"HÜMMƏT" - A zərbaycanda ilk milli sosial-demo krat təşkilatı. 1904 ilin oktyabrında fəaliyyətə başlamışdı.
Təşkilat bir qrup azə rbaycanlı de mokrat ziyalının təşəbbüsü ilə yaradılmışdı. Onla rın arasında Sultan məcid Əfəndiyev,
Əh məd bəy Ağayev, Məhəmməd Əmin Rəsulzadə, Məşədi bəy Əzizbəyov, Mir Əsədulla Mirqasımov, Məmmədəli
Rəsulzadə (Rəsuloğlu), İsa bəy Aşurbəyov, Qara bəy Qarabəyov, Məmmədbağır A xundov, Məmməd Həsən Hacınski,
Mir Həsən Mövsümov və başqaları var idi. "Hü mmət" forma l ola raq Rusiya Sosial-Demok rat Fəhlə Partiyasının
(RSDFF) Bakı Komitəsinin şöbəsi kimi yaransa da, əslində, müstəqil fəaliyyət göstərirdi. S.M.Əfəndiyevin sözlərinə görə,
"bu qrupun müstəqilliyini müsəlman fəhlələri ilə işin xüsusiyyətləri şərtləndirirdi. Təşkilatın məhz bu formada fəaliyyət
göstərməsi çox uğurlu idi, çünki bizim işimizdə elə məqamlar var idi ki, "Hümmət" müstəqil şəkildə çıxış etməyə
məcbur idi".
Bə zi mənbələrə əsasən, hələ 1903 ildə M .Ə.Rəsulzadə və onun həmfikirləri tərəfindən tələbə gənclərdən ibarət
olan və sonradan "Hümmət"in əsasını təşkil edən "Azərbaycanın gənc inqilabçıla rı dərnəyi" yaranmışdı.
461
"Hümmət" vərəqələrində ço x va xt ö zünü partiya adlandırırd ı. Bolşeviklə rin proqra mındakı millət lərin öz mü-
qəddəratını təyinetmə prinsipinin cəlbedic iliy i və ü mu miyyətlə, sosial-de mokratiyanın mövcud hakimiyyətə mü xalifliyi
öz xalqın ı milli əsarətdən qurtarmaq ümid i ilə yaşayan ziyalıları onun sıralarına cəlb edirdi. M.Ə.Rəsulzadənin dediyi
kimi, "bu cavan nəsil mü xa lif sosializmdə
çarizmə qarşı ən sadiq olmasa da, ən əlverişli müttəfiq ini görürdü".
RSDFP Bakı Ko mitəsinin "Hü mmət‖in iclaslarında təmsilçisi P.A.Caparidze, "Hü mmət‖in isə RSDFP-də
təmsilçisi S.M .Əfəndiyev id i. "Hü mmət‖in RSDFP Bakı Ko mitəsi və " Bala xanı və Bibiheybət fəhlə lərinin ittifaqı"
təşkilatı ilə birlikdə təşkil etdiyi ilk siyasi aksiya lardan biri 1904 ilin dekabr t ətili olmuşdu. Bu tətil, Rusiyada ilk dəfə
olaraq, fəh lələ rlə mədən-zavod sahibləri a rasında kolle ktiv müqavilənin ("Mazut konstitusiyası"nın) imza lan ması ilə
nəticələndi.
1905 ilin fevral və avqust aylarında erməni-daşnakların a zərbaycanlıla ra qarşı törətdikləri soyqırımla rı za manı
"Hümmət" əhalinin sakitləşdirilməsində və qırğ ınların qarşısının alın masında böyük rol oynadı. 1905 ilin fevralınadək
çıxan "Hü mmət" qəzeti 6-cı nö mrəsindən sonra "zərərli istiqamətinə görə" bağlandı. M.Ə.Rəsulzadənin sözlərinə görə, bu
qəzet partiya orqanı o lan ilk türk qəzet i idi.
1905 ildə İran inqilabının başlanması ilə əlaqədar "Hü mmət"in fəa liyyəti xüsusilə genişləndi. Cənubi Azə r-
baycanın azad edilməsinə olan ü midlərini İran inqilabın ın qələbəsinə bağlayan "hümmət‖çilərin, demək o lar, hamısı bu
inqilabda iştirak etdilər.
"Hümmət‖in fəaliyyətində Azərbaycan dilində qəzetlərin nəşri əhəmiyyətli yer tuturdu. 1906-07 illərdə təşkilat
"Dəvət-Qoç", "Təkamül" və "Yo ldaş" qəzetlərini bura xırdı. On ların böyük hiss əsi milli maariflən mənin ənənəvi prob-
le mlərinə, zəh mətkeşlərin ağır şərait inə və ayrı-ayrı hallarda cahil ruhanilə rin tənqidinə həsr olun muşdu.
1907 ilin iyununda üzvlərin in əksəriyyətinin həbs edilməsi nəticəsində təşkilat xeyli zəifləd i. "Hü mmət‖in Bakı
şöbəsinin həmin dövrdəki fəaliyyəti barədə son məlu matlar 1910 ilə aiddir, bundan sonra isə təşkilat 1917 ilə kimi,
demə k ola r, fəaliyyət göstərmə mişdir.
1907 il repressiyalarından sonra "Hümmət"in Bakıdakı fəaliyyəti məhdudlaşsa da, şəhərdən kənarda apardığı iş
davam et məkdə idi. Təşkilatın şöbələri Gəncədə (Ye lizavetpol), Şuşada, Na xçıvanda, Cu lfada fəa liyyət göstərirdi. La kin
onların arasında həm üzv lərinin sayına, həm də siyasi fəallığına görə ən əhəmiyyətlisi "Hü mmət"in 1905 ildə yaran mış
Tiflis şöbəsi idi (bax "Müsəlman sosial-demokrat (menşevik) Hümmət partiyası").
"Hümmət‖in Tiflis təşkilatı yerli sosial-demokratlarla İran inqilabçılarını Bakı təşkilatına nisbətən daha çox bir-
ləşdirirdi. Tiflisdə "İctimaiyyun-a miyyun" və ya "Mücahid" partiyasının şöbələri də fəa liyyət göstərirdi. 1906 ildə Ba kıda
və Tiflisdə İran inqilabç ıla rına yard ım ko mitələ ri yaradılmışdı. Ba kı ko mitəsinə M.Ə.Əzizbəyov, Tiflis ko mitəsinə isə
Nəriman Nərimanov rəhbərlik ed irdi. İran inqilabç ıla rına yardım göstərilməsi 1909 il Təbriz üsyanı za man ı daha da
gücləndi. Təbriz üsyançılarına kö məyə gedən və əksəriyyəti azərbaycanlılardan ibarət o lan Cənubi Qafqaz könüllülərin in
sayı 800 nəfərə çatırdı. Onlardan 50 nəfəri Təbrizin müdafiəsi zamanı həlak olmuşdu. 1911 ilin dekabrında inqilab
yatırıldıqdan sonra Təbrizdə və Rəştdə hərbi-səhra məhkəmələri təşkil edilmişdi. 200-dək könüllü yayına bilsə də, ço xları
həbs olunmuşdu. O za man İranda olan M.Ə.Rəsulzadə və Seyid Həsən Tağızadə
462
təqiblərdən yaxa qurtarmaq üçün Türkiyəyə getməyə məcbur olmuşdular.
İranda, eləcə də Rusiyada "hümmət‖çilərin təqib edilməsi, həbs və sürgün olunması Tiflis "Hü mmət‖inə və onun
Azərbaycanın mü xtə lif bölgə və şəhərlərindəki şöbələrinə ağır zərbə vurdu. Tiflis təşkilatın ın Ba kı "Hü mmət‖indən daha
uzun müddət mövcud olmasına baxmayaraq, 1911 ildən sonra onun fəaliyyəti barədə də məlu mat, demək olar ki, yo xdur.
Bu təşkilat yalnız 1917 ilin martından bərpa olundu.
1917 ilin martında, Rusiyada Fevral inqilab ından bir neçə gün sonra, "Hümmət‖in bir ço x keçmiş üzvü təcili o la-
raq konfrans keçirib, təşkilatn RSDF(b )P-n in Bakı Ko mitəsi ilə b irləşməsi məsələsini mü zakirə etdilər. Lakin təşkilatın öz
ənənələri olduğu və müsəlman kütlələrin in psixo logiyası nəzərə alınaraq, səs çoxluğu ilə, partiyanın RSDF(b)P ilə
birləşmə məsi və "Hü mmət" adının saxlanılması qərara a lındı. Təşkilatın müvəqqəti ko mitəsi yaradıldı. 1917 il iyunun 16-
da, N.Nərimanov başda olmaq la, "Hü mmət"in daimi şəhər ko mitəsi seçildi. Ko mitəyə 14 ü zv, o cü mlədən Sultan məc id
Əfəndiyev, Həmid Su ltanov, Əsədulla Axundov, Məşədi Əzizbəyov, Ağababa Yusifzadə, Bünyad Sərdarov, Möhsün
İsrafilbəyov (Qədirli), Tağı Şahbazi daxil idi. Bolşeviklərin proqramın ı təşkilatın əsas proqramı kimi qəbul etmək qərara
alındı. İyulun 3-dən N.Nərimanovun redaktorluğu ilə "Hü mmət" adlı qəzet çap olun mağa başladı. Bakının Binəqədi,
Suraxanı, Sabunçu rayonlarında, Gəncə, Lənkəran, Şamaxı və Naxçıvanda təşkilatın şöbələri yaradılmışdı. İyulun
sonlarında isə Azərbaycan xalq ının milli oyanışı və təşkilatlan masından ehtiyat edən Bakı bolşeviklərin in təzy iqi
nəticəsində "Hümmət" təşkilatında parçalan ma baş verdi. Sol qanadı təşkil edən "hümmət"çilər bolşeviklərlə sıx əlaqədə
işləyird ilər, sağ qanad isə menşevikyönlü "hümmət"çilərdən ibarət idi. Onlar sosial-demokrat menşevik Tiflis "Hü mmət"i
ilə və onun liderləri olan İbrahim Əb ilov, Sə məd ağa Ağamalıoğlu, Əh məd Pep inov və b. ilə ə məkdaşlıq edirdilər. Tiflis
hümmətçiləri 1918 ilin ikinci yarısında Bakıya köçdükdən sonra Azərbaycan Parlamentinin sosialist fraksiyasını təşkil
etmişdilər.
1918
ilin aprel ayında Bakıda "Hü mmət‖in hər iki qanadının gərgin polemika şəraitində konfransı keçirild i. Əsas
mübahisə mövzusu Hökumətə və Parlamentə münasibət idi. Mübahisələrə baxmayaraq, konfrans "Hü mmət" təşkilatın ın
11 nəfərdən ibarət vahid Mərkə zi Ko mitəsini seçdi (onla rın 7-si - M irzə Davud Hüseynov, Əliheydər Qarayev və b.
"Hümmət"in sol qanadını təmsil edird ilər). Lakin 1919 ilin yayında bolşeviklərin Bakı ko mitəsinin "Hümmət‖i Rusiya
Kommun ist (bolşeviklər) Partiyasına (RK(b)P) b irləşdirmək niyyəti məlu m olduqdan sonra menşevik "hümmət‖çilər
təşkilatdan çıxdılar. Bo lşevik "hümmət"çilə r R.A xundovun rəhbərlik etdiy i azə rbaycanlı sol eserlə rlə birləş məyə də meyl
göstərirdilər. Lakin bu cəhdlər uğursuzluqla nəticələndi. Bolşevik "hümmət‖çilər RK(b)P-nin Qafqaz Diyar Ko mitəsinin
və RK(b)P Ba kı Ko mitəsinin təşəbbüsü ilə Azə rbaycan Kommunist Partiyasının yaradılması məsələsini dəstəklədilər.
1919 ilin yayından etibarən bu istiqamətdə fəal iş aparıldı. 1920 il fevralın 8-də bolşevik "Hü mmət‖in, "Ədalət"
partiyasının və RK(b)P Bakı Ko mitəsinin birgə iclasında A zərbaycan ko mmun ist təşkilatlarının təsis qurultayının
keçirilməsi haqqında qərar qəbul olundu. Azərbaycan kommunist təşkilatlarının (RK(b)P Bakı Ko mitəsi, "Hü mmət‖,
"Ədalət") fevralın 11-12-də keçirilən 1-ci qurultayında bu təşkilatlar birləşərək, M.D.Hüseynovun sədrliyi ilə Azərbaycan
Ko mmunist (bolşeviklər) Partiyasının (AK(b)P) yarad ılması haqqında qərar qəbul etdilər. Bu vaxtdan etibarən bolşevik
"Hümmət"in müstəqil fəaliyyətinə son qoyuldu. Parlamentdə yalnız S.Ağamalıoğlunun rəhbərlik etdiyi menşevik
"Hümmət" fraksiyası fəaliyyət göstərirdi.
AK(b)P 1920 il apre lin əvvəlindən etibarən RK(b)P Qa fqaz Diyar Ko mitəsi ilə b irgə Ba kının 11-c i Qırmızı ordu
tərəfindən işğalı və ko mmunist çevrilişi p lanını hazırla mağa başladıla r. Apre lin 27-də, Bakın ın işğalçı sovet qoşunları
tərəfindən mühasirəyə alındığı şəraitdə, Hə mid Sultanov AK(b)P M K, RK(b )P Qafqa z Diyar Ko mitəsinin Ba kı bürosu və
Mərkə zi Fəhlə Konfransı adından Azərbaycan Parla mentinə hakimiyyətin N.Nərimanovun rəhbərliyi ilə sovet fəhlə-
kəndli höku mətinə təhvil verilməsi haqqında ultimatu m təqdim etdi. Parla ment bura xılandan dərhal sonra, aprelin 28-də,
N.Nərimanovun sədrliyi ilə, M .D.Hüseynov, D.Bünyadzadə, A.Əlimov, Ə.Qa rayev, H.Sultanov və Q.Musabəyovun daxil
olduğu Azərbaycan Müvəqqəti İnqilab Ko mitəsi (AMİK) yaradıldı. AMİK-in tərkibinin "hümmət"çi bolşeviklərdən
ibarət olması təsadüfi deyildi. Yerli a zərbaycanlı ko mmunist-bolşeviklə rdən təşkil o lunan bu hakimiyyət quru mu Sovet
Rusiyasının birbaşa hərbi müdaxiləsini pərdələmək və xalqda yeni hakimiyyətə rəğbət oyatmaq məqsədilə yaradılmışdı.
Əd
.: Azərbaycan tarixi, 3 cilddə, c.2, 3, B., 1964; 1973; Azərbaycan tarixi, 7 cildd ə, c.5, B., 2001; Azərbaycan Kommunist
Partiyası tarixinin oçerkləri, B., 1964; Rəsulzadə M.Ə., Əsərləri, c.l, B., 1992; Багирова И.С., Политические партии и организации
Азербайджана в начале XX века , Б., 1997; Очерки истории Коммунистической партии Азербайджана, т. 1, Баку, 1985; Отчет
сенатора Кузминского, проделанный в Баку и Бакинской губернии в 19058 г., Баку, 1906.
"HÜMMƏT" - Azərbaycan dilində ilk qeyri-leqal qəzet, sosial-demokrat "Hü mmət" təşkilatının orqanı. 1904
ilin sonlarından 1905 ilin fevralına qədər Bakıda nəşr olunmuşdur. Cəmi 6 nö mrəsi çıxmışdır. "Hü mmət"in səhifələrində
inqilab i ideyalar yayılırdı. Qəzet 1905 il fevralın ortalarında "zərərli istiqamətinə görə" polis tərəfindən bağlandı, bəzi
əməkdaşları isə həbs edildi. 1906 ilin dekabrında "hümmət‖çilər "İrşad" mətbəəsində Mehdi bəy Hacınskinin adına 1907
ilin martına qədər çıxmış "Təkamü l" qəzetinin buraxılmasına icazə ala bildilər. Elə həmin ilin avqustundan
sentyabrınadək "hümmət‖çilər " Yoldaş" qəzetini nəşr etdirdilər. Bu qəzetlər, əslində, "Hümmət‖in varisi və ideya
davamçıları idi. Məhəmməd Əmin Rəsulzadə, Su ltanməcid Əfəndiyev, Məmməd Həsən Hacınski, Məşədi Əzizbəyov və
başqaları qəzetin səhifələrində müntəzəm olaraq çıxış edirdilər. M.Ə.Rəsulzadə və M.Hacınski ö z məqalələrində milli
vəhdətə, xalq ın ö z müqəddəratını təyin et mə k hüququ uğrunda mübarizəyə, müsəlman xalq larının b irliy inə çağırışa
üstünlük verird ilər.
Qəzet 1917 il iyulun 3-də "Hü mmət" təşkilatının orqanı kimi yenidən nəşrə başladı. Ancaq bu za man M.Ə.Rəsul-
zadənin başçılıq etdiyi bir qrup ziyalı artıq "Hü mmət" təşki lat ından uzaqlaşmışdılar.
463
Bu zaman "Hü mmət"in redaktoru Nəriman Nərimanov idi. Redaksiya heyətinə mü xtəlif vaxt larda Dadaş Bünyadzadə,
Sultanməc id Əfəndiyev, Hə mid Sultanov, Tağı Şahbazi və b. da xil olmuşla r. Yeni nəşrin sonuncu - 113-cü nömrəsi (ilk
35 sayı həftəlik, 36-43-cü sayları günaşırı, sonrakı sayları isə gündəlik) 1918 il iyulun 30-da çıxmışdır.
"Hümmət"in səhifələrində, əsasən, fəhlələri sosialist inqilab ına səsləyən məqalələr dərc edilirdi. Bakıda sovet
hakimiyyəti qurulduqdan sonra qəzet daşnak-bolşeviklərin rəhbərlik etdiy i Bakı Xalq Ko missarları Sovetinin tədbirlərini
işıqlandırmışdır. 1918 il iyulun 31-də Bakı Xalq Ko missarları Sovetinin (" Bakı ko mmunası") süqut etməsi ilə
"Hümmət‖in nəşri dayandırıldı. Qəzet 1919 ilin mayından 1920 ilin mayına qədər Həştərxanda çap olun muşdur. Bu
müddət ərzində "Hü mmət"in cəmi 44 nö mrəsi çıxmışdır. Həştərxan nəşrinin redaktorları mü xtəlif vaxtlarda Dadaş
Bünyadzadə, Məmməd Səid Ordubadi olmuşlar.
Əd
:. Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Siyasi tarix, c.l., B., 1995.
"HÜMMƏT" FRAKS ĠYAS I - A zərbaycan Xalq Cü mhuriyyəti Parlamentində "Hü mmət" (menşevik) parti-
yasını təmsil edən fraksiya. Fraksiyaya Səməd ağa Ağamalıoğlu başçılıq edirdi. " Hü mmət" (menşevik) partiyasını
Parla mentdə 5 deputat təmsil edird i (ba x A zərbaycan Xalq Cü mhuriyyəti Parla menti). Fra ksiyanın üzvü Əkbər ağa
Şey xülislamov Paris sülh konfransında iştirak edən nü mayəndə heyətinə daxil ed ilmişdi. "Hü mmət" fraksiyasının ü zvləri
Parla mentin ma liyyə-büdcə, təsərrüfat, aqrar, sorğu ko missiyalarının tərkibinə da xil ed ilmişdilər. Fraksiyanın ü zvü Qasım
bəy Ca ma lbəyov Müəssislər Məclisinin çağırılması üzrə Mərkəzi ko missiyanın üzvü id i. Azə rbaycan Xa lq Cü mhuriyyəti
Parlamenti açılarkən, "Hü mmət" fraksiyası tərəfindən Ə.Şey xü lislamov çıxış edərək, Parlament ü zvlərini partiyanın
bəyannaməsi ilə tanış etmişdi. Bəyannamədə fəhlə hüququ, qadın azadlığı, torpaq məsələsi kəskin şəkildə qoyulurdu.
Fraksiya Höku mət qarşısında konkret tələblər irəli sürürdü. Fraksiya rəhbəri Səməd ağa Ağamalıoğlunun başçılıq etdiyi
aqrar ko missiyanın yaradılması da təsadüfi deyild i. Belə ki, kəndlilərin ağır vəziyyəti Parlamenti xüsusi komissiya
yaratmağa məcbur etdi. Lakin aqrar ko missiyanın işləri başa çatmadı, aqrar qanun layihələrin in heç biri qanun statusu
almadı və bununla, Azərbaycan Xalq Cü mhuriyyətinin varlığı üçün zəruri olan ən mühü m məsələlərdən biri həll
olunmamış qaldı. "Hü mmət‖ partiyasından olan deputatlar da sosialistlər fraksiyası tərkib ində Azərbaycan Xalq
Cü mhuriyyəti Höku mətinin fəaliyyətinə münasibətdə kəskin mü xalifətdə olmuş və Şimali Azərbaycanın yenidən
Rusiyanın tərkibinə qatılmasında fəal ro l oynamışlar.
Əd.:
Azərbaycan tarixi, 3 cilddə, c.3, B., 1973; Azərbaycan tarixi, 7 cildd ə, c.5, B., 2001.
HÜS EYN CAVĠD, Hüseyn Abdulla oğlu Rasizadə (24.10.1882, Naxçıvan- 5.12.1941, Rusiya, İrkutsk
vilayətinin Tayşet rayonu, Şevçenko kəndi) - şair, dra maturq, maa rif xadimi. Tanın mış ruhani ailəsində doğulmuşdur.
İlk təhsilini Naxçıvanda moilaxanada (1891-95) sonra isə Məhəmmədtağı Sidqin in məktəbində almışdır (1895-98).
Klassik üslubda ilk şerlərinı də ―Gülçin‖ və "Salik" imzaları ilə burada yazmışdır. 1899-1903 illərdə Cənubi
Azərbaycanda olmuş, Təbrizin Talibiyyə mədrəsəsində təhsilin i dava m etdirmişdir. İstanbul
Universitetinin ədəbiyyat şöbəsini bitirmişdir (1909). Təsəvvüf fəlsəfəsini, Şərq-Qərb ədəbiyyatı və
tarixin i, ərəb, fars və türk dillərini öyrən mişdir. Təbrizdə ticarət lə məşğul olmuş, universiteti
bitird ikdən sonra Na xçıvanda açdığ ı xüsusi mə ktəbdə, Tiflisdə Qa fqaz Müsəlman ları Ruhani
İdarəsinin altısinifli məktəbində, Gəncədə "Məktəbi-ruhaniyyə"də müəllim işləmişdir.
İlk yazıları 20 əsrin əvvəllərində "Şərq i-Rus" və "İrşad" qəzetlərində, "Füyuzat" jurnalında
çap olunan Hüseyn Cavid əsrin 10-cu illərindən etibarən "Həqiqət", "Məktəb", "İqbal", "Yeni İqbal"
və s. qəzet və jurnalla rda lirik-ro mantik şeirlərin i,"Zavallı qadın" ("Maral") faciəsini, "Na xç ıvanda
nələr gördüm", "Na xçıvana nə la zım", "Həsbi-hal", "Na ka mlıq", "Mirzə Abdulla Məhə mməd zadə"
məqa lələ rin i dərc etdirmişdir. 1913 ildə "Ana" faciəsi, "Keç miş günlər" şeirlər toplusu nəşr
olunmuşdur.
Hüseyn Cavid sənəti bədii növ, janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik poemaların ı,
Azərbaycan ədəbiyyatında ilk mən zu m fac iə və dra mla rın müəllifidir. Yarad ıcılığının ilk dövrlə rində ictimai-siyasi lirika-
ya daha ço x d iqqət vermişdir. "Öksüz Ənvər", "Çoban türküsü", "Kiç ik sərsəri", "Dün və bugün", "Qadın", "Görmədim",
"Vərə mli qız" və s. şerilərində sosial əda lətsizliy in hökm sürdüyü cəmiyyətdə ə məkç i insanların faciə li həyatı təsvir
edilir. "Məsud və Şəfiqə" şerində Bakı neft mədənlərində çalışan fəhlələrin dözü lmə z vəziyyəti sahibkarları tüfeyli,
firavan həyatı ilə qa rşılaşdırılır. "Sən nəsin, kimsin deyən ariflərə" (1912) poemasında şair insanlara işıqlı həyat, azad
gələcək yolu arayırd ı. "Məzlu mla r üçün" (1914), "Hər ilah ı qarşısında" (1917) şeirlə rində impe ria list müharibə lərinə
nifrət ə ksini tap mışdır.
Hüseyn Cavid daha ço x dramaturq kimi tanın mışdı Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub,
yazı manerası, fo rma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr
mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi s əciyyələndirilmişdir. Dra maturg iyasında
dövrün ümu mbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır. Mənzu m "Ana"
(1910) pyesində nəciblik, sədaqət, mə rdlik kimi keyfiyyətlərin yaln ız sadə insanlarda olduğu göstərilir. "Mara l" (1912)
faciəsində şəxsiyyət və qadın azadlığı məsələsi qald ırılır, a ilə münasibətlərində mürtəce ə xlaqi görüşləri tənqid edilir.
Azərbaycan ədəbiyyatında ilk mə zu m faciə olan "Şey x Sənan" (1914) əsərində xa lqla rı b ir- birindən ayıran dini və milli
təəssübkeşlik ə leyhinə üsyankar etira z ruhu hakimd ir.
465
1915 ildən Ba kıda yaşamış, Məhəmməd Əmin Rəsulzadə və Seyid Hüseynin rəhbərlik etdiy i "Səfa" xeyriyyə
cəmiyyətinin eyni adlı mə ktəbində müə llimlik, "Açıq söz" qəzet ində ə mə kdaşlıq et mişdir. Burada "Şey x Sənan"
faciəsindən parçala r çap etdirmiş, "Qardaş kö məy i" jurnalının redaksiya heyətinin, "Mühərrirlər və əd iblər cə miyyəti"nin
üzvü seçilmişdir. Hüseyn Cavid bu dövrdə tədriclə "Haqq verilmir, alınır" ideyasına gəlib çıxmışdı. Həmin ideya "Şeyda"
(1917) dramında, "Haqqın ı sən mübarizə ilə ala bilərsən" (1918) poemasında daha bariz ifadəsini tap mışdır. "Şeyda"da
Hüseyn Cavid yalnız ideya və mənəviyyatlardakı ziddiyyəti deyil, real sosial ziddiyyətləri də göstərir, "füqərayi-
kasibə"ni, "qabarlı ə llər"i istismarç ılarla mübarizəyə çağ ırırd ı. Ya radıc ılığında mühüm yer tutan "İblis" (1918) faciəsində
dövrün bütün mürtəce qüvvələri -" insan insanın canavarıdır" fəlsəfəsinin tərəfdarları, "iy irminci əsrin mədəni vəhşiləri"
olan imperialist dairələri İblis surətində ümu miləşdirilmiş, işğalçı müharibələrə lənət yağdırılmışdır. Hüseyn Cavid 1918
ildə e rmənilərin a zərbaycanlılara qarşı törətdikləri mart soyqırımın ın bütün dəhşətlərinin şahidi olmuş, bir müddət
Bakıdan uzaqlaşaraq, Naxçıvanda yaşamış, " Rüşdiyyə" məktəbində müəllim işləmiş, Araz Türk Cü mhuriyyətinin
təşkilində iştirak et mişdir. Araz Türk Cü mhuriyyəti hökumətinin Azərbaycan Xalq Cü mhuriyyətinə ezam etdiyi geniş
səlahiyyətli nümayəndə heyətinin tərkibində Hüseyn Cav id də var idi. 1919 ilin əvvəllə rində Ba kıya dönərək, Azərbaycan
Xalq Cü mhuriyyətinin maarif, təhsil işlərində fəal çalış mışdır. Birinci realn ı məktəbdə təşkil edilmiş "türk sinfi"ndə, Bakı
darülmüəllimin ində müəllim işləmiş, " Bakı və ətraf rayonlarının müəllimlər ittifaqı" idarə heyətinin üzvü seçilmiş, " Yaşıl
qələ m" ədəbi birliy inə da xil o lmuşdur. 1919 ildə Abdulla Şaiq lə birgə ədəbiyyat nəzəriyyəsinə dair "Qəvaid i-ədəbiyyat"
("Ədəbiyyat dərsləri") adlı dərslik nəşr etdirmişdir.
Azərbaycan Xalq Cü mhuriyyəti dövründə Cavid in yaradıc ılığı mə ktəb proqra mla rına da xil edilmiş, Rüşdi və
Edadi mə ktəblərin 3-cü və 4-cü siniflərində tədrisi nəzərdə tutulmuşdu. Abdulla Şa iq "Türk çələngi" (1919) dərsliy inə
Cavid in tərcü meyi-halını, " Bakıda" ("Məsud və Şəfiqə"), "Kiç ik sərsəri", "Öksüz Ənvər", "İlk bahar", "Qız məktəbində",
"Çiçək sevgisi" şeirlərini də daxil etmişdi.
Mürtəce qüvvələrlə azadlıq, bərabərlik, sülh, beynəlmiləlçilik, maarif və mədəniyyət dostlarının toqquşması
Hüseyn Cavidin 1920 ilədək yazdığı əsərlərin başlıca konflikt məqamları idi. Bu əsərlərin bədii qayəsini bəşəriyyətin
fəla kətinə ədalətsiz, istisma rçı ictima i quruluşların səbəb olması fikri təşkil ed ir. Estetik idea lla rına sadiq qalan Hüseyn
Cavid bununla yanaşı, 20-30 illərdə dövrün nəbzi ilə səsləşən bir sıra əsərlər yarat mışdır. "Azər" dastanı (1920-37) bu
əsərlər arasında xüsusi yer tutur. 1926 ildə müalicə üçün Alman iyaya gedən və bir müddət Berlində yaşayan Hüseyn
Cavid vətənə Qərb dünyasının sosial-mənəvi ziddiyyətlərini ə ks etdirən bir sıra siyasi-lirik və lirik-epik şeirlərlə qayıtdı.
"Nil yavrusu" əsərində Hüseyn Cavid müstəmlə kə zü lmünü qəzəb və nifrət lə da mğa layırd ı. 20-30-cu illərdə Hüseyn
Cavid b ir sıra tarixi dramlar yazmışdır. "Peyğəmbər" (1922), "Topal Tey mur" (1925) əsərlərindən sonra yazdığı
"Səyavuş" (1933), "Xəyya m" (1935) tarixi dra mla rı Hüseyn Cavidin tarixə , tarixi şəxsiyyətlərə ba xışında ciddi bir dönüş
oldu. Şair bu əsərlərində
467
istibdada qarşı üsyan edən kütləni, üsyan başçıların ı və Xəyyam kimi
azadfikirli bir mütəfəkkiri baş qəhrəman seçmişdir. Faşizm və İkinci
dünya müharibəsi təhlükəsin in artması 30-cu illərin əvvəllərində
Hüseyn Cavidi narahat edən problemlər idi ("İblisin intiqamı" dramı,
1936). Cənubi Azərbaycandakı soydaşlarımızın "şahənşahlıq" üsuli-ida-
rəsinin əsarəti alt ında əzab çə kməsi, ən adi insan hüquqlarından məhru m
edilməsi də vətənpərvər şair kimi Hüseyn Cavidi düşündürürdü ("Telli
saz" dramı, 1930; "Kor ney zən" poeması, 1930). Hüseyn Cavidin
fəlsəfı, ict ima i-siyasi görüşləri "ümu mi məhəbbət" ideyasından yüksək
humanizmə qədər böyük bir in kişaf yolu keç mişdir. Poe ziyası yüks ək
bədii sənətkarlığı, dərin e mosionallığı, s əmimiyyəti ilə seçilir.
1937
ildə
Stalinin
"böyük terroru" başladıqda, Cavid ilk həbs edilənlər arasında
oldu. Bir müddət Türkiyədə yaşadığından, onu Türkiyə
casusluğunda, pantürkizm və panturanizmdə ittiham etdilər.
Sovet cəza maşının ın bütün dəhşətlərini yaşasa da, Cavid ona
qarşı irəli sürülən ittihamların heç birini qəbul etmədi. Günahsız
şairə 8 il həbs cəzası kəsild i və 1938 ildə cəzasını çəkmək üçün
Maqadana, 1940 ildə isə İrkutsk vilayətinə sürgün edild i. Ağır
işgəncələrə, sərt və amansız həbsxana həyatına dözməyən həssas,
incə ruhlu şair orada da vəfat etdi.
Sa xta ittiha mlarla həbs edilmiş Hüseyn Cavidə Azə r-
baycan SSR Ali Məhkə məsin in 1956 il 6 ma rt tarixli qərarı ilə
ölümündən sonra bəraət verilmişdir.
Anadan olmasının 100, 110 və 120 illik yubileyləri geniş
qeyd olunmuşdur. Naxçıvanda və Bakıda ev-muzeyləri yara-
dılmış, Bakıda, vaxtilə yaşadığı b inaya (indiki A zərbaycan Milli
Elmlər Akade miyasının Əlyazma lar İnstimtunun binası) ü zərində
şairin barelyefi olan xatirə lövhəsi vurulmuşdur. 100 illik
yubileyi ərə fəsində cənazəsi Azərbaycan xalq ının böyük oğlu
Heydər Əliyevin təşəbbüsü ilə İrkutsk vilayətindən Na xç ıvana
gətirilmiş, buradakı ev-mu zeyinin ya xınlığında dəfn edilmiş,
qəbri üzərində möhtəşəm məqbərə ucaldılmışdır (1996). 1982
ildə Na xç ıvanda "Hüseyn Cavid poeziya teatrı" açılmışdır. Adına
Bakıda, Naxçıvanda və respublikan ın digər şəhər və rayonlarında küçə, bağ, məktəb, kitab xana, kinoteatr və s. mədəni-
maarif müəssisələri var. Bakıda əzəmətli abidəsi ucaldılmışdır.
Əsərləri:
Seçilmiş əsərləri, B., 1958; Pyeslər, B., 1963; Seçilmiş əsərləri, c.1-3, B., 1968-71; Dram əsərləri, B., 1975;
Seçilmiş əsərləri, 4 cilddə, B., 1982-84; Əsərləri, 3 cilddə, B., 2003; Женщина Востока, Стихи и пьесы, Б., 1982; Пьесы, кн. 1-2, Б.,
1982-1983.
Əd.:
Azərbaycan ədəbiyyatı tarixi, 3 cildd ə, c.2, B., 1960; M əmməd Cəfər, Hüseyn Cavid, B., 1960; yenə onun, Azərbaycan
ədəbiyyatINda romantizm, B., 1963; Cəfərov C„ Azərbaycan dram teatrı, B., 1974; Cavid M., Cavidi xatırlarkən, B., 1976; M əmmədli
Q., Cavid ömrü boyu, B., 1982; Hüseynov R., Cavidlər, onun "Vaxdan uca" kitabında, B„ 1987; M əmmədov M„ Acı fəryadlar, şirin
arzular, B„ 1983; Xəlilov S„ Cavid fəlsəfəsi, B„ 1996; Ənvər Uzun, H.Cavid və Türkiyə ədəbiyyatı, B„ 1998.
Dostları ilə paylaş: |