də yoxdur. Deməli, güc yoxdursa, beynəlxalq münasibətlər
də yoxdur. Beynəlxalq münasibətlər gücün, enerjinin və
240
potensialın
mövcud
olduğu
bir
sferadır.
Bu
enerji
bütövlüyündən, vahidindən bütün dövlətlər faydalanırlar.
Beynəlxalq münasibətlər sahəsində açıq iştirak dövlətin
gücünün yaranmasına xidmət edir. Dövlət resurslar mərkəzinə
qoşulur və resursların dövlətlərdən-dövlətlərə hərəkətini təmin
edir. Beynəlxalq münasibətlər güc olduğundan, dövlətlər
beynəlxalq münasibətlərə qoşulduqda güclənirlər. Dövlətin
açıq qapılar siyasəti onun güclənməsinin əsaslarını təşkil edir.
Yaradılmış əlverişli və faydalı şərait dövlətə resursların başqa
məkanlardan axmasının əsaslarını təşkil edir. Məsələn, 1970-ci
illərin sonundan Çində tətbiq olunan islahatçılıq və xarici
investisiyalar üçün açıq qapılar siyasəti Çini XXI əsrin
əvvəllərinin dünya iqtisadiyyatının lokomotivinə çevirmişdir.
Açıq qapılar siyasəti ölkələrdən-ölkələrə resurs axınları üçün
trayektoriyaların birləşməsi üçün bütöv “rels” rolunu oynayır.
Məsələn, II Dünya müharibəsindən sonra Qərbi Avropa
ölkələri ABŞ sərmayəsi üçün açıq qapılara çevrildi. Qərbi
Avropa iqtisadiyyatının inkişaf xüsusiyyətləri rels üzərində
hərəkət
edən
qatara
bənzədi.
Beynəlxalq
transmilli
korporasiyalar dövlətlərin güclənməsində yaxından iştirak
edirlər. Bir dövləti digər dövlətdə təmsil edən əsas vasitələr-
subyektlər və obyektlər qismində diplomatik qurumlar və
transmilli korporasiyalar çıxış edirlər. Transmilli korpo-
rasiyalar dövlətin resurslarının formalara salınmasının və yeni
formaların əldə olunmasının əsaslarını təşkil edirlər. Transmilli
korporasiyaların fəaliyyəti siyasi məzmun kəsb edir və onlar
makroiqtisadiyyatın formalaşmasında yaxından iştirak edirlər.
Transmilli korporasiyalar resursların səmərəli istifadəsində
yaxından iştirak edirlər. Dövlətlərin iqtisadi sistemlərinin
təşkilində transmilli korporasiyalar (maliyyə və kreditlər
sahəsində olan, istehsala sərmayə yatıran korporasiyalıar)
üstünlük təşkil edirlər. Bu şirkətlər iqtisadi kompleksliliyi
əmələ gəririrlər və resursların cəmləşməsini təmin edirlər.
Transmilli korporasiyalar dövlətlər arasında daha çox baza
241
iqtisadi münasibətlərin yaranmasında iştirak edirlər. Transmilli
korporasioyalar dövlətlər arasında olan iqtisadi münasibətlər
sistemlərinin və sahələrinin formalaşmasında yaxından iştirak
edirlər.
Ümumiyyətlə, belə bir prinsipi əldə rəhbər tutmaq lazımdır
ki, dövlət öz resurslarının səmərəli şəkildə istifadə edərsə,
güclənə bilər. Dövlətlərin daxili güclərinin artması onların
xarici güclərinin artmasına təsir göstərir.
Belə hesab etmək olar ki, beynəlxalq münasibətlərdə
dövlətlərin gücləri (müqayisədə fərqlənən gücləri) iki
istiqamətdən yaranır: birincisi, qeyd etmək lazımdır ki, onun
nüvəsi çox güclü olur və xarici siyasətinə təsir göstərir, ikincisi
isə, dövlət beynəlxalq münasibətlərə qoşulur və beynəlxalq
münasibətlərin kompleks şəkildə formalaşmasında iştirak edir.
Dövlətin beynəlxalq münasibətlərdə iştirak səviyyəsi onun təsir
səviyyəsini ortaya çıxarır. Beynəlxalq münasibətlərdə dövlət-
lərin güclənməsində həm də dövlətlərin beynəlxalq hüquq
normalarına müvafiq olaraq davranması, beynəlxalq hüquq
normalarına ədalətcəsinə əməl etməsi da təsir göstərir. Bu anda
mehriban qonşuluq siyasəti, sabitlik, dostluq, sülh şəraitində
əməkdaşlıq kimi vəziyyətlərin ortaya çıxması da transmilli
korporasiyaların sərmayə siyasətini artırır. Dövlət özünün
iqitsadi qapılarını digər dövlətlərin üzünə açır və digər məkanın
resursları və iqtisadi sistemləri ilə əlaqələr yaradır. Dövlət
beynəlxalq iqtisadi münasibətlər sistemlərinin şəbəkələş-
məsindən, struktur və yarımstrukturların bir-birinə etdiyi
qarşılıqlı xidmətdən və bundan irəli gələn təsirdən də güclənir.
Dövlətin güclənməsində iqtisadi və sosial- siyasi vəziyyətlərin
düzgün və çevik qiymətləndirilməsi amili də mühüm
əhəmiyyət kəsb edir. Şəraitin zamanda qiymətləndirilməsi və
zamanda çevik reaksiyalar (çağırışlar və onlara cavablar)
verilməsi dövlətin siyasət sisteminin işini səmərəli edir. Daxili
siyasi şəraitlə beynəlxalq şərait arasında mövcud olan
uzlaşmanın qiymətləndirilməsi, hər iki vəziyyətin real əsas-
242
larının dərk edilməsi və hər iki sahədə proqressiv və səmərəli
təsir imkanları dövlətin daxildə və beynəlxalq aləmdə
güclənməsinə səbəb olur.
Dövlətlərin
beynəlxalq
münasibətlərdə
iştiraklarının
güclənməsini həm də onların diplomatiyası təmin edir.
Diplomatiya ayrı-ayrı məkanlarda və məskənlərdə dövlətlərin
siyasətlərinin istiqamətlənməsini və xarici siyasətlərinin
kompleksləşdirilməsini təmin edir. Diplomatiyadan səmərəli
istifadə elə resurslardan (xarici siyasətə yönəldilmiş resurslar)
səmərəli istifadənin əsaslarını təşkil edir.
Beynəlxalq münasibətlərdə dövlətlərin güclənməsinin
əsaslarının ümumiləşdirilmiş şəkildə bəzi istiqamətlərini
aşağıdakı kimi hesab etmək olar:
-daxili resursların səmərəli istifadəsi üçün sistemin təşkil
olunması;
-daxili resursları xaricə çıxaran sistemlərin işinin səmərəli
şəkildə təmin olunması;
-dövləti daxildən gücləndirən resursların artması;
-daxili qanunvericilik sahələrinin genişlənməsi;
-dövlətin daxili müdafiə potensialının gücləndirilməsi və
xarici təsirlərə qarşı müdafiənin əsaslarının formalaşdırılması;
-dövlətlərin regionda böyük ittifaqlara qoşulması;
-ikitərəfli və çoxtərəfli qaydada çoxlu sayda müqavilələr və
digər sənədlərə qoşulması;
-böyük gücə malik olan dövlətlərlə strateji sahədə
əlaqələrin gücləndirilməsi;
-böyük dövlətlərlə qarşılıqlı inteqrasiya və miqrasiya
şəraitində əlaqələrin təşkil edilməsi;
-böyük ai dövl
243
Dövlətin güc vasitəsi kimi fəaliyyətinin əsasları və siyasi
fəaliyyətin dalğalanmaları-beynəlxalq aləmdə inkişaf
dalğalarının əmələ gəlməsi
Beynəlxalq münasibətlər sahələri və hərəkətləri, eləcə də
bu hərəkətləri yaradan mexanizm sistem xarakteri kəsb
etdiyindən beynəlxalq aləmdə dalğalanmalar meydana gəlir.
