A DI GÖ ZƏ L OV Əsgər ağa Haqverdi ağa oğlu - Azərbaycan yazıçısı, maarifçi, teatr xadimi və ictimai xadim. Tarixçi Mirzə Adıgözəl
bəyin nəvəsi (bax Gorani Əsgər ağa).
"ADRES-KALENDAR AZERB AYDJ ANS KOY
RESPUBLĠKĠ NA 1920 QOD" ("Azərbaycan
Respublikasının 1920 il üçün ünvan-təqvimi") - mə lu mat-soraq kitabı 1920 ilin əvvəllərində nəşr edilmişdir.1919 il iyulun
28-də
Höku mət rus və Azərbaycan dillərində mə lu mat kitabının nəşrini bəyənmiş və Parla mentə "Azərbaycan
Cü mhuriyyətinin ünvan-təqviminin nəşri üçün Himayədarlıq Nazirliy inə 122 min manat vəsait ayrılması haqqında" qanun
layihəsi təqdim et məy i qərara a lmışdı.
Ünvan-təqvim aşağıdakı bölmələri əhatə edirdi: soraq məlu matı; ticaret-sənaye bölməsi; malların ö lkədən kənara
aparılması qaydaları; kooperativlər; Azərbaycan Xalq Cü mhuriyyətinin yaranması tarixi; Hö ku mətin ən mühü m qanun
və qərarlarının mətnləri; Pa rla mentin və nazirliklərin fəa-
liyyəti haqqında mə lu matlar; Höku mət idarə lərinin və ictimai
idarələ rin şə xsi heyəti; milli təşkilatlar; d ini quru mlar; ictimai təşkilatlar; hə mkarlar itt ifaqla rı; cə miyyətlər və itti faqlar;
dövri nəşrlər, kitab xanalar, mu zeylər, teatrlar, kinolar, klublar; həkimlərin, müalicəxanaların və apteklərin siyahıları.
111
Ünvan-təqvimin ü zərində türk və rus dillərində olunduğu bildirilsə də, türk (Azərbaycan) dilində nəşr həyata
keçirilməmişdi.
Qərarda məlu mat kitabında Azərbaycan Xalq Cümhuriyyəti Höku məti ü zvlə rinin portretlərini, Parla ment binasının
şəklini və onun iclaslarından foto şəkilləri vermək nəzərdə tutulmuş, lakin çap o lunmamışdır.
Nəşrin satışından gələn bütün gəlir Azə rbaycan Cü mhuriyyəti Himayədarlıq Na zirliy inin uşaq evlərinə sərf
olunmalı id i. Aprel işğalından (1920) sonra nəşri dayandırıllmışdır.
Əd.:Aдpec-Kaлeндaрь
Aзepбaйджанской Pecnублики нa., 1920 г., под ред. А.И.Старовского, Б., 1920
.
AĞ QVARDĠYA - 1) Rusiyada Romanovlar mütləqiyyətinin əleyhinə çevrilmiş inqilabi hərəkata qarşı mübarizə
məqsədilə Finlandiyada yaradılmış burjua milisi (l906). Fərqləndiric i ə la mət i qola bağlanan ağ sarğı id i; 2) Rusiyada
Vətəndaş müharibəsi və xarici hərb i müda xilə (1918 -1920) illə rində burjua-mü lkədar rejiminin bərpası uğrunda vuruşan
hərbi h issələrə verilən ad. Sovet ədəbiyyatı publisistikasında, habelə danışıqda bəzi əksinqilabi milli - hərb i h issələrə (ağ
fin lərə, ağ çe xlə rə, ağ polyakla ra v və ü mu miyyətlə, ə ksinqilabçılara da Ağ qvardiya deyilən İnqilabçı xa lqın, inqilabın
rə mzi olan qırmızı rəngdən fərqli o laraq, ağ rəng "rəsmi qayda-qanun" tərəfdarlarının rə mzi sayılır. Adı da buradandır.
AĞABBABƏYOV-MUĞANLĠNSKĠ Adil Abbasəli oğlu (13.12.1898, İrəvan -?) - Azərbaycan Xalq
Cü mhuriyyəti Parlamentin in xüsusi qərarına (bax Xaricə təhsil almağa göndərilən azərbaycanlı
tələbələrhaqqında qərar) əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
İrəvan kişi gimnaziyasını bitirmişdir (1917). Parlamentin 1919 il 1 sentyabr tarixli qərarına əsasən, hüquq
sahəsində təhsil almaq üçün Ala maniyanım Leyspiq Un iversitetinə göndərilmişdir. Azə rbaycanda Sovet
hakimiyyəti qurulduqdan sonra xa ricdə dövlət hesabına təhsil alan a zərbaycanlı tə ləbələrin vəziyyətini öyrənən
Azərbaycanlı Tələbələr İttifaqının 1923-25 illər üçün məlu mat ında Ağabbabəyovun təhsilinin bit məsinə il yarım
qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlu mat aşkar olun mamışdır.
AĞABBABƏYOV-MUĞANLĠNSKĠ Əsildar Abbasəli oğlu (14.9.1900, İrəvan -?)
- Azərbaycan Xa lq Cü mhuriyyəti Parla mentin in xüsusi qərarına (ba x Xaricə təhsil almağa
göndərilən azərbaycanlı tələbələr haqqında qərar) əsasən, dövlət hesabına ali təhsil almaq
üçün xaricə göndərilmiş tələbələrdən biri. İrəvan gimnaziyasını bitirmişdir (1918). Parlamentin 1919 il
1 sentyabr tarixli qərarına əsasən hüquq sahəsində təhsil almaq üçün Almaniyanın Leypsiq
Universitetinə göndərilmişdir. Azərbaycanlı Tələbələr İttifaqının üzvü, təhsil illə rində isə rəhbəri
olmuşdur. Təhsilini başa vurduqdan sonra 1927 ildə Azərbaycana qayıtmış, l930-33 illərdə A zərbaycan
Dövlət Bankında məsləhətçi, qrup rəhbəri işləmişdir.1933 ildə həbs olunmuşdur. 1934 ildə Bakının ali
mə ktəblərində alman d ilin i tədris et mişdir. 1935 ildə yenidən repressiyaya məru z qalmış, Qaraqanda
vilayətinə sürgün edilmişdir.
Ağabəyov
Rza bəy (? - ?) — Azə rhavcan milli a zadlıq hərəkatın ın fəal iştira kçılarından biri. A zərbaycan Xalq
Cü mhuriyyəti Parlamentin in ü zvü. A zərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında
qanun"una (1918, 19 noyabr) əsasən Cümhuriyyət Parla mentinin tərkib inə daxil edilmişdi. Parla mentdə "Müsa-vat" və
bitərəflər fra ksiyasını tə msil edird i.
AĞABƏYZADƏ Məhəmməd Sadıq İs mayıl oğlu (15.3.1865, Göyçay - 9.11.1944, Lvov) - hərb i xadim, general-
mayor. Azə rbaycan Xalq Cü mhuriyyətini (1918 - 20) da xili işlə r orqanların ın fəa l təşkilatçılarından olmuşdur. Ba kı rea lnı
mə ktəbini bit irmişdir (1882). 1886 ildə Peterburq Hə rbi Piyada və Art illeriya Mə ktəbini (eyni za manda,
Hərbi Na zirliyin Baş qərargahının Şərq d illəri kursunda qiyabi oxu muşdur) qurtardıqdan sonra Ağab əyzadə
zabit kimi xid məti fəaliyyətə başlamış, əvvəl Rusiya ordusunun Qafqazdakı art ille riya bölmə lərində, daha
sonra isə 1913 ilə kimi Türküstan və Zakaspi vilayətinin hərbi hissələrində xid mət etmişdir. 1913 ildə tə-
qaüdə çıxaraq, Göyçaya qayıdan Ağabəyzadə Birinci dünya müharibəsi başladıqdan sonra yenidən orduya
səfərbər olunmuşdur.
1917
ildə çar mütləqiyyətinin süqutundan və bolşeviklər hakimiyyəti ə lə a ldıqdan sonra Sovet
Rusiyasının müharibədən çıxd ığın ı və ordunu buraxdığ ını elan etməsi ilə əlaqədar olaraq ordudan tərxis
olunmuş Ağabəyzadə general-mayor rütbəsində Göyçaya qayıtmışdır.
1918
il mayın 28-də A zərbaycanın müstəqilliyi elan edildikdən sonra, Ağabəyzadə oktyabr ayında
Azərbaycan Xalq Cü mhuriyyətinin da xili işlər naziri əvəzi kimi xid mətə dəvət olunmuşdur. 1920 il yanvarın 23-dən
təqaüdə çıxana qədər da xili işlər nazirin in müavini və zifəsində çalış mış Ağabəyzadə çox va xt da xili işlər na ziri olmad ıqda
nazir vəzifəsini icra et mişdir. Xa lq Cü mhuriyyəti hakimiyyəti za manı ö lkə da xilində qayda-qanunun yaradılmasında, da xili
işlər orqanları strukturunun formalaşdırılması və fəaliyyətinin təşkilində Ağabəyzadənin xüsusi xid mətləri o lmuşdur.
Azərbaycan Xa lq Cü mhuriyyətinin süqutundan sonra, 1920 ilin noyabrında İstanbula mühacirət et miş Ağabəyzadə
112
burada əmisi oğlu Əli bəy Hüseynzadə ilə görüşmüşdür. 1921 ilin əvvəllə rində Pa risə gedərək orada yaşamışdır.
1927 ildən Lvov Universitetinə müə llim dəvət edilən Ağabəyzadə ömrünün sonuna qədər burada Şərq dillərindən
və tarixindən, ədəbiyyat və mədəniyyətindən müha zirələ r o xu muş, proqra m-dərsliklə r hazırla mışdır. Lvov Universitetinin
professoru Ağabəyzadənin Ukraynada şərqşünaslıq elminin təşəkkü lündə əhəmiyyətli xid məti o lmuşdur.
Əd.: Əlyarlı İ.M., Behbudov T.R., Müstəqil Azərbaycan polisinin yaranması və fəaliyyəti (1918-1920-ci illər), B., 1998; yenə onların,
Azərbaycan daxili işlər orqanlarının tarixi (ensiklopedik soraq kitabı), birinci kitab, B., 2003
AĞALAROV Fərhad Əbülfət oğlu (1868, Tiflis yaxınlığındakı Qaracalı k. -?) - hərb i xadim, Azərbaycan Xalq
Cü mhuriyyəti ordusunun polkovniki. Hərbi xid mətə çar ordusunda başlamışdır. A zərbaycanın müstəqilliyinin elan edilməsi
ərəfəsində Ağalarov İrandakı rus hərbi qüvvələrin in tərkibində id i. Azərbaycan Xalq Cü mhuriyyəti ordusunda 1 -ci tatar
süvari alayının ko mandiri təyin olunmuşdu. 1918 il noyabrın 17-də ingilis qoşunları Bakıya daxil olduğu üçün Azərbaycan
hərbi qüvvələrinin tərkib ində şəhəri tərk et mişdi. 1919 ilin apre lində yenidən təntənəli surətdə Bakıya da xil olan
Azərbaycan hərbi qüvvələrin in ilk dəstəsinin rəhbəri Ağalarov idi. Ağalarov tezliklə Ba kı qarnizonunun rəisi, avqustun 30-
da isə Bakı liman ının ko mendantı təyin ed ilmiş, A zərbaycan Xa lq Cü mhuriyyətinin süqutunadək bu vəzifədə ça lış mışdır.
Aprel işğalından (1920) sonra Ağalarov həbs edilmiş, sonra azadlığa buraxılmışdır. Bir müddət Qırmızı orduda xidmət
etmişdir. 1921 ilin əvvəlində yenidən həbs edilərək, Bakıda qarnizon rəisi olduğu vaxt bolşevikləri təqib etməkdə ittiham
olunmuşdur. Xo lmoqor həbs düşərgəsinə beş illiyə sürgün edilməsi haqqında hökm çıxarılmışdır. Sonrakı taleyi barədə
mə lu mat aşkar o lun ma mışdır.
Əd:. Süleymanov M., Azərbaycan ordusu (1918-20), B., 1998; Elşad Qoca, Cəllad etirafı, B.,1999.
AĞAMALIOĞLU Səməd ağa Həsən oğlu (27.12.1867, Qazax rayonunun Qıraq Kəsəmən k. - 6.10.1930, Moskva)
- dövlət xadimi, maarifç i-publisist, Azərbaycan Xalq Cü mhuriyyəti Parla mentində sosialistlər fra ksiyasının lideri.
Vlad iqafqaz hərb i progimna ziyasını b itirmiş (1887), yerölçən ixt isasına yiyələnmişdir. 1917-ci ilin
aprelindən Rusiya Sosial-De mokrat Fəhlə Pa rtiyasının Birləşmiş Gəncə Ko mitəsi İc raiyyə Ko mitəsinin
və Gəncə Fəhlə və Əsgər Deputatları Sovetinin üzvü olmuşdur. 1918 ilin fevra lında Tifl isə köç müş,
yerli menşevik "Hü mmət" təşkilatının ü zvü, təşkilatın orqanları - " Gələcək" və "Probujdeniye"
qəzetlərinin redaktoru, Zaqafqaziya seyminin Müs əlman fra ksiyasının üzvü kimi fəa liyyət göstərmişdir.
Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19
noyabr) əsasən seçkisiz Cü mhuriyyət Parla mentinin tərkibinə da xil edilmişdir. Parla mentdə sosialistlər
fraksiyasının lideri, aqrar ko missiyanın sədri idi. Sovet hakimiyyətinin tərəfdarı olan Ağamalıoğlu
Cü mhuriyyət Parlamentində G.V.Çiçerinin Denikinə qarşı ittifaq bağlamaq haqqında notasının
mü zakirəsi zamanı "Bu doğrudur ki, bolşeviklərlə ittifaq bağlamaq müsavatçılar üçün çətin bir şeydir.
Məgər müsavat Hökumətini saxlamaq çox vacibdirmi? Ölkəni sovetləşdirərik, qurtarıb gedər!", - deyərə k mövqeyini
açıqlamışdır. O, A zərbaycanın Qırmızı ordu tərəfindən işğalına kö məklik göstərmiş, Aprel işğalından (1920) sonra Gəncə
üsyanının (1920) yatırılmasının təşkilində fəal iştirak etmişdir. Azərbaycan Sovet Sosialist Respublikasında xalq torpaq
ko missarı (1920-22), Mərkəzi İcraiyyə Ko mitəsinin sədri, ZSFSR Mərkəzi İcraiyyə Ko mitəsinin sədrlərindən biri, SSRİ
Mərkə zi İcra iyyə Ko mitəsi Rəyasət Heyətinin üzvü (1922-29) o lmuşdur. Ağamalıoğlu Azə rbaycanda və SSRİ-n in digər
türk-müsəlman respublikalarında yeni latın əlifbasına keçilməsinə rəhbərlik etmiş, Ümu mittifaq Yeni Türk Əlifbası Ko mitə-
sinin sədri olmuşdur. Türk xa lqlarının mədəni həyatı, türk əlifbasına keç idlə bağlı publisist kimi də fəa liyyət göstərmişdir.
Moskvada dəfn olunmuş, cənazəsinin qalıq ları Bakıya – Fə xri Xiyabana köçürülmüşdür.
Əsərləri: Azərbaycanın siyasi vəziyyəti (1919); Bizim yolumuz hayanadır? (1924); Türk aləmində mədəni məsələlər (1924);
Türk-tatar xalqlarının təxirəsalınmaz mədəni ehtiyacları (1925); Yeni türk əlifbasının müdafiəsində (1927) və s.
Əd.: Nəcəfov X., Səmədağa Ağamalıoğlu. B., 1966; y e n ə o n u n, S.Ağamalıoğlunun ictimai-siyasi və ateist görüşləri, B., 1968.
AĞAOĞLU Məhəmməd (24.8.1896 - 4.6.1949) -görkəmli A zərbaycan alimi, sənətşünas. 1916 ildə Moskva
Universitetinin Şərq şöbəsini bitirdikdən sonra, Bakıda işləmişdir. Azərbaycan Xalq Cü mhuriyyəti dövründə (1918-20)
Ağaoğlu b ir sıra maa rif-mədən iyyət və sənət ocaq la rın ın ya rad ılmas ında, mu zeyşünaslıq, qəd im maddi mədən iyyət
nü munə lərin i qoru maq sahəsində fəa l ça lış mış, "Ya şıl qələ m" cə miyyəti ida rə hey ətin in ü zvü, sənətşünas Hüseyn bəy
Mirzə camalo vla b irlikdə ilk milli ― İstiq la l‖ mu zeyinin t əşkil edilməs in in təşəbbüsçüsü olmuşdur (1919, 7 de kab r).
Şərq xalq ların ın incəsənətin i öy rən mək məqsəd ilə xarici ö lkələrə getmiş və v ətənə qay ıtmamışd ır. İran, İraq, Türkiyə,
Alman iya və İng iltərə mu zey lərind ə ça lışaraq , q iy mət li a raşdırma la r apa rmışd ır. 1929 ildən A BŞ-da yaşa mış, əvvə lcə
Detroyt İncəsənət İnstitutunun, sonra Miçiqan Un iversitetin in pro fessoru kimi fəaliyyət göstərmiş , 1933 ildən isə "Art
İslamica" ("İs lam inc əsənəti" ) məcmuəs in in redaktoru o lmuşdur. Ağaoğ lu A zərbaycan , Tü rkiyə, İran və b. Şərq
ölkələrin in incəsənət tarixin i tədq iq etmiş , Şərq min iatü rü, xalça, bəd ii metal və parça sənətin ə dair q iy mətli əsərlər
yazmışd ır. Ağaoğ lunun A zərbaycan , rus, tü rk, fars, ərəb, alman, ingilis, qəd im yunan və latın d il- lərini mü kəmməl
bilməsi Şərq xa lq la rı inc əsənətin in təd -
113
qiqində ona böyük kö mək et mişdir. Ağaoğlu Şərq xa lqla rın ın orta əsr incəsənətinə dair "İsla m sənəti tarixi" (1928),
"XV əsr İran kitab cildləri" (1935), "Sə fəvi xa lçala rı və parça ları" (1941) kimi bir neçə kitabın, hə mçin in "İsla m
incəsənətinin xa rakteri haqqında qeydlər", "Türk incəsənəti tarixi" və s. e lmi məqa lələ rin müə llifid ir.
AĞASIBƏYLĠ Yusif bəy Süley man oğlu (20.12.1896, Gəncə - 1989, Gəncə) - A zərbaycan Xalq
Cü mhuriyyəti Parlamentinin xüsusi qərarına (bax Xaricə təhsil almağa göndərilən azərbaycanlı tələbələr
haqqında qərar) əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
Yelizavetpol (Gəncə) kişi gimna ziyasını b itirmişdir (1917). Parla mentin 1919 il 1 sentyabr tarixli qərarına
əsasən, elektrotexnika sahəsində təhsil almaq üçün Almaniyanın Drezden Texn iki Un iversitetinə
göndərilmişdir. A zərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan
azərbaycanlı tələbələ rin və ziyyətini öyrənən Azərbaycanlı tə ləbələr İttifaq ının 1923-25 illər üçün
mə lu matında onun təhsilinin bit məsinə 1 il qaldığ ı göstərilirdi. Təhsilin i başa vurduqdan sonra Almaniyada
qalıb işləmişdir. Ağasıbəyli [931 ildə Gəncəyə qayıt mış, yağ emalı zavodunda baş mexanik vəzifəsində
işləmişdir. 1937 ildə həbs edilmiş, 1956 ildə bəraət almışdır.
AĞASĠYEV Qazıməmməd Ağası oğlu (1882, A xtı k. -1918, Dağ ıstan, Qasımkənd) - fəhlə hərəkatı
iştirakçısı. A zərbaycanda və Dağıstanda sovet hakimiyyətinin qurulması uğrunda mübarizə aparmışdır.
1896 ildə Ba kıya gəlmiş, Ba la xan ı, Bibiheybət neft mədənlərində işlə mişdir. 1904 ildə RSDFP-yə da xil
olmuşdur. 1905 ildə Bakı Fəhlə Deputatları Sovetinin ü zvü seçilmişdir. Dağıstandan olan ləzgi fəh lə və
kəndlilər arasında inqilabi iş aparan ―Faruq‖("Ədalət carç ısı") sosial-de mokrat qrupunun yaradıcılarından
idi. 1908 ildə Neft Sənayesi Fəh lələ ri İttifaqın ın Bibiheybət şöbəsinin idarə heyətinə seçilmişdi. Hə min il
Bakıdan sürgün edilmiş, Gəncədə inqilab i iş aparmış, həbs olunmuşdur. Həbsdən sonra Dağıstanda
inqilab i işi davam etdirmişdi. 1910 ildə yenidən Bakıya qayıtmışdı. Birinci dünya müharibəsi illə rində
(1914-1918) DFP Ba kı Ko mitəsinın göstərişi ilə Dağıstanda müharibə əleyhinə təbliğat aparmışdı.1917 il
Fevral inqilabından sonra Bakıda inqilabi işi genişləndirmiş, Bakı Sovetinin ü zvü seçilmiş, Bakıda sovet
hakimiyyətinin qələbəsində ya xından iştirak et mişdi. 1918 ilin ma rtında ermən i-bolşevik quldurla rı
tərəfindən türk-müsəlman əha lisinə qarşı soyqırımı za manı Bakı Sovetinin tərəfində vuruşmuşdu. Ba kı Xalq ko missarları
Soveti tərəfindən Dərbəndə göndərilmiş, Də rbəndin və Cənubi Dağ ıstanın komissarı təyin olun-muşdu. Dərbənd
Biçeraxovun qüvvələri tərəfindən işğal olunduqda Ağasiyev sovet hakimiyyəti uğrunda mübarizən i davam etdirmişdir. 1918
ilin may ında Şimali Qafqazın istiqlaliyyəti elan edilmiş, oktyabrın 13-də höku mət Dərbəndə köçmüşdü. Ağasiyev Milli
Höku mətə qarşı mübarizə gedişində öldürülmüşdür.
Əd.\ Göyüşov A., 1917-1920 illərdə Şimali Qafqaz dağlılarının azadlıq uğrunda mübarizəsi, B., 2000
.
AĞAYEV Balağa Məmməd Hənifə oğlu (1899, Bakı qəzası - ?) – Azərbaycan Xalq
Cü mhuriyyəti Parlamentin in xüsusi qərarı (bax Xaricə təhsil almağa göndərilən azərbaycanlı tələbələr
haqqında qərar)ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. 1919
ildə Bakıdakı ko mme rsiya mə ktəbini bit irmişdir. Parla mentin 1919 il 1 sentyabr tarixli qəra rına əsasən
tibb sahəsində təhsil almaq üçün Fransanın Paris Universitetinə göndərilmişdir. Sonrakı taley i barədə
mə lu mat hələ lik aşkar o lunma mışdır.
AĞAYEV Bəhram Cəfər oğlu (1884, Cənubi Azərbaycanın Sarab vilayətinin Şihirgün k. -
7.11.1956, Bakı) –fəhlə hərəkatı iştirakçısı. A zərbaycanda sovet hakimiyyeti qurulması uğrunda fəal
mübarizə aparmışdır. 1899 ildə Bakıya gəlmiş, Balaxan ı neft mədənlərində işləmişdi. 1903 ildə inqilabi hərəkata qoşulmuş,
1904 ildə Rusiya Sosial-De mo krat Fəh lə Part iyasına daxil o lmuşdu. 1904 il dekabr tətilində, 1905-07 illə r Birinc i rus
inqilab ında iştirak etmişdi. Cənubi A zərbaycandan olan fəhlələr içərisində inqilab i iş aparmaq üçün
yaradılan İran sosial-demo krat təşkilatının banilərindən idi. 1907-11 illər İran inqilab ında iştirak
etmiş, 1912 ildə Bakıya qayıtmışdır. Birinci dünya müharibəsi (1914-18) illərində müharibə əleyhinə
çıxışlarına görə həbs edilərək Astaraya (İran) sürgün olunmuşdu. Sonralar yenidən Bakıya dönərək,
inqilab i fəa liyyətini dava m etdirmişdir. "Ədalət" bolşevik təşkilatının rəhbərlərindən idi. 1917 ilin
dekabrında Bakı sovetinə seçilmişdi. Azərbaycanda sovet hakimiyyətinin qurulması uğrunda fəal
mübarizə aparmış, 1918 ilin mayında Lən kəranda Sovet hakimiyyəti orqanlarının təşkilində iştirak
etmişdir. A zərbaycan Xalq Cü mhuriyyətinə qarşı çıxdığ ına görə həbs olunmuşdur. Gəncə
həbsxanasından qaçdıqdan sonra Bakıya gəlmiş, RK(b)P Bakı Ko mitəsinə seçilmişdir. 1919 ilin
martında Bakı Ko mitəsi tərəfindən Muğanda sovet hakimiyyətinin qurulması işinə cəlb edilmişdi.
Apreldə Muğanda sovet hakimiyyəti qurulmuş, may ayında Muğanın kəndli deputatlarının fövqəladə qurultayında
114
(Lənkəran) sədr seçilmişdi. La kin oyuncaq Muğan Sovet Respublikası te zliklə ləğv edilmiş, A zərbaycan Xa lq Cü mhuriyyəti
Höku mətin in ərazi bütövlüyü bərqərar edilmişdi.Ağayev bundan sonra da sovet hakimiyyəti uğrunda müba-rizəni davam
etdirmişdi. A zərbaycan Xalq Cü mhuriyyətinin süqutu və sovet hakimiyyətinin qurulmasından sonra mü xtəlif vəzifələrdə
çalış mışdır. Ağayev Gilan inqilabın ın iştirakçısı olmuşdur. Sovet dövründə partiyadaxili ixtilaflarda Nəriman Nərimanova
qarşı çıxan q rupun fəallarından id i.
Əd.: Əlizadə N., Lən kəran qəzası zəh mətkeşlərinin Sovet hakimiyyətinin qələbəsi və möhkəmləndirilməsi uğrunda
mübarizəsi tarixindən, B., 1963 Активные борцы за Советскую власть в Азербаджане, Б.,1957.
AĞAYEV (Ağaoğlu) Əh mədbəy Mirzə Həsən oğlu (1869, Şuşa - 1939, İstanbul) - Azərbaycanda türkçülük
hərəkatı ideoloqla rından biri. Gö rkə mli ict ima i-siyasi xadim, publisist, ya zıç ı, hüquqşünas, ş ərqşünas-isla mşünas alim.
Əsilzadə ailəsində anadan olmuşdur; valideynləri Qarabağ xan lığ ının əsasını qoyan Pənahəli xan ın
nəslindəndir. İlk təhsilin i Şuşadakı rus məktəbində və Tiflis gimnaziyasında almışdır. Peterburq
Mühəndis-Texniki İnstitutuna daxil o lmuş, lakin təhsi-lini yarımçıq qoy muş, Parisə gedərək, hüquq
mə ktəbini və Sorbonna Universitetini bit irmişdir.Burada Şərq xalq larının tarixin i,
ərəb, fars və
türk d illərin i mü kəmməl öyrən miş, 1890 ildə Şərq fəlsəfəsinə və ədəbiyyatına dair ilk elmi məqaləsini
nəşr etdirmişdir. Bunun ardınca mü xtə lif məc muə lərdə digər yazıları da dərc olunmuşdur. Əh məd bəy
Ağayev 1892 ildə, 23 yaşında Londonda keçirilən Beynəlxalq şərqşünaslıq konqresində "Şiə
mə zhəbin in mənbələri" mövzusunda məruzə et miş, məru zə konqresin qərarı və Ke mb ric
Universitetinin vəsaiti ilə bir neçə Qərb dillərində dərc o lunmuşdur. Bu əsərinə görə İran şahı ona
firuzə qaşlı üzük bağışla mışdı. Hə min dövrdə Əh məd bəy Ağayev Fransada yaşayan gələcəyin "Gənc
türkləri", habelə Şərqin böyük mütəfəkkiri, ictimai-siyasi xadimi, avropalıların " müsəlman dünyasının
mü mtaz siması" adlandırdığ ı Şey x Cəmaləddin Əfqani ilə tanış olmuşdu. Bu tanışlıq onun dünyagörüşünə, ictimai-elmi
fəaliyyətinə güclü təsir göstərmişdir. Bu illərdə Ağayev vətənlə də əlaqələrin i kəsmə miş, Tiflisdə rus dilində nəşr olunan
"Kavkaz" qəzet ində ardıc ıl ola raq məqalə lər dərc etdirmişdir.
1894 ildə vətənə qayıdan Əh məd bəy Ağayev Azərbaycan dilində "Məşriq" qəzetini çıxarmaq üçün höku mətdən
icazə istəsə də, rədd cavabı a lmışdır. 1896 ildə Şuşaya gedərək, realn ı mə ktəbdə fransız d ilindən dərs de miş, qiraət xana-
kitab xana aç mış, ilk teatr ta maşaları təşkil et mişdir. 1897 ildə məşhur milyonçu-xeyriyyəçi Hac ı Zeynalabdin Tağıyevin
dəvəti ilə Bakıya gələrə k, rea lnı mə ktəbdə fransız d ili müəllimi işlə miş, "Kaspi" qəzetində ə məkdaşlıq et miş, Əlimərdan bəy
Topçubaşovun redaktorluğu (1898-1907) dövründə qəzetin ədəbi şöbəsinin müdiri olmuşdur. "İslama görə və islam
alə mində qadın", "İsla m, a xund və hatifülqeyb" kitablarında, habelə "Kaspi"də dərc etdirdiyi "Müs əlman söhbətləri",
"Müsəlman xalq larının və ziyyəti" adlı silsilə məqalə lərində Əh məd bəy Ağayev müs əlman xalq larının düşdüyü acınacaqlı
vəziyyəti təhlil edir, bunun s əbəblərini göstərir, müsəlman xa lqlarına böhtan atan əcnəbi müəlliflərə tutarlı cavablar verərə k,
islam dünyasının şair, alim və mütəfəkkirlərindən söhbət açırdı. Bu illərdə Məhəmməd ağa Şahtaxtlının Tiflisdə nəşr
etdirdiyi "Şərqi-Rus" qəzetində, habelə Kəlkətə (Kəlküttə) və Qah irə metbuatında da məqalələri dərc olun muşdur. O,
"Nicat", "Nəşri-maa rif‖, "Səadət" kimi xeyriyyə cə miyyətlərin in təşkilində və fəaliyyətində də yaxından iştira k et mişdir.
1905 ilin iyunundan Əli bəy Hüseynzadə ilə birlikdə Azərbaycanda milliyyətçilik düşüncəsinin formalaşmasında mühüm
rol oynamış "Həyat" qəzetinin redaktoru idi. 1905 il dekabrın 19-dan "İrşad" qəzetini, 1907 ildə isə, eyni zamanda, rus
dilində "Proqress" qəzetini nəşr etdirmişdir. 1908 ilin iyunundan "Tərəqqi" qəzetini ç ıxa rmağa başlamış və Türkiyəyə
gedənə qədər (1909) onun naşiri olmuşdur.
Əh məd bəy Ağayev 1905 ildə erməni-daşnak quldurların ın çarizmin fitvası ilə Azərbaycan xalqına qarşı törətdiyi
soyqırımları zamanı dərc etdirdiyi məqalələrində bu faciələrin əsl günahkarları olan çar hakimiyyəti orqanlarının və erməni-
daşnakların iç üzünü açıb göstərirdi. O, Qafqaz can işininin milli qırğınların kəskinləş məsi ilə əlaqədar 1906 il fevralın 20-də
Tiflisdə çağırdığı "barışdırıcı qurul-tay"da Əlimərdan bəy Topçubaşov, Qara bəy Qa rabəyov və İsgəndər bəy Hacınski ilə
birlikdə Bakı şəhərin in ali sosial təbəqələrin in nümayəndəsi kimi iştira k edərək, A zərbaycan tərəfin in proqra mın ı bəyan
etmişdi. Əh məd bəy Ağayev qurultaydakı çıxışında xalqların hüquq bərabərliyinin təmin edilməsini, A zərbaycan xalqına
qarşı milli q ırğın lara dərhal son qoyulması üçün "Daşnaksutyun" partiyasının və digər erməni təşkilatların ın buraxılmasın ı,
əks halda, Azərbaycan tərəfinə də müdafiə o lunmaq üçün ordu yaratmağa icazə verilməsini cəsarətlə tələb etmiş, gətird iyi
tutarlı dəlillərlə, faktlarla milli qırğ ınlara bais olan erməni liderlərin i susdurmuşdur.
Hə min hadisələrdən sonra Əhməd bəy Ağayev Azərbaycan xalq ının hüquqlarnı qorumaq məqsədilə 1906 ildə
"Difai" partiyasını yaratmışdı. O, Bakı müsəlman sahibkarlarının xahişi ilə iki dəfə şəxsən II Nikolayın və onun nazirlərinin
qəbuluna getmiş, Rotşild, Nobel kimi neft maqnatların ın Ba kının neft yataqlarına sahib olmasına mane ol mağa ça lış mışdır.
Əh məd bəy Ağayevin bu səfərləri və fəaliyyəti sayəsində azərbaycanlıların Bakı ətrafındakı neftli torpaqlardan köçürülməsi
dayandırılmışdır.
Təqiblər ü zündən 1909 ildə Tü rkiyəyə mühaciret edən Əh məd bəy Ağayev burada " Gənc türklə r'lə ya xınlaşmış,
"İttihad və tərəqqi" partiyasına daxil o lmuşdu. O, elmi, ictimai və publisistik fəaliyyətini davam etdirərək, "Tərcü mani-
həqiqət" qəzetinin redaktoru, "Türk yurdu" jurnalın ın
115
yaradıcılarından olmuş, türkçülük hərəkatının əsas ideoloqlarından biri kimi, Əli bəy Hüseynzadə, Ziya Göyalp,
Yusif A kçura, Hə mdullah Sübhi və b. ilə ç iyin-ç iyinə çalış mış, Afyon-qarahisardan Osmanlı parla mentinə deputat seçil-
mişdir. 1915 ildə Rusiyada yaşayan azsaylı xalqların Lozannada keçirilən konfransında Azərbaycanın təmsilçisi kimi çıxış
etmişdir. O, Əli bəy Hüseynzadə, Əbdürrəşid İbrahimov və Yusif A kçura ilə b irlikdə Rusiya imperiyasında yaşayan türk
xalq larının dözü lməz vəziyyəti ilə bağlı A BŞ prezidenti V.Vilsona təqdim o lunan müraciəti imzalamışdır
Ağayev 1918 ildə xalq ın bolşevik-daşnaklara qarşı mübarizəsinə kö mək üçün göndərilmiş Qa fqaz İslam
Ordusunun komandanı Nuru paşanın siyasi müşaviri kimi A zərbaycana gəlmişdir. Hə min il iyunun 16-da M illi Şura və
Höku mət Tiflisdən Gəncəyə köçərkən bu Höku mətin həyata keçirmək istədiyi tədbirlərin "həddindən artıq demokratik
istiqamət indən" narazı qalan Azə rbaycan burjuaziyası və mü lkədarlarının təsiri alt ında Gəncədə rea l hakimiyyətə ma lik olan
Türkiyə qoşunları ko mandanlığı ilə Milli Şu ra arasında anlaşılmazlıq yarandıqda Nuru paşanın yanında böyük nüfuzu olan
Əh məd bəy Ağayev qarşılıq lı güzəştlər əsasında ümu mi razılığa gəlməkdə vasitəçilik etmişdi. Onun təklifinə görə, Milli
Şura buraxılmalı və bütün hakimiyyət yeni yaradılacaq Höku mətə həvalə olunmalı id i.1918 il iyunun 17-də bu məsələni
mü zakirə edən Milli Şura yeni Hö ku mət təşkil etməyə və ö zünün bütün səlahiyyətlərini müvəqqəti o laraq ona verməyə razı
olmuşdu.
Əh məd bəy Ağayev Azərbaycan Xalq Cü mhuriyyəti Parlamentinin üzvü seçilmişdi. 1918 ildə general Tomsonla
danışıq aparmaq üçün xüsusi nümayəndə heyətinin tərkibində Ən zəliyə göndərilmişdi. Həmin il dekabrın 28-də Paris sülh
konfransında iştirak edəcək A zərbaycan nümayəndə heyətinin tərkibinə qatılmış, lakin İstanbulda "türk ju rnalisti və Türkiyə
parlamentinin deputatı" kimi təqdim olunaraq, ingilislər tərəfindən həbs edilmiş, "İttihad və tərəqqi" partiyasının rəhbərləri
ilə birlikdə Malta adasına sürgün olunmuşdu. Sürgün olunanlar Atatürkün təşəbbüsü ilə ingilis hərbi əsirləri ilə
dəyişdirilə rkən, Ağayev də 26 ay lıq sürgündən sonra, 1921 il may ın 28-də İstanbula qayıdaraq, yenidən milli hərəkata
qoşulmuş və qurtuluş savaşının fəal iştirakçılarından olmuşdur.
20-ci illərdə Türkiyənin dövlət mətbuat bürosuna müdir təyin ed ilən Əh məd bəy Ağayev Qars bölgəsindən iki dəfə
Türkiyə Böyük Millət Məclisinə deputat seçilmiş, Ankara Universitetinin professoru, eyni zamanda, "Hakimiyyəti-milliyyə"
qəzetinin redaktoru olmuş dur.
Əh məd bəy Ağayevin dünyagörüşü və ictimai fəaliyyəti səmərəli, mü rəkkəb, həm də, müəyyən dərəcədə, zid-
diyyətli o lmuşdur. Həyatının mü xtəlif dönə mlə rində dünyagörüşü və siyasi düşüncəsi üç ana xətt ü zərində cə mlən mişdir:
İslamçılıq, Qərbçilik və Türkçülük. O, Qərb mədəniyyətindən öyrənmək fikrin i yazılarında ardıcıl o laraq irəli sürmüş,
İslama baxışlarında demo kratik mövqedən çıxış etmişdir. Əh məd bəy Ağayev Azərbaycan türklərində milliyyətçilik və
türkçülük şüurunun oyanmasında və güclənməsində ço x mühü m rol oynamışdır. Sovet dönəmində ona qatı "panislamist",
"pantürkist" damğası vurularaq, adı və əsərləri qadağan edilmişdi. Həyatının və əsərlərinin geniş surətdə öyrənilməsinə son
illərdə başlan mışdır.
Ə s ə r l ə r i:
Şiə məzhəbi və onun mənbələri, London, 1892; İslama görə və islam aləmində qadın, Tiflis, 1901; Üç
mədəniyyət, Ankara, 1927; İngiltərə və Hindistan, Ankara, 1927; Sərbəst insanlar ölkəsində, Ankara, 1930; Hüquq tarixi, İstanbul, 1932;
Dövlət və fərd, İstanbul, 1932; Etrusk mədəniyyəti vo bunların türk mədəniyyəti üzərinə təsiri, İstanbul, 1933; M ən neyəm?, Ankara,
1939; Könülsüz olmaz, Ankara, 1941; İran və inqilabı, Ankara, 1941; İxtilalmı, inqilabmı?, Ankara, 1942; Sərbəst firqə xatirələri,
Ankara, 1949; Əsərləri, B., 1992.
Əd.: Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Ağaoğlu S., Babamdan xatirələr, İstanbul, 1939; yenə onun, Babamın
arkadaşları, Ankara, 1957; Talıbzadə K., XX əsr Azərbaycan ədəbi tənqidi, B.,1966; yenə onun, Azərbaycan ədəbi tənqidinin tarixi
(1800-1920 illər), B., 1984; M irəhmədov Ə., Əhməd bəy Ağayev, "Fikrin karvanı" kitabında, B., 1984; Quliyev V., A ğaoğlular, B., 1997;
Hüseynov Ş., Əhməd bəy Ağaoğlunun dünyagörüşü, B., 1998; Səidə Əliqızı, Əhmədbəy Ağayev və islam dini, "Filologiya məsələləri"
məcmuəsi, B., 2002 №2; yene onun, Əhməd bəy Ağayevin maarifçilik fəaliyyəti haqqında, "Tarix və onun problemləri" jurnalı, 2002, №
3;
yenə onun, , Общественно – политическая и публицистическая деятелбность А хмедбека Агаева в начале XX века , "Tarix və
onun problemləri" jurnalı, 2001, № 2.
Dostları ilə paylaş: |