Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu


Ey dövləti-novin, yaşa nəzmü-nizam ilə



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə75/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   72   73   74   75   76   77   78   79   80

Ey dövləti-novin, yaşa nəzmü-nizam ilə,  

Parlaq əməllərinlə, məzhərü-məram ilə.  

Türk aləmində parlasın ənvari-intibah, 

 Gülsün həyatimizdə izhari-intibah. 

 

Şair həmvətənlərimizin canı və qanı bahasına qazanılmış istiqlalı qoru maq əzmini belə ifadə edirdi: 



 

Məfkurəmiz yolunda nə lazımsa etməli,  

Məqsudə doğru əzmü-xüru sanla getməli. 

 ...Çıxsın, dilərsə, qarşımıza həp məzarımız,  

Dönməz məzaridən bu dili-əzmkarımız...  

Vicdani-millətə yazıhbdır bu ayəmiz, 

 Ən şanlı, ən şərəfli həyat iştə qayəmiz. 

 

"Əsgərlərimizə,  könüllülərimizə"  silsiləsində  isə  şair  vətən  övladlarını  istiqlalımızı  qoru mağa  çağırır,  bu  yolda 



ölməyi belə şərəf adlandırırdı: 

 

Qoymayın olsun xəzan gülzarı-istiqlalımız, 

 Sizdən istiqlalımız parlaq təzarət gözləyir.  

Şanlı ölmək ölməməkdir...  

Pürşərəf kim can verərsə, anı rəhmət gözləyir. 

 

"Şühədayi-hürriyyətimizin ərvahına ithaf‖ şerində şair azadlıq şəhidlərinə müraciətdə deyirdi: 



 

Sizin məzarınız istə qülubi-millətdir, 

... Əmin olun buna, ey ziynəti-cəhani-fəna, 

Mübəddən diridir namınız bu dünyada. 

 

1918-20  illərdə Had i ən çox A zərbaycan Xalq Cü mhuriyyətinin orqanı olan "Azərbaycan" qəzetində çap olunur-



du,  qəzet  onu "əski  ədəbiyyatda  inqilab  yaradan  sənətkar",  "Qafqasiyanın  görkə mli  şairlə rindən  biri"  kimi  təqdim  edirdi. 

1918 ilin  noyabr-dekabr aylarında Bakıda "Turan"  mətbəəsində "Əlvahi-intibah, ya xud  insanların  tarixi fac iələ ri" poemasın ı 

üç kitabda nəşr etdirmişdir. 

 

Əsərləri: 



Seçilmiş əsərləri, 2 cilddə, c.l, B., 1979; El fəryadı. Seçilmiş şeirlər, B., 1980. 

Əd.: 

Cəfər  M .,  Azərbaycan  ədəbiyyatında  romantizm,  B.,  1963;  M irəhmədov  Ə.,  M əhəmməd  Hadi,  B.,  1985;  Qəribli  İ., 

M əhəmməd Hadinin "İnsanların tarixi faciələri, yaxud Əlvali-intibah" poeması, B., 2001; Əliyeva A., M əhəmməd Hadi və Azərbaycan 

Demokratik Respublikası, "Elm" qəzeti, 1991, 30 avqust. 



 

HAKĠMĠYYƏTĠN  BOLġ EVĠKLƏRƏ  TƏHVĠL  VERĠLMƏSĠ  HAQQINDA  AZƏRBAYCAN  XALQ 

CÜMHURĠYYƏTĠ  PARLAMENTĠNĠN  QƏRARI  (27  aprel  1920  il,  saat  20:45  23:25)  - bolşevik  Rusiyasının hərb i 

müdaxiləsi və Bakının  11-ci Qırmızı ordu hissələri tərəfindən  mühasirəyə alındığ ı şəraitdə işğalçıların  hakimiyyəti təslim 

etmə k  barədə  ult imatu munun  mü zakirəsindən  sonra  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Pa rla mentinin  zora kı  məcburiyyət 

qarşısında qəbul etdiyi qərar. Qərar 1920  il  mayın  6-da, artıq  bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra "Ko mmunist" 

qəzetində  dərc  olun muşdu.  Qərara  əsasən,  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mət i  hakimiyyəti  aşağıdakı  şərtlərlə 

bolşeviklərə təhvil verird i: 



1.

 

Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti saxlanılır; 

2.

 

Azər bayc an kommunist firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır; 

3.

 

Azər bayc anın  son  idarə  formasını  hər  hansı  bir  xarici  təzyiqdən  asılı  olmayan  fəhlə,  kəndli  və  əsgər 

deputat-ları sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirəcəkdir; 

4.

 

Hökumət idarəsinin bütün qulluqçuları öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir; 

5.

 

Yeni  yaradılan  müvəqqəti  kommunist  hökuməti  parlament  və  hökumət  üzvlərinin  həyatının  və  əmlakının 

toxunulmazlığına təminat verir; 

6.

 

Qırmızı ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcəkdir; 

7.

 

Yeni hökumət haradan baş verməsindən asılı olmayaraq, Azərbaycanın istiqlalını sarsıtmaq məqsədi güdən 

bütün xarici qüvvələrə qarşı öz sərəncamında olan vasitələrlə qəti tədbirlər görəcəkdir. 

Azərbaycan  Parla menti  özünün  fövqəladə  iclasında  hə min  şərtləri  səs  çoxluğu  ilə  qəbul  et mişdi.  La kin  bol-

şeviklər hakimiyyəti ələ keçird ikdən sonra həmin şərtlərə əməl etmədilər. 

HAQVERDĠYEV Əbdürrəhim bəy Əsəd bəy oğlu (17.5.1870, Şuşa - 11.12.1933, Bakı) - yazıçı, dramaturq, teatr 

xadimi  və  ictima i  xadim,  A zərbaycanın  əməkdar  incəsənət  xadimi  (1928).  Bəy  ailəsində  doğulmuşdur.  Şuşa  realnı 

mə ktəbində o xu muş, Tiflis realnı  məktəbini bit irmişdir.  1891 ildə Peterburq  Yo l Mühəndisləri İnstitutuna daxil o lmuş, lakin 

bitirmə miş,  Peterburq  Universitetinin  Şərq  fakültəsində  müha zirələ r  d inlə mişdir.  Peterburqda  Müs əlman  Xeyriyyə 

Cə miyyətində katib (1895-99), Ba kıda ikinci dərəcəli şəhər mə ktəbində müəllim, Müsəlman teatr truppasında rejissor (1901-

04), Şuşa bələdiyyə idarəsinin üzvü (1904-06), 1-ci Dövlət dumasının deputatı (1906), Bakıda Kür-Xəzər səhmdar gəmiçilik 

cəmiyyətində  müfəttiş  (1907-13),  Ağdam  yetimlər  evin in  müdiri  (1913-16),  Tiflisdə  şəhərlər  ittifaqın ın  Qafqa z  şöbəsində 

mə mu r və onun "Əxba rı"nın redaktoru (1916-17),  Borça lı qə zasında müvəkkil olmuş,  Gürcüstan parlamentinin üzvü  (1917-

1918) seçilmişdir. 


447 

 

Haqverdiyev 1919 ildə Dağlılar  Respublikasında Azərbaycan Xalq  Cü mhuriyyəti 



Höku mətin in nümayəndəsi təyin olunmuşdur. Lakin fəaliyyəti Denikin i qane etmədiyindən, 

Bakıya geri dönmüşdü. Növbəti dəfə, Ermənistana təyinat alan Haqverdiyev "xətti-hərəkəti" 

daşnak  hökumətinin  siyasi  mövqeyinə  müvafiq  gəlmədiyinə  görə  istefa  vermişdir.  Sovet 

hakimiyyəti  illərində  xalq  maa rif  komissarlığında  incəsənət  şöbəsinin  müdiri,  A zərbaycanı 

Tədqiq və Tətəbbö Cə miyyətinin sədri olmuş, A zərbaycan Dövlət Un iversitetində  müəllim 

işləmişdir.  Haqverdiyev  19  əsrin   sonu  -  20  əsrin  b irinci  qərinəsində  (1892-1933)  geniş 

yaradıcılıq  fəa liyyəti  göstərmiş,  "Həyat",  "İrşad",  "Təzə  həyat",  "Tərəqqi",  "Yeni  İrşad", 

"Açıq 


söz"  və  s.  dövri  mətbuat  orqanlarında  "Ə.Haqverdiyev",  "Ə.H.",  "Xo rtdan",  "Ceyranəli", 

"Həkimi  Nuni-Səğ ir"  imza ları  ilə   hekayə,  pyes,  məqalə  və  tərcü mə lər  dərc   etdirmişdir.  M.F.A xundzadənin  rea list 

ənənələrini  inkişaf etdirərək, Azərbaycan dramaturgiyasını "Dağılan tifaq", "Bəxtsiz cavan", "Pəri-cadu", "Ağa Məhəmməd 

şah  Qacar"  və  s.  səhnə  əsərləri  ilə  zənginləşdirmişdir.  Əd ibin  "Xortdanın  cəhənnəm  məktubları"  səyahətnamə-povesti, 

"Marallarım"  hekayələr  silsiləsi,  "Ata  və  oğul",  "Ayın  şahidliyi",  "Şey x  Şaban"  hekayələri  realizmin  dərinliyi,  hadisə  və 

obrazların tipikliy i, satirik gülüşün kəskinliyi baxımından ədəbi prosesdə hadisə kimi səciyyələndirilmişdir. 

Haqverdiyev  bədii  tərcü mə   ilə   də  məşğul  o lmuş,  U.Şekspirin  "Ha mlet",  F.Şillerin  "M əkr  və   məhəbbət", 

"Qaçaqlar",  Y.Çirikovun "Yəhudilər",  F.Vo lterin "So ltan Os man",  E.Zolyanın "Qazmaçılar", A.Çexovun "Dəhşətli gecə", 

Qorkinin  "Makar  Çudra", "İzerg il qan", Ce k  Londonun "Tətil etdi" və s. əsərləri tərcü mə  et mişdir.  Onun "Müs əlman larda 

teatr",  "M.F.A xundovun  həyatı  və  fəa liyyəti",  "M.Qorkin in  həyatı  və  ya radıcılığı",  "Ədəbi  d ilimiz  haqqında"  və  s. 

məqa lələ ri ciddi elmi araşdırma ların məhsuludur. 

Yaradıcılığ ının   janr  baxımından  rəngarəngliyinə  baxmayaraq,  əsərlərini  ü mu mi  ideya  -  əski  həyat  və  məişətin, 

onun rəzalətlə rin in, insan şəxsiyyətini və mənliyin i a lçaldan ict ima i müh itin tənqidi b irləşdirir. 

 

Əsəri: 



Seçilmiş əsərləri, 2 cilddə. B., 1971. 

Əd:.

  M əmmədov  K.,  Ə.Haqverdiyev,  B.,  1970;  Şərif  Ə.,  Keçmiş  günlərdən,  B.,  1977;  M ütəllimov  T.,  Ə.Haqverdiyevin 

poetikası, B., 1988. 



 

HARBORD  MĠSSĠYAS I  - Qafqazda və Kiçik Asiyada hərbi-siyasi vəziyyəti, coğrafi, iqtisadi, idarəçilik və digər 

məsələ ləri  ətra flı  öyrən mə k  üçün  göndərilmiş  xüsusi  Ame rika  missiyası.  1919  ildə  A merika   Birləş miş  Ştatlarının  (A BŞ) 

Qafqaza  marağ ının artdığı, A merika siyasi dairələrində Qafqaz  mandatı  məsələsi  müzakirə edildiy i şəraitdə ABŞ prezidenti 

Vilson  regiona  xüsusi  missiya  göndərmək  qərarına  gəld i.  1919  il  avqustun  ortalarında  Birləşmiş  Ştatların  Versalda  olan 

nümayəndəliyin in  başçısı  F.Polk  Qafqaz  respublikalarının  Parisdəki  nü mayəndələrinə  xüsusi  məktubla  müraciət  edərək, 

Harbord missiyası barədə məlu mat verdi. Avqustun 13-də Azərbaycan nümayəndəliyinə göndərilən  məktubda qeyd edilird i 

ki, briqada generalı Cey ms Q.Harbord 12 zab itin müşayiətilə yaxın vaxtlarda Cənubi Qafqaza yola düşəcəkdir. Azərbaycan 

nümayəndələrindən bu barədə ö z höku mətinə  məlu mat verilməsi və general  Harborda yerlərdə öz vəzifəsini yerinə yetir-

mə kdə  höku mətin  ya rdım  göstərilməsi  xahiş  edilirdi.  Mə ktubun  sonunda  xatırladılırdı  ki,  missiyanın   göndərilməsi 

Azərbaycanın və  Cənubi  Qafqazın başqa respublika larının tanın ması  kimi qəbul edilmə məlid ir.  Bundan sonra, Ve rsaldakı 

Azərbaycan  nümayəndələri  Harbord  missiyasının  Azərbaycan  üzrə  müvəkkili  polkovnik  Rey  ilə  görüşüb,  onu  lazımi 

materia lla rla  təchiz et mişdilər. 

General  Cey ms  Q.Harbord  ABŞ  siyasi  dairələrində  tanınmış  şəxslərdən  biri  idi.  O,  Birinci  dünya  müharibəsinin 

(1914-18) sonlarında  Avropada Almaniyaya qarşı vuruşmuş,    müharibə    qurtardıqdan   sonra Ame rika    ordusunun v ətənə 

qayıtması işinə rəhbərlik etmişdi. Harbord missiyası 1919 il avqustun sonlarında Fransanın Brest şəhərindən yola düşmüş və 

sentyabrın  12-də  İstanbula  gəlmişdi.  Qısa  müddətdə  Harbord  İngiltərə,  Fransa,  İtaliya  ko missarları,  habelə  Yaxın  Şərqdə 

Amerika mənafey ini müdafiə edən İsveç səfiri ilə görüşmüşdü. 

Sentyabrın  ortalarında  general  Harbord  Sivasda  Qazi  Mustafa  Kamal  paşa  Atatürklə  görüşdü.  Dörd  saata  qədər 

davam  edən  danışıqlar  za manı  Harbordu  əsasən,  ka ma lçıların  Qafqa z  siyasəti  maraqlandırmışdı.  Görüş  za manı  Atatürk 

bildirmişdi: "Mərkəzi İrəvan olan Ermən i Cü mhuriyyətinə qarşı bizim heç bir düşmənçiliyimiz yo xdur". Mustafa Kamal paşa, 

eyni za manda, Ermənistan höku mətinin  öz ə razisində müsəlmanla ra qa rşı vəhşiliklər törətdiyin i, digər yerlərdəki ermən iləri 

də  bu  işə  təhrik  etdiy ini  və  hətta  Türkiyənin  hüdudlarına   müda xilə   etdiyin i  Ha rborda  bildirmişdi.  O,  bu   fikird ə  idi  ki, 

Ermənistandakı  müsəlman  əhalisin in  xilas edilməsi  xeyli dərəcədə  Qafqa zda Azə rbaycan hökumətin in qüvvətlənməsindən 

asılıd ır. General Harborda təqdim edilən raportda göstərilird i ki, 1918 il martın  11-12-də ermənilər təkcə Ərzuru mda üç min 

dinc  türk  əhalisini  qətlə  yetirmişlər.  Ərzuru m  valisi  Zakir  əfəndi  ermən ilərin  soyqırımı  törətdiyi  yerləri  Harborda 

göstərmişdi. 

Sonra  köhnə  Rusiya-Türkiyə  sərhədləri  boyunca  Qarsa gələn  Harbord  İstanbula  göndərdiyi  məlu matda  yol  boyu 

türklərin onlara böyük  xeyirxah lıq göstərdiyini və bu yerlərdə az  miqdarda erməni əhalisi o lduğunu yazırdı.  O qeyd edird i 

ki, sərhəd boyunca tez-tez ermən ilə r tərə findən yurd-yuvalarından didərgin salın mış müsəlman  köç  karvanları  ilə rastlaşır. 

Türkiyənin  ermən i  talanlarına  və  soyqırımlarına  məru z  qalmış  şərq  vilayətlərində  gördüyü  dəhşətli  vəziyyət  haqqında 

Harbord sentyabrın 28-də Qarsdan müttəfiqlərin İstanbulda olan nümayəndələrinə mə lu mat vermişdi. 

Harbordun başçılıq etdiyi A merika  missiyası İrəvan və Tiflisdən sonra oktyabrın əvvəllərində Bakıya gəldi.  Ermə-

nistan  və  Gürcüstanda  olduğu  kimi,  Azə rbaycanda  da  Amerika  missiyası  onları  maraq landıran  siyasi,  dövlət  quruluşu, 

ma liyyə,  ticarət,  sənaye,  səhiyyə,  əhali,  təbii  sərvətlər,  coğrafiya,  poçt-teleqraf,  hərbi  və  başqa  məsələlə ri,  hə mç inin 

Amerika mandatlığına münasibəti öyrən məli idi. Hacı Zeynalabdin Tağıyevin evində qalan general Harbord Baş nazir Nəsib 

bəy Yusifbəyli, xa ric i işlər naziri Mə mməd  Yusif Cə fərov, yolla r na ziri Xudadat bəy Məlik -Aslanov və digər rəsmi şə xslərlə 

danışıqlar  aparmışdı.  Harbord  Bakıda  keçirdiyi  görüşlər  zamanı  Azərbaycan  Parlamenti  və  Hö ku məti,  xalq  maarifinin 


448 

 

vəziyyəti,  məh kə mə  o rqanlarınının   quruluşu  və  fəaliyyəti,  əyalət  idarəçilik  forma ları,  seçki  sistemi  ilə  bağlı  onu 



maraqlandıran  məsələlər  haqqında  ətraflı  məlu mat  almışdı.  Harbord  missiyasına  daxil  olan  polkovnik  Hill  və  digərləri 

Bibiheybətdə,  Qaraşəhərdə  və  digər  sənaye  rayonlarında  da  olmuşdular.  "Azərbaycan"  qəzeti  A me rika  missiyası  ilə 

danışıqlar barədə məlu matında qeyd edirdi ki, A zərbaycan Xalq Cü mhuriyyətinin  siyasi və iqtisadi vəziyyətindən razı qalan 

Harbord Azə rbaycanın istiqlaliyyətinin Paris sülh konfransı tərəfindən tezliklə  tanınacağını söylə mişdi. 

Harbordun  Bakıya  qısa  müddətli  səfərindən  şəhərin  ermən i  əhalisi  və  onların  milli  təşkilatları  da  istifadə  etdilər. 

Ermənistan hökuməti general  Harbordun Tiflis ə və Bakıya səfər edəcəyini nə zərə a laraq, hər iki şəhərdə olan erməni  milli 

təşkilatla rına  və ermən i  kilsələ rinə  ü mu mermən i tə ləbləri ilə  bağlı ona sənədlər təqdim et mək barədə qabaqcadan tapşırıq 

vermişdi.  Bu  təşkilatlar  şəhərin  erməni  əhalisi  adından  general  Harborda  müraciət  təqdim  etdilər.  Müraciət  elə  tərtib 

edilmişdi ki, guya Azərbaycanda hər şey ermənilərə məxsus olmuşdur və ən maraq lısı odur ki, mü raciətdə "Azərbaycan" adı 

bir dəfə də  olsun çəkilmirdi. Ba kı e rməniləri 1918-19 illə rdə cərəyan edən hadisələri, o  cümlədən A zərbaycan xa lqına  qarşı 

ermənilərin törətdikləri soyqırımla rını da A me rika missiyasına saxtalaşdırılmış şəkildə təqdim et mişdilə r. 

Oktyabrın  8-də  Harbordun  missiyası Batu mdan Fransaya yola düşməli o lduğu üçün Bakıdan birbaşa Batuma getdi. 

Azərbaycan xarici işlər naziri  Harbordu Batu ma qədər  müşayiət edərək, Cü mhuriyyətin  xa rici və da xili siyasətinin bir sıra 

mühü m  məselələrini  ona  aydmlaşdırdı.  A merikanlar  Batumda  olan  " m.  Vaşinqton"  g əmisində  Azərbaycan  xarici  işlər 

nazirin in  şərəfinə  ziyafət  verd ilər.  Oktyabrın   8-də  isə  Azərbaycan  konsulluğunda  gürcülərlə  birlikdə  Cey ms  Harbordun 

şərəfinə  ziyafət  məclisi  təşkil  edildi.  A zərbaycan  və  Gürcüstan  nümayəndələri  ilə  Batu m  danışıqlarında  amerikanlar 

bacarıqlı  və  işgüzar  adamlardan  təşkil  olun muş  Azərbaycan  hökumətin in,  bir  sıra  maneələrə  baxmayaraq,  ço x  iş  görə 

bildiy ini  xüsusi  qeyd  etdilər.  General  Harbord  A zərbaycanın  sülhsevər  xarici  siyasətinin  onda  xoş  təəssürat  yaratdığını 

xüsusi qeyd etdi. Batu mdan yola düşməzdən əvvəl general  Harbord Azərbaycan Xalq  Cü mhuriyyətinə səfər zamanı aldığ ı 

xoş təəssürata görə Azərbaycan höku mətinin  başçısı N.Yusifbəyliyə təşəkkür məktubu göndərdi. Harbord  yazırd ı: "Mən və 



mənim  missiyamda  olan  zabitlər  xalqınız  və  ölkəniz  haqqında  ən  yaxşı  fikirləri  özümüzlə  aparırıq  ki,  qonşularınızın 

böyiik dövlətlər arasında yaratdığı narazılıq sizin tərəqqinizə mane olmasın ". 

Harbordun  başçılıq  etdiy i  A merika  missiyası  oktyabrın  16-da  Parisə  gəldi  və  Birləşmiş  Ştatların  Versalda  o lan 

dövlət katibin in müav ini F.Polka, az sonra is ə ABŞ dövlət departamentinə məruzə təqdim etdi. Harbordun məru zəsinin qısa 

mah iyyəti  ondan  ibarət  idi  ki,  hər  üç  respublika  Qərb  nöqteyi-nəzərindən  o  qədər  də  yaxşı  vəziyyətdə  deyildir.  Onun 

fikrincə, Qafqa zda iqtisadiyyat və maliyyə sistemi fə lakət li dərəcədə dağılmışdır, Gü rcüstanda "qırmızı təhlükə" - bolşevizm 

təhlükəsi  güclüdür,  Azərbaycanda  idarəçilik  üçün  yerli  kadrlar  çatış mır,  Ermən istan  isə  xarabalığ ı  xat ırladır.  Hər  üç 

respublikanın  siyasi  istiqaməti  Harbord  tərəfindən  belə  müəyyən  edilirdi:  Gü rcüstan  müstəqillik  ü zərində  israr  edir, 

Ermənistan, yəqin ki,  Rusiya  mandatına tərəfdardır, A zərbaycan isə Türkiyəyə  meyllid ir və  xristianla ra etibar et mir,  lakin 

onların təhsil görmüş nümayəndələri xarici əlaqələrin inkişaf etdirilməsinin zəru riliyini başa düşürlər. Ümu miyyətlə, mandat 

məsələsində Harbordun fikri be lə id i ki, Cənubi Qafqa z vahid bir mandatlıqda b irləşmə lidir. La kin  bu mandatın A me rikaya 

verilməsi məsələsində onun fikri müsbət deyildi. 

General Harbord öz  məru zəsində ermənilərin toruna düşmüş ABŞ siyasi  xad imlərinə bildirirdi ki, ermənilər üçün 

nəzərdə  mtulan  ərazilərdə  türklər  hələ  ermənilər  oradan  çıxan lma zdan  əvvəl  çoxluq  təşkil  edirdilər  və  bütün  ermən i 

qaçqınların ın  ora  qayıdacağı  halda  da,  türklər  yenə  ço xluq  təşkil  edəcəklər.  Harbord  erməni  məsələsi  ilə  tanış  olduqdan 

sonra qəti surətdə bu fıkrə  gəlmişdi ki, ABŞ Ermənistana hər hansı vəkalət vermə kdən imt ina et mə lid ir. 

General  Harbordun  missiyanın  yekunları  barədə  hazırladığı  məru zə  belə  bir  nəticə  çıxarmağa  əsas  verir  ki,  o, 

Cənubi Qa fqazın və İstanbulun bir  mandatlıqda birləşdirilməsinə tərəfdar olmuşdur. Ha rbord bu  mandatın ABŞ tərəfindən 

götürülməsinə etiraz edird i. 

Harbord missiyası Amerika  Birləşmiş Ştatlarının Qafqaz  mandatlığ ına olan  marağına son qoydu və Amerika siyasi 

dairələ rində geniş yayılmış ermən ipərəst əhvali-ruhiyyəyə də ağır zərbə vurdu. 



 

Əd.: 

Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993.

 

 

"HAS KEL  LAYĠHƏLƏRĠ"  - Antanta dövlətlərin in "Ermənistan" adlandırılan əraziyə ali ko missar təyin etdikləri 

amerikalı  polkovnik  V.Haskel  tərəfindən  1919  ilin  sentyabrında  hazırlan mış  sənəd.  Həmin  sənəddə  Amerika  Birləş miş 

Ştatlarının  əlverişli  strateji  mövqedə  yerləşən  Naxçıvan  bölgəsində  möhkəmlən mək  plan ları  öz  əksini  tapmışdı.  Layihədə 

Naxçıvan  və  Şəru r-Dərələyəz  qəzalarının  əlahiddə  bitərəf  zona  elan  edilməsi  və  bu  ərazidə  Naxçıvan  general-

qubernatorluğunun yaradılması nəzərdə tutulurdu. Ətraflı məlu mat üçün bax Naxçıvanda Amerika general-qubernatorluğu. 

HAġ IMBƏYOV Əliyar bəy Mehdi oğlu (8.3.1856, Bakı - 1920) hərbi xad im, general-mayor (1908). İlk təhsilini 

realnı  məktəbində  almış,  1871  ildə  Tiflisdə  hərbi-p iyada  məktəbinə  daxil  olmuş,  çar  ordusunda  xid mət  etmiş,  qüsursuz 

xid mət lərinə görə üçüncü dərəcəli "Müqəddəs Stanislav" (1889), üçüncü dərəcəli "Müqəddəs Anna" (1894),  ikinci dərəcə li 

"Müqəddəs Stanislav" (1895), ikinci dərəcəli "Müqəddəs Anna" (1898) və "Müqəddəs Vlad imir" (1904) ordenləri  ilə təltif 

olunmuşdur.  Birinci  dünya  müharibəsində  (1914-18)  artilleriya  qoşunların ın  piyada  h issələrində  xid mətə  başlamış,  3-cü 

Qafqa z araba-karvan briqadasının ko mandiri o lmuşdur. 

1917  ildə  istefaya çıxan  Haşımbəyov 1918 ildə A zər-baycan Xa lq Cü mhuriyyətində könüllü  xid mətə başlamışdır. 

Haşımbəyov Cü mhuriyyət dövründə daxili  işlər nazirinin  müavin i, Zaqatala general-qubernatoru, Cənub-qərbi Azərbaycan 

general-qubernatoru, Hərb i  intendant (ləvazimat)  idarəsinin  rə isi və zifə lərində işlə mişdir.  1920 ildə  bolşeviklə r tərəfindən 

güllələn mişdir. 



 

Əd.: 

Nəzirli Ş., Arxivlərin sirri açılır, B., 1999.

 


449 

 

HEYDƏROV  İbrahim  Qasım  bəy  oğlu  (1879,  Dərbənd  -  ?)  -  Temirxan-Şurada  realnı  məktəbi,  Peterburqda  yol 

mühəndisliy i  institutunu  (1904)  b itirmişdir.  Dağ ıstandan  və  Zaqatala  dairəsindən  3-cü  Dövlət  dumasına  üzv   seçilmişdir. 

Heydərov Bakı şəhər idarəsinin üzvü, idarən in təsərrüfat şöbəsinin müdiri idi. 

1907  ildə "Nəşri-maa rif‖  cə miyyətin in  idarə heyətinə da xil olmuşdur.  1913  ildə  A.Babayevlə birlikdə "Dəyanət" 

neft-sənaye  cə miyyətini  təşkil  et mişdir.  1914  ilin   yanvarında  "Səfa"  xeyriyyə  cəmiyyəti  idarə  heyətinin  üzvü,  1916  ilin 

martında isə "Nicat" cəmiyyətinin sədr müavini seçilmişdir. 

Heydərov Fevral  inqilabından sonra müs əlman  ziya lılarının  1917  il  ma rtın  16-da  Bakıda  keçirilən  iclasına sədrlik 

etmiş,  Qafqaz  müsəlman ları  qurultayı  (1917,  15-20  aprel,  Bakı)  rəyasət  heyətinin  ü zvü  seçilmişdi.  Xüsusi  Zaqafqaziya 

Ko mitesi  (1917)  Heydərovu  Dağıstan  vilayətində  Müvəqqəti  hökumətin  ko missarı  təyin  etmiş,  la kin  Dağıstan  İcraiyyə 

Komitəsinin  sosialist  üzvləri,  sosial-demokrat  olmasına  ba xmayaraq,  onun  namizədliyinə  qəti  etira z  et mişdilər.  Xüsusi 

Zaqafqaziya   Ko mitəsi  güzəştə  gedərək,  Dağ ıstanda  idarəçiliy i  həyata  keç irmə k  üçün  Heydərovun  da  daxil  o lduğu  üç 

nəfərdən ibarət xüsusi heyət yaratmışdı. 

Bir ço x dağlı  liderləri,  ictimai  xadimləri  kimi  Heydərov da məhz  Bakı  mühitində yetişmiş, Şimali  Qafqaz dağlıla-

rın ın  azad lıq  hərəkatına  rəhbərlik  etmişdir.  Fevral  inqilabından  (1917)  sonra  vətənə  dönmüş,  azadlıq  hərəkatını  təş-

kilatlandırmaq istiqamətində iş aparmışdır. Heydərov türk dilinin təhsil d ilinə çevrilməsi ideyasını dəstəkləmiş, hətta 1917 il 

iyunun 15-də Te mirxan -Şurada  müə llimlə r üçün türk dili  kursları açanlardan biri olmuşdur. Heyd ərov Dağıstan Müsəlman 

Milli Ko mitəsinin ü zvü id i. Ko mitənin siyahısı ilə Rusiya Müəssislər məc lisinə seçilmişdi. 

İbrahim  Heydərov  Zaqafqaziya  seymində sosialist  blokunun  üzvü,  1918  il  aprelin  26-da  yaradılmış  Zaqafqaziya 

Demokratik  Federativ  Respublikası  höku mətində  dövlət  nəzarəti  naziri  idi.  Sey min  nü mayəndə  heyətinin  tərkibində 

Trabzon  konfransında  iştirak  etmişdir.  Bakıda  türk-müsəlman   əhalisinə  qarşı  daşnak-bolşevik  qüvvələri  tərəfindən 

törədilmiş soyqınmı  ilə bağlı 1918  il aprelin   20-də  Hey-dərov Zaqafqaziya seymin in ad mdan  Bakı Soveti ilə danı-şıqlara 

göndərilmiş,  Bakıya  çatan  kimi  bolşeviklər  tərəfindən  həbs  olunmuşdu.  Bununla  əlaqədar  o laraq,  Zaqafqaziya  seyminin 

üzvü  Camo  bəy  Hacınski  Heydərovun  azad  edilməsi  üçün  təcili  tədbirlər  görməyi  təklif  etmişdi.  Bir  müddət  Bakı  Xalq 

Ko missarları  Sovetində  quberniya  komissarı  vəzifəsində  işləmişdir,  bu  vəzifədən  "Hü mmət"  təşkilatının  təklifi  ilə  kənar 

edilmişdir. Heydərov Şimali  Qafqaz  Dağlı Xalqları İttifaqı Respublikası hökumətinin səlahiyyətli nümayəndəsi kimi,  1918  il 

noyabrın  28-də  Azərbaycan  Xalq  Cü mhuriyyəti  ilə  Şimali  Qafqaz  Dağlı  Xalqları  İttifaqı  Respublikası  arasında  müqaviləni 

imza layanlardan biri olmuşdur. 

Dağlılar Respublikası hökumətinin 1918 il dekabrın 19-da təşkil o lunan yeni tərkib ində yollar və poçt-teleqraf naziri 

təyin  olunmuşdur.  Höku mət  tərə findən  Avropa  dövlətləri  ilə  danışıq lara   göndərilən  yeni  nü mayəndə  heyətinə  daxil 

edilmişdir.  Denikin  qoşunlarının   müda xiləsi  nəticəsində  Dağlılar  Respublikası  höku mətin in  bura xılması  ilə  və  sabiq 

hökumət  üzv lərinə  qarşı  təqiblərlə  əlaqədar  Bakıya  qayıt mış,  Azərbaycanın  ictimai-siyasi  həyatında,  xeyriyyə  kon-

sertlərinin, teatr tamaşaların ın, o cümlədən Üzeyir bəy Hacıbəylinin " Leyli və Məcnun" operasının, Ağa Əminovla birlikdə 

"Azərbaycan gecələrinin" təşkilində fəa l iştirak et miş, 1920 ildə Fransaya mühacirət et mişdir. 



 

Əd.:

Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001;  Süleymanova S., Azərbaycanda ictimai-siyasi hərəkat (XIX yüzilliyin sonu - XX 

yüzilliyin əvvəlləri), B., 1999; Göyüşov A., 1917-1920-ci illərdə Şimali Qafqaz dağlılarının azadlıq uğrunda mübarizəsi, B., 2000. 


Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin