Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə67/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   63   64   65   66   67   68   69   70   ...   80

ƏSGƏRAN  DÖYÜġ Ü  -  Azərbaycan  ordusu  hissələrinin  1920  ilin  mart-aprelində  erməni  qoşunlarına  qarşı 

apardığı  hərbi  əməliyyatın  tərkib  hissəsi.  Bu  məntəqə  hər  iki  tərəf  üçün  strateji  əhəmiyyət  kəsb  edirdi.  Onun  nəzarətə 

alın ması  Qarabağda  hərbi  təşəbbüsün  əldə  saxlan ması  üçün  başlıca  amil  idi.  Buna  görə  də  1920  il  martın  21-də,  Novru z 

bayramı  gecəsi  ermən i-daşnak  qüvvələri  Qarabağın  b ir  sıra  məntəqələri  ilə  bərabər,  Əsgərandakı  Cü mhuriyyət  ordusu 

postlarının  üzərinə hücuma  keçmiş və bu postlarda dayanan azsaylı qüvvələri  məhv  etmişdi.  Bununla da, Əsgəran  keçid i 

bağlanmış,  Xankəndidə  və  Şuşada  yerləşən  hərbi  qarnizon  çətin  vəziyyətə  düşmüşdü.  Qarabağın  Azərbaycandan 

qoparılmasına  yol  verməmək,  bölgədəki  ermən i-daşnak  silahlı  qüvvələrinə  güclü  zərbə  endirmək  üçün,  ilk  növbədə, 

Əsgəran keçidin i açmaq  lazım  idi. Ona görə də  Qarabağ əməliyyatına rəhbərlik etmək üçün 1920  il  martın 26-da Ağdama 

gəlmiş general-mayor  Həbib bəy Səlimov əvvəlcə Əsgəran yolunun kəşfiyyatını apardı.  Erməni qüvvələrinin  müqavimətin i 

qırmaq  üçün  H.Səlimov  hərbi  nazirdən  Ağdama  b ir  zireh li  avtomobil  göndərilməsini  xahiş  etdi.  Müəyyən  hazırlıq  işləri 

görüldükdən sonra martın  29-da A zərbaycan qoşun hissələrinin  Əsgəran üzərinə  ilk hücumu başlandı.  Döyüşdə 5-ci  Bakı 

piyada  alayının  bölmələri,  Parlament  mühafizə  dəstəsi  və  partizan  dəstələri  iştirak  ed irdilər.  Süvari  qüvvələrə  isə  1-ci 

Azərbaycan süvari a layının bölmələ ri cəlb o lunmuşdu. Döyüşün gedişində Xra mord kəndi, Daşbaşı yüksəkliyi, Fə rru x kəndi 

ələ  keçirildi  və  qüvvələr  Xanabad  kəndinə  xeyli  yaxılaşdılar.  Döyüş  planına  əsasən,  qüvvələr  bu  mövqelərdə  dayanıb 

möhkəmlən məli olduqları halda, daha irəliyə getməyə can atırdılar. Nəticədə, Əsgərandan əlavə kömək alan erməni-daşnak 

dəstələri Azə rbaycan qüvvələrin in qarşısını sa xlayıb, hətta geri çə kilməyə məcbur etdilər. Bununla da ilk hücumda Əsgəranı 

azad et mək mü mkün olmad ı. 

Döyüşün aparılmasında partizan lara deyil, n izami hərbi hissələrə daha böyük yer verilməsi üçün Zaqatala piyada 

alayının, 7-ci Şirvan alayının, 1-ci Azərbaycan süvari alayın ın, b ir dağ topçu batareyasının Ağdama gətirilməsi qərara alındı. 

Bu  qüvvələrin  Ağdama  yetişməsi  ilə  Əsgəran  üzərinə  növbəti  hücum  təşkil  ed ild i.  Hücu m  1920  il  aprelin  3-də  başladı. 

Dəqiq p lanlaşdırılan döyüş Azərbaycan ordusu hiss ələrinin qə ləbəsi ilə  nəticələndi. İlk hücu mdakı  marşrut üzrə  irə liləyən 

Azərbaycan  qüvvələri  daşnakların   bütün  müqavimət ini  qıraraq,  əvvəlcə  Əsgəranı,  sonra  isə  Xocalını  e rməni  silahlı 

dəstələrindən  tə mizləd i.  Azə rbaycanın  qoşun  bölmə ləri  gün  ərzində  Ağdam-Əsgəran  yolunun  kənarında  yerləşən  Kət ik, 

Aranzə min  və  Na xç ıvanik  kimi  möhkə mləndirilmiş  məntəqələri  ermən i  silahh  dəstələrindən  azad  etdilər.  Əsgəran 

döyüşünün uğurla başa çatması Azərbaycan ordusu hissələrinin tezliklə Şuşaya daxil olmasına zəmin yaratdı. 

 

Əd.: Sü ley manov M., Azərbaycan ordusu (1918-1920), B., 1998. 

 

 



 

401 

 

ƏSGƏRĠ  MÜKƏLLƏFĠYYƏT  HAQQINDA  MÜVƏQQƏTĠ  QANUN  -  A zərbaycan  Xalq  Cü mhuriyyətində 

orduya çağırış və hərbi səfərbərlik işini tənzimləyən hüquqi sənəd. Azərbaycan Hö ku məti tərəfindən 1918 il o ktyabrın 11-də 

qəbul  edilmişdir.  A zərbaycan  Hö ku mətinin   hərbi  qanunvericilik  sahəsində  qəbul  etdiyi  ilk  mühü m  s ənədlərdən  biri  idi. 

Hə min  qanuna  görə  17  yaşına  çat mış  hər  b ir  gənc  hərbi  mü kə llə fiyyətli  hesab  edilirdi.  18  və   19  yaşlarında   olanla r 

xid mətqabağı  2-c i  dərəcəli  ehtiyatda  sayılırd ılar.  Bu  gənclər  yalnız  müharibə  va xtı  xid mətə  cəlb  o lunurdular.  20  yaşlı 

gənclər  zərurətdən  asılı  o laraq  ya   ta m,  ya  da   qis mən  xid mətə   çağırılırdılar.  Hə rbi  xid mət   müddəti  p iyada  və  nəqliyyat 

qoşunlarında 2 il, digər qoşun növlərində isə 3  il  idi. Hərbi  xid məti başa vurduqdan sonra keçmiş əsgərlərin  1-ci dərəcəli 

ehtiyatda xid məti p iyadalar üçün 40 yaşına, digər qoşun növlərində olanlar üçün isə 38 yaşınadək davam ed irdi. 

Müvəqqəti  qanunun  böyük  hissəsi  çağırışdan  möhlətə  və  güzəştlərə  həsr  edilmişdi.  Ailə  vəziyyətinə,  səhhətinə, 

tutduğu vəzifələrə görə  kimlərə  möhlət və güzəştlər verildiy i  konkret göstərilirdi.  Çağırışa Əxzi-əsgər idarəsi rəhbərlik bu 

qanunun  yerlərdə  izah ı  və  təbliğ  olun ması,  xid mət  yaşı  çatanların  toplanılaraq   qəza  əsgər  idarələ rinə  göndərilməsi, 

əsgərlikdən  yayınanların  və  fərarilərin   axtarılıb   tapılması  qəza  qay məqamlarına  (rəislərinə)  həvalə  olunurdu.  Müvəqqəti 

qanuna  əsasən  Əxzi-əsgər  şöbələrinin  nəzdində  həkim-müay inə  ko missiyaları  yaradılmışdı.  Çağırışçıların  qoşun  növləri 

üzrə bölüşdürülməsi həkim ko missiyasının qərarına əsasən həyata keçirilird i. 

Türk hərbi qüvvələrinin A zərbaycanda olduğu vaxt qəbul edilmiş bir sıra hüquqi sənədlər, o cü mlədən Müvəqqəti 

qanun natama m və yerli şəraitə uyğun olmadığ ı üçün hərbi nazir Sə məd bəy Meh mandarovun 1919  il 5 fevra l tarixli  ə mri 

ilə  ləğv  edild i.  A zərbaycan  Höku məti  tərə findən  yeni  qanun  layihəsi  hazırlanana  qədər  çağırış  işi  çar  Rusiyası  dövründə 

qəbul edilmiş hüquqi s ənədlər əsasında tənzimlən irdi. 

 

Əd: 

Bax Əsgəran döyüşü məqaləsinin ədəbiyyatına.

 

 

"Əġ-ġƏMS"  (" Günəş")  -  eserlərin  (sosialist-inqilabçıların)  milli  tələbə  gənclər  qrupu.  1906  ildə  Bakı  eseri 

S.Rayetskinin təşəbbüsü ilə  yaradılmışdı.  Əsas ən, azərbaycanlı tələbələ r və  yu xarı sinif şagirdlə rindən  ibarət  idi.  1905-07 

illər  inqilab ı  dövründə  vərəqələr  bura xmaqla,  ermən i-müsəlman  qarşıdurmasına  son  qoymaq,  mövcud  hakimiyyətə  qarşı 

çıxışları  gücləndirmək  və  Ümu mrusiya  tətillərinə  qoşulmaq  çağırışları  ilə  çıxış  edirdi.  Təşkilat  üzv lərinin  azsaylı  olması 

onun fəaliyyət dairəsini məhdudlaşdırırdı. Birinci Rusiya inqilab ından sonra "Əş-Şə ms" barədə sənədlərə rast gəlin mir. 

 

Əd

:. Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001;  Багирова И.С., Политические партии и организации Азербайджана в начале 

XX века , Б., 1997; 



ƏġRƏFOV  İsrafil  İsmayıl  oğlu  (30.5.1900,  Bakı  -  ?)  -Azərbaycan  Xalq  Cü mhuriyyəti 

Parlamentinin  xüsusi  qərarı  (bax  Xaricə  təhsil  almağa  göndərilən  azərbaycanlı  tələbələr haqqında 



qərar)  ilə   dövlət  hesabına  ali  təhsil  a lmaq   üçün  xaricə   göndərilmiş  tə ləbələrdən  b iri.  Bakı 

ko mmersiya   mə ktəbini  bit irmişdir  (1918).  Parla mentin   1919  il  1  sentyabr  tarixli  q ərarına  əsasən, 

təhsilini  dava m  etdirmə k  üçün  Pa ris  Universitetinə  (Fransa)  göndərilmişdi.  Sonrakı  taleyi  barədə 

mə lu mat aşkar olunma mışdır.  

