geniş əra zilə ri 

əhatə  edirdi.  Sacilərin  yeritdiy i  uğurlu  xarici  siyasət  Azərbaycanın  ərazi 

bütövlüyünün,  dövlətçiliyin in  qorunub  saxlan masında,  ölkə  ərazisində 

etniksiyasi birliyin daha da möhkə mlən məsində mühüm rol oynadı. 

11  əsrin  ortala rında  Ya xın   və  Orta  Şərq  tarixində  mühü m  dönüş 

dövrü  başlandı.  Orta  Asiyadan  Aralıq  dənizi  sahillərinə  və  Dərbənd 

keçid indən  İran  kö rfəzinə  qədər  geniş  əraziləri  əhatə  edən  Böyük  Səlcuq 

imperatorluğu  yarandı.  Azərbaycan  növbəti  oğuz-türk  dövlətinin  —  Böyük 

Səlcuq impe ratorluğunun tərkibinə da xil o ldu. 

Səlcuq  dövrü  Azərbaycanın  tarixi  müqəddəratında  həlledic i  rol 

oynadı.  Sultan  Alp  Arslanın  Malazg ird  vuruş masında  (1071,  26  avqust) 

Bizans 


imperatorluğunun  hərbi  qüvvələrini  darmadağın  etməsilə 

Azərbaycanı  ələ  keç irməyə  ça lışan  xristian  bloku  iflasa  uğradı.  Bizans 

imperatorluğunun  Cənubi  Qafqa zı  bütünlüklə   xristianlığın   təsir  dairəsinə 

salmaq  p lanı  baş  tutmadı.  Xristian  amili,  ü mu miyyətlə,  Cənubi  Qafqazda 

tənəzzülə uğrad ı. Sə lcuq a xınla rı nəticəsində oğuz-türk tayfaları, qəti olaraq, 

Mərkə zi Asiya  ilə  yanaşı,  bütün  Cənubi  Qafqazda və  Ön Asiyada  da  başlıca 

etnik-siyasi amilə çevrildilə r. Türk-isla m a mili bütün Ya xın və Orta  Şərq in, o 

cümlədən Qafqazın bundan sonrakı tarixində uzun  müddət müəyyənedici rol 

oynadı.  Azərbaycan  türk  dili  bütün  Cənubi  Qafqazda,  o  cümlədən 

Azərbaycan  ərazisində  başlıca  ünsiyyət  vasitəsinə  çevrildi.  Bu  a mil 

Azərbaycan dövlətçiliy inin təsir da irəsini daha da genişləndirdi. 

Böyük  Səlcuq  imperatorluğunun  süqutundan  sonra  qüvvətlənən 

Şirvanşahlar  və  Eldənizlər  (Atabəylər)  dövlətləri  Azərbaycan  xalqın ın 

dövlətçilik ənənələrin in daha da yüksəlməsində mühüm ro l oynadılar. 

Yaxın  və  Orta  Şərqin   ən  qüdrətli  dövlətinə  çevrilən  Eldənizlər 

dövləti Azərbaycan xalq ının etnik-siyasi tarixində xüsusilə böyük rol oynadı. 

Eldənizlə rin  hakimiyyəti  dövründə  Azərbaycan  türklərinin  hərb i-siyasi  təsir 

dairəsi,  Azərbaycan  türk  dili  və   mədəniyyətinin  yayıldığı  əra zi  daha  da 

genişləndi. Beləliklə, Ərəb  xilafətinin tənəzzü lündən sonra Qafqazda, habelə 

bütün  Yaxın   və  Orta  Şərqdə  türk-islam  imperatorluqların ın  rolu  artdı. 

Sacilər, Şirvanşahlar, 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


18 

 

Salarilər,  Rəvvadilə r,  Şəddadilə r,  Şə ki  hakimliyi,  Sə lcuqlar, 



Eldənizlə r,  Monqollar,  Elxanilər-Hü laku lar,  Tey murilər,  Os manlıla r, 

Qaraqoyunlular,  Ağqoyunlular,  Səfəvilər,  Əfşarlar,  Qacarlar  və  başqa 

türk-islam  sülalələrin in  idarə  etdikləri  eyniadlı  dövlətlər  təkcə 

Azərbaycanın,  həmç inin  bütövlükdə  Cənubi  Qafqa zın  deyil,  eyni 

zamanda  bütün  Yaxın   və  Orta  Şərq in  dövlətçilik  tarixində  dərin  iz 

qoydular. Azə rbaycan uzun za man bu dövlətlərin əksəriyyətinin  mə rkə zi 

vilayəti, 

Təbriz 


isə 

paytaxtı 

oldu. 

Bu 


böyük 

türk-islam 

imperatorluqlarının  b ir  ço xunu  məhz  Azərbaycan  -türk  əsilli  sülalələr 

idare edirdilər. 

15-18  əsrlərdə  Azə rbaycanın  dövlətçilik  mədəniyyəti  daha  da 

zənginləşdi.  Bu  dövrdə  Şərq in  geniş  ərazili  Qaraqoyunlu,  Ağqoyunlu, 

Səfəvi  və  Əfşar  imperatorluqla rı  b ilavasitə  A zərbaycan-türk  sülalə ləri 

tərəfindən idare  olunurdu. Bu  mühüm a mil ölkənin da xili və beynəlxa lq 

əlaqələrinə  müsbət  təsir  göstərir,  Azərbaycanın  hərbi-siyasi  təsir 

dairəsini,  A zərbaycan  dilinin  fəa liyyət  meydanının  genişləndirir, 

Azərbaycan  xalq ının  maddi  və  mənəvi  mədəniyyətinin   daha  da  inkişaf 

etməsinə əlverişli şərait yarad ırdı. 

Ağqoyunlu və Səfəvi sülalələrinin hakimiyyəti dövründə Azərbaycan 

Şərq ö lkələri ilə yanaşı, Qara dəniz və Aralıq dənizi hövzəsi ölkələrindən 

başlamış,  u zaq  İngiltərə  və  Skandinaviyaya  qədər  bir  ço x  Avropa 

dövlətləri ilə d iplo matik əlaqə saxlay ırdı. Uzun Həsən, Şah İs mayıl Xətai, 

Şah Təhmasib, Şah Məhəmməd Xudabəndə, Şah Abbas və b. Azərbaycan 

hökmdarların ın saraylarında ço xsaylı Qərb dip lo matları Azərbaycanla sıx 

qarşılıq lı  əlaqələr  yaratmaq  üçün  danışıqlar  aparmışdılar.  Azərbaycan 

Şərqlə  Qərb  arasındakı  qarşılıq lı  əlaqələrdə  mühü m  rol  oynamaqda 

davam edirdi. 

Səfəvi  dövlətin in  süqutundan  sonra  hakimiyyətə  gələn  görkə mli 

Azərbaycan-türk  sərkərdəsi  Nadir  şah  (1736-47)  keç miş  Səfəvi 

imperatorluğunun sərhədlərin i daha da genişləndirdi. O, 1739  ildə, Deh li 

də  daxil  o lmaqla,  Şima li  Hind is tanı  ələ  keçirdi.  Lakin  Nadir  şahın  bu 

geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq  planları baş tut-

mad ı. 

Nadir  şahın  ölü mündən  sonra  onun  idarə  etdiyi  geniş  ərazili 



imperatorluq  süquta  uğradı.  A zərbaycan  torpaqlarında  yenidən  yerli 

dövlətlər  yarandı.  Beləliklə,  18  əsrin  2-ci  yarısında  Azərbaycan  (həm 

Şimali,  həm  də  Cənubi)  xırda  dövlətlərə  —  xanlıqlara  və  sultanlıqlara 

parçalandı.  Ölkən in  hərbi-siyasi  tənəzzül  dövrü  başlandı.  A zərbaycanın 

qədim dövlətçilik ənənələ rin i yaşadan ayrı-ayrı  xan lar bir-b iri ilə rəqabət 

apararaq,  bütün  ölkəni  yenidən  vahid  dövlət  çərçivəsində  birləşdirməyə 

çalışsalar  da,  bu  heç  bir  nəticə  vermədi.  Siyasi  pərakəndəlik  daha  da 

dərinləşdi. 

Bununla,  Azərbaycanı  işğal  etməyə  çalışan  yadelli 

təcavüzkarla rın əlinə ço x ə lverişli fürsət düşdü. 

18  əsrin  sonunda  Azərbaycan-türk  sülaləsi  olan  Qacarlar  (1796-

1925)  İranda hakimiyyətə gəldilər. Qacarlar vaxtilə  Səfəv ilərin və  Nadir 

şahın hakimiyyəti altında olmuş bütün əraziləri, o cü mlədən Azərbaycan 

xanlıqlarını, sul- 

 

 


19 

 

 



 

 

 



 

20 

 

 



 

 

 



 

 

 



 

21 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


22 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


23 

 

tanlıqların ı  yeniden  mərkəzi  hakimiyyətə  tabe  etdirmək  siyasəti 



yerit məyə  başladıla r.  Be lə liklə,  Qacarlarla   həmin  dövrdə  Cənubi 

Qafqazı,  o  cümlədən  Azərbaycanı  işğal  etməyə  çalışan  Rusiya 

imperatorluğu  arasında  uzunsürən  müharibələr  dövrü  başlandı. 

