Xarici siyasət. Azərbaycan Xa lq Cü mhuriyyəti yarandığı gündən fəal xaric i siyasət yerit məyə başladı. 1918 il
may ın 30-da Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Türkiyə, Alman iya, Avstriya - Macarıstan, Fransa, Böyük Britaniya,
İtaliya, ABŞ, Bolqarıstan, Ru mıniya, İran, İspaniya, Ho llandiya, Rusiya, İsveç, Ukrayna, Danimarka və Yaponiya xarici
işlər nazirliklərinə Azərbaycan Xalq Cü mhuriyyətin in yaran ması barədə məlu mat göndərdi.
Zaqafqaziya seyminin nümayəndələri ilə Türkiyə arasında Batu m danışıqları iyun ayının 4-də hər üç respublika və
Osmanlı dövləti arasında "sülh və dostluq" haqqında müqavilələrin imzalanması ilə nəticələndi. "Os manlı impe rator
hökuməti ilə Azərbaycan Cü mhuriyyəti arasında dostluq müqaviləsi" A zərbaycan Höku mətinin imzaladığ ı ilk dövlətlərarası
müqavilə idi. Müqavilənin 4-cü maddəsində deyilird i: "Os manlı imperator höku məti A zərbaycan Cü mhuriyyəti Hö ku mətinə
qayda-qanun və ölkənin təhlükəsizliy inin tə min olun masına ehtiyac duyduğu təqdirdə hərbi qüvvə ilə kö mək et məy i
öhdəsinə götürür". Osman lı yardımından əsas məqsəd 1918 ilin yazında bolşeviklərin əlinə keçmiş Bakını azad etmək idi.
1918 il iyunun 17-də birinci Höku mət böhranından sonra yaradılmış yeni Hö ku mət kabinəsinin xaric i siyasətdə ilk
addımı Dördlər İttifaq ı və Cənubi Qafqaz respublika ların ın iştirakı ilə keçirilməsi nəzərdə tutulan İstanbul konfransına
Məhəmməd Əmin Rəsulzadə, Xə lil bəy Xasməmmədov və Aslan bəy Səfık ürdsk idən ibarət heyətin göndərilməsi oldu.
Azərbaycan Xalq Cü mhuriyyəti Avropa ölkə ləri ilə d iplo matik ə laqələ r yarat maq məqsədilə 1918 il avqustun 23-də
Əlimərdan bəy Topçubaşovu fövqəladə elçi və səlahiyyətli nazir kimi İstanbula göndərmişdi. Bu rada o, rəsmi görüşlər
keçirmiş, Azərbaycanla bağlı mü xtəlif məsələlər ətrafında fikir mübadiləsi aparmışdı.
İstanbulda vəziyyəti müşahidə edən Almaniya nü mayəndələri yəqin etdilər ki, A zərbaycan Höku məti bolşeviklərin
əlində olan Bakı quberniyasını heç kimə güzəştə getmək fikrində deyildir. Belə olduqda, onlar Bakı barəsində
58
planlarını reallaşdırmaq üçün Sovet Rusiyası ilə gizli danışıqlara başladılar.
Sovet Rusiyasının işə qarış ması A zərbaycan Höku mətin in Bakın ı azad etməsini xeyli yubandırdı. A lmaniya -Rusiya
danışıqları davam etdiyi zaman Bakı Xalq Komissarları Sovetinin şəhəri əldə saxlamaq üçün çar polkovniki L.Biçeraxovdan
yardım almaq ü mid ləri doğrulmadı. "Sentrokaspi"çilər və avqust ayının əvvəllərində L.Denstervil başda olmaqla Bakıya
daxil o lan ingilislər də şəhəri Qafqaz İsla m Ordusunun hücumundan müdafiə et mə k iqtidarında deyildilə r. Nəhayət, Berlində
üç aya qədər davam edən A lmaniya - Rusiya danışıqla rı 1918 il 27 avqust sazişinin imzalan ması ilə nəticələndi (bax Brest-
Litovsk müqaviləsinə əlavə məxfi saziş).
İstanbulda olan və Almaniya ilə Rusiya arasındakı gizli sövdələşmədən xəbər tutan Azərbaycan nümayəndələri 27
avqust sazişi ilə bağlı Alman iyanın Türkiyədəki səfirliyinə etira z notası təqdim etdilər. Notanın surəti Türkiyə Xarici İşlə r
Nazirliyinə, Avstriya - Maca rıstan və Bo lqarıstan səfirliklərinə, hə mçin in bitərə f ö lkə lərin d iplo matik nümayəndəliklərinə
də verildi. 1918 ilin sentyabrında yaranmış beynəlxalq və ziyyət Bakının tezliklə azad olunmasını zəruri ed irdi. Sentyabr
ayının ortalarında A zərbaycan - Osman lı hərbi qüvvələri Bakını yadellilərdən azad etdilər. Bakının azad ed ilməsi Tələt
paşanın Berlində apardığı danışıqlara müsbət təsir göstərdi. Danışıqlar nəticəsində sentyabrın 23-də A lmaniya-Os manlı
protokolu imzalandı. Protokola görə Alman iya 27 avqust sazişindən imtina edir, Azərbaycanı diplo matik cəhətdən
tanıyacağını bild irir, onun müstəqilliyin in Sovet Rusiyası tərəfindən tanınacağına yardım göstərəcəyini vəd edirdi. Türkiyə
isə Sovet Rusiyası Azə rbaycanın müstəqilliyini tanıyacağı halda, öz qoşunlarını Brest sülhü üzrə müəyyən edilmiş
sərhədlərə çəkəcəyini öhdəsinə götürürdü.
1918 ilin payızında Almaniya - Türkiyə bloku məğlub oldu. Məğlubiyyət ərəfəsində Azərbaycan Cümhuriyyətinin
fövqəladə elçisi və səlahiyyətli naziri kimi İstanbula gələn Əlimərdan bəy Topçubaşov oktyabr ayında Türkiyənin rəsmi
dairələ ri ilə bir sıra görüşlər keçirdi. Oktyabrın 30-da yalnız Türkiyə üçün deyil, Azə rbaycan üçün də son dərəcə ağır olan
Mudros barışığı (1918) imzalandı. Barışığa görə Türkiyə o rdusu tezliklə A zərbaycanı tərk etməli id i. Türkiyənin nəzarəti
altında olan Cənubi Qafqaz dəmir yolu müttəfiq lərin nəzarətinə verilird i. Türkiye, eyni zamanda,
59
Bakın ın müttəfiq lər tərəfindən işğal ed ilməsinə etiraz etməməli idi. Noyabrın 4-də Əlimərdan bəy Topçubaşov
Mudros barışığının A zərbaycana aid maddələri ilə bağlı Türkiyə Xarici İşlər Nazirliy inə etiraz notası verdi.
Mudros barışığına əsasən, 1918 il noyabrın 17-də ingilis generalı U.To msonun başçılıq etdiyi müttəfiq qoşunları
Bakıya daxil oldular. Bundan az əvvəl isə Azərbaycan Höku məti A BŞ prezidenti V.Vilsona, öz fəaliyyətini yenicə bərpa
etmiş Milli Şura isə dünya dövlətlərinə mü raciət qəbul etdi. Müttəfiq lərin müdaxiləsi A zərbaycanın istiqlaliyyətini ciddi
təhlükə qarşısında qoydu. Bakıdakı vəziyyətlə ya xından tanış olduqdan sonra, rus və erməni milli şuralarının ciddi səylərinə
baxmayaraq, general U.To mson bildirdi ki, Britaniya ko mandanlığ ı Azə rbaycan Hökumət inə və onun baş nazirinə böyük
hörmət bəsləyir, Xoyski "Bakıda ən bacarıq lı adamlardan biridir" və yeni koalisiya Hö ku məti təşkil edilənə qədər onun
Höku məti ölkədə yeganə təsirli hakimiyyət olaraq qalır.
Yeni yarad ılmış Höku mətin ilk addımı dekabrın 28-də Paris sülh konfransına göndəriləcək nümayəndə heyətinin
tərkib ini müəyyən et mək oldu. Hö ku mətin təqdimat ı ilə təşkil edilmiş nü mayəndə heyətinə tanınmış siyasi xadim,
Azərbaycan parla mentin in s ədri Əlimərdan bəy Topçubaşov rəhbərlik ed ird i. Bu za man İstanbulda olan Əlimərdan bəy
Topçubaşov Türkiyənin rəs mi dairələri və İstanbuldakı İngiltərə, ABŞ, İtaliya, İsveç, İran, Ho llandiya, Rusiya, Ukrayna və
Ermənistan hərbi və dip lo matik nü mayəndələri ilə faydalı görüşlər keç irird i.
Azərbaycan nümayəndələri Parisə viza a lmaq üçün çətinliklə rlə qarşılaşdıla r. 3 ay İstanbulda gözlədikdən sonra
nümayəndələr İstanbul — Səlanik - Pirey (Afina) - Neapol - Ro ma marşrutu ilə Parisə yola düşdülər.
1919 il mayın 2-də ABŞ p rezidenti V.Vilsonun təşəbbüsü ilə A zərbaycan məsələsi ilk dəfə Paris konfransının
Dördlər Şu rasının iclasında mü zakirə edildi. Parisə gəldikdən sonra Azərbaycan nümayəndələri may ayı ərzində Böyük
Britaniya, Polşa, Gü rcüstan, Dağlılar Respublikası, Ermən istan və İran nü mayəndələri ilə görüşlər keçirdilər. Mayın 23-də
İngiltərə nü mayəndə heyətinin üzvü L.Mallet Əlimərdan bəy Topçubaşovu qəbul etdi. Danışıq lar zamanı siyasi, hərbi və
iqtisadi vəziyyətlə bağlı fikir mübadiləsi aparıldı. Mayın 28-də günün birinci yarısında Ame rika diplo mat ı H.Morgentau,
günün ikinci yarısında isə prezident V.Vilson Azərbaycan diplomatların ı qəbul etdi. Görüşdə Əlimərdan bəy Topçubaşov
bildirdi ki, A zərbaycan nə Kolça kı, nə Denikin i, nə də köhnə Rusiya imperiyasının hüdudlarında hakimiyyəti bərpa et mə k
niyyətində olan başqa birisini tanımayacaqdır. Danışıqla r za manı A zərbaycan Respublikasıın ın me morandumu V.Vilsona
təqdim ed ild i.
1919 ilin yazında Rusiya ağqvardiyaçılarının müvəqqəti qələbəsi müttəfiq lərin onlara o lan meylini gücləndirdi.
Rusiyadakı ağqvardiyaçı generalların müvəqqəti uğurları fonunda Parisdəki rus mühacirlərinin fəallaşması Azərbaycan
nümayəndələrini daha çevik diplomatik addımlar atmağa sövq edirdi. Bu məqsədlə avqustun 19-da və 26-da sülh
konfransının sədrinə məktubla müraciət olundu. Bu sənədlərdə Qafqazdakı vəziyyət ətraflı təhlil edilərək, konfrans
qarşısında Denikinin Könüllü ordusu ilə bağlı üç mühüm tələb qoyulurdu: 1) Könüllü ordu Dağ ıstan vilayətinə mü -
nasibətdə müttəfiq ko mandanlığının müəyyən etdiyi de markasiya xəttini pozma ma lıdır; 2) Könüllü ordu ən qısa va xtda
Dərbənddən çıxma lıdır; 3) Könüllü ordunun əlinə keçən Xə zə r donanmasının gə miləri A zərbaycan Hö ku mətinə
qaytarılmalıd ır.
Könüllü ordu ilə bağlı Azərbaycan nümayəndələrinin Parisdə qarşılaşdığı çətinliklər 1919 ilin sonunadək davam etdi.
Azərbaycan nümayəndələrinin qa rşılaşdığı ciddi çətin liklərdən b iri də ermən ilərin "Böyük Ermənistan" yaratmaq
məqsədilə irəli sürdükləri ə ra zi iddia larına qarşı mübarizə ilə bağlı id i.Qərb ölkə lərindən yardım a lan və güclü xaric i
ic ma lara ma lik olan Ermənistan ilk günlərdən etibarən sülh konfransının qarşısında həlli mü mkün olmayan tələblə r
qoymuşdu.
Ermənistan siyasətçiləri "ermən i məsələsinin" Qa fqazdan kənarda qüdrətli və qa lib ö lkə lərin kö məyilə həll edi-
ləcəyinə, Ermənistan ərazisin in Türkiyə, A zərbaycan və Gürcüstanın ərazilə ri hesabına xeyli genişləndiriləcəy inə ümid
bəsləyirdilə r. Lakin A zərbaycan nü mayəndələri Qə rb ö lkə lərinin siyasi dairə ləri tərəfindən müdafiə edilən və b ilavasitə
Azərbaycan Respublikasının ə ra zi bütövlüyünə qarşı yönələn erməni iddiala rın ı dəf et məyə nail oldular.
Bu dövrdə yeni yaranmış dövlətlər qarşılarına çıxan siyasi, iqtisadi və xüsusilə maliyyə çətinliklərini həll etmək
üçün özlərinə siyasi cəhətdən güclü, iqtisadi cəhətdən varlı h imayəçi dövlətlər axtarırdılar. Bu baxımdan köhnə və yeni
Rusiyanın Azərbaycana formaca fərq li, mah iyyətcə eyni olan münasibəti Azərbaycan Xalq Cü mhuriyyətini ö zünə böyük
dövlətlərin simasında himayəçi axtarmağa sövq edirdi. Birinci dünya müharibəsində məğlub olana qədər Azərbaycan üçün
himayəçi dövlət Tü rkiyə idi. Müharibədən sonra beynəlxa lq və ziyyət köklü surətdə dəyişdiyindən bu cür himayəçi dövlət
Fransa, Böyük Britaniya, A BŞ və ya İtaliya ola bilərdi.
Azərbaycana və ümumilikdə Qafqa z dövlətlərinə Fransa himayədarlığ ı o qədər də real deyildi. Fransa işgüzar
dairələ rin in Qa fqaza ma rağı güclü o lsa da, Kle manso höku mətin in "vahid və bölünməz Rusiya" ideyasına s ədaqəti daha
üstün idi.
İngilis qoşunları Bakıya daxil o lduqdan üç ay sonra, 1919 ilin fevralında Lloyd Corc höku məti onları Qafqazdan
mü mkün qədər tez çıxarmağı qərara aldı. Lakin ingilislər bunu elə etmək istəyirdilər ki, nə amerikalılar, nə də fransızlar bu
regionda birtərəfli qaydada qüvvətlənməsinlər. Belə liklə, ingilislər tərə findən ilk dəfə italyanla rın Qafqa za cəlb ed ilməsi
ideyası irəli sürüldü. Bununla, həm de italyanların sülh konfransından narazılığı aradan qaldırıld ı.
İyunun 28-də Böyük Britaniya höku məti ingilis ordusunun Qafqazdan çıxarılacağı barədə Paris sülh konfransına
rəsmi mə lu mat verdi. Müttəfiqlə r Qafqa zdan çıxan
60
ingilis orudusunu italiya ordusu ilə əvəz et mə k haqqında
qərar qəbul etdilər. U.Orlandonun başçılıq etdiy i İtaliya
hökuməti A zərbaycanda və Gürcüstanda olmuş polkovnik M.
Qabbanın məlu matını d inlədikdən sonra Qafqaza ordu
göndərməyə razılıq verd i. Lakin iyunun 31-də İtaliyada
hakimiyyətə gəlmiş yeni F.Nitti hökuməti bild irdi ki,
Britaniya qoşunların ı əvəz et mək üçün Qafqaza İtaliya
ordusu göndərilməyəcəkdir. Nitti höku mətinin bu qərarı
avqust ayında həmin məsələnin yenidən qalxmasına səbəb
oldu. Azə rbaycan və Gürcüstan nümayəndələri Pa risdə
keçirdikləri b irgə iclasda qərara gəldilər ki, yalnız Böyük
Britaniyanın
himayədarlığı
Qafqaz
respublikaların ın
mənafey inə uyğundur. Bu məqsədlə ingilis nü mayəndələri ilə
aparılan danışıqlar müsbət nəticə vermədi. Avqustun axırında
ingilis əsgərləri A zərbaycanı tərk etdilə r.
Avropa dövlətləri ilə yanaşı, Qafqaz mandatına
namizədlə rdən biri də ABŞ idi. Böyük Britaniya, Fransa və
İtaliyadan fərqli olaraq, A merikanın Qara dəniz boğazları,
İstanbul və bütövlükdə, Qafqaz mandatını qəbul etməkdə
marağı var id i. Bu məqsədlə iyulun 5-də ilk addımlar atıldı.
Sülh konfransının "Onlar Şurası" Amerikanın təqdimatı
əsasında polkovnik V.Haskeli Ermən istana ali ko missar təyin
etdi V.Haske lin Ermənistana müttəfiq lərin a li ko missarı təyin
edilməsi A zərbaycan Respublikasının da A merikanın Qa fqaz
siyasətinə cəlb edilməsinə təsir göstərdi. Ermən ilər bu dəfə
Azərbaycana olan ərazi iddiala rın ı ABŞ vasitəsilə həll et mək
istəyirdilə r.
Avqustun
axırlarında
Bakıda
apardığı
danışıqlarda V.Haskel Qarabağın və Zəngəzurun Azər-
baycanın ayrılmaz hissəsi olduğunu təsdiq etdi. Bununla belə,
V.Haskel tə klif edirdi ki, İrəvan quberniyasının cənub
hissəsində - Na xç ıvan və Şə rur - Də rələyə zdə ABŞ general-
qubernatoru tərəfindən idarə o lunan neytral zona yaradılsın (ba x "Hask el layihələri").
Oktyabrın 24-də Na xçıvanda ABŞ genera l-qubernatorluğu yaradılması barədə V.Haskelin bəyanatı e lan edildi və
Amerika polkovniki Ed mund De lli bu zonaya qu bernator təyin edild i. La kin Azə rbaycan Höku mətin in c iddi müqaviməti,
Naxçıvan əhalisinin kəskin etirazı nəticəsində amerikalılar ö z niyyətlərini reallaşdıra bilməd ilər. Polkovnik Ed mund Delli
Naxçıvanda general-qubernator kimi deyil, sülh konfransının nü mayəndəsi kimi fəaliyyətə başladı.
1919 ilin noyabrında Paris mü zakirəsində V.Haskelin vəkalətin in Azərbaycana və Gürcüstana aid edilməsi barədə
ABŞ-ın cəhdləri İngiltərə və Fransanın ciddi müqaviməti nəticəsində baş tutmadı. Keçmiş Rusiya imperiyasının
hüdudlarında yaran mış yeni respublikaların taleyində hiss ediləcək dönüş Böyük Britaniyanın baş naziri Lloyd Corcun 1919
ilin noyabrında İngiltərə parla mentinin ic ma lar pa latasındakı ç ıxışı ilə başlandı. Lloyd Corcun çıxış ında aydın hiss edilird i
ki, o, Azərbaycanın istiqlaliyyətinin tanın masına və ona yardım göstərilməsinə tərəfdard ır. Britaniya baş nazirinin be lə
mövqeyi Denikin in məğ lubiyyətindən sonra bolşevizmin Yaxın və Orta Şərqə yayılmasının qarşısın ı almaq zərurətindən irəli
gəlird i. 1919 ilin noyabr-dekabr aylarında müttəfiq lər arasında aparılan danışıqla r A zərbaycanın müstəqilliy inin tanın masın ı
artıq reallaşdırmışdı. Bu məqsədlə və Böyük Britaniyanın təşəbbüsü ilə 1920 il yanvarın 10-da Paris sülh konfransı Ali
Şurasının sessiyası çağırıldı. Bir gün sonra, yanvarın 11-də müttəfiqlərin A li Şurası İngiltərən in xarici işlər naziri Corc
Kerzonun təklifi ilə aşağıdakı mə zmunda qərar qəbul etdi: "Müttəfiqlər və Birlik ölkə ləri Azə rbaycan Hökumət ini de-fakto
səviyyəsində tanıyırlar". Azə rbaycanın istiqlaliyyətinin Paris sülh konfransı tərəfindən tanın ması tarixi əhə miyyətli hadisə
idi. Azərbaycanın müstəqilliyin in tanın ması ona olan marağ ı art ırdı. Belç ika, İsveçrə, Ho llandiya, Çe xiya və Slovakiya,
Fin landiya və digər dövlətlər Bakıda ö z konsulluqlarını açdılar. ABŞ, İngiltərə, Fransa və İtaliya Azə rbaycanla iqt isadi əla -
qələrin i genişləndirməyə başladı.1920 il mart ın 20-də Azərbaycanla İran arasında ə mə kdaşlığın bütün sahələrini, əhatə edən
saziş və müqavilələr imzalandı (bax Azərbaycan -İran müqavilələri). Tərəflər arasında imzalanan dostluq müqaviləsinə
əsasən, İran Azərbaycan Xalq Cü mhuriyyətini de-yure tanıdı. Qısa müddətdə Tehranda Azərbaycanın səfirliyi, Təbrizdə
baş konsulluğu, Rəştdə konsulluğu, Ənzəlidə, Məşhəddə vitse-konsulluğu, Xoy və Əhərdə
61
konsul-agentlikləri yaradıldı. 1920 il aprelin ortalarında Azərbaycan Parlamenti Böyük Britaniya, Fransa, İtaliya,
Amerika Birləşmiş Ştatları, İsveçrə Respublikası, Polşa, Almaniya və Rusiyada diplomatik nümayəndəliklər təsis olunması
haqqında qanun qəbul etdi. A zərbaycanda isə İngiltərənin, Belçikanın, Yunanıstanın, Gürcüstanın, Ermənistanın,
Danimarkan ın, İtaliyanın, Litvanın, İranın, Polşanın, Amerika Birləş miş Ştatlarının, Ukrayna, Finlandiya, Fransa, İsveçrə və
İsveçin nümayəndəlikləri fəaliyyətə başlamışdı (bax Bakıda xarici diplomatik nümayəndəliklər). Aprel işğalı ərəfəsində
Azərbaycan Xalq Cü mhuriyyəti təcrid olun muş vəziyyətdən çıxıb geniş beynəlxa lq əlaqələr siste minə da xil o lmuşdu.
1919 ilin yayında Azərbaycanla Gürcüstan arasında imzalan mış "İttifaq müqaviləsi" Den ikin təhlü kəsinə, rus
təcavüzünə qarşı müqaviməti gücləndirmişdi. Lakin vətəndaş müharibəsinin gedişində bolşeviklə rin qa zandığı qələbələ r
Sovet Rusiyasının mövqeyini möhkəmləndirdi. Hərbi qələbelər, öz növbesində, qonşu dövlətlerə diplo matik təzyiq i
gücləndirir və bolşevik təbliğatı üçün əlverişli şərait yaradırdı. Azərbaycanın timsalında bu təzyiq 1920 ilin yanvarından
aprelinədək dip lo matik qarşıdurma həddinə çatan notalar mübadiləsində öz əksini tapmışdı. Rusiya Sovet Federativ Sosialist
Respublikası (RSFSR) xarici işlər ko missarı GY.Çiçerin 1920 il 2 yanvar tarixli notasında əslində Azərbaycan
Höku mətindən Den ikinə qarşı tələsik müharibəyə girməyi tələb edird i (bax Çiçerin notaları).
G.Çiçerinin notası alınan gün, yanvarın 6-da Nəsib bəy Yusifbəylinin sədrliy i ilə Azərbaycan Dövlət Müdafiə
Komitəsinin təcili iclası keçirildi. İclasda xarici işlər naziri Fətəli xan Xoyski Sovet Rusiyasının Azə rbaycanla və Gür-
cüstanla hərbi saziş bağlamaq təklifi barədə məru zə etdi.
Gü rcüstanla məsləhətləşmədən sonra yanvarın 14-də Azərbaycanın xarici işlər naziri Fətəli xan Xoyski G.V.Çi-
çerinə cavab notası göndərdi. Notada göstərilirdi ki, Denikin in uzun müddət Azərbaycan üçün təhlükə törətməsinə və ona
qarşı Azərbaycan - Gürcüstan hərbi-müdafiə sazişi bağlan masına baxmayaraq, Denikinə qarşı mübarizə Rusiyanın daxili
işidir; Azərbaycan Respublikası Sovet Rusiyası ilə mehriban qonşuluq münasibətləri yarat maq məqsədilə danışıqlara
başlamağa hazırd ır.
Azərbaycan tərəfi bu fikirdə id i ki, danışıqla ra başlamaq üçün Sovet Rusiyası rəsmi şəkildə Azərbaycan Res-
publikasını tanımalı idi. Bu Azərbaycanın milli müstəqilliyin in qorunmasına təminat ola b ilərdi. Lakin A zərbaycanın bu
mövqeyi Sovet Rusiyasını təmin etmirdi. RK(b )P MK-nın Siyasi Bürosu Fətəli xan Xoyskinin cavabını, ü mu miyyətlə,
Azərbaycan Höku mətinə münasibət məsələsini yanvarın 17-18-də keçirilən ic lasında mü za kirə etdi. G.Çiçerinin mə ruzəsi və
V.İ.Len inin teklifi üzrə iclas Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə ruhunda qərar qəbul etdi. Qərarda
göstərilird i: "Xalq xarici işlər ko missarlığ ma tapşırılsın ki, Azərbaycan Hökuməti barəsində çox böyük təmkin lik və
etimadsızlıq siyasəti yeritsin, çünki o, Denikinə qarşı b irgə hərbi əməliyyat aparmaq təklifimizi rədd etmişdir və Xəzər
dənizində bizə qarşı ç ıxan İngiltə rə hərbi qüvvələrinə xid mət göstərir. Hər bir millətin zəh mətkeş kütlə lərinin ö z
müqəddəratını təyin etməsi hüququnu dönmədən qəbul etdiyimizi tam müəyyən şəkildə qeyd etməklə, xalq xarici işlər
ko missarlığı A zərbaycan Höku mətinin bu cür davranışına qarşı qəti protest etməlid ir".
Be lə bir və ziyyətdə, yanvarın 19-da müttəfiqlə rin ordu göndərmədən, yaln ız silah və hə rbi sursat vasitəsilə Azə r-
baycanı və Gü rcüstanı müdafiə edəcəyi barədə qərarının elan edilməsi bolşevik təcavüzü üçün əlverişli şərait yaradırdı.
Qafqazı, ilk növbədə, Azərbaycanı və Gü rcüstanı bolşevik təcavüzündən xilas etmək üçün buraya ordu göndərilməsi ço x
zəruri id i. 1920 ilin əvvəllərində Den ikinin məğlub olması, Sovet Rusiyasının fəa llaşması, Azə rbaycana qarşı ermən i
təcavüzünün baş qaldırması fonunda yaranmış ş ərait in araşdırılması gös tərir ki, yanvarın 19-da müttəfiqlə rin qəbul etdiy i
qərar düzgün qərar deyildi. Hə min qərarın qəbul olunduğu iclasın sənədləri ilə tanışlıq göstərir ki, ma rşal Ferd inand Foş
başda olmaqla hərbi ekspertlər Şurası və peşəkar hərbçilərin hamısı Azərbaycana və Gürcüstana ordu göndərilməsin i zəruri
hesab edirdilər. Yaln ız Lloyd Corc başda olmaqla, bəzi siyasətçilərin təzy iqi ilə A zərbaycana və Gü rcüstana münasibətdə
belə yarımçıq qəra r qəbul edilmişdi.
Sovet Rusiyası Antanta ölkələrin in Azərbaycana və Gürcüstana ordu göndərib-göndərmə məsi məsələsi ilə ciddi
şəkildə maraqlanırdı. Hələ 1919 ilin axırlarında ingilis nü mayəndəsi O.Qredi ilə danışıqlar aparan RSFSR xalq xarici işlər
ko missarlığının Kopenhagendəki müvəkkili M.M.Litvinov yanvar ayında G.V.Çiçerinə göndərdiyi teleqramda bild irird i ki,
İngiltərə höku məti Qafqaza güclü ordu göndərmək barədə şayiələri təkzib ed ir.
1920 ilin yanvarında Azərbaycanın istiqlaliyyəti Antanta dövlətləri tərəfindən tanındıqdan az sonra, yanvarın 23-də
G.V.Çiçerindən ikinci nota alınd ı. Bu nota daha hədələyici məzmuna malik idi. G.V.Çiçerin in notasında Fətəli xan
Xoyskinin birinci notaya 14 yanvar tarixli cavabı təhlil ed ilir, A zərbaycan Höku mətin in Rusiyanın daxili işlərinə
qarışmamaq mövqeyi Denikinlə mübarizədən imtina kimi qiy mətləndirilirdi.
1920 ilin fevra l-mart aylarındakı notalar mübadiləsi də tə xminən əvvəlkilərlə eyni məzmunda id i. Fərq li cəhət
bundan ibarət id i ki, Qırmızı Ordu a rtıq A zərbaycanın sərhədlərinə ya xın laşmış, yaran mış təhlükə ilə bağlı Höku mət
daxilində mü xtəlif fikirlər meydana çıxmışdı. Bundan əlavə, 1920 ilin fevra lında yaradılmış AK(b)P mövcud vəziyyətdən
dövlət çevrilişi üçün istifadə etməyə cəhd göstərirdi.
Sovet Rusiyasının Azərbaycan Respublikasına münasibəti siyasi mülahizələrdən ço x iqtisadi amillərlə bağlı idi.
1920 ilin ya zında vətəndaş müharibəsi, əsasən, başa çatmış, fə lakət li dərəcədə dağılmış təsərrüfatı bərpa et mək kimi çətin
bir və zifə qarşıya ç ıxmışdı. Təsərrüfatın bərpa edilməsi isə, ilk növbədə, neft məsələsi ilə bağlı idi. Əslində,
62
elə 1920 ilin yanvarından başlanan diplomatik qarşıdurmanın arxasında da Bakı neft inə sahib olmaq iddiala rı
dururdu. V.İ.Lenin in martın 17-də Qafqaz cəbhəsinin hərbi-inq ilab şurasına göndərdiyi teleqramda Bakının işğal ed ilməsi
məsələsi açıq-aydın göstərilmişdi. Te leqra mda deyilird i: "Ba kını almaq bizə olduqca və olduqca zəruridir. Bütün səylərinizi
buna verin, hə m də bəyanatlarda son dərəcə diplo mat ik o lmaq və möhkə m yerli sovet hakimiyyətinin hazırlandığın ı
tama milə yəqin et mək la zımd ır... Qüvvələr ye rid ilməsi haqqında baş komandanla ş ərtləşin". Keç miş Sov.İKP M K yanında
ma rksizm-leninizm institutunun mə rkə zi partiya a rxivində bu te leqra mın əlya zması ilə yanaşı, onun surəti də saxlanılır.
Teleqramın surətində Q.K.Orconikid ze bu sözləri yazmışdır: "Teleqram Bakıya hücum hazırlan ması dövrünə aiddir.
Əməliyyat hazırlan mışdı...". Sovet Rusiyasının hücumu ərəfəsində Moskvaya gəlmiş erməni nü mayəndələri ərazi güzəştləri
müqabilində A zərbaycan Hö ku mətini devirmək işində öz yardımın ı təklif edirdilər. Şübhəsiz ki, mart ayının ortalarında
Qarabağda plana uyğun şəkildə ermən i qiyamının baş verməsi və Azərbaycan ordusunun Qarabağa cəlb edilməsi
əvvəlcədən hazırlan mış təxribat plan ının nəticəsi idi.
1920 ilin martında Qarabağın dağlıq hissəsində Azərbaycan Cümhuriyyətinə qarşı qald ırılan qiyamda, Qazağa və
Naxçıvana Ermənistan tərəfindən edilən təcavüzdə məqsəd Azərbaycanın nizami ordu hissələrin i Bakıdan çıxartmaq idi.
Daşnak quldur dəstələrin in Xankəndi qarn izonuna hücumu ilə başlanan Qarabağ qiyamını yatırmaq üçün ordu hissələri
təcili Bakıdan və Dağ ıstan sərhədlərindən Qarabağın dağlıq hissəsinə gətirilməyə başladı.
Xarici təhlükə ilə yanaşı ma rt ayın ın a xu larında Höku mətin istefa verməsi də böhranın dərin ləşməsində a z rol
oynamırd ı. Lakin yeni Hö ku mət yaradılmadığ ı üçün köhnə kab inet hələlik ö z fəaliyyətini davam etdirird i. Aprel ay ının
ortalarında Qırmızı Ordu hissələrin in A zərbaycan sərhədlərində toplaşması Azərbaycan Höku mətin in cidd i narahatlığına
səbəb olmuşdu. Aprelin 15-də Fətəli xan Xoyski G.Çiçerinə göndərdiyi te'eqra mda ya zırdı ki, Dağıstan denikinçılə rdən
təmizləndikdən sonra Azərbaycan xa lqı bu ü middə id i ki, şimaldan təhlükə qurtarmışdır; o, qardaş dağlı xa lq ları və xalq ların
öz müqəddəratını təyin etmək hüququna təminat vermiş Rusiya ilə dostcasına yaşayacaqdır. Bununla belə, Azərbaycan Xalq
Cü mhuriyyətinin sərhədləri yaxmlığındakı Dərbənd rayonunda və Dağıstanın hüdudlarında sovet hökumətin in fikrindən
xəbərsizd ir, ona görə xahiş ed ir ki, yu xarıda göstərilən rayonlarda ordunun toplanmasının səbəbləri haqda mə lu mat verilsin.
Bu teleqra mdan iki gün sonra RSFSR xaric i işlər nazirinin müavini L.M.Qa ra xandan Sovet Rusiyasının ticarət-iqtisadi
münasibətlərə dair danışıqlara hazır olması barədə alınan teleqram taktiki mülah izələrlə bağlı id i.
La kin apre lin 18-də Quba qəza rə isi da xili işlə r nazirliyinə göndərdiyi g izli te leqra mda A zərbaycanın sərhədlə-
rində toplanmış sovet hərbi hissələrinin hərbi ha zırlıq planla rı barədə mə lu mat verirdi.
Aprelin
21-də
Qafqa z cəbhəsi
ko mandanlığın ın 11-ci ordu rəhbərliyinə və Volqa - Xəzər donanmasına göndərdiyi 490 nömrəli direktivdə göstərilird i ki,
Azərbaycanın əsas qüvvəsi öz dövlətinin qərb cəbhəsində məşğuldur. Ona görə 11 -ci orduya və Volqa - Xə zər donanmasına
Tuxaçevski, Orconikid ze və Zaxarovun imzası ilə göndərilən direktivdə əmr ed ilirdi ki, aprelin 27-də A zərbaycan sərhədini
keçib, beş gün ərzində Yalama - Bakı əməliyyatını yerinə yetirsinlər. Aprelin 23-də bu direktivdə dəyişiklik edildi və sə-
rəncam verildi ki, 11-ci ordunun son vəzifəsi Bakı quberniyasını tııt maq deyil, bütün Azərbaycanı ələ keç irmə kdir.
Aprelin 26-da Ermənistan hökumət i barışıq imza la maq xahişi ilə ç ıxış etdi. Lakin gec idi. A zərbaycanın taleyi art ıq
Moskvada həll edilmişdi. Ölkə da xilində tə xribatçılıq işi ilə məşğul olan bolşeviklər ö z fəaliyyətlərini 11 -c i Qırmızı
ordunun ko mandanlığı ilə, xüsusilə hərbi-inqilab şurasının üzvü Q.K.Orconikid ze ilə sıx ə laqələndirird ilər. A.İ.M ikoyan
başda olmaqla, yerli bo lşeviklər 11 -ci Qırmızı ordunun Azərbaycanı işğal etmək planların ın həyata keçirilməsində, işğal
əməliyyatının vaxtının müəyyənləşdirilməsində fəal iştirak edird ilər. Q.K.Orconikidzenin keçmiş Sovet İttifaqı Ko mmun ist
Partiyası Mərkəzi Ko mitəsi yanında marksizm-lenin izm institutunun mərkəzi partiya arxiv ində saxlan ılan əlyazmasında
göstərilir ki, " Bakıya hücum əməliyyatı hazırlan mışdı və Levandovskinin başçılığ ı ilə aprelin 25-26-da Azərbaycan
sərhədlərini aşdıq". Hərb i qüvvələr, əsasən, Qərb cəbhəsində olduğu üçün Qırmızı Orduya qarşı əsaslı müqavimət
göstərmək mü mkün olmad ı. Səməd bəy Meh mandarovun aprelin 27-də əlavə qüvvələr göndərilməsi üçün ordunun
yerləşdiyi Qərb cəbhəsinə vurduğu təcili teleqra mın da heç bir əhə miyyəti o lmadı. 1920 ilin aprelində baş vermiş c iddi
Höku mət böhranının ö zü də 11 -ci Qırmızı ordunun Bakıya da xil o lması üçün əlverişli şərait yaradırdı.
Azərbaycan Höku məti aprelin 27-də respublikanın Sovet Rusiyası tərəfindən təcavüzə mə ruz qald ığı, sərhədləri-
nin pozulduğu barədə müttəfiqlərin Tiflisdəki nü mayəndələri qraf de Martelə, polkovnik Qabbaya və K. Lyükkə təcili
mə lu mat göndərdi. Azərbaycan Höku mət i müttəfiqlə rin nümayəndələrindən xahiş edird i ki, A zərbaycana yenidən hücum
etmə məsi üçün Ermənistan hökumətinə təsir göstərsinlər, çünki baş vermiş təcavüz akt ı ilə ə laqədar Höku mət öz qoşunların ı
Qarabağdan və Ermən istanla sərhəd olan rayonlardan çıxarır. Müttəfiq lərin nü mayəndələri elə həmin gün Ermənistan
hökaməti ilə əlaqəyə girdilər. Aprelin 28-də Ermənistan hökuməti b ild irdi ki, onların orduları dayandıqları mövqelərdən
irə lilə məyəcə klə r, A zərbaycana hücum et məyəcəklər. Bunun müqabilində onlar b ir sıra şərtlər irəli sürürdülər.
Aprelin 27-si gündüz saat 4-də Azerbaycan bolşevikləri 11-ci ordu dəstələrinin Biləcə ri stansiyasında dayandığına
arxalanaraq, Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Ko mitəsinin Bakı bürosu və Fəhlə Konfransı adından
Parla mentə hakimiyyəti təhvil vermə k haqqında ultimatu m təqdim etdilər. Pa rla ment hakimiyyəti d inc yolla
63
bolşeviklərə vermək barədə qərar qəbul etdi. 11 -ci ordu Bakıya daxil oldu, Azərbaycan yenidən Rusiya tərəfindən
işğal olundu.
Aprelin 28-də San-Re mo konfransında iştirak et miş A zərbaycan nümayəndələri bu xəbəri alan kimi müttəfiq
dövlətlərin Ali Şurasına, İtaliya höku mətinə və xarici dövlətlərin Ro mada o lan səfirliklərinə suveren Azərbaycan dövlətinin
Sovet Rusiyasının silahlı qüvvələri tərəfindən işğal olunduğu haqqında nota təqdim etdilər. Sü lh konfransına verilmiş
notada qeyd olunurdu: "Azərbaycan nümayəndələri ü mid edirlər ki, Sülh konfransı müstəqilliyin bərpa olun masında
Azərbaycana kö mə klik göstərəcəkdir". Bu məzmunda notala r və mürac iətlər dəfə lərlə Millətlər Cəmiyyətinə, dünya
siyasətini müəyyən edən dövlətlərə verildi. La kin bunların e lə bir əhə miyyəti olmadı. Antanta ölkə ləri Azərbaycanın
bolşeviklər tərəfindən işğal edilməsini sükutla qarşıladılar. Müstəqilliyi böyük dövlətlər tərəfindən tanın mış Azərbaycan
Xalq Cü mhuriyyətin in beynəlxalq münasibətlər sistemində iştirakı Aprel işğalı ilə sona çatdı. Onun Parisdəki
nümayəndələri isə Azərbaycan siyasi mühacirlərinin ilk dəstəsinə çevrild ilər.
Dostları ilə paylaş: |