 

 

ƏZĠMZADƏ 



Əzim 

Aslan  oğlu  (7.5.1880,  Bakı  ya xınlığındakı  Nov xanı  k.  -  15.6.1943,  Bakı)  - 

xalq  rəssamı,  pedaqoq.  Azərbaycan  realist  qrafika  sənətinin  banisi.  Sat irik 

qrafika,  illüstrasiya,  siyasi  plakat,  tarixi  və  mə işət  janrla rında,  hə mç inin 

teatr-dekorasiya  sənəti  sahəsində  fəaliyyət  göstərmişdir.  İlk  təhsilin i 

mo lla xanada (1888-91) və "Rus-müsəlman" mə ktəbində (1891-94) almışdır. 

Kiyev  şəhərində  rəssamlıq  məktəbində  o xu muşdur.  Uşaq  yaşlarından  rəs m  çəkməyə  maraq  

göstərmiş, "İrşad"ın müştərisi" adlı  ilk karikaturası "Molla  Nəsrəddin" jurnalında dərc olunmuşdur. 

1906  ildən  "Molla  Nəsrəddin"  jurnalında  satirik  rəs mləri  və  siyasi  karikaturaları  ("Millət  dərdi 

çəkməkdən  əriy ib  çöpə  dönmüş  müsəlman  dövlətlisi",  "Cənab  Vitte"  və  s.)  ilə  çıxış  edən  Əzim 

Əzimzadə  "Hü mmət"  təşkilatın ın,  "Nicat",  "Nəşri-maarif‖  cəmiyyətlərinin  mədəni-maarif  tədbirlərinin  fəal  iştirakçısı 

olmuşdur.  Rusiyaya  və  Şərq  ölkələrinə  səyahətdən  (1910-cu  illər)  sonra  bir  müddət  müəllimlik  etmiş,  Bakıda  çıxan  satirik 

jurnallar  ("Zənbur",  "Kəlniyyət",  "Baraban,  "Məzə li",  "Tuti",  " Babayi-Əmir")  üçün  karikatura  və  yumoristik  rəs mlə r 

çəkmişdir. 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  dövründə  (1918-20)  "türk  mə ktəbi"  adlandırılan  köhnə  "rus-müsəlman" 

mə ktəblərində  rəsm  müəllimi işlə mişdir.  1919  ildə  "Türk nəşriyyat cə miyyəti" tərə findən nəşr edilən "Zənbur" jurna lında 

əməkdaşlıq  etmiş,  siyasi-ictimai  mövzularda  100-dən  artıq  karikatura  dərc  etdirmişdir.  Bu  dövrdə  Əzim  Əzimzadə 

yaradıcılığında  milli  istiqlal  möv zusu mühüm yer tutmuşdur.  Rəssamın dövri  mətbuat səhifələrində  zamanın  ictimai-siyasi 

problemlə ri  ilə  səsləşən  karikaturala rı  çap  olunurdu.  Azərbaycana  a xışıb  gələn  xarici  müda xiləçilər  əleyhinə  yönəlmiş 

karikaturalarından birində silahlı  Denikini, Ko lçak və cəllad Androniki ciblərində gəzdirən  ingilis qəsbkarları təsvir olunur. 

O,  rəsmlərində  vətən  və  xa lq  təəssübkeşliyini  ön  plana  çəkmiş,  cəhaləti,  nadanlığ ı,  milli  ədavəti,  e rməni  millətçilərinin -

daşnakların vəhşi və iyrənc əməllərini ifşa etmişdir. 

Əzim Əzimzadənin sənətkarlığ ı orijinal və ço xcəhətlidir. Onun təsvir üslubunda xalq  yaradıcılığına xas olan 

 

 



 

 

 



 

402 

 

 



 

 

 



 

 

yığcamlıq,  obrazlılıq,  səlislik  kimi  cəhətlər  üstündür.  O,  tənqid  hədəflərini  gah  öldürücü  satira,  gah  kəsərli  yumor,  gah 



yumşaq kinayə atəşinə tuturdu. Mirzə Ələkbər Sab irin "Hophopnamə"sinə illüstrasiyalar çəkmiş, teatr tamaşalarına tərtibat 

403 

 

və geyim eskizləri vermişdir (Ü.Hacıbəylinin "Leyli və Məcnun", "Əsli və Kərə m" operaları, "Arşın  mal a lan", "O olmasın, 



bu olsun" musiqili ko mediyaları; Z.Hac-bəylin in "Aşıq Qərib" operası və s.). 

Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  Əzim  Əzimzadə  A zərbaycan  Xa lq  Maarif  Ko missarlığın ın 

incəsənət şöbəsinə  rəhbərlik  et miş,  Ba kıda   rəssamlıq  məktəbin in  (1920),  teatr  və  rəssamlıq   e ma lat xanalarının   təşkilində 

mühü m  rol  oynamış,  Mirzə  Ələkbər  Sab ir,  Əbrürrəhim  bəy  Haqverdiyev,  Nəriman  Nərimanov,  Cəlil  Məmmədquluzadə, 

Abdulla  Şaiq,  Yüsif  Vəzir  Çəmənzəminli  və  b.-nın  əsərlərinə  bədii  tərtibat  vermiş,  illüstrasiyalar  çəkmişdir.  Əzim 

Əzimzadənin  yaratdığ ı  əsərlər  içərisində  satirik  portretlər  ("Hacı",  "Köhnə  Bakı  tipləri"  və  s.),  bədii  əsərlərə  illüstrasiya 

(Nizaminin  " Yeddi  gözəl",  "Xosrov  və  Şirin"  poemaları  möv zusunda)  və  teatr  tamaşalarına  geyim  eskizləri 

(M.F.A xundzadənin  "Hacı  Qara",  "Müsyö  Jordan  və  dərviş  Məstəli  şah",  "Mürafiə  vəkillərinin  hekayəti", 

C.Mə mmədquluzadənin "Ölü lər",  C.Cabbarlının  "1905-c i ildə" pyesləri və s.), tarixi şə xsiyyətlərin portretlə ri  (Cəla ləddin 

Ru mi,  Səlahəddin Əyyubi və b.), eləcə də  mən zərə lər (" Görədil", "Tut ağacı", "Qürub", "Bakı bağlarında" və s.) mühüm yer 

tutur. 1940 ildə Ba kıda fərd i sərgisi aç ılmış, burada rəssamın 1200-dən artıq əsəri göstərilmişdir. 

 

Əd

.: Qazıyev A.Y., Xalq rəssamı Əzim Əzimzadə, B., 1953; Həbibov N., Rəssamlıqdan söhbət, B., 1961; Nəcəfov M ., Əzim 

Əzimzadə, B., 1972; yenə onun, Rəssam və zaman, B., 1977. 



 

ƏZĠZ  ġƏRĠF,  Şərifzadə  Əbdüləziz  Məşədi  Qurbanəli  oğlu  (28.3.1895,  Naxçıvan  ş.  - 

28.5.1998, Moskva; Naxçı-vanda dəfn olunmuşdur) - ədəbiyyatşünas, tənqidçi, tərcü məçi,  maarif və 

mətbuat  xad imi.  Filo logiya  e lmləri  doktoru  (1958),  professor  (1962),  Azərbaycan  Respublikasının 

əməkdar elm  xadimi  (1963).  Naxçıvanda "Tərbiyə" məktəbində (1901-04), Tiflis və İrəvanda xüsusi 

pansion və gimnaziyalarda (1904-15) təhsil a lmışdır. 1915 ildə Moskva Ko mme rsiya İnstitutuna daxil 

olmuş,  ailə  vəziyyəti  ilə  əla-qədar  ikinci  ku rsdan  (1917)  çıxmışdır.  Moskvada  M.Qorki  adına 

Ədəbiyyat İnstitutunu (1943) bitirmişdir. Tələbə  ikən siyasi hərəkata qoşulmuşdur.  1918  ildə sosial-

demokrat "Hü mmət" partiyasına daxil olmuşdur. Zaqafqaziya sey mində sosial-demokrat fraksiyasında 

(1918),  Borçalı  qəzasında  torpaq  idarəsində  (1919)  çalış mış  seçkiqabağı  kampaniyada  təbliğat 

aparmaq  üçün  İrəvana  ezam  o lun muşdur.  "Hümmət"  partiyasının  Tiflisdə  nəşr  etdirdiyi  " Gələcək" 

(1918-19) və "Probujdeniye" (1918) qəzet lərinin redaktoru olmuşdur.   

 

 



 

 

 



 

Sovet  hakimiyyəti  illərində  Tiflisdə  mətbuat  və  nəşriyyat  sahəsində  çalışmış,  Zaqafqaziya  Mərkə zi  İcra iyyə 

Ko mitəsində  məsləhətçi (1920-35) olmuşdur. Tiflis Müəllimlər İnstitutunda müəllim, Sovet Sosialist Respublika ları  İttifaq ı 

Elmlər Akade miyasının Şərqşünaslıq İnstitutunda və M.Qorki adına  Dünya Ədəbiyyatı İnstitutunda baş elmi işçi  (1950-61) 

işləmiş, M.V.Lo monosov adına Moskva Dövlət Universitetində SSRİ xalqları ədəbiyyatı kafedrasın ın professoru (1962-88) 

və müdiri (1960-64) olmuşdur. 

Ədəbi yaradıcılığa 1906  ildə "Molla  Nəsrəddin" jurnalında dərc olun muş "Naxçıvandan məkrublar"la başlamışdır. 

Klassik və müasir Azə rbaycan ədəbiyyatının tədqiqi, ədəbi tənqid, bədii tərcü mə və publisistika ilə  məşğul olmuşdur. 

Bakı və Moskva şəhərlərində nəşr olun muş "Molla Nəsrəddin" (1946), "Sabirin həyatı və yaradıcılığı"  (rus dilində, 

1951), " Vaqif  məhəbbət və gözəlliy in tərənnümçüsüdür" (rus dilində, 1968), "Atam və  mən" (1983), "Keç miş günlər" (iki 

cilddə, 1977-1986), "Molla Nəsrəddin necə yarandı?" (1986), "Tapıntılar" (1987) kitablarının  müəllifidir. 

Mirzə  Fətəli  A xundzadə,  Cə lil  Mə mmədquluzadə,  Nəcəf  bəy  Və zirov,  Əbdürrəhim  bəy  Haqverdiyev,  Cəfər 

Cabbarlı,  Süley man  Rəh imov,  Mirzə  İbrahimov,  Mir  Cəlal  və  b.  Azərbaycan  yazıçıların ın  əsərlərini  rus  dilinə,  rus 

yazıçılarının əsərlərin i, habelə gürcü yazıçılarının bəzi əsərlərini (orijinaldan) Azərbaycan dilinə tərcü mə etmişdir. 



 

Əd.: 

Cəfərov M .C., Əziz Şərif və xatirələri. Əziz Şərif, "Keçmiş günlər" kitabında, B., 1977; Teymurov M ., M əni xatırlarsınız. 

Əziz Şərif. Tapıntılar, B., 1987. 

 

ƏZĠZBƏYOV  Məşədi  bəy  Əziz  bəy  oğlu  (18.1.1876,  Bakı  -  20.9.1918,  Türküstan  yaxınlığında,  indiki  Türk-

mən istan) - Rusiya Sosial-De mo krat  Fəhlə  Partiyasının  (RSDFP) ilk üzvlərindən biri, Azərbaycanın sovetləşməsi uğrunda fəal 

mübarizə aparmış ictimai-siyasi  xadim.  Bakı  realnı  məktəbin i bitird ikdən (1896) sonra  mülki  mühəndislər institutuna daxil 

olmaq üçün Peterburqa getmiş, gizli  marksist dərnəyinin  məşğələlərində, tələbə nümayişlərində iştirak 

etmiş, 1898 ildə RSDFP-yə daxil olmuşdur. 1899 ildə Peterburq Texno logiya İnstitutuna qəbul edilmiş, 

1900  ildə Peterburq a li  məktəblə rində o xuyan a zərbaycanlı tələbələ rin hə myerliler cə miyyətinin sədri 

seçilmişdir. 

 

 



 

 

 



 

 

 



 

 

 



1902  ildə  Peterburq  fəh lələ rin in  inqilabi  ç ıxışlarında  iştirakına  görə   həbs  edilmiş,  1905  ildə  "Hü mmət"  sosial-

demokrat  təşkilatın ın  rəhbər  özəyinə  da xil  olmuşdur.  Elə  həmin  il  Bakı  fəh lələ rin in  ümu mi  tətilində  fəal  iştira k  etmiş, 



404 

 

"Elektriçeskaya  sila"   səhmdar  cəmiyyətinin   şəhər  kontorunda  işə  girmiş,  şəhərdə  ermən i-müsəlman   toqquşmalarının 



qarşısını almağa çalışmışdır.  1906  ildə  RSDFP  Bakı təşkilatının tapşırığ ı ilə "Bayrağ i-nüsrət" ("Zəfər bayrağı") adlı partiya 

döyüş drujinasını yaratmışdı. Əzizbəyov bolşevik "Dəvət-Qoç" və "Prizıv" qəzetləri nəşrin in təşkilində və yayılmasında fəal 

iştirak  etmiş,  1906  ildə  İran   sosial-demo krat  "İctimaiyyun-amiyyun"  ("Mücahid")  partiyası  MK-nın  ü zvü,  Bakı  şəhər 

dumasına  seçki  kampan iyasının  rəhbərlərindən  biri  seçilmişdi.  1908  ildə  Peterburq  Texnologiya  İnstitatunu  bitirərək, 

mühəndis-texnoloq və energetik d iplo mu almışdır. Bakıya qayıdan Əzizbəyov "Nicat" mədəni-maarif cəmiyyəti idarə heyəti 

sədrinin müavin i seçilmişdir.  1908-10  illərdə  RSDFP  Bakı ko mitəsinin tapşırığı  ilə İran inqilabına (1905-11) kö mə k et mə k 

üçün  bir  neçə  dəfə  oraya  getmiş,  inqilabçılar  üçün  gizli  ədəbiyyat  və  silah  aparmışdır.  1909  ildə  Bakıda  yaradılan  İran 

İnqilabçılarına  Yardım  Ko mitəsinə  başçılıq  etmişdir.  Həmin  ildə  yenidən  "Nicat"  cəmiyyəti  sədrinin  müavin i  seçilən 

Əzizbəyov 1910  ildə  Bakı şəhər du ması ü zvlüyünə namizəd  irəli sürülmüş, şəhər özünüidarəsi rəisi vəzifəsində çalış maq 

üçün Rəştə dəvət edilməsi ilə əlaqədar o laraq  İrana getmiş, Ən zəlidə və Rəştdə inqilabi iş aparmışdır. 1911 ildə Bakı şəhəri 

əhalisinin yo xsul təbəqələrinə yardım göstərmək üçün şəhər özünüidarəsi yanında tikinti bürosu açmış, həmin  il  Bakı şəhər 

dumasının üzvü seçilmiş, burada yoxsulların  mənafeyin in  müdafiəçisi kimi çıxış etmişdir.  Əzizbəyov şəhər elektrik texniki 

vəzifəsində  çalış mış,  şəhər  me marı  o lmuş,  Şolla r-Bakı  su  kə məri  çə kilişinə  ba xan  icra iyyə  ko missiyasının  və  elektrik 

ko missiyasının üzvü seçilmiş, 1914 ildə Bakı fəh lələrin in ü mu mi tətilin in hazırlan masında iştirak etmişdir. 

Əzizbəyov  1915  ildə  "Milliyyətindən  asılı  olmayaraq,  qaçqınlara  yardım  ko mitəsi"  sədrinin  müavini,  1917  ildə 

"Hümmət" bolşevik təşkilatı  müvəqqəti  ko mitəsinin üzvü seçilmişdir.  Bakı  müsəlman sosialist partiyaları bürosunun s ədri 

olan Əzizbəyov Qafqaz müsəlmanlarının  Bakıda keçirilən qurultayında iştirak və çıxış etmişdir. 1917 ildə Bakı quberniyası 

ərzaq ko mitəsinin müvəkkili kimi qəzalara ezam edilmiş, bolşevik Bakı Ko mitəsinin heyətinə cəlb o lun muş, yerli hü mmətçi 

bolşeviklərlə əlaqə yaratmaq üçün Tiflisə getmişdir. Mərkəzi tətil ko mitəsinin üzvü kimi,  1917 il sentyabrın sonunda Bakı 

fəhlələ rin in ü mu mi tətilinə rəhbərlik et mişdir. Oktyabr çevrilişindən (1917) sonra isə sovet Rusiyasının tərəfdarı olmuşdur. 

Oktyabrın  sonunda  bolşevik  Bakı  Ko mitəsinin   və  "Hü mmət"  təşkilatın ın  siyahısı  ilə  şəhər  du masına  üzv   seçilmişdir. 

Bolşevik partiyasının  Qafqa z Diyar  Ko mitəsi tərəfindən Cənubi Qa fqazdan Müəssislər  məclisinə na mizəd liy i  irə li sürülən 

bolşeviklər içərisində Əzizbəyovun da adı var idi. 

Əzizbəyov 1917  il oktyabrın 31-də "Qənaət" kooperativ cəmiyyətinin sədr müavini seçilmiş, 1918  il yanvarın 31 -

də Bakı quberniyası ərzaq təşkilat larının nə zarətçi-təlimatçısı təyin o lunmuşdur.  Elə hə min va xt  Qırmızı qvardiya dəstələri 

yaradan təşkilat ko missiyasının tərkib inə seçilmişdir. 1918 ilin ma rtında Azə rbaycan milli qüvvələrinə qarşı mübarizədə fəa l 

rol  oynamışdır.  İnqilabi  Müdafiə  Ko mitəsi  tərəfindən  Bakı  şəhəri  müsəlman  hissəsinin  mühafizə  ko missarı,  az  sonra  isə 

quberniya  ko missarı  təyin  ed ilmiş,  Bakı  kəndlərinə  gedərək,  əhalini  sovet  hakimiyyəti  uğrunda  mübarizəyə  çağırmışdır. 

1918  ilin  aprelində  Şa ma xı  qəzasında  vəziyyəti  yoxla maq  üçün  yaradılan  fövqəladə  təhqiqat  komissiyasına  seçilmiş, 

Şamaxıda ermənilərin törətdikləri vəhşiliklərdən sarsılmış, burada baş verənlər haqqında ürək ağrısı ilə məlu mat vermişdir. 

Əzizbəyov  S.Şau myanın  başçılıq  etdiy i  Bakı  Xalq  Ko missarları  Sovetində  (BXKS)  quberniya  ko missarı  id i.  O, 

1918  il  mayın  9-da  BXKS daxili  işlər  ko missarının  müavini təyin olun muş,  mayın  26-29-da  Bakı qəzası  kəndli deputatları 

sovetinin  1-ci  qurultayının  işində  fəa l  iştira k  et miş  və  ic raiyyə  ko mitəsinin  sədri  seçilmişdir.  İyunun  9-da  "Hü mmət" 

təşkilatı ko mitəsinin yeni heyətinin fə xri sədri seçilmişdir. 

Bakı Sovetinin 25 iyul tarixli fövqəladə iclasında ingilis qoşunların ın Bakıya dəvət olunması əleyhinə çıxış etmişdir. 

BXKS-nin süqutundan sonra qırmızı əsgər dəstələrinin Bakıdan sovet Həştərxanına köçürülməsin i təşkil et miş, Ba kın ın a zad 

olunması uğrunda vuraşan Qafqaz İslam Ordusuna qarşı döyüşlərdə iştirak etmişdir. 

Avqustun 17-də  Ba kı ko missarları ilə  birlikdə "Sentro-kaspi diktaturası" tərəfindən həbs edilmiş, sentyabrın 14-dək 

həbsxanada sa xlanmışdır.  Sentyabrın  17-də  BXKS-n in digər ü zvlə ri  ilə  b irlikdə  Zakaspi höku məti tərəfindən həbs edilib, 

Krasnovodskda  (indiki  Türkmənbaşı)  həbsxanaya  salın mış,  sentyabrın  20-də  Krasnovodskın  207  kilo metrliyindəki 

Ağcaqum çölündə güllələn mişdir. 

 

Əd.:  Sovet  hakimiyyəti  uğrunda  alovlu  mübariz  Məşədi  Əzizbəyov.  Nitqlər,  sənədlər  və  materiallar,  B.,  1976; 

Qazıyev M.A., Məşədi Əzizbəyov. Həyat və fəaliyyəti, B., 1976; Азизбеков П.А., Мешади Азизбеков, Б, 1956. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

405 

 

 



F

 

 



 

 

FEVRAL  ĠNQĠLABI  (1917)  -  Rusiyada  monarxiyanın  devrilməsi  ilə  nəticələnən  demokratik  inqilab.  1917  il 

fevralın  23-də başlamış,  28-də qalib gəlmişdir. Həmin  gün Dövlət du masının Müvəqqəti Ko mitəsi yaradıldı və bu ko mitə 

hökumət  funksiyaların ı  öz  ü zərinə  götürdü.  Ro manovlar  mütləqiyyətinə  son  qoyuldu.Martın  2-də  knyaz  G.Y.Lvov  başda 

olmaqla  Müvəqqəti  hökumət  təşkil  edildi.  Höku mətin   qarşısına  qoyduğu  əsas  vəzifə  ölkədə  qayda-qanun  yaratmaq, 

Müəssislər məclisinə seçkilər keçirmək idi. 

Petroqradda inqilabın qələbəsi xəbəri Bakıya martın 2-də çatdı. Martın 3-də Bakı fəhlələri birgünlük tətil keçirməklə 

Petroqrad  inqilabçıları  ilə  həmrəy  o lduqların ı  bildirdilər.  Martın  5-də  Bakı  İctimai  Təşkilatları  Şurası  və  onun  Müvəqqəti 



İcraiyyə Komitəsi təşkil edildi. Martın  7-nə keçən gecə Bakı rayonu fəhlə deputatları soveti formalaşdı. Beləliklə, Rusiyanın 

digər  yerlərində  olduğu  kimi,  Azə rbaycanda  da  ikiha kimiyyətlilik  meydana  gəldi.  Martın  3-də  Cənubi  Qa fqazda  mülki 

hakimiyyət yeni yaradılmış Xüsusi Zaqafqaziya Ko mitəsinə OZA KOM -a verild i (ba x OZAK OM). 

Fevral  inqilab ı azərbaycanlıların  siyasi fəallığ ını artırd ı. Martın  27-də  Bakı Müsəlman  İctimai təşkilatların ın  İcra-

iyyə Komitəsi yaradıldı. "Müsavat" partiyasının üzvü Məmməd Həsən Hacınski onun sədri seçild i. 

Yeni  inqilab i şəraitdə Azərbaycan xalqın ın arzu və istəklərini  müəyyənləşdirmək  məqsədilə 1917  il aprelin 15-20-

də Bakıda Qafqa z müs əlmanla rın ın qurultayı keç irild i. 

1917  ilin  mayında Moskvada Ümumrusiya müsəlmanlarının qurultayı oldu. Qurultay nümayəndələrinin əksəriyyəti 

Rusiya müsəlmanlarının milli-məhəlli mu xtariyyəti ideyası lehinə səs verdilər. 

1917  ilin   yayı  və  payızında  Rusiyada,  o  cü mlədən  Cənubi  Qafqazda,  xüsusən  Bakıda  siyasi  qüvvələr  arasında 

mübarizə  kəskinləş məkdə  id i.  A zərbaycan  milli  hərəkatının  aparıcı  siyasi  təşkilatı  olan  "Müsavat"  partiyasının  nüfuzu 

getdikcə artmaqda idi.  Partiyanın 1917 ilin oktyabrında keçirilən  1-c i qurultayı Azə rbaycanın ictima i həyatında əhə miyyətli 

hadisə oldu. Quru ltayın qətnaməsində partiyanın Mə rkə zi Ko mitəsinə Azə rbaycana mu xta riyyət ə ldə edilməsi üçün bütün 

tədbirləri görmək və Mərkə zi Müsəlman  Ko mitəsi qarşısında A zərbaycan Müəssislər Məclisini çağırmaq tələb ini qoymaq 

tapşırılırd ı.  Fevral  inqilabın ın  qələbəsindən  sonra  Azərbaycanda  milli  hərəkatın  daha  kütləvi  və  siyasi  səciyyə  alması, 

konkret iqt isadi tələblər  irə li sürülməsi, əhalinin bütün təbəqələrinin  milli dövlətçilik  ideyası ətrafında birləşməsi  kimi yeni 

mə rhələ başlandı. 

Fevral  inqilab ından  sonra  "Hümmət"  təşkilat ının  da   fəa liyyəti  gücləndi.  İnqilabdan  dərhal  sonra  Ba kı  və  digər 

şəhərlərdə ikinci hakimiyyət orqanı kimi yaradılan Fəhlə və Əsgər Deputatları  Sovetləri içərisində nisbətən nüfuzlusu Bakı 

Soveti  hesab  edilirdi.  Ba kı  Sovetinin   tərkibində  a zərbaycanlıla r  yo x  dərəcəsində  id i.  Sovetin  tərkib i  və  rəhbər  heyəti 

bütünlüklə  ermənilərdən  və  ruslardan  ibarət  idi.  1917  ilin  oktyabrında  Rusiyada bolşeviklər  hakimiyyət  çevrilişi  etdikdən 

sonra  Bakı  bolşevikləri  eser-menşeviklərlə  müsavatçılar  arasında  ziddiyyətlərdən  istifadə  edərək,  Bakı  Sovetində  əsas 

vəzifələ ri  asanlıq la  ələ  keç irə  bildilər.  Bakı  Soveti  bütün  bölgədə  təkhakimiyyətliliyə  nail  o lmağa  çalışırd ı.  Bu  dövrdə 

Cənubi  Qafqa z  şərti  o laraq   iki  hiss əyə  parçalanmışdı:  Rusiya  bolşeviklərinin  dayağına  çevrilməkdə  olan  Bakı  şəhəri  və 

Cənubi  Qafqa zın  qalan  əra zisi.  1917  ilin  dekabrında  V.Lenin  S.Şau myanı  Qa fqaz  işlə ri  üzrə  xüsusi  ko missar  təyin  etdi. 

Lakin   menşeviklər,  sağ  eserlər,  "Müsavat",  "Daşnaksutyun"  partiyaları  Rusiya  bolşevik  höku mətinin  hakimiyyətin i 

tanımaqdan  imtina  edərək,  "Müstəqil  Zaqafqaziya  hökuməti"  yaratmaq  haqqında  qərar  qəbul  etdilər.  Noyabrın  15-də 

Zaqafqaziya Ko missarlığı yaradıldı. 

1917  ilin  sonlarında  baş  vermiş  mühüm  hadis ələrdən  biri  Umü mrusiya  Müəssislər  məclisinə  seçkilər  keçirilməsi 

oldu.  Cənubi  Qa fqaz  dairəsi  üzrə  seçkilə rdə  bolşeviklər  cə mi  4,4  fa iz  səs  toplaya  bildilə r.  Menşeviklər,  müsavatçılar  və 

daşnaklar isə 73 faiz səs qazandılar. 

Ümu mrusiya Müəssislər məclisi bolşeviklər tərəfindən buraxıldıqdan sonra, 1918 ilin fevralında Cənubi Qafqazdan 

seçilmiş  deputatlar  Zaqafqaziya  seymini  yaratdılar.  Sey mdə  Azərbaycan  siyasi  partiyalarının  44  nü mayəndəsi  var  idi. 

Seymin  a zə rbaycanlı  ü zvlə rinə   Cənubi  Qa fqaz  Müs əlman  Milli  Ko mitəsi  tərəfindən  Azərbaycan  Müəssislər  Məclisin i 

çağırmaq tapşırılmışdı. 

 

 



 

 

 



 

 

 



Azərbaycan mu xta riyyəti uğrunda mübarizə genişləndikcə , Azə rbaycan milli hərə katının artan nüfuzundan təşvişə 

düşən  Bakı  bolşevikləri,  başda  S.Şau myan  olmaqla,  daşnaklarla  ittifaqda  1918  ilin  yazında  dinc  türk-müsəlman  əhalisinə 



406 

 

qarşı  kütləvi  soyqırımı  törətdilər.  Nəticədə,  bolşeviklər  Bakıda  hakimiyyəti  müvəqqəti  olaraq  ələ  keçirə  bild ilər  (1918  il 



iyulun  31-dək).  Türk-müsəlman  soyqırımla rı  A zərbaycan  milli  hərəkat ını  sarsıtmad ı.  Cənubi  Qafqa zın   türk-müsəlman 

əhalisini fiziki cəhətdən məhv o lmaq təhlü kəsindən  xilas etmək üçün  müstəqil Azərbaycan dövlətinin yaradılması  zərurəti 

meydana çıxdı. 1918 il mayın 28-də A zərbaycan Xalq Cü mhuriyyəti elan ed ild i. 

 

Əd.: A zərbaycan tarixi,7 cilddə, c.5, B., 2001. 


Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin