madan (əsasən, de-jure tanınmasından, tam rəsmi
tanınmadan sonra) sonra diplomatik əlaqələr formalaşdırılır.
Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına (Maddə
2) əsasən, dövlətlər arasında diplomatik münasibətlərin
qurulması və daimi diplomatik münasibətlərin təsis edilməsi
qarşılıqlı razılıq əsasında həyata keçirilir. Diplomatiya
dövlətlərin təmsil etdikləri xalqlar arasında ilkin addım olaraq
rəsmi əlaqələrin qurulmasını şərtləndirir. Dövlətlər isə xalqlar
arasındakı diplomatik əlaqələrin yaranmasında tənzimedici
tərəflər kimi çıxış edirlər. Diplomatik əlaqələrin qurulması
185
dövlətlər arasında olan əlaqələrin ilkin və başlanğıc mərhələsi
hesab edilir. Dövlətlər arasında əlaqələri təmin edən diplo-
matiya dövlətlər arasında müxtəlif sahələrin üzlaşdırılmasını və
yaxınlaşdırılmasını müəyyən edir. Eləcə də icra fəaliyyəti
sahəsi kimi çıxış edir. Tarixən də diplomatik əlaqələrin ardınca
bütün sahələr üzrə genişlənən əlaqələr formalaşıb. Diplomatik
əlaqələrin qurulması, diplomatik obyektlərin (burada
səfirliklər, konsulluq xidmətləri) və subyektlərin (səfirlərin,
elçilərin, konsulların təyinatı və səfirlilkərin təşkil edilməsi,
konsul xidmətlərinin təşkil edilməsi, konsul dairəsinin
müəyyən olunması və s.) dövlətlərin xarici siyasətləri arasında
ilkin əlaqələrin və uzlaşmaların həyata keçirilməsi mənasını
verir. (Qeyd: Diplomatik əlaqələr haqqında Vyana Konven-
siyasına (Maddə 8) əsasən, nümayəndəliyin diplomatik
personalının üzvləri prinsip etibarilə akkreditə edən dövlətin
vətəndaşları olmalıdırlar. Həmin maddəyə görə, nümayən-
dəliyin diplomatik personalının üzvləri yerləşmə dövlətinin
razılığı olmadan bu dövlətin vətəndaşlarından təyin edilə
bilməz, bu razılıq isə istənilən vaxt ləğv oluna bilər. Yerləşmə
dövləti, eyni zamanda akkreditə edən dövlətin vətəndaşı
olmayan üçüncü dövlətin vətəndaşlarına münasibətdə də bu
hüququ özündə saxlaya bilər. Həmin sənədin beşinci
maddəsinə görə, akkreditə edən dövlət lazımi qaydada
müvafiq yerləşmə dövlətlərini xəbərdar etdikdən sonra, əgər
istənilən yerləşmə dövləti tərəfindən etiraz olunmayıbsa,
nümayəndəlik başçısını və ya hər hansı diplomatik personal
üzvünü şəraitdən asılı olaraq bir və ya bir neçə dövlətdə
akkreditə edə və ya təyin edə bilər. Altıncı maddəyə əsasən isə
ə
gər yerləşmə dövləti buna etiraz etməzsə, iki və ya bir neçə
dövlət eyni şəxsi nümayəndəlik başçısı kimi digər dövlətdə
akkreditə
edə
bilərlər.
Nümayəndəlik
başçısı
və
nümayəndəliyin diplomatik presonalının hər bir üzvü
istənilən beynəlxalq təşkilatda akkreditə edən dövlətin
nümayəndəsi kimi fəaliyyət göstərə bilər).
186
Diplomatiya tənzimedici funksiyanı
yerinə
yetirir.
Müxtəlif istiqamətlər arasında tənzimləyici və bu baxımdan da
həlledici funksiyanı icra edir. Dövlətin xarici siyasətinin icrası
zamanı (məkanlar-dövlətlər və beynəlxalq təşkilatlar üzrə)
onun bütün istiqamətləri arasında tənzimləyici funksiyanı
diplomatiya
(burada
dövlət
rəhbərinin
diplomatiyası)
müəyyən edir. Belə bir fikir bildirmək olar ki, bütün dövlətlərin
diplomatik fəaliyyətləri birləşir və ümumdünya üzrə vahid
diplomatiya meydana gəlir. Diplomatiya bu baxımdan tərkib
hissələrə ayrılır. Bir ölkəyə yönəldilmiş diplomatiya pozitiv
istiqamətdə həmin ölkədə ölkəyə məxsus olan diplomatiya ilə
birləşə bilir. Beynəlxalq aləmdə dipomatik cəhətdən müdafiə
də bu prinsiplərə söykənir. Diplomatiya üzərində qarşılıqlı
nəzarət (burada müşahidə) funksiyaları yerinə yetirilir. Bir
dövlətin diplomatiyası digər dövlətin daxili işlərinə müdaxilə
etdikdə, müdaxilə olunan tərəfin özünümüdafiə hüququ
meydana gəlir. Özünümüdafiədən irəli gələrək vəzifələri və
müəyyən funksiyaları ortaya çıxır.
Ölkənin və hökumətin rəhbərləri də diplomatlar hesab
oluna bilirlər və öz fəaliyyətlərinə müvafiq olaraq müəyyən
diplomatik dərəcələr alırlar. Dövlət rəhbəri (dövlət adından)
hökumətin üzvlərinə müvafiq diplomatik səlahiyyətlər verə
bilir və müvafiq beynəlxalq sənədlərin imzalanması və
danışıqların aparılması üçün müəyyən hüquqları verə bilir.
Diplomatiya tənzimedici akt olaraq, həm mərkəzləşdirici, həm
də şaxələndirici fəaliyyət kimi əhəmiyyət kəsb edir.
Diplomatiya
dövlətlərin
müvafiq
strukturları
arasında
əlaqələrin qurulması zərurətini müəyyən edir, mərkəzləşdirici
fəaliyyət sahəsi kimi əhəmiyyət kəsb edir, təklifləri hazırlayır,
eləcə də mərkəzləşdiricilikdən şaxələndiriciliyə keçir, yəni
akkreditə olunmuş ölkədə təmsil etdiyi ölkənin maraqlarını
genişləndirməyə çalışır. Bu istiqamətdə diplomatiya həm
birləşdirici, həm bağlayıcı, həm də uzlaşdırıcı fəaliyyət
sahəsinə çevrilir.
187
Xarici siyasət (dövlətlərin xarici əlaqələri) –dövlətin
beynəlxalq məsələlərdə ümumi kursudur. Xarici siyasət
müəyyən bir dövlətin digər dövlətlərlə və xalqlarla onun
müxtəlif vasitə və metodlarının tətbiqindən irəli gələn
prinsipləri və məqsədlərinə müvafiq olaraq münasibətlərini
tənzimləyir. Xarici siyasətin vacib vasitəsi diplomatiyadır.
Xarici siyasət birbaşa daxili siyasətlə əlaqəlidir. Dövlətin əsas
xarici siyasət qurumu –dövlətin xarici siyasət fəaliyyətini
praktiki olaraq həyata keçirən- xarici əlaqələr üzrə dövlətdaxili
orqanı-çox ölkələrdə xarici işlər nazirliyi adlanır və nazir
tərəfindən rəhbərlik həyata keçirilir. ABŞ-da bu idarə Dövlət
Departamenti adlanır və ABŞ dövlət katibi tərəfindən rəhbərlik
edilir; Fransada bu qurum-xarici əlaqələr nazirliyi, İsveçrədə
isə siyasi departament adlanır və s.
1
Diplomat kimi səfirlər (həmçinin elçilər, nunsilər,
internunsilər, müşavirlər, konsullar) iştirak edirlər. Onu da
nəzərə almaq lazımdır ki, dövlət rəhbərləri arasında da
müəyyən diplomatik danışıqlar həyata keçirilir. Bu baxımdan
da dövlətin elə əsas diplomatı (onun baş diplomatı) onun
rəhbəri hesab olunmalıdır. Dövlətin xarici siyasətinin əsas
istiqamətləri onun birinci qanunu olan konstitusiyasında əksini
tapır və konstitusiyadan irəli gələrək, qanunverici hakimiyyət
və icra hakimiyyəti, eləcə də məhkəmə hakimiyyəti dövlətin
xarici siyasətinin müəyyən olunmasında və icra edilməsində,
eləcə də xarici siyasətin daxili qanunlar ilə uyğunluq təşkil
etməsində mühüm rola malik olurlar.
(Qeyd: Azərbaycan
Konstitusiyasına əsasən, onun mətnində yazıldığı kimi, Azərbaycan
Respublikasının Milli Məclisinin xarici siyasətlə bağlı həll etdiyi
məsələlərə-Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə
Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis
1
Вне́шняя
поли́тика
(внешние
сношения
государства) —
http://ru.wikipedia.org/wiki/%D0%92%D0%BD%D0%B5%D1%88%D0%
BD%D1%8F%D1%8F_%D0%BF%D0%BE%D0%BB%D0%B8%D1%82
%D0%B8%D0%BA%D0%B0
188
edilməsi; dövlətlərarası və Azərbaycan Respublikasının qanun-
larından fərqli qaydaları nəzərdə tutan hökumətlərarası müqavi-
lələrin təsdiq və ləğv edilməsi; Azərbaycan Respublikası
Prezidentinin müraciətinə əsasən müharibə elan edilməsi və sülh
bağlanmasına razılıq bildirilməsi (Maddə 95); Azərbaycan
Prezidentinin xarici siyasətlə bağlı səlahiyyətləri-Azərbaycan
Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda
diplomatik nümayəndəliklərinin təsis edilməsi haqqında Azərbaycan
Respublikası
Milli
Məclisinə
təqdimat
verir,
Azərbaycan
Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda
diplomatik nümayəndələrini təyin edir və geri çağırır; xarici
dövlətlərin
diplomatik
nümayəndəliklərinin
etimadnamə
və
övdətnamələrini qəbul edir; dövlətlərarası və hökumətlərarası
beynəlxalq müqavilələr bağlayır, dövlətlərarası və Azərbaycan
Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan
hökumətlərarası müqavilələri təsdiq və ləğv olunmaq üçün
Azərbaycan respublikasının Milli Məclisinə təqdim edir; təsdiq-
namələri imzalayır; siyasi sığınacaq verilməsi məsələlərini həll edir;
Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə müharibə elan
edir və sülh bağlayır (Maddə 109); Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinin xarici siyasətlə bağlı həll etdiyi
məsələlər - Azərbaycan Respublikasının qüvvəyə minməmiş
dövlətlərarası müqavilələrinin Azərbaycan Respublikası Konstitu-
siyasına uyğunluğu; Azərbaycan Respublikasının hökumətlərarası
müqavilələrinin Azərbaycan Respublikası Konstitusiyasına və
qanunlarına uyğunluğu; qanunlar və digər aktlar, yaxud onların
ayrı-ayrı müddəaları, Azərbaycan Respublikasının hökumətlərarası
müqavilələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
qərarında müəyyən edilmiş müddətdə qüvvədən düşür, Azərbaycan
respublikasının dövlətlərarası müqavilələri isə qüvvəyə minmir
(Maddə 130))
1
Dövlət rəhbəri öz xalqını və dövlətini beynəlxalq
münasibətlərdə təmsil edən birinci şəxsdir. Ayrı-ayrı məsələlər
üzrə də ayrı-ayrı şəxslərə də müxtəlif səlahiyyətlər verilə bilər.
Xarici ölkələrdə akkreditə olunan səfirlər isə dövlət başçıla-
rının tapşırıqlarını, dövlətin qanunlarını, məsələn, konsulluq
1
Azərbaycan Respublikasının Konstitusiyası, Bakı, “Biznes xəbərləri”
qəzeti-2012, 64 səh.
189
xidməti haqqında qanundan irəli gələn vəzifələri və digər
normativ-hüquqi aktları yerinə yetirirlər, qanunvericilk
aktlarının tərkibi olan beynəlxalq sənədləri və ümumilikdə
dövlətin xarici siyasət strategiyasında müəyyən olunan
vəzifələrin taktiki tərəflərini icra edirlər, yəni normanı yerinə
yetirirlər. Diplomatiyanın strategiyası ölkənin mərkəzi
hakimiyyət qurumları (qanunverici və icraedici hakimiyyət)
tərəfindən müəyyən olunur. İcra hakimiyyəti isə daha çox
diplomatiyanın həyata keçirilməsi (təşkil olunması işi də daxil
olmaqla) ilə məşğul olur. İcra hakimiyyəti (burada xarici
siyasətin icrası ilə məşğul olan dövlət nazirlikləri) xarici siyasət
sahəsində qəbul edilən qanunvericilik aktlarının icrasını yerinə
yetirir, dövlətin qoşulduğu və ratifikasiya etdiyi beynəlxalq
sənədlərin müddəalarının ayrı-ayrı strukturlar tərəfindən icra
olunmasını təmin edir. İcra hakimiyyəti xarici siyasətin ümumi
qaydada koordinasiyası ilə məşğul olur. İcra hakimiyyətinin
(burada həm də dövlətin) xarici siyasətini həyata keçirən əsas
qurum
xarici
işlər
nazirliyi
(idarəsi,
departamenti,
administrasiyası, ofisi və s.) hesab olunur. Xarici işlər nazirliyi
dövlətin xarici siyasətini həyata keçirən digər qurumların
fəaliyyəti arasında koordinasiya funksiyasını yerinə yetirir.
Məsələn, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
haqqında Əsasnaməyə görə, Xarici İşlər Nazirliyi öz
funksiyasının icrası baxımından Azərbaycan Respublikası
Milli Məclisinin parlamentlərarası və digər xarici əlaqələrinin
həyata
keçirilməsinə
kömək
edir;
dövlət
orqanlarına
Azərbaycan Respublikasında akkreditə olunan xarici dövlət-
lərin diplomatik və konsul nümayəndəlikləri ilə əlaqələrində
yardım göstərir; dövlət orqanlarının xarici dövlətlərin dövlət
orqanları və vəzifəli şəxsləri ilə, beynəlxalq təşkilatlarla
əlaqələrinə yardım edir.
1
1
AZƏRBAYCAN RESPUBLİKASININ XARİCİ İŞLƏR NAZİRLİYİ
HAQQINDA Ə S A S N A M Ə. Azərbaycan Respublikası Prezidentinin 29
yanvar 2004-cü il tarixli Fərmanı ilə təsdiq olunmuşdur.
190
Xarici işlər nazirlikləri müəyyən əsasnamələrlə (məsələn,
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında
Əsasnamə) fəaliyyət göstərirlər və bu sənədlərdə nazirlik
əməkdaşlarının vəzifə və səlahiyyətləri, nazirliyin hüquqları öz
əksini tapır. Xarici işlər nazirliyi öz funksiyasına uyğun olaraq,
həmçinin xarici ölkələrdə yerləşən diplomatik nümayən-
dəliklərlə işini qurur (səfirliyin və konsul xidmətinin
əməkdaşları-burada diplomatik personal və bu personala
xidmət göstərən inzibati-texniki işçilər) xarici işlər nazirliyinin
əməkdaşları olurlar və onlar ezam edilərək diplomatik
nümayəndəliklərdə müəyyən müddətlərə çalışırlar və xidmət
keçirlər
2
) və onlar arasında koordinasiya funksiyasını yerinə
yetirir. Əsasnaməyə əsasən, Nazirliyin mərkəzi aparatının,
xaricdəki nümayəndəliklərin, tabeliyində olan təşkilatların kadr
təminatını öz səlahiyyətləri çərçivəsində həyata keçirir,
diplomatik xidmət kadrlarının hazırlanması, yenidən hazır-
lanması və təkmilləşdirilməsini təşkil edir; Azərbaycan
Respublikasının ərazisində və xaricdə konsul işini təşkil edir və
s.
3
Xarici işlər nazirliyinin ayrı-ayrı departamentləri də xarici
siyasətin şaxələr üzrə icrasını təmin edirlər. Dövlətin daxili
siyasəti ilə onun xarici siyasəti arasında əlaqəni, bağlılığı və
uzlaşmanı məhz xarici işlər nazirliyi və onun idarələri, xidmət
qurumları, şöbələri həyata keçirirlər. Xarici işlər nazirliyinin
müvafiq şöbələri, bölmələri və idarələri xarici siyasətin icrası
sahəsində dövrü hesabatlar təqdim edirlər və ilin müvafiq
dövrlərinə uyğun olaraq (aylıq, rüblük, illik) planların
(taktikanın) icrası ilə məşğul olurlar.
Diplomatiya xarici siyasətin həyata keçirilməsində həm
konkret, həm də universal əhəmiyyət kəsb edir. Bu iki -fərdi
(konkret istiqamətlər və sahələr üzrə) və universal istiqamət
arasında birləşdirici funksiyanı da diplomatiya yerinə yetirir.
Diplomatiya fəaliyyətinin əldə etdiyi nəticələr dövlət
2
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu.
Maddə 12, 13. http://www.rusum.az/laws/law_953106246_7974.pdf
3
Həmin Əsasnamə
191
siyasətinin sonrakı addımları və mərhələləri üçün yeni-yeni
şərtlərin ortaya çıxmasını zəruri edir. Diplomatiya xarici
siyasətin istiqamətlər üzrə mərhələli funksiyasının müəyyən
edilməsini yerinə yetirir. Diplomatiyaya, həm də xarici
siyasətin periferiyası (məkanlardakı periferiyası) kimi ad
qoymaq olar. Xarici siyasətin həyata keçirilməsi məqsədləri elə
diplomatiyanın məqsədləri hesab olunur. Xarici siyasətin
məqsədləri xarici siyasətin həyata keçirilməsi zərurətindən
meydana gəlir. Xarici siyasətin həyata keçirilməsi daxili
tələbatları ödəmək zərurətindən, dövləti beynəlxalq aləmə
assosiasiya etmək zərurətindən, dövləti qorumaq və beynəlxalq
aləmdə dünya resursları hesabına gücləndirmək zərurətindən,
güclənmək
istiqamətində
geosiyasi
məkanı
böyütmək
istəklərindən irəli gəlir. Xarici siyasətin rasionallığı, yəni
müvafiq normalara uyğun olaraq həyata keçirilməsi, sistemli
qaydada həyata keçirilməsi və subyektlərin işinin sistemli
əsaslarla təşkil edilməsi xarici siyasətin gücünü artırır. Xarici
siyasətin gücü daxili potensialı böyüdür, eləcə də daxili
potensial xarici siyasətə güc verir. Buradan da belə bir məntiqi
ardıcıllıq ortaya çıxır ki, xarici siyasəti və daxili siyasət
dövlətin vahid və bütöv siyasətinin forma və məzmununu
meydana gətirir. Dövlət xarici siyasətini həyata keçirmək üçün
müxtəlif vasitələrdən isifadə edir. Bu vasitələr onun resursunu
genişləndirir
və
resursların
təkrar
olaraq
istifadəyə
yönəldilməsi və çoxaldılması da dövlətin xarici siyasətinin
güclənməsinə xidmət edir. Diplomatların (burada ölkələrdə
akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərlərinin)
təyin olunması üçün əvvəlcədən təyin ediləcək dövlətlərdən
aqremanlar (razılıqlar) verilməsi lazım gəlir. Diplomatik
əlaqələr haqqında Vyana Konvensiyasının dördüncü
maddəsinə əsasən, akkreditə edən dövlət yerləşmə
dövlətinin onun bu dövlətdə akkreditə etmək istədiyi
nümayəndəlik başçısına aqreman verdiyinə əmin olmalıdır;
Yerləşmə
dövləti
aqreman
verməməsinin
səbəbləri
192
haqqında akkreditə edən dövlətə məlumat verməyə borclu
deyildir.
Səfirliyin başçıları olan və diplomatik rütbələrə malik olan
şəxslər bir dövlətin başqa dövlətdə nümayəndəsi hesab olunur.
Buna görə də səfir etimadnamələri dövlət rəhbərlərinə təqdim
edilir.
Konsullarda isə razılıq konsul ekzekvaturası ilə verilir.
Konsullara patentlər (konsul patenti) də verilir ki, bu sənəddə
konsulun
vəzifəsi,
onun
dairəsi,
diplomatik
dərəcəsi
(diplomatik rütbəsi) öz əksini tapır. Konsul ekzekvaturası
xarici işlər nazirliyi tərəfindən verilir. Onlar öz sənədlərini
xarici işlər nazirlərinə təqdim edirlər.
Xarici
siyasətin
həyata
keçirilməsi
vasitələri
və
istiqamətləri kimi aşağıdakıları ümumiləşdirilmiş şəkildə
qeyd etmək olar:
Vasitələr olaraq, subyektləri və subyektlərin istifadə
etdikləri üsulları qeyd etmək olar:
-xarici siyasətin həyata keçirilməsi proseslərində istifadə
olunan diplomatiya vasitələri-hərəkət istiqamətləri olaraq,-
danışıqların həyata keçirilməsi və müəyyən razılıqların əldə
olunması, sənədlərin (müqavilə (pakt), konvensiya, xartiya,
saziş, protokol və s.) imzalanması;
-sənədlərdə razılaşdırılmış və qəbul edilmiş normalara
əməl edilməsi mexanizmlərinin işlənib hazırlanması;
-konfransların, sammitlərin, forumların və digər bu kimi
iclasların keçirilməsi və s.
Xarici siyasəti həyata keçirən vasitələr- istiqamətləri
müəyyən edən və icra edən vasitələr) subyektlər kimi,
-dövlət rəhbəri, hökumət rəhbəri;
-parlament
(müqavilənin
müzakirə
edilməsi
və
ratifikasiyası və s.);
193
-konstitusiya
məhkəmələri-müqavilələrin
və
digər
sənədlərin dövlətin konstitusiyasına uyğunluğu;
-icra qurumu kimi-xarici işlər nazirlikləri və idarələri,
dövlət katiblikləri, dövlət müşavirlikləri və s.
İ
stiqamətlər kimi,
-sənədlərin imzalanması və ratifikasiyası; sənədlərə xitam
verilməsi;
-danışıqların
həyata
keçirilməsi
və
müqavilələrə
(sənədlərə) qoşulma;
- sənədlərin hazırlanması üçün şəraitin öyrənilməsi və
müvafiq təkliflərin verilməsi;
-icra mexanizminin müəyyən olunması və s.
Sahələr kimi,
Xarici siyasət dövlətin maraq göstərdiyi bütün sahələr üzrə
meydana gəlir. Xarici siyasətin sahələri dövlətin potensialı
hesabına böyüyür. Dövlətin potensialı da onun daxili enerji
resursları hesabına zənginləşir. Dövlət öz nüvə mərkəzinin
maraqlarını xarici siyasətin hesabına da təmin etmək siyasətini
həyata keçirir. Əməkdaşlıq sahələri: beynəlxalq səviyyədə
rəsmi tanınma, diplomatik əlaqələrin qurulması; iqtisadiyyat, o
cümlədən ticarət, investisiya qoyuluşu, maliyyə sahəsi,
beynəlxalq kreditlər, nəqliyyat infrastruktur sahələri, regional
enerji layihələri, yükdaşımaları sahəsində layihələr üzrə
əməkdaşlıq; hərbi-təhlükəsizlik sahələri: geostrategiya, hərbi
əməkdaşlıq, strateji sahədə əməkdaşlıq, hərbi-siyasi ittifaqlarda
əməkdaşlıq, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlıq, silah
alqı-satqısı sahəsində əməkdaşlıq, hərbi-sənaye kompleksi
sahəsində əməkdaşlıq, hərbi təlimlər sahəsində əməkdaşlıq,
hərbi bazalar və hərbi avadanlıqların, hərbi qurğuların
yerləşdirilməsi sahəsində əməkdaşlıq, transməkanla, yəni
tranzit keçidlərlə bağlı əməkdaşlıq; miqrasiya sahəsində
əməkdaşlıq, viza rejimləri və sərhədlərin keçilməsinin əsasları
194
ilə bağlı əməkdaşlıq; sərhəd məsələləri-delimitasiya və
demarkasiya, ərazi mübahisələri, ərazi statusları ilə əlaqəli
məsələlərdə əməkdaşlıq; beynəlxalq təhlükəsizliyin təmin
olunması
sahəsində
əməkdaşlıq;
beynəlxalq
mülki
yükdaşımaları ilə bağlı əməkdaşlıq, sərnişindaşıma ilə bağlı
əməkdaşlıq; insan hüquqlarının təmin olunması və bununla
bağlı öhdəliklərin götürülməsi ilə bağlı məsələlər üzrə
əməkdaşlıq, cinayətkarların ekstradisiyası; mülk məsələləri
üzrə əməkdaşlıq; kütləvi –qırğın silahları ilə bağlı əməkdaşlıq;
ekologiya, səhiyyə, təhsil, elm və mədəniyyət və digər sahələr
üzrə əməkdaşlıq; ərazi işğalları və ərazi mübahisələri; etnik
münaqişlər və dövlətlərarası mübahisələr sahəsində əmək-
daşlıq; qaçqın və məcburi köçkünlərin statusları ilə bağlı
məsələlər; beynəlxalq dəniz, çay, su kanalı rejimləri və digər
beynəlxalq hüquqi məsələlər və s.
Xarici siyasətin istiqamətlərini müəyyən edən nəzəri
vasitələr-strateji
və
taktiki
vasitələr. Xarici siyasətin
istiqamətlərini müəyyən edən nəzəri vasitələr kimi dövlətlərin
daxillərində qəbul olunan və xarici siyasət fəaliyyətini
müəyyən edən və istiqamətləndirən, eləcə də icrasını təmin
edən xarici siyasət sənədləri və beynəlxalq sənədlər (burada
müxtəlif sahələri əhatə edən daxili qanunvericilik və
beynəlxalq normalar toplusu) və beynəlxalq qaydalar mühüm
rol oynayır. Beynəlxalq sənədlər qəbul edilmiş layihələrdir və
dövlətlər öz məqsədlərinə çatmaq üçün həmin layihələr üzrə
fəaliyyət göstərirlər. İlk növbədə dövlətlərin konstitusiyaları
burada ilkin fəaliyyət sənədi kimi əhəmiyyət kəsb edir.
Dövlətlərin daxili inkişaf konsepsiyaları, doktrina və
proqramları da xarici siyasətin sənədləri kimi mühüm önəmə
malikdir. Xarici siyasət sahəsində ilkin strateji sənəd kimi
dövlətlərin konstitusiyaları əsas götürülməlidir. Diplomatiya
sahəsində mövcud olan sənədlər bir-birini şərtləndirir və
əvvəlcə qəbul olunmuş sənədlər sonrakı sənədlər üçün
bağlayıcı və şərtləndirici rolunu oynayır. Məsələn, dövlətlərin
195
xarici siyasət sənədləri onların konstitusiyaların müvafiq olaraq
hazırlanır. Eyni zamanda, beynəlxalq sənədlər universal
beynəlxalq hüquq normaları çərçivəsində və BMT Nizam-
naməsinin tələblərinə uyğun şəkildə hazırlanır. Sənədlər
həmçinin bir-birindən törəyirlər və xüsusilə eyni və oxşar
sahələr üzrə sənədlər bir-birindən meydana gəlir. Məsələn,
Diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana
Konvensiyasından, 1963-cü il tarixli Konsul əlaqələri haqqında
Vyana Konvensiyasından və 1969-cu il tarixli Xüsusi
missiyalar haqqında Konvensiyadan irəli gələrək, Dövlətlərin
universal xarakterli beynəlxalq təşkilatlarla əlaqələrində
nümayəndəliyi haqqında 14 mart 1975-ci il tarixli Vyana
Konvensiyası hazırlanmışdır.
1
Dostları ilə paylaş: |