GÖYÇƏ MAHALI, G ö y ç ə d a ir ə s i - A zərbaycan Xalq Cü mhuriyyəti dövründə inzibati-ərazi vahid i. Göyçə
Azərbaycanın tarixi-coğrafi bölgələ rindəndir. Göyçə adın ın ilk dəfə 5 əsrin sonlarında işlədildiy i gü man edilir. Şah
İsmayılın (1501-24) fərman ında (1510) " Göyçə mahalı" qeyd edilmişdir. İrəvan xanlığının mahallarından biri olmuşdur.
Türkmənçay müqaviləsinə (1828) əsasən İrəvan xanlığın ın tərkibində çar Rusiyasının tərkibinə qatılmışdır. 1829-32 illərə
aid məlu mata görə, Göyçə mahalında 100-dən çox yaşayış məskəni, 14354 nəfər əhali qeydə alın mışdı. Əhalisi, əsasən,
azərbaycanlılardan ibarət idi. Ça r Rusiyası İrəvan xanlığın ı işğal edəndən sonra bu əraziyə kütləv i surətdə ermənilərin
köçürülməsi nəticəsində əhalin in etnik tərkibi dəyişməyə başladı. İrəvan quberniyası yaradıldıqdan (1849) sonra Göyçə
mahalı onun tərkib ində təşkil o lunmuş Nor-Bayazet (Yen i Bəyazid) qəzasına daxil edilmişdi. Qafqaz təqviminin (1917)
mə lu matına görə hə min qəzanın əra zisi 4122,76 k v. verst idi. Qə zada 174111 nəfə r əhali yaşayırdı. Çarizmin həyata keçirdiyi
erməni və rusların köçürülməsi siyasətinə baxmayaraq, yenə də qəza əhalisinin üçdə birinə qədərini müsəlmanlar, əsasən,
azərbaycanlılar təşkil edirdi. Azərbaycan Xalq Cü mhuriyyəti qurulduqdan sonra ərazi məsələsinə ba xıld ıqda, Yeni Bəyazid
qəzasının 1 -c i və 2-ci polis sahələri mübahisəsiz A zərbaycan əra zisi, 3-cü polis sahəsinin bir hissəsi isə mübahisəli əra zilə r
sırasına daxil edilmiş, Azərbaycan daxilində Göyçə dairəsi yaradılmışdı. Xarici işlər nazirliy inin məlu matına görə, " Göyçə
rayonu" adı altında Göyçə gölü və Kiçik Qafqa z dağları arasında yerləşən İrəvan quberniyası Yen i Bəyazid qəzasın ın şərq
hissəsi nəzərdə tutulurdu. Əhalisi başdan-başa müsəlmanla rdan ibarət idi. Göyçə mahalının əhalisi özünü Azərbaycan Xalq
Cü mhuriyyətinin tərkib hissəsi hesab edir və onun hakimiyyətinin möhkəmləndirilməsi uğrunda mübarizə aparırdı.
Ermənilər bu torpaqlara iddia larını həyata keçirmək üçün azərbaycanlılara qarşı soyqırımı siyas əti yeridirdilər. 1919 ildə Zod,
Daşkənd, Basarkeçər və başqa kəndlərdə azərbaycanlılara qarşı soyqırımları törədilmişdi. Dairən in əhalisi kənd təsərrüfatı
ilə məşğul olurdu, bölgə iqtisadi cəhətdən Azərbaycanın digər torpaqları - Qa za x, Qa rabağ və Na xç ıvanla sıx bağlı idi.
Azərbaycanda və Ermənistanda sovet hakimiyyəti quru lduqdan sonra respublika lara rası s ərhədlər sovet-bolşevik re jimin in
himayəsi ilə Ermən istanın xeyrinə dəyişdirildi. Göyçə da irəsinin əra zisi, de mə k o lar ki, bütünlüklə Ermən istana verildi.
Ermənistan Sovet Sosialist Respublikası bu əra zidə A zərbaycan-türk adlarını dəyişərək, Ka mo (Kəvər), Martuni (Qaranlıq),
Vardenis (Basarkeçər), Krasnoselsk (Çəmbərək) kimi rayonlar təşkil etdi. Sonralar Azərbaycan türklərinə məxsus yaşayış
məskənlə rinin adları kütləvi surətdə dəyişdirildi. Ermənilərin həyata keçirdikləri soyqırımları və zo rakı köçürmələ r
nəticəsində tarixən a zərbaycanlılara mə xsus olan Göyçə mahalında hazırda bir nəfər də olsun azərbaycanlı qa lma mışdır.
Əd
.: Aдpec-календары Aзepбaйджанской Pecnублики нa 1920 r., B., 1920; Щепотьев А., Доклад о спорных кавказских
территориях, на которые имеют права самоопределившиеся азербайджанские тюрки, Известия АН Азерб. ССР (серия истории,
философии и права), 1990, № 2; Bayramov L, Qərbi Azərbaycanın türk mənşəli toponimləri B., 2002; Budaqov B., Qeybullayev Q.,
Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti, B., 1998.
GÜLÜS TAN MÜQAVĠLƏSĠ (1813) - Rusiya imperiyası ilə İran şahlığ ı arasında 1804-13 illər müharibəsinin
yekunların ı və Azərbaycanın həmin dövlətlər arasında birinci dəfə bö lüşdürülməsini təsdiq edən sənəd. Gülüstan
müqaviləsinə əsasən, Şimali A zərbaycan (İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla) Rusiyanın, Cənubi A zərbaycan isə
İranın tərkibinə qatıldı.
18 əsrdən başlayaraq, Rusiyanın Qara dəniz və Xə zə r sahillə rindəki torpaqlara doğru irəlilə məsi Qa fqazda
vəziyyəti xeyli mü rəkkəbləşdird i. 1801 il sentyabrın 12-də Şərq i Gü rcüstanın Rusiyaya birləşdirilməsi haqqında çar
man ifestindən sonra bütün Cənubi Qafqazı ə lə keç irmə k üçün strateji meydan yarandı. 1803 ildə Ca r-Ba lakən, 1804 ildə
Gəncə inadlı müqavimətdən sonra Rusiya tərə findən işğal olundu. 1804 ilin mayında A zərbaycana bütövlükdə yiyələn məyə
çalışan İran rus qoşunlarının Cənubi Qafqazdan çıxarılmasını tələb etdi. Rusiya buna rədd cavabı verdi. Həmin il iyunun 16-
da iki dövlət arasındakı diplo matik münasibətlər kəsild i, müharibə başlandı. Müharibə hər iki tərəfdən ədalətsiz idi, çünki
özgə torpaqların ın ələ keçirilməsi uğrunda gedirdi. Qeyd etmək lazımdır ki, həm Rusiya, həm də İran, eyni zamanda, yerli
Azərbaycan xanlıqlarına qarşı da mübarizəni davam etdirir, onların əra zisini işğal edib ö z ə razilərinə qatırd ıla r.
1805 il may ın 14-də Qarabağ xanlığı, mayın 21-də isə Şəki xan lığ ı Rusiya ilə müqavilələr imzaladılar. Lakin bu
müqavilələr dövlətlərarası münasibətləri müəyyən edilmiş şərtlər əsasında, hüquqi yolla nizama sala bilmədi. Çünki Rusiya
üzərinə götürdüyü təəhhüdləri sonadək yerinə yetirməd i. Qarabağ xanı İbrahim xan 1806 ildə Rusiya işğalçıları tərəfindən
xaincəsinə qətlə yetirildi və 1822 ildə xan lıq ləğv edildi.
Şimali Azərbaycanın ən böyük xan lığının - Şirvanın Rusiyaya qatılması (1805) nəticəsində növbə Bakı xanlığına
çatdı. 1806 ildə Bakı xanlığı, az sonra Quba xanlığı ələ keçirild i. Beləliklə, 1806 ildə demək o lar ki, bütün Şimali
Azərbaycan Rusiyanın hakimiyyəti alt ına keçirildi. 1806 ildə Rusiya ilə Türkiyə arasında da müharibənin başlanması
Rusiya-İran cəbhəsində rusların vəziyyətini nisbətən ağırlaşdırdı.
430
Hərbi ə mə liyyat meydanındakı uğursuzluqlar və Napoleonun Rusiya s ərhədlərindən qovulması ilə rus qoşunla-
rın ın Avropa səfərinin başlan ması nəticəsində beynəlxalq vəziyyətdə yaranan dəyişikliklər İran ın Rusiya ilə müqavilə
bağlamasını sürətləndirdi. İngiltərə danışıqlarda vasitəçilik ed ird i. 1813 il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində
Rusiya və İran arasında müqavilə imza landı. 11 maddədən ibarət olan müqaviləyə əsasən İran şahlığı A zərbaycanın Gəncə,
Qarabağ, Şəki, Şirvan, Quba, Bakı və Talış xanlıqlarına, Şərq i Gü rcüstan və Dağıstana olan iddialarından əl çəkir, onların
Rusiyanın hakimiyyəti altına keçməsini təsdiq edirdi (maddə 3). Gü lüstan müqaviləsinə əsasən, yalnız Rusiyaya Xəzər
dənizində hərbi donanma saxla maq hüququ verilir (maddə 5), ticarət ma lla rı üçün beş faizlik gömrük qoyulur, hər iki
dövlətin tacirləri daxili gömrük verg ilərindən azad olunurdular (maddə 8-10).
Rus çarı I A leksandr İranla sülh bağlan ması haqqında man ifestin ilkin layihəsini 1813 il dekabrın 12 (24)-də Fri-
burda (İsveçrə) imzaladı. Xarici işlər naziri N.P.Ru myansev Sankt-Peterburqda manifesti alarkən, orada səhv olduğunu
müəyyən etdi, çünki manifestdə Rusiyaya keçən Qarabağ və Gəncə xan lıqların ın adı yo x idi. Odur ki, manifest 1814 il
yanvarın 4 (16)-də geri göndərildi. Müqavilən in ratifikasiya fərmanları tərəflər arasında növbəti dəfə mübadilə o lundu.
İranla sülh haqqında çar man ifesti yaln ız 1818 il iyulun 16 (28)-da, müqavilən in mətni isə avqustun 7 (19)-də elan edildi.
Gü lüstan müqaviləsi ü mu mdünya tarixində özgə torpaqlarının bölüşdürülməsi məqsədilə bağlan ılmış rüsvayçı və
antihumanist müqavilələrdən b iridir. Bu müqavilə, eyni zamanda, iki işğalçı dövlət arasındakı ziddiyyətləri də həll edə
bilməd i. Müqavilənin b irinci maddəsində dəbdəbəli ibarə lərlə bəyan edilən sülh uzun sürmədi. 1826 ildə tərə flə r a rasında
ikinci müharibə başlandı. Azərbaycan ərazisi yenidən iki qəsbkarın qanlı döyüş meydanına çevrild i.
GÜMRÜ - Qərb i Azərbaycanda yaşayış məntəqəsi. Gü mrü kimmer (kimmerlər) tayfasının adından yaranmışdır.
1728 ildə Şirəke l (Şörəyel) nahiyəsinə, sonra İrəvan xan lığ ına da xil idi. Əhalisi, əsasən, türk-müsəlmanlardan ibarət idi.
Xanlığın işğalından sonra Türkmənçay müqaviləsinə (1828) əsasən çar Rusiyasına ilhaq o lunmuşdu. 1837 ildə rus çarının
şərəfinə Aleksandropol adlandırılmışdı. 1840 ildə şəhər statusu almışdı. Aleksandropol qəzasının mərkəzi id i. Qafqaz
təqviminin (1917) məlu mat ına görə, burada 51874 nəfər əhali yaşayırdı, onla rın 43464 nəfə ri yerlilər, 8410 nə fəri
müvəqqəti yaşayanlar idi. Çarizmin köçürmə siyasəti nəticəsində hərbi-strateji məntəqə olan Gü mrüdə ermən i və rusların
sayı artırıldı. Fevral inqilabından (1917) sonra Müvəqqəti hökumətin Gü mrüdə yerli hakimiyyət orqanı ilə yanaşı, Fəhlə və
əsgər deputatları soveti də yaradılmışdı. Qərb i A zərbaycanda daşnak hökuməti qurulduqdan (1918, 28 may) sonra
Aleksandropolda erməni hakimiyyətinin möhkə mlən məsinə mühüm əhə miyyət verilmişdir. 1920 ilin mayında burada sovet
hakimiyyəti qurulmuş, la kin daş naklar te zliklə onu yıxmağa nail olmuşdular. 1920 il noyabrın 7-də türk qoşunları
Aleksandropolu tutdu. Noyabrın 17-də burada sovet hakimiyyəti elan edild i, ancaq bu formal xarakter daşıyırdı. Dekab rın 2-
də Türkiyə höku mət i ilə Ermənistan Respublikası arasında Gü mrü müqaviləsi (1920) bağlansa da, art ıq noyabrın 29-da
Ermənistanda sovet hakimiyyəti e lan olunduğundan, yeni höku mət hə min müqaviləni tanımaqdan imt ina etdi. Ermənistan
Sovet Sosialist Respublikasının tərkib ində qalan Aleksandropol 1924 ildə Leninakan adlandırıldı. 1990 ildə şəhərin tarixi
Gü mrü adı ermən i tələffü zünə uyğunlaşdırılaraq təhrif o lunmuş Ku mayr şəklində bərpa edild i.
Əd.:
Budaqov B., Qeybullayev Q., Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüq əti, B., 1998; Агаян Ц.П.,
Победа Советской власти и возрождение армянского народа, М., 1981; Победа Советской власти в Закавказье, Тб., 1971.
GÜMRÜ MÜQAVĠLƏS Ġ (1920) - Tü rkiyə ilə Ermənistan Respublikası arasında müharibəni dayandırmaq və
uzunmüddətli sülh yaratmaq məqsədilə bağlan mış müqavilə. Ermən istan Respublikasın ın Ermən istan-Türkiyə mü -
haribəsində (1920) məğlubiyyətindən sonra, dekabrın 2-də Gü mrü şəhərində imza lan mışdır. Müqaviləni Türkiyə höku mət i
tərəfindən Fərid Ka zım Qa rabəkir paşa, Ərzuru m valisi Ha mid bəy, Ərzuru mdan deputat Süleyman Nicati bəy, Ermənistan
Respublikası tərəfindən baş nazir A.Xatisyan, maliyyə naziri A.Gü lxəndanyan, daxili işlər nazirinin müavini S.Qordanyan
imzalamışlar. Müqavilə 18 maddədən ibarət idi. 1-ci maddə ilə müharibəyə son qoyulduğu və tərəflərin daimi sülh üçün
danışıqlara başladığı b ild irilirdi. 2-ci maddədə Türkiyə ilə Ermənistan Respublikası arasındakı sərhəd dəqiqləşdirilirdi.
Ermənistan Respublikasının əra zisi İrəvan və Göyçə gölü bölgələrindən ibarət olmaqla əvvəlki sərhədlərinə - 1918 il 21
iyun sərhədlərinə qaytarılırdı. Hə min maddənin ikinci hiss əsində deyilirdi: "Kükü dağı, Hə məsur dağı, Qurdqulaq kəndi,
Sayat dağı, Arpaçay evləri, Kö mürlü dağı, Saraybulaq, Ararat stansiyası, Araz çayı yaxınlığındakı Aşağı Qarasunun
töküldüyü yerdən keçən zolağın cənubundakı (Naxçıvan, Şahtaxtı, Şərur) əraziyə, daha sonra referendumla təyin o lunacaq
idarə formasına və bu idarənin əhatə edəcəyi torpaqlara Ermənistan qarış mayacaq, hə min əra zidə hə ləlik Tü rkiyənin
himayəsində yerli idarə yarad ılacaqdır". Ermənistan Respublikasının təcavüzka r siyasəti nə zərə a lınaraq müqavilədə onun
silahh qüvvələrinin həddi müəyyən edilirdi. 4-cü maddəyə görə Ermənistan hökuməti "daxili təhlükəsizliy ini qorumaq üçün
lazımi səviyyədə yüngül silahlı jandarm qüvvəsi və ölkən i qorumağa ayrılan 8 dağ və ya səhra topu ilə 20 pulemyota malik
1500 mu zdlu əsgərdən ibarət birlikdən artıq hərbi qüvvəyə malik olmayacağını öhdəsinə götürürdü".
431
Ermənistan Respublikası hərbi mükəlləfiyyət keçirə bilməzdi. 5-ci maddəyə görə, müqavilə şərtlə rin in yerinə yetirilməsinə
nəzarət Türkiyənin İrəvandakı siyasi nümayəndəsi və ya səfirinə həvalə olunurdu. Bunun müqabilində Türkiyə hökumət i
Ermənistan Respublikasının istəyinə əsasən, ona silahlı yardım et məyi öhdəsinə götürürdü. Ermənistan Respublikası
ərazisindən Türkiyə üçün təhlükə yarandıqda, Türkiyə höku məti Ermən istana qoşun yeridə bilərd i. Müqavilənin 6 və 7-ci
maddələ ri köçkünlə rlə bağlı id i. Hə r iki tərəf, müharibə za manı düşmən ordusu tərəfinə keçərək, öz dövlətinə qarşı silah
işlədənlərdən və ya işğal olun muş torpaqlarda kütləvi qırğın larda iştirak edənlərdən başqa, qalan köçkünlərin əvvəlki sərhəd
daxilindəki yurdlarına dön mələ rinə ra zılıq verirdi. Türkiyə höku mətinin müharibənin əsas səbəbkarı olan məğlub tərəfdən -
Ermənistan Respublikasından təzminat tələb et məyə ta m haqqı olsa da, o hu manizm prinsiplərinə hörmət edərək, bundan
imtina etdi (8-c i maddə), habelə 2-ci maddədə göstərilən sərhədlər da xilində suverenliyin i bütünlüklə inkişaf etdirmək və
gücləndirməkdə ermən ilərə yard ım göstərməyi öhdəsinə götürdü. 10-cu maddəyə əsasən, Ermənistan hökuməti Antanta
dövlətlərinin Türkiyə Böyük Millət Məclisi tərəfindən qəti surətdə rədd edilmiş qarətçi Sevr müqaviləsin i (1920, 10 avqust)
etibarsız saydı və bununla da ö zünün Batu m müqaviləsi (1918, 4 iyun) ilə nəzərdə tutulan əraziləri hüdudlarında
mövcudluğunu təsdiqlədi. 11-ci maddə Ermənistan Respublikası ərazisində yaşayan türk-müsəlman əhalinin hüquqlarına aid
idi. Ermən istan hökuməti ö z əra zisində yaşayan türk-müsəlman əhalin in mədəni və dini in kişafı üçün ş ərait yaratmağı
öhdəsinə götürürdü. 12-ci maddə nəqliyyat məsələlərini, xüsusilə tranzit nəqliyyatını tənzimləməli id i. Türkiyə hökuməti
Şərur, Naxçıvan, Şahtaxtı və Culfa yolu ilə tran zit əlaqələrinin sərbəstliyinin təminatını öz ü zərinə götürürdü. Türkiyə
hökuməti Ermənistan Respublikası daxilində müvəqqəti olaraq hərbi qüvvə saxlamaq hüququ əldə edirdi (13-cü maddə).
Ermənistan höku məti hər hansı bir dövlətlə bağlanan müqavilə lərin Türkiyənin mənafeyinə, ya xud maraqla rına zidd olan
maddələ rin i etiba rsız saymağı qəbul edir və bunu öhdəsinə götürürdü (14 maddə). Sonra kı maddələrdə iqtisadi-siyasi
münasibətlərin nizama salın masından və müqavilənin təsdiqindən bəhs olunurdu. Müqavilənin sonunda hər iki tərəfin qəbul
etdiyi belə bir fikir də diqqəti cəlb ed ir: tə rəflər arasında anlaşılmazlıq meydana gəldikdə, müqavilə türkcə mətnə əsasən təhlil
olunmalı idi. Gü mrü müqaviləsinin Naxçıvan mahalına münasibətdə müəyyən ədalətsiz müddəaları (qədim türk torpaqları
olan Ulu xan lı, Qəmərli kəndlərin in və ən başlıcası isə, Böyük Ved i ətrafındakı bir ço x A zərbaycan kəndlərin in Ermənistana
verilməsi) nə zərə alın ma zsa, bu müqavilə Na xç ıvan Mu xtar Respublikasının indiki s ərhədlərin in müəyyənləşdirilməsində
mühü m rol oynadı. 1920 il noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulduğundan, daşnaklar isə öz hakimiyyətini
bərpa edə bilməd iyindən, Gü mrü müqaviləsi qüvvəyə min məd i. Reg iondakı münasibətləri tənzim et mə k məqsədilə 1921 il
Moskva və Qars müqavilə ləri imza landı.
Əd
.: Gümrü, M oskva, Qars müqavilələri və Naxçıvanın taleyi (tərtib edəni İ.Hacıyev), B., 1999; Qasımov M ., Azərbaycan-
Türkiyə diplomatik-siyasi münasibətləri (1920-ci il aprel-dekabr, 1922-ci il), B., 1998; İsma il Soysal, Tarihçeleri ve açıklamaları ile
birlikte Türkiyenin siyasat anlaşmaları, c.l (1920-1945), Ankara, 1983.
GÜRCÜ MĠLLĠ ġ URAS I - Azərbaycan Xalq Cü mhuriyyəti dövründə (1918-20) Bakıda fəaliyyət göstərən milli
şuralardan biri. 1918 ilin aprelində gürcü icması tərəfindən yaradılmışdı. Şura Bakıda yaşayan gürcülər arasında geniş
mədəni-maarif işi aparmış, o cümlədən gürcü məktəbi aç mış, ö z soydaşlarına himayədarlıq et miş, imkan da xilində hər cür
yardım göstərmişdir. Şuranın sədri Konstantin Dmitriyeviç Mikeladze id i. Sayca az o lmalarına baxmayaraq, ö lkədə yaşayan
gürcülərin mənafeyin i təmsil etdiyi üçün Gürcü Milli Şurasından Azərbaycan Xalq Cü mhuriyyəti Parlamentinin tərkibinə 1
nəfər deputat (Tsxokaya Qriqori İvanoviç) da xil edilmişdi. Erməni Milli Şurasından fərq li olaraq, Gürcü M illi Şurası
Azərbaycan Xalq Cü mhuriyyətinə qarşı pozuculuq fəaliyyətində iştira k et mə mişdir.
GÜRCÜS TANIN ƏRAZĠ ĠDDĠALARI 1918 il mayın 26-da elan olun muş Gürcüstan Respublikasının
Azərbaycan Xalq Cü mhuriyyətinə qarşı irə li sürdüyü ərazi iddiala rı. Gürcüstan müstəqil respublika e lan edildikdən sonra,
yeni yaranmış dövlətin ərazisi və sərhədlərin in müəyyənləşdirilməsinə başlandı. Gürcüstan hökuməti vaxtilə çar Rusiyasının
xüsusi məqsədlə Tiflis quberniyasının tərkibinə daxil etdiy i tarixi A zərbaycan torpaqlarına iddialarla çıxış etdi. Bu məqsədlə
həm müva fiq xəritələ r tərt ib olunur, hə m də ə mə li addımla r atılmasına cəhd edilird i. Gürcüstan Sığnaq qəzasının cənub-şərq
hissəsinə, Tiflis qəzasının Qarayazı dü zünə, Borçalı qə zasının orta (türk) hiss əsinə, həmçin in Zaqatala dairəsinə əra zi
iddiala rı qaldırırdı.
Statistik məlu mat lara görə, Gü rcüstanın iddia irə li sürdüyü ərazilərin bütün əhalisinin (147362 nəfə r) 135898
nəfərini (92,3%) türk-müsəlman lar, 6526 nəfə rin i isə (4,4%) gürcülər təşkil edird i. Azə rbaycan Xalq Cü mhuriyyəti
Höku məti mü rəkkəb tarixi şəraitdə ö zünün tarixi-coğrafi torpaqlarında suveren hüquqların ı bərpa etmək üçün fəal siyasət
yeritdi. Zaqatala dairəsi əhalisin in arzusu nəzərə alınaraq, orada Cü mhuriyyət idarəçiliyi yaradıldı. Digər torpaqlar uğrunda
da diplo matik fəaliyyət davam etdirildi.
Əd.:
Щепотьев А., Доклад о спорных кавказских территориях, на которые имеют права самоопределившиеся
азербайджанские тюрки, Известия АН Азерб. ССР (серия истории, философии и права), 1990, № 2;
432
HACI ƏLĠ Qasım oğlu (?-.?)- Azərbaycan milli azadlıq hərəkatın ın fəal iştirakçılarından biri. A zərbaycan Xalq
Cü mhuriyyəti Parlamentin in üzvü. A zərbaycan Milli Şu rasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun
"una (1918, 19 noyabr) əsasən,Gəncə qəzasından Cü mhuriyyət Parla mentinin tərkibinə da xil edilmişdi.
HACI SƏLĠM SƏYYAH, Qasımzadə Hacı Səlim Hacı Qasım oğlu (1869, Vilnüs - 1943, Bakı) - maarif xadimi,
şair. Vilnüsdə rus (1883-85), İstanbulda türk və fars dillərində (1885-87) ibtidai, Misirdə "Cameyi-əzhər"də ərəb dilində
(1887-1900) orta təhsil almışdır. Bakıda "Nəşri-maa rif‖ cə miyyətinin təşkil etdiyi ikiillik pedaqoji kurslarda (1906-07)
dinləyic i olmuş, ibtidai mə ktəb müəllimi hüququ qazanmışdır. İstanbulda təhsil aldığ ı illərdə mühac ir
ko missiyasında işləmiş, Robert Lens adlı bir səyyahın yanında xid mətə başlamış, Türkiyə, Rusiya,
Misir, Hindistan və Bolqarıstan, Ərəbistan, Afrika ö lkə lərinə səyahət etmişdir. Bo mbey ş əhərində
ingilislərin təşkil etdiyi "Ölü m qəhvəsi" cəmiyyətinə yazılmış, mason lojasının üzvü olmuşdur.
Səyahətinin ilk çağlarında Ərəbistanda muzd lu hərbi xid mətə qəbul olunmuş, dağıstanlı Məhəmməd
paşanın komandası altında ərəb üsyanının yatırılmasında iştirak etmişdir.
"Nəşri-maarif‖ cə miyyətinin Ba kıda açdığı b ir sıra mə ktəblərdə müdir işlə mişdir. 1913 ildə
vəsait olma ması üzündən mə ktəblər şəhər idarəsinin ixt iyarına keçərkən, Hac ı Səlim 9-cu "rus-
müsəlman" məktəbinə müəllim təyin ed ilmişdir.
1917 ildə Anadolu hərbzədə ləri haqqında ilk kitab nəşr etdirmiş, "Qa rdaş kö məyi" toplusunda
"Hamı ağ layır, mən də ağ layıram" şerini dərc etdirmişdir.
Azərbaycan Xalq Cü mhuriyyəti dövründə şəhər 3-cü türk mə ktəbində ana dili, nəğmə, id man müəllimi işlə mişdir.
Hacı Səlim zəngin ədəbi irs yaratmışdır. Pedaqoq-şair "Korlar məktəbi" (1915), "Küçə uşaqları" (1916), "Bahar" (1916),
"Xəzan" (1916), "Buz sındıran" (1917), "Eşq" (1917), "Suri-İsrafil" (1917), "Şey x və intiligent" (1917), "Ənuşiravanın
nəsayihi", "Həyyi-ə la xey rül-ə məl", "Siratə l-müstəqim", "Məkkə xat iratım", "Mey, məşuqə və qumar, ya xud bir əyyaşın
macə rası", "Hesab əyləncələri" və s. əsərlərin müə llifid ir.
HACIBABABƏYOV Mehdi bəy (1871-1925) - ictimai-siyasi xad im. A zərbaycanın istiqlal mübarizəsinin fəal
iştirakçılarından biri. Zaqafqaziya seyminin, Zaqafqaziya Demo kratik Federativ Respublikasın ın süqutundan (1918, 26 may )
sonra Azərbaycan Milli Şurasının (1918, 27 may) üzvü o lmuşdur. Milli Şuran ın A zərbaycanın İstiqlal bəyannaməsini qəbul
edən 26 ü zvündən biri idi.
Bakı realn ı məktəbin i bitirmiş, 1901 ildən 1-ci Bakı rus-tatar məktəbində dərs demişdir. " Nicat" xeyriyyə
cəmiyyətinin katiblə rindən biri olmuş, a xşa m kurslarında dərs demiş, "Nicat" cə miyyətinin teatr bölməsinə başçılıq et miş,
eyni za manda, "Nicat" cə miyyətin in 1-c i şəhər rus-tatar məktəbin in direktoru seçilmişdir. Müəssislər Məclisinin çağ ırılması
üzrə mərkəzi ko missiyanın üzvü idi. Hacıbababəyov Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsis
edilməsi haqqında qanun"una (1918, 19 noyabr) əsasən Azərbaycan Xalq Cü mhuriyyəti Parla mentinin tərkibinə da xil
edilmişdi. "Müsavat" fraksiyasının (sonralar "Müsavat" və bitərəflər fraksiyası) ü zvü id i.
HACIBƏYLĠ Ceyhun bəy Əbdülhüseyn oğlu (2.2.1891, Şuşa - 22.10.1962, Paris) - ictimai
xadim, d ilçi, tarixçi, jurnalist, tərcüməçi. Üzeyir bəy Hacıbəylinin kiçik qardaşıdır. İbtidai təhsilin i
Şuşada rus-tatar məktəbində almış, orta təhsilini Bakıda tamamlamışdır. " Leyli və Məcnun"
operasının yaradılmasında yaxından iştirak etmiş, ilk tamaşada (1908) iki ro lda - İbn Səlam və Nofəl
rollarında çıxış etmişdir. 1908 ildə Üzeyir bəylə b irlikdə Əli bəy Hüseynzadənin müdir olduğu
"Səadət" mə ktəbində müəllim işlə mişdir.
Ceyhun bəy Hacıbəyli milyonçu-xeyriyyəçi Murtuza Muxtarovun vəsaiti ilə Peterburq
Universitetinin hüquq fakültəsinə daxil olmuş (1909), oradan Paris ə gedərək, Sorbonna
Universitetində oxu muşdur. C.Hac ıbəylin in Parisdən göndərdiyi məqalə lər Ba kıda rus dilində çıxan
qəzetlərdə dərc olun muşdur. O, 1909 ildə "Ba kı" qə zetində dərc olun muş "Müs əlman lar və incəsənət"
məqa ləsində dövrün aktual məsələlə rinə to xunurdu. C.Hacıbəyli "Ley li və
433
Məcnun" operasının yaran ması və ilk ta maşası haqqında Fransa mətbuatında çıxış et miş, opera barədə Qə rbi Avropa
xalq larına geniş məlu mat vermişdir ("Revyü de Monde mü zülman" jurnalı, aprel, 1910).
1916 ildə ali təhsilini başa vurub Bakıya qayıdan Hacıbəyli mühə rrirliklə məşğul olmuş, doğma xalq ının acına-
caqlı vəziyyəti haqqda mətbuat səhifələrində ço xlu məqalə dərc etdirmişdir ("Kaspi", № 18, 22, 24, 28, 34, 1917).
Məqalələrini, əsasən, "C.Dağıstani" tə xəllüsü ilə yazırdı. "Ba kı müs əlman ictimai təşkilatları ko mitəsinin xəbərlə ri"ni (rus
dilində) redaktə et mişdir.
Azərbaycan Xalq Cü mhuriyyəti dövründə (1918-20) Hacıbəyli Cü mhuriyyət Höku mətinin rəsmi orqanı o lan
"Azərbaycan" qəzetinin redaktorlarmdan biri olmuşdur. Qə zet Azə rbaycan dilində çıxan a lt mc ı nö mrəsindən, rus dilində isə
beşinci nömrəsindən " mühərrirləri: Ceyhun bəy Hacıbəyli və Şəfi bey Rüstəmbəyli" imzalan ilə buraxıl-mışdır. 1918 il
noyabrm 28-dən Azə rbaycan dilində olan nö mrə lər C.Hacıbəylinin, rus dilindəki nö mrə lər isə Şəfi bəy Rüstəmbəylinin
redaktorluğu ilə çıxmışd ır. Paris sülh konfransında (1919-20) iştirak etmək üçün Azərbaycan Xalq Cü mhuriyyəti
nümayəndə heyətinin tərkib inə müşavir kimi "Azərbaycan" qəzetinin redaktoru C.Hacıbəyli də daxil edilmişdi. Qəzetin 1919
il 9 yanvar tarixli 83-cü nö mrəsində Ceyhun bəy Hacıbəyli "Möhtərəm qare lərimizə" mürac iətində yazırdı: "Vətən və millət
yolunda əlimdən gələn xidməti və öhdəmə düşən vəzifəmi qəzetimizin müdiri sifətilə ifaya məşğul ikən, vətən övladlarının
xahiş və əmrinə müti olaraq cahan sülh konfransına göndərilməklə öhdəmə daha ağır və məsuliyyətli, lakin müqəddəs
bir vəzifə düşdü.
Bu böyük xidməti möhtərəm arkadaşlarım ilə bərabər ifa üçün Avropaya getmək lazım olduğuna görə, qəzetə
idarəsi işindən müvəqqəti olaraq ayrılıb əziz vətənimizin istiqlalı məsələsinin istədiyimiz yoldakı həlli-hüsn ifasından asılı
olan məsul vəzifəmizin haqqında var qüvvəmizlə çalışacağımızı əlavə etməyi və möhtərəm oxucularımıza kamali-sidq və
səmimiyyət ilə xudahafiz deməyi özümə fərz bildim".
Bununla əlaqədar ola raq, 1919 il yanvarın 16-da bura xılmış 89-cu nömrəsindən etibarən "Azərbaycan" qəzetini
redaktor kimi Üzeyir bəy Hacıbəyli imzalamışdır.
Parisdə C.Hacıbəylinin fransız dilində "İlk müsəlman respublikası Azə rbaycan" (1919) adlı kitabı çapdan çıxmış -
dır. Həmin ildə C.Hacıbəylin in Parisdə "Revyü de Monde müzü lman" jurnalında 1918 ildə Bakıda, eləcə də Şamaxı,
Kürdəmir və Xaçmazda erməni-daşnak quldur dəstələrinin azərbaycanlı əhalini kütləvi şəkildə qırmasını kəskin ifşa edən
məqaləsi çap olun muşdur. O, Pa risdə "Fransa-Qafqaz" ko mitəsinin işinə cə lb edilmişdi. C.Hac ıbəyli Aprel işğalından (1920)
sonra Vətənə dönə bilmə miş, Pa risdə qalmağa məcbur olmuş, ömrünü mühacirətdə başa vurmuşdur. Parisdə Azərbaycan
mədəniyyətinin təbliği yönündə qızğın fəaliyyət göstərmişdi. 1920 ilin əvvəllərində Ü.Hacıbəylinin "Arşın mal alan" musiqili
ko mediyasını fransız d ilinə tərcü mə etmiş və əsər həmin il tamaşaya qoyulmuşdur. 1926 ildə çap etdirdiyi "Azərbaycan
teatrı" adlı məqaləsində o, fransız o xucularına Hüseyn Cavid və Cəfər Cabbarlının yaradıcılığ ı haqqında məlu mat vermişdir
("Revyü de Monde müzülman", №3). "Ümu mi yenidənqurma problemində Azərbaycanın iqtisadi bərpası" əsərində (1922-
23) C.Hacıbəyli təbii sərvətlərdən səmərəli istifadə edilməklə A zərbaycanın müstəqil iqtisadi inkişafı ideyasını
əsaslandırmışdır. 1928 ildə nəşr etdirdiy i " XIX əsrin əvvəlləri Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov" məqaləsində
Azərbaycan tarixşünaslığı və arxeologiyasının banisi, ensiklopedik biliyə malik Abbasqulu ağa Bakıxanovu fransız
oxucularına tanıtmışdır ("Jurnal Aziatik", iyul-sentyabr, 1928). Onun 1905-10 illər A zərbaycan mətbuatı tarixinə dair
məqa ləsi ("Aziatik Revyü" jurnalı, 27-c i c ild, №90, 1931) isə xa lqımızın mədəniyyətini öyrənən Qə rbi Avropa alimlə ri üçün
istiqamətverici mənbə rolu oynamışdır. C.Hacıbəylinin 1933 ildə çap etdirdiyi "Qafqaz Azə rbaycanının Qarabağ dialekt i" adlı
elmi məqa ləsi ("Jurnal A ziatik" yanvar-may, 1933) A zərbaycan və Qərb i Avropa dilç iliy i üçün indi də ö z əhə miyyətini
itirmə mişdir.
Məşhur fransız şərqşünasları A.Beniqsen və Ş.Le merse Ke lke jenin 1964 ildə Pa risdə fransız dilində nəşr etdirdik-
ləri "Rusiyada 1920 ilə qədər ç ıxan müsəlman mətbuatının tarixi" ad lı əsərin müqəddiməsindən məlu m o lur ki, Azə rbaycan
mətbuatına dair fəslin hazırlan masında C.Hac ıbəyli də iştira k et mişdir.
C.Hacıbəyli Əbdürrəh man bəy Fətəlibəyli-Düdənginskinin təşkil etdiyi "Azərbaycan Milli Birlik Məclisi" idarə
heyətinin üzvü, Məc lisin orqanı olan "Azərbaycan" jurnalının (Mün xen) redaktoru olmuşdur (1954 ildə nəşri dayan-
dırılmışdır).
Ceyhun bəy Hacıbəyli ö mrünün son illərində SSRİ-ni öyrənən institutun Parisdə fransızca nəşr etdiyi "Qafqaz" jur-
nalının A zərbaycan bölməsində gedən yazıların redaktəsi ilə məşğul olmuşdur. 1959 ildə həmin institutun xətti ilə
Münxendə Ceyhun Hacıbəylinin "Azərbaycanda islam əleyhinə təbliğat və onun metodları" əsəri çap o lunmuşdur.
Ceyhun Hacıbəylin in şəxsi fondunu YUNESKO-nun əməkdaşı Ramiz Abutalıbov böyük zəhmət və çətinliklər
bahasına toplamış və Azərbaycana gətirmişdir. Həmin materiallar hazırda Salman Mümtaz ad ına Respublika Dövlət
Ədəbiyyat və İncəsənət Arxivində mühafizə olunur.
Əsərləri: Избранное, Б., 1993
.
Əd.: Əliyev M., Ceyhun Hacıbəyli, "Azərbaycan Demo kratik Respublikası: Azərbaycan Höku məti (1918-1920)"
kitabında, B., 1990.
Dostları ilə paylaş: |