yerinə düşər ki, ərəb ölkələrində yaranmış respublika
quruluşları heç də bu xalqın milli ruhuna uyğun deyil.
Ərəb ölkələrində Avropaya məxsus siyasi sistem quruluşu
həmin ölkələrin inkişafının qarşısını alır və hər an xalq
iradi və qeyri-iradi olaraq bu sistemdən yaxa qurtarmağa
can atır. “Ərəb respublika”sı quruluşlarında şəxslərin
dəyişməsi əslində köklü dəyişikliklərə gətirib çıxara bilmir.
Məsələn, “Ərəb baharı” zamanı Misir prezidenti Hüsnü
Mübarəkin devrilməsi və onun yerinə “Müsəlman
qardaşları”nın lideri olan Məhəmməd Mursinin gəlməsi
bu ölkədə köklü sabitliyə xidmət etmədi. 2013-cü ilin iyun-
iyul aylarında Misirdə ciddi hakimiyyət böhanları yaşandı
və Məhəmməd Mursi istefa verdi. Bu baxımdan qəbul
etmək olar ki, 2010-cu ildən başlayan “Ərəb baharı” da
məhz saxta respublika quruluşunu tətbiq etmiş ölkələrdə
baş vermiş oldu. Monarxiyaya (bu quruluş məhz ərəblərin
milli mentalitetinə uyğundur) malik olan dövlətlər,
məsələn, Səudiyyə Ərəbistanı, Mərakeş Krallığı, BƏƏ,
Qətər, İordaniya kimi ölkələr isə bu inqilab dalğalarından
kənarda qaldılar). Ümumiyyətlə, siyasi quruluşu mahiyyətdən
tamamilə öndə yaradıb, onu əlçatmaz etmək düzgün deyil.
Lakin əsl xarakteri əks etdirən quruluşu götürüb, onu
təkmilləşdimək daha məqsədəuyğundur. Vahid qaydalar
cəmiyyətin inkişaf vəziyyətindən çox qabaqda olmamalıdır.
231
Siyasi hüquq da cəmiyyətin reallığını əks etdirməyəndə,
cəmiyyətin siyasi quruluşu kövrək ola bilər.
Hüquq normaları (qanunvericilik bazası). Dövlət öz
strukturları və vətəndaşları arasında olan münasibətlərini
(hüquqi münasibətlər) rəsmi hüquq normaları ilə tənzimləyir.
Bu hüquq normaları zaman-zaman ortaya çıxan ehtiyac və
tələbatlara söykənir. Hüquq normalarının yüksək səviyyədə
tətbiq edilməsi də dövlətin potensialını meydana gətirir. Onu
da nəzərə almaq lazımdır ki, dövlət hüquq normalarını qəbul
edərkən mövcud və ardıcıl trayektorik gələcək zaman amilini
nəzərə alır. Bu anda “gələcək hüquqlar” anlayışı meydana
gəlir. Bu, o deməkdir ki, dövlət vətəndaşlarının hüquqlarının
təmin olunmasının ardıcıllığını həyata keçirmək məqsədilə
hüquq normaları toplusu (məsələn, gələcək planlar və
proqramlar, konsepsiyalar) qəbul edir. Nəzəri əsaslarını yaradır
və resurslarını həmin istiqamətə yönəldir. Dövlət gələcək
zamanda vətəndaşlarına təqdim edəcəyi hüququ və onların
mövcud hüquqlarını zaman ardıcıllığı ilə təkmilləşdirməyi bir
növ önə gətirmiş olur və öz niyyətinə və məqsəd hədəfinə
çevirir. Gələcək zamanda hüquqların təmin olunması
məsələsinə də iki prizmadan yanaşmaq olar: birincisi,
dövlət öz resurslarını nəzərə alaraq, həmin resursların
gələcəyə yönəlməsi strategiyasını qəbul edir; ikincisi, dövlət
gələcək hüquq normalarını müəyyən edir və bu hüquq
normalarının icrası üçün mövcud olmayan resursların
(indiki zamanda) əldə edilməsinə çalışır. Məsələn, vətən-
daşların kosmik turizm hüquqları formalaşmaqdadır. Bu imkan
hal-hazırda hər bir dövlətdə mövcud deyildir. Müəyyən qədər
imkanlara malik olan dövlətlər niyyəti müəyyən edərək,
gələcək fəaliyyətlərində kosmik turizmin yaranmasına çalışa
bilərlər. Ümumiyyətlə, hər iki halda gələcək hüququn məqsədi
sürətli inkişaf etməkdən ibarətdir.
232
Hərbi və digər müdafiə potensialı. Hər bir dövlət özünü
müdafiə üçün hərbi birləşmə yaradır. Bu birləşmə dövlətin
strukturları, eləcə də ümumi şəkildə vətəndaşlar arasında
sabitliyi təmin edir, ictimai-asayişi qoruyur. Həmçinin dövlətə
olan kənar təzyiqlərin və zərərverici ünsürlərin qarşısını alır.
Dövlətin güc strukturlarının potensialı dövlətin sabitliyinin
zəmanətçisi kimi çıxış edir. Dövlətin güc strukturları dövlətin
sistemli fəaliyyətinə zərər vuran daxili və xarici ünsürlərin
zərərsizləşdirilməsi ilə məşğul olur. Dövlətin güc strukturları
təzyiq aparatı kimi yox, müdafiə və mühafizə aparatı kimi öz
işini qurduqda sabitlik və ictimai- asayış yüksək səviyyədə
təmin edilir. Dövlətin güc strukturları demokratik dəyərlərin
qorunması və yeni dəyərlərin meydana gəlməsi üçün şərait
yaratmalıdır.
Dövlətin müəyyən məkanlarda üstünlükləri. Hər hansısa
bir dövlət daha çox məkanda iştirak edirsə, o zaman güc
toplamış olur. Dövlət quru məkanda, suda və kosmik məkanda
geniş iştirak edirsə, bu, onların gücünün artmasına xidmət edir.
Dövlət həmin məkanlarda iştirak edəndə öz resurslarını artırır.
Dövlətin daxili gücü onun kənarda, məsələn, açıq dənizlərdə-
neytral sularda və kosmik məkanlarda iştirak etmək
imkanlarını artırır. Super və böyük güc malik olan dövlətlərin
hərəkətlərini buna nümunə göstərmək olar. Dövlət eyni
zamanda həmin məkanlardan digər məkanlara təsir etmək
imkanları əldə edir. Məsələn, dünya okeanında ABŞ-ın gücü
okean dövlətlərinə təsirlərlə müşahidə edilir. Dövlətin kənarda
–sərhədlərindən kənarda daha çox məkanlarda iştirak etməsi
onun nüvəsinin həm gücünü artırır, həm də nüvəsini qoruyur.
Xalqın milli xarakteri və cəmiyyətin rasionallığı.
Cəmiyyət və dövlət onun vətəndaşları, sakinləri, ümumilikdə
isə əhalisi tərəfindən təşkil edilir. Dövlət və cəmiyyət qurumlar
kimi insanların məişət, sosial, hüquqi və siyasi münasibətlərini
əks etdirən vahidlərdir, təşkilatlardır. Həm cəmiyyət, həm də
233
dövlət rasional prinsiplərlə idarə olunduqda, tərəflər arasında
münasibətlər pozitiv qaydada qurulduqda cəmiyyət və dövlət
inkişafa məruz qalır. (Qeyd: insanların cəmiyyətlərdə rast
gəldikləri ən çox qaydalar əxlaq qaydalarıdır. İnsanlar
əxlaq qaydaları (əxlaq qaydaları, normalar və davra-
nışlarla) ilə ailədə və cəmiyyətdə yaşayırlar. Əxlaqla
yaşamaq, əxlaq qaydalarına əməl etmək insanların
hüququdur. Təbii hüququnun tərkibidir. Lakin bu təbii
hüquq dövlət tərəfindən tənzimlənmə obyekti deyildir.
İnsanlar burada sərbəstdirlər. Çəkinmə, utanma və ictimai
qınaq kimi amillər bu münasibətlərin tənizmlənməsində
əsas kriteriya kimi rol oynayır). Qəbul etmək lazımdır ki,
dünyada inkişafa meyilli olan və inkişaf edən, həmçinin
inkişafdan geri qalan (ifrat müafizəkar) cəmiyyətlər və xalqlar
vardır. Cəmiyyətin inkişafa məruz qalmasında və ya
tənəzzülündə həm xalqların milli xüsusiyyətləri mühüm
əhəmiyyət kəsb edir, həm də onların idarəetmə rejimlərinin
mahiyyəti önəmli rol oynayır. Hakim qrupun idarəçilik
xüsusiyyətləri və idarəetmə forması cəmiyyətin tərəqqisində və
tənəzzülündə mühüm əhəmiyyət kəsb edir. Rasional xarakterli
xalqlar (onları təbit bilikləri xüsusi olaraq maraqlandırır) daha
çox inkişafa məruz qalırlar. Digərləri isə daha çox məhdud
dairədə hərəkət edirlər, məişət adətlərindən asılı vəziyyətdə
qalırlar. Bu da onların inkişafının qarşısını alır. Rasional
cəmiyyətlər öz üzvlərinin potensialından səmərəli istifadə edir
və yeni-yeni enerji mənbələrinə nail olur. Buna görə də
dövlətin gücünü artıran elementlərin sayı və kəmiyyəti də artır.
Dövlət rasionalizmdən inkişaf edir, öz potensialını artırır.
İ
deoloji amillər. Bütün ideologiya insan hüquqlarının
yüksək səviyyədə təmin olunmasına söykənməlidir. Əsas
ideologiya insanların hüquqlarının inkişafına xidmət etməlidir.
İdeologiya cəmiyyətin üzvlərinin enerjilərindən səmərəli
istifadə olunmanı şərtləndirir. Bütün hərəkətlər ideologiya
234
ətrafında qurulur. Burada ideologiya dedikdə, insan hüquq və
azadlıqlarına xidmət edən kompleks ideyalar nəzərdə
tutulmaldır. Kompleks ideyalar çoxməzmunlu olur və çoxisti-
qamətdə inkişaf cərəyanlarını meydana gətirir. İdeologiya
(sağlam və inkişafa xidmət edən) ünsürlərin hərəkətə gəlməsini
zəruri edir və nəticədə yeni-yeni elementlər ortaya çıxır.
İdeologiya yeni-yeni inkişaf cərəyanlarını ortaya çıxarır və
elementlər arasındakı əlaqələrdə səbəb və nəticə kimi vasitə və
vəziyyətləri şərtləndirir.
Dövlətin xarici siyasətdə (beynəlxalq münasibətlərdə)
iştirak səviyyəsi və xarakteri. Dövlətin gücünü artıran amillər
içərisində dövlətin beynəlxalq hüquq normalarına söykənən
ədalətli davranışı da mühüm əhəmiyyət kəsb edir. Belə ki,
dövlət beynəlxalq aləmdə etibarlı əməkdaş və tərəfdaş kimi
tanınır. Bu kriteriyalar dövlətə beynəlxalq münasibətlər
sferasında güclü sərmayə cəlb edən subyekt kimi ad qazandırır.
Dövlət beynəlxalq hüquq normaları ilə əlaqələr qurduqda və öz
maraqlarını da buna müvafiq olaraq təmin etdikdə özünü
beynəlxalq aləmdə müdafiə etdirmiş olur. Digər dövlətlərin
hərbi təcavüzlərinə məruz qalma ehtimalları az olur.
Kiçik dövlətlər böyük dövlətlərlə yaxınlıq etdikdə də öz
potensiallarını artıra bilirlər. Kiçik dövlətlər öz resurslarının
istifadəsində böyük dövlətlərin iştiraklarını təmin edilər. Eləcə
də böyük dövlətlərin ərazilərindən və digər potensiallarından
istifadə edirlər. Böyük dövlət-kiçik dövlət münasibətlərində və
əlaqələrində böyük siyasət cərəyanları (məsələn, transmilli
korporasiyaların sərmayələrinin yaratdıqları axınlar) kiçik
dövlətlərin resurslarına təsir göstərir və bu məkanda siyasət
cərəyanlarının böyüməsinə xidmət edir.
Dövlətin gücünü formalaşdıran sahələr-baza sahələr:
iqtisadiyyat sahələri və iqtisadiyyatın səmərəli təşkil edilməsi
üçün yüksək idarəetmənin təşkili; köməkçi sahələr-sosial,
eləcə də səhiyyə sahələri-əhalinin maddi vəziyyətinin
235
yaxşılaşdırılması; elm və maariflənmə sahələri; ideoloji-
təbliğat sahələri-azad fikrin və ideyaların tez-tez meydana
gəlməsi üçün şəraitin yaradılması və lazımi resursların təşkil
edilməsi; insan hüquqları ilə əlaqədar olan sahələr- insan
hüquqlarının təmin edilməsini və müdafiəsini yerinə yetirən
qurumların işinin təşkili; hüquq-mühafizə və müdafiə-
təhlükəsizlik sahələri; mədəniyyət və incəsənət sahələri; dövlət
idarəetmə strukturlarının işinin təşkili-dövlət idarəçilik sahələri
(bu sahələr bütün sahələrdə mövcuddur və hər bir vasitə,
predmet idarəetmə sayəsində müəyyən məzmun və formaya
malik olur); xarici siyasət və beynəlxalq münasibətlər sahələri-
buraya diplomatik əlaqələrdən tutmuş dövlətin daxili siyasəti
ilə uzlaşan və daxili siyasətlə əlaqəli olan bütün sahələr aid
edilməlidir.
Beynəlxalq münasibətlərdə dövlətin gücünün
yaranmasının əsasları
Bir məsələni xüsusi olaraq qeyd etmək olar ki, dövlətin
gücünü təşkil edən kompleks elementləri dərəcələndirsək, onda
hesab etməliyik ki, bu elementlər içərisində ərazi (böyüklüyü)
və əhali (çoxluğu) amili birinci yerdə qərarlaşmalıdır. Digər
komponentlər (gücün tərkibini formalaşdıran komponentlər)
isə bu tərkibdən formalaşır. Qeyd olunduğu kimi, dövlət siyasi
və ictimai qurum olaraq vahid bir güc subyektidir və enerji
mərkəzidir. Güc qüvvə tətibiqi sayəsində müəyyən hərəkətləri
yaradan, dinamikanı təmin edən enerjini meydana gətirir və
enerji də öz növbəsində gücün formalaşmasını zəruri edir.
Dövlətin güclənməsi ilə onun hakimiyyətinin (hərəkət nöqteyi-
nəzərdən) həm daxildə, həm də beynəlxalq aləmdə gücü artır.
Gücün artması dövlətin resurslarının həcminə bağlı olur. Bu
baxımdan da zəif dövlətlə inkişaf etmiş və inkişaf etməkdə
olan dövlətin də gücü eyni səviyyədə olmur. (Qeyd: coğrafi və
siyasi, eləcə də iqtisadi anlamda inkişaf etmiş, inkişaf
236
etməkdə olan və zəif inkişaf etmiş dövlətlər məfhumu
işlənilir.
1
Onu nəzərə almaq lazımdır ki, bu yanaşmalar
nisbidir və müqayisə predmeti və obyekti xarakteri kəsb edir.
İ
nkişaf sonu olmayan və daima yüksəkliyə doğru cərəyan
edən hadisələr zənciri ilə hərəkəti əks etdirən bir vəziyyətdir.
İ
nkişaf trayektoriyası davamlı şəkildə sonsuzluğa doğru
uzandığından, “inkişaf etmiş dövlətlər” sözünün işlədilməsi
də bir qədər düzgün deyil. Belə dövlətləri “inkişafın nisbətən
yüksək mərhələsində olan dövlətlər” kimi adlandırmaq daha
məqsədəuyğun olar).
Dövlətin siyasət istiqamətlərini də onun gücü yaradır.
Gücün artması prosesləri bir tərəfdən istiqamətlərin sayını
çoxaldır, baza istiqamətlərin tərkibini zənginləşdirir, digər
tərəfdən də yeni istiqamətlərin yaranmasını zəruri edir.
Məsələn, dövlətin iqtisadi və elmi potensialının artması onda
kosmik sənayenin və digər nəhəng elmtutumlu sahələrin
inkişafı üçün şəraiti yaradır. Dövlət resurslarını zəngin-
ləşdirdikcə daha çox elmtutumlu sahələrin inkişafında maraq
nümayiş etdirir. Məsələn, Azərbaycanda elmi innovasiya
sahəsində texnoparkların yaradılması prioritet məqsədlərə
çevrilmişdir. Elmtutumlu sahələrin inkişafı zərurətdən irəli
gəlir. Elmi-texniki vasitələr ardıcıl olaraq tətbiq edilmək
prinsipləri əsasında böyük dəyişikliklər yaradır. Elmi-texniki
vasitələr zaman və imkanlar baxımından resursları daha da
çoxaldır, vasitələr üzərində təsir keyfiyyətini və kəmiyyətini
artırır. Böyük dəyişikliklər yeni vasitələri və yeni müna-
1
Dünya Bankının Atlas metodundan istifadə etməklə ölkələrin 2010-cu il
üçün hesablanmış Ümumi Milli Gəlir göstəricisinə əsasən qruplaşmasına
görə Adambaşına düşən ÜMG-i 1005 və daha az ABŞ dolları olan ölkələr-
aşağı gəlirli, 1006-3975 ABŞ dolları olan ölkələr-aşağı orta gəlirli, 3976-
12275 ABŞ dolları olan ölkələr- yuxarı orta gəlirli, 12276 və daha çox ABŞ
dolları olan ölkələr isə yüksək gəlirli ölkələr qrupuna aid edilir.
“Azərbaycan 2020: Gələcəyə Baxış” inkişaf konsepsiyası. Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq
edilmişdir.
237
sibətləri, əlaqələri ortaya çıxarır. Yeni əlaqələr və vasitələr yeni
gerçəklikləri təzahür etdirir və bu da nəticədə inkişafı ortaya
çıxarır. Bu baxımdan da güclənmə daima şəbəkələşmə,
şaxələnmə və mərkəzləşmə proseslərini özündə əks etdirir.
Hər bir dövlətin gücünü yaradan kriteriyalar mövcuddur.
Bu kriteriyalara həm sahə və istiqamətlər, həm də sahələrdə
təsir edən və təsirlərə məruz qalan resurslar (vasitələr) aid
oluna bilər. Dövlətin güclü olması (burada kompleks
əhəmiyyət kəsb edən elementlər nəzərdə tutulmalıdır) onun
daha çox beynəlxalq münasibətlər sferalarında yüksək
səviyyədə təsir etmək iştirakını yaradır. Məsələn, ABŞ, Rusiya,
Çin kimi böyük dövlətlərin iştirak etdikləri beynəlxalq
münasibətlər sahələri digər kiçik dövlətlər üçün iştirak
imkanları baxımından mövcud olmaya bilər və ya da məhdud
əsaslarla ola bilər. Güc dövlətin iştirak səviyyəsini (burada həm
öz daxilində, həm də beynəlxalq aləmdə) və sferasını yaradır.
Lakin beynəlxalq münasibətlərdə dövlətlər ona görə bərabər
hüquqlar əldə edirlər və bərabər hüquqlara sahib olurlar ki,
subyektlərin (əsas) subyektlərin hər biri “dövlət” adlanan
formadır. Dövlət formasına görə tərəflər arasında qarşılıqlı
razılaşmalar, qarşılıqlı vahid iştirak məzmunu və forması
meydana gəlir. Burada (beynəlxalq münasibətlər sferasında)
rəngarənglik var və bu rəngarəngliyin itməməsi üçün və
müxtəlif tərkibli hissələrdən ümumi vahidin (beynəlxalq
münasibətlərin) mövcudluğunun təmin olunması baxımından
vahid qaydalar yaradılır və xalqların hüquqlarının təmin
edilməsi məsələsində də “insanlıq” dəyərindən baxılır. Hər bir
şəxs, -hansı xalqa və dövlətə məxsus olmasına baxmayaraq,-
insandır. Burada böyük dövlətlərin böyük gücləri böyük
potensiala malik olan ərazilərin tənzimlənməsi üçün vacib
elementə çevrilir. Böyük güc müdafiə və təminetmə üçün
xüsusi önəm kəsb edir. Böyük güc həm də məxsus olduğu
tərəflər üçün məsuliyyəti əmələ gətirir. Bu, ideal bir
yanaşmadır. Reallıq isə ondan ibarətdir ki, böyük güc daima öz
238
maraqlarını gücləndirmək və əhatə dairəsini genişləndirmək
kimi funksiya daşıyır. Bu ardıcıl böyümə onların daxili
məzmunlarındadır,
xassələrindədir.
Maraq
sferalarının
genişlənməsi beynəlxalq münasibətlərdə dövlətlərin müdafiə
funksiyasını böyüdür. Dövlət böyüdükcə (burada resursların
çoxluğu baxımından) məsuliyyət sferası da böyüyür və
dövlətin ərazilər (birbaşa özünə aid olan ərazilər və
maraqlarının əks olunduğu başqa dövlətlərin əraziləri) üzrə
müdafiə məsuliyyəti də artır. Böyük dövlətlər üçün dünya
məkanı sahib olmaq baxımından dərəcələnir. Dövlətin daxili və
xarici geosiyasət maraq sahələri meydana gəlir. Bu baxımdan
da beynəlxalq münasibətlər sahələri şəbəkələnir, ittifaqlar
yaranır, birliklər ortaya çıxır və dövlətlərin qrup şəklində
hərəkətləri meydana gəlir. Beynəlxalq münasibətlərdə dövlət-
lərin fərdi qaydada hərəkətləri, eləcə də ittifaqlar daxilində
koalisiya şəklində olan hərəkətləri ortaya çıxır. Böyük dövlətlər
daha çox böyük problemlərin həllində şəbəkələşmiş güclə
hərəkət etməyə üstünlük verirlər. Məsələn, 1968-ci ildə SSRİ-
nin “Çexoslavakiya baharı”na qarşı ittifaq şəklində (VMT-nin
üzvlərindən ibarət) hərəkətini, ABŞ-ın İraq və Əfqanıstan
əməliyyatlarını (beynəlxalq koalisiya qüvvələri) və s. buna
nümunə göstərmək olar.
Dövlətin ərazisinin böyüklüyü, əhalisinin say çoxluğu
(burada maddi vasitələrin, məsələn, məhsuldar qüvvələrin-
işləyənlərin, çoxluq təşkil etməsi amili əsas götürülməlidir.
Maddi vasitələrin çoxluq təşkil etməsi material vasitələrə də
təsir göstərir və nəticə etibarilə material vasitələrin istifadə
olunmasında səmərəlilik meydana gəlir. Bununla yanaşı,
maddi vasitələrin çoxluğu istehlak vasitələrinin sayını da
artırır. İstehlak və istehsal vasitələrinin çoxluğu və onlar
arasında münasibət və əlaqə vasitələrinin çoxluğu da öz
növbəsində iqtisadi sistemlərin böyüməsinə və potensialın
artmasına xidmət edir. İqitisadi sistemlər o zaman daha da
böyüyür ki, sistemi təşkil edən ünsrülərin, vasitələrin sayı çox
239
olur və hərəkətdə olan və hərəkətə gətirən və hərəkətə
gətirilən vasitələrin sayı üstünlıük təşkil edir. Bu anda
istehsal və istehlak münasibətlər də daxildən (sistemin
daxilindən) zənginləışir və xaricdən, yəni məkanı əhatə
ertmək baxımından böyüyür), iqtisadi amillər, o cümlədən
material və maddi amillər; siyasi sistemin rasional əsaslarla
təşkili, siyasi sistemin sabitliyi və möhkəmliyi, iqtisadi
inkişafın davamlılığı, siyasi sistemin çoxlu sayda yarımsistem-
lərdən təşkil olunması və yarımsistemlər arasında təkmil
əlaqələrin mövcudluğu və bu əlaqələrin bütövlüyə-tam sistemə
xidmət etməsi; milli valyutanın dəyərliliyi, inflyasiyanın aşağı
səviyyəsi, istehsalın artması və istehsal vasitələrinin-maddi
resursların tarazlı qaydada istifadə olunması; insanların sosial-
psixoloji vəziyyətləri, cəmiyyətin sağlam durumda olması;
dövlətlçiliyin inkişafı və hüquqi dövlətin mövcudluğu və s.
kimi amillər üstünlük təşkil edir. Dövlətin güclü olmasında
onun əmlakının (daşınmaz, daşınar) sayı (əmlak dövlətin
milli-daxilində olan və başqa ölkələr ərazisində olan və
daxili əmlakını əhatə etməlidir) və həcmi mühüm əhəmiyyət
kəsb edir. Əmlak təsiredici mərkəz kimi böyük rol oynayır.
Əmlak insanların maddi maraqlarını formalaşdıran ünsürlər
kimi əhəmiyyət kəsb edir və iqtisadi münasibətlərin
istiqamətlənməsinə müsbət təsirini göstərir. İnsanlar arasında
olan münasibətlərin bazasında əmlak münasibətləri dayanır və
əmlak münasibətləri də digər maraqların təmin olunmasına
müsbət təsirlər göstərir. Əmlak münasibətlərdə və əlaqələrdə
uyğunlaşdırıcı, koordinasiyaedici əhəmiyyət kəsb edir.
Beynəlxalq münasibətlərdə dövlətlər güclərinə görə iştirak
edirlər və güclərinə görə də sistemi təşkil edirlər və sistemin
formalaşmasında iştirak edirlər. Belə bir əqli nəticədən çıxış
etmək olar: hərəkət olmadan güc yoxdur, güc olmadan
dövlət yoxdur. Dövlət yoxdursa, beynəlxalq münasibətlər
Dostları ilə paylaş: |