Dalğalanmalar siyasi hərəkətlərin tərkibini formalaşdıran
ünsürlərdən ortaya çıxır. Bu ünsürlərin hərəkət formaları və
hərəkət ardıcıllığı beynəlxalq münasibətlərdə dalğalanmaların
əsasını təşkil edir. Beynəlxalq aləmdə dalğalanmalar dedikdə,
beynəlxalq sferada ayrı-ayrı münasibətlər sahələrində meydana
gələn siyasət cərəyanlarını qeyd etmək olar. Beynəlxalq aləmdə
dövlətlər güc yaradan vasitələrdir və güc vasitələri kimi də
münasibətlərin
sistemli
əsaslarla meydana gəlməsinin
əsaslarını müəyyən edirlər.
Beynəlxalq münasibətlər sferası dövlətdaxili sfera kimi
strukturlardan təşkil olunur. Strukturlar arasında olan əlaqələr
strukturların yaratdıqları siyasətin dalğalanmalarının əsaslarını
təşkil edir. Dövlətlər beynəlxalq münasibətlərdə dalğalar
yaratmaqla,
dalğaları
yaradan
potensial
mənbələrin
təkmilləşməsini təmin etmiş olurlar. Beynəlxalq aləmdə
güclərin dalğalar əmələ gətirməsində vasitələr kimi resurslar
iştirak edirlər. Məsələn, neft, qaz, taxıl, düyü, şəkər tozu, dəmir
filizi, almaz, qızıl, gümüş, mis kimi metallar və digər bu kimi
strateji təyinatlı xammal məhsullarının, həmçinin hazır texniki
məhsulların hərəkəti dalğaların əmələ gəlməsini təmin edir.
Müəyyən iqtisadi strukturlar yeni iqtisadi inkişaf tələblərindən
irəli gələrək inkişafın mövcudluğunu təmin edir. İqtisadi
strukturlar da öz növbəsində qarşılıqlı əlaqələrdə olurlar və
müəyyən xətlər üzrə dalğaların yaranmasını təmin edirlər. Bu
baxımdan inkişaf dalğaları resursların hərəkətlərə gətirilməsi
ilə xassələnən dalğalardır.
244
Beynəlxalq siyasətin dalğalanmaları bir dövlətdə və ya da
bir neçə dövlətdə ortaya çıxan inkişafdan meydana gəlir.
İnkişaf xüsusiyyətləri və inkişaf istiqamətləri digər məkanlar
üzrə yayılır və nəticə etibarilə siyasətin məkanlar üzrə
dalğalanması prosesləri yaşanır. Bu proses zamanı alt dalğalar
və üst qat dalğalar meydana gəlir. Beynəlxalq münasibətlərin
inkişafı dövlətlərin daxili inkişafına bağlı olur və daxili
potensial
beynəlxalq
münasibətlər
sistemininn
mexanizmlərində dalğaları əmələ gətirir.
Beynəlxalq sistemlərin dalğalanmalar yaradan fəaliyyəti
bir tərəfdən beynəlxalq sistemlərin kompleksliliyini təşkil edir,
digər
tərəfdən
də
dalğanı
yaradan
dövlətin
milli
xüsusiyyətlərini digər məkanlara və dövlətlərə ixrac edir.
Məsələn, transmilli korporasiyaların məkanlardan-məkanlara
keçməsi onların iqtisadi maraqları ilə yanaşı, təmsil olunduqları
dövlətlərin milli maraqlarını daşımasından irəli gəlir.
Beynəlxalq sistemdə fəaliyyətin dalğalanması təbii ki, dövlətlər
arasında real qruplaşmanın da yaranmasının əsaslarını təşkil
edir. Beynəlxalq ticarət qaydaları beynəlxalq münasibətlərin
dalğalanmalarının əsaslarını formalaşdırır. Bir ölkədə istehsal
olunan məhsullar beynəlxalq ticarət yolu ilə digər ölkələrin
məkanlarına daxil olur. Nəticədə istehsal olunan dövlətin
təsirini yaradır. Beynəlxalq qaydada meydana gələn qlobal və
ya da böyük regional problemlər yeni inkişaf dalğaları üçün
yeni stimul yaradır. Bu anda yeni enerji mənbələri yaradan
resursların müəyyən mərkəzlərdə cəmləşməsi və yeni axınları
meydana gətirməsi prosesləri yaşanır.
245
Dövlət gücünün təsnif olunmasının əsasları. Kiçik
dövlət, orta gücə malik olan dövlət, böyük gücə malik
olan dövlət və super gücə malik olan dövlətlərin təsnif
olunmasının əsasları
Dövlətlər güclərinə görə bölünürlər
Dünya dövlətlərini güclərinə görə aşağıdakı şəkildə
bölmək, dərəcələndirmək olar. Burada həm ölkələr daxilində
istehsal olunan məhsulların həcmini, həm də adambaşına düşən
ÜDM-ın həcmini nəzərə almaq mümkündür. Lakin bununla
kifayətlənmək olmnaz. Buraya əhali, ərazi; hərbi, material
resurslar –təbii resurslar kriteriyalarını da aid etmək lazımdır.
Dövlət gücü geosiyasi əhəmiyyətə malikdir:
-Super dövlət (ABŞ);
-Super dövlətə yaxın dövlətlər (Rusiya, Çin);
-Böyük gücə malik dövlətlər (Almaniya, Yaponiya, Böyük
Britaniya, Fransa, Kanada, Hindistan və s.);
-Orta gücə malik dövlətlər (İtaliya, İspaniya, Yunanıstan,
Avstriya, Türkiyə, Avstraliya, Pakistan, İran, İndoneziya,
Misir, Malayziya, Braziliya, Argentina, Meksika, Cənubi
Koreya, Qazaxıstan və s.);
-Güclənməkdə
olan
dövlətlər
(Polşa,
Ukrayna,
Azərbaycan, Özbəkistan və s.);
Zəif dövlətlər (Albaniya, Ermənistan, Nepal, Butan, Asiya,
Amerika və Afrika qitəsinin bir çox dövlətləri)
Çox hallarda iqtisadi cəhətdən güclü inkişaf etmiş
Almaniya, Yaponiya, Böyük Britaniya, Fransa, Avstraliya və
Kanadanı super dövlət kimi göstərirlər. Burada bir nüansa
xüsusi fikir vermək lazımdır. Düzdür, iqtisadiyyatın güclü
olması dövlətin güclü olmasına gətirib çıxarır. Lakin super
dövlət olmaq mənasını vermir. Məsələn, Almaniya dünyanın
iqtisadi cəhətdən inkişaf etmiş bir dövlətidir. Ancaq bu
dövlətin təbii və maddi sərvətləri, ərazisinin böyüklüyü və
246
əhalisinin çoxluğu, hərbi-sənaye kompleksinin inkişaf
səviyyəsi, ordunun sayı və gücü ABŞ və Rusiyada olduğu kimi
deyil. Belə xarakterli amilləri sadalanan digər dövlətlərə də aid
etmək olar. Ona görə də dünyanın iqtisadi cəhətdən inkişaf
etmiş, lakin super dövlət xüsusiyyətini özündə cəmləşdirməyən
dövlətlərinə super dövlət demək düzgün deyil. Eynilə tək
ərazinin böyüklüyü faktoru da super dövlət mənasını vermir.
Məsələn, Monqolustan dövlətinin ərazisi Fransadan çox
böyükdür. Lakin Monqolustanı gücünə görə bu dövlətlə
eyniləşdirmək olmaz. Həmçinin, Almaniya ilə Səudiyyə
Ərəbistanını da müqayisədə belə qəbul etmək olar. Əhali
amilinə
gəldikdə,
Hindistanda
əhalinin sayı Böyük
Britaniyadan dəfələrlə çox olsa da, bu ölkələrdə iqtisadi inkişaf
və yaşayış səviyyəsini eyniləşdirmək olmaz. Rusiyanı ABŞ-la
müqayisə etdikdə, onu qeyd etmək olar ki, Rusiya yalnız
iqtisadi inkişafına görə və əhali sayının azlığı baxımından
ABŞ-dan geri qalır. Bununla yanaşı, texnoloji amillərə görə də
ABŞ-dan arxadadır. Lakin super dövlət xas olan prinsiplərin
əksəriyyətini özündə cəmləşdirir. Böyük əraziyə, olduqca
zəngin təbii sərvətlərə (neft, qaz, qiymətli metallar, dəmir filizi,
daş kömür, böyük meşələr və s.), maddi sərvətlərə, çox güclü
hərbi-sənaye kompleksinə (müasir tələblərə cavab verən ağır və
yüngül hərbi texnikaya, raket texnologiyasına, aviasiya və çox
güclü atom sənayesinə və s.), tarixən formalaşmış güclü
orduya, elmi-tədqiqat mərkəzlərinə, kosmik sənayeyə və s.
məxsusdur. Hətta bəzi göstəricilərə görə ABŞ-ı qabaqlayır.
Super (qlobal) və regional güc mərkəzləri
Super (qlobal) və böyük regional güc mərkəzlərinə müqa-
yisədə çox güclü dövlətlər aid edilir. Super güc mərkəzinə o
dövlət aiddir ki, həmin dövlət ümumiyyətlə, dövlətin daxili
gücünü əks etdirən və əvvəlcə sadalanan amillərin böyük
əksəriyyətini kompleks şəkildə özündə cəmləşdirmiş olur.
247
Super güc mərkəzi böyük və planetar ərazilərdə, eləcə də quru
və su ərazilərində digər dövlətlərə nisbətən çox böyük gücə və
potensiala sahib olur. Super güc mərkəzi dünya siyasətində,
eləcə də beynəlxalq münasibətlərdə bütün subyektlərə təsir
etmək imkanına malik olan dövlət və ya dövlətlər ittifaqı hesab
olunur. Dünyanın qlobal siyasəti məhz super dövlətlər
tərəfindən reallaşdırılır. Dünyanın qloballaşma mərkəzində
aparıcı, əsas istiqamətləndirici mərkəz kimi super gücə malik
olan dövlət dayanır. Bu dövlətin hərtərəfli imkanları digər
dövlətin imkanlarına, potensialına təsir ed
tш TfЦbnsəəшəəш
248
Avroasiya məkanında yerləşmiş, 2000-ci ilin başlanğıcından
əvvəlki qüdrətini bərpa etməyə çalışan Rusiyanı da müəyyən
parametrlərinə görə super güc mərkəzi kimi qəbul etmək olar.
Rusiya məkan üzrə coğrafi yayılan güc mərkəzidir. Hətta bu
mərkəzlərə Çin də öz gücünə görə yaxınlaşmaqdadır. Çinin
iqtisadiyyatı dünyada ikinci yerdə qərarlaşıb. (Qeyd: 2009-cu
ildə Çin enerji şirkətlərində və elektro- enerji şirkətlərində
sərmayə qoyuluşuna görə birinci yerdə qərarlaşmışdır.
Xammal və material resurslarına sərmayə qoyuluşuna görə isə
ikinci yerdə yer tutmuşdur. 2009-cu ildə yazılan elmi məqaləyə
əsasən, son iyirmi ildə Çinin Ümumdaxili məhsul artımı ildə
orta hesabla 9,9 faiz təşkil etmişdir. 2000-2009-cu illər ərzində
dünyanın Ümumdaxili Məhsul istehsalında Çinin payı 3,7
faizdən (ABŞ dolarının nominal dəyəri ilə ifadə olunarkən) 8,1
faizə qədər yüksəlmişdir.
1
Lakin o da qeyd olunur ki, gələn onillikdə (2019) Çin
iqtisadiyyatının artım tempi aşağı düşəcək və orta hesabla 7,5
faiz təşkil edəcək. Lakin buna baxmayaraq, belə hesab olunur
ki, 2019-cu ildə Çinin ümumdünya məhsul istehsalında payı
14,9 faizə qədər yüksələ biləcəkdir. Bu anda ABŞ-a yaxınlaşma
baş verəcəkdir. Ehtimal olunur ki, ABŞ-ın 2019-cu ildə dünya
məhsul istehsalında payı 19,4 faiz təşkil edəcəkdir.
2
Lakin iqtisadiyyatın sürətli artım tempinə baxmayaraq,
Çində adambaşına düşən ümumdaxili məhsulun məbləği
11,644 dollar təşkil edə biləcəkdir ki, bu amil də ABŞ-la
müqayisədə cəmi 20 faiz təşkil edəcəkdir.
3
1
Экономика Китая: его сильнейшее оружие или слабое место? Дэвид
Сноудон, «Бизнес монитор интернешнл», рассуждает о том, как рост
экономической активности Китая неразрывно связан с перспективами
безопасности этой страны.
http://www.nato/int/docu/review/2009/Asia/rise china
geopolitical/RU/index.htm
2
Həmin məqalə.
3
Həmin mənbə.
249
Belə qənaətə gəlmək olar ki, Avropa nəhəngləri olan
dövlətlər (Böyük Britaniya, Fransa, Almaniya), Asiyada
Yaponiya və Cənubi Koreya, Avstraliya kimi dövlətlər ayrı-
ayrılıqda super dövlətlər ola bilməzlər. Məsələn, Yaponiya və
Almaniya iqtisadi cəhətdən güclü inkişaf etmiş dövlətlərdirlər.
Lakin buna baxmayaraq super güc mərkəzinə xas olan
xüsusiyyətlərin bir çoxuna sahib deyillər. Həmin dövlətlər nüvə
silahlarına malik deyillər, hərbi-sənaye kompleksi Rusiya, ABŞ
və Çindəki olduğu həcmdə və səviyyədə deyil, böyük əraziyə,
kifayət qədər təbii sərvətlərə malik deyillər. Bu dövlətlərin
təsiretmə imkanlarının radiusu, yəni coğrafiyası da super
dövlətlərə nisbətən aşağıdır. Məsələn, Almaniya, Yaponiya,
eləcə də Fransa postsovet məkanına, Asiya regionuna Rusiya
qədər təsir edə bilməzlər. Eləcə də dünyanın bütün regionuna
geosiyasi təsir imkanlarına malik olan ABŞ-la bu dövlətləri
eyniləşdirmək düzgün deyil.
Təsiretmədə koordinasiya amilləri mühüm rol oynayır.
Koordinasiya uyğunluğu və uyğunsuzluğu yaradır. Uyğunluq
prinsipləri böyük mərkəzlər ətrafına kiçik mərkəzləri cəlb edir.
Bu prinsiplər sayəsində dövlətlər cəmləşmə xassələrinə malik
olur. İnkişafı nisbətən zəif olan dövlətlər uyğunluq prinsipinə
görə bir-birinə yaxınlaşmaq məcburiyyətində qalır. Məsələn,
Rusiya bu uyğunluq prinsipindən irəli gələrək, postsovet
məkanını öz ətrafında saxlamaq imkanlarına malik olur.
Bununla yanaşı, mədəni və sivil inkişaf xüsusiyyətlərinin
uyğuluğuna görə Avropa İttifaqı formalaşa bilir.
ABŞ super güc mərkəzi olaraq, öz valyutasından istifadə
edərək, dünya malliyyə sisteminə və iqtisadiyyatına təsir
etmək imkanlarına malik olur. ABŞ valyutası dünya
iqtisadiyyatının aparıcı vasitəsinə çevrilmişdir. Digər böyük
dövlətlər rəqabət fonunda dünyada alternativ valyutanın da
yaradılması (“Avras”) ideyasını ortaya atmışdılar.
250
Regional gücün formalaşması
Regional güc mərkəzlərinə o dövlətlər aid edilə bilir ki,
həmin dövlətlər regionda təsir imkanları baxımından daxili güc
imkanlarını əks etdirən amillərin bir çoxuna sahib olsun.
Məsələn, Türkiyə bu baxımdan regional güc mərkəzi kimi
qəbul edilir. Türkiyə ərəb dünyasına, türk dünyasına,
müsəlman aləminə; coğrafi məkan kimi-Mərkəzi Asiyaya,
Qara-Aralıq dənizi regionlarına, Qara-Xəzər dənizi region-
larına təsir etmək imkanlarına malikdir. Türkiyə dünyanın
“siyasi bel qurşağı”nda yerləşən güc mərkəzidir.
1
Bu
dövlətlərin daxili və beynəlxalq resursları bir və ya bir neçə
regiona təsir etmək imkanlarına malik olur. Regional gücün
formalaşması əsasən dövlətin daxildə və beynəlxalq aləmdə
gücünü təsnif edən, gücünü formalaşdıran resurslardan asılı
olur. Regional gücün formalaşmasında böyük dövlətin –güc
mərkəzinin regionda həyata keçirdiyi iqtisadi layihələri böyük
əhəmiyyət kəsb edir. Bununla yanaşı, qeyd etmək olar ki,
dövlət öz iqtisadi potensialına görə ətrafda yerləşən digər
dövlətin potensialını da öz tərəfinə çəkir. Regionun güc
mərkəzi bir tərəfdən öz potensialını təşkil edən resurslarını,
məsələn, sərmayəsini regionun digər dövlətinin iqtisadiyyatına
cəlb edir, eləcə də kiçik gücə malik olan dövlətlərdən resursları
qəbul edir. Bu anda asılılıq sistemini formalaşdırmış olur və
regional güc bu imkanlardan istifadə edərək özünün
potensialını gücləndirir. Güclənmiş dövlət bütün resurslarından
istifadə edərək öz ətrafında yerləşən dövlətlər hesabına təsir
sferaları yaratmış olur. Məsələn, keçmiş SSRİ-nin rəhbərlik
etdiyi sosialist blokunu buna nümunə göstərmək olar. Bu
istiqamətdə regional güc formalaşır. Regional mərkəz-regional
iqtisadi, o cümlədən ticari, eləcə də infrastruktur, bu baxımdan
1
E.M. Nəsibov. Gələcək dünya düzəni və geosiyasi mənzərə. Siyasi
proqnozların əsasları. Ümumi hissə. I kitab. “Elm və təhsil ” nəşriyyatı,
Bakı-2013, 544 səh., ss.333-336.
251
geotranzit rolu oynayır. Regional gücün formalaşmasında ərazi,
əhali və təbii sərvətlər amili də mühüm rol oynayır. İqtisadi və
siyasi sistemin mükəmməlliyi də regionda dövlətin güclən-
məsinə xidmət edir.
Şəbəkələşmiş regionlarda təsirlər dövlərlərin regionlardan
bir qədər kənara-qloballığa doğru çıxmasının əsaslarını təşkil
edir. Belə dövlətlərə Avropada – Böyük Britaniya, Fransa,
Almaniya; Şimalli Amerikada-ABŞ, Meksika; Asiyada – Çin,
Hindistan, Yaponiya, Pakistan, İndoneziya, Türkiyə, İran,
Qazaxıstan; Afrikada- Cənubi Afrika Respublikası, Misir,
Liviya, Əlcəzair; Cənubi Amerikada Braziliya, Argentina,
Venesuela, Avstraliya-Okeaniyada Avstraliya və s. aid etmək
olar. Məsələn, Türkiyə və İran ərazi və əhalisinə görə böyük
dövlətlərdirlər, maddi və təbii sərvətləri olsa da, bu dövlətlərin
potensialları super dövlətlər qədər deyildir. Bu dövlətlər
okeanlara çıxışa malikdirlər, kifayət qədər hərbi-sənaye
komplekslərinə malikdirlər, lakin iqtisadi inkişaf səviyyəsinə
görə inkişaf etmiş dövlətlərdən (ABŞ və Qərbi Avropanın bir
çox dövlətlərindən, Çin və Yaponiyadan) geri qalırlar. Nüvə
dövlətləri deyillər, kosmik sənayeləri yoxdur, yaxud da zəif
inkişaf etmişdir. Dünyanın öz regionlarından başqa ərazilərinə
təsir edə bilmirlər. (Qeyd: son zamanlarda İran-Venesuela
Dostları ilə paylaş: |