Sosial-iqtisadi vəzi yyə t. Cü mhuriyyət Hö ku məti ict ima i-siyasi həyatın digər sahələrində olduğu kimi, müstəqil
milli iqtisadiyyat quruculuğu və sosial sahədə də mühüm tədbirlər həyata keçirirdi. "Azərbaycan Xalq Cü mhuriyyətinə
abidə ucaldılması haqqında" Azərbaycan Respublikası Pre zidentinin s ərəncamında göstərildiyi kimi, "Gərgin və mürəkkəb
ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat,
mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər xalqımızın tarixində dərin iz buraxmışdır"
(Heydər Əliyev). A zərbaycan Xalq Cü mhuriyyəti müstəqil Azə rbaycan ideyasını müstəqil A zərbaycan iqtisadiyyatı
yaratmaqla reallığa çevirmə k üçün ciddi addımlar atdı. İstiqlalın görkə mli öndərləri olan Məhəmməd Əmin Rəsulzadə,
Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov və başqalarının sosial-iqtisadi ba xışlarında elə bir de mokrat ik cə miyyətin
qurulması nəzərdə tutulurdu ki, orada vətəndaşlar arasında siyasi bərabərliyin bərqərar edilməsi ilə yanaşı, sosial ədalətsizlik
də aradan götürülsün. "Fikri, milli və siyasi istiqlalların kökü iqtisadi istiqlaldır" (M.Ə.Rəsulzadə) konsepsiyası
Azərbaycan Xalq Cü mhuriyyətinin bütün fəaliyyəti dövründə daim diqqət mərkə zində saxlanılırdı.
Azərbaycan Xa lq Cü mhuriyyətinin iqtisadi p latformasında mü lkiyyət plüra lizmi-dövlət mü lkiyyəti, xüsusi, şə xsi,
səhmdar, bə lədiyyə mü lkiyyəti və digər mü lkiyyət forma larının inkişafı üçün bərabər imkanlar yaradılması nə zərdə
tutulurdu.
Bolşevizmdən fərqli olaraq, Cü mhuriyyət liderləri fabrik, zavod, torpaq və digər əsas istehsal vasitələri ü zərində
xüsusi mülkiyyəti rədd etmird ilər. Əksinə, hesab edirdilər ki, "bu cür mülkiyyəti tamamilə aradan qaldırmaq indiki
vəziyyətdə insanların şəxsi təşəbbüs qüvvətini zorakı olaraq aradan götürür".
Eyni zamanda, xüsusi mülkiyyətin miqyası müəyyənləşdirilir, bu işdə ifrata varmağın zərərli olduğu göstərilirdi.
Qeyri-məhdud mü lkiyyət hüququ və mənimsə mədə ifratçılıq xüsusi mülkiyyətin yoxluğu qədər zərərli sayılırdı. "Hə r bir
əkinçi ö zünün əkib-biçə biləcəyi miqdarda torpağa sahiblik etməlid ir!" prinsipin i əsas götürən Azərbaycan islahatçıları geniş
torpaqları ölü halında buraxan torpaq sahiblərinin mü lkiyyət haqqını rədd edirdilər.
Bu cür torpaq sahələri əvvəlki sahiblərindən alınıb, əkinçi vətəndaşlar arasında yenidən bölüşdürülməli idi.
Azərbaycan Xalq Cü mhuriyyətinin iqtisadi siyas ətində nəzərdə tutulurdu ki, xüsusi mü lkiyyətin mövcudluğu mül-
kiyyətin ta ma milə xırdalan masına aparma ma lıdır. Xüsus ən də, fabrik və zavodların xırda lan ması yolverilmə z hesab edilirdi.
Respublikan m iqtisadi qanunvericiliyinə görə, dövlət mü lkiyyətinə, qis mən də bələdiyyə mülkiyyətinə "dövlətin
sərvət və gəlir qaynağını təşkil edən yeralt ı mədənlər", hə mç inin "dəmir yolu, işıq, su, teleqraf və sair bu kimi ü mu mi işlə rə
xid mət edən quruluşlar" da xil edilirdi.
Azərbaycan Xa lq Cü mhuriyyətinin aqra r proqra mın ın əsasını aqrar islahatı haqqında Parla mentə təqdim o lunmuş
"Müsavat" fraksiyasının və əkinçilik nazirliy inin mövqeyini əks etdirən qanun layihələri təşkil edirdi. Göstərilən qanun
layihələ rin in hər ikisinin məqsədi, müəyyən fərq lərinə ba xmaya raq, torpaqsız və a ztorpaqlı əhalin i torpaqla tə min et mə k idi.
Hə m də, xüsusi torpaq mülkiyyətini ləğv etmə k deyil, torpağı xüsusi mü lkiyyətə elə istehlak normala rı ü zrə vermə k nə zərdə
tutulurdu ki, bir tərəfdən kənd əhalisini gəlirlə tə min et mək mü mkün olsun, digər tərəfdən istifadəsiz xüsusi sahibkar
torpaqları qalmasın.
"Müsavat" fraksiyasının qanun lay ihəsində torpaqların əvəzsiz paylan ması, digər qanun layihəsində isə müəyyən
əvəz müqabilində verilməsi nəzərdə tutulurdu. Birinci qanun layihəsində əvvəlki sahibkarların mülkiyyətində 75 desyatin,
digər qanun layihəsində isə, yerli şəraitdən asılı ola raq, mü xtə lif miqdarda torpaq sahəsinin saxlan ması
müəyyənləşdirilmişdi.
Mövcud olduğu 23 ay ərzində Cü mhuriyyət Höku məti bir sıra cari təsərrüfat məsələlərinin həllində mühüm uğur-
lar qazanmışdı. Neft sənayesi ağır vəziyyətdən çıxarılmış, dağıdılmış Bakı - Batum neft kəməri bərpa olunmuş, Bakı -Culfa
dəmiryolu inşası davam etdirilmiş, Kür çayı üzə rində körpü salın mış, Azərbaycan Dövlət Bank ı yaradılmış, milli pul
nişanları buraxılmış, Xəzər dəniz gəmiçiliyi inkişaf etdirilmişdi.
Müstəqil dövlətin atributu kimi, milli pul vahidinin buraxılması Cü mhuriyyətin maliyyə siyasətinin mühü m uğuru
idi. 1918 ilin əvvəlindən Ba kıda yeni kağ ız pulla r - "Ba kı bonları" bura xıldı (bu za manadək tədavüldə "Nikolay" pulları və
"Kerenski" pul vahidlə ri işlənird i). Milli pul vahid inin möh kə mləndirilməsi, onun alıcılıq qabiliyyətinin qorunub saxlan ması
ilk va xt lardan Höku mətin iqtisadi siyasətinin əsas məsələsi oldu. Çünki milli valyuta inflyasiya ş əraitində dövriyyəyə
buraxılmışdı. Höku mət həm əvvəlki
64
dövrdən miras qalan, həm də respublikanın mövcudluğu dövründə baş verən inflyasiyaya qarşı mübarizə aparmalı
olurdu. Bu məqsədlə müstəqil dövlətin ma liyyə, vergi, bank-kredit siste mi ya radıldı. 1919 ilin sentyabrında Azərbaycan
Xalq Cü mhuriyyətinin Dövlət Bankı açıldı. Maliyyə Nazirliy inin 1919 il 20 iyul tarixli qərarı ilə əmtəələrin sərbəst ixracına
nail o lun ması nəzərdə tutulurdu; Parlament xəzinəyə müəyyən rüsum (ixrac olunan xammalın dəyərinin 25 faizi qədər)
keçirmək şərti ilə xammal ixracına icazə verilməsinə dair qanun (1919, 11 dekabr) qəbul etdi. Xaricə gizli yolla gümüş,
qızıl, platin aparılmasına görə məsuliyyət məsələsinə baxıldı. Qüvvədə olan 1914 il 15 noyabr tarixli qanunun 1919 il 20
oktyabr tarixli qanunla əvəz edilməsi, bu sahədə məsuliyyəti artırd ı. Ölkən in sərhədləri da xilində mal mübadiləsini tənzimlə -
mə k məqsədilə 1919 ilin avqust ayından Azərbaycana xaricdən gətirilən bir sıra zinət şeylərinə müvəqqəti olaraq xüsusi
gömrük tarifləri tətbiq olundu. Eyni zamanda daxili bazarı tənzimləmək məqsədilə Azərbaycandan kənara göndərilən
əmtəələr üçün yeni müvəqqəti gömrü k qaydalarının tətbiq edilməsi haqqında qanun qəbul edildi (1920, 9 fevral). Höku mət
çevik vergi siyasəti yeridir, dövlət xərclərin in ixtisar edilməsi istiqamətində tədbirlər görürdü. Bu məqsədlə xaricdən ölkəyə
gömrüksüz gətirilən malların siyahısı müəyyənləşdirilmiş (bu siyahıya 200-dən çox məhsulun adı daxil edilmişdi), xarici
sərmayəçilərə və A zərbaycana sərmayə qoymaq a rzusunda olanlara güzəştli şərtlərlə Ba kı bonları təklif o lunmuşdu.
Yeni əsaslarda beynəlxa lq iqtisadi əlaqə lərin qurulması da Hö ku mətin qarşısında duran mühüm məsələ lərdən idi.
İstiqlal bəyannaməsində xarici ölkələrlə, xüsusilə yaxın qonşularla iqtisadi əlaqələr yaratmaq və bu əlaqələri geniş-
ləndirmə k nə zərdə tutulurdu. Təsadüfi deyil ki, Pa rla mentin fəa liyyətində mühüm rol oynayan "Müsavat" partiyası öz
mə ra mna məsində Azərbaycanın müstəqilliyinə, onun xa ricdən müdafiəsinə və hüquqi cəhətdən tanıdılmasına nail o lmaq
üçün iqtisadiyyata, iqtisadi əməkdaşlığa böyük əhəmiyyət verirdi. Cü mhuriyyətin iqtisadi p latformasında xarici ölkələrlə
iqtisadi ə məkdaşlığı asanlaşdırmaq, bu sahədə maneələri a radan qaldırmaq, digər tərə fdən isə bu cür ə məkdaşlığ ı dünya
normaları əsasında həyata keçirmək nəzərdə tutulurdu.
Ölkə iqtisadiyyatında inflyasiyanın qarşısını almaq üçün Höku mət bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə
tuturdu. Zəruri tədbirlər sırasında ə mtəələrin sərbəst ixracına nail olun ması da var idi. Xaricdən Azərbaycana gətirilən spirt li
içkilərə, balıq məhsullarına gömrük rüsumlarının artırılması haqqında 1919 ilin avqust ayında Parlamentin maliyyə-büdcə
ko missiyasında bəyənilən qanun layihələri də daxili bazarın qorunması və inflyasiyanın qarşısının alın masına xid mət edirdi.
Xarici iqtisadi-tica rət fəaliyyətinin iqtisadiyyatın sağlamlaşdırılması və pul tədavülünün tənzimlən məsində rolu
Parlamentin 1919 il 24 noyabr tarixli iclasında geniş müzakirə o lunmuşdu. Höku mətin iqtisadi platformasında
Cü mhuriyyətin yaran masından əvvəl formalaşmış iqtisadi əlaqələrə münasibət, əsasən, birmənalı idi. Bu əlaqələri kəsmək
yox, müstəqil dövlətin iqtisadi əlaqələri kimi genişləndirmək məqsədəuyğun sayılırdı. Azərbaycanda fəaliyyət göstərən
xarici kapital nümayəndələri ilə münasibətləri yeni əsaslarda inkişaf etdirmək üçün konkret addımlar atılırd ı. Məsələn,
Azərbaycan Höku mət inin 1919 il oktyabrın 18-də qəbul etdiy i qəra rda Böyükşor gölünün bir hissəsinin Nobel qardaşları
birliy inə ica rəyə verilməsi haqqında vaxt ı bit miş müqavilənin bərpa olun ması göstərilir, bu müqavilənin şərtlə rində edilən
yeni dəyişikliklər əsaslandırılırd ı.
Ümu miyyətlə, A zərbaycanda xarici kapital və konsessiya məsələsində həm Parlamentin və həm də xarici kapital
nümayəndələrin in fikirləri uyğun gəlirdi. Fransız kapitalistlərin in nümayəndəsi Manronun fikrincə, xarici kapitalın, o
cümlədən fransız kap italının Azərbaycana gəlməsi gənc müstəqil dövlətin yaşamasını, onun məhsuldar qüvvələrin in inkişaf
etməsini tə min edərd i.
Höku mət başçısı Nəsib bəy Yusifbəylin in Parlamentin 1919 il 22 dekabr tarixli iclasında elan etdiyi bəyannamədə
güclü iqtisadiyyatın yaradılması zərurəti Azərbaycanın azad və müstəqil yaşamasının şərti kimi göstərilird i. Hö ku mətin
xarici tica rət siyasətində köklü dəyişiklik et mə k nəzə rdə tutulurdu. İndiyədək ticarət siyasətində id xalı art ırmaq və ixracı,
imkan da xilində, aza lt maq üstünlük təşkil ed ird isə və nəticədə pul q iy mətdən düşürdüsə, artıq indi ixrac ı stimullaşdırmaq
istiqamət ində tədbirlərin həyata keçirilməsinin mü mkünlüyündən və zəruriliyindən bəhs olunurdu.
Azərbaycan Höku mət inin xaric i iqtisadi fəaliyyətində rea llaşdırmağa çalışdığı başlıca vəzifə lərdən b iri əha lin in
zəruri malla ra olan ehtiyacın ı tə min et məkdən və xə zinənin gə lirlə rini a rtırmaq üçün əlavə mənbələr a xtarıb tap maqdan
ibarət idi. Belə əlavə mənbələrdən biri də gömrük gəlirləri idi. Bu və ya d igər məhsulun xa ricə satışına icazə verilməsi və ya
onun qadağan edilməsi zamanı həmin məhsulun əhali üçün nə dərəcədə gərəkli o lması, Höku mətə nə qədər gəlir gətirməsi
halları diqqətlə nəzərə alınırdı. Höku mətin hazırlad ığı 1919 il 20 fevral tarixli qanun layihəsi ilə xaricə konyak, ü zü m və tut
spirtinin ixracına icazə verilirdi (Cü mhuriyyət dövründən qabaq xaricə spirtli içkilərin satışı qadağan olunmuşdu. Bu da
təsərrüfatların və Höku mətin ma liyyəsinə olduqca mənfi təsir göstərmişdi). Höku mət hesab edirdi ki, xaricə spirt satışında
nəinki dövlət xə zinəsi və araq çəkmə klə məşğul olan adamla r, hə mç inin bütün əhali maraq lıd ır. Öz təsərrüfat məhsulları
olan üzü mü və tutu şərab zavodlarına sat maq onlara əlverişli idi. Bu qanun layihəsini işləyib ha zırlayarkən Höku mət onu da
nəzərdə tuturdu ki, əhali üçün spirt ancaq te xn iki və tibbi məqsədlər üçün zəruridir. Xa ricə satışına ica zə verilən 85 dərəcə li
konyak spirti və 40-45 dərəcəyə qədər olan üzü m və tut spirti isə bu məqsəd üçün yaranır. Buna görə də onun xaricə
satışından əhaliyə heç bir ziyan dəyə bilmə z.
Parla mentin Azə rbaycan Cü mhuriyyətinin sərhədlərindən kənara xa mma l ixrac ının ş ərtləri haqqında qəbul etdiyi
65
qanun da (1919, 11 dekabr) Cümhuriyyətin xarici iqtisadi fəaliyyəti üçün çox əhəmiyyətli idi. Bu qanuna görə, pam-
bıq, yun, ipək, frizon (ipək istehsalında tullantı), barama kimi xammalların azad şəkildə ixracına xammalın dəyərinin 25
faizinin əvəzsiz o laraq xə zinənin hesabına keçirilməsi şərtilə ica zə verilirdi. Bu, xa ric i valyuta əldə et məyə və ya əmtəə
mübadiləsi qaydası ilə dövlətə lazım olan zəruri məhsulları almağa imkan verirdi. Bu qaydada xammal ixracının nisbətən
səmərəli b ir tədbir kimi ortaya çıxması ço xlu mübahisələrin, fikir ayrılıqla rın ın təsiri nəticəsində aşkar oldu. Tica rət və
sənayə nazirliy i ilk va xt lar valyuta ə mtəələrinin xaric i bazarlarda satışını özünün xüsusi agentləri vasitəsilə təşkil et məyə
çalışırdı. Lakin bu agentlərin Qərb bazarların ın qayda-qanununu kifayət qədər bilməməsi və həmin qaydaların hələ
Höku mət üçün də qaranlıq olması nazirliyin bu tədbirdən daşınmasına səbəb oldu. Göstərilən dövrdə xarici valyuta əldə
etmə k məqsədilə bu cür ə mtəə lərin a zad satışına icazə verilməsi, a zad ticarət prinsipinin tətbiqi kimi mülahizə lər də mövcud
idi. Lakin hə min mü lahizə lər on ların tətbiqində ciddi çətinliklə r ucbatından həyata keçirilmədi. Məsələn, bütün qonşu
respublika larda ə mtəə mübadiləsi sistemi üstünlük təşkil etdiyindən a zad t icarət prinsipinə keçid əlverişli o la b ilmə zdi. Be lə
şəraitdə azad ticarətin yalnız A zərbaycanda tətbiqi respublikadan hər şeyin ixracına səbəb olar, id xal isə min imu m həddə
enərdi. Qonşu respublika lar Azə rbaycan əmtəə lərindən özlə rində ə mtəə mübadilə ləri ə məliyyatları üçün istifadə et miş
olardılar. Bütün bunların nəticəsində, Azərbaycan Hökuməti, xəzinəyə müəyyən rüsum keçirmək şərti ilə, xammal ixracına
icazə vermə k qaydasını üstün tutdu. Xa mma l ixrac ına dair bu cür qaydanın işlənib hazırlan ması o dövrdə iqtisadi fikrin
mühü m nailiyyəti idi.
Azərbaycan Xalq Cü mhuriyyəti xa ric i-iqtisadi siyasət sahəsində fəaliyyətini ancaq qanunların işlən ib hazırlanması
ilə məhdudlaşdırmır, onla rın həyata keçirilməsi istiqa mətində də mühüm addımla r atırd ı. Məsələn, xarici dövlətlərlə ə mtəə
mübadiləsini qaydaya salmaq üçün ağır ma liyyə şəraitində 20 milyon manatlıq fond yaradılmış və Höku mətin 1919 il 12
fevral ta rixli qərarı ilə bu fonddan ilkin ehtiyac lar üçün 10 milyon manat h əcmində kredit bura xılması qəra ra a lın mışdı. Eyn i
za manda, Ticarət və Sənaye Nazirliyinin nəzdində "Xaric i dövlətlər və bir-birinə ya xın sahələrlə ə mtəə mübadiləsi ko mitəsi"
fəaliyyət göstərirdi. Xüsusi əsasnamədə göstərilirdi ki, ə mtəə mübadiləsi ko mitəsinin mühüm və zifələ rindən biri res-
publikanın iqtisadi və maliyyə vəziyyətinin əsasını təşkil edən neft ixracın ı və satışını təşkil etməkdir. Əmtəə mübadiləsi
ko mitəsinin 1919 il 15 mart tarixli plenar ic lasındakı geniş diskussiya bütün əmtəələrin iki böyük qrupa ayrılması ilə
nəticələndi: xaricə ixrac edilməsinə, ü mu miyyətlə, icazə ve rilməyən ə mtəələ r və ya ko mitənin ixrac et mə k səlahiyyəti
olmayan ə mtəələr; ko mitənin ica zəsi ilə ixrac edilməsinə ica zə verilən ə mtəə lər.
Bundan dərhal sonra Ticarət, Sənaye və Ərzaq Na zirliyi ixraca dair Əsasnamə təsdiq etdi. Əsasnamədə ixrac ına
icazə verilməyən ə mtəə lərə ta xıl, un, çörək, yarma, ye m, at, iri və xırda buynuzlu ma l-qara, ət və onun bütün növləri, qənd,
külçə və pul şəklində qızıl və gü müş, dəmir, soyuq
66
silahlar və s. da xil edilird i. Na zirliyin xaricə satışına ica zə verdiyi ə mtəə lərə düyü, ma karon, hər cür to xu m və tərə -
vəz, çay, qəhvə, bitki yağı, şərab, duz, sabun, meş ə materia lları, neft və neft məhsulları, q ızıl və gümüş mə mu latı, maşın və
alətlər və s. aid edilird i. Əsasnamədə bu iki qrupa aid o lmayan bütün əmtəələrin a zad satışına ica zə verild iyi göstərilirdi.
Höku mət 1919 il iyunun 28-də xüsusi sərəncamla əmtəələrin ixracına dair qaydaları təsdiq etmişdi.
Qonşu dövlətlərlə iqtisadi əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verən Azərbaycan Xalq Cü mhuriyyəti,
hələ özünün mükə mməl iqtisadi bazasını yarad ıb başa çatdırmadığ ı halda, hu manizm prinsiplərindən çıxış edərək,
Dağıstana 50 mln. manat məbləğ ində yardım göstərmişdi ki, bu da respublikanın büdcə məxaricinin 1/8 h issəsini təşkil
edirdi.
Cü mhuriyyətin xarici iqtisadi əlaqələrin in formalaş ması baxımından Gürcüstanla bağlanan müqavilə mühü m
əhəmiyyətə malik idi. 1918 il dekabrın 26-da bir illik müddətə bağlanan bu müqaviləyə əsasən, böyük ehtiyac olan
məhsulla rın, bu respublika ların tələbatları çərç ivəsində gömrük vergilə ri qoyulmadan alın ıb-satılmasına,habelə Gü rcüstan
əhalisinin və dəmir yolunun ehtiyacları üçün müəyyən hədd həcmində neft, mazut, kerosin və yağların rüsumsuz ixracına
icazə verilird i. Müqavilədə göstərilirdi ki, gürcü əhalisi üçün kerosin buraxılması 1 milyon puddan, neft və neft məhsullarının
ümu mi satışı isə 20 milyon puddan çox olmamalıdır. Gürcüstanın bəzi məhsullarının (daş kö mür, meşə materialları və s.)
neftin dəyərinin 1/ 10 hissəsi həcmində A zərbaycana gömrüksüz satılması nəzə rdə tutulurdu. Müqaviləyə görə, a lman
məhsulla rın başqa ölkə lərə satışına ica zə verilmird i.
Azərbaycan Xalq Cü mhuriyyəti Rusiya ilə iqtisadi ə məkdaşlığa da böyük əhəmiyyət verir, neft, pa mb ıq və başqa
ixrac məhsulları üçün Rusiya bazarının əhəmiyyətini nəzə rə a lırdı.
1920 il martın 30-da Sovet Rusiyası və A zərbaycan birgə ko missiyasının iclasında ticarət müqaviləsi imzalan-
mışdı. Lakin Rusiya Azərbaycanı qane edə biləcək bir sıra şərtlər vəd etsə də, onlara əməl etməd i.
Azərbaycan Xalq Cü mhuriyyətinin iqtisadi proqra mında xa ric i iqtisadi-ticarət strategiyası mühü m yer tuturdu. Bu
baxımdan Paris sülh konfransının Ali Şurasına Azərbaycan nümayəndə heyəti tərəfindən təqdim o lunan memo randum
böyük əhəmiyyət kəsb edirdi. Sənəddə iqtisadi əlaqələrin pozulması nəticəsində Azərbaycanda yaranmış iqtisadi-maliyyə
böhranı faktlarla səciyyələndirilir, onun aradan qaldırılması üçün müəyyən məbləğ borc alınması, borcların isə
Cü mhuriyyətin real malik o lduğu neft, pambıq, yun, ipək hesabına ödənilməsi öhdəyə götürülürdü.
Azərbaycan Xalq Cü mhuriyyəti dövründə də neft sənayesi iqtisadiyyatın öncül sahəsi sayılırdı, çünki bu za man
neft dünyanın ən önəmli hərəkətverici qüvvəsi idi. Odur ki, Parlament və Höku mət neft hasilatı və emalının vəziyyətini
vaxtaşırı təhlil ed ir, dünya neft bazarını öyrənirdi. Təb ii sərvət iqtisadi inkişaf üçün maddi baza olsa da, iqtisadi qüdrət və
gücün təbii sərvətdən asılılığının həmişəlik o lmadığ ı və gələcəkdə dəyişəcəyi Azərbaycan Xalq Cü mhuriyyətinin istinad
etdiyi başlıca iqtisadi müddəalardan biri id i.
Azərbaycan Xalq Cü mhuriyyətinin iqtisadiyyatın dövlət tərəfindən tənzimlən məsi sahəsində təcrübəsi də maraq
doğurur. Cü mhuriyyət dövründə dövlət sektoruna dövlətin iqtisadiyyata təsir amili kimi baxılır, mü lkiyyətin çoxnövlüyü
təmin edilərkən dövlət mülkiyyətinə xüsusi əhəmiyyət verilirdi. Belə hesab olunurdu ki, dövlətin gücü təkcə və hətta başlıca
olaraq, onun qanunvericilik fəa liyyətində deyil, dövlət mülkiyyətinin güclü o lmasındadır. Dövlət milliləşdirmə və
əksmilliləşdirmə tədbirlərini həyata keçirməklə yanaşı, əmək münasibətlərinin qaydaya salınmasını da təmin edirdi. Daxili
və xa ric i iqt isadi fəaliyyətin tənzimlən məsi üçün iqtisadi-hüquqi qanunların hazırlan masına, onların yerinə yetirilməsinə də
böyük əhəmiyyət verilirdi. Az vaxtda yaln ız maliyyə, verg i, bank-kredit sahələri ü zrə 82-dən ço x qanun layihəsi işlənib
hazırlan mış, bir ço x qanunlar təsdiq olunmuşdu.
İlk dəfə tərtib olunan müstəqil dövlət büdcəsi iqtisadi tənzimləmə və gəlirlərin bölgüsü işinin yoluna qoyulma -
sında və ümu miyyətlə, makroiqtisadi tarazlıq yaradılmasında müstəsna əhəmiyyət kəsb etdi.
Azərbaycan Xalq Cü mhuriyyəti dövlət əhəmiyyətli mühü m məsələ lərin həllində geniş konsensusa nail olmağa
çalışırdı. Parlamentin qanunlar vasitəsilə həyata keçirdiy i ü mu mi tənzimləmə tədbirləri dövlətin timsalında qeyri-
mə rkə zləşdirilmiş de mokratik ö zünüidarə forma la rına əsaslanan tədbirlərlə əlaqə ləndirilirdi.
Höku mətin iqtisadi proqramı qarşılıqlı razılaş ma əsasında ayrı-ayrı partiyaların məramnamələrində qoyulan iq-
tisadi məsələ lərə uyğun işlənib hazırlanırdı. Bə zən alternativ variantla rın mövcudluğu daha səmərəli fəa liyyət istiqa mətinin
müəyyən olun masını tələb edirdi. Bununla əlaqədar Parlamentdə iqtisadi təmayüllü bir neçə ko missiya-maliyyə, büdcə,
fəhlə, aqra r, ölkənin məhsuldar qüvvələrindən istifadə ko missiyaları yaradılmışdı. Dövlət və Höku mət strukturunda olan
Əkinçilik, Əmlak, Ərzaq, Dövlət nəzarəti, Maliyyə, Ticarət və Sənaye nazirlikləri, Milli Bank, A zərbaycan Xəzinə Palatası,
Aksiz Pa latası, Əınə k mü fəttişliy i kimi quru mlar dövlətin iqtisadi tənzimlə mə fəa liyyətinin həyata keçirilməsində mühü m
rol oynayırdılar.
Dövlətin mühü m iqtisadi tənzimləmə aləti mütərəqqi gəlir verg isi hesab olunurdu. Bu vergi müəssisə və təşki-
latlarda qazanılan mənfəətin 30%-ni təşkil edird i. Do layı vergi kimi şərab, tütün və neft məhsullarına qoyulan aksizlər aktiv
iqtisadi tənzimləyic i ro lunu oynayırdı.
Azərbaycan Xa lq Cü mhuriyyətinin fəa liyyətində sosial yönü m xüsusi diqqət mərkəzində idi. Bu, təsdiq olunan qa-
nunlarda, həyata keçirilən konkret tədbirlə rdə özünü göstərirdi.
Dövlətin sosial siyasəti iki baxış üzərində qurulmuşdu. Birincisi, hər bir cəmiyyət üzvünün (Azərbaycan vətənda-
şının) iqtisadi fəallıq göstərməsi və gəlir əldə etməsi üçün
67
şərait yaratmaq, beləliklə, yo xsulluğu min imu m həddə endirmək. İkincisi, cəmiyyət üzvlərinə elə b ir gəlir əldə
etməyə tə minat verilsin ki, onlar bu gəlirlə ö zlərinin ictima i-zə ruri ehtiyacla rın ı ödəyə bilsinlə r. Qısa bir müddətdə ölkədə
həm sosial müdafiə, hə m də sosial təminat sistemlə ri formalaşdırılır və inkişaf edirdi.
Dövlətin sosial siyasətini reallaşdırmaq üçün aşağıdakı əsas göstəricilərə nail o lun ması nəzərdə tutulmuşdu: ü mu mi
daxili məhsulda istehlak fondunun payının artırılması, əhalinin hər nəfərinə görə istehlak fondunun, ümu mi da xili məhsulda
milli gəlirin və məşğulluq səviyyəsinin artırılması; ə mək şəraitin in ya xşılaşdırılması; təhsil, səhiyyə, mənzil və ko mmunal
təminatı səviyyəsinin yüksəldilməsi. La kin mürə kkəb beynəlxa lq və da xili vəziyyət, iqtisadi çətin liklər, yolu xucu
xəstəliklə r, keç miş İrəvan quberniyası ərazisində ermənilə r tərəfindən soyqırımına mə ruz qalan 150 mindən ço x türk-
müsəlman əhalinin öz tarixi vətənlərindən didərgin düşüb Cümhuriyyətə pənah gətirməsi, əhalinin ço xluğunu təşkil edən
kəndlilərin həyat şəraitini ya xşılaşdırmağ ın əsas amili o lan torpaq məsələsinin həll olun ma ması və s. sosial vəziyyəti xeyli
çətinləşdirirdi. Belə ağır şəraitdə Azərbaycan Xalq Cü mhuriyyəti Parlamenti və Höku məti sosial gərginliyi aradan
qaldırmaq məqsədilə təxirəsalın maz tədbirlər həyata keçirird i.
Qaçqınların maddi ehtiyaclarının ödənilməsi və yerləşdirilməsi, on lara tibbi xid mət göstərilməsinin təşkili və bu-
nunla bağlı başqa məsələlərə xüsusi qayğı göstərilird i. Hö kumətin "Qaçqınlara yardımın təşkil edilməsi haqqında" (1918, 13
iyul), "Qaçqınların yerləşdirilməsi məsələsini nizama salmaq üçün Şamaxı qəzasına ko missiya göndərilməsi haqqında"
(1919, 17 fevral), "Qaçqın və köçkünlərin vəziyyətinin, onların daimi yaşayış yerlərinə qayıtması məsələsinin
aydınlaşdırılması üçün mərkəzi ko missiyanın yaradılması haqqında" (1919, 23 iyun), "Qaçqınların yer ləşdirilməsi üçün
təcili tədbirlə rin görülməsi haqqında" (1919, 8 noyabr) qərarları və s., Pa rla mentin "Qaçqın ların ehtiyacla rı üçün 21 milyon
manat pul ayrılması haqqında" (1920, 8 yanvar), " Epidemiya ilə mübarizə və qaçqınlara tibbi yardım göstərilməsi üçün
epidemiyaya qarşı 12 mübarizə dəstəsinin yaradılması haqqında" (1920, 26 fevral) qanunları bu istiqa mətdə atılan mühüm
addımlardan idi. Ölkədəki ağ ır vəziyyətə baxmayaraq, A zərbaycan Höku məti Gü rcüstan və Ermən istan ərazilərində yaşayan
azərbaycanlı əhaliyə də müntəzə m yard ım edird i.
1919 ilin əvvəllərindən 1920 ilin əvvəllərinə qədər təkcə Ermənistanın azərbaycanlı əhalisinə yardım göstə-
rilməsinə aid 6 qəra r qəbul edilmişdi. Qeyd et mək la zımd ır ki, ö z tarixi ənənələrinə sadiq qalan Azərbaycan Höku mət i,
milliyyətindən asılı olmayaraq, sosial və ziyyəti ağır o lan bütün ins anlara yardım göstərird i. Məsələn, Höku mət 1919 ildə
Müsəlman qadın xeyriyyə cəmiyyəti ilə yanaşı, Rus xeyriyyə cəmiyyətinə, Yəhudi xeyriyyə cəmiyyətinə, Erməni və Yəhudi
Milli Şuralarına və digər cəmiyyətlərə uşaqların, qocaların və b. imkansız adamların saxlanılması üçün xeyli vəsait ayırmış,
1920 ilin fevralında Gürcüstanda baş verən zəlzələ nəticəsində ziyan çəkmiş əhaliyə yard ım etmişdi.
Yo lu xucu xəstəliklər, həkim və başqa tibb kadrlarının, dərmanla rın çat ışma ması səhiyyə sistemində vəziyyəti son
dərəcə ağırlaşdırmışdı. Bu sahədə vəziyyəti qaydaya salmaq məqsədilə bir sıra qanun və qərarlar qəbul edilmişdi.
Höku mətin 1918 il 27 iyun tarixli qərarı ilə yolu xucu xəstəliklərlə mübarizə üçün Gəncə şəhər özünü-idarəsinə əvəzsiz suda
verilmişdi. Parlamentin 1919 il 25 yanvar, 17 mart, 2 iyun tarixli qanunları ilə Bakı, Gəncə, Şəki və Quba şəhər
özünüidarələrinə faizsiz borclar verilməsi nəzərdə tutulurdu. Höku mətin 1919 il 1 noyabr tarixli qərarı ilə Gəncə əhalisinə
tibbi yardım göstərmək üçün 500 min manat vəsait ayrılmışdı. Hö ku mət, həmçin in, müalicə müəssisələrini dərman la təmin
etmə k üçün vəsait ayrılması haqqında qərarlar qəbul et mişdi (1919, 5 noyabr, 3 dekabr və s.)
Beşinci Höku mət kabinəsinin təsdiqindən sonra Parlament üzv ləri qarşısında yeni Höku mətin gələcək vəzifələri
haqqında çıxış edən baş nazir Nəsib bəy Yusifbəyli xalq səhiyyesi sahəsində yaranmış ağır vəziyyəti yaxşılaşdırmaq üçün
bir sıra tədbirlərin heyata keçirilməsini - bataqlıq və göllərin qurudulmasın ı, içməli suyun keyfıyyətinin yaxşı-laşdırılması
üçün müəyyən işlərin görülməsin i, tibbi kadrlar hazırlan masım, onlarm sayca artırılmas mı zəruru hesab etdi. Lakin bürün bu
işlərin yerinə yetirilməsi üçün tələb olunan külli miqdarda maliyyə vəsaitini tap maq isə çox çətin idi.
İnflyasiya ilə əlaqədar olaraq əhalinin mü xtəlif təbəqələrinin maaşlarının artırılması məsələsi Höku mətin sosial
siyasətinin mühü m istiqamətin i təşkil edirdi. Cü mhuriyyət Höku mətinin 1918 il 3 iyul, 21 sentyabr, 13 o ktyabr, 1919 il 10
fevral, 21 aprel, 1920 il 5 yanvar tarixli qəra rları ilə Hö ku mət qulluqçuların ın (hərb i və mü lki idarələ rin işçiləri) maaşlarının
artırılması nəzərdə tutulurdu. Bu məqsədlə Parlament "Qulluqçulara müavinət verilməsi haqqında" (1919, 10 yanvar),
"Dəmir yolu qulluqçularının və ziyyətini ya xşılaşdırmaq haqqında" (1919, 4 fevral), "Da xili İşlər Nazirliyi işçilərinin ə mə k
haqqının müvəqqəti artırılması haqqında" (1919, 7 aprel), "Hö ku mət qulluqçularının maaşlarına müvəqqəti əlavələr
haqqında" (1919, 12 may), "'Bahalıq la əlaqədar mülki və hərb i təyinatlı Höku mət idarələrində qulluqçuların maaşlarına
əlavələr haqqında" (1920, 15 mart) və b. qanunlar qəbul etmişdi.
Parla mentin 1919 il 12 may tarixli müvəqqəti qanunu ilə ibtidai məktəb müəllimlə rinin maaşları artırılmış, 1919 il
23 iyun tarixli qanunu ilə isə aşağı yaşayış minimu mu qaldırılmışdı.
Höku mətin "Kasıb ailələrdən olan uşaqlara yardım ed ilməsi haqqında" 1919 il 12 fevral tarixli qərarı və
Parlamentin "Bakı şəhərində 1-ci qadın milli gimnaziyası nəzd ində uşaq bağçasının açılması haqqında" 1920 il 1 mart
tarixli qanunu bu sahədə həyata keçirilməsi nəzə rdə tutulan diqqətəlayiq tədbirlərdən idi.
Azərbaycan Xalq Cü mhuriyyəti Höku mət i və Parla menti fəhlə lərin sosial vəziyyətinin ya xşılaşdırılması isti-
qamətində də bəzi işlər görmüşdü. 1919 ilin yanvarından
68
bahalıqla əlaqədar o laraq, fəhlələrin maaşı artırılmış, Höku mət fəhlələrin maaşların ı ödəmək üçün neft sənaye-
çilərinə maliyyə yard ımı verilməsi və onun qaydaları haqqında qərarlar (1919, 16-17 mart) qəbul etmişdi. Höku mətin sosial
siyasətindəki əsas məsələlərdən b iri fəhlə qanunvericiliy inin formalaşdırılmasından ibarət idi. Əmə k Na zirliy inin tə ləbi ilə
Parla ment bu nazirliyin nəzd ində fəhlə məsələsinə aid xüsusi məşvərət şurasının təsis olunması haqqında qanun qəbul
etmişdi (1919, 10 mart). Məşvərət şurası əməyin mühafizəsi, fəhlə və sahibkarlar arasındakı münasibətlərin tənzimlən məsi
məsələ ləri ilə məşğul o lurdu. Məşvərət şurası beş nefər fəh lədən və beş nəfər də sahibkardan olmaq la, on nəfərdən ibarət
idi. Onun ə məyin mühafizəsi və zəh mət keşlərin maddi və ziyyətinin ya xşılaşdırılmasına yönəldilən bütün tədbirlər ü zrə
qüvvədə olan qanunların icra olun masına nəzarət etmək hüququ var idi. Lakin Parlamentin açılışında "Müsavat"
partiyasının bəyan etdiyi 8 saatlıq iş günü, fəhlələrə ildə bir aylıq məzuniyyət verilməsi, gecə xid mətin in qadağan
olunması,16 yaşınadək uşaqların işləməsinin qadağan olunması, 16-18 yaşlarında olanların 6 saatdan artıq işlədilməməsi,
qadınların səhhətinə və fiziki imkanlarına uyğun olmayan işlərə qəbul edilməməsi, hamilə qadınlara güzəştlər ed ilməsi,
müessisələrdə işləyən qadın ların südəmər uşaqları üçün xüsusi yerlərin ayrılması, fəh lələrin sığorta edilməsi, müəssisələrdə
tibb təşkili kimi vəzifə ləri rea llaşdırmaq mü mkün o lmadı.
Höku mət fəhlə məsələsi üzrə qanun layihələri paketini hazırlayıb mü zakirə üçün Parlamentə təqdim etmişdi. Lakin
bu layihələr uzun müddət deputatların diqqətindən kənarda qalmış və parla mentin iclasla rına ç ıxa rılma mışdı.
Nəticədə, Parla mentin 1919 il 8 yanvar tarixli aç ılış ic lasında əmə k nazirinə ünvanladığı sorğusunda fəhlələrin ağır
vəziyyətindən bəhs edən Məhəmməd Əmin Rəsulzadənin dediyi "Bu zülmətdən istiqlalımıza, hürriyyətimizə düşmən
olanlar istifadə edirlər" sözləri özünü doğrultdu.
Digər tərəfdən, fəhlə və dövlət qulluqçularının məvacibin in həc minin dəfə lərlə qaldırılması haqqında Hö ku mətin
qəbul etdiyi qərarla r büdcədə böyük kəsir yaradırdı və bu kəsirin də ödənməsi tarif norma larının art ırılması və əlavə kağız
pulların kəsilməsi hesabına həyata keçirilirdi. Bütün bunlar həm də bahalığa və inflyasiyaya, zeh mətkeşlərin sosial
vəziyyətinin p isləşməsinə səbəb olurdu.
Sosial-iqtisadi sahədə xeyli işlər görülsə də, fəhlə məsələsinin, e ləcə də Azərbaycan Xalq Cü mhuriyyətinin varlığ ı
üçün ən vacib məsələlərdən olan Aqrar məsələnin həll o lunmaması əhalinin vəziyyətini p isləşdirirdi. Bundan istifadə edən
sosialistlər fra ksiyası və A zərbaycan Ko mmunist (bolşeviklər) Part iyası əhali içərisində narazılığ ı a rtırmaq üçün öz
pozuculuq fəaliyyətlərin i daha da genişləndirmiş və Aprel işğalı (1920) ərəfəsində Azərbaycan Xalq Cü mhuriyyətinin
devrilməsi üçün əlverişli zə min yarada bilmişdilə r.
Azərbaycan Xalq Cü mhuriyyətinin qarşısına qoyduğu sosial-iqtisadi inkişaf proqramının ta m həyata keçirilməsinə
Aprel işğalı (1920) imkan vermədi.
Dostları ilə paylaş: |