Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə68/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   64   65   66   67   68   69   70   71   ...   80

 

FƏHLƏ  MƏSƏLƏS Ġ,  işçi məsələsi - Azərbaycan Xalq Cü mhuriyyəti dövrünün ən mürəkkəb  məsələlərindən biri. 

Cü mhuriyyət  Hökuməti  aqrar  məsələ  kimi,  fəhlə  məsələsini  də  həll  edə  bilmədi.  Nəticədə,  həmin  məsələlərlə  əlaqədar 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  Parla menti  və  Höku mətinə  qarşı  ciddi  narazılıqlar  yarandı.  Hökumətlə   mü xalifətdə  olan 

qüvvələr, ilk növbədə, Parlamentin sosialistlər fraksiyası bundan istifadə edərək, xalq arasında Cümhuriyyət hakimiyyətinə qarşı 

geniş təbliğata başladı, narazılıqları daha da artırdı, tətil və nümayişlər təşkil etməyə müvəffəq oldu. 

Azərbaycan Xalq  Cü mhuriyyəti Hö ku məti  1918  il sentyabrın 17-də  Gəncədən Ba kıya  köçdükdən sonra oktyabrın 

1-də  Ba kı  Xa lq  Ko missarları  Sovetinin  neft  s ənayesinin  milliləşdirilməsi  haqqındakı  de kret  və  sərənca mla rın ı  ləğv  etdi. 

Bütün  neft  sənayesi  müəssisələri  və  onların  hazır  məhsulları  keçmiş  sahiblərinə  qaytarıld ı.  Sənaye  müəssisələri  üzərində 

xüsusi mülkiyyət hüququnun bərpa edilməsi fəhlələr arasında narazılığa səbəb oldu. 

1918  il dekabrın 7-də Azərbaycan Xa lq Cü mhuriyyəti Pa rla menti  fəaliyyətə başladığı za man Fətəli  xan  Xoyskinin 

müvəqqəti höku məti Parlament qarşısında istefa verdi və dekabrın  10-da Parlamentin  ikinci  iclasında ayrı-ayrı fraksiyalar 

Höku mətin  fəaliyyəti  ilə  bağlı  öz  partiyaların ın  bəyannamələrini  elan  etdilər.  İlk  olaraq,  ən  iri  fraksiyanın  -"Müsavat" 

fraksiyasının bəyannaməsi ilə fraksiyanın rəhbəri, "Türk ədəmi-mərkəziyyət "Müsavat" partiyasının sədri Məhəmməd Əmin 

Rəsulzadə  ç ıxış  etdi.  O,  "Müsavat"  partiyasının  proqra mında  daha  geniş  yer  almış  "Torpaq  məsələsi"  və  "İşçi  məsələsi" 

barədə  geniş  məlu mat  verdi.  "Müsavat" partiyasının  bəyannaməsində  göstərilirdi  ki,  fəhlə ləri  ağır,  məşəqqətli  zəh mətdən 

qurtarmaq üçün, hər bir  mu zdur, qulluqçu, əmələ və fəhlənin  iş günü 8 saatdan artıq olmamalı, onlara  kişi və qadmhğmdan 

asılı  olmayaraq,  qanunla  həftədə  24  saatlıq  istirahət  günü  müəyyənləşdirilməlidir.  16  yaşına  qədər  uşaqların   işləməsi 

qadağan  olunmalı,  16-18  yaşında  uşaqlar  gündə  yalnız  6  saat  işləməlidirlər.  Qadınların  onların  sağlamlığı  üçün  zərərli  olan 

işlərdə çalışması qadağan edilməli, hamilə qadın lar doğuşdan 4 həftə qabaq və 6 həftə sonra, əmək haqları saxlanılmaqla, 

işdən azad olunmalıdırlar.  Qadınların  işlədiy i fabrik və  zavodların yanında südəmər uşaqlar üçün körpələr evi yaradılmalı, 

uşaq  əmizdirən  ana  hər  3  saatdan  bir  yarım  saat  işdən  azad  edilməlidir.  İş  qabiliyyətini  tamamilə  və  ya  qis mən  itirmiş 

fəhlələ r üçün sərmayədarlardan alınan vergi hesabına dövlət tərəfindən xüsusi sığorta fondu yaradılmalı və ə mək haqqı naqd 

pulla ödənilməlid ir.  Emalatxanalarda,  fabrik və  zavodlarda fəhlə əməyindən istifadəyə nəzarət  məqsədilə  müfəttişlər təyin 

edilmə lidir. Sahib karlar tərə findən fəhlələ rin yaşayışı üçün ayrılmış evlərin və iş yerlərin in fəhlələ rin sağlamlığ ına  müvafiq 

olmasına  iş verənlərin  nüfuzundan asılı o lmayan s əhiyyə orqanlarının  nəzarəti təmin  edilməli, əmək qanunlarını pozan  iş 

sahibləri  cinayət  məsuliyyətinə  cə lb  olun ma lıd ır.  Hər  bir  e malat xana,  fabrik  və   zavodlarda  yarısı  iş  sahibləri,  yarısı  isə 

fəhlələ rdən ibarət xüsusi ko missiyalar yaradılma lıdır və s. 

Hə min  iclasda  sosialistlər  fra ksiyasının  aqrar  və  fəhlə  məsələsinə  dair  proqra mı  barədə  Aslan  bəy  Səfikürdski, 

Əkbər ağa Şey xü lislamov və Əh məd Cövdət Pepinov çıxış etdilər.  Onlar ö z çıxışlarında torpaq və fəhlə məsələsinin  Sovet 

Rusiyasının  təcrübəsindən  istifadə  etməklə  həll  o lunmasın ı  məsləhət  görürdülər.  "İttihad"  fraksiyasının  rəhbəri  Qarabəy 

Qarabəyov isə öz ç ıxışında onların part iyasının fəh lə məsələsinə münasibətindən bəhs edərkən dedi: "...Part iya mız geniş bir 

dairədə fəhlə lərin səadətini təmin et məyə səy edəcəkdir.  Yaln ız iş və sənaye aləmində anarxiya və keyfi-mayəşəyə meydan 

vermə mək üçün sərmayə ilə cə miyyət miyanmda vaqe olan mübarizənin qanun üsuluna tabe olmasını tələb edir". 

Azərbaycan Xa lq Cü mhuriyyəti Pa rla mentində yaran mış siyasi şəraitdən istifadə edən sosialistlər fra ksiyası tez-tez 

Cü mhuriyyət Höku mətinin həyata keçirdiy i bu və ya digər siyasətə qarşı çıxır, ço x vaxt  isə fəhlə  məsələsinin həlli ilə bağlı 

mü zakirələrdən  hökumətə  qarşı  təzy iq  vasitəsi  kimi  istifadə  edird i.  Digər  tərəfdən,  məh z  Rusiya  bolşeviklərinin  təsiri  ilə 

Azərbaycanda,  xüsusilə Ba kıda tez-tez fəhlə  tətilləri  keç irilirdi. Parla mentin de mə k o lar  ki, e lə bir  iclası o lmurdu  ki, orada 

sosialistlər  fra ksiyasının  nümayəndələri  fü rsət  tapıb  fəhlə  və  ya  torpaq  məsələsini  qald ırmasınlar.  Hətta,  və ziyyət  o  yerə 

çatdı  ki,  1919  il  mayın  6-da  keçirilən  Parlament  iclasında  gündəlikdə  duran  məsələlər  təxirə  salınaraq  həmin  gün  Bakıda 

keçirilən ümu mbakı fəhlə tətili barədə məsələ mü zakirə olundu. 

Bu barədə  ilk olaraq ç ıxış edən Məhəmməd Əmir  Rəsulzadə dedi: "B u tətili elan edən  fəhlə konfra nsı adından 

sui-istifadə edən təşkilatdır. Onlar bu tətilin məqsədinin iqtisadi tətil olduğunu deyirlərsə də, fəqət onların məqsədlərinin 

nədən ibarət olduğu kimsədən ötrii gizli deyil". Parla mentin həmin ic lasında Höku mət adından çıxış  edən baş nazir Nəsib 

bəy  Yusifbəyli  bəyan  etdi  ki,  bu  tətillər  iqtisadi  tətillər  deyil,  Höku mətə   qarşı  yönəldilmiş  sırf  siyasi  tətillərd ir.  Tət ilin 

təşkilatçıları "hər vasitə ilə Azərbaycanı Rusiyaya ilhaq etmək istəyirlər". 

İclasda sosialistlər fraksiyası adından çıxış edən Səməd ağa Ağamalıoğlu dedi: "Fəhlələr Sizə zakonnu saldat de-



yillər ki, dədənizin qulu deyillər ki, (ümumi gülüş) istəmirlər, işləmirlər, vəssalam". 

 

 



 

 

 



 

Sənaye  müəssisələri  ü zərində  xüsusi  mülkiyyət  hüququnun  saxlan ılması  Cü mhuriyyət  Höku mət inə  və  Parla-

mentinə  fəhlə   məsələsində köklü dəyişikliklər həyata keçirməyə  imkan vermirdi.  Bu vəziyyətdən istifadə edən sosialistlər 

fraksiyası  fü rsət  düşən  kimi  məsələ  qaldırır,  onların  həll  olun mamasından  istifadə  edərək,  fəhlələr  arasında  açıq  və  gizli 



407 

 

təbliğat aparır, fəhlə tətili və nümay işləri keç irməyə təhrik edird ilə r.  Sovet Rusiyasında torpağın və sənaye müəssisələrinin 



milliləşdirild iyi, on ların əvəzsiz ola raq fəhlə və kəndlilərə verildiyi haqqındakı təbliğatla sosialistlər fraksiyası Azə rbaycan 

Xalq  Cü mhuriyyəti Parlamentinə və Hö ku mətinə qarşı pozuculuq siyasəti yerid ir, A zərbaycanın nicat yalnız Sovet Rusiyası 

ilə  birləş məkdə o lduğunu açıq və gizli şəkildə təbliğ ed irdilər. 

Bununla  onlar  Sovet  Rusiyasının  müdaxiləsi  üçün  ölkənin   daxilində  əlverişli  zəmin  hazırlay ırd ılar.  Məhz  rusi-

yapərəst mü xalifətin ölkədə apard ığı pozuculuq siyas ətinin nəticəsi id i  ki, 1920  il apre lin  27-də  Azərbaycan  işğalçı  Sovet 

Rusiyasının ordusu tərəfindən asanlıqla ələ keçirildi. 



 

Əd.:

Azərbaycan Xalq Cümhuriyy əti (1918-1920). Parlament (stenoqrafik hesabatlar), B.,  1998; Aзepбaйджанская Демократиская  

Pecnублика  (1918-1920),  Законодательные  акты  (сборник  документов),  Б.,  1998;  Müstəqil  dövlətimiz  və  Parlamentimiz.  B.,  2001; 

Paşayev A., Açılmamtş səhifələrin izi ilə, B., 2001. 



 

FƏHLƏ  MƏSƏLƏSĠNƏ  DAĠR  MƏġVƏRƏT  ġ URAS I  -  əmək  nazirliyi  nəzdində  yaradılmış  xüsusi  qurum. 

Azərbaycan  Parla mentinin   1919  il  10  ma rt  tarixli  qanunu  əsasında  təsis  olunmuşdu.  Əmə k  nazirinin   sədrlik  etdiy i  şura 

əməy in mühafizəsi, fəh lə və sahibkarlar arasında münasibətlərin  tənzimlən məsi məsələləri ilə məşğul olurdu. 10 nəfərdən (5 

nəfər  fəhlə  və  5  nəfər  müəssisə  sahibi)  ibarət  tərkibdə  fəaliyyət  göstərirdi.  Şura  ü zvlə rin in  seçilməsi  haqqında  əsasnamə 

təsdiq olunana qədər onlar ə mək naziri tərə findən ticarət-sənaye müəssisələri və fəhlə təşkilat larından dəvət olunurdular. 

Şuranın  sədri  fəhlə  müfəttişliyin in,  mədən  nəzarətin in  nümayəndələrini  və  digər  məlu matlı  şəxsləri  məşvərətçi 

səslə ic laslara  dəvət edə bilərd i. İc laslar müntəzə m keç irilmir, ehtiyac o lduqda s ədr tərəfindən çağırılırd ı. Məsələlə r şuranın 

mü zakirəsinə əmək nazirinin tapşırığ ı  ilə çıxarılır,  müzakirələrin qaydasını da o  müəyyən edird i. Əmək naziri vəzifələrin i 

bütünlüklə və ya q ismən ö z mü lahizəsinə görə, xüsusi olaraq təyin etdiy i şəxsə həvalə edə bilərdi. 

Məşvərət  şurasına  əməyin  mühafizəsi  və  zəh mətkeşlərin  maddi  və ziyyətinin  ya xşılaşdırılmasına  yönələn  qa-

nunların  icrasına  nəzarət  hüququ  verilmişdi.  Şuran ın  müvəqqəti  nizamnaməsində  deyilirdi  ki,  əmək  nazirinin  sədrliyi  ilə 

fəaliyyət  göstərəcək  bu  orqan  "istər  ə məyin  mühafizəsi,  istərsə  də  əmə k  şəraiti  və  zəh mətkeş  siniflərin  mə işətinin 

yaxşılaşdırılmasına  yönələn  məsələlərlə  bağlı  mövcud  qanunların  dəqiq  icra  edilməsi  ü zrə  tədbirlərin  ilkin  mü zakirəsi 

məqsədilə təsis edilir". 



 

Əd.:

  Aзepбaйджанская  Демократиская    Pecnублика  (1918-1920),  Законодательные  акты  (сборник  документов),  Б.,  1998; 

Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001.  

 

FƏHLƏLƏR  -  istehsal alətləri və vasitələrindən  məhru m o lan və  mu zdla çalışan sosial təbəqə. Cəmiyyətin əsas 

məhsuldar qüvvəsini təşkil edir. Azad ba zar iqtisadiyyatının  meydana gəlməsi  ilə  təşəkkül tapmışdır.  Başlıca  sosial bazası 

kəndlilər, sənətkarlar, şəhər yoxsulları olmuşdur. 

Azərbaycanda fəhlələr  müstəqil sosial zü mrə kimi  19 əsrin son qərinəsində formalaş mışdır. Əsas hissəsi Bakı neft 

mədənlə rində ça lışanlar  idi. 1901  ildə  onların sayı 28  minə çat mışdı,  Bakının  bütün sənaye sahələrində çalışan fəhlə lərin 

sayı, bütövlükdə 65-70  min nəfər  idi. Fəhlələrin sayı qəzalarda da artırdı. Azərbaycan fəhlələrin in tərkibi ço xmillətli, əsas 

fərqli  cəhətlərindən  biri  isə  yüksək  dərəcədə  təmə rkü zləşməsi  idi.  Bə zi  hesablama lara   görə,  Birinci  dünya  müharibəsi 

ərəfəsində  (1913)  Azərbaycanda  bütün  fəhlələrin  sayı  570  min  nəfərə  çataraq,  əhalinin  14,3%-ni,  digər  bir  hesablamaya 

görə  isə  305  min  nəfər  olmaqla,  əhalin in  12,4%-n i  təşkil  etmişdir.  Fəh lələrin  tərkibində  azərbaycanlıların  sayı  üstünlüyə 

malik idi. Müharibə ərəfəsində Bakı fəhlələrinin  37,6%-i (42,4 min nəfər) azərbaycanlılar, 24,7%-i ruslar və digər millət və 

xalq ların  nü mayəndələri  id i.  Birinci  dünya  müharibəsi  fəhlələrin  say  və  tərkibində  ciddi  dəyişikliklər  yaratdı.  Bakı 

fəhlələ rin in sayı müharibə ərəfəsində olduğu kimi, a rt maqda davam etmiş, 1917  ildə  110  min nəfər olmuşdu. Qəza larda isə 

fəhlələrin  sayı  a za lmışdı.  Bütün  imperiyada  olduğu  kimi,  A zərbaycanda  da  fəhlə lərin  maddi  vəziyyəti  ağ ır  id i.  Fəh lələ r 

vəziyyətlərini  ya xşılaşdırmaq  üçün  mü xtə lif  forma  və  üsullarla  mübarizə  aparırdılar.  Fəh lələ rin  siyasi  cəhətdən 

təşkilatlan ması geniş hal a lmışdı, mü xtəlif yönümlü siyasi partiya və təşkilatlar bu istiqa mətdə iş aparırdı. 

Fevral  inqilabından (1917) sonra Azərbaycanda Müvəqqəti hökumətin orqanları  ilə yanaşı, fəhlə və əsgər deputat-

ları  sovetləri  də  yaranmağa  başladı.  1917  il  martın  6-da  Bakı  Fəhlə  və  Əsgər  Deputatları  Soveti  təşkil  olundu.  Bakıda  və 

Azərbaycanın qəza larında fəh lə hərə katı genişləndi.  Ba kıda fəh lə hərə katın ın əsas məqsədlərindən biri  kollekt iv  müqavilə 

uğrunda  mübarizə  idi.  Mədən-zavod  ko missiyaları  bu  mübarizədə  mühü m  yer  tuturdu.  1917  ilin  sentyabrında  Bakıda 

keçirilən tətil  kollektiv  müqavilə bağlan ması ilə başa çatdı. Oktyabr çevrilişindən (1917) sonra Bakı Soveti hakimiyyəti ələ 

aldı. 1917 ilin sonlarında fəhlə nəzarəti uğrunda hərəkat böyüdü. Bakı Sovetinin  rəhbərliyini ələ keçirmiş bolşevik-daşnak 

güruhu  Sovetin  silahlı  qüvvələrinin  yaradılmasında  əsasən,  ermənilərdən  olan  fəhlələrə  üstünlük  verirdi.  Həmin  silahlı 

qüvvələr  azərbaycanlıların  1918  il  mart  soyqırımında  fəal  iştirak  etmişdilər.  Aprelin  25-də  yarad ılmış  Bakı  Xalq 

Ko missarları Soveti də bu xətti davam etdirirdi.  

 

 

 



 

 

 



O,  fəh lələ ri  ö z  tərəfinə  çəkmə k  üçün  onları  milliləşdirilmiş  müəssisələrin  idarəsində  fəal  iştira k  et məyə  çağırırdı.  1918  il 

may ın  28-də Azərbaycan Xalq  Cü mhuriyyətinin elan olun ması Bakı  Xalq Ko mis -sarları Sovetinin süqutunu sürətləndirdi. 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  Hö ku məti  Ba kın ın  azad  edilməsindən  sonra  paytaxtı  buraya  köçürtdü  və  sosial  iqtisadi 

siyasətində  önəmli  yer  tutan  fəhlə  məsələsinin  həllinə  başladı.  Hökumət  24  sentyabrda  neft  sənayesinin  və  Xə zər  t icarət 



408 

 

donanmasının  milliləşdirilməsini  ləğv etdi. Fəh lələrlə sahibkarlar arasında əvvəlki  münasibətlər bərpa olundu. Bakı Fəhlə 



Konfransı  BFK),  faktiki  olaraq,  Höku mətə  qarşı  mü xalifətə  çevrildi.  BFK-nın  qərarı  ilə  dekabrın  24-də  üçgünlük  tətil 

keçirildi.  tətil  fəhlələrin  qələbəsi  ilə  başa  çatdı  və  onun  təşkilatçıları  olan  sosialist  partiyalarının  nüfuzunu  artırdı. 

Cü mhuriyyət Höku məti fəh lələrin  vəziyyətinin ağır o lduğunu etiraf etməklə bərabər, onun həlli üçün tədbirlər görməyə çalı-

şırdı.  1919  il  yanvarın  25-də  Fəhlə  məsələsinə  dair  məşvərət  şurasının  təşkilinə  başlandı,  onun  statusu  isə  Parlament 

tərəfindən  mart ın 10-da təsdiq olundu. Lakin  fəhlə lərin vəziyyətinin getdikcə pisləş məsi və sosialist partiyalarının  siyasəti 

nəticəsində 1919  ildə tətil hərə katı genişləndi. Mayda fəhlələ rin siyasi fəa llığ ı daha da artdı. Hö ku mətin səyi nəticəsində 1 

May nümayişi beynəlxalq bayram kimi qeyd edild i.  BFK is ə ü mu mi iqtisadi tətil  keçirməyi qərara ald ı. Tətilin qarşısının 

alın ması  üçün  ciddi  tədbirlər  görüldü,  mayın  13-də  tətil  uğursuzluqla  nəticələndi.  Buna  baxmayaraq,  fəhlə  hərəkatından 

məqsədləri üçün istifadə edən bolşeviklər BFK-da daha da möhkə mləndilər. Müsavat partiyasının ikinci qurultayında (1919, 

dekabr)  fəhlə  məsələsi  diqqət  mərkə zində  olsa  da,  bu,  problemlə  bağlı  siyasətdə  köklü  dəyişiklik  yarat mad ı.  Azə rbaycan 

Ko mmunist  partiyası  yaradıldıqdan  sonra  (1920,  fevral)  bolşeviklər  fəhlə  məsələsindən  daha  çox  yararlan mağa  çalışdı. 

Cü mhuriyyətin süqutunda fəhlə məsələsinin həll edilməməsinin də müəyyən rolu oldu (bax həmçin in Fəhlə məsələsi). 



 

Əd.: 

Azərbaycan Xalq  Cümhuriyy əti (1918-1920). Parlament (stenoqrafik hesabatlar), B., 1998; Azərbaycan tarixi, 7 cilddə, 

c.5,  B.,  2001;  Vəliyev  T.T.,  İmperializm  dövründ ə  Azərbaycan  sənayesi  və  proletariatı,  B.,  1987;  Исмаилов  М.,  Социально  – 

элономическая  структура Азербайджана в эпоху  империализма,  Б.,  1982; Очерки  истории равочего  класса  Азербайджанской  ССР,  т- 1 

(1917 – 1940 гг.), Б., 1974; Сумбатзаде А. С., Социально  – элономические предпосылки победы Советской власти в Азербайджане, М., 

1972. 


FƏTƏLĠ  XAN  XOYS KĠ - Azərbaycan Xalq Cü mhuriyyətin in banilərindən biri, görkəmli ictimai-siyasi və dövlət 

xadimi. Cü mhuriyyətin 1-ci, 2-ci, 3-cü Hö ku mət kab inələrində baş nazir olmuşdur (bax Xoyski Fətəli xan). 



FOġ Ferdinand (2.10.1851, Tarb - 20.3. 1929, Paris) - Fransa hərbi xad imi, marşal (1918), B.Britaniya feld marşalı 

(1919)  və  Polşa  marşalı  (1923).  Fransa  Akademiyasının  üzvü  (1918).  A li  Hərb i  Akade miyanı  bit irmiş  (1887),  aka -

demiyanın professoru (1895-1900) və rəisi  (1908-11) olmuşdur. Birinci dünya  müharibəsində (1914-18)  Baş qərargah rəisi, 

1918  ilin  aprelindən  müttəfıq  qoşunlarının  ali  baş  ko mandanı  təyin  edilmişdir.  1920  ilin  yanvarında  Paris  sülh  konfransı 

(1919-20)  Ali  Şurasının  ic laslarında  Cənubi  Qa fqaz  respublika ları  p roble mlərinin  mü za kirəsində  iştira k  et mişdir. 

Antantanın  Ali  Hə rbi  Şurasının  sədri  olan   Foş  məru zə  ilə  ç ıxış  edərə k  Qafqa za  b ir  neçə  diviziya  göndərməyi  zə ruri 

saymışdı. O, hesab edirdi ki, yalnız hərbi qüvvə göndərməklə Qafqazı bolşevik işğalı təhlükəsindən xilas etmək o lar. 

FÖVQƏLADƏ  TƏHQĠQAT  KOMĠSS IYAS I A zərbaycan Xalq  Cü mhuriyyəti Hö ku mətinin əvvəlcə  xarici  işlər, 

sonra  isə  ədliyyə  nazirlikləri  yanında  1918  il  iyulun  15-dən  1920  ilin  apre linə  qədər  fəa liyyət  göstərmiş  rəsmi  təhqiqat 

orqanı.  Ermən i  daşnakların  azərbaycanlıların  həyatına  və  onların  əmlakına  qarşı  cinayətlərini  təhqiq  etmək  üçün 

yaradılmışdı. 

1918  il  iyulun  15-də  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Hö ku mətin in  Gəncədə  keçirilən  ic lasında  çıxış  edən  xarici 

işlər  naziri  Məmməd  Həsən  Hacınski  bildirir  ki,  "Artıq  4  aydan  çoxdur  ki,  A zərbaycan  ərazisinin  mü xtəlif  bölgələrində 

bolşevik adı ilə  məsuliyyətsiz erməni hərb i hissələri və b.  mülki  müsəlman əhalisin in həyatı və əmlakına qarşı eşidilməmiş 

vəhşiliklər  törədirlə r.  Eyni  za manda,  hə min  quldur  dəstəleri  tərəfindən  göndərilən  yalan   mə lu matlar  əsasmda  Avropada 

bütün  ictimai  fikir  tamamilə  əks  istiqamətə,  azərbaycanlılara  qarşı  yönəldilir.  Ümu mi  dövlət  mənafeyi  və  əhalinin 

zərə rçəkən  qruplarının  mənafeyi  e lə  bir  təşkilatın  yaradılmasını  tələb  edir  ki,  o :  1)  bütün  zorakılıq  hadisələrinin  dəqiq 

qeydiyyatını aparsın; 2) bu zo rakılıqların həyata keçirildiyi şəraiti  müəyyənləşdirsin; 3) cinayətkarları aşkar etsin və onların 

vurduqları zərərin həcmini müəyyənləşdirsin". 

M.H.Hacınskinin təklifinə görə  "bu təşkilat fövqəladə təhqiqat komissiyası"  xarakteri daşımalı id i. Özü də, "bu 

komissiyanın işinin nəticələri başlıca Avropa dillərində — rus, fransız, alman dillərində və əlbəttə ki, türk dilində elan 

edilməlidir". 

Daha  sonra  mə ruzəç i  qeyd  edirdi  ki,  "...  komissiyanın  təşkilinə  bu  gündən  başlamaq  lazımdır.  Çünki  bir  çox 



şeyləri  indi  isti-isti  adamlardan  soruşmaq,  fotoşəkilləri  çəkmək  və  hələ  ki,  mövcud  olan  digər  əşyayi-dəlillər  əsasında 

sübuta yetirmək olar. Sonralar bu təhqiqat işi çətinləşə və hətta sübutu tamamilə imkan xaricində ola bilər". 

Məsələni geniş və ətraflı müza kirə  edən Höku mət  qərara a lır ki, "xarici işlər nazirinin məruzəsi  bəyənilsin və  ona 



tapşırılsın  ki,  Avropa  müharibəsi  başladığı  vaxtdan  bütün  Zaqafqaziya  ərazisində  müsəlmanlara  və  onların  əmlakına 

qarşı işlənilmiş zorakılıq hallarını təhqiq etmək üçün Fövqəladə Təhqiqat Komissiyası yaratsın ". 

Hə min  il  avqustun  31  -də  A zərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mət inin  sədri,  həm  də  ədliyyə  naziri  Fətəli  xan 



Xoysk inin  Gəncədə  imza ladığ ı  qərara  əsasən,  7  nəfərdən  ibarət  Fövqəladə  Təhqiqat  Komissiyası  yaradıldı.  Ko missiyanın 

sədri andlı ic lasçı Ələkbər bəy Xas mə mmədov, ü zvlə ri isə dairə  məhkə məsin in müavin ləri İsmay ıl bəy Şah ma lıyev, Andrey 

Fomiç  Novatski, dairə  məh kəməsi pro kurorunun müavini Nəsrəddin bəy Səfikürdski,  Gəncə  köçürmə  idarəsindən Nikolay 

Mixay loviç Mixaylov, həqiq i mü lki müşavir V.V.Qubvillo və müəllim M irzə Cavad A xundzadə təyin olundu.  

 

 

 



 

 

Qərarla  ko missiyanın  s ədri  və  üzvlərin in  ə mək  haqları  və  eza miyyə  xərc lərin in  miqdarı  da  müəyyənləşdirildi.  Ko missiya 



sədrinə,  həmç inin  zəruri  hallarda  ko missiyanın  işinə  katib,  e kspert  və  digər  şəxsləri  də  cəlb  et mə k  səlahiyyəti  verildi. 

Höku mətin həmin il 22 sentyabr tarixli başqa bir qərarına əsasən, ko missiyanın üzvləri yaln ız bu məqsədlə işləd ikləri günlər 

üçün əmək-haqqı almaq hüququna malik  idilər. Fövqəladə Təhqiqat Ko missiyası  xarici işlər nazirliyi yanında təşkil ed ilsə 


409 

 

də, artıq hə min  ilin  sentyabrından, fakt iki olaraq, ədliyyə nazirliyi nəzd ində fəaliyyət göstərirdi. Bu  da ta ma milə  təbii  idi, 



çünki bu işlə bilavasitə məşğul olan lar, əsasən, hüquqşünaslar id ilər. 

Ko missiyanın  fəaliyyətinin  sonuna qədər  onun  sədri  Ə.Xas məmmədov,  üzv lərdən  isə  A.F.Novatski  və  N.M.Mi-

xaylov  daha  s əmərəli  fəaliyyət  göstərmişlər.  Bundan  başqa,  mü xtə lif  va xt larda  Bakı  da irə  məhkə məsi  pro kurorunun 

müavin i Aleksandr  Yevgenyeviç Klige, andlı iclasçı Məmməd  xan Təkinski,  Gəncə dairə  məhkəməsinin  xüsusi əməliyyat 

işləri ü zrə  müstəntiqi Məhyəddin bəy Şah malıyev,  Bakı quberniya dairə  məhkəməsin in ü zvü Hidayət bəy Sultanov, andlı 

iclasçılar A ley Aleksandroviç Litovski,  Çeslav Bo leslavoviç Klossovski, hüquqşünas Abbas əli bəy Hacırzayev, Bakı dairə 

məh kə məsinin ü zvü B.Yusifbəyov ko missiya üzvü kimi fəa liyyət göstərmişlə r. 

Ko missiya  artıq  1918  ilin  sentyabr-oktyabrından  geniş  təhqiqat  işlərinə  başlamışdı.  Ko missiyanın  üzvü  N.M.Mi-

xaylov  1918  il  o ktyabrın  26-da  həmin  ilin  sentyabrın  22-dən  oktyabrın  23-nə  qədər  olan  müddətdə  Göyçay  qəzasında 

aparılan  təhqiqat  işləri  haqqında  məlumat  verird i.  Məlu mata  görə,  göstərilən  müddət  ərzində  500  nəfərdən  ço x  şahid 

dindirilmiş,  Kürdəmir  dəmir  yolu   vağzalına  və  Kü rdəmir  polis  sahəsinə  aid  7  kəndə  (Kürdəmir,  Qarabucaq,  Mustafalı, 

Xəlilli, Qasım bəy, Ərəb Mehdibəy, Dadalı) ba xış keçirilmişdir. 

1918

 

il  noyabrın  22-də  Fövqəladə  Təhqiqat  Komissiyasının  sədri  Ə.Xasməmmədov  Azərbaycan  Xalq  Cü m-



huriyyətinin  ədliyyə  nazirliy inə  göndərdiyi  məru zə lərdə  Bakı  quberniyası,  Göyçay  qəzasının  Kürdəmir,  Qarabucaq,  Ərəb 

Mehdibəy  və  b.  kəndlərində,  Şama xı  şəhəri  və  Şa ma xı  qə zasının  müsəlman  kəndlə rində,  habelə  Ba kı  şəhərində 

azərbaycanlılara  qarşı törədilmiş zora kılıq ların təhqiqinin ilkin vəziyyəti haqqında ətraflı məlu mat ve rirdi. 

1919


 

il yanvarın  6-da  Fövqəladə Təhqiqat  Ko missiyasının sədri  Ə.Xas məmmədov Paris sülh  konfransına  (1919-

20)  gedən  nümayəndə  heyətinə  təqdim  et mək  üçün  Bakı,  Quba  və  Şama xı  şəhərlərində,  Şamaxı,  Göyçay,  Cavad,  Quba 

qəzala rında ermən ilə r tərəfindən müsəlmanla ra qarşı törədilmiş vəhşilikləri əyani şəkildə sübut edən məlu mat ları  mə ktubla 

birlikdə  xaric i  işlə r  nazirinə  göndərmişdi.  Mə lu matda  göstərilirdi  ki,  Lənkəran  qəzasında  daşnak  polkovnik  Avetisovun 

silahlı quldur dəstələri tərəfindən, Cavad qəzasının bir hissəsində isə polkovnik  İllarinoviç başda olmaq la ruslar tərəfindən, 

həmç inin  İrəvan  quberniyasında,  Gəncə  quberniyasının  4  qəzasında  (Cavanşir,  Cəbrayıl,  Şuşa  və  Zəngəzur)  böyük 

dağıntılar törədilmiş, azərbaycanlı əhali ucdantutma məhv edilmişdir.  Ko missiya  xaricə göndərilən nümayəndə heyəti üçün 

əşyayi-dəlil kimi altı cilddən ibarət ilkin təhqiqat materialı və 95 ədəd fotoşəkil hazırlamışdı. 

Ko missiya fəa liyyətin in  ilk dövrlərində ço x gərgin  işləy irdi. 1919  il yanvarın  16-da  ko missiyanın üzvü  N.M.M i-

xaylov Gəncə  quberniyasının Ərəş və Nu xa  (Şəki) qə zala rı, A.F.Novatski is ə hə min ilin iyununda Quba ş əhəri, Quba qə zası 

kəndlərində  ermənilərin  törətdiyi  soyqırımla rı,  qətl-qarətlə r  və  digər  zora kılıq  hərəkət ləri  haqqında  təhqiqat  materia lları 

əsasında  ətraflı  məruzələr  hazırlayaraq,  ko missiyaya  təqdim  etmişdilər.  1919  il  avqustun  27-də  Fövqəladə  Təhqiqat 

Ko missiyasının  üzvü  Ç.B.Klossovski  ko missiyanın  fəaliyyəti  ilə  əlaqədar  tərtib  etdiyi  arayışda  göstərirdi  ki,  toplanmış 

materiallar  36  c ild  və  3500  vərəqdən  ibarətdir.  Azərbaycanlılara  qarşı  törədilmiş  cinayət  hərəkətlərinin  təşkilatçıları  və 

iştirakçıları  olan  şəxslərə  qarşı  cinayət  işi  qaldırmaq  haqqında  128  məruzə  və  qərar  layihəsi  hazırlan mış,  194  nəfər 

erməninin c inayət məsuliyyətinə cəlb edilməsi barədə məsələ qaldırılmışdı. 

1919  il  avqustun  23-də  ko missiyanın  sədri  Ə.Xasmə mmədov  ədliyyə  na zirinə  Bakı  və  Şa ma xı  şəhərlərində  və 

Şamaxı  qəzasında  azərbaycanlılara  qarşı  törədilmiş  vəhşiliklərdə  müqəssir  olan  şəxslərin  art ıq  məsuliyyətə  cəlb  edilməsi 

işinə başlanıldığ ını b ild irərək qeyd edirdi ki,  Bakı şəhərində hələlik  24,  Şamaxı şəhəri və  Şamaxı qəzasında isə 100 nəfərə 

yaxın müttəhim istintaqa cəlb olun muşdur. 

1919  il  martın  21-də  A zərbaycan  Xalq  Cü mhuriyyəti  Hö ku məti  Fövqəladə  Təhqiqat  Komissiyasının  səlahiyyət-

lərini genişləndirmə k haqqında ədliyyə nazirin in məru zəsini dinlə miş və müvafiq qə rar qəbul et mişdi. 

Fövqəladə Təhqiqat Komissiyası azərbaycanlılara qarşı törədilmiş, soyqırımı və zorakılıq hallarının günahkarlarını 

istintaqa  cəlb  etməyə  başlayan  kimi,  Bakıda  Erməni  M illi  Şurası  və  "Daşnaksutyun"  partiyasının  parla ment  fraksiyası, 

həmişə  olduğu  kimi,  ermənilərin  müdafiəsinə  qalxmış,  onların  günahsız  olduqlarını  sübut  etməyə  çalış mışla r.  1919  il 

avqustun  23-də  Erməni  M illi  Şurasın ın  ədliyyə  na zirliy inə  göndərdiyi  mə ktubda  deyilirdi  ki,  avqustun  18-də   Bakıda 

Telefonnaya  (indiki  28  may)  küçəsində  Şamaxı  şəhəri  sakinləri  Martiros  Gü lbəndiyants,  Mixail  Arzu manov  və  Yenok 

İvanyants sonuncuya məxsus mağazada həbs edilmişlər.  Həbs edilənlərin hamısının  Şamaxının  "ən hörmətli" adamları və 

uzun  müddət Şamaxı şəhər dumasının  üzv ləri o lduqlarını qeyd edən erməni  liderləri onlardan M.Gü lbəndiyantsın Şamaxı 

şəhər  poçt-teleqraf  kontorunun  rəisi,  M.Arzu manovun  Şamaxı  ermən i  kilsəsinin  hamiktikoru,  Y.İvanyantsın  isə  "məşhur 

tacir"  olduğunu  bildirirdilər.  Halbuki,  Fövqəladə  Təhqiqat  Ko missiyasının  zərərçəkənlərin   və  şahidlərin  dind irilməsi 

protokollarında  azə rbaycanlılara  qarşı  zora kılıqla rın  təşkilatçıları  və  fəa l  icraç ıla rı  sırasında  cəllad  S.La layandan  sonra, 

məh z  bu  "hörmətli"  adamların  adları  çə kilird i.  "Daşnaksutyun"  liderləri  riyakarcasına  bəyanatlar  verir,  Azə rbaycan 

Höku mətin i  keçmişləri  yada  salmaqla  "intiqam  və  düşmənçilik"  hisslərini  daha  da  qızışdırmaqda  ittiham  edirdilər.  Lakin 

Aprel  işğalından  (1920) sonra  erməni-daşnak  terrorçuları  1920-21  illərdə  məhz  q isasçılıq  niyyəti  ilə  Tiflis  və  İstanbulda 

Azərbaycan Xa lq Cü mhuriyyəti Hö ku mətinin  ilk sədri Fətə li xan Xoyskini, Pa rla ment s ədrinin müavin i Həsən bəy Ağayevi 

və 2-c i Höku mət kabinetində da xili işlər naziri o lmuş Behbud xan Cavanşiri qətlə yetirmişlər. 

 

 



 

 

 



1920 ilin yanvarında Paris sülh konfransında Azərbaycanın müstəqilliy inin de-fakto tanınması  münasibətilə həmin 

il fevralın 9-da Azərbaycan Xalq  Cü mhuriyyəti Parlamenti amnistiya haqqında qərar qəbul etdi və  milli ədavət zəminində 

qaldırılmış  cinayət  işlərinə  xitam  verdi.  A mnistiyadan  sonra  Fövqəladə  Təhqiqat  Komissiyası,  zəif  də  olsa,  fəaliyyətini 

davam etdirmişdir.  Lakin Aprel  işğalı  (1920)  ko missiyanın işinə son qoydu. Təxminən 20 ay fəaliyyət göstərmiş və böyük 



410 

 

çətinliklərlə qarşılaşsa da, ermənilərin törətdikləri cinayətlər haqqında çoxlu faktiki  materiallar toplamağa  müvəffəq olmuş 



Fövqəladə Təhqiqat Komissiyası Azərbaycan xalq ının azadlıq uğrunda apardığı mübarizə tarixində şərəfli yer tutur. 

Fövqəladə Təhqiqat Komissiyasının  materialları S.Şau myanın başçılıq etdiyi erməni-daşnak rejimin in Azərbaycan 

xalq ına qarşı törətdiyi kütləvi soyqırımı cinayətlərini sübut edən təkzibolun maz ilk mənbələrdir. 

 

Əd.: 

Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001.

 


Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin