HƏRBĠ MƏHKƏMƏ - Azərbaycan Xalq Cü mhuriyyəti ordusu tərkib ində məhkəmə işlərinə baxan əd liyyə orqanı.
İlk dəfə Nazirlər Şurasın ın 1918 il 5 dekabr tarixli qərarı ilə Gəncə (Yelizavetpol) dairə məh kəməsinin nəzdində
yaradılmışdı; tərkibinə sədr, iki ü zv, prokuror, prokuror müav ini və başqa şəxslər daxil idilər. Sonradan hərbi məhkəmə,
strukturu və səlahiyyətləri daha da genişləndirilmə klə, müstəqil quru ma çevrildi. 1919 il yanvarın 12-də general-mayor
Dubrovski hərbi məh kə mənin sədri təsdiq edildi. Hə rbi məh kə mənin sədri hərb i na zirin təqdimat ı əsasında Nazirlər Şurası
tərəfindən təsdiq edilir və nazirin ə mrilə bütün orduya elan olunurdu. 1919 il iyulun 14-də general-mayor Dubrovski hərb i
nazirliyin hərbi ədliyyə hissəsinin rə isi təyin ed ild iyindən, hərbi məhkə mənin rəisi vəzifəsinə Tey mur bəy Makinski təyin
olundu.
453
Azərbaycanda baş hərbi məhkə mə təsis edildikdən sonra hərbi dairə məhkə mə lə rin in qərarla rına kassasiya
qaydasında şikayət verilməsi ləğv olundu. Hərbi məhkəmə haqqında Azərbaycan Xalq Cü mhuriyyəti Parlamentinin1919 il
14 apre l tarixli qanununa əsasən, belə şikayətlər birbaşa hərbi na zirin ö zünə verilə bilə rdi. Hərbi məhkə mə lərin qəra rla rının
icrası ilə bağlı hərbi nazirin geniş səlahiyyətləri var idi. O, məhkəmə işin in yenidən və yeni heyət tərəfindən aparılmasına
qərar verə bilə r, təyin edilmiş cəzaları dəyişdirə və ya yüngülləşdirə bilərdi. Be lə ki, 1919 il mart ın 14-də, Novruz bayra mı
ərəfəsində imzaladığı əmrlə hərbi nazir silahlı soyğunçuluğa görə barələrində ölü m hökmü çıxarılmış 6 nəfər əsgərin
cəzasını 6 illik həbslə əvəz et mişdi. Hərbi nazir d igər bayra mlar ərəfəsində də əfv ə mri imza layaraq, məhku mları ya
bağışlayır, ya da onların cəzasını yüngülləşdirird i.
HƏRBĠ MƏHKƏMƏNĠN VƏ ALAY MƏHKƏ MƏLƏRĠNĠN YARADILMAS I HAQQINDA QANUN
Azərbaycan Xalq Cü mhuriyyəti Hərbi Məhkə məsinin və alay məh kə mə lərinin təşkilin i və fəa liyyətini tən zimləyən
qanun. Azərbaycan Parla menti tərəfindən 1919 il apre lin 14-də qəbul edilmişdir. Qanuna görə, bütün əlahiddə a lay-
larda a lay məhkə mə ləri yaradılma lı idi. Məh kə mələ rin ö z işində əsaslanacağı normat iv s ənədlər də qanunda təsbit
olunmuşdu. Azərbaycan Xalq Cü mhuriyyəti Hərb i Məhkəməsi isə öz fəaliyyəti ilə A zərbaycan ordusunun bütün struk-
turlarını əhatə etməli idi. Hərb i nazirliyin tabeliy ində olan Hərbi məhkəmə daimi və müvəqqəti seçilən üzvlərdən iba-
rət idi. Hərbi na zirin təqdimatı əsasında Nazirlər Şurası tərəfindən təsdiq edilən sədr, iki ü zv məhkə mənin daimi üzv ləri
idilər. Hə rbi məhkə mən in 4 müvəqqəti üzvü isə qoşun hissələrindən seçilir və hərbi na zirin ə mri ilə təsdiqlənird i.
Qanuna əsasən Hərbi Məhkə mən in nəzdində hərbi pro kurorun aparatı fəa liyyət göstərirdi. Hərbi prokuror, onun
müavin i, hərbi müstəntiqlər bu vəzifələrə hərbi nazirin əmri ilə təyin edilirdi. Müstəntiqlər təhqiqat işini ko mandir və
rəislərin mə lu matı, hərbi pro kurorun vəsatəti, məhkə mə işçilərin in və vəzifəli şə xslərin raport ları, hərb i qulluqçuların və
mü lki şəxslərin şikayəti əsasında qaldıra bilərdi. İş məh kəməyə pro kurorun ittiham aktı əsasında verilirdi. Hərb i
Məhkəmən in qərarı ilə təhqiqat dayandırıla bilərd i. Qanunda qeyd olunurdu ki, A zərbaycan Hərb i Məhkə məsin in qərarları
Azərbaycan Xalq Cü mhuriyyəti Hö ku mətinin ad ından çıxa rılır.
HƏRBĠ MÜKƏLLƏFĠYYƏT - çağırış yaşlı vətəndaşın öz ölkəsinin silahlı qüvvələrində qanunla müəyyən
edilmiş hərbi xid mət borcu. Azərbaycan Hökumətinin 1918 il 3 iyul tarixli qərarı ilə 19 yaşı tamam olmuş vətəndaşlar hərbi
mü kəlləfiyyətin yerinə yetirilməsinə cəlb olunurdular.
Əd.:
Aзepбaйджанская Демократиская Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998;
HƏRBĠ NAZĠRLĠK, A z ə r b a y c a n X a l q C ü m h u r i y y ə t i H ö k u m ə t i n i n H ə r b i
N a z i r l i y i -ölkənin müdafiəsi, ordu qurumla rın ın yaradılması və fəa liyyətinə bilavasitə rəhbərlik edən icra orqanı. 1918 il
may ın 28-də Azərbaycanın müstəqilliyinin elan edild iyi gün Milli Şu ranın tapşırığ ı ilə Fətəli xan Xoyskin in təşkil
etdiyi Müvəqqəti Höku mət kab inəsində yaradılmışdır. İlk hərbi nazir vəzifəsi Xosrov Paşa bəy Sultanova həvalə edil-
mişdi. Lakin o dövrdə yaranmış beynəlxalq və daxili şərait hərbi nazirliyin təşkilinə imkan vermədi. Tiflisdə yaradılmış
Azərbaycan Xa lq Cü mhuriyyətinin Müvəqqəti Hö ku məti hə min il iyunun 16-da Gəncəyə köçdü. Bu va xt Gəncədə rea l
hakimiyyət hələ mayın a xırla rında bir qrup hərbi mütə xəssislə Gəncəyə gəlmiş türk generalı Nuru paşanın əlində id i. Nuru
paşanın təkid i ilə Gəncədə A zərbaycan Milli Şurası buraxıldı. İyunun 17-də burada Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci
Müvəqqəti Höku mətdə hərbi nazir vəzifəsi nəzərdə tutulmadı.
Azərbaycan Xalq Cü mhuriyyəti Höku mət inin 1918 il 26 iyun tarixli qəra rı ilə Müsəlman korpusunun adı dəyiş-
dirilə rək Əlahiddə Azə rbaycan korpusu adlandırıldı və elə hə min gün Höku mətin qəbul etdiy i digər qərarla Azə rbaycan
korpusu komandanı yanında diviziya rəisi hüququnda xüsusi tapşırıqlar üzrə general vəzifəsi təsis olundu.
1918 il iyunun 4-də Batu mda Azərbaycan Xa lq Cü mhuriyyəti ilə Türkiyə arasında bağlanmış dostluq və əmək-
daşlıq haqqında müqaviləyə uyğun olaraq həmin il iyulun əvvəllərində A zərbaycan korpusu 5-ci Qafqaz və 15-ci Çanaqqala
diviziya ları ilə birləşərək, Nuru paşanın ko mandanlığı altında Qafqaz İslam Ordusu yaradıldı. Qafqa z İsla m Ordusunun
Kürdəmirdən başlayan mü zəffər yürüşü 1918 il sentyabrın 15-də Bakın ın azad edilməsi ilə başa çatdı. Mudros barışığına
(1918) əsasən, həmin il oktyabrın sonlarından türk ordusu Azərbaycanı tərk et məyə başladı. Be lə bir şəraitdə 1918 il
noyabrın 1-də Azərbaycan Xalq Cü mhuriyyəti Höku məti hərbi nazirlik təşkil etmək haqqında qərar qəbul etdi, hərb i nazir
vəzifəsi Na zirlər Şurasının sədri F.x.Xoyskiyə həvalə olundu, müavini və zifəsinə isə artilleriya generalı Sə məd bəy
Mehmandarov təyin olundu. S.Mehmandarov noyabrın 7-də verdiyi ə mrlə öz və zifələ rin in icrasına başladığını bildirdi.
Ümu mi qərargahın rəisi vəzifəsi isə polkovnik Həbib bəy Səlimova tapşırıldı. 1918 il dekabrın 13-də general-leytenant
Əlağa Şıxlinski hərbi nazirliyin təşkili haqqında layihə ilə S.Meh mandarova müraciət etdi.
Mudros barışığına (1918) görə, türk ordusu Azərbaycanı tərk etdikdən sonra 1918 il noyabrın 17-də Bakı general-
mayor U.To mson başda olmaq la, ingilis hərbi qüvvələrinin nəza rətinə keçdi və o, özünü Bakının general-qubernatoru elan
etdi. To msonun tələbi ilə Azə rbaycan hərbi h issələri şəhərdən çıxarıld ı. Hə rbi Na zirliyin idarə aparatı Gəncə şəhərində
fəaliyyət göstərdi (1918, noyabr -1919, apre l).
1918 ilin dekabrında Azərbaycan Xalq Cü mhuriyyətinin Parlamenti fəaliyyətə başladıqdan sonra Höku mətin 25
dekabr tarixli qərarı ilə hərb i na zir vəzifəsini general S.Meh mandarov tutdu. Dekabrın 29-da general-leytenant Ə.Şıxlinski
onun müavini təyin o lundu. 1919 il yanvarın 10-dan hərbi nazirin yanında yüksək rütbəli hərbi xadimlərdən ibarət Hərb i
Şura yaradıld ı. 1919 il fevralın 25-də A zərbaycan Xalq Cü mhuriyyətinin Parlamenti Hərb i Nazirliy in ştatı barədə nazir
S.Meh mandarovun məru zəsini mü za kirə etdikdən sonra Hərbi Na zirliyin ştat cədvəlinin təsdiq olunması haqqında qanun
qəbul edildi. Qanuna əsasən, Hərbi Na zirliyin strukturuna dəftərxana, Baş qərargah, Baş qəra rgahın idarəsi, Bakı müdafiə
rayonunun idarəsi, Baş artilleriya, mühəndis-ləvazimat, hərb i-sanitar və hərbi məhkə mə idarələ ri da xil idi. 1919 ilin
martında isə general
leytenant Məmməd bəy Su lkev iç Baş qərargahın baş idarəsinin rə isi təyin olundu.
454
Azərbaycan Xalq Cü mhuriyyətinin 1919 il aprelin 14-də və de kabrın 24-də Nəsib bəy Yusifbəyli tərəfindən təşkil
olunmuş 4-cü və 5-ci Höku mət kab inələrində də hərb i nazir vəzifəsini S.Meh mandarov tutmuşdur. Bu müddətdə onun
müavin i Ə.Şıxlinski olmuşdur. Hərb i Nazirliyin əsas vəzifəsi vətənin ərazi bütövlüyünün təmin edilməsindən ötrü lazım
olan ordu quru mların ı yaratmaq idi. Bu vəzifənin yerinə yetirilməsində hərbi nazirlik böyük çətinliklərlə ü zləşdi. Nazirlik
yaradılarkən ordu üçün geyim, ayaqqabı, hərbi sursat, zabitlər, hətta unter zabitlər və əsgerlər belə yo x idi. Əhali ö z uşaqların ı
orduya vermək istə mirdi.
Gö rkəmli generallar S.Meh mandarov, Ə.Şıxlinski, M.Sulkeviç və başqaları Azərbaycan Xalq Cü mhuriyyəti
ordusunu forma laşdırmaq, təlimat landırmaq, ça r Rusiyası dövründə uzun müddət hərbi işdən uzaqlaşdırılmış
azərbaycanlılara hərb sənətinin sirlə rin i aşıla maq sahəsində gərgin iş aparırdılar. 1919 il avqustun axırlarında B.Britaniya
hərbi qüvvələri A zərbaycanı tərk etdikdən sonra Na zirlik ölkənin müdafiəsini möhkə mləndirmək üçün ciddi tədbirlə r gördü.
Bu dövrdə Ermənistan Respublikası A zərbaycana qarşı açıq təcavüzə başladı. Ermənistanın nizami ordu hissələri və daşnak
quldur dəstələri Azərbaycanın Zəngəzur, Na xç ıvan və Qarabağ bölgələ rinə basqınlar ed ird i. Kəndlə ri dağıdır, türk-
müsəlman əhalisinə qarşı soyqırımları törədir, onları ö z ata-baba yurdlarından qovurdular. Ermənilər bu hərəkətlərini bütün
1919 il boyu və 1920 ilin əvvəllərində davam etdird ilər. Dağ lıq Qa rabağ ermənilə ri 1920 il ma rtın 22-də Novruz bayra mı
gecəsi Xankəndindəki Azə rbaycan ordusu qarnizonu üzərinə xa incəsinə basqın etdilər. Bundan istifadə edən ermən ilə r
bütün Dağlıq Qarabağ ərazisində qiyam qald ırdılar. 1920 il aprelin 27-də Sovet Rusiyası orduları Azərbaycan sərhədlərin i
keçərək, Bakın ı işğal etdiyi
455
vaxt A zərbaycan ordusunun əsas qüvvələri Dağlıq Qarabağda ermənilərin qiya mını yatırt maqla məşğul id i.
Əd.:
Aзepбaйджанская Демократическая Pecnублика (1918-1920), Армия (документы и материалы), Б., 1998;
Aзepбaйджанская Демократиская Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998; Aдpec-календары
Aзepбaйджанской Pecnублики нa 1920 r., B., 1920; Süleymanov M., Azərbaycan ordusu (1918-1920), B., 1998; yenə onun,
M ehmandarov, B., 2000.
HƏRBĠ NAZĠRLĠYĠN ġTATI HAQQINDA QANUN- Hərb i Nazirliy in ilkin struktur heyətinin - ştatının təsdiq
edilməsi barədə Azərbaycan Xalq Cümhuriyyəti Parla mentinin 1919 il 25 fevra l tarixli qanunu. Qanunla Hərbi Nazirlik
sistemində olan 38 struktur bölməsinin ştat vahidləri təsdiq edilmişdi. Bunlar, əsasən, hərbi nazirliyin idarə və
xid mət lərini, onla rın tabeliy ində olan xid mətlə ri, p iyada, süvari və topçu hissə və bölmələrin i, tə minat-təchizat anbarlarını,
tibb obyektlərin i əhatə edirdi.
Qanun layihəsi Parla mentə Qara bəy Qa rabəyov tərəfindən təqdim olunmuşdu. Hərbi nazir Sə məd bəy Mehman-
darovun proqram xa ra kterli ç ıxışında zabit lərin məvaciblə rin in la zımi səviyyədə saxlanılmasının vacib liy i əsas-
landırılmış, türk hərb i qüvvələrin in Azərbaycanı tərk etməsindən sonra hərbi hissələrdə yaranmış mürəkkəb vəziyyət və
onun aradan qaldırılması yollarına, çağırış işinin təşkilinə, ordunun təminat-təchizat məsələlərinə, qarşıda duran digər
vəzifələ rə də to xunulmuşdu. Cü mhuriyyət Parla menti və Dövlət Müdafiə Ko mitəsi sonralar yarad ılan b ir sıra hərbi
strukturların da ştatını təsdiq etmişdi.
HƏRBĠ NAZĠRLĠYĠN YARADILMASI HAQQINDA QƏRAR, A z ə r b a y c a n X a l q C ü m h u r i y y -
ə t i H ö k u m ə t i H ə r b i N a z i r l iy in in y a r a d ı l m a s ı h a q q ı n d a q ə r a r - A zərbaycan Xalq Cü mhuriyyəti
Nazirlə r Şurasının 1918 il 1 noyabr tarixli qəra rı. Qə rara əsasən, hərbi nazir və zifəsi Na zirlər Şurasın ın sədrinə həvalə
olunmuşdu. Səməd bəy Mehmandarov hərbi nazirin müavini təyin edilmiş və nazirliyin forma laşdırılması ona tapşırılmışdı.
HƏRBĠ ORDENLƏRĠN, MĠLLĠ HĠMNĠN, GERBĠN VƏ MÖHÜR ÜN HAZIRLANMAS I HAQQINDA
QƏRAR, A z ə r b a y c a n X a l q C ü m h u r i y y ə t i h ə r b i o r d e n l ə r i, m i l l i h i m n i, g e r b i v ə m ö h ü-
r ü n ü n h a z ı r l a n m a s ı h a q q ı n d a q ə r a r - A zərbaycan Xa lq Cü mhuriyyəti Höku mətin in 1920 il 30 yanvar
tarixli qərarı. İki bənddən ibarət idi. Birinci bənddə ordenlərin eskizlə ri üçün müsabiqə elan olunması hərbi na zirə, ikinci
bənddə isə milli himn in, dövlət gerbinin və möhürünün layihə ləri üçün müsabiqə e lan edilməsi maarif na zirinə
tapşırılmışdı.
HƏRBĠ RÜTBƏLƏR - A zərbaycan Xalq Cü mhuriyyəti dövründə xid məti vəzifəsinə, hərb i və ixtisas hazırlı-
ğına, xid mət müddətinə, xid mət dövründə əldə etdiyi nəticələrə və qoşun növlərinə görə hərbi qulluqçulara fərdi qaydada
verilən rütbələr. Hə rbi rütbələr hərbi qulluqçuların dərəcəsini, onlar arasındakı münasibətləri, xid mət müddətini
müəyyənləşdirir, maddi və maliyyə hüquqlarını təmin edir, tənzimləy ird i. Azərbaycan Xalq Cü mhuriyyəti ordusunda çar
Rusiyasmda qüvvədə olmuş hərbi rütbələr tətbiq edilir və qoşun növlərinə görə fərqlən ird i. Piyada qoşunlarında
praporşik, podporuçik, poruçik, ştabs -kapitan, kap itan, podpolkovnik, polkovnik, general-mayor, general-leytenant,
general (tam general), süvari qoşunlarında is ə praporşik, kornet, poruçik, ştabs-rotmistr, rotmistr, podpolkovnik,
polkovnik, general-mayor, general-leytenant, general (tam general) rütbələri işlədilird i.
İlkin zab it rütbəsi olan praporşik rütbəsi hərbi nazirin əmri ilə verilirdi. Bunun üçün hərbi qulluqçular müvafiq
təhsil bazasına malik olma lı idilər. Digər hərbi rütbələr hərbi nazirin təqdimatı əsasında Nazirlər Şurasının qərarı ilə verilirdi.
Hərbi qu lluqçuların istifadə etdiyi poqonlar və onların üzə rindəki fə rqlən mə n işanları çar Rusiyası ordusunun
poqonlarındakı kimi id i. Lakin Rusiya poqonlarından fərq li olaraq A zərbaycan Xalq Cü mhuriyyəti poqonlarının ü zə-
rində "Azərbaycan" sözü yazılırdı.
HƏRBĠ ġ URA - A zərbaycan Xalq Cümhuriyyəti Hərbi nazirliy inin nəzdində ko lleg ial orqan. Hərbi
qanunvericilik və hərbi idarəet mə sahəsində mühüm məsələ ləri mü za kirə edir və müvafiq qəra rla r ç ıxa rırdı. Əsası 1919 il
yanvarın 10-da qoyulmuşdu. Hərb i şuranın əsasnaməsi və daimi tərkibi təsdiq edilənədək Müvəqqəti Hərbi Şura (MHŞ)
yaradılmışdı. Hərbi na zir və onun müavini, piyada və süvari diviziyala rın ın ko mandirlə ri, Ümu mi qərargahın rəisi, topçu,
ləvazimat və istehka mçı idarələ rin in rə isləri, general-kvart irmeyster, növbətçi general və tapşırıq genera lı MHŞ-n ın
üzvləri idilər. MHŞ-nın iclaslarına hərbi nazir və ya onun müavini sədrlik ed irdi.
Hərbi şuranın əsasnaməsi işlən ib hazırlandıqdan sonra 1920 ilin əvvəlində şuranın daimi tərkibi təsdiq edild i.
Hərbi na zir Sə məd bəy Meh mandarovun əmri ilə iki hərbi şura yaradıldı: Böyük hərbi şura (BHŞ) və Kiç ik hərbi şura
(KHŞ). Təcili həllini tələb edən məsələlərə KHŞ-da baxılırd ı. Tərkibinə hərbi nazirin müavini, Ümu mi qərargahın, Baş
ərkani-hərbin və Bakı İstehkamçılar hissəsinin rəisləri daxil idi. Hərbi nazirin rəhbərlik etdiyi BHŞ-ya isə Ümu mi
qərargahın, Baş ərkani-hərb in, Ba kı istehkamç ılar hiss əsinin rəisləri, qərargahla rı Bakıda yerləşən piyada və süvari
diviziyalarının ko mandirləri, topçu, istehkam və ləvazimat idarələrin in rəisləri, hərbi-ədliyyə, hərbi-tibb və hərbi-baytar
idarələ rin in rə isləri da xil idi. BHŞ-nın işində dövlət nəzarət orqanının nümayəndəsi də iştira k edird i. Hərb i şuranın
qərarları hərbi na zirin imzası ilə qüvvəyə minirdi.
HƏRBĠ-TĠBB ĠDARƏS Ġ - A zərbaycan Xalq Cü mhuriyyəti ordusunun qoşun hissələrində tibb xid mətin in təş-
kilinə rəhbərlik edən orqan. Əsası 1918 il noyabrın 15-də qoyulmuş və əvvəlcə şöbə kimi Ümu mi qərargahın tərkibində
fəaliyyətə başlamışdı. A zərbaycanda tibbin kifayət qədər in kişaf et mədiyi bir va xtda hərbi-tibb idarəsinin fəa liyyəti hərbi
nazirin ciddi nəza rətində olmuşdur. Na zir Sə məd bəy Mehmandarovun müvafiq ə mri ilə həkim A.Sula kov 1918 il
noyabrın 27-də hərbi-tibb şöbəsinin rəisi təyin ed ild i. Həmin tarixdə daha 15 nəfər tibb işçisi orduya qəbul edilərək,
mü xtəlif qoşun hissələrinə təyinat ald ılar.
Qoşunlarda tibb xid mətinə olan ehtiyacın aradan qaldırılması üçün S.Mehmandarovun əmri ilə 1918 il dekabrın
14-də Gəncə Praporşiklər mək təbində 10 nəfə rlik qəbul otağı, dekabrın 15-də Hac ıqabulda yerləşən 2-ci Bakı alayında 60
456
nəfərlik əsgər xəstəxanası, 1919 il yanvarın 1 -də 1-ci Cavanşir
piyada alayında 60 nəfərlik əsgər xəstəxanası, 2-ci Qarabağ
süvari alayında 20 nəfərlik müay inə otağı, 1919 il fevralın 4-
də isə Əlahiddə Zaqatala taborunun 20 nəfərlik əsgər
xəstəxanası fəaliyyətə başladı. Ba kı, Gəncə və Xankəndidə
hərbi xəstə xanalar təşkil edildi. Gəncə hərb i xəstəxanası
nəzdində bölük feldşer kö məkç iləri ha zırlayan 4 ay lıq kurslar
yaradıldı.
1919 ilin payızından isə hərbi nazirin ə mrilə Şuşa
feldşer məktəbi fəaliyyətə başladı. Hərb i h issələrdə, xüsusən
Qarabağ bölgəsində yerləşən qoşun hissələrinin şəxsi heyəti
arasında yayılan yoluxucu xəstəliklərin qarşısının alın masında
məsuliyyətsizlik göstərdiyi üçün idarən in rəisi Su lakov
vəzifəsindən azad edild i və onun yerinə həkim Qabayev təyin
edildi.
Hərbi nazirin ə mri ilə 1919 il iyulun 19-da həkim
Bahadur bəy Qayıbov strukturun rəhbəri təyin olundu. Onun
rəhbərliy i ilə 1919 il noyabrın 5-də Şuşada 5 nəfər zab it və
100 nəfər əsgər üçün nəzərdə tutulmuş 105 nəfərlik əsgər
xəstəxanası, 1920 il yanvarın 1-də Bakı şəhərində 5-c i Ba kı
piyada alayının əsgər xəstəxanası, 1920 il yanvarın 13-də
Xankəndidə 2-ci Qarabağ süvari alayın ın 30 nəfərlik müayinə
otağı, 1920 il fevralın 1-də Xankəndidə 1-ci Cavanşir piyada
alayının 30 nəfərlik müay inə otağı açılmışdı. Hərbi nazirin
əmri ilə 1919 il oktyabrın 20-də hərbi-tibb idarəsinin və yerli
la zaretlə rin strukturu genişləndirildi. 1920 ilin ma rtında bu
qurum təchizat idarəsinin tərkib inə da xil edildi.
Əd
.: Süleymanov M ., Azərbaycan ordusu (1918-1920), B., 1998.
HƏRBĠ VƏZĠYYƏT ELAN OLUNMAS I HAQQINDA QƏRAR - yenicə elan olunmuş istiqlalın təhlükə
qarşısında qaldığı şəraitdə Azərbaycan Xalq Cü mhuriyyəti Höku mətin in əl atmağa məcbur olduğu fövqəladə tədbir.
Bütün ölkə ərazisində fövqəladə vəziyyət elan olun ması barədə qərar Cü mhuriyyət Höku məti tərəfindən 1918 il iyunun
19-da qəbul ed ilmişdi. Buna s əbəb Azərbaycanın yenicə e lan ed ilmiş dövlət müstəqilliyin in təhlükəyə məru z qalması idi.
Be lə ki, S.Şau myanın başçılığı ilə Bakıda hakimiyyəti ələ keçirmiş Bak ı Xalq Komissarları Sovetinin tabeliyində olan 18
min nəfərlik daşnaklardan ibarət olan 1-ci Qafqaz Qırmızı korpusunun 1918 il iyunun 10-dan Gəncəyə doğru yürüşə
başlaması bu təhlükəni reallaşdıra bilərdi. Qardaşlıq kö məyinə gələn türk hərbi h issələrinin hələ bütünlüklə Azərbaycana
gəlib çat mad ığı bir va xtda, Qafqa z Qırmızı korpusunun qarşısını gürcü knyazı polkovnik Maqalovun rəhbərliyi a ltında
Müsəlman və Gürcü korpuslarının məhdud heyətdə olan birgə qüvvələri kəsirdi. Qafqaz Qırmızı korpusunun hissələri
özlərin in say üstünlüyündən istifadə edərək, iyunun 11-də Sığ ırlını, iyunun 12-də isə Kürdəmiri işğal etdi. Qırmızı
korpusun digər bir qolu isə Ba kı-Şa ma xı yolu boyunca Qara məryə mə qədər irə lilə mişdi. İyunun 16-da baş vermiş
Qara mə ryə m döyüşündə azərbaycanlı, gürcü və dağıstanlılardan ibarət müdafiə dəstəsi də məğ lub oldu. Qırmızı korpus
sürətli hücumunu davam etdirərək, Yev laxda Kür çayı üzərindəki körpünü ələ keçirməyə can atır və bununla Qafqaz İslam
Ordusu qüvvələrinin şərqə doğru irəlilə məsinin qarşısını kəsmə k istəyirdi. Odur ki, Qa fqaz İsla m Ordusunun tərkib inə
qatılmış 5-ci Qafqaz firqəsinin 10-cu Qafqaz piyada alay ı Gəncəyə yetişən kimi dərhal Qaraməryəmə göndərildi. İyunun
18-də bu alay ın Qırmızı korpusa müqavimət i də uğursuzluqla nəticələndi. Qırmızı korpusun bu uğuru Azərbaycan
ərazisində hərbi-siyasi şəraiti daha da ağırlaşdırd ı. Dövlətin bütün gücünü Qırmızı korpusun təcavüzünün qarşısının
alın masına səfərbər etmək üçün Azərbaycan Xalq Cü mhuriyyəti Höku məti 1918 il iyunun 19-da bütün ölkə ərazisində
hərbi vəziyyət elan olunması barədə qərar qəbul etməyə məcbur oldu. Hərb i vəziyyətın elan olunması ilə ə laqədar olaraq
iyunun 23-də Hərb dövrü üçün qanunların tətbiqi haqqında qərar qəbul edild i.
Azərbaycan Xalq Cü mhuriyyəti Höku mət i fövqəladə vəziyyət şəraitində dövlətin bütün potensialını səfərbərliyə
alaraq, ö lkən in müstəqilliyi üçün yaranmış real təhlükəni aradan qaldıra bildi. İyunun sonlarında Azərbaycan-Türkiyə
birləşmiş qoşunlarından ibarət Qafqa z İsla m Ordusu Göyçay və Qa ra məryə m ətrafında bolşevik-daşnak hərbi
birləşmə lərini ağır məğlubiyyətə uğratdı. Bu qə ləbə Ba kının bolşevik-daşnak işğalından azad o lun ması və Cü mhuriyyət
hakimiyyətinin bütün ölkə əra zisində bərqərar ed ilməsi uğrunda aparılan müharibədə dönüş nöqtəsi oldu.
Dostları ilə paylaş: |