ƏSGƏRAN DÖYÜġ Ü - Azərbaycan ordusu hissələrinin 1920 ilin mart-aprelində erməni qoşunlarına qarşı
apardığı hərbi əməliyyatın tərkib hissəsi. Bu məntəqə hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edirdi. Onun nəzarətə
alın ması Qarabağda hərbi təşəbbüsün əldə saxlan ması üçün başlıca amil idi. Buna görə də 1920 il martın 21-də, Novru z
bayramı gecəsi ermən i-daşnak qüvvələri Qarabağın b ir sıra məntəqələri ilə bərabər, Əsgərandakı Cü mhuriyyət ordusu
postlarının üzərinə hücuma keçmiş və bu postlarda dayanan azsaylı qüvvələri məhv etmişdi. Bununla da, Əsgəran keçid i
bağlanmış, Xankəndidə və Şuşada yerləşən hərbi qarnizon çətin vəziyyətə düşmüşdü. Qarabağın Azərbaycandan
qoparılmasına yol verməmək, bölgədəki ermən i-daşnak silahlı qüvvələrinə güclü zərbə endirmək üçün, ilk növbədə,
Əsgəran keçidin i açmaq lazım idi. Ona görə də Qarabağ əməliyyatına rəhbərlik etmək üçün 1920 il martın 26-da Ağdama
gəlmiş general-mayor Həbib bəy Səlimov əvvəlcə Əsgəran yolunun kəşfiyyatını apardı. Erməni qüvvələrinin müqavimətin i
qırmaq üçün H.Səlimov hərbi nazirdən Ağdama b ir zireh li avtomobil göndərilməsini xahiş etdi. Müəyyən hazırlıq işləri
görüldükdən sonra martın 29-da A zərbaycan qoşun hissələrinin Əsgəran üzərinə ilk hücumu başlandı. Döyüşdə 5-ci Bakı
piyada alayının bölmələri, Parlament mühafizə dəstəsi və partizan dəstələri iştirak ed irdilər. Süvari qüvvələrə isə 1-ci
Azərbaycan süvari a layının bölmələ ri cəlb o lunmuşdu. Döyüşün gedişində Xra mord kəndi, Daşbaşı yüksəkliyi, Fə rru x kəndi
ələ keçirildi və qüvvələr Xanabad kəndinə xeyli yaxılaşdılar. Döyüş planına əsasən, qüvvələr bu mövqelərdə dayanıb
möhkəmlən məli olduqları halda, daha irəliyə getməyə can atırdılar. Nəticədə, Əsgərandan əlavə kömək alan erməni-daşnak
dəstələri Azə rbaycan qüvvələrin in qarşısını sa xlayıb, hətta geri çə kilməyə məcbur etdilər. Bununla da ilk hücumda Əsgəranı
azad et mək mü mkün olmad ı.
Döyüşün aparılmasında partizan lara deyil, n izami hərbi hissələrə daha böyük yer verilməsi üçün Zaqatala piyada
alayının, 7-ci Şirvan alayının, 1-ci Azərbaycan süvari alayın ın, b ir dağ topçu batareyasının Ağdama gətirilməsi qərara alındı.
Bu qüvvələrin Ağdama yetişməsi ilə Əsgəran üzərinə növbəti hücum təşkil ed ild i. Hücu m 1920 il aprelin 3-də başladı.
Dəqiq p lanlaşdırılan döyüş Azərbaycan ordusu hiss ələrinin qə ləbəsi ilə nəticələndi. İlk hücu mdakı marşrut üzrə irə liləyən
Azərbaycan qüvvələri daşnakların bütün müqavimət ini qıraraq, əvvəlcə Əsgəranı, sonra isə Xocalını e rməni silahlı
dəstələrindən tə mizləd i. Azə rbaycanın qoşun bölmə ləri gün ərzində Ağdam-Əsgəran yolunun kənarında yerləşən Kət ik,
Aranzə min və Na xç ıvanik kimi möhkə mləndirilmiş məntəqələri ermən i silahh dəstələrindən azad etdilər. Əsgəran
döyüşünün uğurla başa çatması Azərbaycan ordusu hissələrinin tezliklə Şuşaya daxil olmasına zəmin yaratdı.
Əd.: Sü ley manov M., Azərbaycan ordusu (1918-1920), B., 1998.
401
ƏSGƏRĠ MÜKƏLLƏFĠYYƏT HAQQINDA MÜVƏQQƏTĠ QANUN - A zərbaycan Xalq Cü mhuriyyətində
orduya çağırış və hərbi səfərbərlik işini tənzimləyən hüquqi sənəd. Azərbaycan Hö ku məti tərəfindən 1918 il o ktyabrın 11-də
qəbul edilmişdir. A zərbaycan Hö ku mətinin hərbi qanunvericilik sahəsində qəbul etdiyi ilk mühü m s ənədlərdən biri idi.
Hə min qanuna görə 17 yaşına çat mış hər b ir gənc hərbi mü kə llə fiyyətli hesab edilirdi. 18 və 19 yaşlarında olanla r
xid mətqabağı 2-c i dərəcəli ehtiyatda sayılırd ılar. Bu gənclər yalnız müharibə va xtı xid mətə cəlb o lunurdular. 20 yaşlı
gənclər zərurətdən asılı o laraq ya ta m, ya da qis mən xid mətə çağırılırdılar. Hə rbi xid mət müddəti p iyada və nəqliyyat
qoşunlarında 2 il, digər qoşun növlərində isə 3 il idi. Hərbi xid məti başa vurduqdan sonra keçmiş əsgərlərin 1-ci dərəcəli
ehtiyatda xid məti p iyadalar üçün 40 yaşına, digər qoşun növlərində olanlar üçün isə 38 yaşınadək davam ed irdi.
Müvəqqəti qanunun böyük hissəsi çağırışdan möhlətə və güzəştlərə həsr edilmişdi. Ailə vəziyyətinə, səhhətinə,
tutduğu vəzifələrə görə kimlərə möhlət və güzəştlər verildiy i konkret göstərilirdi. Çağırışa Əxzi-əsgər idarəsi rəhbərlik bu
qanunun yerlərdə izah ı və təbliğ olun ması, xid mət yaşı çatanların toplanılaraq qəza əsgər idarələ rinə göndərilməsi,
əsgərlikdən yayınanların və fərarilərin axtarılıb tapılması qəza qay məqamlarına (rəislərinə) həvalə olunurdu. Müvəqqəti
qanuna əsasən Əxzi-əsgər şöbələrinin nəzdində həkim-müay inə ko missiyaları yaradılmışdı. Çağırışçıların qoşun növləri
üzrə bölüşdürülməsi həkim ko missiyasının qərarına əsasən həyata keçirilird i.
Türk hərbi qüvvələrinin A zərbaycanda olduğu vaxt qəbul edilmiş bir sıra hüquqi sənədlər, o cü mlədən Müvəqqəti
qanun natama m və yerli şəraitə uyğun olmadığ ı üçün hərbi nazir Sə məd bəy Meh mandarovun 1919 il 5 fevra l tarixli ə mri
ilə ləğv edild i. A zərbaycan Höku məti tərə findən yeni qanun layihəsi hazırlanana qədər çağırış işi çar Rusiyası dövründə
qəbul edilmiş hüquqi s ənədlər əsasında tənzimlən irdi.
Əd:
Bax Əsgəran döyüşü məqaləsinin ədəbiyyatına.
"Əġ-ġƏMS" (" Günəş") - eserlərin (sosialist-inqilabçıların) milli tələbə gənclər qrupu. 1906 ildə Bakı eseri
S.Rayetskinin təşəbbüsü ilə yaradılmışdı. Əsas ən, azərbaycanlı tələbələ r və yu xarı sinif şagirdlə rindən ibarət idi. 1905-07
illər inqilab ı dövründə vərəqələr bura xmaqla, ermən i-müsəlman qarşıdurmasına son qoymaq, mövcud hakimiyyətə qarşı
çıxışları gücləndirmək və Ümu mrusiya tətillərinə qoşulmaq çağırışları ilə çıxış edirdi. Təşkilat üzv lərinin azsaylı olması
onun fəaliyyət dairəsini məhdudlaşdırırdı. Birinci Rusiya inqilab ından sonra "Əş-Şə ms" barədə sənədlərə rast gəlin mir.
Əd
:. Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Багирова И.С., Политические партии и организации Азербайджана в начале
XX века , Б., 1997;
ƏġRƏFOV İsrafil İsmayıl oğlu (30.5.1900, Bakı - ?) -Azərbaycan Xalq Cü mhuriyyəti
Parlamentinin xüsusi qərarı (bax Xaricə təhsil almağa göndərilən azərbaycanlı tələbələr haqqında
qərar) ilə dövlət hesabına ali təhsil a lmaq üçün xaricə göndərilmiş tə ləbələrdən b iri. Bakı
ko mmersiya mə ktəbini bit irmişdir (1918). Parla mentin 1919 il 1 sentyabr tarixli q ərarına əsasən,
təhsilini dava m etdirmə k üçün Pa ris Universitetinə (Fransa) göndərilmişdi. Sonrakı taleyi barədə
mə lu mat aşkar olunma mışdır.
ƏZĠMZADƏ
Əzim
Aslan oğlu (7.5.1880, Bakı ya xınlığındakı Nov xanı k. - 15.6.1943, Bakı) -
xalq rəssamı, pedaqoq. Azərbaycan realist qrafika sənətinin banisi. Sat irik
qrafika, illüstrasiya, siyasi plakat, tarixi və mə işət janrla rında, hə mç inin
teatr-dekorasiya sənəti sahəsində fəaliyyət göstərmişdir. İlk təhsilin i
mo lla xanada (1888-91) və "Rus-müsəlman" mə ktəbində (1891-94) almışdır.
Kiyev şəhərində rəssamlıq məktəbində o xu muşdur. Uşaq yaşlarından rəs m çəkməyə maraq
göstərmiş, "İrşad"ın müştərisi" adlı ilk karikaturası "Molla Nəsrəddin" jurnalında dərc olunmuşdur.
1906 ildən "Molla Nəsrəddin" jurnalında satirik rəs mləri və siyasi karikaturaları ("Millət dərdi
çəkməkdən əriy ib çöpə dönmüş müsəlman dövlətlisi", "Cənab Vitte" və s.) ilə çıxış edən Əzim
Əzimzadə "Hü mmət" təşkilatın ın, "Nicat", "Nəşri-maarif‖ cəmiyyətlərinin mədəni-maarif tədbirlərinin fəal iştirakçısı
olmuşdur. Rusiyaya və Şərq ölkələrinə səyahətdən (1910-cu illər) sonra bir müddət müəllimlik etmiş, Bakıda çıxan satirik
jurnallar ("Zənbur", "Kəlniyyət", "Baraban, "Məzə li", "Tuti", " Babayi-Əmir") üçün karikatura və yumoristik rəs mlə r
çəkmişdir.
Azərbaycan Xalq Cü mhuriyyəti dövründə (1918-20) "türk mə ktəbi" adlandırılan köhnə "rus-müsəlman"
mə ktəblərində rəsm müəllimi işlə mişdir. 1919 ildə "Türk nəşriyyat cə miyyəti" tərə findən nəşr edilən "Zənbur" jurna lında
əməkdaşlıq etmiş, siyasi-ictimai mövzularda 100-dən artıq karikatura dərc etdirmişdir. Bu dövrdə Əzim Əzimzadə
yaradıcılığında milli istiqlal möv zusu mühüm yer tutmuşdur. Rəssamın dövri mətbuat səhifələrində zamanın ictimai-siyasi
problemlə ri ilə səsləşən karikaturala rı çap olunurdu. Azərbaycana a xışıb gələn xarici müda xiləçilər əleyhinə yönəlmiş
karikaturalarından birində silahlı Denikini, Ko lçak və cəllad Androniki ciblərində gəzdirən ingilis qəsbkarları təsvir olunur.
O, rəsmlərində vətən və xa lq təəssübkeşliyini ön plana çəkmiş, cəhaləti, nadanlığ ı, milli ədavəti, e rməni millətçilərinin -
daşnakların vəhşi və iyrənc əməllərini ifşa etmişdir.
Əzim Əzimzadənin sənətkarlığ ı orijinal və ço xcəhətlidir. Onun təsvir üslubunda xalq yaradıcılığına xas olan
402
yığcamlıq, obrazlılıq, səlislik kimi cəhətlər üstündür. O, tənqid hədəflərini gah öldürücü satira, gah kəsərli yumor, gah
yumşaq kinayə atəşinə tuturdu. Mirzə Ələkbər Sab irin "Hophopnamə"sinə illüstrasiyalar çəkmiş, teatr tamaşalarına tərtibat
403
və geyim eskizləri vermişdir (Ü.Hacıbəylinin "Leyli və Məcnun", "Əsli və Kərə m" operaları, "Arşın mal a lan", "O olmasın,
bu olsun" musiqili ko mediyaları; Z.Hac-bəylin in "Aşıq Qərib" operası və s.).
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Əzim Əzimzadə A zərbaycan Xa lq Maarif Ko missarlığın ın
incəsənət şöbəsinə rəhbərlik et miş, Ba kıda rəssamlıq məktəbin in (1920), teatr və rəssamlıq e ma lat xanalarının təşkilində
mühü m rol oynamış, Mirzə Ələkbər Sab ir, Əbrürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə,
Abdulla Şaiq, Yüsif Vəzir Çəmənzəminli və b.-nın əsərlərinə bədii tərtibat vermiş, illüstrasiyalar çəkmişdir. Əzim
Əzimzadənin yaratdığ ı əsərlər içərisində satirik portretlər ("Hacı", "Köhnə Bakı tipləri" və s.), bədii əsərlərə illüstrasiya
(Nizaminin " Yeddi gözəl", "Xosrov və Şirin" poemaları möv zusunda) və teatr tamaşalarına geyim eskizləri
(M.F.A xundzadənin "Hacı Qara", "Müsyö Jordan və dərviş Məstəli şah", "Mürafiə vəkillərinin hekayəti",
C.Mə mmədquluzadənin "Ölü lər", C.Cabbarlının "1905-c i ildə" pyesləri və s.), tarixi şə xsiyyətlərin portretlə ri (Cəla ləddin
Ru mi, Səlahəddin Əyyubi və b.), eləcə də mən zərə lər (" Görədil", "Tut ağacı", "Qürub", "Bakı bağlarında" və s.) mühüm yer
tutur. 1940 ildə Ba kıda fərd i sərgisi aç ılmış, burada rəssamın 1200-dən artıq əsəri göstərilmişdir.
Əd
.: Qazıyev A.Y., Xalq rəssamı Əzim Əzimzadə, B., 1953; Həbibov N., Rəssamlıqdan söhbət, B., 1961; Nəcəfov M ., Əzim
Əzimzadə, B., 1972; yenə onun, Rəssam və zaman, B., 1977.
ƏZĠZ ġƏRĠF, Şərifzadə Əbdüləziz Məşədi Qurbanəli oğlu (28.3.1895, Naxçıvan ş. -
28.5.1998, Moskva; Naxçı-vanda dəfn olunmuşdur) - ədəbiyyatşünas, tənqidçi, tərcü məçi, maarif və
mətbuat xad imi. Filo logiya e lmləri doktoru (1958), professor (1962), Azərbaycan Respublikasının
əməkdar elm xadimi (1963). Naxçıvanda "Tərbiyə" məktəbində (1901-04), Tiflis və İrəvanda xüsusi
pansion və gimnaziyalarda (1904-15) təhsil a lmışdır. 1915 ildə Moskva Ko mme rsiya İnstitutuna daxil
olmuş, ailə vəziyyəti ilə əla-qədar ikinci ku rsdan (1917) çıxmışdır. Moskvada M.Qorki adına
Ədəbiyyat İnstitutunu (1943) bitirmişdir. Tələbə ikən siyasi hərəkata qoşulmuşdur. 1918 ildə sosial-
demokrat "Hü mmət" partiyasına daxil olmuşdur. Zaqafqaziya sey mində sosial-demokrat fraksiyasında
(1918), Borçalı qəzasında torpaq idarəsində (1919) çalış mış seçkiqabağı kampaniyada təbliğat
aparmaq üçün İrəvana ezam o lun muşdur. "Hümmət" partiyasının Tiflisdə nəşr etdirdiyi " Gələcək"
(1918-19) və "Probujdeniye" (1918) qəzet lərinin redaktoru olmuşdur.
Sovet hakimiyyəti illərində Tiflisdə mətbuat və nəşriyyat sahəsində çalışmış, Zaqafqaziya Mərkə zi İcra iyyə
Ko mitəsində məsləhətçi (1920-35) olmuşdur. Tiflis Müəllimlər İnstitutunda müəllim, Sovet Sosialist Respublika ları İttifaq ı
Elmlər Akade miyasının Şərqşünaslıq İnstitutunda və M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda baş elmi işçi (1950-61)
işləmiş, M.V.Lo monosov adına Moskva Dövlət Universitetində SSRİ xalqları ədəbiyyatı kafedrasın ın professoru (1962-88)
və müdiri (1960-64) olmuşdur.
Ədəbi yaradıcılığa 1906 ildə "Molla Nəsrəddin" jurnalında dərc olun muş "Naxçıvandan məkrublar"la başlamışdır.
Klassik və müasir Azə rbaycan ədəbiyyatının tədqiqi, ədəbi tənqid, bədii tərcü mə və publisistika ilə məşğul olmuşdur.
Bakı və Moskva şəhərlərində nəşr olun muş "Molla Nəsrəddin" (1946), "Sabirin həyatı və yaradıcılığı" (rus dilində,
1951), " Vaqif məhəbbət və gözəlliy in tərənnümçüsüdür" (rus dilində, 1968), "Atam və mən" (1983), "Keç miş günlər" (iki
cilddə, 1977-1986), "Molla Nəsrəddin necə yarandı?" (1986), "Tapıntılar" (1987) kitablarının müəllifidir.
Mirzə Fətəli A xundzadə, Cə lil Mə mmədquluzadə, Nəcəf bəy Və zirov, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər
Cabbarlı, Süley man Rəh imov, Mirzə İbrahimov, Mir Cəlal və b. Azərbaycan yazıçıların ın əsərlərini rus dilinə, rus
yazıçılarının əsərlərin i, habelə gürcü yazıçılarının bəzi əsərlərini (orijinaldan) Azərbaycan dilinə tərcü mə etmişdir.
Əd.:
Cəfərov M .C., Əziz Şərif və xatirələri. Əziz Şərif, "Keçmiş günlər" kitabında, B., 1977; Teymurov M ., M əni xatırlarsınız.
Əziz Şərif. Tapıntılar, B., 1987.
ƏZĠZBƏYOV Məşədi bəy Əziz bəy oğlu (18.1.1876, Bakı - 20.9.1918, Türküstan yaxınlığında, indiki Türk-
mən istan) - Rusiya Sosial-De mo krat Fəhlə Partiyasının (RSDFP) ilk üzvlərindən biri, Azərbaycanın sovetləşməsi uğrunda fəal
mübarizə aparmış ictimai-siyasi xadim. Bakı realnı məktəbin i bitird ikdən (1896) sonra mülki mühəndislər institutuna daxil
olmaq üçün Peterburqa getmiş, gizli marksist dərnəyinin məşğələlərində, tələbə nümayişlərində iştirak
etmiş, 1898 ildə RSDFP-yə daxil olmuşdur. 1899 ildə Peterburq Texno logiya İnstitutuna qəbul edilmiş,
1900 ildə Peterburq a li məktəblə rində o xuyan a zərbaycanlı tələbələ rin hə myerliler cə miyyətinin sədri
seçilmişdir.
1902 ildə Peterburq fəh lələ rin in inqilabi ç ıxışlarında iştirakına görə həbs edilmiş, 1905 ildə "Hü mmət" sosial-
demokrat təşkilatın ın rəhbər özəyinə da xil olmuşdur. Elə həmin il Bakı fəh lələ rin in ümu mi tətilində fəal iştira k etmiş,
404
"Elektriçeskaya sila" səhmdar cəmiyyətinin şəhər kontorunda işə girmiş, şəhərdə ermən i-müsəlman toqquşmalarının
qarşısını almağa çalışmışdır. 1906 ildə RSDFP Bakı təşkilatının tapşırığ ı ilə "Bayrağ i-nüsrət" ("Zəfər bayrağı") adlı partiya
döyüş drujinasını yaratmışdı. Əzizbəyov bolşevik "Dəvət-Qoç" və "Prizıv" qəzetləri nəşrin in təşkilində və yayılmasında fəal
iştirak etmiş, 1906 ildə İran sosial-demo krat "İctimaiyyun-amiyyun" ("Mücahid") partiyası MK-nın ü zvü, Bakı şəhər
dumasına seçki kampan iyasının rəhbərlərindən biri seçilmişdi. 1908 ildə Peterburq Texnologiya İnstitatunu bitirərək,
mühəndis-texnoloq və energetik d iplo mu almışdır. Bakıya qayıdan Əzizbəyov "Nicat" mədəni-maarif cəmiyyəti idarə heyəti
sədrinin müavin i seçilmişdir. 1908-10 illərdə RSDFP Bakı ko mitəsinin tapşırığı ilə İran inqilabına (1905-11) kö mə k et mə k
üçün bir neçə dəfə oraya getmiş, inqilabçılar üçün gizli ədəbiyyat və silah aparmışdır. 1909 ildə Bakıda yaradılan İran
İnqilabçılarına Yardım Ko mitəsinə başçılıq etmişdir. Həmin ildə yenidən "Nicat" cəmiyyəti sədrinin müavin i seçilən
Əzizbəyov 1910 ildə Bakı şəhər du ması ü zvlüyünə namizəd irəli sürülmüş, şəhər özünüidarəsi rəisi vəzifəsində çalış maq
üçün Rəştə dəvət edilməsi ilə əlaqədar o laraq İrana getmiş, Ən zəlidə və Rəştdə inqilabi iş aparmışdır. 1911 ildə Bakı şəhəri
əhalisinin yo xsul təbəqələrinə yardım göstərmək üçün şəhər özünüidarəsi yanında tikinti bürosu açmış, həmin il Bakı şəhər
dumasının üzvü seçilmiş, burada yoxsulların mənafeyin in müdafiəçisi kimi çıxış etmişdir. Əzizbəyov şəhər elektrik texniki
vəzifəsində çalış mış, şəhər me marı o lmuş, Şolla r-Bakı su kə məri çə kilişinə ba xan icra iyyə ko missiyasının və elektrik
ko missiyasının üzvü seçilmiş, 1914 ildə Bakı fəh lələrin in ü mu mi tətilin in hazırlan masında iştirak etmişdir.
Əzizbəyov 1915 ildə "Milliyyətindən asılı olmayaraq, qaçqınlara yardım ko mitəsi" sədrinin müavini, 1917 ildə
"Hümmət" bolşevik təşkilatı müvəqqəti ko mitəsinin üzvü seçilmişdir. Bakı müsəlman sosialist partiyaları bürosunun s ədri
olan Əzizbəyov Qafqaz müsəlmanlarının Bakıda keçirilən qurultayında iştirak və çıxış etmişdir. 1917 ildə Bakı quberniyası
ərzaq ko mitəsinin müvəkkili kimi qəzalara ezam edilmiş, bolşevik Bakı Ko mitəsinin heyətinə cəlb o lun muş, yerli hü mmətçi
bolşeviklərlə əlaqə yaratmaq üçün Tiflisə getmişdir. Mərkəzi tətil ko mitəsinin üzvü kimi, 1917 il sentyabrın sonunda Bakı
fəhlələ rin in ü mu mi tətilinə rəhbərlik et mişdir. Oktyabr çevrilişindən (1917) sonra isə sovet Rusiyasının tərəfdarı olmuşdur.
Oktyabrın sonunda bolşevik Bakı Ko mitəsinin və "Hü mmət" təşkilatın ın siyahısı ilə şəhər du masına üzv seçilmişdir.
Bolşevik partiyasının Qafqa z Diyar Ko mitəsi tərəfindən Cənubi Qa fqazdan Müəssislər məclisinə na mizəd liy i irə li sürülən
bolşeviklər içərisində Əzizbəyovun da adı var idi.
Əzizbəyov 1917 il oktyabrın 31-də "Qənaət" kooperativ cəmiyyətinin sədr müavini seçilmiş, 1918 il yanvarın 31 -
də Bakı quberniyası ərzaq təşkilat larının nə zarətçi-təlimatçısı təyin o lunmuşdur. Elə hə min va xt Qırmızı qvardiya dəstələri
yaradan təşkilat ko missiyasının tərkib inə seçilmişdir. 1918 ilin ma rtında Azə rbaycan milli qüvvələrinə qarşı mübarizədə fəa l
rol oynamışdır. İnqilabi Müdafiə Ko mitəsi tərəfindən Bakı şəhəri müsəlman hissəsinin mühafizə ko missarı, az sonra isə
quberniya ko missarı təyin ed ilmiş, Bakı kəndlərinə gedərək, əhalini sovet hakimiyyəti uğrunda mübarizəyə çağırmışdır.
1918 ilin aprelində Şa ma xı qəzasında vəziyyəti yoxla maq üçün yaradılan fövqəladə təhqiqat komissiyasına seçilmiş,
Şamaxıda ermənilərin törətdikləri vəhşiliklərdən sarsılmış, burada baş verənlər haqqında ürək ağrısı ilə məlu mat vermişdir.
Əzizbəyov S.Şau myanın başçılıq etdiy i Bakı Xalq Ko missarları Sovetində (BXKS) quberniya ko missarı id i. O,
1918 il mayın 9-da BXKS daxili işlər ko missarının müavini təyin olun muş, mayın 26-29-da Bakı qəzası kəndli deputatları
sovetinin 1-ci qurultayının işində fəa l iştira k et miş və ic raiyyə ko mitəsinin sədri seçilmişdir. İyunun 9-da "Hü mmət"
təşkilatı ko mitəsinin yeni heyətinin fə xri sədri seçilmişdir.
Bakı Sovetinin 25 iyul tarixli fövqəladə iclasında ingilis qoşunların ın Bakıya dəvət olunması əleyhinə çıxış etmişdir.
BXKS-nin süqutundan sonra qırmızı əsgər dəstələrinin Bakıdan sovet Həştərxanına köçürülməsin i təşkil et miş, Ba kın ın a zad
olunması uğrunda vuraşan Qafqaz İslam Ordusuna qarşı döyüşlərdə iştirak etmişdir.
Avqustun 17-də Ba kı ko missarları ilə birlikdə "Sentro-kaspi diktaturası" tərəfindən həbs edilmiş, sentyabrın 14-dək
həbsxanada sa xlanmışdır. Sentyabrın 17-də BXKS-n in digər ü zvlə ri ilə b irlikdə Zakaspi höku məti tərəfindən həbs edilib,
Krasnovodskda (indiki Türkmənbaşı) həbsxanaya salın mış, sentyabrın 20-də Krasnovodskın 207 kilo metrliyindəki
Ağcaqum çölündə güllələn mişdir.
Əd.: Sovet hakimiyyəti uğrunda alovlu mübariz Məşədi Əzizbəyov. Nitqlər, sənədlər və materiallar, B., 1976;
Qazıyev M.A., Məşədi Əzizbəyov. Həyat və fəaliyyəti, B., 1976; Азизбеков П.А., Мешади Азизбеков, Б, 1956.
405
F
FEVRAL ĠNQĠLABI (1917) - Rusiyada monarxiyanın devrilməsi ilə nəticələnən demokratik inqilab. 1917 il
fevralın 23-də başlamış, 28-də qalib gəlmişdir. Həmin gün Dövlət du masının Müvəqqəti Ko mitəsi yaradıldı və bu ko mitə
hökumət funksiyaların ı öz ü zərinə götürdü. Ro manovlar mütləqiyyətinə son qoyuldu.Martın 2-də knyaz G.Y.Lvov başda
olmaqla Müvəqqəti hökumət təşkil edildi. Höku mətin qarşısına qoyduğu əsas vəzifə ölkədə qayda-qanun yaratmaq,
Müəssislər məclisinə seçkilər keçirmək idi.
Petroqradda inqilabın qələbəsi xəbəri Bakıya martın 2-də çatdı. Martın 3-də Bakı fəhlələri birgünlük tətil keçirməklə
Petroqrad inqilabçıları ilə həmrəy o lduqların ı bildirdilər. Martın 5-də Bakı İctimai Təşkilatları Şurası və onun Müvəqqəti
İcraiyyə Komitəsi təşkil edildi. Martın 7-nə keçən gecə Bakı rayonu fəhlə deputatları soveti formalaşdı. Beləliklə, Rusiyanın
digər yerlərində olduğu kimi, Azə rbaycanda da ikiha kimiyyətlilik meydana gəldi. Martın 3-də Cənubi Qa fqazda mülki
hakimiyyət yeni yaradılmış Xüsusi Zaqafqaziya Ko mitəsinə - OZA KOM -a verild i (ba x OZAK OM).
Fevral inqilab ı azərbaycanlıların siyasi fəallığ ını artırd ı. Martın 27-də Bakı Müsəlman İctimai təşkilatların ın İcra-
iyyə Komitəsi yaradıldı. "Müsavat" partiyasının üzvü Məmməd Həsən Hacınski onun sədri seçild i.
Yeni inqilab i şəraitdə Azərbaycan xalqın ın arzu və istəklərini müəyyənləşdirmək məqsədilə 1917 il aprelin 15-20-
də Bakıda Qafqa z müs əlmanla rın ın qurultayı keç irild i.
1917 ilin mayında Moskvada Ümumrusiya müsəlmanlarının qurultayı oldu. Qurultay nümayəndələrinin əksəriyyəti
Rusiya müsəlmanlarının milli-məhəlli mu xtariyyəti ideyası lehinə səs verdilər.
1917 ilin yayı və payızında Rusiyada, o cü mlədən Cənubi Qafqazda, xüsusən Bakıda siyasi qüvvələr arasında
mübarizə kəskinləş məkdə id i. A zərbaycan milli hərəkatının aparıcı siyasi təşkilatı olan "Müsavat" partiyasının nüfuzu
getdikcə artmaqda idi. Partiyanın 1917 ilin oktyabrında keçirilən 1-c i qurultayı Azə rbaycanın ictima i həyatında əhə miyyətli
hadisə oldu. Quru ltayın qətnaməsində partiyanın Mə rkə zi Ko mitəsinə Azə rbaycana mu xta riyyət ə ldə edilməsi üçün bütün
tədbirləri görmək və Mərkə zi Müsəlman Ko mitəsi qarşısında A zərbaycan Müəssislər Məclisini çağırmaq tələb ini qoymaq
tapşırılırd ı. Fevral inqilabın ın qələbəsindən sonra Azərbaycanda milli hərəkatın daha kütləvi və siyasi səciyyə alması,
konkret iqt isadi tələblər irə li sürülməsi, əhalinin bütün təbəqələrinin milli dövlətçilik ideyası ətrafında birləşməsi kimi yeni
mə rhələ başlandı.
Fevral inqilab ından sonra "Hümmət" təşkilat ının da fəa liyyəti gücləndi. İnqilabdan dərhal sonra Ba kı və digər
şəhərlərdə ikinci hakimiyyət orqanı kimi yaradılan Fəhlə və Əsgər Deputatları Sovetləri içərisində nisbətən nüfuzlusu Bakı
Soveti hesab edilirdi. Ba kı Sovetinin tərkibində a zərbaycanlıla r yo x dərəcəsində id i. Sovetin tərkib i və rəhbər heyəti
bütünlüklə ermənilərdən və ruslardan ibarət idi. 1917 ilin oktyabrında Rusiyada bolşeviklər hakimiyyət çevrilişi etdikdən
sonra Bakı bolşevikləri eser-menşeviklərlə müsavatçılar arasında ziddiyyətlərdən istifadə edərək, Bakı Sovetində əsas
vəzifələ ri asanlıq la ələ keç irə bildilər. Bakı Soveti bütün bölgədə təkhakimiyyətliliyə nail o lmağa çalışırd ı. Bu dövrdə
Cənubi Qafqa z şərti o laraq iki hiss əyə parçalanmışdı: Rusiya bolşeviklərinin dayağına çevrilməkdə olan Bakı şəhəri və
Cənubi Qafqa zın qalan əra zisi. 1917 ilin dekabrında V.Lenin S.Şau myanı Qa fqaz işlə ri üzrə xüsusi ko missar təyin etdi.
Lakin menşeviklər, sağ eserlər, "Müsavat", "Daşnaksutyun" partiyaları Rusiya bolşevik höku mətinin hakimiyyətin i
tanımaqdan imtina edərək, "Müstəqil Zaqafqaziya hökuməti" yaratmaq haqqında qərar qəbul etdilər. Noyabrın 15-də
Zaqafqaziya Ko missarlığı yaradıldı.
1917 ilin sonlarında baş vermiş mühüm hadis ələrdən biri Umü mrusiya Müəssislər məclisinə seçkilər keçirilməsi
oldu. Cənubi Qa fqaz dairəsi üzrə seçkilə rdə bolşeviklər cə mi 4,4 fa iz səs toplaya bildilə r. Menşeviklər, müsavatçılar və
daşnaklar isə 73 faiz səs qazandılar.
Ümu mrusiya Müəssislər məclisi bolşeviklər tərəfindən buraxıldıqdan sonra, 1918 ilin fevralında Cənubi Qafqazdan
seçilmiş deputatlar Zaqafqaziya seymini yaratdılar. Sey mdə Azərbaycan siyasi partiyalarının 44 nü mayəndəsi var idi.
Seymin a zə rbaycanlı ü zvlə rinə Cənubi Qa fqaz Müs əlman Milli Ko mitəsi tərəfindən Azərbaycan Müəssislər Məclisin i
çağırmaq tapşırılmışdı.
Azərbaycan mu xta riyyəti uğrunda mübarizə genişləndikcə , Azə rbaycan milli hərə katının artan nüfuzundan təşvişə
düşən Bakı bolşevikləri, başda S.Şau myan olmaqla, daşnaklarla ittifaqda 1918 ilin yazında dinc türk-müsəlman əhalisinə
406
qarşı kütləvi soyqırımı törətdilər. Nəticədə, bolşeviklər Bakıda hakimiyyəti müvəqqəti olaraq ələ keçirə bild ilər (1918 il
iyulun 31-dək). Türk-müsəlman soyqırımla rı A zərbaycan milli hərəkat ını sarsıtmad ı. Cənubi Qafqa zın türk-müsəlman
əhalisini fiziki cəhətdən məhv o lmaq təhlü kəsindən xilas etmək üçün müstəqil Azərbaycan dövlətinin yaradılması zərurəti
meydana çıxdı. 1918 il mayın 28-də A zərbaycan Xalq Cü mhuriyyəti elan ed ild i.
Əd.: A zərbaycan tarixi,7 cilddə, c.5, B., 2001.
Dostları ilə paylaş: |