Azərbaycan torpaqları iki böyük dövlət arasında qanlı  müharibələr 

meydanına çevrild i. Rusiya tərəfindən hərbi əməliyyatlara başçılırı 

edən və ərazi vədləri  ilə şirnikləndirilən ermeni və gürcü generalları 

əllərinə  düşmüş  fürsətdən  istifadə  edərək,  Azərbaycanın  dinc 

əhalisinə  qarşı  dəhşətli  soyqırımları  törətdilər.  Gü lüstan  (1813)  və 

Türkmənçay  (1828)  müqavilələrinə  əsasən  müstəqil  Azərbaycan 

dövlətlərinin  -  xanlıqların  və  sultanlıq ların  varlığ ına  son  qoyuldu. 

Ölkə  iki  imperatorluq  arasında  bölüşdürüldü:  Azərbaycanın  şimalı 

(Şimali  Azərbaycan)  Rusiyaya,  cənubu  (Cənubi  A zərbaycan)  isə 

Azərbaycan-türk  əsilli  Qaca rla r  sülaləsinin  idarə  etdiyi  İran 

şahlığına  qatıld ı.  A zərbaycan  xalqın ın  şimalda  ruslaşdırılması, 

cənubda isə farslaşdırılması dövrü başlandı.  

 

Rusiya  Şərqə  doğru  daha  da  irəliləmək,  isti  dənizlərə  yol 



açmaq  və  Hindistana  yetişmək  üçün  azərbaycanlıları  Cənubi 

Qafqa zdan tama milə sıxışdırıb çıxara raq siyasəti yeritməyə başladı. 

Bunun  üçün,  ilk  növbədə,  Cənubi  Qafqazın  xristian  əhalisinə 

arxalandı,  o  cümlədən  Azərbaycanın  xristian-alban  əhalisindən 

istifadə  etdi.  Müsəlman  əhalinin  zorla  xristianlaşdırılmasına 

başlandı.  Beləliklə,  Bizans  imperatorluğunun  süqutundan  sonra 

Cənubi  Qafqa zda  xristian  a mili  yenidən  dirçəldildi.  Rusiyadan 

xristian  əhalinin  Azərbaycana  köçürülməsinə  cəhd  göstərildi.  İlk 

za manlar  bu  siyas ət  baş  tutmadıqda,  işğal  olunmuş  Azərbaycan 

torpaqlarına, xüsusən Qarabağın dağlıq bölgələrinə, həmçinin keçmiş 

İrəvan və Naxçıvan xanlıqların ın ərazisinə qonşu ölkələrdən kütləvi 

surətdə  ermənilə r  köçürü ldü.  Türkiyə  ilə  hə msərhəd  olan  Qərbi 

Azərbaycan  ərazisində  -  keç miş  İrəvan  və  Na xç ıvan  xanlıqla rın ın 

ərazisində  "Erməni  v ilayəti"  yaradıldı.  Bununla,  Azərbaycan 

ərazisində  gələcək  erməni  dövlətinin  əsası  qoyuldu.  Bundan  əlavə, 

1836  ildə  Azərbaycan  Albaniya  dövlətinin  yadigarı  o lan  müstəqil 

Alban kilsəsi ləğv olundu və erməni Qriqorian kilsəsinin tabeçiliyinə 

verildi.  Belə liklə,  Azərbaycanın  qədim  əhalisi  olan  xristian 

albanların  qriqorianlaşdırılması  və  erməniləşdirilməsi  üçün  daha 

əlverişli şərait yaradıldı. Ermənilərin azərbaycanlılara qarşı yeni ərazi 

iddialarının  əsası  qoyuldu.  Bütün  bunlarla  kifayətlənməyən  çar 

Rusiyası  daha  çirkin  siyasətə  də əl  atdı:  erməniləri  silahlandıraraq, 

türk-müsəlman  əhalisi  üzərinə  qaldırdı  və  azərbaycanlılara  qarşı 

kütləvi  q ırğın lar  törətməyə  başladı.  Eyni  zamanda,  Rusiyadan 

xristian əhalinin Azərbaycana köçürülməsinə diqqət artırıldı. 

 

İranın şahlıq rejimi də Azərbaycanın cənub torpaqlarında, 



mah iyyətcə, eyni cür siyasət həyata keçirird i. 

 

 



Ço x  çəkmədən,  müstəqil  yaşamaq  ənənələrinə  malik  o lan 

Azərbaycan  xa lqın ın  həm  şima lda,  hə m  də  cənubda  azadlıq 

mübarizəsi  gücləndi.  Nəticədə,  əvvəllər  Azərbaycana  yiyələn mək 

üstündə öz aralarında qanlı  müharibələr aparmış Rusiya və İran dövlətləri Azərbaycan xalqın ın azad lıq  mübarizəsinə qarşı 

"etibarlı" müttəfiqlərə çevrildi- 

 

 



 

 

 



 

24 

 

 



lər.  Bütün  bunlara  ba xmayaraq,  A zərbaycan  xa lqı  Rusiya  ağalığına  və  Qacarlar  İranının  şahlıq  re jiminə  qarşı  istiqlal 

mücadiləsini dayandırmad ı, ö zünün müstəqil dövlətini yaratmaq üçün dəfələrlə ö lü m-d irim savaşına qalxd ı, şəhidlər verdi. 

Rusiyada  Birinci  rus  inqilabı  (1905-07),  İranda  isə  1905-11  illər  inqilabı  dövründə  Azərbaycan  xalqı  ö zünün  müstəqil 

dövlətçiliy ini  bərpa  et mə k,  azad lığa  ç ıxa raq  dünyanın  yeni  inkişaf  ahənginə  uyğun  olan  demokratik  idarəçilik  sistemi 

yaratmaq uğrunda mübarizə aparırdı. 

P a r l  a m e n t l  i r e s p u b l i k a y a  d o ğ r u.  Bəşəriyyət tarixin in ən dəhşətli və ən qanlı hərb i-feodal  müstəmlə kə 

rejimi  o lan  çar  Rusiyası  da  Azərbaycan  xalq ının  dövlətçilik  ənənələrin i  məhv  edə  bilmədi.  Əsarət  altına  salın mış  türk-

müsəlman  xalq larının  milli  mənlik  şüurunu  və  qədim  dövlətçilik  ənənələrini  məhv  etmək  siyasəti  yeridən  Rusiya 

imperatorluğu Cənubi Qafqazı bu siyasətin ən dəhşətli, qanlı qırğın meydanına çevirmişdi. Bu  qəddar siyasətin son məqsədi 

Cənubi  Qafqa zı A zərbaycanın türk-müsəlman  əhalisindən "təmizlə mə k", bundan sonra İran və  Türkiyəni aradan qa ldırıb, 

rahatca isti dənizlə rə ç ıxmaq, bununla da Rusiyanın tarixi arzusuna - Hindistana yetişmək niyyətinə nail o lmaq idi. Məhz bu 

məqsədlə  də,  b ir  tərəfdən,  İran  və  Türkiyədən  kütləvi  surətde  köçürülən  ermənilər  Azə rbay-can  torpaqlarında,  əsasən 

Qarabağın dağlıq bölgələrində, keçmiş Naxçıvan və İrəvan  xanlıqların ın ərazisində yerləşdirilir,  Rusiya imperiyasının ayrı-

ayrı yerlərindən mü xtəlif mənşəli xristian əhali A zərbaycan ərazisinə köçürülür, d igər tərəfdən də, yerli əhalin in xristianlaş-

dırılması və ruslaşdırılması siyasəti yerid ilirdi. Ən dəhşətlisi isə bu idi ki, həmin qanlı siyasəti daha uğurla həyata keçirmək 

üçün ermənilərlə türk-müsəiman lar arasında qırğın lar törədilirdi. 

Ölkənin   şimal-qərb  hüdudlarında  da  eyni  cür  siyasət  yeridilird i.  Çarizm  bu  regionda  gürcü  feodallarını  Azərbaycan 

torpaqlarını  tutmağa  şirnikləndirir,  A zərbaycan  və  gürcü  xalq ları  arasına  nifaq  salmağa  çalışırdı.  Bir  sözlə,  Şimali 

Azərbaycan çar Rusiyasının milli-müstəmləkəç ilik və soyqırımla rı siyasətinin ən dəhşətli sınaq meydanına çevrilmişdi. 

Buna  görə  də  bütün  Rusiya  imperatorluğu  ərazisində  məh z  qədim  dövlətçilik  ənənələrinə  malik  olan  Şimali 

Azərbaycan  çarizmin   qəddar  milli-müstə mlə kə  re jiminə   qarşı  milli  müqavimət   hərəkat ının   əsas  mərkə zinə   çevrildi.

 

İdarə olun mağa deyil,  idarə etməyə verdiş etmiş Azərbaycan xalqı özünün qabaqcıl ziyahların ın başçılığ ı  il bütün 



Rusiyanın türk-müsəlman xalq larının  milli azad lıq  hərəkatının önünə keçdi. Bu  da səbəbsiz deyild i. Çünk "XlXəsrin sonu-

XX  əsrin  əvvəlləri,  dünyada  yeni  miinasibətlərin  bərqərar  olduğu  bir  dövr  kimi  Azərbaycan  xalqının  həyatının  bütün 

sahələrində də öz təsirini göstərmişdi. Bu dövriin ictimai prosesləri iri sənaye şə hərinə  çevrilmiş Bakını biitiin Qafqazın 

iqtisadi mərkəzi etmişdi (Heydər Əliyev). 

İqtisadi  cəhətdən  bütün  Rusiya  imperatorluğunun  en  iri  və  ən  mühüm  mərkəzlərindən  biri  olan  Bakı,  həm  də  öndə 

gedən ictimai-siyasi fikir mərkə zi idi. 

20  yüzilliyin  əvvəllərində  Rusiya  imperatorluğu  dərin  hərbi-siyasi  və  iqtisadi  böhrandan  xilas  olmaq  üçün  islahatlar 

dövrünə qədəm qoyduqda, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən himayə olunan Azərbaycan ziyalıları hələ 

1905 ildən başlayaraq, bütün başqa tələblərlə bərabər, ölkən in türk-müsəlman əhalisinin impe ratorluğu mə rkəzi hakimiyyət 

orqanlarında təmsil olun masını, yerli  idarəçiliyə və məh kəmə orqanlarında fəaliyyətə cəlb olunmasını tələb edir, bu sahədə 

ayrı-seçkiliyin,  məhdudiyyətin  aradan  qaldırılması  uğrunda  mübarizə  aparırdılar.  Görkəmli  hüquqşünas  Əlimərdan  bəy 



Topçubaşov,  Əhməd  bəy  Ağayev,  Adil  xan  Ziyadxanov,  Əli  bəy  Hüseynzadə,  Məhəmməd  ağa  Şahtaxtlı  və bir  ço x  digər 

milli ruhlu A zərbaycan ziyalıla rı bu hərəkatın önündə gedirdilər. 

Şimali  Azərbaycan  çarizmə  qarşı  öz  azadlığı  uğrunda  ayağa  qalxan  bütün  məzlu m  Şərq  xalqlarının  mübarizə  sim- 

voluna  çevrilmişdi.  Heç  də  təsadüfi  deyil  ki,  Rusiya  imperatorluğunun  bütün  türk-müsəlman  əhalisin i  çarizmə  qarşı 

birləşdirmək  və  bu  məqsədlə  vahid  siyasi  təşkilat  yaratmaq  ideyası  da  məh z  Azə rbaycanda  doğulmuşdu.  1905  ildə  

ümu mrusiya müsəlmanların ın Nijni  Novqorodda keçirilmiş 1  -ci qurultayında "Rusiya imperiyasında türklərin vəziyyəti və 

problemlə ri"nə həsr olunmuş əsas məru zə  ilə  məh z A zərbaycanın nümayəndəsi Əlimərdan bəy Topçubaşov çıxış et mişdi. 

Yeni yaradılmış Ümu mrusiya Müsəlmanları  İttifaqın ın ("İttifaqi-müslimin") Nizamnamə və  Proqramının  yazılmasında da 

azərbaycanlı nümayəndələr fəa l iştirak et mişdilər. 

Mürəkkəb və çətin şəraitdə aparılan gərgin mübarizə nəticəsində  Azərbaycanın  tanın mış  ziyalıları  Əlimərdan 



25 

 

 



 

26 

 

 



 

bəy  Topçubaşov,  İsmayıl  xan  Ziyadxanov,  Əbdürrəhim  bəy 



Haqverdiyev,  Məmmədtağı  Əliyev,  Əs ədulla  bəy  Muradxanov  1906  ildə 

Rusiyanın  ilk  parla mentinə  1  -ci  Dövlət  dumasına  deputat  seçilmişdilər. 

Azərbaycan  xa lqını  Rusiya  parla ment ində  təmsil  edən  yüksək  təhsil 

görmüş  bu  ziyalıların  ikisi  ixtisasca  hüquqşünas  idi:  Əlimərdan  bəy 

Topçubaşov  Peterburq  Universitetinin,  İs mayıl  xan  Ziyad xanov  is ə 

Moskva  Universitetinin  hüquq  fakültəsini  bitirmişdilər.  Rusiya  Dövlət 

dumasının ən böyük fraksiyalarından birinə - Müsəlman fraksiyasına sədr 

Əlimərdan  bəy  Topçubaşov  seçilmişdi.  A zərbaycanlı  deputatlar  Du ma 

tribunasından  çıxış  edərək,  Rusiya  imperatorluğunun  Cənubi  Qafqazda 

yeritdiyi  milli  qırğın  siyasətini,  xa lqımıza  qarşı  ayrıseçkiliyi,  köçürmə 

siyasətini, bütöv bir  xalq ın hüquqsuzluğunu, kölə halına salındığını bütün açıqlığ ı və kəskin liy i ilə  

tənqid  edir,  yalnız  azə rbaycanlıların  deyil,  bütün  Rusiya  müs əlmanların ın  mənafeyini  müdafiə  ed ird ilə r.  Deputat  İsmayıl 

xan  Ziyad xanovun  Dövlət  dumasında  çıxış  edərkən  öz  xalqı  ad ından  çar  mütləqiyyətinin  ünvanına  söylədiyi  və  o  zaman 

üçün son dərəcə böyük cəsarət tələb edən aşağıdakı fikirləri Cü mhuriyyətə doğru gələn yolda oddan-alovdan keçmiş istiqlal 

mücahid lərinin  doğma xalqı üçün kim o lduqlarını ço x aydın göstərir: "Biz (Azarbaycan) bir əsr əvvəl işğal edilmişik. Bizə 

heç  bir  hüquq   verilməmişdir.  Kölə  halına  salınmışıq.  Milli  varlığımıza  təcavüz  edilmişdir.  Bir  sıra  ali  məktəbə  qəbul 

olunmağımıza  qadağa  qoyulmuşdur.  Dövlət  idarələrində  türk  məmurlarına  rast  gəlmək  mümkiin  deyildir.  Torpaq 

azlığından əziyyət çəkirik. Lakin buraya (Azərbaycana) Rusiyadan axın-axın kəndlilər köçürülür. Bilavasitə dövlətin əli 

ilə  törədilən  milli  qırğın  zəminində  qana  boyanmış  bu  torpaqlarda  rus  k əndliləri  iiçiin  planlaşdırdığınız  yaşayış 

məntəqələri  quracaqsınız.  Bu,  hökumatin  gizli  surətdə  hazırlayıb  həyata  keçirdiyı  "parçala  və  hökmranlıq  et!"  idarə 

tərzindən başqa bir şey deyildir. İki ildən bəri qan dəryasında boğulan Vətənimdə insan cəsədlərinin üst ündən keçirik. 

Artıq səbrimiz tükənmişdir".  

2-c i  Dövlət  dumasının  üzv ləri Fətəli  xan  Xoysk i, Xə lil bəy Xasmə mmədov, Mustafa Mahmudov, Məhəmməd  ağa 



Şahtaxtlı  və  Zeynal  Zeynalov  da,  öz  sələfləri  kimi,  çarizmin  bütün  sahələrdə,  o  cümlədən  dövlət  idarəçiliyində  yeritdiy i 

milli və dini ayrı-seçkilik siyasətinə qarşı kəskin etira zla rın ı bildirirdilə r. 

Azərbaycandan olan deputatların bütün Rusiyanın türk-müsəlman əhalisin in hüquqsuzluğuna qarşı kəskin çıxışları 

və  bunun  güclü  oyadıcı  təsirinin  çarizmi  vahiməyə  salması,  başqa  səbəblərlə  yanaşı,  1-ci  və  2-c i  Dövlət  du mala rın ın 

buraxılmasında  az  rol  oynamamışdı.  Məhz  buna  görə  də  növbəti,  3-cü  Du maya  seçkilər  zaman ı  imperatorluğun  türk-

müsəlman  əhalisinin  yaşadığı  Mərkəzi  Asiya,  Sibir  və  digər  reg ionlar  seçki  hüququndan  məhru m  edilmiş,  Bakıya  isə  öz 

nümayəndəsini  irəli  sürmək  hüququ  verilməmişdi.  Elə  həmin  səbəbə  görə  də,  əvvəlkilərdən  fərqli  olaraq,  3-cü  Dövlət 

dumasında  bütün  Cənubi  Qafqazın  müsəlman  əhalisini  yalnız  b ir  deputat  -  Xəlil  bəy  Xas məmmədov  təmsil  edirdi.  4-cü 

Dövlət dumasında isə bütün Cənubi Qafqaz müsəlmanlarının yeganə nümayəndəsi Məmməd Yusif Cəfərov idi. 

Rusiyanm Döv lət du mala rına  seçilmiş a zərbaycanlı deputatların, de mə k o lar ki, ha mısı milli-istiqla l hərə katın ın ən 

qabaqcıl nümayəndələri  idilər.  Du ma deputatları  Əlimərdan bəy Topçubaşov, İsmayıl  xan Ziyad xanov, Fətəli  xan  Xoyski, 

Xəlil  bəy  Xasmə mmədov,  Mə mməd  Yusif  Cəfə rov  peşəkar  hüquqşünaslar  idilə r.  Məhə mməd  ağa  Şahtaxt lı  isə  Sorbonna 

Universitetinin d inləyic isi o lmuş, Leypsiq Universitetinin fəlsəfə fakü ltəsini bit irmişdi. 

Be ləliklə,  Birinc i  dünya  müharibəsinin  (1914-18)  gedişində  "xa lqlar  həbsxanası"  olan  Rusiya  imperatorluğunun 

dağılması  üçün  real  tarixi  şərait  yaranarkən,  Azərbaycan  xalq ı  həm  qədim  dövlətçilik  ənənələrinə  görə,  həm  də  qabaqcıl 

oğulların ın ən müasir idarəçilik mədəniyyətinə yiyələn məsi baxımından müstəqil dövlət halında yaşamağa hazır id i. 

İran şahlığın ın tərkib inə qatılmış olan və Qacarlar sülaləsi tərəfindən idarə edilən Cənubi Azərbaycandan fərqli 


27 

 

 olaraq, Şima li A zərbaycan Rusiya ağa lığ ı dövründə Rusiyanın və onun vasitəsilə Qərb in yeni - de mokrat ik dövlət 



quruculuğu ənənələri ilə - parlament mədəniyyəti ilə yaxından tanış ola bilmişdi. "XIX əsrdən başlanan mürəkkəb ictimai-

siyasi proseslərin gedişi Azərbaycan cəmiyyətində əsaslı dəyişikliklərə gətirib çıxardı, yeni mühitdə formalaşan görkəmli 

ictimai və siyasi xadimlərimiz əsrin çağırış və tələblərinə layiqincə cavab verməyə 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

28 

 

qadir oldular. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması üçiin münbit zəmin yarandı" (Heydər Əliyev). 

Azərbaycan  ziyalılarının  mühü m  b ir  hiss əsi,  o  cümlədən  Əlimə rdan  bəy  Topçubaşov  başda  olmaq la,  peş əkar 

hüquqşünaslar  Rusiyanın  Dövlət  dumalarında  zəngin  parlamentçilik  təcrübəsi  qazan mışdılar.  On lar  nifrət  etdikləri  və 

qəddar  milli  müstəmləkə   zülmünün  hökm  sürdüyü  Rusiya  mütləqiyyətindən  ta ma milə   fə rqlənən,  bütün  hüquq  və 

azadlıqların   təmin   olunduğu  ən  demo kratik  respublika  sistemi  yaratmağa  hazır  idilər.  Azərbaycan  Xalq  Cü mhuriyyəti 

xadimlərinin   de mokrat ik  dövlət  qurmaq  ideyala rı  onların  hələ  Rusiya  Dövlət  duma larında  fəa liyyət  göstərdikləri  dövrdə 

formalaşmışdı.  Buna görə də Azərbaycan Xalq Cü mhuriyyətinin parlamentli respublika  kimi formalaş ması tarixi reallıqdan 

doğurdu. Çarizmin devrilməsindən sonrakı hadisələrin real inkişafı da işi buna doğru aparırd ı. 

A z ə  r b a  y c a n  X a l q  C ü m h u r i y y ə  t i – m ü s ə l m a n  Ş ə r q i n d ə  i l k  p a r l a m e n t l i  r e s p u b l 

i  k a.  1917 ilin  fevralında  Rusiyada Ro manovlar  mütləqiyyəti devrildi.  Ölkədə de mo kratik respublika  tip li dövlət forması 

yaratmaq  üçün  Müəssislər  məclisinə  seçkilər  keç irilməsi  qərara  a lındı.  Monarxiya  re jimi  a radan  qaldırıldıqdan  sonra 

hakimiyyətə gələn Müvəqqəti höku mət Cənubi Qafqa zın  idarəç iliy i ü zrə  Xüsusi Ko mitə (ba x Xüsusi Zaqafqaziya Komitəsi) 

yaratdı.  Lakin  Müvəqqəti  hökumət  uzun  müddət  hakimiyyətdə  qala  bilmədi.  1917  ilin  oktyabrındakı  hakimiyyət  çevrilişi 

nəticəsində Cənubi Qafqa zdan Rusiyanın Müəssislər Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər. 

Bolşevikler Müəssislər Məclisini buraxdıqdan sonra onlar  1918 il fevralın  23-də Tiflisdə Cənubi  Qafqazın  ali hakimiyyət 

orqanı olan Zaqafqaziya seymini, başqa sözlə Zaqafqaziya parlamentini yaratdılar. 

Zaqafqaziya   seymində  Müsəlman   fraksiyasını  Rusiyanın  Müəssislər  Məclisinə  seçkilər  za manı  Azə rbaycanın, 

həmç inin  bütün  Cənubi  Qafqazın  bir  milyondan  çox  türk-müsəlman  seçicisinin  s əsini  qazan mış  44  deputat  təmsil  edirdi. 

Xalqın seçdiyi deputatlardan ibarət olan Zaqafqaziya seyminin Müsəlman fraksiyası, əslində, Zaqafqaziya Müsəlman Şurası 

idi və bütün Cənubi Qafqazın müsəlman parla menti funksiyasını yerinə yetirirdi. 

Maraqlı və eyni  zamanda qanunauyğun hal idi ki, Dövlət dumalarında olduğu kimi,  Qafqazın ü mu mi  mənafeyi  ilə 

bağlı məsələlərdə Zaqafqaziya seyminin də ən ard ıcıl üzv ləri A zərbaycan nümayəndələri idilər. Məhz onların tələb i ilə 1918 

il  apre lin  22-də  Zaqafqa ziya   seymi  Cənubi  Qa fqazın  müstəqilliy ini  elan  etdi  və  Zaqqfqaziya  Demok ratik   Federativ 



Respublikası  yaradıldı.  Lakin  istər  daxili,  istərsə  də  xarici  siyasət  sahəsində  kəskin  milli  mənafe  ziddiyyətlərin in  olması 

Zaqafqaziya  seymi  və  Birləş miş  Zaqafqaziya  Cü mhuriyyəti  höku mətinin  konkret  addımla r  at masına  imkan  vermədi. 

Nəticədə, gürcü nümayəndələri Seymdən çıxdılar və 1918 il may ın 26-da Gürcüstanın müs təqilliyini elan etdilər. 

Mayın  27-də  Sey min   Müsəlman   fraksiyasının  ü zvləri  də  ö zlərin in  ayrıca  iclasların ı  keçirdilər  və  A zərbaycanın 

müstəqilliy ini  elan  etmək  qərarına  gəld ilər.  Bu  məqsədlə  Zaqafqaziya  seymin in  Müsəlman  fraksiyası  özünü  Azərbaycan 

Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi.  Bununla, əslində, Azərbaycanın ilk Parlamenti yarandı və ilk 

parla mentli respublikanın  bünövrəsi qoyuldu. 1918 il may ın 27-də keçirilən hə min ic lasda Azərbaycan Milli Şurasının  s ədri 

seçildi. Bu  zaman Batumda danışıq lar aparan (bax Batwn konfransı (1918)) Məhemmed Əmin Rəsulzadə qiyabi o laraq Milli 

Şuranın sədri seçildi. Həsən bəy Ağayev və Mir Hidayət Seyidov isə sədrin müavinləri təsdiq olundular. Azərbaycan Milli 

Şurasının  may ın  27-də  keçirilən  iclasında, eyni  za manda, Fətəli  xan  Xoyski yekd illiklə Milli Şu ranın  icra orqanının  sədri 

seçildi. İcra o rqanının tərkibinə Məmməd Həsən Hacınski, Nəsib bey Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif 



Cəfərov, Xudadat bəy Məlik  Aslanov, Ca mo bəy Hacınsk i, Əkbər ağa Şeyxülislamov, Xosrov Paşa bəy Sultanov daxil id ilər. 

Mayın 28-də Həsən bəy Ağayevin sədrliy i ilə Azərbaycan Milli  Şurasının tarixi iclası  keçirildi. Həsən bəy Ağayev 

(sədr), Mustafa Mahmudov (katib), Fətəli  xan Xoyski, Xəlil bəy Xasmə mmədov, Nəsib bəy Yusifbəyli, Mir  Hidayət Seyidov, 

Nəriman bəy Nərimanbəyov, Heybətqulu bəy Məmmədbəyov, Mehdi bəy Hacınski, Ələsgər bəy Mahmudbəyov, Aslan bəy 



Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şey xü lislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat 

bəy  Məlik  Aslanov,  Rəhim  bəy  Vəkilov,  Hə mid  bəy  Şahtaxtinski,  Firidun  bəy  Köçərli,  Ca mo  bəy  Hacinski,  Şəfı  bəy 

Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər bəy A xundov, Məhəmməd Məhərrəmov, Cavad bəy Məlik Yeqanov və Hacı 

Səlim  Axundzadənin  iştirak  etdiyi  həmin  iclasda Azərbaycanın  İstiqlal bəyannaməsi  qəbul  edildi  (Sultan  Məcid  Qənizadə  və 

Cəfər  bəy  Axundov səsvermədə  bitərəf  qaldılar).  Hə min  dövrdə  Əqdnamə  və ya  Misaqi  milli  adlanan bu sənədi  Həsən bəy 

Ağayev, Fətəli  xan Xoyski, Nəsib bəy Yusifbəyli,  Camo bəy Hacinski, Şəfi bəy Rüstəmbəyov, Nəriman bəy Nərimanbəyov, 

Cavad bəy Məlik Yeqanov, Mustafa Mahmudov imza ladılar. 

İstiqlal  bəyannaməsi  bütün  türk-müsəlman  dünyasında  ilk  dəfə  o laraq   Azərbaycanda  ən  demokratik  respublika 

idarə  üsulunun  -  parla mentli  respublikanın  yaradılacağından  xəbər  verird i.A zərbaycan  Milli  Şurasının  İstiqla l  bə-

yannaməsində deyilird i: 



1.

 

Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət hüququna malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı 

əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir. 

2.

 

Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir. 

3.

 

Azərbaycan  Xalq  Cümhuriyyəti  bütün  millətlərlə,  xüsusilə  qonşu  olduğu  millətlər  və  dövlətlərlə  mehriban 

münasibətlər yaratmaq əzmindədir. 

4. 

Azərbaycan  Xalq  Cümhuriyyəti  milliyyətindən,  məzhəbindən,  si nfindən,  silkindən  və  cinsindən  asılı 

olmayaraq öz sərhədləri daxilində yaşayan biitiin vətəndaşlarına siyasi hiiquqlar və vətəndaşlıq hüququ təmin edir. 

Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin