Xarici siyasət və beynəlxalq münasibətlər seriyasından Elşən Misir oğlu Nəsibov


müdafiəsi  zərurətindən  yaradılır



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/29
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15192
1   ...   21   22   23   24   25   26   27   28   29

müdafiəsi  zərurətindən  yaradılır.  İttifaqların  yaradılmasında 
və  məkanlar  -qitələrlə  və  onların  ayrıcları  –aralıq  məkanlar
üzrə  xarakterizə  olunan  regionlar  üzrə  böyüməsində  rol 
oynayan  səciyyəvi  cəhətlər-  bir  tərəfdən  dövlətlərin  geosiyasi 
baxımından  böyümək  istəkləri  (məsələn,  böyük  dövlətlərin- 

 
284 
 
böyük  güc  mərkəzlərinin  ayrı-ayrı  regionlarda  daima  artan 
maraqları), maraq sferalarını artırmaq uğrunda hərəkətləri (bu 
hərəkətlər ittifaqların yaradılması zamanı da, yəni proseslərin 
özündə  də  baş  verir,  böyümə  prosesi  maraqları  da  böyüdür. 
Məsələn, NATO-nun Şərqə doğru genişlənməsi proseslərinin 
özü  Qərbin  maraqlarını  da  Avro-Asiya  aralıq  məkanında 
genişləndirir),  digər  tərəfdən  də  orta  və  kiçik  gücə,  eləcə  də 
böyük  gücə  malik  olan  dövlətlərin  bir-birilərindən  müdafiə 
olunmaq istəkləridir. İttifaqların  yaranmasında böyümə prose-
sinin  özü  də  əhəmiyyət  kəsb  edir.  Məsələn,  bir  böyük  dövlət 
onunla  eyni  sahələrdə  maraq  göstərən  və  ayrı-ayrı  gücə,  bu 
baxımdan hərtərəfli potensiala sahib olan dövlətləri öz tərəfinə 
çəkirsə,  bu  addım  təbii  şəkildə  əks-tərəfdə,  yəni,  digər  böyük 
dövlətdə  də  müdafiə  olunmaq  istəklərini  meydana  gətirir. 
Həmin  böyük  dövlət  də  müəyyən  metodlardan  (metodlar 
içərisində  radikal  metodlardan-  güc  tətbiq  etməkdən, 
hədələməkdən,  təzyiqlər  göstərməkdən  tutmuş  mülayim-
yumşaq  metodları  sadalamaq  olar)  istifadə  edərək  özünə 
coğrafi, eləcə də iqtisadi və siyasi baxımdan yaxın olan dövlət-
ləri  ətraflarına  cəlb  edir  və  onların  həm  ərazi  imkanlarından 
istifadə edir, həm də daxili resurslarından faydalanır. Məsələn, 
NATO  ittifaqına  alternativ  olaraq  1955-ci  ildə  Varşava 
Müqaviləsi  Təşkilatının  SSRİ  tərəfindən  yaradılmasını  buna 
nümunə  göstərmək  olar.  NATO-nun  özü  də  ümumi 
prinsiplərdən  irəli  gələrək,  məhz  SSRİ  kommunizminin 
Avropaya  daxil  olmasının  qarşısını  almaq  və  Avropanın 
demokratik  inkişaf  yolunu  tutmuş  dövlətlərinin  müdafiəsi 
məqsədilə  yaradılıb.  Hər  iki  təşkilat  “soyuq  müharibə” 
dövrünün  strateji  siyasətini  müəyyən  etmək  məqsədilə  əks 
geocəbhələrdə  formalaşdırılıb.  (Qeyd:  geocəbhələr  dedikdə, 
bir neçə dövlətin daxil olduğu materik ərazidə müəyyən coğrafi 
məkanları  ideoloji-siyasi  və  hərbi  qurşaqlarla  ayıran  müxtəlif 
üfüqi-coğrafi  xətlər,  gərginliyin  müşahidə  olunduğu  regionlar 
kimi  başa  düşülməlidir.  Bu  cəbhə  regionlarının  geosiyasi 

 
285 
 
əhəmiyyəti  ondadır  ki,  həmin  regionlardakı  cəbhələrdə  daima 
gərginlikdən,  siyasi  stresslərdən  və  həyəcandan,  depressiya-
lardan  irəli  gələn  canlanma  mövcud  olur.  Bu  canlanma 
müdafiə və hücum strategiyasını özündə əks etdirir). İttifaqlar, 
bir  tərəfdən,  tarazlığın  pozulması  sayəsində  və  maraqların 
birtərəfli  qaydada  “şişməsi”  nəticəsində    yaradılır  (məsələn,  II 
Dünya  müharibəsi  zamanı  yaradılmış  Berlin-Roma-Tokio 
üçbucağını-faşistlər-imperialistlər  ittifaqını-Avropa  və  Yapon 
millitaristlərinin  birliyini  buna  nümunə  göstərmək  olar),  eləcə 
də  tarazlığın  bərpası  zərurəti  zamanı  ortaya  çıxır.  Məsələn, 
İkinci  Dünya  müharibəsində  İngiltərə-ABŞ  koalisiyasının, 
ABŞ-İngiltərə-SSRİ  müttəfiqliyinin,  Varşava  Müqaviləsi 
Təşkilatının,  eləcə  də  SSRİ-dən  sonra  MDB  çərçivəsində 
Kollektiv  Təhlükəsizlik  Müqaviləsi  Təşkilatını  yaradılması 
zərurətini  buna  nümunə  göstərmək  olar.  İttifaqlar  böyük 
dövlətlərdən,  imperialistlərdən  ətraf  dövlətlərin  müdafiə 
olunması  zərurətindən  də  yaradılır.  Məsələn,  Osmanlı 
imperiyasının  orta  əsrlərdə  Avropa  işğalının  qarşısını  almaq 
üçün Avropa dövlətləri və Rusiya ittifaq  yaratmışdılar. (Qeyd: 
tarix  yazır  ki,  Avropa  səhnəsində  Osmanlı  imperiyası 
tərəfindən  getdikcə  artan  təhlükə  bir-birilə  müharibə  aparan 
xristian  dövlətlərinin  yaxınlaşmasına  gətirib  çıxardı.  1667-ci 
ildə, üçillik danışıqlardan sonra Andrusovda Avropa dövlətləri 
arasında  barışıq  imzalandı.  Andrusov  sülhündən  sonra 
Osmanlı  imperiyasına  qarşı  koalisiya  yaranmağa  başladı. 
Moskvanın  inadları  ilə  1680-ci  ildə  Fransa,  Venesiya, 
Brandenburq,  Reç  Pospolita  (Polşa)  və  Moskva  ümumi  ittifaq 
bağladılar.  Andrusov  sazişi  əsasında  Moskva  ilə  Polşa 
arasında  imzalanan  “əbədi  sülh”  haqqında  müqavilə  antitürk 
koalisiyasının yaranmasına gətirib çıxardı. Avropa səhnəsində 
uzun  sürən  müharibədən  sonra  1699-cu  ildə  Karlovitsa 
konqresi  başladı  və  Osmanlı  imperiyası  ilə  Karlovitsa  sülhü 

 
286 
 
imzalandı.  Türklər  Avropadan  çıxarılmağa  başladı).
1
 
İttifaqların  yaradılması  prosesləri  maraqları  böyütmək  və 
müharibələrdən  birgə  müdafiə  olunmaq  istəklərindən  və 
zərurətindən  meydana  gəlir.  Məsələn,  SSRİ-nin  1922-ci  ildə 
yaradılması əslində Rusiyanın maraqlarının ətraf sərhədlərdəki 
dövlətlər  (çar  Rusiyasının  tərkibində  olmuş  ərazilər  və  digər 
məkanlar)  hesabına  böyüməsindən  irəli  gəlirdi.  Tarixdə 
mövcud  olmuş  iki  və  ya  da  çoxlu  sayda  dövlətlərin  iştirak 
etdikləri  ittifaqlar  olaraq,  1879-cu  ildə  yaradılmış  Almaniya-
Avstriya  ittifaqını,  1882-ci  ildə  yaradılmış  “Üçlər  ittifaqı”nı, 
1894-cü  ildə  yaradılmış  Fransa-Rusiya  ittifaqını,  1904-cü  il 
tarixli  İngiltərə-Fransa  anlaşmasını,  1907-ci  il  tarixli  İngilis-
Rus  anlaşmasını  və  s.  misal  göstərmək  olar. XX  əsrdə-“soyuq 
müharibə”nin  1947-1960-cı  illəri  əhatə  edən  gərgin  anlarında 
ABŞ-ın  daxil  olduğu  altı  kollektiv  hərbi  ittifaqlar  bunlar  idi: 
Rio-de-Janeyro  (1947)  müqaviləsi,  Şimali  Atlantika  ittifaqı 
(1949), 
ABŞ-Filippin 
müqaviləsi 
(1951), 
ANZYUS 
(Avstraliya,  Yeni  Zelandiya,  ABŞ)  Müqaviləsi  (1951),  ABŞ-
Cənubi  Koreya  müqaviləsi  (1953),  ABŞ-Yaponiya  müqaviləsi 
(1960).
2
  
 İttifaqlar-müttəfiqlik  sazişləri,  həm  iki  dövlət  arasında 
mövcud  olur,  həm  də  çoxlu  sayda dövlətlər arasında  yaradılır. 
Təbii  ki,  bu  kimi  proseslər  maraqlardan  irəli gələrək müəyyən 
olunan  hədəflərin  obyekt  kimi  seçilməsindən  asılıdır.  Hərbi-
siyasi  ittifaqlar  təşkilatlar,  bloklar,  paktlar  (əslində  pakt-
müqavilə deməkdir) kimi də adlandırılır.  
                                                 
1
 “Sabahısı  gün  Rusiya  rəsmən  İsveçə  müharibə  elan  etdi”.-Tarix 
15.11.2012. 
http://qafqazinfo.az/site%E2%80%9CSABAHISI_G%C3%9CN_RUSİYA_
R%C6%8FSM%C6%8FN_%C4%B0SVE%C3%87%C6%8F_M%C3%87
%C6%8F%_M%C3%9CHARIB%C6%8F-
ELAN_ETDI%E2%80%9D__TARİX_-29567-xeber.html 
2
 Уткин. А.И. Единственная сверхдержава. М. Алгоритм, 2003, -576 с., 
səh. 50. 

 
287 
 
İttifaqları  əhatə  olunduğu  məkanlar  və  subyektlərin  sayı 
baxımından - biyunionlar  (iki dövlətin daxil olduğu-məsələn, 
Rusiya-Belorus  ittifaq  dövləti,  ABŞ-Yaponiya  müqaviləsi 
(1960)),  triyunionlar  (üç  dövlətin  daxil  olduğu-ANZYUS-
Avstraliya,  Yeni  Zelandiya,  ABŞ),  bir  neçə  dövlətin  daxil 
olduğu  biqyunionlar  (Kollektiv  Təhlükəszilik  Müqaviləsi 
Təşkilatı)  və  hiperyunionlar  (məsələn,  NATO,  Avropa 
İ
ttifaqı)  kimi  xarakterizə  etmək  olar.  Təbii  ki,  ittifaqlar 
təşkilatların  tərkib  hsissələridir  və  bu  baxımdan  da  universal 
(məsələn,  Avropa  İttifaqı)  və  konkret  (məsələn,  NATO-
təhlükəsizliyi  təmin  edən  təşkilatdır)  xassələrə  malik  olur. 
İttifaqlar  regional  (Avropa  ittifaqı),  regionlararsı  (NATO-
Şimali Amerika və Avropa regionlarının birləşmiş təşkilatı) 
xüsusiyyətlərə  də  malik  olurlar.  İttifaqları  eləcə  də  ona 
qoşulmaq  baxımından  açıq  (müəyyən  dövlətlər  üçün  açıq-
məsələn,  NATO  Avropa  dövlətləri  üçün  açıq  qurumdur)  və 
qapalı  (məsələn,  NATO  həm  də  qapalı  təşkilatdır  və  üzvlük 
məsələsi məhduddur. Yəni, hər istəyən dövlət ona asan şəkildə 
üzv ola bilməz. Avropa İttifaqı da qapalı təşkilatdır).  
 
Ş
imali Atlantika Müqaviləsi Təşkilatı (NATO)  
 
1949-cu  ilin  aprel  ayının  4-də  Vaşinqtonda  imzalanan 
Şimali Atlantika Müqaviləsi (Müqavilə 14 maddədən ibarətdir) 
nəticəsində  BMT  nizamnaməsinin  51-ci  maddəsində  nəzərdə 
tutulmuş  kollektiv  müdafiə  məqsədilə  ittifaq  yaradıldı.  (Qeyd: 
BMT  Nizamnaməsinin  51-ci  maddəsi  BMT-yə  üzv  olan 
dövlətlərə  silahlı  hücum  zamanı  fərdi  və  kollektiv  müdafiə 
hüququnun  olmasını  qəbul  edirdi).  NATO-nun  yaradıl-
masının,  genişlənməsinin  və  təşkilatın  fəaliyyətinin  XX  əsrin 
ortalarından  XXI  əsrin  başlanğıcına  qədər  olan  dövrünü  iki 
mərhələyə  bölmək  olar:  birincisi,    NATO-nun  1949-cu  ildə 
yaradılması və Varşava Müqaviləsi Təşkilatı ilə olan mübarizə 
dövrünü  əhatə  edən  klassik  mərhələ-  iki  qütb  (siyasi 

 
288 
 
antipodlar)  arasında  hərbi-siyasi  gərginlik  mərhələsi;  ikincisi 
isə  SSRİ-nin  və  Şərqi  Avropanın  sosialist  sisteminin 
çökməsindən sonrakı dövrü əhatə edən yeni (sürətlə böyümə və 
genişlənmə  və  yenidən  strukturlaşma,  yenidən  formalaşma) 
mərhələ. 
Şimali Atlantika Müqaviləsi Təşkilatının yaradılması İkinci 
Dünya  müharibəsindən  sonrakı  dövrün,  gələcək  Avratlantika 
regionunun  təhlükəsizliyinin  təmin  edilməsi  istiqamətlərini 
müəyyən  etmək,  təhlükələrə  qarşı  birgə  hərəkətin  konturlarını 
cızmaq  və  bu  istiqamətdə  hərbi-siyasi  gücləri  birləşdirmək, 
hücumların qarşısını birgə almaq (Maddə 5.) zərurətindən irəli 
gəlmişdir.  Eyni  zamanda  Şimali  Atlantika  regionunda 
sabitliyin  möhkəmləndirilməsi  və  rifahın  yaxşılaşdırılması  da 
əsas  məqsəd  idi.  Bu  kimi  prinsiplər  Müqavilənin  giriş 
hissəsində (məqsədlər hissəsində) yazılırdı.  
II  Dünya  müharibəsindən  sonra  meydana  çıxmış  yeni 
siyasi formalı Avropanın təhlükəsizliyinin yeni əsaslarla təmin 
edilməsi  zəruri  amilə  çevrilirdi.  Avropanın  iki  qütbə 
bölünməsi,  geocəbhələr  təhlükəsizlik  üçün  Qərbi  Avropanın 
yeni  təhlükəsizlik  sistemi  modelinin  hazırlanmasını  tələb 
edirdi.  Digər  tərəfdən  də,  xüsusilə  İkinci  Dünya  mühari-
bəsindən  sonra  ABŞ-ın  Avropada  maraqlarının  yeni  əsasları 
formalaşmağa  başlamışdı.  Fəqət,    ABŞ  Monro  doktrinasından 
bu  yana  Avropa  ilə  ittifaqlara  daxil  olmurdu.
1
 Lakin  İkinci 
Dünya  müharibəsindən  sonra  qalib  dövlətlərdən  biri  kimi 
dağılmış  Avropanın  yenidən  qurulmasında  ABŞ  yaxından 
iştirak  etmək  imkanları  əldə  etmişdi.  “Marşal  Planı”  və 
“Trümən  doktrinası”  Sovetlərin  Orta  Şərq  və  Avropda 
genişlənmə  fəaliyyətlərinə  qarşı  ABŞ-ın  gördükləri  tədbirlər 
idi.  Eyni  zamanda  Avropada  SSRİ-nin  yaxından  iştirakı  və 
ABŞ və İngiltərə ilə soyuqlaşmaqda olan münasibətləri Avropa 
                                                 
1
 Prof. Dr. Fahir Armaoğlu. 20.YÜZYIL SİYASİ TARİHİ 1914-1980 Cilt: I 
Türkiye İş Bankası Kültür Yayınları. 1994. səh. 448. 

 
289 
 
üzərində inkişafın yeni bir “soyuq cəbhəsi”ni yaradırdı. 1948-
ci ilin Berlin böhranı ABŞ-a göstərdi ki, dünyanın yeni bir sülh 
sisteminə  qovuşması  üçün  Sovetlər  Birliyi  ilə  əməkdaşlıq 
etmək imkanları qalmamışdır.
1
 (Qeyd: Berlin böhranı- 1948-ci 
ildə  SSRİ-nin  qərbliləri  Berlindən  çıxarmaq  üçün  ortaya 
atdıqları  təşəbbüs  nəticəsində  yaranmışdı.  Berlin  şəhəri  dörd 
işğal  zonasına  ayrılmışdı.  Berlinin  sovet  işğalı  ərazisində 
qərblilərin  peydah  olmaları  SSRİ-ni  narahat  edirdi.
2
 1946-cı 
ilin  dekabr  ayında  Amerika  və  İngiltərənin  işğal  zonaları 
birləşdirildi  və  Bizonia  adlandırıldı.  1948-ci  ilin  iyun  ayında 
isə  Fransanın  işğal  zonası  da  bizoniaya  birləşdiridi  və 
müttəfiqlərin  işğal  zonaları  Trizonia  adlandırıldı.
3
 1948-ci ilin 
Sovetlər  Birliyi  qərbliləri  Qərbi  Berlindən  çıxarmağa  qərar 
verdilər  və  mart  ayında  bütün  əlaqələri  kəsdilər.  Qərbi 
Berlinin  belə  işıqları  kəsildi.  Qərbi  Berlində  2  milyon  nəfər 
yaşamaqda  idi.  Bu  vəziyyət  SSRİ  ilə  Müttəfiqlər  arasında 
böyük bir gərginlik yaratdı. ABŞ hava dəhlizi ilə gün ərzində 3-
4  min  ton  ərzaq  və  geyim  əşyalarını  Qərbi  Berlinə  daşımağa 
başladı. Amerika, Qərb və Sovetlər arasında uzun sürən gərgin 
müzakirələrdən  sonra  Sovetlər  Birliyi  anladı  ki,  qərbliləri 
Qərbi  Berlindən  çıxarmaq  mümkün  deyil.
4
 SSRİ-nin  Avropa 
üzərində  artan  gərginliyi  ABŞ-ı  yeni  bir  təhlükəsizlik  sistemi 
yaratmağa  sövq  edirdi.  Bu  addım  həm  də  ABŞ  hərbi 
bazalarının 
Avropada 
yerləşdirilməsi 
və 
Avropanın 
təhlükəsizliyində iştirakına zəmin yaratmış olurdu.  
NATO-nun  bir  təşkilat  kimi  yaradılması  iki  mühüm 
mərhələdən  keçmişdir:  birinci  mərhələdə  ABŞ  1948-ci  ildə 
imzalanmış  Qərbi  Avropa  hərbi  qruplaşması  olan  Brüssel 
paktını  dəstəklədi.  Brüssel  paktına  İngiltərə,  Fransa,  Belçika, 
                                                 
1
 Prof. Dr. Fahir Armaoğlu. 20.YÜZYIL SİYASİ TARİHİ 1914-1980 Cilt: I 
Türkiye İş Bankası Kültür Yayınları. 1994. səh. 447-448. 
2
 Yenə orada. səh. 447-446. 
3
 Yenə orada. səh. 446. 
4
 Yenə orada. səh. 446-447.  

 
290 
 
Niderland  və  Lüksemburq  daxil  oldular.  İkinci  mərhələdə  isə 
ABŞ  prezidenti  H.Trümən  administrasiyası  Brüssel  paktına 
imza  atmış  dövlətlərin  səfirləri  ilə  Qərbi  Avropa  dövlətlərinin 
imzaladığı  paktın  genişləndirilməsinin  və  Avropadan  kənarda 
yerləşən  ABŞ  və  Kanadanın  da  bu  sənədə  qoşulmalarının 
əhəmiyyəti ilə bağlı intensiv məsləhətləşmələr həyata keçirdi.
1
  
 
Klassik dövrün xüsusiyyətləri-gərginliklər,  
təhlükələr, təhdidlər 
 
Hərbi-siyasi  ittifaqlar  əsasən  təhlükəsizliyin  qorunması 
məqsədi  ilə  öz  fəaliyyətlərini  təşkil  edirlər.  Təhlükəsziliyi 
qorumaq  siyasəti  altında  həm  də  öz  geosiyasi  maraqlarını 
böyüdürlər.  Geosiyasi  maraqların  böyüdülməsi  hərəkətləri 
qarşı-qarşıya  olduqda  iki  cəbhə  arasında  təbii  bir  gərginlik 
qurşağı  yaranır.  NATO  və  Varşava  Müqaviləsi  Təşkilatı  XX 
əsrin  ortlarından  1990-cı  illərin  başlanğıcına  qədər  dünyanın 
ayrı-ayrı  regionlarını  və  qitələrini  iki  fərqli  ideoloji  qütbə 
bölmüşdülər.  Dünyada  iki  polyusluq  yaranmışdı.  Bu  bölünmə 
vəziyyəti 
dövlətlər 
arasındakı 
münasibətlərdə 
“soyuq 
cəbhə”lərin  yaradılmasına  xidmət  edirdi.  Münasibətlər  çox 
sahələrdə öz gərginliyi baxımından donmuş vəziyyətdə qalırdı.  
Kalssik  dövrdə  NATO-nun  üzv  dövlətləri  Belçika, 
Almaniya (AFR), Yunanıstan, Danimarka,  İslandiya, İspaniya, 
İtaliya, Kanada, Lüksemburq, Hollandiya, Norveç, Portuqaliya, 
Birləşmiş Krallıq, ABŞ, Türkiyə və Fransa olublar. Türkiyə və 
Yunanıstan 1952-ci ildə İttifaqa daxil olublar. (Qeyd: Trümən 
doktrinası  SSRİ-nin  təhdidi  altında  qalan  Türkiyə  və 
Yunanıstana  hərbi  yardım  edilməsini  nəzərdə tuturdu. Türkiyə 
SSRİ-nin  boğazlarla  bağlı  təhdidindən  ehtiyat  edərək  NATO-
ya  daxil  olmuşdur.  SSRİ  boğazlarla  bağlı  Montryö  rejiminin 
                                                 
1
 Уткин. А.И. Единственная сверхдержава. М. Алгоритм, 2003, -576 с., 
səh. 112. 

 
291 
 
ləğv  olunmasını  və  boğazlara  nəzarəti  ələ  keçirmək  istəyirdi). 
1955-ci ildə Almaniya Federativ Respublikası, 1982-ci ildə isə 
İspaniya  NATO-ya  daxil  oldu.  Klassik  dövrdə  NATO-nun 
yaranması  və  genişlənməsi  də  iki  mühüm  fazanı  əhatə 
etmişdir:  1949-cu  ildə  NATO-nun  yaradılması;  1952-1982-ci 
illərdə  yeni  dövlətlərin  qoşulması.  Bu  iki  fazada  üzv 
dövlətlərin  sayı  16-ya  çatmışdı.  Klassik  mərhələdə  həm  də 
NATO-nun baza strukturları yaradılmış oldu.  
Klassik  dövrdə  NATO  ilə  SSRİ  və  Şərqi  Avropanın 
sosialist  bloku  arasında  da  mübarizənin  iki  mühüm  (baza) 
mərhələsi  olmuşdur:  birincisi,  NATO  ilə  Varşava  Müqaviləsi 
Təşkilatı  arasında  Avropada,  Aralıq  dənizi  regionunda  baş 
verən  kəskin  qarşıdurma  dövrü.  Bu  dövrdə iki blok  arasında 
atom  silahları  və  raket  texnologiyaları  ilə  bağlı  gərgin 
diplomatik və siyasi mübarizə həyata keçmişdir. Bu dövr 1980-
ci  illərin  başlanğıcına  qədər  olna  dövrü  əhatə  edir.  Bu  fazada 
əsas  etibarilə  ABŞ  və  SSRİ  dünyanın  ayrı-ayrı  məkanlarında, 
ilk  növbədə  Avropada  (ABŞ  AFR-də,  Fransada,  İtaliya  və 
Yunanıstanda,  Böyük  Britaniyada;  SSRİ  isə  ADR-də, 
Rumıniyada, Macarıstanda, Çexoslovakiyada, Bolqarıstanda və 
Polşada)  hərbi  bazalar  yaradırdılar.  Hərbiləşdirmə  prosesləri 
güclü  şəkildə  həyata  keçirilirdi.  1980-1991-ci illəri əhatə  edən 
mərhələ  isə  bir  qədər yumşalma  ilə  xarakterizə olunur. SSRİ-
də  baş  verən  daxili  proseslər,  “yenidənqurma”  siyasəti  NATO 
ilə  Varşava  Müqaviləsi  Təşkilatı  arasında  münasibətlərdə  yeni 
baxşları  ortaya  çıxardı.  SSRİ-nin  Avropaya  dair  yeni 
məzmunlu  baxışları  üzə  çıxdı.  1990-cı  ilin  payızında  alman 
xalqı  yenidən  vahid  dövlətdə  birləşdi.  Hələ  ATƏM-in 
(Avropada Təhlükəszilik və Əməkdaşlıq Müşavirəsi) 1975-ci il 
tarixli Helsinki Yekun aktında müəyyən edilən insan hüquqları 
sahəsində  yen  müzakirələrin  aparılması  üçün  imkanlar  açan 
yeni  normalar  Şərq  ilə  Qərb  arasında  etibarın  və  inamın 

 
292 
 
artırılmasına  xidmət  edirdi.
1
 Eyni  zamanda  1989-cu  ilin  mart 
ayında  Vyanada  ATƏM  çərçivəsində  NATO  və  Varşava 
Müqaviləsi  Təşkilatına  üzv  olan  23  dövlətin  silahlara  nəzarət 
olunması  ilə  bağlı  çoxlu  sayda  ümidverici  danışıqları  xüsusi 
əhəmiyyət  kəsb  edirdi.  Bunun  fonunda  1989-cu  ilin  mayında 
Brüsseldə 
NATO-nun 
tədbiri 
keçirildi. 
Çox 
mühüm 
bəyannamə qəbul edildi. Bir mühm məsələ də ondan ibarət idi 
ki,  yeni  dəyişikliklər  fonunda  ABŞ  və  SSRİ-nin  öz  sərhəd-
lərindən  kənarda  silahlı  qüvvələrinin  azaldılması  nəzərdə 
tutulurdu.
2
  
 
Klassik  dövrün  səciyyəsi  cəhətləri  aşağıdakılardan  ibarət 
olmuşdur: 
Qısa  məzmun  və  nəzəri  struktur-təhlil,  baxımından 
ümumiləşdirilmələr  
  
NATO-nun  fəaliyyətinin  səciyyəvi  xüsusiyyətləri  ilk 
növbədə 
transatlantik 
regionda 
təhlükəsizliyin 
təmin 
edilməsindən  ibarət  olmuşdur;  bu  baxımdan  həyata  keçirilən 
siyasətin tərkib komponentləri və istiqamətləri olaraq,  
-Qərbi  Avropa  dövlətlərinə  SSRİ-dən  hər  an  gözlənilə 
bilən təhlükələrin qarşısının alınması; 
-kommunizmin  Qərbi  Avropa  demokratiyasının  məhv 
etməsinin qarşısının alınması; 
-Almaniyada  müharibədən  sonra  demokratik  quruculuq 
proseslərinin gücləndirilməsi; 
                                                 
1
 Справочник НАТО. Юбилейное издание к пятидесятой годовщине 
НАТО. Отдел информации и прессы. Брюссель 1988. NАТО-1110 
Brussels, Belgium 1998-1999 Second Reprint. səh. 65.  
2
 Справочник  НАТО.  Юбилейное  издание  к  пятидесятой  годовщине 
НАТО.  Отдел  информации  и  прессы.  Брюссель  1988.  NАТО-1110 
Brussels, Belgium 1998-1999 Second Reprint. səh. 66.  
 

 
293 
 
-NATO-ya  üzv  dövlətlər  arasında  təhlükəsizlik  sahəsində 
sıx əməkdaşlığın həyata keçirilməsi
-birgə  müdafiə  və  üzv  dövlətlərin  birinə  qarşı  olan 
hücumun  digərlərinə  olan  hücum  kimi  qəbul  edilməsi  və 
qüvvələrin 
birləşdirilməsi-İttifaqın 
hərbi 
aspektlərinin 
fundamental  prinsiplərindən  biri  ondan  ibarətdir  ki,  təhlü-
kəsizlik  bütövdür,  bölünməzdir.  Şimali  Atlantika  İttifaqının 
üzvlərindən  birinə  olan  hücum  hamısına  olan  hücumdur. 
Şimali  Amerika  hərbi  qüvvələrinin  Avropada  iştirakları 
Avropada  təhlükəsziliyin  təmin  edilməsinin  həyati  vacib 
amilidir.  Avropanın  təhlükəsizliyi  Şimali  Amerikanın  da 
təhlükəsizliyi  ilə  sıx  bağlıdır.  NATO-nun  təhlükəsizlik 
sahəsində  siyasəti,  birləşdirilmiş  hərbi  struktura,  həmçinin 
koordinasiya  və  əməkdaşlıq  üzrə  razılığa  müvafiq  olaraq, 
kollektiv müdafiəyə əsaslanır;
1
  
-NATO-ya  üzv  dövlətlərin  hərbi  güclərinin  birləşdirilməsi 
və təhlükələrə qarşı vahid mübarizənin həyata keçirilməsi
-silahlanma  sahəsində  planlaşdırma,  standartlaşdırma 
sahəsində əməkdaşlıq-1989-cu ildə Şimali Atlantika Şurası adi 
silahların planlaşdırılması sistemini yaratdı;
2
  
-hava  hərəkətlərinin  idarə  olunması  üzrə  hərbi  və  mülki 
xidmətlərin 
koordinasiya 
edilməsi-1955-ci 
ildə 
Şimali 
Atlantika  Şurası  Avropa  hav  məkanının  istifadəsinə  dair 
koordinasiya Komitəsini təsis etdi. 1998-ci ildə bu qurum hava 
hərəkətlərinin idarə olunması üzrə NATO Komitəsinə çevrildi;
3
  
-hava hücumundan müdafiə məqsədilə “Hava hücumundan 
müdafiə Proqramı”nın  yenidən qəbul edilməsi (XX əsrin 80-ci 
illəri); 
-böhranlı vəziyyətlərin idarəolunması;  
                                                 
1
 Справочник  НАТО.  Юбилейное  издание  к  пятидесятой  годовщине 
НАТО.  Отдел  информации  и  прессы.  Брюссель  1988.  NАТО-1110 
Brussels, Belgium 1998-1999 Second Reprint. səh. 73.  
2
 Həmin kitab. səh. 186. 
3
Yenə orada. səh. 188. 

 
294 
 
-Aralıq 
dənizi 
regionu 
dövlətləri 
ilə 
dialoqun 
dərinləşdirilməsi; 
-münaqişələrin həllində maraq göstərilməsi
-Avropada  nüvə  gərginliklərinin  qarşısının  alınması  və 
raketlərdən  və  kütləvi  qırğın  silahlarından,  o  cümlədən 
regionun  taktiki  və  strateji  nüvə  silahlarının  təhlükələrindən 
azad olunması.  
 
Yeni  dövrün  xüsusiyyətləri  və  NATO-nun  genişlənmə-
sinin əsasları  
 
Sosialist  sistemi  çokdükdən  sonra,  yeni  meydana  çıxan 
gerçəkliklər  fonunda  Avratlantik  məkana  münasibət  də 
dəyişməyə  başladı.  Yeni  və  möhkəm  əsaslı  beynəlxalq 
təhlükəsizliyi  təmin  edən  qurumun  formalaşması  dövrün 
ehtiyacından irəli gəldi. Avratlantik məkan üzrə NATO-nun 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin