Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə76/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   72   73   74   75   76   77   78   79   80

 

HƏBĠBULLA  XAN  (?-?)-  İranın  A zərbaycan  Xalq  Cü mhuriyyətində  konsulu.  1918  ilin  iyulunda,  Qafqaz  İslam 

Ordusunun hərbi uğurları şəra itində ölkənin türk-müsəlman əhalisinin nifrətin i qa zan mış S.Şau myanın başçılıq etdiyi Ba kı 

Xalq  Ko missarları  Soveti  istefa  verməyə  məcbur  oldu.  Hakimiyyətə  keçən  daşnak  və  eser-menşeviklərdən  ibarət 

"Sentrokaspi diktaturası" ingilislərdən gözlənilən  kö məy i ala bilmədi. Qafqaz İslam Ordusuna müqavimət göstərə bilməyən 

"Sentrokaspi diktaturası" əlverişli təslim şərtlərinə nail o lmaq üçün bu zaman  İranın  Bakıdakı  konsulu olan Həbibulla  xan ı 

vasitəçi seçdi. 

Sentyabrın 1-də İran konsulu Bakın ı müdafiə edən Qərb cəbhəsinin komandanı ilə birlikdə Beşinci Qafqaz firqəsinin 

qərargahına getdi. Ba kının təslim şərt lərinin mü za kirəsi za manı "Sentrokaspi" hökumət inin, İran, A BŞ, İsveç və Danimarka 

konsulların ın və bir  ingilis  zabitinin də  iştirak etdiyi beynəlxalq heyətin yaradılması təklifi  irəli sürüldü. Türk qay məqamı 

Rüşdi bəy Bakıya gələrək, buradan sülh heyəti ilə geri qayıtdı.  Bakıdan gələn heyətlə şəhərin qeyd-şərtsiz təslim edilməsi, 

dövlət əmlakının təhvil verilməsi, türk, Avstriya və alman əsirlərinin azad olun ması şərtilə saziş bağlandı. 

Bağlan mış saziş və Qafqaz İslam Ordusunun sürətli hücumu erməni birliklərini tələm-tələsik gəmilərə dolub şəhəri 

tərk et məyə  məcbur etdi. Təslim a ktı nəticəsində tərəflə r arasında küçə döyüşlərinin baş vermə məsi  Ba kın ı geniş  miqyaslı 

dağıntılardan xilas etdi. 

 

Əd:. 

Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993;  Yüceer Nəsir, Birinci dünya 

müharibəsində osmanlı ordusunun Azərbaycan və Dağıstan əməliyyatı, B., 1999. 

 

HƏKĠMLƏRƏ  YARDIM  BÜROS U  A zərbaycan  Xalq   Cü mhuriyyəti  dövründə  qeyri-höku mət  tibb  cəmiyyəti. 

1920 ildə Bakı şəhərində həkimlə r cə miyyəti nəzd ində yaradılmışdı. Büronun vəzifəsi boş iş yerlərini qeydə almaq, işsizləri 

həmin  yerlərə  yerləşdirmə k,  onlara  b irdəfə lik  ya xud  va xtaşırı  pul  yard ımı  göstərmə k  idi.  Büro  şəhər  idarəsi  tibb-sanitar 

şöbəsinin  nəzdində  fəaliyyət  göstərirdi.  Şəhər  idarəsi  tibb-sanitar  şöbəsinin  ü zvü  Şərifov  və  həkimlər  A.Neşeretov, 

A.İ.Okinşeviç  büronun  üzvləri  idilər.  1920  ildə  A zərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  həkimlərə  yardım 

bürosunun fəaliyyəti dayandırıld ı. 



HƏRB  DÖVRÜ  ÜÇÜN  QANUNLARIN  TƏTBĠQĠ  HAQQINDA  QƏRAR  - Azərbaycan Xalq  Cü mhuriyyəti 

Höku məti tərəfindən 1918 il iyunun 23-də qəbul edilmiş sənəd. Höku mətin A zərbaycan Xalq Cü mhuriyyəti ərazisində hərbi 

vəziyyət elan olun ması barədə 1918 il 19 iyun tarixli qərarına əsasən hazırlan mışdı. Qə rara əsasən, mövcud mü rəkkəb hərbi-


450 

 

siyasi  şəraitlə  əlaqədar  ölkə  vətəndaşları  üçün  bir  sıra  məhdudiyyətlər  müəyyənləşdirilird i.  Bəzi  cinayət  əməlləri  (qətl, 



soyğunçuluq, talan, hakimiyyətə silahlı müqavimət göstərilməsi, qadın ların oğurlan ması və onlara təcavüz edilməsi, yaşayış 

binalarının  yandırılması,  dəmir  yolunun,  telefon  və  teleqraf  xətlərin in  xarab  edilməsi  və  s.)  ü mu mi  təhqiqatdan  alınaraq, 

müharibə dövrünün qanunları əsasında mühakimə olun malı idi. Bu cinayət əməllərini törədənlər hərbi-istintaq komissiyaları 

tərəfindən  məsuliyyətə  cəlb  ed ilməli,  təhqiqatın  nəticələ ri  hərbi  məh kə mə lərə  göndərilmə li  idi.  Bundan  əlavə,  aşağıdakı 

əməllərin törədilməsinə qadağa qoyulurdu:  milli hissləri və əhalin in  mü xtəlif təbəqələrini bir-birinə qarşı q ızışdıran  yalan 

mə lu matla rın   və  şayiələrin  yayılması;   höku mətin  fəaliyyəti  və  qəra rla rı,  hə rbi  hissələrin  ə mə liyyatları  haqqında  yalan 

mə lu matla rın yayılması; hakimiyyət orqanların ın ra zılığı olmadan kütləvi yığıncaqla rın və  mit inqlərin keç irilməsi;  mü xtəlif 

odlu silahların, patronların, sursatın, partlayıcı  maddələrin gəzd irilməsi, saxlan ması və ticarəti.  Qərarın  elan ed ilməsindən 

sonra  iki  həftə  ə rzində  vətəndaşlar  malik  olduqları  silah-sursatı  dövlət  orqanlarına  təhvil  vermə li  idilər.  Qə rarın  qarşıya 

qoyduğu tələbləri yerinə yetirməyənlərə qarşı cəza tədbirləri də müəyyənləşdirilmişdi. 



 

Əd: 

Süleymanov M., Azərbaycan ordusu (1918-1920), B„ 1998

 

 

HƏRB DÖVRÜ  ÜÇÜN QANUNLARIN  TƏTBĠQĠ  HAQQINDA QƏRARA ƏLAVƏLƏR  - A zərbaycan Xalq 

Cü mhuriyyəti  Nazirlər  Şu rasının  Hərb  Dövrü  Üçün  Qanunların  Tətbiqi  Haqqında  Qərara  əlavə  olaraq  qəbul  etdiyi 

sənədlər.  Göstərilən  sənədə  iki  dəfə  əlavə  qəbul  edilmişdir.  1918  il  iyulun  15-də  imzalan mış  birinci  əlavə  iki  bənddən 

ibarətdir.  1-c i bənddə Hərb  Dövrü  Üçün  Qanunların Tətbiq i  Haqqında  Na zirlə r Şurasının   23  iyun 1918  il tarixli qərarına 

əsasən, müharibə dövrünün qanunları görə  mühakimə o lunan cinayət əməllərin in sırasına yeniləri də əlavə edilmişdi.  Bura 

dövlət  hakimiyyəti  əleyhinə  üsyan,  dövləti  xəyanət  və  güc  tətbiq  etməklə  dələduzluq  daxil  id i.  2-ci  bənddə  Əlahiddə 

Azərbaycan korpusu məhkə məsinin fəaliyyət norma ları dəqiqləşdirilirdi:  korpus məhkə məsinin ç ıxa rdığı hökm təsdiq üçün 

korpus  ko mandirinə  təqdim  olun malı  idi.  Korpus  ko mandirinə  hökmü   dəyişdirmə k,  müəyyən  edilmiş  cə za ları 

yüngülləşdirmək  və  ya  tamamilə  ləğv  etmək  səlahiyyəti  verilird i.  Müttəhimlərin   əfv  ərizələrinə  də  ko rpus  komandiri 

baxmalı idi. 

Nazirlə r  Şurasın ın  1918  il  iyulun  18-də  qəbul  etdiyi  ikinc i  ə lavədə  isə  inzibati  qaydada  cəzalandırılan  şə xslərin 

sırası tamamlan mışdı.  Bura ərzaq  məhsullarının və ilkin tələbat mallarının qiy mətlərinin süni yolla qaldırılmasında, onların 

gizlədilməsində, satışının dayandırılmasında və ya yuxarıda göstərilən  məhsulların satışından imt ina edilməsində günahkar 

bilinən şəxslər də da xil edilmişdi. 



 

Əd: 

Aзepбaйджанская Демократическая  Pecnублика   (1918-1920),  Армия (документы и материалы), Б., 1998;

 

 

HƏRBĠ-BAYTAR  ĠDARƏS Ġ - A zərbaycan Xalq Cü mhuriyyəti dövründə qoşun hissələrində istifadə olunan atlar 

və qoşqu heyvanlarının bəslənilməsi, mühafizəsi, müa licəsi və bundan ötrü müəyyən edilmiş xid mətlərin icrasın ı təşkil edən 

orqan. Müstəqil struktur kimi 1919  ilin əvvəlində fəaliyyətə başladığı güman edilir. Hərbi-baytar idarəsi qoşun hissələrində 

baytar  xid məti  göstərirdi.  Bu  xid mətdən  əsasən,  süvari  və  topçu  hissələrində,  həmç inin  p iyada  və  təchizat  bölmələ rində 

istifadə olunurdu. 

1919  ilin  martından  başlayaraq  hərbi  baytar  idarəsinin  rəhbərliyi  ilə  nalbəndlər  hazırlayan  4  təlim  dəmirçixanası 

açılmışdı. Həmin dəmirçixanalar 1-ci Tatar süvari alayında, 2-ci Qarabağ süvari alayında, 1-ci topçu briqadasında və nəhayət, 

2-c i  dağ  topçu  divizionunda  fəaliyyətə  başlamışdılar.  Bunlardan  başqa,  hərbi-baytar  idarəsinin  tabeliyində  baytar 

xəstəxanası da fəa liyyət göstərirdi. Hə rbi-baytar idarəsinə baytar həkimlə ri Ye rmonski və Kvitaşvili rəhbərlik et mişlə r. 

1920 il  martın 15-də hərbi nazirliy in digər təminat və təchizat strukturları  kimi hərbi-baytar idarəsi də Azərbaycan 

ordusunun təchizat rə isinin tabeçiliyinə verildi. 

HƏRBĠ  DƏMĠRYOLÇULAR  MƏKTƏBĠ  hərbi  xarakterli  yükləri  daşımaq,  dəmir  yolu  nəqliyyatı  işinin  hərbi 

tələblərə uyğun qurulması üçün mütə xəssislər hazırlayan təhsil  müəssisəsi. Məktəbin açılması ilə bağlı təşkilati  işlərə  1919 

ilin yazında başlanılmışdı.  Hərb i nazirlik strateji nəqliyyat vasitəsi kimi, bu sahənin təşkilinə  xüsusi diqqət yetirird i. Həm 

də, dəmir yolu nəqliyyatında çalışanların əksəriyyəti qeyri-a zə rbaycanlılar olduğundan onların etibarlılığ ı şübhə doğururdu. 

Hərbi  yüklə rin  daşınmasında  fasiləsiz  iş  rejiminə  və  sabit  vəziyyətə  nail  olmaq  üçün  1919  il  avqustun  10-da  hərbi 

dəmiryolçula r  məktəbi  təsis  edildi.  Baş  ərk ani-hərbin  rəisi  Mə mməd  bəy  Su lkev için   1919  il  28  may   tarixli  məktubuna 

əsasən, praporşiklər  məktəbinin 20 nəfər  məzunu yeni ixtisasa yiyələnmək üçün hərbi dəmiryolçular  məktəbinə göndərildi. 

Məktəbdə 120 nəfə r əsgərin təhsil alması plan laşdırılmışdı. Hə rbi na zirin ə mrinə  əsasən,  məktəb  1919  il sentyabrın 4-dən 

fəaliyyətə başladı. Məktəbin rə isi və zifəsi poruçik Qlu xova həvalə o lun muşdu. 

HƏRBĠ-DƏNĠZ  QÜVVƏLƏRĠ  -  A zərbaycan  Xalq  Cü mhuriyyəti  ordusunun tərkibində  formalaşdırılmış  silahlı 

qüvvələr növü. Cü mhuriyyət Hö ku məti obyektiv çətin liklər ü zündən hərbi-dəniz qüvvələrinin  təşkilinə 1919 ilin sonlarında 

başladı.  1918  ilin  sentyabrında  Bakın ın  "Sentrokaspi  diktaturası"  və  ingilis  müdaxiləçilərindən  təmizlən məsi  ərəfəsində 

buradakı  əsas  hərb  gəmiləri  -  "Qars",  "Ərdəhan"  və  "Astrabad"  Petrovsk-Porta  (Mahaçqala)  aparılmışdı.  1918  ilin 

noyabrında Bakını zəbt edən ingilis hərb i qüvvələri ad ları çəkilən  gəmiləri geri qaytarsa da, onları A zərbaycan Hö ku mətinə 

vermə miş,  öz  nə zarətində  sa xla mışdı.  Cü mhuriyyət  Hö ku məti  bir  neçə   dəfə  hə min  gə milərin  A zərbaycana  qaytarılması 

barədə  vəsatət  qaldırmışdı.  Be lə  ki,  xarici  işlə r  naziri  Mə mməd  Yusif  Cəfərov  1919  il  avqustun  4-də  Bakıdakı  müttəfiq 

qoşunlarının ko mandanı, ingilis generalı D.Şatelvorta müraciət edərək, paytaxtın və dəniz sərhədlərin in mühafizəsi, dövlətin 

ərazi bütövlüyünün qorunması üçün bir neçə hərb gəmisinin Azərbaycana verilməsini  xahiş etmişdi.  Xəzərdəki hərbi-dəniz 

qüvvələrinin əsas hissəsi Denikin in tabeliy ində olsa da, silahları sökülmüş bəzi hərb gəmiləri, o  cü mlədən "Qars", "Ərdə-

han" və "Astrabad" 1919 il sentyabrın əvvəllərində Azərbaycan Höku mət inin sərəncamına keç mişdi. 


451 

 

Hərbi nazirlik dərhal hərbi-dəniz qüvvələrin in formalaşdırılmasına başlayaraq, nazirliyin hərb i-dəniz şöbəsini təşkil 



etdi.  Hərb   gə miləri  heyətlərin in  forma laşdırılması  barədə   də  qərar  verildi.  A zərbaycan  Höku mət inin   Ukraynadakı 

diplo matik  nü mayəndəsi  rus  donanmasının  ad miralı,  Şimal  qütbünə  ekspedisiyanın  iştirakçısı,  tatar  əsilli  İslamov  milli 

donanmanın  yaradılması  işinə  yardım  göstərmək  üçün1919  ilin  yayında  A zərbaycana  dəvət  olundu.  Donanma  üçün 

avadanlıq  almaq  məqsədilə  dəniz  zabiti  İ.Maqsudov  Krıma  və  Novorossiyskə  ezam  o lundu.  Eyni  zamanda,  yollar 

nazirliyinə  mə xsus 2 bu xa r gə misi a rtilleriya ilə  təchiz edilə rək, a zərbaycanlılardan ibarət ko manda heyəti ilə  birlikdə hərbi-

dəniz  qüvvələrinin  sərəncamına  verildi.  Bu  məqsədlə  daha  bir  neçə  barkas və  motorlu  qayıq  da  ayrıldı.  A zərbaycanın  öz 

hərbi-dəniz  qüvvələrini  yarat ması  Den ikin  ordusunun  komandanlığ ı  tərəfindən  düşməncəsinə  qarşılandı.  Ko mandanlığın 

1919  il  sentyabrın  21-də  A zərbaycan  Höku mətinə  ünvanladığı  notasında  Türkmənçay  müqaviləsinə  (1828)  görə  Xə zə r 

dənizində  yalnız  Rusiyanın  hərbi  donanma  sa xla maq  hüququna  malik  olması  bildirilir,  A zərbaycanın  hərbi  və  t icarət 

donanmasının  milli  bayraq  altında  üzməsin in  dayandırılması  tələb  olunurdu.  A zərbaycan  Höku məti  bu  tələbi  dövlətin 

suveren hüquqlarına qarşı yönəlmiş təcavüzkar çıxış kimi qətiyyətlə rədd etdi və hərbi-dəniz qüvvələrinin  təşkilin i davam 

etdirdi. 

1919

 

il  oktyabrın  1-də  "Astrabad"  hərb  gəmisinin  heyəti  təsdiq  edild i.  Gəminin   kap itanı  vəzifəsinə  azərbaycanlı 



mütəxəssis  Kitabçızadə  təyin  edildi.  "Ərdəhan" gəmisin in  ko mandiri  vəzifəsi  isə  kapitan  Həsən  Çilingərzadəyə  tapşırıldı. 

Dekabrın 5-də "Qars" və "Ərdəhan" gəmiləri heyətlərinin vəziyyətinin yaxşılaşdırılması üçün xüsusi ko missiya yaradıldı. 

1920

 

ilin əvvəllə rində hərbi dəniz qüvvələrinin tərkibində 8 ədəd 75  mm-lik və  100  mm-lik toplarla təchiz edilmiş 



"Qars" və "Ərdəhan" hərb gəmilə ri, "Astrabad", "Göytəpə", "Araz", "Nargin" kö mə kçi gə miləri, "Orion" nəqliyyat gəmisi, 

silahlarla  təchiz  edilmiş  "Puşkin"  buxar  gə misi  və  bir  neçə  kater  var  id i.  1920  ildə  xaricdən  saatda  ən  azı  23  dəniz  mili 

sürətilə hərəkət edən 6 ədəd katerin, 47 mm-lik və ya 57 mm-lik topla, 2 ədəd mina qurğusu ilə silahlan mış 12 ədəd katerin, 

həmç inin sualtı qayıqla rla  döyüş üçün nəzərdə tutulmuş,  iki topla  təchiz edilmiş, saatda 26-36 dəniz  mili sürətilə hərə kət 

edən  katerin  alın ması  planlaşdırılmışdı.  Düşmən  gə milərinin  dənizdən  hücumlarının  qarşısının  alın ması  üçün  mina  düzən 

gəmin in, çox da böyük olmayan 6 ədəd sualtı gəminin,  mövcud hərb gəmilərin in döyüş imkanlarını a rtırmaq üçün mü xtəlif 

çaplı 92 ədəd topun alın ması da nəzərdə tutulmuşdu. Aprel işğalı (1920) bu planların həyata keçirilməsinə imkan vermədi. 

Milli hərbi donanmanın yaradılması za manı qarşıya çıxan ən ciddi çət inlik a zərbaycanlı  zabit  kadrların çatış ma zlığı 

idi. Ona görə də, hərb gəmilərinin ko manda heyəti əsasən, ruslardan, qismən də osmanlılardan ibarət idi. Bu amil Aprel işğalı 

(1920)  zamanı  Azərbaycanın  hərbi-dəniz  qüvvələrin in  bolşeviklər  tərəfinə  keçməsini  şərtləndird i.  1920  il  aprelin  27-də 

hərbi  limanın  rə is  müavini  Çingiz  İld ırımın başçılığ ı  ilə hərb  gə miləri qırmızı bayraq qald ırıb dənizə  çıxdılar və topla rın ı 

Azərbaycan  Xalq   Cü mhuriyyəti  Parla-ment inin  və  Höku mət inin  b inalarma  tuşladıla r.  Gündüz  saat  4 -də  Azə rbaycan 

Ko mmunist  (bolşeviklər)  Partiyasının  Mərkəzi  Ko mitəsi,  Rusiya  Kommun ist  (bolşeviklər)  Partiyası  Qafqaz  Diyar 

Ko mitəsinin  Ba kı bürosu və Mərkəzi Fəh lə Konfransı adından Azərbaycan Xalq  Cü mhuriyyəti Parla mentinə hakimiyyətin 

təhvili haqqında ultimatum verild i. 

Sovet  ko mandanlığı  ö z  sərəncamında  o lan  qüvvələrlə,  həmçinin  A zərbaycan  hərbi-dəniz  qüvvələrindən  istifadə 

etmə klə ,  1920  il  may ın  18-də  İranın  Ən zə li  liman ına  hücum  etdi.  İngilislərin  və  ağqvardiyaçıların  1918-1920  illərdə  ə lə 

keçirdikləri və həmin limanda saxlad ıqları 23 hərb gəmisi bütünlükdə sovet Rusiyasının əlinə keçdi. 

 

Əd.: 


Aзepбaйджанская  Демократическая   Pecnублика     (1918-1920),  Армия (документы  и  материалы), Б., 1998;  Həsənov  C, 

Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920 illər), B., 1993. 



 

HƏRBĠ FELDġ ER MƏKTƏBĠ - A zərbaycan Xalq Cü mhuriyyəti dövründə Şuşada təsis edilmiş hərbi-tibb təhsili 

müəssisəsi. Qoşun hissələrində tibbi  xid mətin yaxşılaşdırılması üçün hərbi nazirin  1919  il 22 yanvar tarixli əmri ilə  Gəncə 

əsgər  xəstəxanası  nəzdində  bölük  feldşer  şagirdləri  hazırlayan  kurs,  1919  il  15  fevral  tarixli  əmri  ilə  isə  bütün  hərbi 

hissələrin nəzd ində 2 aylıq sanitar ku rsları aç ılmışdı. Ku rslar hərb i-t ibb kadrlarına olan  ehtiyacı ödə mədiy i üçün, hərbi nazir 

1-c i  Cavanşir  piyada  alayın ın  Şuşada  yerləşən  1-ci  taborunun  həkimi  Mehmandarovun  Şuşa  şəhərində  hərbi  feldşer 

mə ktəbinin aç ılması barədə təklifin i  müdafiə  etdi.  Hərbi na zirin 1919  il  3 sentyabr tarixli  406 saylı  ə mrində göstərilird i  ki, 

Şuşa  hərbi  feldşer  məktəbi,  ştat  cədvəlinin   rəs mən  təsdiqlən məsini  gözləmədən,  dərhal  fəaliyyətə  başlasın.  Məktəb 

nazirliyin hərb i-t ibb idarəsinə tabe id i və onun ştatı 1919 il avqustun 31-də Hərb i şurada təsdiq olunmuşdu. 

Məktəbə 40 nəfə rin qəbulu nəzərdə tutulmuşdu. Təhsil  müddəti 6 ay id i. Tədris işinə Mehmandarovdan əlavə, hə-

kimlər Ağayev və Ağakişibəyov da cəlb olunmuşdular. Hərbi fe ldşer mə ktəbinə ilkin hərbi ha zırlıq  keç miş və  fe ldşer olmağ ı 

arzu layan əsgərlər, hə mçin in 30 yaşınadək mü lki şə xslər qəbul edilə  bilərdi. Mü lki şəxslə r məktəbə qəbul edilmə zdən əvvəl 

onların hərb i  xid mətə yararlı o lub-olmamaları  müəyyənləşdirilməli  idi. Məktəbdə dərslər təsdiq edilmiş proqram əsasında 

Azərbaycan  dilində  aparılma lı,  bura xılış  imtahanın ı  uğurla  verən lər  hissələrə  təyinat  ald ıqları  gündən  başlayaraq  iki  il 

xid mət et mə li idilər. 

Məktəbin tədris proqra mında anatomiya və fizio logiya, cərrah iyyə, zöhrəvi xəstəliklər, göz xəstəlikləri, da xili xəstə-

liklər,  xəstəyə  qayğı,  bədbə xt  hadisələr  və   qəfil  xəstəliklər  za manı  ilkin  yardım,  g igiyena  haqqında  ümu mi  mə lu mat, 

dezinfe ksiya, əc zaçılıq fən lərinin keçilməsi nə zərdə tutulmuşdu. 

Hərbi  feldşer  məktəbin in  smeta  və  ştat  cədvəli  qanunvericilik  səviyyəsində Azərbaycan  Parla mentinin  son  iclas -

larının b irində - 1920 il aprelin 26-da təsdiq olunmuşdu. 

HƏRBĠ-HAVA  QÜWƏLƏRĠ  -  Azərbaycan  Xalq  Cü mhuriyyəti  ordusunun  tərkibində  formalaşdırılmış  qoşun 

növü.  Mudros  barışığının  (1918) şərtlərinə  əsasən,  1918  iliı  noyabrında  Bakın ı  zəbt  etmiş  ingilis  qüvvələri  Xəzər  dəni- 

zindəki  hərbi  gə milə ri  h idrotəyyarələrlə   birlikdə  ö z  nəzarət ləri  a lt ına  ald ılar.  Sonra   is ə  Xə zərdəki  hərbi-dəniz  qüvvələri 

Denikinə təhvil verild i və bununla Azərbaycan mövcud olan az-ço x aviasiya te xn ikasından da məhru m edildi. 



452 

 

Hərbi-hava  qüvvələrinin  təşkilinin  zə ruriliyin i  nə zər  ala raq,  hərbi  nazirlik  bu  iş ə  ən  əvvəl  müvafiq   kadrlar 



hazırlan masından  başladı.  Hərbi  nazir  Səməd  bəy  Meh mandarov  1919  il  yanvarın  22-də  A zərbaycanın  Gü rcüstandakı 

nümayəndəsi  Məmməd  Yusif  Cəfərova  məktubla  müraciət  edərək,  azərbaycanlıların  Tiflisdəki  Aviasiya  məktəbinə 

göndərilməsinin  mü mkünlüyünü  öyrənməsini  xahiş  etdi.  Azərbaycan-Gürcüstan  hərbi  əməkdaşlıq  müqaviləsi  (1919) 

bağlandıqdan  sonra  Azərbaycandan  bir  qrup  əsgər  və  zab it  Gü rcüstana  ezam  olundu.  On lardan  9  nəfəri  hərbi  təyyarəçi 

peşəsinə yiyələn məli id i. Kap itan Firidun Mirzə  Qacar, praporşiklər  Əlihüseyn Dadaşov, Teymur Mustafayev,  Gəncinski, 

Həsənzadə və Qaraşarov həmin zabitlə rdən id i. 

Milli  ordunun  hərbi-hava  strukturunun  forma laşdırılmasından  əvvəl  onun  rəhbərliyi  müəyyənləşdirildi.  Hərbi 

nazirin  1919 il  19 avqust tarixli  ə mri  ilə podporuçik Tey mur  xan Əfşar Aviasiya dəstəsinin rəis müavini təyin edildi.  Dəstə 

birbaşa Baş ərkani-hərbə tabe idi. 1919 il sentyabrın 14-də Aviasiya dəstəsinin ştatı təsdiq olundu. Ştatda 5 zabit, 4 məmur, 

54 niza mi əsgər və 4 qeyri-niza mi əsgər var idi. 

Milli  kadrlara  olan  ehtiyacın  ödənilməsi  üçün  hərbi  nazirlik  1920  ildə  A zərbaycanda  hərbi  təyyarəçilər  məktəbi 

açmağ ı qərara aldı. Hərbi nazir  Səməd bəy Meh mandarov 1919  il noyabrın 27-də  xarici  işlər nazirliyinə  məktub yazaraq, 

Aviasiya mə ktəbində tədrisin təşkili üçün İngiltərədən və İtaliyadan təcrübəli  mütə xəssislərin dəvət olunması  imkanla rının 

öyrənilməsini  xahiş  etdi.  Lakin  1920  ilin  əvvəlindən  hərbi  şəraitin  mürəkkəbləş məsi  və  Aprel  işğalı  (1920)  hərbi-hava 

qüvvələrinin möhkəmləndirilməsi sahəsindəki işləri yarımçıq qoydu. 

HƏRBĠ ĠNQILAB KOMĠTƏSĠ, B a kı  ş ə h ə r in in     m ü v ə q q  ə t i   h ə r b i  in q ila b   k o  m i t ə s i - 1917 il 

dekabrın  12-də  Bakı  qarn izonunda  və şəhərdə  asayişi  bərpa  etmək  adı  altında  yaradılmış  hakimiyyət orqanı.  Bakı  Fəhlə  və 

Əsgər Deputatları Soveti İcraiyyə Ko mitəsinin təcili  iclasında təşkil edilmişdi.  Bakı  Soveti yanında yaradılmış Hərbi inqilab 

ko mitəsinə  "ən  geniş  səlahiyyət"  verilmişdi.  Hərb i  inqilab  ko mitəsinin  hakimiyyəti,  bütünlükdə,  qarnizon  və  şəhərə şamil 

edilmişdi. Bakı Soveti İcraiyyə Komitəsinin qərarına əsasən, "qarnizonun rota, polk və s. komitələri ö zlərini hissələrdə hərbi 

inqilab  komitələri  e lan  edir"  və  hərbi  inqilab  komitəsinin  "qərar  və sərəncamlarını  rəhbər  tutaraq,  yerlərdə  ən  ciddi  surətdə 

hərtərəfli  fəaliyyət"  göstərirdilər.  Hərb i  inqilab  ko mitəsi  ö z  tərkibindən  hərbi  inqilab   məhkə məsi  təşkil  et mişdi.  Ko mitə 

əhaliyə  müraciətlərində  qərarların ın  danışıqsız  yerinə  yetirilməsini  tələb  edir,  sovet  hakimiyyətinin  düşmənlərinə  qarşı 

amansız mübarizə aparmağa çağırır, lazım gəld ikdə silahlı qüvvə də tətbiq ediləcəyini bildirirdi. 

Bakı  şəhərinin  müvəqqəti  hərbi  inqilab  ko mitəsi  Bakıda  mart  soyqırımı  zamanı  yarad ılmış  inq ilab i  müdafiə 

ko mitəsi tərkibində  işini dava m etdirmişdir.  Bakı ş əhərinin  müvəqqəti hərbi  inqilab  ko mitəsinin sədri  İ.Su xartsev inqilab i 

müdafiə ko mitəsinin (bax Bakı şəhəri və onun rayonlarının inqilabi müdafiə komitəsi) üzvü idi. 

Bakı şəhərin in  müvəqqəti hərbi inqilab ko mitəsi Azərbaycan xalq ına qarşı 1918  il  mart soyqırımını həyata keçirən 

hakimiyyət orqanı olmuşdur. 



 

Əd.: 

Azərbaycanda sosialist inqilabının qələbəsi uğrunda bolşeviklərin mübarizəsi. Sənədlər və materiallar. 1917-1918-ci illər, 

B., 1960. 

HƏRBĠ  LƏVAZIMAT    (ĠNTENDANT)    ĠDARƏS Ġ- Azərbaycan Xalq  Cü mhuriyyəti ordusunu ərzaq və ləva-

zimatla  tə min edən orqan.  Əsası 1918  il noyabrın 15-də  Ümumi qərargahın şöbəsi kimi qoyulmuşdur. Polkovnik  Seyfulla 

Mirzə  hərb i  na zirin   ə mri  ilə  ləvazimat  şöbəsinin  rəisi  təyin  edilmişdi.  Qoşun  hiss ələrinin  təşkili  sürətləndikcə,  hə min 

şöbənin  üzərinə  düşən  məsuliyyət  də  artırdı.  Ona  görə  tezliklə  ləvazimat  şöbəsinin  strukturu  və  səlahiyyətləri 

genişləndirildi,  ü mu mi  gərargahın  tərkib indən  çıxarılaraq  idarə  kimi  hərbi  nazirə  tabe  etdirildi.  İdarən in  rəisi  vəzifəsinə 

polkovnik Serebrennikov təyin olundu. 

Qoşun hissələrin in milli geyim  formasına keçirilməsi, gündəlik iaşənin milli  kulinariya əsasında təkmilləşdirilməsi 

hərbi ləvazimat  idarəsinin qarşısında dayanan başlıca vəzifə lər  idi.  Bu vəzifə ləri həll et mək üçün hərbi ləvazimat  idarəsinin 

nəzdində  əlbəsə  (paltar)  anbarı,  də ri  aşılayan  zavod,  geyim  və  çəkmə   e ma lat xanası  aç ıld ı,  Azə rbaycanın  toxuculuq 

fabriklərinə hərbi  xa ra kterli sifarişlər verild i, ərzaq tə minatının  ya xşılaşdırılması üçün yeni sistem tətbiq edildi. Müsabiqə 

yolu ilə a lın mış ərzaq yeni ya radılmış  Gəncə, Ağdam,  Hacıqabul,  Bakı, Zaqatala, Xan kəndi, Qusar və  Lənkə randakı ərzaq 

anbarlarına toplanır və buradan hissələrə paylamrdı. 

Polkovnik Se rebrennikov 1919  ildə istefaya çıxdıqdan sonra, hərbi ləvazimat idarəsinin rə isi vəzifəsin i bir  müddət 

polkovnik Əlibəyov icra etdi. Həmin il iyulun 31-də Azərbaycan ordusuna xid mətə qəbul olunan general-mayor Sisianov bu 

vəzifəyə  təsdiq  olundu,  daha  sonra  is ə  hərbi  nazirin  1919  il  4  oktyabr  tarixli  ə mri  ilə  hərbi  ləvazimat  idarəsinin  rə isi 

vəzifəsinə general-mayor Həşimbəyov təyin edildi. Hə rbi nazirin 1920 il 14 fevra l tarixli 99 saylı ə mri ilə  qoşun hissələrinin 

ərzaq   və  ləvazimatla  təmin  o lunmasının   zəruri  tələblər  səviyyəsinə  qaldırılması  üçün  hərbi  ləvazimat  idarəsinin 

strukturlarında  ciddi  islahatlar  aparıldı.  Nəticədə,  hərbi  ləvazimat  idarəsi  yeni  statusda  Azərbaycan  ordusunun  təchizat  rəisi 

idarəsinin tərkibinə daxil edildi. 

 

Əd.: 

Bax Azərbaycan Xalq Cümhuriyy ət ordusu məqaləsinin ədəbiyyatına. 



Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin