müdafiəsi zərurətindən yaradılır. İttifaqların yaradılmasında
və məkanlar -qitələrlə və onların ayrıcları –aralıq məkanlar,
üzrə xarakterizə olunan regionlar üzrə böyüməsində rol
oynayan səciyyəvi cəhətlər- bir tərəfdən dövlətlərin geosiyasi
baxımından böyümək istəkləri (məsələn, böyük dövlətlərin-
284
böyük güc mərkəzlərinin ayrı-ayrı regionlarda daima artan
maraqları), maraq sferalarını artırmaq uğrunda hərəkətləri (bu
hərəkətlər ittifaqların yaradılması zamanı da, yəni proseslərin
özündə də baş verir, böyümə prosesi maraqları da böyüdür.
Məsələn, NATO-nun Şərqə doğru genişlənməsi proseslərinin
özü Qərbin maraqlarını da Avro-Asiya aralıq məkanında
genişləndirir), digər tərəfdən də orta və kiçik gücə, eləcə də
böyük gücə malik olan dövlətlərin bir-birilərindən müdafiə
olunmaq istəkləridir. İttifaqların yaranmasında böyümə prose-
sinin özü də əhəmiyyət kəsb edir. Məsələn, bir böyük dövlət
onunla eyni sahələrdə maraq göstərən və ayrı-ayrı gücə, bu
baxımdan hərtərəfli potensiala sahib olan dövlətləri öz tərəfinə
çəkirsə, bu addım təbii şəkildə əks-tərəfdə, yəni, digər böyük
dövlətdə də müdafiə olunmaq istəklərini meydana gətirir.
Həmin böyük dövlət də müəyyən metodlardan (metodlar
içərisində radikal metodlardan- güc tətbiq etməkdən,
hədələməkdən, təzyiqlər göstərməkdən tutmuş mülayim-
yumşaq metodları sadalamaq olar) istifadə edərək özünə
coğrafi, eləcə də iqtisadi və siyasi baxımdan yaxın olan dövlət-
ləri ətraflarına cəlb edir və onların həm ərazi imkanlarından
istifadə edir, həm də daxili resurslarından faydalanır. Məsələn,
NATO ittifaqına alternativ olaraq 1955-ci ildə Varşava
Müqaviləsi Təşkilatının SSRİ tərəfindən yaradılmasını buna
nümunə göstərmək olar. NATO-nun özü də ümumi
prinsiplərdən irəli gələrək, məhz SSRİ kommunizminin
Avropaya daxil olmasının qarşısını almaq və Avropanın
demokratik inkişaf yolunu tutmuş dövlətlərinin müdafiəsi
məqsədilə yaradılıb. Hər iki təşkilat “soyuq müharibə”
dövrünün strateji siyasətini müəyyən etmək məqsədilə əks
geocəbhələrdə formalaşdırılıb. (Qeyd: geocəbhələr dedikdə,
bir neçə dövlətin daxil olduğu materik ərazidə müəyyən coğrafi
məkanları ideoloji-siyasi və hərbi qurşaqlarla ayıran müxtəlif
üfüqi-coğrafi xətlər, gərginliyin müşahidə olunduğu regionlar
kimi başa düşülməlidir. Bu cəbhə regionlarının geosiyasi
285
əhəmiyyəti ondadır ki, həmin regionlardakı cəbhələrdə daima
gərginlikdən, siyasi stresslərdən və həyəcandan, depressiya-
lardan irəli gələn canlanma mövcud olur. Bu canlanma
müdafiə və hücum strategiyasını özündə əks etdirir). İttifaqlar,
bir tərəfdən, tarazlığın pozulması sayəsində və maraqların
birtərəfli qaydada “şişməsi” nəticəsində yaradılır (məsələn, II
Dünya müharibəsi zamanı yaradılmış Berlin-Roma-Tokio
üçbucağını-faşistlər-imperialistlər ittifaqını-Avropa və Yapon
millitaristlərinin birliyini buna nümunə göstərmək olar), eləcə
də tarazlığın bərpası zərurəti zamanı ortaya çıxır. Məsələn,
İkinci Dünya müharibəsində İngiltərə-ABŞ koalisiyasının,
ABŞ-İngiltərə-SSRİ müttəfiqliyinin, Varşava Müqaviləsi
Təşkilatının, eləcə də SSRİ-dən sonra MDB çərçivəsində
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını yaradılması
zərurətini buna nümunə göstərmək olar. İttifaqlar böyük
dövlətlərdən, imperialistlərdən ətraf dövlətlərin müdafiə
olunması zərurətindən də yaradılır. Məsələn, Osmanlı
imperiyasının orta əsrlərdə Avropa işğalının qarşısını almaq
üçün Avropa dövlətləri və Rusiya ittifaq yaratmışdılar. (Qeyd:
tarix yazır ki, Avropa səhnəsində Osmanlı imperiyası
tərəfindən getdikcə artan təhlükə bir-birilə müharibə aparan
xristian dövlətlərinin yaxınlaşmasına gətirib çıxardı. 1667-ci
ildə, üçillik danışıqlardan sonra Andrusovda Avropa dövlətləri
arasında barışıq imzalandı. Andrusov sülhündən sonra
Osmanlı imperiyasına qarşı koalisiya yaranmağa başladı.
Moskvanın inadları ilə 1680-ci ildə Fransa, Venesiya,
Brandenburq, Reç Pospolita (Polşa) və Moskva ümumi ittifaq
bağladılar. Andrusov sazişi əsasında Moskva ilə Polşa
arasında imzalanan “əbədi sülh” haqqında müqavilə antitürk
koalisiyasının yaranmasına gətirib çıxardı. Avropa səhnəsində
uzun sürən müharibədən sonra 1699-cu ildə Karlovitsa
konqresi başladı və Osmanlı imperiyası ilə Karlovitsa sülhü
286
imzalandı. Türklər Avropadan çıxarılmağa başladı).
1
İttifaqların yaradılması prosesləri maraqları böyütmək və
müharibələrdən birgə müdafiə olunmaq istəklərindən və
zərurətindən meydana gəlir. Məsələn, SSRİ-nin 1922-ci ildə
yaradılması əslində Rusiyanın maraqlarının ətraf sərhədlərdəki
dövlətlər (çar Rusiyasının tərkibində olmuş ərazilər və digər
məkanlar) hesabına böyüməsindən irəli gəlirdi. Tarixdə
mövcud olmuş iki və ya da çoxlu sayda dövlətlərin iştirak
etdikləri ittifaqlar olaraq, 1879-cu ildə yaradılmış Almaniya-
Avstriya ittifaqını, 1882-ci ildə yaradılmış “Üçlər ittifaqı”nı,
1894-cü ildə yaradılmış Fransa-Rusiya ittifaqını, 1904-cü il
tarixli İngiltərə-Fransa anlaşmasını, 1907-ci il tarixli İngilis-
Rus anlaşmasını və s. misal göstərmək olar. XX əsrdə-“soyuq
müharibə”nin 1947-1960-cı illəri əhatə edən gərgin anlarında
ABŞ-ın daxil olduğu altı kollektiv hərbi ittifaqlar bunlar idi:
Rio-de-Janeyro (1947) müqaviləsi, Şimali Atlantika ittifaqı
(1949),
ABŞ-Filippin
müqaviləsi
(1951),
ANZYUS
(Avstraliya, Yeni Zelandiya, ABŞ) Müqaviləsi (1951), ABŞ-
Cənubi Koreya müqaviləsi (1953), ABŞ-Yaponiya müqaviləsi
(1960).
2
İttifaqlar-müttəfiqlik sazişləri, həm iki dövlət arasında
mövcud olur, həm də çoxlu sayda dövlətlər arasında yaradılır.
Təbii ki, bu kimi proseslər maraqlardan irəli gələrək müəyyən
olunan hədəflərin obyekt kimi seçilməsindən asılıdır. Hərbi-
siyasi ittifaqlar təşkilatlar, bloklar, paktlar (əslində pakt-
müqavilə deməkdir) kimi də adlandırılır.
1
“Sabahısı gün Rusiya rəsmən İsveçə müharibə elan etdi”.-Tarix
15.11.2012.
http://qafqazinfo.az/site%E2%80%9CSABAHISI_G%C3%9CN_RUSİYA_
R%C6%8FSM%C6%8FN_%C4%B0SVE%C3%87%C6%8F_M%C3%87
%C6%8F%_M%C3%9CHARIB%C6%8F-
ELAN_ETDI%E2%80%9D__TARİX_-29567-xeber.html
2
Уткин. А.И. Единственная сверхдержава. М. Алгоритм, 2003, -576 с.,
səh. 50.
287
İttifaqları əhatə olunduğu məkanlar və subyektlərin sayı
baxımından - biyunionlar (iki dövlətin daxil olduğu-məsələn,
Rusiya-Belorus ittifaq dövləti, ABŞ-Yaponiya müqaviləsi
(1960)), triyunionlar (üç dövlətin daxil olduğu-ANZYUS-
Avstraliya, Yeni Zelandiya, ABŞ), bir neçə dövlətin daxil
olduğu biqyunionlar (Kollektiv Təhlükəszilik Müqaviləsi
Təşkilatı) və hiperyunionlar (məsələn, NATO, Avropa
İ
ttifaqı) kimi xarakterizə etmək olar. Təbii ki, ittifaqlar
təşkilatların tərkib hsissələridir və bu baxımdan da universal
(məsələn, Avropa İttifaqı) və konkret (məsələn, NATO-
təhlükəsizliyi təmin edən təşkilatdır) xassələrə malik olur.
İttifaqlar regional (Avropa ittifaqı), regionlararsı (NATO-
Şimali Amerika və Avropa regionlarının birləşmiş təşkilatı)
xüsusiyyətlərə də malik olurlar. İttifaqları eləcə də ona
qoşulmaq baxımından açıq (müəyyən dövlətlər üçün açıq-
məsələn, NATO Avropa dövlətləri üçün açıq qurumdur) və
qapalı (məsələn, NATO həm də qapalı təşkilatdır və üzvlük
məsələsi məhduddur. Yəni, hər istəyən dövlət ona asan şəkildə
üzv ola bilməz. Avropa İttifaqı da qapalı təşkilatdır).
Ş
imali Atlantika Müqaviləsi Təşkilatı (NATO)
1949-cu ilin aprel ayının 4-də Vaşinqtonda imzalanan
Şimali Atlantika Müqaviləsi (Müqavilə 14 maddədən ibarətdir)
nəticəsində BMT nizamnaməsinin 51-ci maddəsində nəzərdə
tutulmuş kollektiv müdafiə məqsədilə ittifaq yaradıldı. (Qeyd:
BMT Nizamnaməsinin 51-ci maddəsi BMT-yə üzv olan
dövlətlərə silahlı hücum zamanı fərdi və kollektiv müdafiə
hüququnun olmasını qəbul edirdi). NATO-nun yaradıl-
masının, genişlənməsinin və təşkilatın fəaliyyətinin XX əsrin
ortalarından XXI əsrin başlanğıcına qədər olan dövrünü iki
mərhələyə bölmək olar: birincisi, NATO-nun 1949-cu ildə
yaradılması və Varşava Müqaviləsi Təşkilatı ilə olan mübarizə
dövrünü əhatə edən klassik mərhələ- iki qütb (siyasi
288
antipodlar) arasında hərbi-siyasi gərginlik mərhələsi; ikincisi
isə SSRİ-nin və Şərqi Avropanın sosialist sisteminin
çökməsindən sonrakı dövrü əhatə edən yeni (sürətlə böyümə və
genişlənmə və yenidən strukturlaşma, yenidən formalaşma)
mərhələ.
Şimali Atlantika Müqaviləsi Təşkilatının yaradılması İkinci
Dünya müharibəsindən sonrakı dövrün, gələcək Avratlantika
regionunun təhlükəsizliyinin təmin edilməsi istiqamətlərini
müəyyən etmək, təhlükələrə qarşı birgə hərəkətin konturlarını
cızmaq və bu istiqamətdə hərbi-siyasi gücləri birləşdirmək,
hücumların qarşısını birgə almaq (Maddə 5.) zərurətindən irəli
gəlmişdir. Eyni zamanda Şimali Atlantika regionunda
sabitliyin möhkəmləndirilməsi və rifahın yaxşılaşdırılması da
əsas məqsəd idi. Bu kimi prinsiplər Müqavilənin giriş
hissəsində (məqsədlər hissəsində) yazılırdı.
II Dünya müharibəsindən sonra meydana çıxmış yeni
siyasi formalı Avropanın təhlükəsizliyinin yeni əsaslarla təmin
edilməsi zəruri amilə çevrilirdi. Avropanın iki qütbə
bölünməsi, geocəbhələr təhlükəsizlik üçün Qərbi Avropanın
yeni təhlükəsizlik sistemi modelinin hazırlanmasını tələb
edirdi. Digər tərəfdən də, xüsusilə İkinci Dünya mühari-
bəsindən sonra ABŞ-ın Avropada maraqlarının yeni əsasları
formalaşmağa başlamışdı. Fəqət, ABŞ Monro doktrinasından
bu yana Avropa ilə ittifaqlara daxil olmurdu.
1
Lakin İkinci
Dünya müharibəsindən sonra qalib dövlətlərdən biri kimi
dağılmış Avropanın yenidən qurulmasında ABŞ yaxından
iştirak etmək imkanları əldə etmişdi. “Marşal Planı” və
“Trümən doktrinası” Sovetlərin Orta Şərq və Avropda
genişlənmə fəaliyyətlərinə qarşı ABŞ-ın gördükləri tədbirlər
idi. Eyni zamanda Avropada SSRİ-nin yaxından iştirakı və
ABŞ və İngiltərə ilə soyuqlaşmaqda olan münasibətləri Avropa
1
Prof. Dr. Fahir Armaoğlu. 20.YÜZYIL SİYASİ TARİHİ 1914-1980 Cilt: I
Türkiye İş Bankası Kültür Yayınları. 1994. səh. 448.
289
üzərində inkişafın yeni bir “soyuq cəbhəsi”ni yaradırdı. 1948-
ci ilin Berlin böhranı ABŞ-a göstərdi ki, dünyanın yeni bir sülh
sisteminə qovuşması üçün Sovetlər Birliyi ilə əməkdaşlıq
etmək imkanları qalmamışdır.
1
(Qeyd: Berlin böhranı- 1948-ci
ildə SSRİ-nin qərbliləri Berlindən çıxarmaq üçün ortaya
atdıqları təşəbbüs nəticəsində yaranmışdı. Berlin şəhəri dörd
işğal zonasına ayrılmışdı. Berlinin sovet işğalı ərazisində
qərblilərin peydah olmaları SSRİ-ni narahat edirdi.
2
1946-cı
ilin dekabr ayında Amerika və İngiltərənin işğal zonaları
birləşdirildi və Bizonia adlandırıldı. 1948-ci ilin iyun ayında
isə Fransanın işğal zonası da bizoniaya birləşdiridi və
müttəfiqlərin işğal zonaları Trizonia adlandırıldı.
3
1948-ci ilin
Sovetlər Birliyi qərbliləri Qərbi Berlindən çıxarmağa qərar
verdilər və mart ayında bütün əlaqələri kəsdilər. Qərbi
Berlinin belə işıqları kəsildi. Qərbi Berlində 2 milyon nəfər
yaşamaqda idi. Bu vəziyyət SSRİ ilə Müttəfiqlər arasında
böyük bir gərginlik yaratdı. ABŞ hava dəhlizi ilə gün ərzində 3-
4 min ton ərzaq və geyim əşyalarını Qərbi Berlinə daşımağa
başladı. Amerika, Qərb və Sovetlər arasında uzun sürən gərgin
müzakirələrdən sonra Sovetlər Birliyi anladı ki, qərbliləri
Qərbi Berlindən çıxarmaq mümkün deyil.
4
SSRİ-nin Avropa
üzərində artan gərginliyi ABŞ-ı yeni bir təhlükəsizlik sistemi
yaratmağa sövq edirdi. Bu addım həm də ABŞ hərbi
bazalarının
Avropada
yerləşdirilməsi
və
Avropanın
təhlükəsizliyində iştirakına zəmin yaratmış olurdu.
NATO-nun bir təşkilat kimi yaradılması iki mühüm
mərhələdən keçmişdir: birinci mərhələdə ABŞ 1948-ci ildə
imzalanmış Qərbi Avropa hərbi qruplaşması olan Brüssel
paktını dəstəklədi. Brüssel paktına İngiltərə, Fransa, Belçika,
1
Prof. Dr. Fahir Armaoğlu. 20.YÜZYIL SİYASİ TARİHİ 1914-1980 Cilt: I
Türkiye İş Bankası Kültür Yayınları. 1994. səh. 447-448.
2
Yenə orada. səh. 447-446.
3
Yenə orada. səh. 446.
4
Yenə orada. səh. 446-447.
290
Niderland və Lüksemburq daxil oldular. İkinci mərhələdə isə
ABŞ prezidenti H.Trümən administrasiyası Brüssel paktına
imza atmış dövlətlərin səfirləri ilə Qərbi Avropa dövlətlərinin
imzaladığı paktın genişləndirilməsinin və Avropadan kənarda
yerləşən ABŞ və Kanadanın da bu sənədə qoşulmalarının
əhəmiyyəti ilə bağlı intensiv məsləhətləşmələr həyata keçirdi.
1
Klassik dövrün xüsusiyyətləri-gərginliklər,
təhlükələr, təhdidlər
Hərbi-siyasi ittifaqlar əsasən təhlükəsizliyin qorunması
məqsədi ilə öz fəaliyyətlərini təşkil edirlər. Təhlükəsziliyi
qorumaq siyasəti altında həm də öz geosiyasi maraqlarını
böyüdürlər. Geosiyasi maraqların böyüdülməsi hərəkətləri
qarşı-qarşıya olduqda iki cəbhə arasında təbii bir gərginlik
qurşağı yaranır. NATO və Varşava Müqaviləsi Təşkilatı XX
əsrin ortlarından 1990-cı illərin başlanğıcına qədər dünyanın
ayrı-ayrı regionlarını və qitələrini iki fərqli ideoloji qütbə
bölmüşdülər. Dünyada iki polyusluq yaranmışdı. Bu bölünmə
vəziyyəti
dövlətlər
arasındakı
münasibətlərdə
“soyuq
cəbhə”lərin yaradılmasına xidmət edirdi. Münasibətlər çox
sahələrdə öz gərginliyi baxımından donmuş vəziyyətdə qalırdı.
Kalssik dövrdə NATO-nun üzv dövlətləri Belçika,
Almaniya (AFR), Yunanıstan, Danimarka, İslandiya, İspaniya,
İtaliya, Kanada, Lüksemburq, Hollandiya, Norveç, Portuqaliya,
Birləşmiş Krallıq, ABŞ, Türkiyə və Fransa olublar. Türkiyə və
Yunanıstan 1952-ci ildə İttifaqa daxil olublar. (Qeyd: Trümən
doktrinası SSRİ-nin təhdidi altında qalan Türkiyə və
Yunanıstana hərbi yardım edilməsini nəzərdə tuturdu. Türkiyə
SSRİ-nin boğazlarla bağlı təhdidindən ehtiyat edərək NATO-
ya daxil olmuşdur. SSRİ boğazlarla bağlı Montryö rejiminin
1
Уткин. А.И. Единственная сверхдержава. М. Алгоритм, 2003, -576 с.,
səh. 112.
291
ləğv olunmasını və boğazlara nəzarəti ələ keçirmək istəyirdi).
1955-ci ildə Almaniya Federativ Respublikası, 1982-ci ildə isə
İspaniya NATO-ya daxil oldu. Klassik dövrdə NATO-nun
yaranması və genişlənməsi də iki mühüm fazanı əhatə
etmişdir: 1949-cu ildə NATO-nun yaradılması; 1952-1982-ci
illərdə yeni dövlətlərin qoşulması. Bu iki fazada üzv
dövlətlərin sayı 16-ya çatmışdı. Klassik mərhələdə həm də
NATO-nun baza strukturları yaradılmış oldu.
Klassik dövrdə NATO ilə SSRİ və Şərqi Avropanın
sosialist bloku arasında da mübarizənin iki mühüm (baza)
mərhələsi olmuşdur: birincisi, NATO ilə Varşava Müqaviləsi
Təşkilatı arasında Avropada, Aralıq dənizi regionunda baş
verən kəskin qarşıdurma dövrü. Bu dövrdə iki blok arasında
atom silahları və raket texnologiyaları ilə bağlı gərgin
diplomatik və siyasi mübarizə həyata keçmişdir. Bu dövr 1980-
ci illərin başlanğıcına qədər olna dövrü əhatə edir. Bu fazada
əsas etibarilə ABŞ və SSRİ dünyanın ayrı-ayrı məkanlarında,
ilk növbədə Avropada (ABŞ AFR-də, Fransada, İtaliya və
Yunanıstanda, Böyük Britaniyada; SSRİ isə ADR-də,
Rumıniyada, Macarıstanda, Çexoslovakiyada, Bolqarıstanda və
Polşada) hərbi bazalar yaradırdılar. Hərbiləşdirmə prosesləri
güclü şəkildə həyata keçirilirdi. 1980-1991-ci illəri əhatə edən
mərhələ isə bir qədər yumşalma ilə xarakterizə olunur. SSRİ-
də baş verən daxili proseslər, “yenidənqurma” siyasəti NATO
ilə Varşava Müqaviləsi Təşkilatı arasında münasibətlərdə yeni
baxşları ortaya çıxardı. SSRİ-nin Avropaya dair yeni
məzmunlu baxışları üzə çıxdı. 1990-cı ilin payızında alman
xalqı yenidən vahid dövlətdə birləşdi. Hələ ATƏM-in
(Avropada Təhlükəszilik və Əməkdaşlıq Müşavirəsi) 1975-ci il
tarixli Helsinki Yekun aktında müəyyən edilən insan hüquqları
sahəsində yen müzakirələrin aparılması üçün imkanlar açan
yeni normalar Şərq ilə Qərb arasında etibarın və inamın
292
artırılmasına xidmət edirdi.
1
Eyni zamanda 1989-cu ilin mart
ayında Vyanada ATƏM çərçivəsində NATO və Varşava
Müqaviləsi Təşkilatına üzv olan 23 dövlətin silahlara nəzarət
olunması ilə bağlı çoxlu sayda ümidverici danışıqları xüsusi
əhəmiyyət kəsb edirdi. Bunun fonunda 1989-cu ilin mayında
Brüsseldə
NATO-nun
tədbiri
keçirildi.
Çox
mühüm
bəyannamə qəbul edildi. Bir mühm məsələ də ondan ibarət idi
ki, yeni dəyişikliklər fonunda ABŞ və SSRİ-nin öz sərhəd-
lərindən kənarda silahlı qüvvələrinin azaldılması nəzərdə
tutulurdu.
2
Klassik dövrün səciyyəsi cəhətləri aşağıdakılardan ibarət
olmuşdur:
Qısa məzmun və nəzəri struktur-təhlil, baxımından
ümumiləşdirilmələr
NATO-nun fəaliyyətinin səciyyəvi xüsusiyyətləri ilk
növbədə
transatlantik
regionda
təhlükəsizliyin
təmin
edilməsindən ibarət olmuşdur; bu baxımdan həyata keçirilən
siyasətin tərkib komponentləri və istiqamətləri olaraq,
-Qərbi Avropa dövlətlərinə SSRİ-dən hər an gözlənilə
bilən təhlükələrin qarşısının alınması;
-kommunizmin Qərbi Avropa demokratiyasının məhv
etməsinin qarşısının alınması;
-Almaniyada müharibədən sonra demokratik quruculuq
proseslərinin gücləndirilməsi;
1
Справочник НАТО. Юбилейное издание к пятидесятой годовщине
НАТО. Отдел информации и прессы. Брюссель 1988. NАТО-1110
Brussels, Belgium 1998-1999 Second Reprint. səh. 65.
2
Справочник НАТО. Юбилейное издание к пятидесятой годовщине
НАТО. Отдел информации и прессы. Брюссель 1988. NАТО-1110
Brussels, Belgium 1998-1999 Second Reprint. səh. 66.
293
-NATO-ya üzv dövlətlər arasında təhlükəsizlik sahəsində
sıx əməkdaşlığın həyata keçirilməsi;
-birgə müdafiə və üzv dövlətlərin birinə qarşı olan
hücumun digərlərinə olan hücum kimi qəbul edilməsi və
qüvvələrin
birləşdirilməsi- İttifaqın
hərbi
aspektlərinin
fundamental prinsiplərindən biri ondan ibarətdir ki, təhlü-
kəsizlik bütövdür, bölünməzdir. Şimali Atlantika İttifaqının
üzvlərindən birinə olan hücum hamısına olan hücumdur.
Şimali Amerika hərbi qüvvələrinin Avropada iştirakları
Avropada təhlükəsziliyin təmin edilməsinin həyati vacib
amilidir. Avropanın təhlükəsizliyi Şimali Amerikanın da
təhlükəsizliyi ilə sıx bağlıdır. NATO-nun təhlükəsizlik
sahəsində siyasəti, birləşdirilmiş hərbi struktura, həmçinin
koordinasiya və əməkdaşlıq üzrə razılığa müvafiq olaraq,
kollektiv müdafiəyə əsaslanır;
1
-NATO-ya üzv dövlətlərin hərbi güclərinin birləşdirilməsi
və təhlükələrə qarşı vahid mübarizənin həyata keçirilməsi;
-silahlanma sahəsində planlaşdırma, standartlaşdırma
sahəsində əməkdaşlıq-1989-cu ildə Şimali Atlantika Şurası adi
silahların planlaşdırılması sistemini yaratdı;
2
-hava hərəkətlərinin idarə olunması üzrə hərbi və mülki
xidmətlərin
koordinasiya
edilməsi- 1955-ci
ildə
Şimali
Atlantika Şurası Avropa hav məkanının istifadəsinə dair
koordinasiya Komitəsini təsis etdi. 1998-ci ildə bu qurum hava
hərəkətlərinin idarə olunması üzrə NATO Komitəsinə çevrildi;
3
-hava hücumundan müdafiə məqsədilə “Hava hücumundan
müdafiə Proqramı”nın yenidən qəbul edilməsi (XX əsrin 80-ci
illəri);
-böhranlı vəziyyətlərin idarəolunması;
1
Справочник НАТО. Юбилейное издание к пятидесятой годовщине
НАТО. Отдел информации и прессы. Брюссель 1988. NАТО-1110
Brussels, Belgium 1998-1999 Second Reprint. səh. 73.
2
Həmin kitab. səh. 186.
3
Yenə orada. səh. 188.
294
-Aralıq
dənizi
regionu
dövlətləri
ilə
dialoqun
dərinləşdirilməsi;
-münaqişələrin həllində maraq göstərilməsi;
-Avropada nüvə gərginliklərinin qarşısının alınması və
raketlərdən və kütləvi qırğın silahlarından, o cümlədən
regionun taktiki və strateji nüvə silahlarının təhlükələrindən
azad olunması.
Yeni dövrün xüsusiyyətləri və NATO-nun genişlənmə-
sinin əsasları
Sosialist sistemi çokdükdən sonra, yeni meydana çıxan
gerçəkliklər fonunda Avratlantik məkana münasibət də
dəyişməyə başladı. Yeni və möhkəm əsaslı beynəlxalq
təhlükəsizliyi təmin edən qurumun formalaşması dövrün
ehtiyacından irəli gəldi. Avratlantik məkan üzrə NATO-nun
Dostları ilə paylaş: |