ƏLYARBƏYOV Tərlan bəy Abdulla bəy oğlu (28.11.1892, Şamaxı - 15.2.1956, Bakı) - hərb i xadim, general-
mayor (1944). Tiflis hərbi mə ktəbin i b itirmişdir (1914). Hərbi xid mətə rus ordusunda başlamış,
Birinci dünya müharibəsində (1914-18) Şa ma xı polku tərkib ində rota və batalyon ko mandiri olmuş,
alman cəbhəsində döyüşlərdə iştira k et mişdir. Azə rbaycan Xalq Cü mhuriyyəti o rdusu yaradılmağa
başlayanda onun sıralarına qoşulmuş, əvvəlcə p iyada alayında xid mət etmiş, sonra isə Bakı şəhəri
və onun rayonlarının hərbi rə isi təyin edilmişdir. Bu vəzifədə o, Ba kı şəhəri və onun ətraf
rayonların ın əhalisi arasında hərb i çağırış işinin təşkilinə başçılıq etmişdir. Azərbaycan Xalq
Cü mhuriyyətinin hərb i naziri Səməd bəy Mehmandarovun təşəbbüsü ilə təsis edilmiş yeddi hərbi
rəislikdən biri olan hə min və zifənin yaradılmasından məqsəd də hərbi çağırış və səfərbərlik işində
mövcud nöqsanları aradan qald ırmaq, bu sahədə yol verilən əy intilərin qarşısını almaq id i.
Cü mhuriyyətin süqutuna qədər Bakı və onun rayonlarının hərb i rəisi vəzifəsin i icra edərkən
T.Əlyarbəyov podpolkovnik rütbəsində idi.
Aprel çevrilişindən (1920) sonra çağırış və səfərbərlik sahəsində kifayət qədər təcrübəyə malik o lduğu üçün Tərlan
bəy Əlyarbəyov yüksək hərbi vəzifələ rdə işlə miş, 1923-29 illərdə A zərbaycan Sovet Sosialist Respublikası hərb i
ko missarının kö məkçisi və ərazi idarəsin in rəisi vəzifəsində çalışmışdır. 1927 ildə M.V.Frunze adına Hərb i Akademiya
(Moskva) yanında Ali ko manda heyəti kursunu bitirmişdir. 1930-38 illərdə Cənubi Qafqazın mü xtəlif hərbi məktəblərində
işləmişdir. M.V.Frun ze adına Hərb i Akademiyanı b itirmişdir (1941). Əlyarbəyov Böyük Vətən müha-ribəsi (1941-45)
illərində 416-c ı atıc ı d iviziyanın ko mandiri, Azə rbaycan SSR xa lq maarif ko missarının müdafiə işləri ü zrə müavini, 402-c i
atıcı div iziyanın ko mandiri, 58-ci korpusun ko mandir müavini, 1946-48 illərdə Azərbaycan SSR maarif nazirin in müdafiə
işləri ü zrə müavini olmuş, 1948 ildə istefaya çıxmışdır. 1925-31 illərdə A zərbaycan Mərkəzi İcraiyyə Ko mitəsinin
üzvlüyünə namizəd seçilmişdir. Azərbaycan SSR Ali Sovetinin (2-ci çağırış) depu-
390
tatı olmuşdur. Lenin ordeni, Qırmızı Bayraq, Qırmızı Ulduz o rdenləri və medallarla təltif olun muşdur.
Əd
:. Nəzirli Ş., Azərbaycan generalları, B., 1991; Боков Ф.Е., Бессмертный подвиг сынов Азербайджана, Б., 1971;
Азербайджанская ССР в период Великой Отечественной войны 1941 – 1943 гг., сб. документов и материалов, в двух томах, т 1,
Б., 1976.
ƏMANƏT KASSALARI VƏ KĠÇĠK KREDĠT MƏSƏLƏLƏRĠ ĠDARƏS Ġ - A zərbaycan Xalq Cü mhu-
riyyətinin təsərrüfat-iqtisadi həyatını can landırmaq və pul dövriyyəsini tən zimlə mək məqsədilə yaradılmış quru m. Bu
qurumun funksiyasını həyata keçirən vəzifə, əsasən, Dövlət bankına həvalə olun muşdu. Bank həmin vəzifəni daha
mü kəmməl şəkildə yerinə yetirmək üçün onunla əlaqədə işləyən və ya onun göstərişləri əsasında fəaliyyət göstərən digər
idarələ rlə ə məkdaşlıq et mə li idi. Bunların sırasında əmanət kassaları birinc i yer tuturdu. Ona görə də Azərbaycanın əmanət
kassalarını işə salmaq üçün 1919 il oktyabrın 11-də Parlament A zərbaycan dövlət əmanət kassalarının nizamnamələrini, ştat
cədvəlini və smeta larını təsdiq etdi. Bakı, Gəncə, Ağdaş, Göyçay, Zaqatala, Qaza x, Quba, Nu xa (Şə ki), Salyan, Şa ma xı,
Şuşa və s. xəzinədarlıqları və onların qeydiyyatında olan poçt-teleqraf kassalarındakı mərkəzi əmanət kassalarını açdı.
Əmanət kassaların ın vəzifəsi artıq pul kütləsini dövriyyəyə cəlb etmək idi. Bundan əlavə, Dövlət bankına əmanət
kassaları vasitəsilə daxil olan vəsait hökumətin göstərişinə uyğun olaraq, bank tərəfindən istifadə edilirdi. Azərbaycanın
dövlət əmanət kassaları Rusiyadakı əmanət kassaları üçün səciyyəvi olan forma və prinsiplər əsasında fəaliyyət göstərsə də,
bu kassaların ölkə həyatının iqtisadi və siyasi şəraitindən doğan bəzi ö zəllikləri də vardı:
Azərbaycan Xalq Cü mhuriyyətinin ö zünün faizli kağızları o lmadığ ına görə, ə manət kassalarının öz passivlərini
yerləşdirmə k, habelə ma liyyə nazirin in təsdiq etdiyi siyahıya əsasən və ya onun göstərişi ilə ə manətçilər üçün onların
tapşırığına görə hər cür faizli kağızlar almaq hüququ vardı. Dövlət faizli kağ ızlar buraxacağı təqdirdə bu tədbir əhəmiyyətli
ola bilər, eləcə də yerli ipoteka kağ ızla rın ın mə zənnəsinin möhkə mlən məsinə xid mət edərdi.
Əmanət kassalarının əməliyyatlarını in kişaf etdirmək və pul dövriyyəsinin qaydaya salın masına, yəni əmanət
kassalarında çek dövriyyəsinin tətbiqinə kömək etmək məqsədi ilə maliyyə nazirliyi bu sahədə dəyişikliklər aparılmasın ı
nəzərdə tutmuşdu. Əmanət kassalarına nə zarət və rəhbərlik üçün Azərbaycan dövlət əmanət kassaları idarəsi yaradılmışdı.
Ona kiçik kredit idarələrinə rəhbərlik və nəzarət etmək də həvalə olun muşdu.
1920 il yanvarın 15-də Parlamentin təsdiq etdiyi qanuna uyğun olaraq, əsas kapitalın yarad ılması və artırılması
üçün kiçik kred it idarələrinə borc verilməsi nəzərdə tutulmuşdu. Bundan ötrü Azərbaycan əmanət kassaları və kiçik kredit
idarələ rin in sərəncamındakı xüsusi fonda xə zinə vəsaitindən 2 milyon manat ayrılma lı idi. Aprel işğalı (1920) nəticəsində
digər ma liyyə quru mları kimi ə manət kassaları və kiç ik kredit idarələ rin in fəa liyyəti də yarımçıq qa ldı.
ƏMƏK MÜFƏTTĠġ LĠYĠ - A zərbaycan Xalq Cü mhuriyyəti dövründə əməyin mühafizəsi, əmək haqqının
dərəcələrini və ə mə k münaqişələrini tənzimləyən höku mət qurumu. 1919 il avqustun 5-də yaradılmışdı. Əmə k nazirliy i
bundan əvvəl ticarət və sənaye nazirliy i nəzd indəki fabrik müfəttişliyin in xid mətindən istifadə edird i. Yeni mü fəttişliyin
yaradılması ilə əməy in mühafizəsinə nəzarət işi bir idarədə cəmləşdi; onun nəzarət funksiyası A zərbaycan Xalq
Cü mhuriyyətinin bütün ərazisinə şamil o lunurdu.
Ölkənin 8 bölgəsinin hər birində rayon müfəttişi vardı və onlar Azərbaycan Xalq Cü mhuriyyəti əmək mü fəttiş-
liy inin tabeliyində fəaliyyət göstərirdilər. Mürəkkəb münaqişələr yarandıqda, tətilləri dayandırmaq, kolle ktiv müqavilələ r
hazırlamaq və əmək haqqının ödənilməsi dərəcələrini müəyyən etmək üçün razılaşdırıcı ko missiyalar çağırılması kimi
tədbirlər həyata keçirilirdi.
ƏMƏK NAZĠRLĠYĠ, A z ə r b a y c a n X a l q C ü m h u r i y y ə t i H ö k u m ə t i n i n Ə m ə k N a z i r l i y
i -A zərbaycan Xalq Cü mhuriyyətində əmə k münasibətlərini və bununla bağlı digər prosesləri tənzimləyən höku mət orqanı.
Azərbaycan Xa lq Cü mhuriyyəti Höku mətin in 1919 il 21 yanvar tarixli qəra rı ilə təsis olun muşdu. Ölkədə ha kimiyyətin tez-
tez dəyiş məsi nəticəsində Azə rbaycan sənayesinin xaotik vəziyyətə düşməsi ə mə k na zirliy inin yaran masına s əbəb oldu.
Müxtəlif quru mlar arasında yaran mış münaqişəli məsələlərin dü zgün həllində əmək nazirliyinin ü zərinə çox ağ ır və
məsuliyyətli və zifə düşürdü. Bu məqsədlə ə mək nazirin in 1919 il 26 yanvar tarixli qərarı ilə ko llekt iv müqavilən in şərtləri
bir sıra dəyişikliklərlə bərpa olundu, iş verənlərlə işə götürülənlər arasındakı münasibətləri tənzimləyən bir sıra dekrət və
qərarlar qəbul edildi, ə məy in mühafizəsi ü zərində bütün nəzarət işləri na zirliyin tabeliyində cə mləşdirildi. Fəa liyyət
dairəsini daha da genişləndirən nazirlik bütün imkanlardan istifadə edərək, ə məklə kapital arasında qarşılıqlı münasibətləri
tənzimlə mə k funksiyasını da öz üzə rinə götürmüşdü.
Azərbaycan Xalq Cü mhuriyyəti Parla menti ə mək nazirliyin in təşəbbüsü ilə 1919 il mart ın 10-da nazirlik yanında
fəhlə məsələ lərinə dair xüsusi məşvərət şurasının yaradılması haqqında qanun qəbul etdi. Qanuna əsasən, həmin məşvərət
şurası bilavasitə əmək nazirinin sədrliyi ilə 10 nəfər ü zvdən (5 nəfəri iş verənlər, 5 nəfəri isə işə götürülənlər tərəfindən)
ibarət olma lı idi. Na zirlik, tədricən, köhnə rejimin fəhlə məsələ lərinə aid normativ aktla rının qanunvericilikdə əhə miyyətini
itirmiş maddələrin i dəyişdirir, ölkədə istehsalın səviyyəsinin yüksəldilməsi, əməyin müdafiəsi, işçi bazarın ın yaradılması
üçün bir sıra mühüm tədbirlər görməyə başlayırd ı. Bu vəzifələri yerinə yetirmək üçün əmək müfəttişliyin in təşkili,
mədənlə rdə münaqişələrin həlli, məhkə mə lərin yarad ılması, xəstələrə yard ım kassaların ın açılması, Qafqa z Sığorta
Cə miyyətini yarad ılması, hə mkarlar ittifaqla rı haqqında təlimat ların hazırlan ması və s. tədbirlər həyata keçirildi. Nət icədə,
neft sənayesi və neft sənayesi yanında yardımç ı təşkilat larda arb itraj yaradılması barədə qəra r layihəsi hazırlanaraq
hökumətə təqdim olundu. 1919 il mayın 31-də Hö ku mət arbitra j orqanın ın təsisi barədə qərar qəbul etdi. Bundan əlavə,
nazirliyin yenidən qurulması, mədənlərdə məhkə mə lərin təşkili, hə mkarlar ittifaqları və zavod ko mitələri barədə qəra r
layihələ ri, habelə yeni ko lle ktiv müqavilənin layihəsi ha zırlandı.
391
Nazirlə r Şurası 1919 il 5 avqust tarixli qərarı ilə ə mə k nazirliyinin yeni idarə strukturunu yaratdı, həmin strukturun
əmək mü fəttişliy inə aid h issəsi təsdiq olundu, ümu mi dəftərxananın strukturuna baxıldı və onun tərkibində yeni şöbələr
(qanunvericilik təklifləri, mədəni-maa rif, münaqiş ə məsələ ləri) və ü mu mi ic ra - nə zarət orqanı olan ə mə k mü fəttişliy i
yaradıldı.
Nazirliyin mədəni-maarif şöbəsi rayonların ə mə k müfəttişlə ri və müəssisələrin in zibati aparatların ın nüma-
yəndələri ilə b irlikdə Azə rbaycan Cü mhuriyyəti əra zisində, ixt isasa və milli tə rkibə görə bölunmə klə , hər iki c insdən və
bütün kateqoriyalardan o lan fəh lələrin əmək haqqı və maddi vəziyyətlərinin dəqiq qeydiyyatını aparır, fəhlələrə türk dilində
savad öyrətmək üçün məktəblərin açılması barədə layihə hazırlayır, habelə mədən-zavod rayonlarında, təşkilatlarda
Azərbaycan xalq ının tarixi və mədəniyyətini, hə mç inin iqtisadiyyatı, kooperativ və hə mka rlar hərə katı tarixin i öyrət mə k
üçün xüsusi kurslar təşkil ed irdi.
1919 il o ktyabrın 1-dən fəaliyyətə başlayan münaqişə məsələləri şöbəsi əmək müfəttişliyinə bilavasitə rəhbərlik
edən orqan olmaqla , qüvvədə olan qanunvericiliyin tələb lərinə uyğun şəkildə iş verənlərlə işə götürülənlər arasında baş
verən münaqişələrə və onla rın hə llinə nə zarət edirdi.
Əmək müfəttişliyi şöbəsindən başqa, bütün şöbələrin kargü zarlıq sənədləri ü mu mi şöbədə cəmləş mişdi. Nazirliy in
hazırlad ığı kollektiv müqavilə, bəzi əlavələr və dəyişiklərlə, Nazirlər Şurası tərəfindən təsdiq olunmuşdu. Nazirlik
mədənlə rdə məhkə mələ rin təşkili barədə qərar layihəsi, hə mkarlar ittifaqı və zavod ko mitələ ri haqqında da təlimatla r
hazırlay ırdı.
Əmək mü fəttişliyi şöbəsi 1919 il avqustun 5-də təşkil olundu. O vaxta qədər bu iş üçün sənaye və ticarət nazir-
liy inin fabrik mü fəttişliy inin xid mətlərindən istifadə edilirdi. Əmək müfəttişliyin in yaran ması Azərbaycan Xalq
Cü mhuriyyətinin bütün ərazisində əməy in müdafiəsi məsələlərinə nəzarətin vahid təşkilatın sərəncamında cəmləş-
dirilməsinə imkan yaratdı. Bu məqsədlə bütün Cü mhuriyyət əra zisi 8 rayona bölündü. Onlara ü mu mi rəhbərliyi Azə rbaycan
Xalq Cü mhuriyyətinin baş əmək mü fəttişliy i həyata keçirirdi.
İş verənlərlə işə götürülənlər arasında mürəkkəb münaqişələr yarandıqda, tətillər baş verdikdə kollektiv
müqavilələr hazırlamaq və əmək haqqının ödənilməsi üçün maaş dərəcələrini müəyyənləşdirmək məqsədilə razılaşdırıcı
ko missiyalar da yaradılırdı. 1919 il yanvarın 1-dən oktyabrın 15-nə qədər 30 belə ko missiya yaradılmış və onların 98 iclası
keçirilmişdi. Bu müddətdə fəhlələr tərəfindən nazirliyə 1537 şikayət daxil olmuşdu ki, onlardan da 922-si fəhlələrin xeyrinə
həll o lunmuş, 145-nə rədd cavabı verilmiş, 14-ü məhkə məyə verilmiş, 456-sı həll olun ma mış qalmışdı.
1919 il apre lin 14-də Nəsib bəy Yusifbəylinin təşkil etdiyi 4-cü Hö ku mət kabinəsində Aslan bəy Səfikürdski
ədliyyə nazirliyi ilə bərabər əmək nazirliyinə də rəhbərlik edirdi. 1919 il dekabrın 24-də yenə də Nəsib bəy Yusifbəylinin
təşkil etdiy i 5-c i Höku mət kabinəsində Əh məd Cövdət Pepinov əkinçilik na zirliy i ilə bərabər ə mək nazirliyinə də başçılıq
etdi. Başqa nazirliklər kimi, əmək nazirliyin in də öz fəaliyyətini getdikcə genişləndird iyi və nizama saldığı b ir zamanda,
1920 il aprelin 27-də, Sovet Rusiyasının hərbi müda xiləsi nəticəsində Azərbaycan Cü mhuriyyətinin varlığ ına son qoyuldu.
Əd.:
Aзepбaйджанская Демократиская Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998;
Aдpec-календары Aзepбaйджанской Pecnублики нa 1920 r., B., 1920;
ƏMĠN ABĠD, Əh mədov Əmin Mütəllib zadə (1898,Bakı - 1938) - fo lklorşünas-
ədəbiyyatşünas alim, şair. Bakıdakı rus gimnaziyasında, 1918-21 illərdə İstanbul müəllimlər
seminariyasında (Darü lmüəllimin), 1922-26 illərdə İstanbul Universitetinin tarix-filologiya
fakültəsində təhsil almışdır. 1926 ilin sonunda Bakıya dönən Omin Abid Türkiyədə tamamladığ ı
"Azərbaycan türklərinin ədəbiyyat tarixi"əsərini xalq maarif ko missarı Ruhulla A xundova təhvil
vermişdir. 1927 ildən başlayaraq, Əmin Abid müəllimliklə yanaşı, mətbuatda məqalələr dərc
etdirmiş, həm də fundamental tədqiqatlar aparmışdır. O, "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiy-
yəti" nəzdində bayatı külliyyatını hazırlayaraq, nəşriyyata təqdim et mişdir. 1931 ilin nəşriyyat
planına Əmin Abidin"Bayatının türk xalqları ədəbiyyatında qədim mövqeyi","Azərbaycan
ədəbiyyatının qədim ab idələrindən" monoqrafiyaları daxil ed ilmişdi. Məhəmməd Fü zulinin
"Söhbətül-əsmar" əsərini elm aləminə ilk dəfə məlu m edən də Əmin Abid olmuşdur. Türkiyədə təhsil alarkən Nafiə Şükrü
qızılə evlənən Əmin Abid 1931 ildə yenidən Türkiyəyə getmiş və yalnız 1935 ildə qayıt mışdır. Əmin Abid 1938
ildə" millətçi", "pantürkist" adı ilə həbs dilmiş və güllə lən mişdir. Əmin Abidin yaradıc ılığ ını 2 qis mə bölmə k o lar: bədii
əsərlər və elmi araşdırmalar. Cü mhuriyyət dövrünə qədər, əsasən, kiçik şeir və hekayələr yazan Əmin Abid Cümhuriyyət
dövründən sonra Türkiyədə " Gültəkin" imzası ilə qələmə aldığı istiqlal şeirləri ilə mühacirətdə mübariz istiqlal poeziyasının
əsasını qoymuşdur. Bu şeirlər 1927 ildə "İstiqlal uğrunda" kitabında dərc olunmuşdur. 1949 ildə İstabbulda Mirzəbala
Məmməd zadənin müqəddiməsi ilə Əmin Abidin "Bu zlu cəhənnəm" kitabı nəşr edilmişdir.
392
Əmin Abid in elmi araşdırmaları ço xşaxəlid ir. O, həm fo lklor, həm ədəbiyyat tarixi, həm də milli mətbuat tarixi ilə
bağlı ço xsaylı tədqiqatlar aparmışdır. "Azəri ədəbiyyatında türkcənin təkamü lü" (1923), "Azərbaycan türklərinin ədəbiyyat
tarixi" (1922-27), "Heca və zninin tarixi" (1927), "Azərbaycan sözünün mənşəyi" (1926), "Də rəbəylik dövrü a zəri
ədəbiyyatı" (1927), "Azərbaycan folkloru" (1929), "XVII əsr Azərbaycan ədəbiyyatı" (1935-37), "Mirzə Şəfi haqqında
yapılan tədqiqlərə b ir baxış" (1929), "Türk el ədəbiyyatına elmi b ir baxış" (1928), "Əşirət dövrü Azərbaycan ədəbiyyatına
dair vəsiqələ r" (1930), "Türk xalq ları ədəbiyyatında man i növü və Azə rbaycan bayatılarının xüsusiyyətləri" və on larla d igər
məqa lələ ri dərc olun muşdur. Əmin Abid " Kitabi-Dədə Qorqud" dastanının və Orxon -Yen isey abidələrin in Azə rbaycanda ilk
tədqiq edən araşdırıc ıdır. O, Mirzə Şə fi Va zeh və M irzə Fətəli A xundzadə haqqında tədqiqatlar aparmış, əsərlər ya zmışdır.
Əsərləri:
Gültəkin, Buzlu cəhənnəm. İstanbul, 1949; Ə.Abid (Gültəkin), Buzlu cəhənnəm, B., 1999.
ƏMĠNOV Ağakərim Məşədi Kərim oğlu (1888, Bakı -1921, Bakı) - siyasi və dövlət xadimi. Bakı kişi gimna-
ziyasını (1907), Peterburq Dağ-Mədən Mühəndisləri İnstitutunu (1911) bitirmişdir. Peterburqda azərbaycanlı tələbələrdən
ibarət hə myerlilə r cə miyyətinin üzvü o lmuşdur. Bakıya qayıtdıqdan sonra Sabunçu-Sura xanı neft mədənlərində mühəndis
işləmişdir. 1912 ildə "Müsavat" partiyasına daxil o lmuşdur. Rusiyada Fevral inqilabından (1917) sonra siyasi fəaliyyəti
genişlənmişdir. Qafqaz müsəlmanları qurultayının (1917, aprel) iştirakçısı olmuş, "Müsavat" partiyasının 1-ci quru ltayının
(1917, oktyabr) keçirilməsində fəal rol oynamışdır.
Əminov Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19
noyabr) əsasən, "Müsavat" partiyasından Azərbaycan Xalq Cü mhuriyyəti Parla mentinə seçilmişdi. A zərbaycan Xa lq
Cü mhuriyyətinin 4-cü Höku mət kabinəsində ticarət və sənaye naziri olmuşdur. Əminov iqtisadiyyatda liberallaşma xəttinə
təşəbbüs etmiş, bu sahədə bir sıra mühü m tədbirlər görü lməsinə nail olmuşdur: neft və neft məhsul-larının ma l mübadiləsi
aparmadan Azə rbaycandan kənara sərbəst çıxarılması haqqında Hö ku mət qərarı; ma l mübadiləsi ü zrə ko mitənin ləğvi
haqqında maliyyə-iqtisad ko mitəsinin qərarı; 1919 ilin sonu üçün xa mma lın Azərbaycandan kənara ixrac şərtləri haqqında
yeni, liberal məzmun lu qanunun qüvvəyə min məsi və s. O, sərbəst ticarət, dövlətin iqtisadi inkişaf prosesinə müdaxiləsinin
məhdudlaşdırılması tərəfdarı olmuşdur.
Əminov 1918-19 illərdə "Müsəlman gecələri" tədbirinin əsas təşkilatçılarından idi. O, Müsəlman Zəh mətkeş
Ziyalıları İttifaqın ın (1919, may) yaradılmasında da fəa l ro l oynamışdır. Aprel işğalından (1920) sonra "Azərneft" siste-
mində işlə mişdir.
Əd.:
Aзepбaйджанская Демократиская Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998;
Азербайджанская Республика. Документы и материалы, 1918 – 1920 гг., Б., 1998;
ƏMĠRCANOV Əbdüləli bəy Şirəli bəy oğlu (1870, Şəki- 1948, İstanbul) - ictimai-siyasi xadim, maarifçi. Şəki
şəhər məktəbində o xu muş (1876-83), Tiflisdə Aleksandr Müəllimlər İnstitutunu bitirmiş (1888),
Şəki şəhər məktəbinə müəllim təyin edilmişdir. 19 əsrin sonunda Lənkəranda müəllim işləmiş,
Teymur bəy Bayraməlibəyovla birlikdə bir ço x mədəni-maarif tədbirlərini həyata keçirmişdir.
Əmircanov 20 əsrin əvvəllərindən Bakıda müəllim, dövlət idarələrində və mü xtəlif şirkətlərdə
mühasib işləmiş, mədəni-maarif cəmiyyətlərinin işində yaxından iştirak etmiş, "Nəşri-maarif‖
cəmiyyəti təft iş ko missiyasının üzvü, Ba kı Müs əlman Xeyriyyə Cə miyyəti sədrinin müav ini
olmuşdur. Rusiyada Fevra l inqilabından (1917) sonra siyasi proseslərə qoşulmuşdur. Bakı
Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti İcraiyyə Ko mitəsinin üzvü idi. 1918 ilin martında
bolşevik-daşnakların müsəlman-türk əhalisinə qarşı həyata keçirdiy i soyqırımın ın qarşısını
almağa çalış mışdır.
Əmircanov Azərbaycan Xalq Cü mhuriyyətinin 2-ci Hö ku mət kab inəsində (1918, iyun-
oktyabr) ma liyyə na ziri, dövlət nəza rətçisi (1918, o ktyabr-dekabr) olmuşdur. Azərbaycan Milli Şurasının "Azərbaycan
Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən Azərbaycan Xalq Cü mhuriyyəti Parla mentinə
seçilmişdi (1918, dekabr). Bitərəflər qrupuna daxil olan Əmircanov Parlamentdə maliyyə-büdcə və sorğu komissiyalarının
üzvü olmuşdur. O, xarici ö lkələrlə ticarət əlaqələri yaratmaq üçün 1919 ilin ortalarında Bakıda "Dəyanət" şirkətinin
təşkilində ya xından iştirak et mişdir. Aprel işğalından (1920) sonra İstanbula mühacirət et miş, orada fəaliyyət göstərən
Azərbaycan Milli Mərkə zin in üzvü o lmuşdur.
Əd.:
Азербайджанская Республика. Документы и материалы, 1918 – 1920 гг., Б., 1998; Azərbaycan Demokratik Respublikası:
Azərbaycan hökuməti (1918-1920), B., 1990.
ƏMĠRCANOV Əliyar (?, Bakı - ?) - Azərbaycan Xalq Cü mhuriyyəti Parlamentinin xüsusi qərarına (bax Xaricə
təhsil almağa göndərilən azərbaycanlı tələbələr haqqında qərar) əsasən, dövlət hesabına ali təhsil a lmaq üçün xaricə
göndərilmiş tələbələrdən biri. 1-ci Bakı kişi realn ı məktəbini bitirmiş (1915), müsabiqə yolu ilə Moskva Ali Texniki
Məktəbinin me xanika şöbəsinə daxil o lmuş, 5 se mestr orada təhsil a lmışdır. Rusiyada Oktyabr çevrilişindən (1917) sonra
geri qayıtmağa məcbur olmuşdur. Parlamentin 1919 il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün
Rusiyaya göndərilmişdir. Sonrakı taley i barədə məlu mat aşkar o lunmamışdır.
393
ƏMĠROV Əsəd bəy (?-?)- Azərbaycan milli azadlıq hərəkatının iştirakçılarından biri. Müəssislər Məclisin in
çağırılması üzrə Mərkəzi Ko missiyanın üzvü olmuşdur. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının
təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən "İttihad" partiyasından Cümhuriyyət Parla mentin in tərkib inə da xil
edilmişdi.
ƏMĠROV Məşədi Cəmil Əmiraslan oğlu (1875, Şuşa - 1928, Gəncə) - musiqi xadimi, tarzən, bəstəkar. Böyük
Azərbaycan bəstəkarı Fikrət Əmirovun atasıdır. Musiqiçi kimi yetişməsinə məşhur musiqişünas
Mir Möhsün Nəvvabın musiqi məclislərinin böyük təsiri o lmuşdur. Məşədi Cəmil ilk vaxtlar Şuşa
məc -lislərində xanəndə Qaragö z Zülfuqarla ç ıxış et miş, sonralar Qa rabağ, Şirvan məc lislə rində
həm tarzən, hə m də xanəndə kimi tanın mışdır. 1907 ildən Gəncədə yaşamış, məşhur
xanəndələrdən Məşədi Məmməd Fə rzəliyevi, Malıbəyli Hə mid i və başqalarını tarda müşayiət
etmişdir. 1910 ildə Riqanın "Qrammofon‖ şirkətində Əmirovun Azərbaycan musiqiçiləri ilə b irgə
ifa etdiy i bir sıra muğam və mahnılar qrammo fon valına yazılmışdır.
Məşədi Cə mil 1911-13 illərdə İstanbulda musiqi təhsili almış, Avropa və Şə rq
bəstəkarla rın ın əsərləri ilə tanış olmuşdur. Türkiyədə milli Azərbaycan musiqisinin q ızğın
təbliğatçısı kimi ç ıxış etmiş, ço xlu konsertlər vermiş, "Heyratı" muğa mını nota salmış və çap
etdirmişdir. 1913 ildə vətənə qayıdan Məşədi Cəmil qədim Şərq musiqi alətləri ud və kanonda da çalmağı öyrənmişdi. Onun
kanonda məharətlə çald ığı "Bayatı-Şira z" muğa mı yüks ək q iy mətləndirilirdi. 1915 ildə Məşədi Cə mil "Seyfə lmülk"
operasını bəstələmiş və əsər Sidqi Ruhullanın rejissorluğu ilə Gəncədə tamaşaya qoyulmuşdu. O, teatr sənətinin inkişafında
da müəyyən rol oynamış, Şuşada və Gəncədə Üzeyir Hacıbəylin in opera və operettalarında Məcnun, Zeyd, Kərəm, Rza bəy
və b. rolları ifa et miş, teatr orkestrlərinə dirijorluq et mişdir.
Azərbaycan Xalq Cü mhuriyyəti dövründə (1918-20) ölkənin mədəni həyatında, musiqi məc lislə rində, bayra mlarda,
xeyriyyə konsertlərində və digər e l şənliklərində ya xından iştirak et mişdir. Aprel işğalından (1920) sonra Gəncədəki musiq i
mə ktəbinin təşkilatç ıla rından olan Əmirov 1923 ildən ö mrünün sonunadək bu məktəbin d ire ktoru və müəllimi olmuşdur.
Əd
.:Şuşinski F., Azərbaycanın xalq musiqiçiləri.B., 1970; yenə onun, Народные певцы и музыканты Азербайджана , M., 1979.
Dostları ilə paylaş: |