Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə80/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   72   73   74   75   76   77   78   79   80

 

HÜS EYNOV      Əlihüseyn   Ağahüseyn   oğlu     (1898,Salyan  - ?)  - A zərbaycan Xalq  

Cü mhuriyyəti  Parlamentin in  xüsusui    qərarına    (bax  Xarıcə  təhsil  almağa  göndərilən    



azərbaycanlı 

tələbələr    haqqında    qərar)      əsasən,      dövlət  hesabına  ali  təhsil  a lmaq  üçün

 

xaricə  göndərilmiş  tələbələrdən  b iri.  Lənkəran   kişi  gimna ziyasını  bit irmişdir  (1919). 



Parla mentin 1919 il 1sentyabr  tarixli   qərarına   əsasən,   təhsilini t ibb sahəsində davam etdirmə k  

üçün      Rostok      Universitetinə  (Almaniya)  göndərilmişdi.  A zərbaycanda  sovet  hakimiyyəti 

qurulduqdan  sonra  xaricdə  dövlət  hesabına  təhsil  alan  a zərbaycanlı  tə ləbələrin  vəziyyətini 

öyrənən  Azərbaycanlı  Tələbələr  İttifaqının  1923-25  illər  üçün  məlu matında  onun  təhsilinin  

bitməsinə 2 il qald ığı göstərilirdi.  Sonra kı taleyi barədə mə lu mat aşkar olun ma mışdır. 

 

 



468 

 

HÜS EYNOV  Rəhim  Məmmədcəfər  oğlu   (1891,  indiki  Gədəbəy  rayonunun  Qarabulaq  k.  -  1938)  - 

Azərbaycanda  sovet  hakimiyyəti  uğrunda  mübarizən in  iştira kç ısı.  1905  ildən  inq ilab i  hərəkata  qoşulmuşdur.  1917  ilin 

martında  Gəncə  sovetinin  üzvü  seçilmiş,  1918  ilin  may ında  erməni  daşnaklar  tərəfindən  soyqırımına  məruz  qalmış 

Azərbaycan  xa lqına  kö mək  məqsədilə  Gəncəyə  gələn  türk  qoşunları  əleyhinə  gizli  iş  aparmışdır.  1918  ilin  sonunda 

Bakıya  gələrək,  sol  eserlərə  (R.A xundov  və  b.)  yaxınlaşmışdır.  1919  ilin  əvvəllərində  bolşevik  partiyası  sıralarına 

keçmişdir. Azərbaycan Xalq Cü mhuriyyəti dövründə müstəqil dövlətə qarşı 1919 il  may ü mu mi tətilinin hazırlan ması və 

keçirilməsində  iştirakına  görə  həbs  olunmuşdu.  Azad  edildikdən  sonra  ordu  içərisində,  Gəncə  və  Qazax  qəzaları 

kəndliləri  a rasında  bolşevik  Rusiyasının  xeyrinə  inqilabi  təbliğat  aparmışdır.  RK(b)P  Qa fqaz  Diyar  Ko mitəsinin  məsul 

təşkilatçısı və təşviqatçısı olmuş, Azə rbaycan Ko mmunist (bolşeviklə r) Partiyasının 1-ci qurultayında (1920 il, fevral) işti-

rak etmişdi. Sovet hakimiyyəti illərində Azərbaycan, Cənubi Qafqaz və Ümu mittifaq miqyasında mü xtəlif partiya və dövlət 

vəzifələ rində ça lış mışdır. İnqilab i hərə kat tarixinə  dair yazıları var. 

 

Əsəri: 


Очерки революциооного движения в Азербайджане (1905 – 1907 гг.), вып. 1, Б., 1926. 

Əd.: 

Активные борьцы за советскую власть в Азербайджане, Б., 1957. 



 

HÜS EYNOV  Salman  Hüseyn  oğlu  (4.1.1901,  İsfahan  -  ?)  -  A zərbaycan  Xalq  

Cü mhuriyyəti  Parlamentin in  xüsusi  qərarı  (bax  Xaricə  təhsil  almağa  göndərilən  azərbaycanlı 



tələbələr  haqqında  qərar)  ilə  dövlət  hesabına  ali  təhsil  a lmaq  üçün  xa ricə   göndərilmiş 

tələbələrdən biri. Tiflisdəki İ.M.Maçaid ze g imna ziyasını bit irmişdir (1917). Parla mentin 1919 il 1 

sentyabr  tarixli  qərarına  əsasən,  təhsilini  t ibb  sahəsində  davam  etdirmə k  üçün  Firtsburq 

İnstitutuna  (Almaniya)  göndərilmişdir.  A zərbaycanda  sovet  hakimiyyəti  quru lduqdan  sonra 

xaricdə  dövlət  hesabına  təhsil  a lan  a zərbaycanh  tələbələrin  və ziyyətini  öyrənən  Azərbaycanlı 

Tələbələr İttifaqının 1923-25  illə r üçün mə lu matında onun təhsilinin bit məsinə 2  il qaldığ ı göstə-

rilirdi. Sonrakı taley i barədə məlu mat aşkar o lunmamışdır.    

 

 

 



 

HÜS EYNOV  Zeynalabdin  Adil  oğlu  (1900,  Bakı  -  ?)  -A zərbaycan  Xalq  Cü mhuriyyəti  Parlamentin in  xüsusi 

qərarına (ba x Xaricə təhsil almağa göndərilən azərbaycanlı tələbələr haqqında qərar) əsasən, 

dövlət  hesabına  ali  təhsil  almaq  üçün  xaricə  göndərilmiş  tələbələrdən  biri.  Lənkəran  kişi 

gimnaziyasını  bitirmişdir  (1918).  Parlamentin  1919  il  1  sentyabr  tarixli  qərarına  əsasən, 

təhsilini  t ibb  sahəsində  davam  etdirmək  üçün  Paris  Universitetinə  (Fransa)  göndərilmişdi. 

Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  xaricdə  dövlət  hesabına  təhsil  alan 

azərbaycanlı  tə ləbələrin  vəziyyətini  öyrənən  Azərbaycanlı  Tələbələr  İttifaqının  1923-25  illə r 

üçün  məlu matında  onun  təhsilinin   bitməsinə  2  il  qald ığı  göstərilirdi.  Sonrakı  taleyi  barədə 

mə lu mat aşkar o lun ma mışdır. 

HÜS EYNZADƏ  Bəhram  İsmay ıl oğlu  (4.3.1901,  Salyan - ?, 

Bakı)  - Azərbaycan  Xalq   Cü mhuriyyəti  Parlamentin in  xüsusi qərarına 

(ba x  Xaricə  təhsil  almağa  göndərilən  azərbaycanlı  tələbələr  haqqında  qərar)  əsasən,  dövlət 

hesabına  ali  təhsil  almaq  üçün  xaricə  göndərilmiş  tələbələrdən  biri.  Bakı  realn ı  məktəbini 

bitirmişdir (1919).  Parlamentin  1919 il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini elektrotexn ika 

sahəsində  davam  etdirmə k  üçün  Almaniyanın  Darmştadt  Ali  Te xn iki  Mə ktəbinə  göndərilmişdi. 

Bəhra m Hüseynzadə təhsilini başa vurduqdan sonra 1926 ildə  Azə rbaycana qayıtmış, Gəncə to xu-

culuq  komb inatında  elektrik  təsərrüfatının  rəisi  işləmiş,  Azərbaycan  SSR  Xalq  Torpaq 

Ko missarlığında  "Azərkəndelektrik"  bölməsinin  rəhbəri  olmuşdur.  1941  ildə  repressiyaya  məruz 

qalmış, 15 il azadlıqdan məhru m edilmişdir. 1956 ildə bəraət almışdır. 



Əd. 

Джафаров М.Ш., Политический террор и судьбы  «азербайджанских немцев»,  Б., 1998.  



HÜS EYNZADƏ  Əli bəy Hüseyn bəy oğlu (24.2.1864,  Salyan - 17.3.1940,  İstanbul) - görkəmli  ictimai  xadim, 

pedaqoq, həkim, ju rnalist, yazıç ı publisist, rəssam,  musiqişünas, tibb professoru. Ruhani müəllim 

ailəsində  doğulmuşdur.  Qafqaz  Şey xü lisla mı  A xund    Əh məd  Hüseynzadənin    qız  nəvəsidir.  

Tiflisdə  Qafqa z Müsəlmanları Ruhani  İdarəsinin nə zdində altısinifli  mə ktəbdə (1870-75), b irinci 

şəhər  gimnaziyasında  (1875-85)  o xu muş,  Peterburq  Un iversitetinin  fizika-riyaziyyat  (1885-89), 

İstanbul  Universitetin in  hərbi  tibb  fakü ltəsində  (1890-95)  ali  təhsil  almışdır.  İstanbulda 

Heydərpaşa xəstə xanasında yüzbaşı rütbəsində dermato loq (dəri  xəstəlikləri)  ixt isası üzrə hə kim 

(1895-97)  işlə mişdir.  1897  ildə  Türkiyə-Yunanıstan  müharibəsi  başlanarkən   "Hila l-Əh mər" 

heyətində  türk  ordusu  tərkibində  Tesaliyaya  e za m  edilmiş,  3  il  hə rbi  xid mətdə  olmuşdur.  1900 

ildə  müsabiqə  yolu  ilə  İstanbul  Universitetinin  dəri-zöhrəvi  xəstəlikləri  kafedrasında  professor 

kö məkçisi  (dosent)  vəzifəsinə  seçilmişdir.  Eyn i  zamanda,  bədii  və  elmi  yaradıcılıq la  da  məşğul  olmuşdur.  Abdulla 

Cövdətin  nəşr  etdiyi  "Ramazan  bağçası"  məcmuəsində  "Ə.H."  kriptonimilə  alman  alimi  F.Bodenştedttin  Ömər  Xəyyam 

haqqında əsərini və şairin bir neçə rübaisini, "Səlyani" imzası  ilə "Məlu mat" məcmuəsində,  V.Hötenin "Faust" əsərindən 

parçalar, habelə tibbə dair "Sifilis", " Vəba və mikrobu" (Meh med Rəfi bəylə b irlikdə), " Ensiklopedik türk lüğəti" (Kamal 

Berksoyla birlikdə) əsərlərini 

 

 



 

469 

 

dərc  etdirmişdir.  Hələ  təhsil  illərində  Peterburqda  tələbə  siyasi 



dərnəklərində  iştira k  edən  Əli  bəy  Hüseynzadə  siyasi  fəaliyyətini 

İstanbul Un iversitetində də davam etdirmiş, tələbə yoldaşları Abdulla 

Cövdət,  İsak  Sükuti,  İb rahim  Temo  və  b.  ilə  birlikdə  Sultan 

Əbdülhəmid  rejiminə  qarşı  məşhur  "İttihad  və  tərəqqi"  partiyasının 

əsasını  qoymuşdur.  Siyasi  fəaliyyətinə  görə  sultan  xəfiyyələri 

tərəfindən təqib edilən  Əli bəy 1903  ilin əvvəlində  Bakıya  köç məyə 

məcbur  olur.  Xarici  ölkədə  təhsil  ald ığına  görə  Rusiya  əra zisində 

həkim  işlə məsinə  ica zə  verilməd iyindən  Əli  bəy  Hüseynzadə 

jurnalistika  sahəsində  çalışmış,  "Kaspi"  və  "Baku"  qəzetlərində 

əməkdaşlıq etmişdir. Birinci rus inqilabı günlərində nəşrinə milyonçu 

Hacı 

Zeynalabdin 



Tağıyev 

tərəfindən 

ica zə  

alınan 


və 

ma liyyələşdirilən  "Həyat"  (1905-06)  qəzetin in,  "Füyuzat"  (1906-07) 

jurnalının,  1-ci  Döv lət  duması  buraxıld ıqdan  sonra  Viborq 

bəyannaməsini  imzaladığ ına  görə   həbs  olunan  Əlimə rdan  bəy 

Topçubaşovun əvəzinə "Kaspi" qəzetin in baş mühərriri o lmuşdur. 

Əli  bəy  Hüseynzadə  jurnalistliklə  bərabər,  siyasi-ictimai 

fəaliyyətini  də  genişləndirmişdir.  1905  ilin  apre lində  "Ümu mrusiya 

müsəlmanlarının  ehtiyaclarına  dair"  qraf  Vitteyə  təqdim  etmək  üçün 

Peterburqa  göndərilən  Rusiyanın  müsəlman  liderlərindən  ibarət  11 

nəfərlik  heyətdə  təmsil  olun muş,  Rusiya  Müs əlman  İttifaqının  g izli 

şəkildə çağırılmış qurultaylarının işində iştirak etmişdir. 

Birinci  rus  inqilabının  təsiri  ilə  genişlənən  xalq  hərəkat ı, 

mə zlu m  xalq ların  ən  adi  hüquqlar  uğrunda  mübarizəyə  qoşulması    Əli    bəy  Hüseynzadə    yaradıcılığ ının    ictimai-siyasi 

yönünə  və  məzmununa  qüvvətli  təsir  göstərdi.  Şərq  müstəbidlərinin,  Avropa  müstəmləkəçilərinin  siyasi-in zibati  və 

ideoloji  tə xribatları,  bəy,  xan,  mə mur  zülmü,  mövhumat  və  xura fatın  təzy iqi  a ltında  müstəqilliyini,  iqtisadi  qüdrətini 

itirmiş  türk-müsəlman  xalq larının  dirçəlişi,  azad lığ ı  və  hüquqları  uğrunda  mübarizə  Əli  bəy  Hüseynzadənin  ictimai, 

ədəbi-publisistik  və  elmi  fəaliyyətinin  əsas  məqsədini  təşkil  edirdi.  O,  məramını  bəyan  edərək  yazırdı:  "Biz  insanız. 

Məzlum  olan  sinifləri,  zalım  siniflərin  təcavüzatından  azad  etməyə  çalışacayız.  Biz  Qafqazlıyız.  Qafqaz  əhlinə  və 

ümuri-idarəsinə özü baxa bilmək üçün lazım gələn müxtariyyət tələb ediniz. Biz müsəlmanız. Binaən-əleyh öz əqaidi-

diniyyəmizə, hürriyyəti-vicdanımıza hər nə lazımsa, o nu istəyiniz. Biz t ürküz. Dilimizin, lisanımızın tərəqqisinə mane 

olan hər növ sədlərin, divarların yıxılmasına, rəf olunmasına qeyrət ediniz," ("Həyat" qəzeti, 2.6.1905). 

Əli  bəy  Hüseynzadənin  çoxşaxəli  fəaliyyətinin  təməlində  turançılıq  məfkurəsi  dururdu.  O,  türk  xalqlarının  milli 

birliyi,  müstəqil dövlətçilik fikrini,  ilk dəfə, irəli sürmüş, onun elmi-nə zəri əsaslarını  işləyib hazırlayaraq, qüvvətli ideolo ji 

hərəkata çevrilməsini tə min et mişdir.  1892  ildə "sizlərsiniz, ey  qövmi-macar, bizlərə əxvan"  misrası  ilə başlanan şerilə  

türkçülük  məramnaməsin i  elan  edən  Əli  bəy  Hüseynzadə  1905  il  inqilabından  sonra "Həyat"  qəzetində,  "Füyuzat"  jur-

nalında  dərc  etdiyi  "Türklər  kimdir  və  kimlərdən  ibarətdir?",  "Türk  dilin in  vəzifeyi-mədəniyyəsi",  "Məcnun və  Leylayi-

isla m", "Ya zımız, dilimiz", "İkinci il‖imiz məqalələ rində məqsəd və məra mın ı geniş surətdə şərh etmişdir: 

 

Eylər dili Çin səddinədək hökmünü icra

Bir ucııdur Altay bu yerin, bir ucu səhra. 

 

misralarında  türk  dilin in  yayıld ığı  geniş  əraziləri  göstərirdi.  Əli  bəy  Hüseynzadə  Turanın  hüdudların ı  nişan 



verərək  ya zırdı:  "Tulən  Mancuriyadan  və  Sibiriyanın  əqsayi-şərq  şimalında  cərəyan  edən  Lena  nəhri  sahilindən 

başlayıb,  Altay,  Qaraqurum,  Pamir,  Hindiquş,  Qafqaz,  Krım  dağlarından  keçərək,  Balkan  dağlarının  müntəhayi-

qərbinə  qədər,  ərzən  Ural  dağlarının  müntəhayi-şimalından  Afrikanın  səhrayi-Kəbirinə  qədər  olan  yerlərdə  sakin 

bulunan əhalinin ismi-əzimi türk dili ilə mütəkəllüm bulunurlar" ("Füyuzat" jurnalı, 1907, № 9). 

"Məcnun və Leylayi-isla m"  məqaləsində beyni Türkiyədən, qəlbi  Ərəbistandan, ciyərləri İrandan ibarət olan və 

xəstəliyə tutulan islam coğrafiyasını  müalicə et mək və sağlam Turan  imperiyası yaratmaq, orada  müs əlman dövlətlərin in 

mövqeyini müəyyənləşdirmək məsələsi qoyulmuşdur. 

Əli  bəy  Hüseynzadə  yaradılmasını  nəzərdə  tutduğu  milli  cəmiyyət  quruculuğunda  müasir  insan  amilinə  böyük 

əhəmiyyət  verirdi.  "Türk  qanlı,  müsəlman  etiqadlı,  firəng  fikirli  Avropa  qiyafəli  fədai"  tərbiyə  edib  yetişdirmək 

ideyasını irəli sürürdü. Əli bəy Hüseynzadənin düşündüyü fədai "ata-babalarımızı "həkəmiyyat" deyə sandıqları sözlərə, 

"təriqi-nicat deyə tutduqları" yollara , " milli" deyə geydikləri  libaslara qarşı cəsarətlə  mübarizə aparma lı, "ingilis, a meri-

kan  kimi  t izrəftar,  yeni  yaponlar  kimi  kutəhdamən"  insanlardan  ibarət  cəmiyyət quruculuğuna nail  olmalıdır.  Əli  bəyin 

fikirləri 20 əsrin 10-cu illərində milli dirçəliş uğrunda mü- 



470 

 

barizələ rin  q ida  mənbəyinə  çevrilmiş,  "türkləşmək,  islamlaşmaq,  müasirləşmək"  şəklində  siyasi  şüara  çevrilərə k, 



Azərbaycan Xalq Cü mhuriyyətinin dövlət atributlarında rea llaş mışdır. 

1907 ildə Sultan Əbdülhəmidin  təzy iqi a lt mda "Füyuzat" jurnalı bağlandıqdan sonra Əli bəy Hüseynzadə pedaqoji 

fəaliyyət  göstərmiş,  Bakıda  "Səadət"  mə ktəbinin  müd iri  o lmuş,  "Tərəqqi"  və  "Həqiqət"  qəzetlərində  çalışmış,  məşhur 

"Siyasəti-fürusət"  əsərini  hissə-hissə  nəşr  etdirmişdir.  Türkiyədə  Sultan  Əbdulhə mid  ta xtdan  salındıqdan  iki  il  sonra 

inqilabçı  yoldaşları  o lan  gənc  türklərin   dəvətilə  1910  ildə  Türkiyəyə  getmiş,  İstanbul  Universitetində  professor 

vəzifəsində  pedaqoji  fəaliyyətini  davam  etmişdir.  Türkiyənin  siyasi,  ictima i  və  mədəni  həyatında  yaxından  iştirak  et miş, 

Əh məd Ağaoğlu, Yusif Akçura, Ziya Göyalp, Məhəmməd Əmin  Rəsulzadə ilə "Türk ocağı" dərnəyində çalış mış, Birinci 

dünya müharibəsi (1914-18)  illərində "Turan" heyətində Qərbi Avropanın bir neçə ölkəsinə gedərək, türkçü lük təbliğatı 

aparmış,  1916  ildə  Berlində "Türk qöv mləri  konqresi"ndə, 1917  ildə  Stokholmda beynəlxalq sosialist konqresində, 1926 

ildə Bakıda türkoloji qurultayda iştirak etmişdir. 

1918 ildə Türkiyə höku mətinin tapşırığ ı ilə "Azərbaycanın yeni bir dövlət halında qurulması məsələsini oranın 

irəli  gələnləri  ilə  birlikdə  müzakirə"  etmək  üçün  Əh məd   Ağaoğlu  ilə   Qa fqaza   göndərilmiş,  Gəncədə  Nuru  paşa  ilə  

görüşmüşdür. Türkiyə Cü mhuriyyətini alqışlamış, Mustafa Kamal paşa Atatürkə "Ona inan" adlı şeir həsr etmişdir. 

Ə.Hüseynzadə  geniş  yaradıcılıq  diapazonuna  malik  mütəfəkkir  alim  və  yazıçıdır.  O,  mü xtəlif  sahələrdə  çalış-

mış, tibbə, fəlsəfəyə, tarixə, siyasətə, sosiologiyaya, ədəbiyyatşünaslığa dair zəngin irs yaratmışdır. Bunlarla yanaşı, rəsm 

("Bib iheybət məscidin in görünüşü" və s.) və musiqiyə dair əsərləri də vard ır. Onun zəngin ədəbi-publisistik və e lmi  irsi 

Azərbaycan  milli təfə kkürünün böyük nailiyyətidir.  Əli bəy Hüseynzadə ço xsahəli  fəaliyyəti  ilə A zərbaycan ədəbi-elmi 

fikir  tarixində   M.F.A xundzadənin  ard ınca  yeni  mərhələn in  başlanğıcını  qoymuş,  onun  sayəsində  "füyuzat"çılar  ad lı 

orijina l ədəbi-fəlsəfı mə ktəb yaranmışdır. 

Əli bəy Hüseynzadə 19 əsrin sonu - 20 əsrin əvvəlində türk-müsəlman dünyasının yetirdiy i nadir siyasi və ədəbi 

simad ır. O, ilk dəfə türkçülük ideyasını irə li sürmüş, onun elmi-nəzə ri əsaslarını işləyib  hazırla maq la turançılığ ın mə fkurə  

hərəkatına çevrilməsinə nail olmuşdur. 

 

Əsərləri: 



Siyasəti-fürusət, B., 1994; Qırmızı qaranlıqlar içində yaşıl işıqlar, B., 1996; Türklər kimdir və kimlərdən ibarətdir? 

B., 1997; Qərbin iki dastanında türk, B., 1998. 



Əd.: 

Əbdi-qlaf və məhfəzə, "XX əsr Azərbaycan nəsri" kitabında (tərtib edəni X.M əmmədov), B., 1992; M əmmədov X., Əli 

bəy Hüseynzadə "M olla Nəsrəddin" haqqında, "Pedaqoji Universitetin xəbərləri" (humanitar elmlər seriyası), B., 1992, №l; yenə onun, 

Əli bəy Hüseynzadə və ədəbi proses, "Ədəbiyyat qəzeti", 26.3.1999; Bayramova O., Əli bəy Hüseynzadə və "Siyasəti-fürusət" əsəri, 

"Hüseynzadə Ə. Siyasəti-fürusət" kitabında, B., 1994; yenə onun, Ə.Hüseynzadənm həyatı və türkçülük fəaliyyəti, "Hüseynzadə Ə. 

Qırmızı qaranlıqlar içində yaşıl işiqlar" kitabında, B., 1996; Qarayev Y., Əli bəyin irsi və varisləri, yenə orada, B., 1996; Xəndan R.Z., 

Unudulmuş dahi, B., 1994. 

 

 



471 

 

 



CĠLDƏ DAXĠL EDĠLMĠġ MƏQALƏLƏRĠN MÜƏLLĠFLƏRĠ 

 

Ramiz Abutalıbov 



Maisə İsgəndərova 

Ağamusa Axundov 

Xosrov Kərimov  

Fəridə Aslanova 

Musa Qaasımlı 

İslam Ağayev 

Seyfəddin Qəndilov 

Tofiq Bababyev 

Nazif Qəhrə manov 

Azər Bağırov 

Yaqub Mahmudov 

İradə Bağırova 

Nigar Maksvell 

Xanlar Bayra mov 

Abel Məhərrə mov 

Niza mi Cə fərov  

Alxan Mə mmədov 

Mədinə Eldarova 

Xeyrulla Mə mmədov 

Bədirxan Əh mədov 

Elmira  Mə mmədova 

Firdovsiyyə Əhmədova 

Lətifə Mə mmədova 

Səidə Əliqızı 

Mirheydər Mirzəyev 

Qabil Əliyev 

Tofiq Mustafazadə 

Aybəniz Əliyeva 

İsmayıl Musaqyev 

Altay Göyüşov 

Ataxan Paşayev 

İsmayıl Hacıyev 

Seyidağa Onullahi 

İsa Həbibbəyli 

Əli Rəcəbli 

Rövşən Hətəmov 

Rauf Sadıqov 

Cə mil Həsənli 

Əli Saləddin (Mehdiyev) 

Tofiq Hüseynov 

Mehman Sü ley manov 

La lə Hüseynova  

Ələmdar Şahverdiyev  

Sara İb rahimova 

Kərim Şükürov  

Anar İsgəndərov 

Nərmin Tah irzadə 

 

 



 

Buraxılışa məsul:  

 

 

 



Əziz Gü ləliyev 

 

Te xniki redaktor:  



 

 

 



Rövşən Ağayev 

 

Dizayner:  



 

 

 



 

Səbuhi Hüseynov 

 

 

Xəritələrin tərt ibçisi:  



 

 

 



İlyas Süley manov 

 

Tərtibatçı – rəssam:  



 

 

 



Nərgiz Əliyeva   

 

Yığ ı operatorları:  



 

 

 



Səidə Quliyeva 

 

 



 

 

 



 

Aliyə Ələsgərova 

                                                                                      Na zilə  Mə mmədova 

 

 



 

 

 



 

Sayad Əyyubova 

 

 

 



 

 

 



Rəna Şahbazova  

 

Ko mpyuter səhifələyic isi:  



 

 

Yüklə 19,75 Mb.


Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin