Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə70/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   66   67   68   69   70   71   72   73   ...   80

 

GƏNCƏ AKS ĠZ  ĠDARƏS Ġ  -  Gəncə quberniyası və Zaqatala dairəsi üçün yaradılmış qurum.  1918  il o ktyabrın 8-

də təsis olunmuşdur. Zaqafqaziya Aksiz İdarəsinin A zərbaycan əra zisində  mövcud olan və sonra ləğv edilmiş 3,5, 7-c i və 

qismən 4 və  6-c ı aksiz da irə lərini əvə z edən idarə  məntəqələrə,  məntəqələr isə rayonlara bölün müşdü. Məntəqələrə nəzarət 

məntəqə müfəttişlərinə həvalə olun muşdu. 



GƏNCƏ  DAĠRƏ  MƏHKƏMƏSĠ  NƏZDĠNDƏ  HƏRBĠ  MƏHKƏMƏ  YARADILMAS I  HAQQINDA 

QƏRAR -  1918  il dekabrın  5-də Azərbaycan Xalq  Cü mhuriyyəti  Höku məti tərəfindən qəbul edilmiş sənəd. Həmin qərara 

əsasən, Gəncə dairə məh kəməsi nəzdində hərb i məhkəmə yaradılmışdı. Tərkibinə sədr, iki ü zv, prokuror, prokuror müavini, 

katib, katibin iki kö məkçisi və dörd nəfər dəftərxana işçisi daxil idi. 

GƏNCƏ  ƏKĠNÇĠLĠK  VƏ  DÖVLƏT  ƏMLAKI  ĠDARƏSĠ  -  əkinçiliyin,  digər  kənd  təsərrüfatı  sahələrin in 

yayılmasına və təkmilləşdirilməsinə, dövlət əmlakının qorunmasına,  xəzinə və töycü rüsumlarının toplan masına,  meşələrin 

mühafizəsinə rəhbərlik və nəzarət edən qurum.  1903 il  mayın 1-də yaradılmışdı. Əkinçilik və dövlət əmlakı nazirliy inə tabe 

idi. 1918 ilin 2-c i yarısında idarə  1917 ilin sonu- 1918 ilin  əvvəllə rində baş vermiş hadisələ rlə  ə laqədar xüsusi mü lkiyyətdə 

olan  ma likanələ rə və torpaqlara , e ləcə də  dövlət ə mlakına dəy miş  ziyanı  müəyyənləşdirməyə, torpaq və  meşə sahələrində 

qayda yaratmağa başlamışdı. 

Meşələrin  amansızcasına  qırılmasın ı  dayandırmaq  üçün  ağac  materiallarına  və  oduna  kəndlər  ü zrə  məhdudiyyət 

qoyulmuşdu. 1919  ilin əvvəlində  1919-20 illər üçün yeni s metalar tərtib edilmişdi. Meşə təsərrüfatı  məsələlərini tam həll 

etmə k  üçün  meşə  sahələrin in  qorunması,  ağac  materia llarının  verilməsi  qaydasının  dəyişdirilməsi  və  s.  haqqında  qərarlar 

qəbul  olunmuşdu.  Torpaq  və  töycü sahəsində  istər  köçürülmüş  rus  kəndlilərinin,  istərsə  də  yerli  sakinlə rin  tərk  etdikləri 

torpaqların  müəyyən edilməsinə dair tədbirlər görülü rdü. 1919  ildə  xüsusi şəxslərin tərk etdikləri  mülklərin və torpaqların 

qeydiyyatı həyata keçirilir, onlardan səmərəli istifadəyə dair tədbirlər işlənib hazırlan ırdı. 

İdarə  xəzinə  torpaqlarının  gəlirliliyini  artırmaq  üçün  xəzinə  torpaqları,  yerləri  və  otlaq larından  istifadə  haqqını 

qaldırmışdı.  İstifadə  haqqı  torpaq  sahələrinin  gəlirliliyi  nəzərə  alın maq la  müəyyənləşdirilmişdi.  Meşə  materiallarının  da 

qiyməti  qaldırılmışdı.  Gəlirləri  tam  və  düzgün  hesablamaqdan  ötrü hökumət  1920  il  üçün  xə zinə  torpaqları  və  meşələrinin 

idarə olun masına dair ətraflı s meta tutmuşdu. 

Qarşıdakı  aqrar  islahatı  düzgün  aparmaq  məqsədilə  quberniyada  torpaqlardan  istifadəyə  dair  bir  sıra  cədvəl  və 

siyahılar tərtib olun muş, aqrar islahata aidiyyəti o lan mü xtəlif təsərrüfat məsələləri barədə arayışlar toplan mışdı. 



GƏNCƏ  HƏRBĠ  MƏKTƏBĠ,  Gəncə podpraporşiklər  məktəbi - Azərbaycan Xalq  Cü mhuriyyəti dövründə milli 

hərbi  kadrlar hazırlayan təhsil  müəssisəsi. 1918  ilin  iyununda  Gəncədə fəaliyyətə başlamışdı. Hə lə  1918  ilin  əvvəllə rində 



Müsəlman korpusunun komandanlığ ı Bakıda hərbi məktəb açmağ ı plan laşdırmışdı. Korpusun komandiri general Ə.Şıxlinski 

və qərargah rə isi polkovnik Menşukov 1918  il  fevralm  6-da  Qa fqaz cəbhəsi qoşunlarmm  Baş ko mandanma  göndərdikləri 

raportda  1-c i  müsəlman  d iviziyasının  nəzd ində  Ba kıda  hərbi  mə ktəbin  açılmasına  ra zılıq  verilməsini  xahiş  et mişdilər. 

Məktəbdə, əsasən, 18-25 yaşlı  müsəlman lar, hə mç inin  Cənubi  Qafqa zda yaşayan ruslar təhsil ala  bilərd ilə r.  Hərb i  məktəb 

100 nəfə r yunker üçün nəzərdə tutulmuşdu. Məktəbin təşkilati  işləri Tiflisdə aparıldıqdan sonra Bakıya köçürülməsi qərara 

alın mışdı.  1918  il  martın  1-də  poruçik  Nəsirbəyov  hərbi  məktəbin  (rusca  arxiv  sənədlərində  "Musulmanskaya  şkola 

podpraporşikov"  adlanır)  rəisi  təyin  ed ild i.  Bakıda  azərbaycanlılara  qarşı  1918  il  mart  soyqırımlarından  sonra  hərbi 

mə ktəbin  Ye lizavetpola  (Gəncəyə)  köçürülməsi  qəra ra  a lındı.  1918  il  aprelin  2-də  əvvəlcə  Yelizavetpol  dəmir  yolu 

mə ktəbinin  binasında, aprelin 9-da isə sənət məktəbin in binasında yerləşdirildi. A z sonra Gəncə hərb i məktəbi yenidən bağ-

landı və onun zabitləri artıq polkovnik Maqalovun dəstəsində olan poruçik Nəsirbəyovun sərəncamına göndərild i. 

1918 ilin apre lində Zaqafqaziya Ko missarlığı daşnak S.Şau myanın başçılıq etdiy i Ba kı Sovetinin qoşunlarına qarşı 

polkovnik Maqalovun rəhbərliyi a ltında Hacıqabula  silahlı dəstə göndərmişdi. Dəstəyə Gəncə hərb i mə ktəbinin zab it heyəti 

də cəlb edilmişdi. Məktəbin  müvəqqəti bağlanması barədə ə mrdə bildirilird i ki,  kursantlar könüllülük  əsasında sanitar kimi 

dəstəyə cəlb oluna bilərlər. A zərbaycanın müstəqilliy i e lan olunandan sonra mə ktəbin fəa liyyətinin bərpasına şərait yarandı. 

1918  il  iyunun əvvəlində türk hərbçilərin in yardımı və ya xından iştira kı ilə  əsası Müsəlman  korpusu tərəfindən qoyulmuş 

hərbi mə ktəb Gəncədə fəa liyyətə başladı. Mə ktəbə qəbul norması 100 nəfər olsa da, orada o xu maq istəyən azərbaycanlıların 

sayı  xeyli ço x id i. Təlim p rosesinə Gəncədə o lan türk hərb i qüvvələrinin   zabitləri cəlb edilmişdi.  Gəncə hərbi  məktəbinə 

albay  (polkovnik)  Atif  bəy  rəhbərlik  edirdi.  1918  ilin  oktyabrında  Gəncə  hərbi  mə ktəbinin  ilk  bura xılışı  o ldu.  Bu,  Azər-

baycan ordusunun milli kadrlarla tə min edilməsində tarixi əhə miyyətli b ir hadisə idi. 

Gəncə hərbi  məktəbin in bura xılış  mə rasimində iştira k et mə k üçün Nəsib bəy  Yusifbəyli,  Əlağa Şıxlinski, Qa fqaz 

İslam  Ordusunun  qərargah  rəisi  Nazim  bəy,  Nuru  paşanın  atası  Hacı  Əh məd  bəy  və  başqa  rəsmi  şəxslər  Gəncəyə 

gəlmişdilər.  1918  il  dekabrın  1-də  Gəncə  hərbi  mə ktəbinin  statusu  dəyişdirild i  və  onun  bazasında  Praporşiklər  mək təbi 

yaradıldı. 

 


417 

 

Əd:. 

Süleymanov M., Azərbaycanda ilk milli hərbiyyə məktəbi, B., 2000.

 

GƏNCƏ XƏZĠNƏ PALATASI A zərbaycan Xalq Cü mhuriyyətinin  maliyyə sistemi tərkibinə daxil olan qurum. 

Cü mhuriyyət  Hökumətinin  1918  il  11  oktyabr  tarixli  qərarı  ilə  ləğv  olun muş  və  həmin  il  o ktyabrın  21-də  yarad ılmış 

Azərbaycan Xə zinə Palatasının tərkib inə da xil edilmişdir (ba x hə mç inin Azərbaycan Xəzinə Palatası). 



GƏNCƏ  QƏZAS I - A zərbaycan Xalq Cü mhuriyyəti dövründə Gəncə quberniyasında inzibati-ərazi vahidi. Rusiya 

imperiyası  Gəncə  xanlığını  işğal etdikdən (1804 il, yanvar) sonra  xanlıq  ləğv ed ild i,  Yelizavetpol dairəsi yaradıldı.  Dairə 

Gü rcüstan  quberniyasının  tərkibinə  daxil  edildi.  1840  il  10  aprel  islahatı  nəticəsində  dairə  qəzaya  çevrild i.  Yelizavetpol 

qəzası  Gürcü-İmeret i  quberniyasının  tərkib inə  verildi.  Qə za  Ye lizavetpol,  Qaza x,  Şə mşəddil  və  Ayrım  məntəqələrinə 

bölündü. Yelizavetpol qəzasında qəza idarə sistemi təşkil olundu. 1846 il 14 dekabr tarixli in zibati-ərazi bölgüsündən sonra 

Yelizavetpol qəzası yeni yaradılmış  Tiflis quberniyasının tərkib inə da xil ed ild i.  Çar II Ale ksandrın 1867  il  9 de kabr tarixli 

fərmanı  ilə  Ye lizavetpol  quberniyası  yarad ıld ıqda,  Yelizavetpol  q ə zası  Tiflis  quberniyasından  alınaraq   onun  tərkibinə 

verild i,  yeni  Qaza x  qə zası  təşkil  ed ild i.  Qa fqaz  təqvimin in  (1917)  mə lu matına  görə,  qə zanın  ə ra zisi  8726,0  k v.verst  idi. 

Qəzada  214746 nə fər əhali yaşayırdı.  Onla rın  191096 nəfəri 

yerli  sakinlə r,  23650  nəfəri  müvəqqəti  yaşayanlar  idi. 

Əhalinin  111610  nəfəri  kişi,  103136  nəfəri  qadın  idi. 

Azərbaycanlılar  (140  mindən  çox)  əha lin in  65,2%-n i  təşkil 

edirdi.  Çarizmin  köçürmə  siyasəti  nəticəsində  qəzada  12,3 

min  rus  yaşayırdı.  Qəza  əhalisi  kənd  təsərrüfatı,  sənətkarlıq 

və ticarətlə   məşğul o lurdu.  Fevral  inqilab ından (1917) sonra 

Xəlil  bəy  Xasmə mmədovun  rəhbərliy i  ilə  icra iyyə  ko mitəsi 

təşkil  olundu.  Oktyabr  çevrilişindən  (1917)  sonra  qəzada 

bolşeviklərin  pozuculuq  fəaliyyəti  gücləndi.  Cü mhuriyyət 

Höku mətin in Yelizavetpola köçməsinin qəzanın da həyatında 

böyük rolu oldu.  Höku mətin 1918 il 30  iyul tarixli qərarı  ilə 

Yelizavetpol  Gəncə adlandırıld ıqdan sonra, qəza da,  müvafiq 

olaraq,  eyni  adı  aldı.  Gəncə  qəzasında  sabitliyin  yaradılması 

və  iqtisadi  in kişafın   tə min  edilməsi  üçün  tədbirlər  görüldü. 

Bolşeviklər  qəza  əhalisinin  əksər  hissəsinin  kəndlilərdən 

ibarət  olduğunu  nəzərə  alaraq,  kəndli  hərə katının  geniş-

ləndirilməsinə  çalışırdılar.  Dövlət  qəzan ın  idarəçiliyin i 

təkmilləşdirmə k  məqsədilə  Gəncə  qəzasını  iki  yerə  bölməy i 

qərara ald ı. Parla ment 1920 il aprelin 22-də Gəncə qəzasına da xil o lan 34 kənd ic ması əsasında Şamxo r qə za- 

 

 

 



 

418 

 

 



 

 


419 

 

 



 

420 

 

 



sının  yaradılması  haqqında  qanun  qəbul  etdi.  Lakin  q ısa  müddətdən sonra  Azərbaycan  Xalq  Cü mhuriyyəti  süqut  etdi  və 

Gəncə  qəzası  da  sovetləşdirildi.  1929  ildə  Azərbaycan  SSR-də  həyata  keçirilən  rayonlaşdırma  za manı  Gəncə  qəzası  ləğv 

olundu. 

Əd.: 

Aзepбaйджанская  Демократиская    Pecnублика  (1918-1920),  Законодательные  акты  (сборник  документов),  Б.,  1998;  

Gəncə  (tarixi  oçerk),  B.,  1994;  Süleymanov  M .,  Azərbaycan  ordusu  (1918-1920),  B.,  1998;  Бабаев  Э.,  Из  истории  Гянджинского 

ханства, Б., 2003.

 

 

GƏNCƏ  QUBERNĠYAS I  –  Azərbaycan  Xalq  Cü mhuriyyəti  dövründə  ən  iri  in zibati-ərazi  vahidi.  Qafqaz  və 

Zaqafqaziya  d iyarın ın  idarəsin in  dəyişdirilməsi  haqqında  1867  il  9  dekabr  tarixli  çar  fərman ı  əsasında  Yelizavetpol 

quberniyası yaradılmışdı.  Bakı quberniyasından Şuşa və Nuxa qəzaları,  Tiflis quberniyasından Yelizavetpol qəzası, İrəvan 

quberniyasından ləğv edilmiş Ordubad qəzasının b ir hissəsi onun tərkibinə daxil edildi, yeni  Qazax və Zəngəzur qəzaları 

yaradıldı.  1873  ildə  Yelizavetpol  quberniyası  tərkibində  Ərəş,  Cəbrayıl  və  Cavanşir  qəzaları  təşkil  olundu.  Sonralar 

Cəbrayıl  qəzasına  Azə rbaycana  qarşı  işğalçılıq  müharibəsində  iştirak  etmiş  rus  zabiti  P.M.Karyaginin  adı  verild i.  Qafqa z 

təqviminin (1917) mə lu mat ına görə Ye lizavetpol quberniyasında 4 ş əhər (Go rus, Ye lizavetpol, Nu xa, Şuşa) və 8 qəza  (Ərəş, 

Cavanşir,  Yelizavetpol, Zəngəzur, Qazax,  Karyagin, Nu xa,  Şuşa) var idi.  Yelizavetpol quberniyasının ərazisi  38922,43 kv. 



verst  idi.  Quberniyada  1275,131  nəfər  əhali  yaşayırdı,  onların  1213,626  nəfəri  yerli  sakinlə r,  61505  nəfər  müvəqqəti 

yaşayanlar  idi.  Əhalin in  676377  nəfəri  kişi,  598754  nəfəri  qadın  idi.  156,044  nəfər  (12,24%)  şəhərlərdə,  1119,087  nəfər 

(87,76%) qəza larda yaşayırdı.  Əhalinin etnik tərkibi belə  idi: a zərbaycanlılar  783065 nəfə r (61,41%), ruslar  36957  (2,90%) 

və s. Yelizavetpol quberniyasında quberniya idarə sistemi mövcud idi Quberniyanı hərbi qubernator, 1872 ilin martından isə 

qubernator idarə  edird i. Xan ların, bəylə rin, ağala rın  əlində  440,7  min,  kəndlilə rin  əlində  124,3  min desyatin torpaq vardı. 

Əhali mü xtəlif kənd təsərrüfatı sahələri (taxılçılıq ipəkçilik, ü zü mçülü k, heyvandarlıq və s.), sənətkarlıq sənaye fəaliyyəti və 

ticarətlə  məşğul  olurdu.  Quberniyada  dağ-mədən  və  əlvan  metallurg iya  s ənayesi  müəssiselər  (Ye lizavetpol  və  Zəngəzu r 

qəzala rı) yerləşird i. İpəkç iliy in əsas mərkə zi (Nu xa qə zası) də  burada id i. A zərbaycan pa mbığın ın xeyli h issəsi Ye lizavetpol 

quberniyasının  pambıqtəmizlə mə  zavodlarında  e mal  ed ilird i.  Üzü mçülü k  və  şərabçılıq  in kişaf  et mişdi.  Birinci  dünya 

müharibəsi (1914 18) quberniyanın iqtisadiyyatına ağır zərbə vurmuşdu. Fevral inqilabından (1917) sonra Yelizavetpolda və 

digər qəza  şəhərlərində ictimai təşkilatların  icra iyyə ko mitələri yaradılmış, quberniya və onun qəzalarına Müvəqqəti höku- 

mətin ko missarları təyin olun muşdu. Bununla bərabər  Yelizavetpolda Fəhlə və Əsgər Deputatları Soveti də yaranmışdı Eyni 

zamanda, qəza şəhərlərində (Şuşa, Nuxa, Karyagin və b. də sovetlər təşkil edilmişdi. Sovetlərdə bolşeviklərin nüfu zu zəif idi. 

Yelizavetpol  quberniyası  Azərbaycan  milli  azadlıq  hərəkatında  mühü m  yer  tuturdu.  1905-07  illər  inqilab 

dövründən  genişlənən  milli-siyasi  təşkilatlan ma  davam  ed irdi.  Milli  azadlıq  hərəkatının  görkəmli  xadimləri  Nəsib  bəy 



Yusifbəyli,  Xə lil  bəy  Xasməmmədov,  Xudadat  bəy  Rəfibəyli,  Həsən  bəy  Ağayev  və  b.  böyük  iş  aparırdılar  Nəsib  bəy 

Yusifbəyli  1917  ilin  mart ında  Türk   ədəmi-mərk əziyyət  partiyasının  əsasını  qoymuşdu.  Milli  a zadlıq  hərə katına  qarşı 

mübarizədə  ermən i-daşnak  və  bolşevik  siyasi  partiya  və  təşkilatları  b irləşərək,  eyni  mövqedən  mübarizə  aparırdılar.  

Oktyabr çevrilişindən (1917) sonra 



421 

 

Bakıda  sovet  hakimiyyətinin  elan  ed ilməsi  milli  azadlıq 



hərəkatının  gedişində  Yelizavetpol  quberniyasının  mövqeyini 

daha  da  möhkəmləndird i.  5  (18)  noyabrda  Yelizavetpolda 

keçirilən 

Qafqaz 


müsəlmanların ın 

hərbi 


qurultayı 

azərbaycanlılardan  ibarət  hərbi  hissələr  yaradılması  haqqında 

qərar ç ıxa rdı.  Knyaz Maqalov başda olmaqla,  müs əlman  süvari 

polku  yaradıld ı.  Cənubi  Qafqazda  Zaqafqaziya  ko missarlığı 

təşkil edildikdən sonra  Ye lizavetpol quberniyasında hakimiyyət 

milli şuralara keçdi. Milli hərb i hissələrin silahla təmin edilməsi 

üçün  1918  ilin   yanvarında  Qafqaz  cəbhəsindən  qayıdan  rus 

qoşunları  Şamxor  stansiyasında  tərksilah  edildi.  Apreldə 



Zaqafqaziya  Demok ratik   Federativ  Respııblik asının  yaranması 

elan  edild ikdə,  Ye lizavetpol  quberniyası  onun  tərkibinə  da xil 

oldu.  Mayın  28-də  Azərbaycan  Xalq  Cü mhuriyyətinin 

yaradılması ilə quberniya onun əsasını təşkil etdi və Azərbaycan 

torpaqlarının  bütünlüklə  azad  edilməsinin  mərkəzinə  çevrildi. 

İyunun 16-da Azərbaycan Milli Şurası və Höku məti Yelizavetpola (Gəncəyə) köçdü. Azərbaycana hərbi yardım üçün dəvət 

olunmuş türk qoşunları da  mayın axırı  -  iyunun əvvəllərində burada toplanmağa başladı. İyunun 17-də  Gəncədə Fətəli  xan 

Xoyskinin sədrliyi  ilə  2-c i höku mət  kabinəsi təşkil ed ild i. Hö ku mətin  30 iyul tarixli qərarı ilə   Ye lizavetpolun tarixi adı  - 

Gəncə  bərpa  edildi.  Bundan  sonra  quberniya  da  Gəncə  quberniyası  adlandırıld ı.  Gəncə  şəhəri  1918  il  iyunun  17-dən 

sentyabrın 17-dək o lan dövrdə dövlətin paytaxtı o ldu. A zərbaycan Xalq Cü mhuriyyətinin in zibati-ərazi bölgüsündə mühü m 

yer  tutan  Gəncə  quberniyası,  keç miş  Ye lizavetpol  quberniyasına  yeni  ə lavə  edilmiş  əra zilər  hesabına  xeyli 

genişləndirilmişdi.  Bakı  və  Zaqatala  quberniyalarının  ərazisi  istisna  olmaq la,  qalan  10  qəza  (Qazax,  Gəncə,  Nu xa,  Ərəş, 

Cavanşir,  Şərur-Dərələyəz,  Naxçıvan,  Zəngəzur,  Cəbrayıl,  Şuşa)  və  1  dairə  (Göyçə)  Gəncə  ətrafında  birləş mişdi. 

Azərbaycan  Xalq   Cü mhuriyyəti  Höku məti  erməni  separatizmi  və  a zərbaycanlıla ra  qarşı  soyqırımı  ş ərait ində  ölkəni  daha 

səmərəli  idarə et mə k üçün  müvafiq vasitələrdən  istifadə ed ird i. 1919  il yanvarın  13-də  Qarabağ general-qubernatorluğu, 

fevralın  28-də  isə  Cənub-qərbi  Azərbaycan  general-qubernatorluğıı  yaradılmışdı.  Gəncə  quberniyasını  qubernator  idarə 

edirdi. 

 

 



 

 


422 

 

Höku mətin 1919 il 30 ma rt tarixli qəra rı ilə Gəncə qubernatoru İbrahim ağa Vək ilova general-mayor, kö məkç isi Hüseynqulu 



xan  Xoysk iyə  isə  polkovnik  rütbəsi  verilmişdi.  İ.Və kilov  Azə rbaycan  ordusu  Baş  qərargahı  Baş  idarəsinin  topoqrafiya 

şöbəsinin  rəisi  təyin  olunduğuna  görə,  6  may  tarixli  qərarla  Xudadat  bəy  Rəfibəyli  Gəncə  qubernatoru  təyin  edilmişdi. 

Quberniyada  quberniya  idarəsi  yaradılmışdı.  Quberniya   ida rəsinə  vitse-qubernator,  müşavirlər,  quberniya  t ibb  müfəttişi, 

quberniya mühəndisi,  memarı, yerölçən i daxil  idi.  Quberniya  idarəsi geniş  miqyaslı  məsələlərlə  məşğul olurdu:  kəndlərdə 

vəzifəli şə xslə rin seçilməsi və  pay torpaqlarının  sənaye müəssisələri və tikililər üçün ayrılması haqqında kənd  ic mala rının 

qərarların ı  təsdiqləyir,  in zibati-polis  idarə ləri  mə murlarının   vəzifə   c inayətləri  haqqında  işlərə ,  kassasiya  şikayətlərinə  və 

kənd  məhkə mə lərinin qərarlarına və s. ba xırdı. İdarə ay rı-ayrı struktur hissələrindən ibarət idi:  katiblik bölməsi,  1-ci bölmə 

(müşavir  Mikayıl  bəy  İsrafilbəyov),  2-ci  bölmə  (müşavir  Aleksandr  Konstantinoviç  Boqatko),  zemstvo  bölməsi  (Georg i 

Yefimoviç Çernyayevski), həkim, baytar, tikinti (mühəndis Vasili Yakovleviç Aqunakov) bölmələri. 

Cü mhuriyyət  Hö ku məti  Gəncə  quberniyasının  sosial-iqtisadi  və  mədəni  inkişafına  diqqətlə  yanaşırdı.  Erməni-

daşnak  quldur  birləşmələrinin  azərbaycanlılara  qarşı  soyqırımı  və  deportasiya  siyasəti  nəticəsində  İrəvan  quberniyası 

qəzala rından  qaçqın  düşmüş  azərbaycanlılar  daha  çox  Gəncədə  və  onun  ətrafında  yerləşdirilmişdi.  Onların  ərzaqla  tə min 

olunması  və  sağlamlıq larının   qorunması  üçün  tədbirlər  görü lmüşdü.  Lakin  düşmən  qüvvələr  bütün  vasitələrdən  istifadə 

edərək,  quberniyada  siyasi  sabitliyi  pozmağa  cəhd  göstərirdi.  Bu  sahədə  xüsusilə  fə rqlənən  bolşeviklər,  quberniyanın 

xüsusiyyətini  nəzərə  alaraq,  burada  kəndli  hərəkatın ın  genişləndirilməsinə  çalışırd ılar.  Hələ  1917  ilin  dekabrında  Qovlar 

stansiyasında bolşevik Müseyib Əliyevin evində S.Şau myan və H.Sultanovun iştirakı ilə gizli  müşavirə  keçirilmişdi.  1918 

ilin  yanvarında  Bakı  ko mitəsinin  göstərişi  ilə  Məşədi  Əzizbəyov  də  Gəncəyə  gəlmiş,  buradakı  vəziyyət  haqqında 

"Hümmət"in   iclasında  çıxış  etmişdi.  Cü mhuriyyət  dövründə  də  bu  pozuculuq  işləri  davam  etdirilird i.  1919  ilin  yazında 

Gəncədə F.Əliyevin  başçılığ ı ilə  Rusiya Ko mmun ist (bolşeviklər) Partiyasının  gizli da irə  ko mitəsi təşkil olun muşdu. Gəncə 

quberniyasında  fəhlə  və  kəndlilər  Höku mətə  qarşı  çıxış lara  təhrik  edilird i.  1919  ilin  yanvarında  Gəncə  quberniyası 

dəmiryolçula rının tətili baş vermişdi. Qat ır Mə mmədin rəhbərlik etdiy i və  Cü mhuriyyət Höku mət inə qarşı çevrilmiş qaçaq 

hərəkatı  təhlükə li  şəkil  a lmışdı.  1920  il  aprelin  28-də  Ba kıda  Azərbaycan  Xa lq  Cü mhuriyyəti  Hö ku mətinin  süqutu  və 

Azərbaycan Sovet Sosialist  Respublika ının qurulmasının e lan edilməsi  Gəncə quberniyasında vəziyyətə təsir göstərdi.  Elə 

həmin gün F.Əliyevin s ədrliyi  ilə Azə rbaycan Kommunist (bolşeviklər) Pa rtiyası  Gəncə Da irə  Ko mitəsi Quberniya İnqilab 

Ko mitəsini  yaratdı  və  hakimiyyətin  təhvil  verilməsi  haqqında  Gəncə  qubernatoruna  ultimatu m  verd i.  Ult imatu m  qəbul 

olundu. Aprelin 29-da hakimiyyətin  Quberniya  İnqilab  Ko mitəsinə verilməsi 

 

 


423 

 

haqqında akt imzalandı. Mayın  1-də  11  -ci  Qırmızı ordu hissələri  Gəncəyə daxil o ldu.  Lakin  Gəncə quberniyasında sovet 



hakimiyyəti  güclü  müqavimət  hərəkat ı  ilə  ü zləşdi.  Gəncədə,  Qarabağda  və  digər  bölgələrdə  sovet bolşevik  işğalına  qarşı 

üsyanlar baş verdi (bax Gəncə üsyanı (1920)). 11-ci ordu hissələri bu üsyanları amansızlıqla yatırdı, sovet hakimiyyəti bərpa 

olundu. Gəncə quberniyası ləğv edildi. 

 

Əd.

Azərbaycan  Xalq  Cümhuriyy əti  (1918-1920).  Parlament  (stenoqrafik  hesabatlar).  c.1-2,  B„  1998;  Aзepбaйджанская 

Демократиская   Pecnублика  (1918-1920), Законодательные  акты  (сборник документов),  Б.,  1998;   Azərbaycanda  sosialist  inqilabının 

qələbəsi  uğrunda  bolşeviklərin  mübarizəsi.  Sənədlər  və  materiallar.  1917-1918-ci  illər,  B,  1960;  Gəncə  (tarixi  oçerk),  B.,  1994; 

Süleymanov M., Azərbaycan ordusu (1918-1920), B., 1998. 

 

GƏNCƏ  MÜƏLLĠMLƏR S EMĠNARĠYAS I - Azərbaycanda müəllim kadrları hazırlayan ilk seminariya (1914). 

İki  il  sonra  belə  bir  seminariya  Bakıda  da  fəaliyyətə  başlamışdı.  1918  ildə  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mətinin 

sorğusuna  cavabında  xalq  maarifi  nazirliy i  bildirirdi  ki,  Cü mhuriyyət  hakimiyyəti  yaranana  qədər  Azərbaycanda  yeganə 

olaraq  Gəncə  şəhərində  müəllimlə r  seminariyası  fəa liyyət  göstərmişdir.  Cü mhuriyyət  Höku məti  hə min  müə llimlə r 

seminariyasını  milliləşdirmişdi.  Xalq  maarifi  nazirliy inin  1919  il  üçün  məlu matında  nazirlik  sistemində  üç  müəllimlər 

seminariyasının - Gəncə və Qazaxda kişi, Bakıda isə qadın seminariyaların ın olduğu bild irilirdi. 

Gəncə  müəllimlə r  seminariyasında  azərbaycanlılarla  yanaşı,  Daşkənd  və  Sə mə rqənd  şəhərlərindən  gəlmiş  özbək 

gəncləri  də  təhsil  a lırdı.  Yusif  Mə mmədəliyev,  Mikayıl  Rzaquluzadə,  Əh məd  Cavad  Gəncə  seminariyasında  dərs  demiş, 

Hə mid  Araslı,  Mir  Cə lal  və  b.  görkə mli  ziyalılar  bu  se minariyanı  b itirmişlər.  Se minariya  1927  ildə  qız  seminariyası  ilə 

birləşdirilmiş və Gəncə pedaqoji te xn iku mu ad landırılmışdı. 



 

Əd.: 

Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001.

 

 

GƏNCƏ  MÜSƏLMAN  XEYRĠYYƏ  CƏMĠYYƏTĠ-  qeyri-höku mət  hu manitar  qurumu.  Ələkbər  bəy  Rəfi-

bəylinin  təşəbbüsü  ilə   yaradılmışdı.  Niza mna məsi  1906  il  iyunun  30-da  Gəncə  qubernatoru  tərəfindən  təsdiq  edilmişdi. 

Cə miyyət  idarə   heyəti  və  ü mu mi  ic las  tərəfindən  idarə   olunurdu.  Niza mna məyə  görə,  idarə   heyəti  sədr,  onun  müavini, 

xə zinədar, kat ib və cə miyyət üzv ləri sırasından ümu mi ic lasda bir  il  müddətinə seçilən  3 üzvdən  ibarət  idi.  Cə miyyətin  4 

nəfər  ö mürlük-fə xri  ü zvü  vardı.  Niza mna mədə  cə miyyətin  kasıb  müsəlman  uşaqlarının  Rusiya  və  onun  hüdudları 

xaricindəki orta və a li təhsil müəssisələrinə da xil olub o xu ma larına, habelə xəstəxana  və başqa səhiyyə ocaqlarında müalicə 

olunanlara yardım etmək məqsədilə yaradıld ığı göstərilird i. 

Cə miyyətin vəsaiti üzv lük haqlarından, habelə şəhər sakinlərinin   köçürdüyü ianələrdən, cə miyyətin təşəbbüsü və 

iştirakı  ilə  keçirilən   tamaşalardan,  konsert  və  rəqs  gecələrindən  və  s.-dən  əldə  edilən  gəlirlərdən  ibarət  idi.  Xeyriyyə 

məqsədi  ilə  keçirilən   hər  b ir  konsert  və  ya  digər  tədbir  üçün  əvvəlcədən  Gəncə   qubernatorundan  icazə   alın ma lı  idi. 

Cə miyyət şəhərdəki ikisinifli müsəlman mək- 

 

 


424 

 

təbinin  şagirdlərinə,  Qarabağ  və  Zəngəzurda  erməni-daşnaklar  tərəfindən  soyqırıma  mə ruz  qalmış  türk-müsəlman  əhaliyə 



yardım məqsədilə tamaşalar və konsertlər təşkil edirdi. 

Cə miyyət  Novruz  bayra mında  Gəncənin  18  məhəlləsində  ehtiyacı  olan  2163  nəfərə  5292  manatlıq,  Mövlud 

bayramında  isə  2748  nəfərə  5496  manatlıq  miqdarında  yardım  göstərmişdi.  Cəmiyyət  Gəncədə  əhalin in  kasıb  təbəqələri 

üçün xüsusi ərzaq mağazası açmışdı. 



Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin