yaxınlaşması sadəcə olaraq ABŞ-a qarşı olan bir siyasətdir.
Bu yaxınlaşma İranın Cənubi Amerika üzrə köklü
təsirlərinə gətirib çıxara bilməz). Bu baxımdan super güc
mərkəzləri hesab edilə bilməzlər. Eləcə də Hindistan və
Pakistan nüvə dövlətləri olsalar da, super güc mərkəzlərinə
malik bir çox xüsusiyyətləri özlərində cəmləşdirsələr də, təsir
etmə imkanları regional xarakter daşıyır. Hindistan və Pakistan
ABŞ, Çin və Rusiya qədər dünya siyasətinə təsir edə bilmirlər.
Dövlətlərin güclərinə görə təsnif olunmalarında kriteriyalar
mütləq olmaqla bərabər, həm də dəyişkən və nisbi əsaslara
malikdir.
252
Regional güc mərkəzləri də öz güclərinə görə böyük və
orta xüsusiyyətlərə malik olur. Məsələn, Rusiya və Çin
Avrasiya materikinin böyük regional güc mərkəzləri olaraq,
Türkiyə və İrana nisbətən Mərkəzi Asiya regionuna daha çox
təsiretmə imkanlarına malikdirlər. Eynilə Cənubi Qafqaza
təsiretmə səviyyəsinə görə Rusiyanı Türkiyə və İranla
eyniləşdirmək olmaz. Türkiyə, İran, Pakistan və s. kimi
dövlətlər orta gücə malik regional dövlətlərdir.
Buradan belə bir nəticəyə gəlmək olar ki, super dövlətlərin
özləri də yerləşdikləri regionlarda regional güc mərkəz-
ləridirlər. Məsələn, ABŞ Şimali Amerika regionunun güc
mərkəzidir. Eləcə də dünyanın super dövlətləri (Rusya və Çini
də bir çox komponentlərinə görə regionları birləşdirən və bir
neçə regiona təsir göstərən dövlətlər-super dövlətlər kimi
xarakterizə etmək olar) hesab edilən Rusiya və Çin də Avrasiya
regionunun regional güc mərkəzləridirlər. Güc mərkəzləri olan
dövlətlərin təsiretməsində maddi və təbii sərvət amillər ilə
yanaşı, coğrafi şərait, etnik qrup, din və tarixi amil böyük rol
oynayır. Məsələn, Qafqazda türk mənşəli xalqlar yaşayır. İslam
dini geniş yayılmışdır. Bu amil məhz, Türkiyə və İranın
regiona marağını artırır. Bu amillər həm də bu dövlətlərin
regiona olan maraqlarını formalaşdıran kriteriyalardır. Burada
həm də tarix mühüm rol oynayır. Rusiya, İran və Türkiyə eyni
zamanda, coğrafi mövqelərinə görə tarixən bu ərazilər uğrunda
müharibə aparmışlar.
Regionlar üzrə beynəlxalq münasibətlərin formalaşmasında
regional güc mərkəzlərinin əsas əhəmiyyəti onların birləşdirici
mərkəz olmalarından irəli gəlir. Ümumi səviyyədə beynəlxalq
münasibətlər sisteminin strukturlaşmasında və rəngarəngləş-
məsində çox böyük əhəmiyyət kəsb edir. Strukturlar arasında
əlaqələrin yaranmasında güc mərkəzləri böyük rol oynayırlar.
Güc mərkəzləri beynəlxalq münasibətlərin trayektorik qaydada
şəbəkələşməsində böyük əhəmiyyət kəsb edirlər. Regional güc
mərkəzləri
beynəlxalq
münasibətlər
sistemində
aparıcı
253
subyektlər amilini ortaya çıxarır və münasibətlərin idarə-
olunmasında, siyasətin formalaşmasında əsas təkanverici və
istiqamətverici
obyektləri
və
subyektləri
formalaşdırır.
Regional mərkəzlərin formalaşdırılması və güclü subyektlərin
fəaliyyəti resursların region üzrə paylanması prinsiplərini
ortaya çıxarır və regionlarda tarazlı münasibətlərin formalaş-
masının əsaslarını yaradır. Regionlara nəzarətin əsasları
formalaşdırılır.
Qlobal gücün formalaşması. Super və regional güc
mərkəzləri (dövlətlər) arasında rəqabət
Rəqabətin özünə bir hərəkət məzmunu baxımından təbii
yanaşmaq lazımdır. Rəqabət təbii gerçəkliklərdən meydana
gəlir və maraqların formalaşmasına xidmət edir. Rəqabət həm
də oxşar, eyni məqsədləri bir və ya da bir neçə obyekt üzrə
birləşdirir. Rəqabətin müsbət tərəfləri tərəflərin məsuliyyət-
lərinin yaranması ilə də əlaqəlidir. Rəqabətin mənfi tərəfləri də
müəyyən münaqişələrin, böhran və müharibələrin meydana
gəlməsindən ibarətdir. Rəqabət müəyyən xətlərdə üstünlüyə
sahib olmaq siyasətidir. Rəqabət siyasəti sayəsində dövlətlər öz
resurslarını zənginləşdirməyə can atırlar və resurslar hesabına
da öz üstünlüklərini saxlamaq siyasətini reallaşdırırlar. Rəqabət
siyasətinin reallaşmasında ortaya çıxan amillər həm də
dövlətlərin qruplaşmasını zəruri edir. Rəqabət digər tərəfdən
çəkindirmə və balans yaratma siyasətinin də formalaşmasının
əsaslarını meydana gətirir. Çünki güc mərkəzləri arasında olan
rəqabət müdafiə siyasətinin də formalaşmasının əsaslarını
təşkil edir. Rəqabət beynəlxalq aləmdə çəkindirmə və
tarazlaşdırma vəziyyətinin ortaya çıxmasını da şərtləndirir.
Müasir zamanda dövlətlər arasında əməkdaşlıq siyasəti
həyata keçirilir. Bununla yanaşı, dövlətlər daha sürətlə inkişaf
etmək məqsədilə öz aralarında rəqabətə də girirlər. Rəqabət
iqtisadi sahələrdən tutmuş hərbi sahələrə qədər olan resursları
254
əhatə edir. Rəqabət siyasəti hal-hazırda güc mərkəzləri hesab
edilən dövlətlər arasında daha qabarıq şəkildə büruzə verir.
Məsələn, Suriyada kənar mərkəzlər kimi-Qərbin, eləcə də
Rusiyanın, regional mərkəzlər kimi isə Türkiyə və İranın,
həmçinin ərəb dünyasının maraqları kəsişir və bundan da
qovuşmalar və toqquşmalar meydana gəlir. Belə ki, geostrateji
rəqabət fonu üzrə belə qəbul etmək olar ki, Suriyada Qərb və
Rusiyanın maraqları daha da geniş aspektlərdə toqquşur.
Ruisya Bəşər Əsəd hakimiyyətini dəstəkləyir və onun şəxsində
öz tarixi müttəfiqi olan Suriyanı əldən vermək istəmir. Qərb isə
əksinə siyasət həyata keçirir. NATO-nun Türkiyə ərazisində
yerləşdirmiş olduğu “Patriot” tipli zenit-raket komplekslərinə
alternativ olaraq, Rusiya-Suriya hərbi əməkdaşlığı çərçi-
vəsində, belə demək mümkünsə, Rusiya burada “S-300”
adlanan zenit-raket komplekslərini yerləşdirməyə başlamışdır.
Böyük dövlətlərin böyük potensialları onların rəqabət
siyasətlərini böyüdən faktorlar rolunda çıxş edir. Rəqabət
siyasəti məkanlar və obyektlər (mövcud resurslar) üzrə
dərəcələnir. Regional və qlobal məkanlar üzrə dövlətlər
arasındakı rəqabəti şərtləndirən aşağıdakı amilləri qeyd etmək
olar:
-dövlətlərin daha çox maddi və təbii sərvətlər əldə etmək
məqsədi-bu obyektlər və vasitələr üzrə həyata keçirilən
siyasətdir;
-dövlətlərin dünyanın təbii sərvətlərinin zəngin olan
əlverişli coğrafi regionlarına siyasi təsir etmək imkanı əldə
etmək məqsədi-bu məkan üzrə həyata keçirilən rəqabət
siyasətidir;
-dövlətlərin kənar təzyiqlərdən qorunmaq siyasəti-bu
qruplaşmağa aparıb çıxarır və ittifaqların, qruplaşmaların
yaradılmasını şərtləndirir. Rəqabət həm də böyük dövlətlər
hesabına kiçik dövlətlərin inkişafını şərtləndirir və zəruri edir.
Hal-hazırda rəqabət siyasəti super və regional güc
mərkəzləri arasında həyata keçirilir. Rəqabət siyasət sahələrinə
255
görə də təsnif olunur. Rəqabət bu baxımdan həm də müəyyən
xarakterləri üzə çıxarır. Bunu aşağıdakı şəkildə qeyd etmək
olar:
1. Super güc mərkəzlərinin siyasi rəqabəti-Burada xüsulə
ABŞ, Rusiya və Çin iştirak edir. Bu rəqabət demək olar
dünyanın əksər bölgələrində həyata keçirilir. ABŞ Şərqi
Avropa, Qara dəniz bölgəsinə, Cənubi Qafqaz regionuna,
Mərkəzi Asiyaya (Qeyd: ABŞ-ın Mərkəzi Asiyada hərbi
iştirakı Çini qane etmir. Bu baxımdan Çin ehtiyat edir ki, ABŞ
tərəfindən gizli yollarla uyğur fəallarına yardımlar göstərilə
bilər ki, bu amil də Çinin region maraqlarına zərbə vura bilər )
1
daha çox təsir imkanı əldə etməyə çalışır. Rusiya isə tamamilə
bu siyasətin əksinə çıxış edir. Rusiya ABŞ-ın bu bölgələrdə
siyasi təsirinin artmasını özünün dövlətçilik maraqlarına zidd
hesab edərək müdafiəedici siyasət həyata keçirir. Rusiya Polşa
və Çexiyada ABŞ-ın nüvə elementlərinin yerləşdirməsini onun
əleyhinə olduğunu iddia edir. Eləcə də Cənubi Qafqaz və
Mərkəzi Asiya bölgəsində dövlətlərin Qərbə inteqrasiyasını
məhdudlaşdırmağa çalışır. Rusiya öz sərhədlərində yerləşən
postsovet dövlətlərinə özünü digər güc mərkəzlərindən müdafiə
edən bir “təhlükəsizlik sahəsi” kimi baxır.
ABŞ-la Çin arasında siyasi rəqabət əsasən Cənubi və
Cənubi Şərqi Asiya regionunda mövcuddur. Cənubi və Cənubi
Şərqi Asiya ölkələrinin iqtisadiyyatına Çin çox güclü təsir edir.
Məsələn, Çin Myanma, Banqladeş, Şrilanka və Pakistana
iqtisadi yardımlar göstərir ki, bu amil də ABŞ-da narazlıq
1
Экономика Китая: его сильнейшее оружие или слабое место? Дэвид
Сноудон, «Бизнес монитор интернешнл», рассуждает о том, как рост
экономической активности Китая неразрывно связан с перспективами
безопасности этой страны.
http://www.nato/int/docu/review/2009/Asia/rise china
geopolitical/RU/index.htm
256
doğurur. Çin “mirvari boyunbağısı” strategiyasını yerinə
yetirir.
1
Qəbul etmək lazımdır ki, ABŞ ümumiyyətlə Çinin iqtisadi
qüdrətinin sürətlə artmasından və bütün dünya iqtisadiyyatına
təsir etməsindən ehtiyatlanır və mövcud və gələcək zaman
baxımından özünün iqtisadi və siyasi maraqlarına zərbə hesab
edir.
Çin ilə Rusiya arasında siyasi rəqabət əsasən Asiya
regionunda mövcuddur. Mərkəzi Asiya dövlətlərinə Çinin təsiri
Rusiyanı narahat edir. Çinin iqtisadi qüdrətinin artması,
əhalisinin çoxluğu əsasən Rusiyanın sərhədləri üçün təhlükəli
ola bilər. Çinin Avrasiya üzrə əhali ekspansiyası siyasəti
mövcuddur.
2. Super güc mərkəzləri ilə regional güc mərkəzləri
arasında siyasi rəqabət-Rusiya ilə Türkiyə arasında siyasi
rəqabət Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya region-
larında həyata keçirilir. Rusiya Türkiyənin təbii sərvətlərlə
zəngin olan bu bölgələrə nüfuz etməsindən narahat olur.
Türkdilli dövlətlərin Türkiyə ilə yüksək səviyyədə əmək-
daşlığını Rusiya öz dövlətçiliyi üçün təhlükə hesab edir. Bu
baxımdan da Türkiyəni Qərbyönümlü siyasət reallaşdırmaqdan
çəkindirməyə çalışır. Rusiya Türkiyəni Avrasiya geosiyasətinin
aparıcı güc mərkəzlərindən biri kimi qəbul edir.
Avropanın regional güc mərkəzləri (Almaniya, Fransa və
Böyük Britaniya) ilə Rusiya arasında siyasi rəqabət əsasən
Şimali və Şərqi Avropada, Balkanlarda mövcuddur. Rusiya
Şərqi Avropanın postsovet məkanının qərbə inteqrasiyasından
narahatlıq hissi keçirir. Bu ərazilərdə mövcud olan iqtisadi
1
Экономика Китая: его сильнейшее оружие или слабое место? Дэвид
Сноудон, «Бизнес монитор интернешнл», рассуждает о том, как рост
экономической активности Китая неразрывно связан с перспективами
безопасности этой страны.
http://www.nato/int/docu/review/2009/Asia/rise china
geopolitical/RU/index.htm
257
bazarı tamamilə itirməkdən ehtiyatlanır. Həm də bu ərazilərdə
slavyan mənşəli xalqların onunla münasibətlərinin korlan-
masını qəbul etmir.
Çinlə Hindistan arasında rəqabər əsasən Asiya regionunda,
xüsusilə Cənub Şərqi Asiya regionunda mövcuddur. Hindistan
cənub Asiya hegemonu olmaq iddiasından əl çəkmir.
ABŞ-la İran arasında rəqabət əsasən Fars körfəzi
regionunda və Cənubi Qafqazda həyata keçirilir. ABŞ İranın
Fars körfəzi və Xəzər bölgəsində nüfuz əldə etməsini özünün
bu regionlara aid maraqlarına təhlükə hesab edir.
3. Regional güc mərkəzləri arasında rəqabət- Bu demək
olar ki, bir regionda yerləşən iki və daha çox güc mərkəzləri
arasında həyata keçir. Türkiyə ilə İran arasında rəqabət əsasən
Yaxın Şərq bölgəsində və Xəzər regionunda mövcuddur. Hər
iki dövlət təsir imkanlarını artırmaq məqsədilə iqtisadi rəqabətə
girirlər.
Hindistanla Pakistan arasında rəqabət daha çox Asiya
bölgəsində meydana gəlir.
Güc mərkəzləri arasında rəqabət öz xüsusiyyətinə görə
iqtisadi, iqtisadi-siyasi və tamamilə siyasi mahiyyət kəsb
edir. Bu da güc mərkəzləri arasındakı münasibətlərin
səviyyəsindən asılıdır. Məsələn, Türkiyə ilə İran arasında
rəqabət daha çox iqtisadi və iqtisadi-siyasi xarakterə malikdir.
ABŞ-la Rusiya arasındakı rəqabət iqtisadi xarakterə malik
olsada da, daha çox siyasi xarakter kəsb edir. ABŞ-la İran
arsındakı rəqabət də daha çox siyasi əhəmiyyətə malikdir.
Almaniya ilə Fransa arasındakı rəqabət isə daha çox iqtisadi
məzmuna malikdir. Çinlə ABŞ arasında rəqabət siyasi
xarakterə malik olsa da, Rusiya ilə Çin arasında rəqabət
iqtisadi-siyasi xarakterə malikdir. Eləcə də Çinlə Yaponiya
arasında rəqabət də daha çox siyasi əhəmiyyət kəsb edir. Burda
hətta ərazilər də (adalar) rəqabətin və mübahisənin predmetinə
çevrilir.
258
Güc mərkəzlərinin formalaşmasında böyük dövlətlərin
maraqlarının regionlar üzrə yayılması prinsipləri mühüm
əhəmiyyət kəsb edir. Böyük dövlətlər ilk növbədə öz sərhədləri
kənarlarında yerləşən qonşu dövlətlərə böyük önəm verirlər.
Burada iqtisadi metodlar, xüsusilə sərmayə qoyuluşları və
kreditlər, eləcə də iqtisadi güzəştlər və maliyyə yardımları
böyük rol oyanyır. Məsələn, Çin zon zamanlarda Mərkəzi
Asiya regionuna və Cənubi Asiya regionlarına böyük maraq
göstərir. Məsələn, Çin Qazaxıstan və Türkmənistana neft, qaz,
hətta uran sənayesi sahəsində nəhəng sərmayələr üçün kreditlər
verib. Bu, sadəcə olaraq Çinin daxili ehtiyaclarını ödəmək üçün
qanedici deyil, həm də region dövlətləri ilə Pekin arasında
əlaqələri
təşkil
etmək
məqsədi
daşıyır.
Məsələn,
Türkmənistanın Cənubi Yolotanda çox nəhəng bir qaz yata-
ğının mənimsənilməsi məqsədilə Çin tərəfindən dörd milyard
ABŞ dolları məbləğində kreditlərin verilməsi ilə 2009-cu ilin
dekabr ayında 2000 kilometr uzunluğunda olan Mərkəzi
Asiya-Çin qaz kəmərinin istifadəyə verilməsi eyni ana təsadüf
etdi. Bu qaz kəməri (birinci kəmər) ilə ildə 13 milyard kubmetr
qazın Çinə ötürülməsi nəzərdə tutulmuşdu.
1
2012-2014-c illərdə isə ikinci qaz kəmərinin açılışı nəzərdə
tutulmuşdur. Bu kəmərlə Özbəkistan və Qazaxıstanda da qazın
ixracı nəzərdə tutulur. Bununla da ümumi həcmin 40 milyard
kubmetrə çatacağı gözlənilir.
2
Çin Qazaxıstanda baş vermiş bank böhranı zamanı bu
ölkəyə 10 milyard ABŞ dolları məbləğində kredit vermişdir.
1
Экономика Китая: его сильнейшее оружие или слабое место? Дэвид
Сноудон, «Бизнес монитор интернешнл», рассуждает о том, как рост
экономической активности Китая неразрывно связан с перспективами
безопасности этой страны.
http://www.nato/int/docu/review/2009/Asia/rise china
geopolitical/RU/index.htm
2
Həmin məqalə.
259
2010-cu ilin məlumatına əsasən, Çin Yunanıstana yardım
göstərməkdə maraqlı olmuşdur.
3
Avropa İttifaqının genişlənməsi də regionda qlobal gücün
formalaşmasına xidmət edir. Bu gün artıq Avropa İttifaqının 28
üzv dövləti vardır. Xorvatiya da 2013-cü ilin iyul ayından bu
qurumun üzvünə çevrilibdir. Avropanın aparıcı dövlətləri öz
ətraflarına dövlətləri cəmləşdirməklə ümumilikdə İttifaqın
gücünü artırırlar və bununla da özlərini gücləndirmiş olurlar.
Məsələn, Almaniya məhsullarının 70 faizi Avropa İttifaqı
ölkələrinə ixrac olunur.
1
Gücü zəif olan dövlətlər (məsələn,
Macarıstan) Avropa İttifaqının potensialından istifadə edirlər.
(Qeyd: 2008-ci ilin məlum dünya iqtisadi böhranından sonra
Avropa İttifaqında iqtisadi geriləmələr yaşanmaqdadır. Bu
baxımdan Avrokomissiyanın hesablamalarına əsasən, Avropa
İttifaqında və avrozonada iqtisadi artım yalnız 2014-cü ildə
bərpa oluna biləcəkdir. Bu zaman artım 1,2-1,4 faizə qədər
yüksələ biləcəkdir. 2013-cü ildə resessiya Avropa İttifaqında
davam edəcəkdir və Avropa İttifaqının 27 ölkəsində 0,1 faiz
geriləmə, 17 avrozona ölkəsində isə 0,4 faiz geriləmə müşahidə
olunacaqdır).
2
Dünya iqtisadi böhranından az əziyyət çəkən dövlətlərdən
biri isə Rusiya oldu. Rusiya onun nəticələrindən daha tez bərpa
olunmaq imkanlarına malikdir. Belə ki, Avrokomissiyanın
iqtisadi proqnozlarına görə, 2013-cü ildə Rusiya iqtisadiyyatı
3
Экономика Китая: его сильнейшее оружие или слабое место? Дэвид
Сноудон, «Бизнес монитор интернешнл», рассуждает о том, как рост
экономической активности Китая неразрывно связан с перспективами
безопасности этой страны.
http://www.nato/int/docu/review/2009/Asia/rise china
geopolitical/RU/index.htm.
1
İ. Çeller. Avropa İttifaqı Parlamentində Almaniyanı təmsil edən deputat.
«МИР» telekanalı MTRK, 31 may, 21ºº-22ºº
2
Роман Маркелов. Еврокомиссия предсказала рост экономики РФ на
3,3 процента в 2013 году. http://www.rg.ru/2013/05/03prognoz-site-
anons.html
260
3,3 faiz, 2014-cü ildə isə 3,8 faiz artacaq. Avropa İttifaqı
ölkələrində isə ressesiya bütün 2013-cü il üçün davam edəcək.
Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə isə,
2013-cü ildə Rusiyada Ümumdaxili məhsul 2,4 faiz, 2014-cü
ildə isə 3,7 fazi artacaq. Avrokomissiyanın məlumatına görə,
2013-cü ildə Rusiyada işsizlərin sayı 6,2 faiz təşkil edəcək,
2014-cü ildə isə bu rəqəm 6.1 faiz olacaqdır.
3
Rəqabətdə təsir etmə və təzyiq vasitələri
Güc mərkəzləri hesab edilən dövlətlər qarşılıqlı olaraq
(birbaşa-iki dövlətin bir-birinə təzyiq göstərməsi) və ya
dünyanın maraq kəsb edilən regionları üzrə (dolayısı ilə-
maraqlarının mövcud olduqları başqa dövlətlərdə) rəqabətə
girərkən təzyiq vasitəsi olaraq müxtəlif vasitələrdən istifadə
edirlər. Bu vasitələrə əl atmaqla biri digərinin və ya
digərlərinin təsir imkanlarını məhdudlaşdırmağa və özünün
üstünlük əldə etməsinə çalışır. Rəqabət zamanı aşğıdakı təsir
vasitələrindən istifadə edilir:
1. İqtisadi təzyiq vasitəsi – İqtisadiyyatı güclü olan dövlət
başqa bir dövlətin iqtisadi imkanlarının zəifliyindən istifadə
edərək ona iqtisadi təsir göstərərək özündən asılı etməyə
çalışır. (Birbaşa təzyiq). Bu məqsədlə iqtisadi sahələrə
sərmayə qoyuluşundan, kredit ayırmalarından və s. istifadə
olunur. Məsələn, Rusiyada iqtisadiyyat ABŞ və digər inkişaf
etmiş Qərb ölkələrinə nisbətən zəif olduğundan və işçi
qüvvəsinin ucuzluğundan istifadə edərək həmin güc mərkəzləri
Rusiya iqtisadiyyatına sərmayələr qoyur, ağır sənaye
sahələrinin bir qismini özəlləşdirirlər. Bununla yanaşı, dövlətə
kreditlər də ayırırlar. Dövlətin iqtisadi və maliyyə siyasətinin
formalaşmasında mühüm rol oynayan iri iqtisadi və maliyyə
3
Роман Маркелов. Еврокомиссия предсказала рост экономики РФ на
3,3 процента в 2013 году. http://www.rg.ru/2013/05/03prognoz-site-
anons.html
261
korporasiyaları dövlətin siyasi həyatına nüfuz edirlər. Bu
korporasiyalar, lazım olanda, dövlətdə böhran da yaşada
bilirlər. İqtisadi amillərin köməyi ilə dövlətin siyasi həyatına
təsir edirlər.
Eləcə də Rusiya özünün enerji imkanlarından istifadə
edərək Avropanın güc mərkəzlərinə təsir edir. Bununla yanaşı,
strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının (taxıl və s.)
ixracını məhdudlaşdırır. İqtisadi təzyiq vasitələri həmçinin bir
çox sahələrdə həyata keçirilir. Birbaşa iqtisadi təzyiqin
qarşısını almaq üçün əks dövlət müəyyən tədbirlərə əl atır.
Məsələn, kənar dövlətlərə meyilli olan nəhəng korporasiya
rəhbərləri ışdən kənarlaşdırılaraq fəaliyyətləri məhdudlaşdırılır.
Rusiyada Putinin hakimiyyətə gəlişi ilə bu siyasətin həyata
keçirilməsinə başlanılır. Bununla yanaşı, güc mərkəzi özünün
iqtisadiyyatında milliləşdirmə siyasəti həyata keçirməyə
başlayır. Böyük paya sahib olan başqa dövlətin iqtisadi
korporasiyalarının
fəaliyyətini
məhdudlaşdırır
və
yerli
sərmayədarlara daha çox üstünlük verilir. Milliləşdirmə
siyasətini tarixən bir çox dövlətlər həyata keçirmişlər. Sovet
hökuməti
qurulanda
milliləşdirilmə
siyasəti
həyata
keçirilmişdi. Bundan əlavə 1979-cu ildə İran inqilabından
sonra ABŞ şirkətlərinə qarşı bu siyasət həyata keçirilmişdi.
Eləcə də İrakda Səddam Hüseynin hakimiyyətə gəlməsindən
sonra da həmin siyasət reallaşdırılmışdır. Hal-hazırda
Venesuela hökuməti belə xarakterli siyasət həyata keçirməyə
çalışır. ABŞ-ın neft şirkətlərinin fəaliyyətini məhdudlaşdırmaq
istəyir. Birbaşa iqtisadi təzyiq vasitələrindən biri də bir güc
mərkəzlərinin vətəndaşlarının başqa bir güc mərkəzinin
banklarındakı pul əmanətlərinin yatırılmasıdır. Bu amil təzyiq
vasitəsi kimi çox mühüm rol oynayır. Məsələn, 1990-cı illərin
ortalarında Almaniyada yaşayan türklər bu dövlətdə müəyyən
problemlərlə üzləşmişdir. Bu zaman Türkiyə hökumətinə
rəhbərlik edən Tansu Çillər hökuməti Almaniyadakı Türkiyə
vətəndaşlarından Almaniya banklarındakı pulları geri götürmək
262
siyasətinin həyata keçirilə biləcəyini bildirmişdi. Bu zaman
Almaniya hökuməti kəskin iqtisadi böhranla üzləşəcəyini hesab
edirdi. Beləliklə, təzyiqlərə son qoyulmuşdu.
Birbaşa iqtisadi təzyiq vasitəsi kimi iqtisadi sanksiyalardan
da istifadə olunur. Məsələn, 1996-cı ildə ABŞ-da İLSA qanunu
qəbul edilmişdi. Bu qanuna əsasən, başqa şirkətlərə İranın
energetika sahəsinə 20 milyon dollardan artıq sərmayə
qoyuluşu qadağan edilirdi. ABŞ rəsmi olaraq İranla iqtisadi
əlaqələri kəsibdir.
Dünyanın ayrı-ayrı geosiyasi regionlarının yerləşdikləri
dövlətlərdə həyata keçirdikləri iqtisadi rəqabət siyasəti-hal-
hazırda dünyanın Xəzər, Fars körfəzi, Qara dəniz və Baltik
dənizi, Cənubi Şərqi Asiya regionları öz təbii sərvətlərınə və
coğrafi mövqelərinə görə iqtisadi və siyasi əhəmiyyət kəsb
edir. Bu regionlarda güc mərkəzləri daha çax iqtisadi-siyasi
üstünlük əldə etmək uğrunda mübarizə aparırlar və regionların
yerləşdikləri dövlətlərdə iqtisadi üstünlük əldə etməyə
çalışırlar. Bu iqtisadi rəqabət siyasətində də sərmayələr
Dostları ilə paylaş: |