Ölkənin müdafiəsinin təĢkili. Azərbaycan Xalq Cü mhuriyyəti Höku məti qarşısında duran başlıca vəzifələrdən biri
ölkənin müdafiəsinin və ərazi bütövlüyünün təmin edilməsi idi. Ölkədə yaran mış son dərəcə ağır hərb i-siyasi şərait bunu
tələb edirdi və Cü mhuriyyətin elan edilməsinin e lə ilk günlərindən həmin vəzifənin həlli istiqamət ində lazımi addımların
atılmasına başlandı. Hələ müstəqilliyin elan edilməsi ərəfəsində formalaşdırılmasına başlan mış Müsəlman korpusunun hissə
və bölmələ ri də bu işə cəlb ed ild ilər və art ıq Gəncəyə doğru hərəkətə başlamış Bakı Sovetinin bolşevik-daşnak qoşunların m
qarşısını kəs mək üçün cəbhə xettinə göndərildilər. Lakin hələ tam formalaş-mamış olan Müsəlman korpusu bolşevik-daşnak
qoşunlarının və S.Şau myanla əlbir olan quldur Andronikin yaxşı silah lan mış dəstələrin in müqavimətini qırmaq üçün kifayət
qədər hərbi gücə malik deyild i. Yen i hərb i qüvvələrin forma laşdırılmasına isə va xt yo x id i. Belə bir və ziyyətdə Azərbaycan
Höku məti hərb i yardım üçün Osmanlı dövlətinə müraciət etdi. Nəticədə, soyqırımına məruz qalmış Azərbaycan xalq ının
kö məyinə gəlmiş türk hərb i h issələri ilə milli tərkib li qoşun hissələrinin əsasında Qafqaz İslam Ordusu yaradıldı və Nuru
paşa onun komandanı təyin edild i. Qafqaz İslam Ordusunun fəaliyyət dövrü ölkənin müda-fiəsinin təmin edilməsinin ilkin
mə rhələsini təşkil edir. Bu mərhə lədə müstəqilliy in tə minatçısı o lacaq milli qoşun hissələrinin yaradılmasına rəhbərlik də
türk hərbçilərinə həvalə olun muşdu. Ancaq ölkə ərazisində ciddi döyüşlərin getdiyi bir vaxtda milli qoşun hissələrinin
formalaşdırılması üçün normal şərait yo x id i. Bununla belə, bütün imkan lar dövlət müstəqilliyin in qorunmasına səfərbər
olundu. Höku mət tərəfindən Hərbi vəziyyətin elan olunması haqqında qərar, Hərbi vəziyyətin elan olunması haqqında
qərara əlavə kimi mühüm sənədlər qəbul edildi, Müs əlman korpusu Əlahiddə Azərbaycan korpusu adlandırıldı. Çağırış -
səfərbərlik işləri yenidən quruldu, bir sıra bölgələrdə könüllü xa lq dəstələri təşkil edildi. Ba kı uğrunda döyüşlər za man ı ətra f
kəndlərdə toplan mış könüllü dəstələr Maştağa dəstəsində birləşdirildi.
Türkiyə və A zərbaycan hərbi qüvvələrinin birgə mübarizəsi nəticəsində 1918 ilin iyun-avqust aylarında Gəncə
ermənilərinin tərk silah edilməsi həyata keçirildi, Qaraməryə m döyüşü, Kürdəmir döyüşü, Ağsu döyüşü, Şamaxı döyüşü,
Salyan döyüşü uğurla başa çatdırıldı. Birinci Qafqaz Qırmızı Korpusunun və ingilis hərbi qüvvələri tərəfindən müdafiə
olunan "Sentrok aspi diktaturası"nın qoşunlarına sarsıdıc ı zə rbə endirird i. 1918 il sentyabrın 15-də Ba kı şəhəri azad edilərə k
müstəqil A zərbaycan dövlətinin paytaxtına çevrildi.
Azərbaycan Höku məti Bakıya köçdükdən sonra ölkənin ə razi bütövlüyünün təmin edilməsi üçün həyata keçi-
50
rilən qətiyyətli tədbirlə rdən biri də Qafqaz İslam Ordusunun Qarabağ hərəkatı oldu. Bu hərəkatda iştira k edən
qüvvələrin əsasını Azərbaycanın Birinci piyada diviziyası və türk hərbi bölmələri təşkil edirdi. Hərəkata rəhbərlik Cəmil
Cahid bəyə tapşırılmışdı. Qısa müddət ərzində Qa rabağda Azərbaycan hakimiyyəti bərqərar edild i, separatçı ermən i daşnak
qüvvələrinə ağır zərbə vuruldu.
Mudros barışığının (1918) şərtlərinə əsasən türk hərb i qüvvələri A zərbaycanı tərk etdikdən sonra ölkən in müda-
fiəsinin təşkilində yeni mə rhələ başlandı. Bu mə rhələdə bütün ağırlıq Azə rbaycan Hökumət inin üzə rinə düşdü. Türk hərb i
qüvvələri A zərbaycanı tərk edəndə ölkənin müdafiəsini ö z ü zərinə götürməyə qadir olan müstəqil milli ordu hə lə
formalaşmamışdı. Bir tərəfdən əsas diqqətin döyüşlərin aparılmasına yönəldilməsi, d igər tərəfdən də, milli ordu
quruculuğuna rəhbərlik edən bəzi türk zab itlərinin əsaslandırılmamış struktur eksperimentlərinə, xid mətin təşkilində və
çağırış-səfərbərlik işlərin in aparılmasında nöqsanlara yol vermələri A zərbaycan ordusu hissələrinin formalaş masını ləngitdi.
Bu və zifənin həllinə nail o lmadan ölkənin müdafiəsini də etibarlı şəkildə təşkil et mə k mü mkün deyildi. Ona görə də Nazirlə r
Şurası Hərbi Nazirliyin yaradılması haqqında qərar qəbul etdi. Hərbi nazir vəzifəsi ilk vaxtlar Höku mətin sədri Fətəli xan
Xoyskiyə həvalə olundu. Hərbi Nazirliyin təşkili və ordu quruculuğuna birbaşa rəhbərlik isə əvvəlcə nazir müavini, 1918 il
dekabrın 25-dən isə hərbi nazir təyin edilmiş Səməd bəy Mehmandarova tapşırıldı.
Höku mətin və Hərbi Nazirliy in ölkən in müdafiəsin in təşkili və ordu quruculuğu istiqamətində ümu mdövlət mə-
nafelərini əks etdirən qarşılıqlı fəa liyyəti güclü hərbi qüvvələrin yaradılmasına yol açdı. Bu sahədə yeni siyasət for-
malaşdırıld ı və onun bütünlüklə həyata keçirilməsi təmin edildi. Qısa müddətdə Hərbi Nazirliy in aparatı fo rmalaşdırıldı.
Buraya Ümumi qərargah, Ləvazimat idarəsi, Topçu idarəsi, Hərbi-tibb idarəsi, Hərbi-baytar idarəsi, General-
kvartirmeyster şöbəsi və digər strukturlar daxil id i. Bundan başqa, Hərbi Nazirliyin ştatı barədə qanun, Əxzi-əsgər (ça-ğırış)
təşkilatının yaradılması haqqında qanun, Hərbi və polk məhk əmələrinin yaradılması barədə qanun qəbul edildi. Kifayət
qədər hərbi biliyə və təcrübəyə malik zab itlər olan Əlağa Şıxlinsk i, Həbib bəy Səlimov, Murad Gə ray Tlexas, İbrahim ağa
Usubov, Hə mid bəy Qaytabaşı, İbrahim ağa Vək ilov, Süley man bəy Əfəndiyev, Cavad bəy Şıxlinsk i, Feyzulla M irzə Qacar
və başqaları məsul vəzifə lərə təyin edildilər.
Azərbaycanda milli ordu yaradılması, b ir tərəfdən dövlət quruculuğunun mühüm tərkib hissəsi, digər tərəfdən də
konkret tarixi şəraitdə Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün atılan zəruri addım idi. Nazirlər Şurasının sədri
Fətəli xan Xoyski 1918 il dekabrın 26-da Azə rbaycan Parla mentində ç ıxış edərkən ordunun üzərinə düşən vəzifəni
51
belə səciyyələndirirdi: "Gə rək hər bir dövlət daima özünü müdafiə etmək iiçün qüvvə hazırlasın. Ona görə bizim
həm xarici düşmənlərimizə qarşı, bizim istiqlalımıza hücum edənlərə qarşı müdafiə edəcək bir qiivvəmiz olsun ". Hərb i
nazir Sə məd bəy Meh mandarov is ə Höku mətin ordu quruculuğu ilə bağlı müəyyənləşdirdiyi və zifələ ri belə açıq layırdı:
"...Azə rbaycan qoşunları heç bir təcavüzkar məqsəd güdmür. O yalnız dövlət sərhədinin miidafiəsi, dövlət daxilində
qanun və qaydanın qorunması, mümkün olacaq
anarxiyanın
aradan
qaldırılması,
bandaların
soyqunçu basqınlarına son qoyulması məqsədilə
yaradılmış və yaradılmaqdadır ".
Parla ment də ordunun forma laşdırılmasına,
ölkənin müdafiəsinin təşkili məsələlərinə ciddi d iqqət
yetirirdi. Ordu quruculuğu və müdafiə məsələlə rin in
mü zakirəsi zamanı Nazirlər Şurasının sədri və hərb i
nazir vaxtaşırı Parlamentə dəvət edilird i. Parlamentdə
hərbi məsələlər ü zrə xüsusi komissiya yaradılmışdı.
Ko missiyanın üzv ləri, hə mç inin digər millət vəkillə ri
müvafiq sənəd layihələrini hazırlayıb Parlamentin
mü zakirəsinə təqdim etməklə bərabər, hərb i hissələrə,
obyektlərə, gərgin döyüş bölgələrinə gedir, ü mu mordu
miqyaslı tədbirlərdə fəal iştirak edird ilər. Parlamentin
fəaliyyəti
dövründə
ordu
quruculuğu
və
ölkəmüdafiəsinin təşkili ilə bağlı 9 qanun qəbul
edilmiş, Azərbaycan-Gürcüstan hərbi-müdafiə sazişi
(1919) ratifikasiya olunmuş, Qarabağda və ölkənin
şimalında yaranmış təhlükəli vəziyyətlə bağlı
növbədənkənar mü zakirələr aparılmışdır.
Ordu quruculuğundakı uğurların əsas
səbəblərindən biri onun milli dəyərlərə söykənməsi idi.
Azərbaycan dili orduda
55
da dfövlət dili kimi qəbul edild i. A zərbaycan dilinin öyrənilməsi və savadsızlığın ləğvi üçün kurslar yaradıldı,
həmin kursla rın aparılmasına təcrübəli mütə xəssislər cəlb ed ild i.
Azərbaycan ordusunun mənəvi durumuna, hər bir döyüşçünün mənsub olduğu xalqın tarixi keçmişini öyrənməsinə,
qəhrəmanlıq nü munələri əsasında tərbiyələndirilməsinə böyük diqqət verild i. Bu ba xımdan Sə məd bəy Meh mandarov ço x
dəyərli fikir və tə kliflə r irə li sürdü. Hə min fikirlərin mahiyyəti bundan ibarət idi ki, Azərbaycanın qəhrə manlıq tarixi hə m
araşdırılmalı, həm də xalq kütlələrinə çatdırılmalı idi. Hərbi nazir bu istiqamətdə aparılan işlərdə, eyni zamanda, ifratçılığa
varmağın, milli tərbiyənin millətçiliklə əvəz o lunmasının da tərəfdarı deyildi. Nazir Azərbaycan xalqının qəhrəmanlıq
tarixinin kitablar halında çap edilərək qoşun hissələrinə çatdırılmasın ı vacib vəzifələrdən biri sayırd ı.
Milli ordu quruculuğunda atılan ilk addımlardan biri də yeni hərb i geyim formasına keçilməsinin qərara alın ması
oldu. Milli üslubda hazırlan mış yeni hərbi geyim əsgər və zabitlərdə milli ruhun fo rma laşdırılmasına müsbət təsir göstərirdi.
Bu məqsədlə xüsusi komissiya yaradılmışdı. Hə min ko missiyaya general-leytenant Əlağa Şıxlinski rəhbərlik edirdi.
Azərbaycan ordusu 1919 il yanvarın 11-dən yeni-milli hərbi formaya keçdi.
Milli hərbi kadrla rın hazırlan ması da Hərb i Na zirliyin qarşısında duran mühüm vəzifə lərdən idi. Bu məqsədlə hələ
türk qoşunlarının Azərbaycanda olduğu vaxt Gəncədə fəaliyyətə başlamış podpraporşiklər məktəbin in fəaliyyəti yenidən
quruldu və onun statusu artırılaraq, Praporşik lər mək təbinə çevrildi. Məktəbdə təlim-tərbiyə işləri də yenidən quruldu. 1919
ilin sonunda Praporşiklər məktəbin in əsasında Hərbiyyə məktəbi, Azərbaycan ordusu üçün milli hərbi kadrlar hazırlayan
İstehkamçılar məktəbi, Hərbi dəmiryolçular məktəbi və Hərbi feldşer məktəbi də açılmışdı.
Hərbi Na zirliy in fəaliyyəti sayəsində, çətinliklər o lsa da, orduya çağırış işi yeni sistem əsasında quruldu. Nəticədə,
əhali orduda xid mətə müsbət münasibət bəsləməyə başladı. Bir sıra məmurların qanunsuz hərəkətlərinə, varlıların rüşvət
verərək, övladla rın ı hərb i xid mətdən a zad et məsinə, fərarilik, zabit lər arasında intiza msızlıq hallarına ba xmayaraq, ordu
quruculuğunda müsbət dəyişikliklər üstünlük təşkil edirdi. Bunun bir səbəbi də o idi ki, Hərbi Nazirlik mənfi hallara qarşı
digər müvafiq orqanlarla, xüsusilə Da xili İşlə r Na zirliyi ilə ə lbir mübarizə aparırd ı.
Hərbi na zir Sə məd bəy Mehmandarov ordu quruculuğundakı çətinliklə rdən bəhs edərkən hələ 1918 ilin deka-
brında göstərirdi ki, fərariliy in əsas səbəblərindən biri çağırış orqanlarının fəaliyyətinin düzgün qurulmaması ilə bağlıdır. O,
açıqca bildirird i ki, hərbi xidmətə yalnız rüşvət verib "canlarını qurtara bilməyən " şəxslər cəlb olunurlar və buna görə də
qoşun hissələrində bir nəfər də olsun imkanlı adamın övladı yoxdur. İmkanlı adamların övladlarına yalnız Praporşiklər
məktəbində rast gəlmək olardı ki, onlar da öz arzuları ilə təhsil almağa gəlmişdilər. Hərbi mükəlləfiyyətin əsas ağırlığı
kasıbların üzərinə düşiirdü.
1918 il dekabrın 25-də Səməd bəy Mehmandarov hərbi xid mətə çağırışı yaxşılaşdırmaq məqsədilə xalqa müraciət
etdi. Müraciət A zərbaycan və rus dillərində çap ed ilərək əhali arasında yayıldı. Hərbi nazirin mü raciətində türk qo-
şunlarının Azərbaycanda olduğu zaman çağırış işində yol verilmiş nöqsanlara, o cümlədən, hərbi hissələrdə əsgərlərə qarşı
fiziki güc tətbiq edilməsinə, əsgərlərin ağ ır məişət şəraitinə to xunulur, onların aradan qald ırılması üçün görülən qətiyyətli
tədbirlərdən bəhs olunurdu: "İndi isə qoşun düzəltməyi öz öhdəmə götürmüşəm və cəmi vətəndaşları, istər fəqir, istər
dövlətli, əsgərliyə çağırıram. Hər kəs ki, bir dövlətli uşağını qələmdən salıb azad etsə, böyük cəzaya düçar olacaqdır və
burası da məlum olsun ki, əsgərlər yaxşı geyinəcəklər və yeməklərinin də yaxşı olmağına mən çox çalışıram. Otaqları isti
olacaq və hər bir əsgər üçiin ayrı yorğandöşək hazırlatmışam ".
Həyata keçirilən bu tədbirlər A zərbaycan ordusunun forma laşdırılması işini xey li sürətləndirdi.
Güclü ordu formalaşdırılması üçün vacib olan mü xtəlif hərb i strukturun yaradılması, qoşunların ərzaq və digər va-
sitələrlə tə min olun masının ya xşılaşdırılması, hə mç inin zabit lərin maaşlarının va xtaşırı art ırılması hə m Hö ku mətin, hə m də
Hərbi Na zirliyin daimi nə zarətində id i. Bu sahədə hərbi nazirliklə Na zirlər Şurası arasında sıx əlaqə yaradılmışdı. Hərb i
nazir 1919 ilin apre lində ordunun forma laş dırılması üçün büdcədən ayrılacaq vəsaitin miqdarı barədə Höku mətə tə klif verdi.
Höku mət bu təklifi təsdiq etdi. Həmin vəsait 399,4 milyon manata bərabər idi ki, bu da dövlət büdcəsinin 27,7%-ni təşkil
edirdi.
Ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsi üçün Azərbaycan Höku məti həm də fəal xarici siyasət yeridirdi.
Bu baxımdan, həm nüfuzlu dünya ölkələri ilə, həm də yaxın qonşularla qarşılıq li əlaqələrin qurulmasına cəhd göstərilirdi.
Belə ki, Azərbaycanla Gürcüstan arasında hərbi əməkdaşlıq gücləndirildi və bu ə mə kdaşlığı niza mlayan hüquqi baza kimi
1919 il iyunun 16-da iki respublika a rasında hərbi saziş imza landı. Sa zişi Azə rbaycan Höku mət i tərə findən xa ric i işlə r na ziri
Məmməd Yusif Cəfərov, hərbi na zir Sə məd bəy Meh mandarov və Baş ərkani-hərbin (Baş qərargahın) rəisi Mə mməd bəy
Sulkeviç imzaladılar. Tiflisdə üç il müddətinə imzalan mış həmin sazişə görə tərəflərlərdən hər hansı biri xarici müdaxiləyə
mə ruz qala rsa, digəri ona kö mə k göstərməli idi. Tə rəflərin razılığına əsasən, 2 həftə ərzində Ermənistana da bu sazişə
qoşulmaq hüququ verilird i. Ancaq Azərbaycan və Gürcüstan torpaqlarına göz dikən Ermənistan bu müqaviləyə qoşulmad ı.
Göstərilən sazişdən əlavə, Azərbaycanla Gürcüstan arasında hərbi-texniki əməkdaşlıq haqqında da sənəd imzalandı.
Hə min sənədə əsasən, Gürcüstan həm hərbi te xnika və sursatla, həm də hərbi kadrların hazırlanması işində Azərbaycana
kö mək göstərdi. Gürcüstandan gətirilmiş silah, sursat və təchizat Azərbaycanın şimal sərhədlərini qoruyan qoşun
bölmələrinin maddi-texniki imkan ların ı xey li yaxşılaşdırdı.
Höku mətin, o cümlədən Hərb i Nazirliyin gördüyü tədbirlər nəticəsində Azərbaycan ordusunun döyüş qabiliyyət
56
getdikcə güclənir, ölkənin müdafiə imkan ları artırdı. 1919 ilin yayında Denikin qoşunlarının Azərbaycana hərbi müda xiləsi
təhlükəsi artdığı za man, ölkənin əra zi bütövlüyünün qorunub saxlan ması üçün bütöv müdafiə sisteminin yaradılmasına nail
olundu, Şimal sərhədinin müdafiə sistemi, Abşeronun müdafiə sistemi, Bak ının müdafiə sistemi quruldu, bu müdafiə
sistemlərinin möhkə mləndirilməsi üçün kifayət qədər qüvvə və vəsait ayrıldı. 1919 ilin iyununda Dövlət Müdafiə Komitəsi
yaradıldı və bununla da ö lkənin müdafiəsinin təşkili konkret bir orqanda mərkəzləşdirild i. Nazirlər Şurası sədrinin rəhbərlik
etdiyi bu orqan hərbi quruculuq sahəsində həm zə ruri olan qəra rla r qəbul ed ir, hə m də ö zü bu qərarların icrasını təşkil
edirdi.
Höku mətin gördüyü qəti tədbirlər nəticəsində texmi-nən il yanm ərzinde, mü rəkkeb tarixi şəraitdə, iqtisadi və hərbi
bazanm ço x zəif olmasına baxmayaraq, kifayət qədər yüksək döyüş qabiliyyətinə malik bir ordu yaradıldı. Bu ordunun
təşkili Azə rbaycan Xalq Cü mhuriyyətinin ən mühüm nailiyyətlərindən biri idi.
1919 ilin avqustunda Azərbaycan ordusunun artıq kifayət qədər forma laşmış hərbi hissələri Lənkəran bölgəsinin
Azərbaycan Höku mətinə tabe olmayan qiyamç ılardan tə mizlən məsi məqsədilə Lənk əran əməliyyatını uğurla yerinə
yetirdilər. Qiya mç ı qüvvələrin məğlub edilməsi və bölgədə A zərbaycan Xalq Cü mhuriyyəti hakimiyyətinin bərqəra r
olunması hərb i nazirin əmri ilə yarad ılmış Lənkəran dəstəsinə tapşırıld ı. Dəstənin ko mandanlığ ı general-mayor Həbib bəy
Səlimova həvalə olun muşdu.
Lənkə ran dəstəsinin qətiyyətli və çevik fəaliyyəti nəticəsində sentyabrın 3-də bölgədəki rus hərbi qüvvələri tərk-
silah edild ilə r. Bununla əlaqədar ola raq hərbi na zir Sə məd bəy Meh mandarovun 1919 il 19 sentyabr tarixli 420 saylı
əmrində deyilird i: "Lənkəran şəhərinin tutulması, həmin rayonda qayda-qanunun bərpa edilməsi və Azərbaycan
Hökumətinin hakimiyyətinin təsdiq edilməsi üçün mənim tərəfimdən Lənkərana Ümumi qərargah rəisi general-mayor
Səlimovun komandanlığı altında üç qoşun növünd ən ibarət xüsusi dəstə təchiz edilmiş və göndərilmişdi.
Hacıqabuldan Lənkərana və geriyə olan 430 verstlik məsafəni bərk istilərdə bizim gənc ordumuz xəstələr və ar-
xada qalanlar olmadan 15 günə qət etmişdir. Bütün yürüş ə rzində dəstədə qayda-qanun pozulmamış, yerli sakinlərdən
heç birinə kiçik bir ziyan da vurulmamışdır. Yol-boyu şəhər və kəndlərin əhalisi dəstənin zabit və əsgərlərinin nəzakətli
davranışlarını böyük minnətdarlıqla qeyd edirdilər. Mən buna dəstə qayıdandan sonra Lənkərana olan şəxsi səfərim
zamanı əmin oldum. Öz əsl hərbi görkəmi və nümunəvi nizam-intizamı ilə hamıda güclü təəssürat yaradan dəstə zəngin
hərbi qənimətlə Lənkəran qəzasını və Muğanı əzizimiz Azərbaycanın ağuşuna qaytardı, zülmdən və anarxiyadan əziyyət
çəkən əhalini sakitləşdirdi və əmin-amanlığı təmin etdi. Bütün bunlar bir damla qan tökulmədən həyata keçirildi.
Azərbaycan ordusunun birinci hərbi yürüşündə özlərini qoçaq və şərəfli döyüşçü kimi göstərən gənc əsgərlərə
ürəkdən "sağ ol!" deyirəm".
Azərbaycan ordusunun nəyə qadir olması Qarabağın dağlıq hissəsini Azərbaycandan qoparmaq məqsədilə həyata
keçirilən ermən i-daşnak təcavüzünün aradan qaldırılması üçün aparılan Qarabağ əməliyyatında özünü bir daha bariz
nümayiş etdirdi. Bu təcavüz Azərbaycanın işğalı və bölüşdürülməsi məqsədilə Sovet Rusiyası ilə erməni-daşnak qüvvələri
arasındakı sövdələşmə nəticəsində həyata keçirilird i. Erməni-daşnak qüvvələri bütün Qarabağı ələ keçirməyə cəhd
göstərməklə, həm də A zərbaycanın şimal sərhədlərin in müdafiəsinin tamamilə zəiflədilməsinə və
57
bununla da bolşevik işğalının asanlaşmasına əlverişli şərait yaratma lı id i.
Erməni qüvvələri Novru z bayra mı günlərində, mart ın 22-də gecə saat 3-də eyni va xtda Şuşa, Xankəndi, Əsgəran,
Xocalı və Tərtərdə yerləşən qoşun bölmələrinin ü zərinə hücu ma başlasalar da, hərb i təşəbbüsü ələ ala bilmədilər. Birinci
piyada diviziyasının ko mandiri general-mayor Cavad bəy Şıxlinski erməni silahlı dəstələrin in Əsgəran qalası ü zərinə
hücumu başlanandan sonra Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyliyə göndərdiyi teleqramında yazırdı: "Əsgərlər
qalanın bir hissəsini hələ də əllərində saxlayırlar... ya başımızı verəcəyik, ya da Əsgəranı qoruyacağıq".
Qarabağ müharibəsi Azərbaycan ordusunun və onun rəhbərliyinin müstəqillik dövründə rastlaşdıqları ən ağır və
həm də ən şərəfli sınaq idi. Qısa müddətdə Azərbaycanın bütün müdafiə qüvvələri səfərbərliyə a lındı. Vətənin i və yurdunu
sevən Azərbaycan oğulları ölkənin ə ra zi bütövlüyünün təmin ed ilməsi üçün əsl qəhrə manlıq nü munələri göstərirdilər.
Azərbaycanın hərb tarixinə Qarabağ müharibəsi adı ilə da xil o lmuş bu müharibənin uğurla başa çatdırılması Azə rbaycan
ordusu əsgərlərinin, zab it və generallarının Vətənə əsl xid mət nü munəsi id i. Hərb i na zir Sə məd bəy Meh mandarovun strateji
rəhbərliy i, general Əlağa Şıxlinskin in təşkilatçılıq qabiliyyəti, genera l-mayor Həb ib bəy Sə limovun, general-mayor Cavad
bəy Şıxlinskin in, genera l-mayor Tey mur bəy Novru zovun və yüzlə rlə d igər zab itlərin şücaəti A zərbaycan ordusunun qüdrət
və qabiliyyətini nümay iş etdirdi. Ermən i silahlı qüvvələri göstərdikləri bütün cəhdlərə ba xmayaraq, Qarabağın A zərbay-
candan qoparılmasına nail o la bilməd ilər.
Qarabağdakı güclü erməni təcavüzü dəf olunsa da, şimaldan yaxınlaşan hərbi müdaxilənin qarşısını almaq mü m-
kün olmadı, çünki A zərbaycan ordusunun şimal sərhədlərini qoruyan hərbi hissələrin Qarabağın müdafiəsinə cəlb edilməsi
nəticəsində buranın müdafiə imkan ları ço x zəiflə mişdi. Qa rabağdakı qüvvələrin yenidən şima la at ılması üçün isə nə vaxt var
idi, nə də imkan. Hə m də, 1920 il apre lin 16-da Fətəli xan Xoyski b ild ird i ki, Qarabağdan qoşunları heç b ir vəchlə ç ıxa rmaq
olma z, çünki bu, ermən i silahlı qüvvələrin in A zərbaycan torpaqlarına qarşı təcavüzünün yenidən güclənməsinə səbəb ola
bilər.
1920 il aprelin 27-də Sovet Rusiyası hərbi qüvvələrinin Azə rbaycan sərhədlərini po zması xəbəri a lınan kimi, hərbi
nazir Sə məd bəy Meh mandarov Birinci piyada diviziyasının ko mandiri, general-mayor Cavad bəy Şıxlinskiyə teleqra m
göndərib şimal sərhədinin müdafiəsinə hərbi qüvvə ayırması barədə əmr verd i: "Bolşeviklər Yalama stansiyasına hücum
etdilər. Onlar dayanmadan irəliləyirlər. Xudatı ələ keçiriblər. Çıxılmaz vəziyyətdəyik. Günü bu gün Qızılburuna
Qazaxdan bir tabor və Gəncədən bir tabor göndərməyinizi əmr edirəm. Hər bir taborda ən azı 500 süngü və pulemyot
olmalıdır. Yük qatarı artıq göndərmişik. Həmin hissələrin gəlməsi vaxtını teleqramla bildirin. Biz taborları sabaha
gözləyirik".
Hərbi na zir Sə məd bəy Mehmandarov bu əmri ilə , göründüyü kimi, şima l cəbhəsinin müdafiəsi üçün köməyi
Qarabağdan deyil, Gəncə və Qazaxdan gözləyird i. Çünki yaran mış vəziyyətdə Qarabağda olan qüvvələrin şimala gətirilməsi
belə, A zərbaycan ordusu ilə müqayisədə çox böyük zə rbə qüvvəsinə malik o lan Qırmızı ordunun qarşısını ala b ilməyəcəkdi.
Hə m də, ermən i təcavüzka rla rına qarşı aparılan hərbi ə mə liyyatlarda Azərbaycan ordusu xeyli canlı qüvvə, maddi it kilə r
vermişdi. Şimal sərhədi boyunca müdafiədə dayanan azsaylı hərb i h issələr bütün qüvvələri ilə müqavimət göstərsələr də,
sayca qat-qat çox olan və hərbi te xn ika ilə ya xşı təchiz olun muş bolşevik müda xiləç ilə rin in qarşısını sa xla maq mü mkün
olmadı.
İşğalçı ordunun əsas zərbə qüvvəsinin zirehli qatarlarla Bakıya girməsi və şəhərin giriş-çıxış yollarının tutulması ilə
Azərbaycan Xalq Cü mhuriyyətinin müqəddəratı həll edild i və Azə rbaycanın müstəqilliyinə son qoyuldu.
Dostları ilə paylaş: |