Beynəlxalq müqavilələr hüququ haqqında 23 may
1969-cu il tarixli Vyana Konvensiyasında (1980-ci ildə
qüvvəyə minib) yazılır ki, beynəlxalq münasibətlər tarixində
müqavilələr mühüm rol oynayırlar. Müqavilələrin beynəlxalq
hüququn mənbəyi kimi və dövlət və ictimai quruluşundan asılı
olmayaraq dövlətlər arasında sülh əməkdaşlığının inkişafında
mühüm əhəmiyyəti mövcuddur. Müqavilələrdən irəli gələrək
ədalətə hörmət və öhdəlik kimi hallar yaranır.
1
Dövlətlər arasında, dövlətlərlə təşkilatlar arasında rəsmi
razılaşmaları, dövlətlərin mövqelərinin bildirilməsi və onların
münasibətlərinin tənzim olunması müəyyən formalı sənədlərlə
həyata keçirilir. Bu sənədlər dövlətlərin xarici siyasətlərini,
münasibət və əlaqələrini tənzim edir. Sənədlər - müqavilələr
(iki və çoxtərəfli) və sazişlər, konvensiyalar (çoxtərəfli
müqavilələr), konsepsiyalar, doktrinalar, proqramlar və
strategiyalar, xarici siyasət fəaliyyəti planları, bəyannamələr,
memorandumlar, bəyanatlar, qətnamələr, xartiyalar, birgə
kommunikelər, protokollar, notalar və s. adlanırlar. Dövlətlər
arasında əlaqələr həm yazışmalarla, həm də iki və çoxtərəfli
qaydada imzalanan sənədlərlə həyata keçirilir. Bundan əlavə,
hesab etmək olar ki, beynəlxalq təşkilatların nizamnamələri də
1
Венская Конвенция о праве международных договоров 23 мая 1969
года. Действующее международное право. В трех томах. Том первый.
Составители проф. Ю.М.Колосов и проф. Э.С.Кривчикова. М.:
Издательство Московского независимого института международного
права, 1996.-864 с. ss.343-372.
176
beynəlxalq sənəd kimi qəbul edilə bilər. Beynəlxalq təşkilatlar
beynəlxalq hüququn və beynəlxalq münasibətlərin subyektləri
olduqlarından bu qurumların fəaliyyətlərinin əsasları da
beynəlxalq hüquqa (burada universal normalara) söykən-
məklə müəyyən olunur. Onların nizamnamələri də universal
beynəlxalq hüquqla ziddiyyət təşkil etmir.
Xarici siyasət fəaliyyətində və beynəlxalq münasibətlərdə
istifadə olunan sənədlər bir tərəfin, yəni bir dövlətin qəbul
etdiyi sənəd və iki və çoxlu sayda dövlətlərin qəbul etdikləri,
razılaşdıqları sənədlər və beynəlxalq təşkilatların sənədləri
kimi növlərə ayrılır. Dövlətin də xarici siyasət sənədi də
hissələrə bölünə bilir. Məsələn, dövlətin yalnız özünün qəbul
etdiyi sənəd-məsələn, konstitusiya norması, digər qanun-
vericilik aktları, xarici siyasət doktrinası, xarici siyasət
konsepsiyası, xarici siyasətlə bağlı bəyanatı və s. birtərəfli
əhəmiyyət kəsb edir. Dövlətin qoşulduğu sənədlər isə çoxtərəfli
məzmuna malik olur. Məhz dövlətin qoşulduğu sənəd əsas
beynəlxalq sənəd hesab olunmalıdır. Çünki burada çoxtərəfli
razılaşma var ki, beynəlxalq münasibətlər də öz mahiyyətinə
görə qarşılıqlı razılaşdırılmış sənədlərdə əksini tapır.
Sənədləri xarici siyasəti və beynəlxalq münasibətləri
tənzim edən sənədlər kimi iki əsasa bölmək olar: beynəlxalq
sənədlər bir qayda olaraq öz daxilində dövlətlərarası
yazışmaları və sənədləri, eləcə də beynəlxalq təşkilatların qəbul
etdikləri sənədləri və onların dövlətlərlə və digər beynəlxalq
təşkilatlarla olan yazışmalarını əks etdirir. Xarici siyasət
sənədləri isə dövlətlərin xarici siyasətini tənzim edən
beynəlxalq sənədlərdən daha geniş məzmuna malik olur. Belə
ki, xarici siyasət sənədləri özünə beynəlxalq sənədləri də daxil
etməklə, dövlətlərin daxillərində qəbul edilən və xarici siyasət
fəaliyyətinə aid olan sənədləri əks etdirir. Buradan da belə bir
məntiqi fikir ortaya çıxır ki, beynəlxalq münasibətlər xarici
siyasət üzərində qurulur. Beynəlxalq sənədlər dövlətlərin
177
daxillərində qüvvəyə mindikdən sonra qanunvericiliyin tərkib
hissəsinə çevrilir.
Xarici siyasət və beynəlxalq münasibətlərə aid olan
ümumi sənədləri meydana gəlməsi baxımından dörd yerə
ayırmaq olar: birincisi, dövlətlərin daxillərində qəbul edilən və
dövlətlərin xarici siyasətlərini müəyyən edən və istiqamət-
ləndirən sənədlər-konstitusiya, qanunlar və qərarlar, fərmanlar
və sərəncamlar, bəyanatlar; xarici siyasət doktrinaları, konsep-
siyaları, strategiyaları, fəaliyyət planları; ikincisi, dövlətlər
arasında müxtəlif məzmunlu diplomatik yazışmalar; üçüncüsü
dövlətlər arasında və dövlətlərlə təşkilatlar arasında imzalanan
sənədlər; dördüncüsü isə beynəlxalq təşkilatların qəbul
etdikləri sənədlər.
Beynəlxalq sənədlərin özlərini də əhəmiyyətinə və qüvvə-
sinə görə təsnif etmək olar. Məsələn, beynəlxalq sənədlərə
yazışmaları aid etməklə yanaşı, onu da qəbul etmək lazımdır
ki, bu yazışmalar yetkin sənədlər kimi qəbul edilə bilməz. Belə
hesab etmək olar ki, qərar əhəmiyyətli (burada layihənin qəbul
olunması, imzalanması və təsdiq olunması (ratifikasiya),
sənədlərsı (T-10ç)4(-10(a)444]Tj/R28 123Tf28.8 0 Td()Tj/R25 12 132.84 0yTd(n)Tj/R28 15Tf53.28 0 Td()Tj/R25 12 Tf5.28 0 Td2( )-3[(t)-2(i)13(,t)-22a)444]Tj/R28 132 Tf3.96 0 Td()Tj/R25 12 Tf5.28 0 Td[()-2(ni)-2( )k-2(ay)4(-3[(t)-2(Td[( )-Td[(m)-2(dn)-4ıd[(t)-2(Td[( )pTd[(o0(kons)1[(he)4(d[(dl)278]TJ/R28 111 Tf26.88 0 Td()Tj/R25 12 Tf5.28 0 Td[(Td[( )n-40(q)500]TJ/R28 117Tf26.88 0 Td()Tj/R25 12 Tf5.28 2(md(s)Tj/R28 12 Tf4.68 0 Td()Tj/R25 12 Tf5.28 0 Td[(d-40(q)500]TJ/R28 110 Tf4.68 0 Td()Tj/R25 12 Tf5.4 0 Td( )Tj-306.24 -13.8 )-1(au)-1(au580(olTd[()-110(r)333]j/R28 136.65.28 0 Td2[( )-80(s)]TJ/R22 12 Tf39.24 0 Td()Tj/R8 12 Tf5.28 0 Td(n)Tj/R22 12 Tf6 0 Td()Tj/R8 12 Tf5.28 0 Td[(dl)278]TJ/R22 12 Tf9.36 0 Td()Tj/R8 12 Tf5.28 0 Td[(r)3[( –)-90(dövl)278]TJ/R22 1399.36 0 Td()Tj/R8 12 Tf5.28 0 Td[(t)-2(l)278]TJ/R22 12 Tf6.72 0 Td()Tj/R8 12 Tf5.28 0 Td[)-90(a)4(r)-7(a)4(s)-1((r)3[( 0(qüvv)500]TJ/R22 140Tf25.2 0 Td()Tj/R8 12 Tf5.28 0 (r)3[( -300(be)-16(y)20(n)500]TJ/R22 120f132.84 0 Td()Tj/R8 12 Tf5.28 0 Td[(l)-2(x)-10(a)4(l)-238 )-620(t)278]TJ/R22 125Tf14.04 0 Td[()3.84766()]TJ/R8 12 Tf9.96 0 Td[(ki)-2(l)-2(a)4(t)-2(l)-2(a)4(r)3(ı)--7( )250]T2-268.92 -13.8qTd(n)Tj/R22 12 Tf6 0 Td()Tj/R8 12 Tf5.28 0 Td[(bul)-2(b )-30(e)4(t)-2(di)-2(kl)278]TJ/R22 149Tf16.68 0 Td()Tj/R8 12 Tf5.28 0 Td[(r)3(i)-2(b )-80(s)]TJ/R22 12 Tf78.96 0 Td()Tj/R8 12 Tf5.28 0 Td(n)Tj/R22 12 Tf6 0 Td()Tj/R8 12 Tf5.28 0 Td[(dl)278]TJ/R22 12 Tf9.36 0 Td()Tj/R8 12 Tf5.28 0 Td)4(,i)-2(b m-80(s)]TJ/R22 123Tf38.4 0 Td()Tj/R8 12 Tf5.28 0 hzr)3(a))3( )250]TJ/R22 128 Tf9.36 0 Td()Tj/R8 12 Tf5.28 0 he)4(s)-1sd[(Td[3( -300be)-16(y)20(n)500]TJ/R22 144Tf38.88 0 Td()Tj/R8 12 Tf5.28 0 Td[(l)-2(x)-10(a)4(l)-2(k)12(b )-00(s)389]TJ/R22 12 TTf8.64 0 Td()Tj/R8 12 Tf5.28 0 Td(n)Tj/R22 12 Tf6 0 Td()Tj/R8 12 Tf5.28 0 Td[(dl)278]TJ/R22 12 Tf9.36 0 Td()Tj/R8 12 Tf5.28 0 Td[d[(ndi))4(.)-2(b)-10( )250]T5-156.72 -13.8 Td[(B)7(e)-16(y)20(n)500]TJ/R22 12 Tf25.2 0 Td()Tj/R8 12 Tf5.28 0 Td[(l)-2(x)-10(a)4(l)-23n )-150(t)278]TJ/R22 132 Tf4.68 0 Td[()3.84766()]TJ/R8 12 Tf9.96 0 Td[(ki)-2(l)-2(a)4(t)-2(l)-2(a)4(r)3(ı)-2( (T-160(q)500]TJ/R22 12 Tf68.52 0 Td()Tj/R8 12 Tf5.28 0 Td[(bul)-25b )-30(e)4(t)-2(di)-2(kl)278]TJ/R22 149Tf28.92 0 Td()Tj/R8 12 Tf5.28 0 Td[(r)3(i)-2 (T-160(q)500]TJ/R22 120f128.52 0 Td()Tj/R8 12 Tf5.28 0 Td[r)-7(a)4(r)2[(r)3(a)-6(r-2 (T-160(da)2( )-350(mhüm[(bul)-2( )250]17-268.92 -13.8 Td(s)Tj/R22 12 Tf4.68 0 Td()Tj/R8 12 Tf5.28 0 Td(n)Tj/R22 12 Tf6 0 Td()Tj/R8 12 Tf5.28 0 Td[(dl)278]TJ/R22 12 Tf9.36 0 Td()Tj/R8 12 Tf5.28 0 Td[d[(ndi)-(z)-626. )-30-30(25( )-30(ki)-2(m)-2(i)-25b )-00(s)389]TJ/R22 179Tf73.08 0 Td()Tj/R8 12 Tf5.28 0 Td(n)Tj/R22 12 Tf6 0 Td()Tj/R8 12 Tf5.28 0 Td[(dl)278]TJ/R22 12 Tf9.36 0 Td()Tj/R8 12 Tf5.28 0 Td[d160(q)500]TJ/R22 12 Tf9.96 0 Td()Tj/R8 12 Tf5.28 0 i)-25b b[(ndi)-(i)-25b -150(t)278]TJ/R22 128 Tf4.68 0 Td()Tj/R8 12 Tf5.28 0 Td(r)Tj/R22 14Tf73.08 0 Td()Tj/R8 12 Tf5.28 0 i)-2(f)27( )-50(ol)-2(x,i)-24 )-580(km)-2(i)-25b 0(qüvv)500]TJ/R22 161Tf16.68 0 Td()Tj/R8 12 Tf5.28 0 )-626. )-40(y)20i)-25b dar)3(a))3( )25)271Tf16.72 -13.8 üxunl
s-160(da)530 -150(t)278]TJ/R22 175 Tf3.96 0 Td()Tj/R8 12 Tf5.4 0 Td(r)Tj/R22 12 Tf3.96 0 Td()Tj/R8 12 Tf5.28 0 fd[(r)3(l)278]TJ/R22 12 Tf7.32 0 Td()Tj/R8 12 Tf5.4 0 Td[da
ı
ş
178
yazışmaları həyata keçirilirsə, bu daha çox beynəlxalq sənəd
(beynəlxalq yazıma kimi adlandırmaq daha məqsədəuyğun
olar, sənədin məzmununda qərar vermək var və imperativlik
və normativlik daha genişdir və nizamlayıcı funksiyası daha
böyükdür) məzmunu alır və yazışma aparan tərəflərin qarşılqlı
mövqelərini müəyyən edir. Burada artıq tərəflər qarşılıqlı
olaraq münasibətlərə daxil olurlar. Yazışmalar müəyyən bir
beynəlxalq sənədin hazırlanmasına, sənədə qoşulmağa və ya da
müəyyən beynəlxalq tədbirlərin keçirilməsinə gətirib çıxarır.
Beynəlxalq tədbirlər isə sonda müəyyən bir beynəlxalq sənədin
qəbul olunmasına gətirib çıxarır.
Xarici siyasət sənədləri və beynəlxalq sənədlər xarici
siyasətin və beynəlxalq münasibətlərin həm oxşar məzmun-
larını müəyyən edir, həm də bu iki anlayış arasında fərqli
vəziyyətlərin mövcudluğunu üzərə çıxarır.
Onu da qeyd etmək lazımdır ki, beynəlxalq sənədlər xarici
siyasət sənədləri ilə tamamlanır və bu da ondan irəli gəlir ki,
dövlətlərin xarici siyasətləri və ümumi olaraq beynəlxalq
münasibətlər dövlətlərin özlərinə (daxilə) xidmət edir.
Xarici siyasət və beynəlxalq münasibətlər, eləcə də daxili
siyasət sənədlərin qəbulu və icrası, ardıcıl proseslərlə bir-birini
tamamlayır. Daxili siyasət sənədlərindən xarici siyasət
sənədləri ortaya çıxır, xarici siyasət sənədlərindən beynəlxalq
münasibətlər sənədləri meydana gəlir, beynəlxalq münasibətlər
sənədləri isə xarici siyasət və daxili siyasət sənədləri ilə
tamamlanır. Məsələn, Konvensiyalara qoşulmalar, sənədlərin
parlamentlərdə ratifikasiyası; konstitusiyadan irəli gələrək
xarici siyasət sənədlərinin hazırlanması və xarici siyasət üzrə
mütəxəssislərin təyini, siyasət mərkəzlərinin təşkili və s. kimi
proseslər həyata keçirilir.
179
II FƏSİL:
Xarici siyasətin həyata keçirilməsi vasitələri və diplomatiya
Diplomatiyanın əsasları
Diplomatiya bölməsi beynəlxalq münasibətlər anlayışının
ən mühüm tədqiqat istiqamətlərindən biridir. Diplomatiya həm
də ona görə mühümdür ki, bu fəaliyyət sahəsində birbaşa
dövlətlərin özləri təmsil olunurlar. Dövlətlərin bir-birilərinin
daxilində daimi təzahürləri (bur dövlətin xarici və daxili
siyasətində digər dövlətləri görmək mümkündür) onların daimi
təmsilçilik fəaliyyətləri olan diplomatiyada (diplomatik
fəaliyyət müəyyən qısa müddətlər üçün də nəzərdə tutula bilir)
öz əksini tapır. Diplomatiya dövləti beynəlxalq aləmdə təmsil
edən ən mühüm fəaliyyət istiqamətidir. Diplomatiya özü bir
istiqamət kimi beynəlxalq münasibətlərin baza sahəsindən
şaxələnməklə yanaşı, həm də beynəlxalq münasibətləri
yönləndirən bir baza istiqamətidir.
Diplomatiyanın özünün baza istiqamətləri vardır və hər bir
istiqamət tədqiqat predmeti kimi əhəmiyyət kəsb edir.
Diplomatiya beynəlxalq münasibətlərin bütün sahələrində
ümumiləşdirici və xüsusiləşdirici, bu baxımdan konkretləş-
dirici, eləcə də sistemləşdirici, bağlayıcı, şərtləndirici və
istiqamətverici əhəmiyyət kəsb edir. Diplomatiya bütün sahələr
arasında həm daxili, həm də üst qat bağlayıcı funksiyanı yerinə
yetirir. Diplomatiya həm də bir sənət sahəsi olaraq, dövlətlər-
arası və xalqlararası münasibətlərdə ən qədim fəaliyyət
sahəsidir.
Siyasət hərəkətlər olduğundan istiqamətlərdən və vasitələr-
dən ibarət olan vahidlikdir. Siyasət insanlara və insanların
yaratdıqları qurumlara aid edilən fəaliyyət olduğundan, bu
fəaliyyət konkret və mücərrəd formalarda həyata keçirilir.
Siyasi fəaliyyətin həyata keçirilməsi üçün şəxslər tərəfindən
180
bir-birindən istifadə halları meydana gəlir. Burada şəxslər
ötürcü-vasitələr (tərəflər) rolunda çıxış edirlər. Siyasət tabeli
qaydada şəxlsər arasında vəzifələr bölgüsünə uyğun olaraq
həyata keçirilir. Vəzifələr bölgüsü vəzifə təlimatlarını (vəzifə-
nin statusunu, funksiyasını, vəzifədə olan şəxsin hüquqlarını və
səlahiyyətlərini, eləcə də öhdəliklərini özündə əks etdirən
sənədlər) meydana gətirir. Qurumlar arasında olan fəaliyyət
bölgüsü, funksiya bölgüsü isə nizamnamələri və əsasnanmələri
(subyektlərin fəaliyyətlərini tənizm edən və statuslarını
müəyyən edən sənədlər) formalaşdırır. Siyasətin daxili və
xarici sahələrə bölünməklə fərqliliyi təbii ki, fərqli vəzifələri və
funksiyaları, eləcə də hüquqları yaradır. Bu kimi əsaslardan
irəli gələrək şəxslərin və qurumların (hüquqi şəxslərin)
hüquqları formalaşdırılır.
Bütün istiqamətlər üzrə hər bir hərəkət və fəaliyyət
müəyyən vasitələrlə yerinə yetirilir. (Qeyd: hərəkətlər,
xüsusilə dövlətə (dövlət hakimiyyətinə) aid olan fəaliyyət
(aktlar) nizamlı şəkildə təmin olunur. Bu təminat dövlətin
nizamlı funksiya daşıması kimi əhəmiyyətini üzərə çıxarır.
Dövlətin (dövlət hakimiyyətinin) hərəkətləri nizamlanır və
sərhədlərdən kənardakı məkanı əhatə edən siyasət üçün
tənzimedici
qurumlar
formalaşdırılır.
Bu
tənzimedici
qurumlar siyasət istiqamətlərinin bir-birini şərtləndirməsini,
bağlılığı, keçidləri və digər əlaqəli vəziyyətləri ortaya çıxarır).
Belə vasitələr qismində həm subyektlər (burada mərkəzi icra
qurumları və diplomatik nümayəndəliklər), həm obyektlər
(əlaqələrin yarandığı sahələr və predmetlər), həm də cansız
vasitələr, yəni alətlər (burada normalar, etiket qaydaları və
müəyyən avadanlıqlar) çıxş edir. Alətlərdən istifadə olunur.
Vasitələr vasitələri (alətləri və obyektləri) istifadə edirlər. Bu
istifadə vasitələri birlikdə ayrı-ayrı istiqamətlər üzrə siyasətin
forma və məzmununu təşkil edir. Xarici siyasətin məkanlar
üzrə yayılmasında vasitələr (burada subyektlər) təbii ki,
ötürücü, şəbəkə müəyyənedici rola malik olurlar. Məsələn, bir
181
dövlətin ayrı-ayrı ölkələrdə diplomatik nümayəndəlikləri və
onların arasında olan əlaqələr, eləcə də onlarla müvafiq
mərkəzi icra hakimiyyəti orqanı arasında olan əlaqələr şəbəkə
xarakterinə malik olur. Vasitələr həm də uzlaşdırıcı, əlaqələr
yaradıcı subyektlər kimi çıxış edirlər. Xarici İşlər Nazirliyinin,
diplomatik nümayəndəliklərin qarşılıqlı əlaqələr fonunda
fəaliyyətini buna nümunə göstərmək olar. Bu da ondan irəli
gəlir ki, xarici siyasət məkanlar üzrə şəxslər arasında yayıla-
yayıla həyata keçirilir. Dövlət rəhbəri-hökumətin üzvləri
(nazirlər kabinetinə daxil olan mərkəzi icra qurumlarının
rəhbərləri)-diplomatik
nümayəndələrin
rəhbərləri
birliyi
siyasətin-diplomatik fəaliyyətin şaxələnməsini təmin edir.
Diplomatik fəaliyyətin şaxələnməsində aidiyyatı mərkəzi icra
qurumunun şəxsi heyəti, diplomatik personalın üzvləri
(Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına əsasən,
bu üzvlər nümayəndəlik personalının diplomatik rütbələrə
malik olan üzvləridir. Nümayəndəlik personalı isə diplomatik
personal, inzibati-texniki personal və xidməti personaldan
ibarətdir. Hətta həmin sənəddə nümayəndəlik əməkdaşının ev
işlərini yerinə yetirən və akkreditə edən dövlətin işçisi
olmayan-“xüsusi ev işçisi”olan şəxs də vardır. –Konven-
siyanın
birinci
maddəsi)
iştirak
edirlər.
Diplomatik
nümayəndəliyin üzvləri (dövləti təmsil edən birinci şəxsdən-
səfirdən, elçidən və konsuldan başqa) xarici işlər nazirləri
tərəfindən təyin olunurlar və vəzifədən azad olunurlar. Həmin
işçilər xarici işlər nazirliyinin əməkdaşları olaraq, səfirliklərə,
beynəlxalq təşkilatlardakı nümayəndəliklərə və konsulluqlara
müəyyən müddətlərə (rotasiya prinsipi ilə) ezam olunurlar.
Hərəkətin xassələri və hərəkət vasitələrinin xüsusiyyətləri
siyasətin ayrı-ayrı sahələrini, forma və məzmununu üzərə
çıxarır. Sahələr ayrı-ayrı maraq tərkiblərindən formalaşır.
Siyasət vasitələri arasında üzvi bağlılıq vəhdəti təşkil edir.
Xarici siyasət istiqamətləri arasında uzlaşmalar meydana
gətirilir. İstiqamətlərin birləşdirilməsi, eləcə də vahid istiqa-
182
mətin ayrı-ayrı hissələrə parçalanması prosesləri həyata
keçirilir. Bu prosesləri həyata keçirmək üçün diplomatiyadan
istifadə olunur. Diplomatiya müəyyən olunduğu məkanlarda
və sahələrdə əsasən şəraiti araşdırıcı, siyasətin icra üsullarını
öyrənən və dövlətlər arasında əlaqələr yaradan bir vasitə hesab
olunur.
Xarici siyasət də daxili siyasət kimi müəyyən istiqamətlər
üzərində qurulur və müəyyən vasitələrlə həyata keçirilir.
Həmin istiqamətlər də dövlətin və əhalinin maraq sahələrini
əks etdirir. Xarici siyasətin kompleks məzmunu bu siyasətin
şaxələnməsinə, eləcə də ayrı-ayrı məzmun kəsb edən
istiqamətlərə ayrılmasına gətirib çıxarır. Xarici siyasətin
istiqamətləri və daxili siyasətlə əlaqəliliyi, uzlaşması zərurəti
onu tələb edir ki, xarici siyasətin ayrı-ayrı istiqamətləri ilə
daxili siyasətin müvafiq istiqamətləri arasında müəyyən bir
bağlılığın yaradılması üçün müvafiq şəxslər iştirak etsinlər.
(Qeyd: bu şəxslər müəyyən keyfiyyətlərə və ali təhsilə sahib
olmalıdırlar. Azərbaycan Respublikasının Diplomatik xidmət
haqqında Qanununun yeddinci maddəsinə əsasən, diplomatik
vəzifələrə ali təhsilli və uzərinə qoyulmus vəzifələri yerinə
yetirmək
ucun
muvafiq
işguzar,
mənəvi,
pesəkar
keyfiyyətlərə, sağlamlıq vəziyyətinə malik olan və Azərbaycan
Respublikasının dovlət dilini sərbəst bilən Azərbaycan
Respublikasının vətəndası təyin edilə bilər).
1
Eləcə də həmin şəxslər müəyyən vasitələrdən, alətlərdən
istifadə etsinlər. Məsələn, Diplomatk əlaqələr haqqında Vyana
Konvensiyasına əsasən (maddə 27), yerləşmə dövləti
nümayəndəliyin rəsmi məqsədlər üçün bütün əlaqələrinə icazə
verməli və bu əlaqələri mühafizə etməlidir. Akkreditə edən
dövlətin hökuməti və digər nümayəndəlikləri, konsulluqları ilə
onların harada olmasından asılı olmayaraq əlaqələrində
1
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
http://www.rusum.az/laws/law_953106246_7974.pdf.
183
nümayəndəlik diplomatik kuryerlər və kodlaşdırılmış, şifrələn-
miş məktublar da daxil olmaqla bütün əlverişli vasitələrdən
istifadə edə bilər. Bununla belə, ancaq yerləşmə dövlətinin
icazəsi ilə nümayəndəlik radioötürücü qurub onu istifadə edə
bilər. Belə şəxsləri diplomatlar adlandırırlar. Diplomatlar
immunitet (toxunulmazlıq) və imtiyazlara (güzəştlərə) sahib
olurlar.
Tarixən dövlətlər arasında sülh və müharibə vəziyyətləri
diplomatiya ilə tənzim edilib. Diplomatiya açıq və gizli şəkildə
(gizli niyyətləri, geosiyasi maraqları ifadə edən danışıqlar
və müharibələrin aparılması və sülh bağlanması üçün
həyata keçən danışıqlar, gizli ittifaqların bağlanması,
dünyanın ayır-ayrı maraq dairələrinə bölünməsi üzrə
aparılan gizli sövdələşmələr, “lal müharibələr” və s.) həyata
keçirilib. Bu baxımdan da diplomatiya özündə həm açıq, həm
də gizli niyyətləri daşıyıb. Diplomatik məharətin məğzində
siyasi fəndgirlilik dayanıb. Diplomatiyanın məqsədi uğur əldə
etməkdən və təmsil etdiyi dövlətin təmsil olunan dövlətdə
geosiyasi maraqlarının formalaşdırılmasında yaxından iştirak
etməkdən ibarət olub. Diplomatiya müxtəlif fənd üsullarından
da yararlanıb. Diplomatiya dövlətlər arasındakı əlaqələrin
yaxşılaşdırılmasında bir vasitə rolunu oynayıb. Diplomatiyanın
məqsədi vasitələrdən (bütün mümkün variantlardan və resurs-
lardan) istifadə etməklə müəyyən nailiyyətlər qazanmaqdan
ibarət olub. Diplomatiya maraq və məqsədlər daşıyıcısına
çevrilib. Diplomatiya bir icra istiqaməti və vasitəsi olaraq
xarici siyasətin məqsədlərini bir-birinə bağlayıb və müəyyən
dövlətlərdə
və
təşkilatlarda
(məkanlarda,
obyektlərdə)
dövlətlərin fərdi və universal əhəmiyyət kəsb edən maraqlarını
təmin etməkdə mühüm rol oynayıb. Diplomatlar isə vasitəçilər
kimi böyük rola sahib olublar. Diplomatiya xarici siyasətin
daxili siyasətlə əlaqələndirilməsi funksiyasını da yerinə yetirib.
Diplomatiya ikitərəfli və çoxtərəfli əsaslarda dövlətlərin xarici
siyasətlərinin istiqamətləri arasında bir bağlılıq yaradıb.
184
Diplomatiya dövlətin xarici siyasət istiqamətlərinin şaxələn-
dirilməsində, bu baxımdan şəbəkələşməsində, uzlaşmasında
mühüm əhəmiyyət kəsb edib. Dövlətlər özlərinin geostrateji
maraqlarının formalaşdırımasında diplomatiyadan bir vasitə
kimi yararlanıblar.
Diplomatiyanın, sənət və siyasi peşə olaraq, ruhunda bir
razılıq var. Bu fəaliyyət sahəsi və peşəsi (sənəti) bütün dünya
dövlətləri üçün vahid model kimi qəbul olunur. Diplomatiya
dövlətlərin xarici siyasətlərində şərəfləndirici bir fəaliyyət
istiqamətidir.
Hal-hazırda beynəlxalq münasibətlərin qurulmasının əsas
vasitələrindən biri kimi rol oynayan diplomatiya iki dövlət
arasındakı əlaqələrdə və münasibətlərdə ilkin əlaqə qurucu,
hərəkətləri əlaqələndirici vasitə kimi istifadə edilir. Diplomatik
əlaqələr dövlətlər arasında siyasi əlaqələrin ilkin mərhələsi
kimi hesab olunur. Diplomatik əlaqələr qurulduqdan sonra
dövlətlər arasında müxtəlif sahələri əhatə edən çoxşaxəli
əlaqələr qurulur və çoxistiqamətli münasibətlər formalaşdırılır.
Bu əlaqələr və münasibətlər dövlətlərin maraqlarına bağlı olur.
Maraqların şəbəkəsi isə dövlətin daxili potensialı ilə əlaqəli
olur. Dövlətlər çalışırlar ki, müxtəlif metodlardan istifadə
edərək çoxlu sayda və böyük həcmdə resursları hərəkət
etdirsinlər. Dövlətlər güclənmək naminə daxili potensiallarını
daima artırmaq metodlarından geniş istifadə edirlər. Tanın-
Dostları ilə paylaş: |