Xarici siyasət və beynəlxalq münasibətlər seriyasından Elşən Misir oğlu Nəsibov


Missiyalar  haqqında  Konvensiyaya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/29
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15192
1   ...   16   17   18   19   20   21   22   23   ...   29

Missiyalar  haqqında  Konvensiyaya  (maddə  24)  əsasən, 
xüsusi  missiyanın  mülki  (əmlakı)  qəbul  edən  dövlətdə  bütün 
dövlət,  rayon  və  bələdiyyə  vergilərindən  azad  olunur.  Həmin 
sənədin  25-ci  maddəsinə  (birinci  bənd)  əsasən,  xüsusi 
missiyanın  yerləşdiyi  mülk  toxunulmazdır.  Qəbul  edən 
dövlətin  nümayəndələri  bu  mülkə  yalnız  xüsusi  missiyanın 
rəhbərinin  razılığı  ilə  və  ya  da  göndərən  dövlətin  qəbul  edən 
dövlətdə  akkreditə  olunmuş  daimi  diplomatik  nümayən-
dəliyinin  rəhbərinin  razılığı  ilə  daxil  ola  bilər.  Belə  razılıq 
yanğın  hallarında  və  ictimai  təhlükəsizliyə  ciddi  zərərə  vuran 
digər  təbii  fəlakətlərdə  yalnız  o  halda  verilə  bilər  ki,  xüsusi 
missiyanın birbaşa razılığını almaq imkanları yoxdur və yaxud 
da müvafiq hallarda daimi nümayəndəliyin rəhbərinin razılığını 
əld  etmək  mümkün  deyildir.  Həmin  maddənin  ikinci  bəndinə 
əsasən,  qəbul  edən  dövlətin  üzərində  xüsusi  missiyanın 
mülkünü  bütün  müdaxilələrdən  qorumaq  və  xüsusi  missiyanın 
ləyaqətini təhqir edən və onun rahatlığının pozulmasına gətirib 
çıxaran  zərbələrin  edilməsindən  qorumaq  üçün  ölçülər  götür-

 
208 
 
mək məsuliyyəti və öhdəliyi dayanır.
1
 Həmin maddənin üçüncü 
bəndinə əsasən, xüsusi missiyanın mülkü və xüsusi missiyanın 
işi  üçün  istifadə  olunan  predmetləri,  digər  avadanlıqları, 
həmçinin  nəqliyyat  vasitələri  axtarış,  rekvizisiya  (müsadirə), 
həbs  və  icra  hərəkətlərində  immunitetdən  istifadə  edir.
2
 
Konvensiyanın  26-cı  maddəsində  də  qeyd  olunur  ki,  xüsusi 
missiyanın  sənədləri  və  arxivi  istənilən  anda  və  yerləşmə 
yerindən asılı olmayaraq toxunulmazdır. Zəruri olan zaman bu 
əşylar  görünmək  üçün  xarici  fərqləndirici  nişanlara  malik 
olmalıdırlar.
3
  
Səfirlər və nunsilər, elçilər və internunsilər dövlət başçıları 
yanında  akkreditə  olunduqlarından  bu  şəxslər  öz  etimad-
namələrini  dövlət  başçılarına  (akkreditə  olunan  dövlətin) 
təqdim edirlər. Azərbaycan Konstitusiyasına (maddə 109, bənd 
16) əsasən, Azərbaycan prezidenti (dövlət rəhbəri olaraq) xarici 
dövlətlərin  diplomatk  nümayəndələrinin  etimadnamə  və 
övdətnamələrini  qəbul  edir.  Nümayəndəlik  başçıları  gəldikləri 
(təyin  olunduqları)  ölkələrə  etimadnamələrini  təqdim  edirlər. 
Konvensiyaya  görə  (maddə  16)  nümayəndəlik  başçısının 
etimadnaməsində  dərəcənin  dəyişməsi  ilə  əlaqədara  olaraq 
edilən  dəyişikliklər  onun  birinciliyən  təsir  etmir.  Nümayən-
dəliyin  diplomatik  personalının  birinciliyi  nümayəndəliyin 
başçısı  tərəfindən  Xarici  İşlər  Nazirliyinə  və  ya  haqqında 
razılıq  əldə  edilmiş  digər  nazirliyə  məlumat  verilir.  (Vyana 
Konvensiyası-maddə  17).  Hər  bir  dövlətdə  nümayəndəlik 
başçılarının  qəbul  qaydası  hər  bir  dərəcəyə  münasibətdə  eyni 
olmalıdır.  (Maddə-18).  Vyana  Konvensiyasına  (maddə  13) 
əsasən,  nümayəndəlik  başçısı  yerləşmə  dövlətində  öz 
                                                 
1
 Конвенция  о  специальных  миссиях  и  факультативный  протокол.  8 
декабря  1969  года.  Действующее  международное  право.  В  трех  томах. 
Том первый. Составители проф. Ю.М.Колосов и проф. Э.С.Кривчикова. 
М.:  Издательство  Московского  независимого  института  междуна-
родного права, 1996.-864 с. ss. 562-582. 
2
 Həmin sənəd. 
3
 Yenə orada. 

 
209 
 
funksiyalarının  yerinə  yetirilməsinə  bu  dövlətdə  mövcud  olan, 
eyni  cür  tətbiq  edilməli  olan  praktikadan  asılı  olaraq,  ya  öz 
etimadnaməsini  təqdim  etdiyi  andan,  ya  da  gəldiyi  haqqında 
məlumatın  və  ya  etimadnamələrin  təsdiq  olunmuş  surətlərinin 
yerləmə dövlətinin Xarici İşlər  Nazirliyinə  ya haqqında razılıq 
əldə  edilmiş  digər  nazirliyə  təqdim  edilmiş  andan  başlayır. 
Etimadnamələrin və onların təsdiq olunmuş surətlərinin təqdim 
edilməsinin ardıcıllığı nümayəndəlik başçısının gəldiyi tarix və 
saatla  müəyyənləşir.  Səfirlər  müddətləri  başa  çatdıqda 
akkreditə olunmuş dövlətlərin rəhbərlərinə çağırış məktublarını 
(övdətnamələrini)  təqdim  edirlər.  Bu  sənəddə  diplomatın 
getdiyi  gün  (vaxtının,  səlahiyyt  müddətinin  başa  çatdığı  gün) 
öz əksini tapır. 
 
Persona non grata və şəxslərin qəbul edilməməsi 
 
Dövlətlər arasında əlaqələr xüsusi hörmətlə yerinə yetirilir, 
hətta  bir  dövlət  narazı  olduqda  digər  dövlət  onun  narazılığına 
da  hörmətlə  yanaşır.  Diplomatiyada  akkreditə  olunan  tərəf 
akkreditə  edən  dövlətin  diplomatik  nümayəndəliyin  üzvünü 
arzuedilməz  şəxs  adlandıra  (xəbərdar  edə,  bəyan  edə  bilər) 
bilər.  Diplomatik  əlaqələr  haqqında  Vyana  Konvensiyasının 
doqquzuncu maddəsinə əsasən,  yerləşmə dövləti istənilən vaxt 
öz  qərarını  əsaslandırmadan  akkreditə  edən  dövləti  xəbərdar 
edə  bilər  ki,  nümayəndəliyin  başçısı  və  ya  diplomatik 
personalın  üzvlərindən  biri  persona  non  grata və  ya  nümayən-
dəlik  personalının  üzvlərindən  biri  arzuedilməz  şəxsdir.  Bu 
halda  akkreditə  edən  dövlət  müvafiq  olaraq  həmin  şəxsi  geri 
çağırmalı  və  ya  onun  nümayəndəlikdəki  funksiyalarını 
dayandırmalıdır.  Bu  və  ya  digər  şəxs  yerləşmə  dövlətinin 
ərazisinə  gəlmədən  də  persona  non  grata  elan  edilə  bilər. 
Məsələn,  Xüsusi  missiyalar  haqqında  Konvensiyada  qeyd 
olunur  ki,  qəbul  edən  dövlət  öz  qərarına  şərh  vermədən 
missiyanı  göndərən  dövləti  xüsusi  missiyada  olan  istənilən 
nümayəndəni  və  ya  da  diplomatik  personalın  istənilən  üzvünü 
persona non grata elan edə bilər və ya da missiyanın istənilən 

 
210 
 
üzvü qəbul edilməyə bilər. Belə halda,  göndərən dövlət həmin 
şəxsi  geri  çağırmalıdır  və  ya  da  fəaliyyətini  dayandırmalıdır. 
Bu və ya da digər şəxs qəbul edən dövlətin ərazisinə gəlmədən 
də  persona  non  grata  elan  edilə  bilər.
1
 Bu  məsələ  Konsul 
əlaqələri haqqında Vyana Konvensiyasında da öz əksini tapır. 
Belə  ki,  Konvensiyanın  müddəalarına  (maddə  23)  əsasən, 
qəbul edən dövlət göndərən dövləti istənilən vaxt xəbərdar edə 
(məlumatlandıra)  bilər  ki,  konsulluğun  hər  hansı  bir    vəzifəli 
şəxsi  persona  non  grata-dır  və  ya  da  konsulluğun  istənilən 
işçisi  qəbul  edilmir.  Belə  hallarda  göndərən  dövlət  müvafiq 
qaydada  bu şəxsi  geri  çağırmalıdır  və  ya da konsulluqda  onun 
fəaliyyətini dayandırmalıdır (bənd 1). Əgər göndərən dövlət bu 
maddənin  birinci  bəndindəki  müddəada  nəzərdə  tutulan 
qaydada  öz  öhdəliyini  müəyyən  müddət  ərzində  icra  etmək 
istəmirsə  və  ya  da  icra  etmirsə,  onda  qəbul  edən  dövlət 
konsulluğun  həmin  şəxsinin  ekzekvaturasını  ləğv  edə  bilər  və 
ya  da  həmin  şəxsin  konsulluq  işçisi  kimi  hesab  olunmasını 
dayandıra  bilər  (bənd  2).  Konsulluq  işçisi  kimi  təyin  olunan 
dövlət  qəbul  edilənm  dövlətin  ərazisinə  gəlməmişdən  öncə  də 
qəbul olunmayan hesab  oluna bilər. Əgər bu şəxs konsulluqda 
öz  fəaliyyətinə  başlamamışa  qədər  artıq  qəbul  edən  dövlətin 
ərazisindədirsə də qəbul edilməyən hesab oluna bilər. İstənilən 
belə hallarda qəbul edən dövlət onun təyinatını ləğv edir. (bənd 
3).
2
 23-cü  maddənin  1-ci  və  3-cü  bəndlərində  göstərilən hallar 
üzrə  qəbul  edən  dövlət  öz  qərarının  motivləri  haqqında 
göndərən dövlətə məlumat verməyə borclu deyildir (bənd 4.)  
                                                 
1
 Конвенция  о  специальных  миссиях  и  факультативный  протокол.  8 
декабря 1969 года. Действующее международное право. В трех томах. 
Том первый. Составители проф. Ю.М.Колосов и проф. .С.Кривчикова. 
М.:  Издательство  Московского  независимого  института  междуна-
родного права, 1996.-864 с. ss.562-582. Maddə 12, bənd 1. 
2
 Венская  Конвенция  о  консульских  сношениях  и  факультативные 
протоколы  24  апреля  1963  года.  Действующее  международное  право. 
В  трех  томах.  Том  первый.  Составители  проф.  Ю.М.Колосов  и  проф. 
Э.С.Кривчикова.  М.:  Издательство  Московского  независимого 
института международного права, 1996.-864 с. ss.528-562. 

 
211 
 
 Diplomatk rütbələr və dərəcələr 
  
Bir  dövlət  digər  dövlətdə  və  beynəlxalq  dövlətlərarası 
təşkilatlarda  özlərinin  xarici  siyasətlərinin  icra  istiqamətlərini 
müəyyən  etmək,  istiqamətlər  arasında  əlaqələri  yaratmaq 
məqsədilə,  həmçinin  koordinasiya  funksiyasını  yerinə  yetirən 
diplomatik 
nümayəndəliklər 
təsis 
edirlər. 
Diplomatik 
nümayəndəliklərin  təsis  edilməsini  dövlət rəhbərinin təqdimatı 
əsasında parlamentlər həyata keçirirlər.
1
 Dövlət başçıları xarici 
ölkələrdə və beynəlxalq təşkilatlarda öz ölkələrinin diplomatik 
nümayəndəllərini  təyin  edirlər  və  geri  çağırırlar.
2
 Diplomatik 
nümayəndəliklərin  rəhbərlərini  (səfirləri,  elçiləri,  konsulluğun 
rəhbərini)  dövlət  başçıları  təyin  edirlər  və  onlar  dövlətin 
akkreditə  olunan  ölkələrdə  nümayəndələri  hesab  olunurlar  və 
öz  ölkələrini  təmsil  edirlər.  (Qeyd:  Diplomatik  xidmət 
haqqında  Azərbaycan  Respublikasının  Qanununda  (Maddə  1) 
yazılır:  -Diplomatik  xidmət  —  Azərbaycan  Respublikasının 
xarici  siyasətini  həyata  kecirən  muvafiq  dovlət  orqanlarında 
vətəndasların 
pesəkar 
fəaliyyətidir. 
-Konsul 
xidməti 
Azərbaycan  Respublikasının  Konsul  nizamnaməsi  əsasında 
həyata kecirilən diplomatik xidmətin bir novudur.
3
  
Azərbaycan  Respublikasının  Konsulluğu  haqqında  Əsasnamədə 
(Ümumi  müddəalar bölməsi) yazılır:  1. Azərbaycan Respublikasının 
Konsulluğu  (bundan  sonra  –  Konsulluq)  qəbul  edən  dövlətin 
ərazisindəki  müvafiq  konsul  dairəsi  hüdudlarında  Azərbaycan 
Respublikası 
adından 
konsul 
funksiyalarını 
yerinə 
yetirən 
Azərbaycan Respublikasının dövlət orqanıdır. Konsulluq Azərbaycan 
Respublikası  Xarici  İşlər  Nazirliyinin  (bundan  sonra  –  Nazirlik) 
rəhbərlik  etdiyi  diplomatik  xidmət  orqanlarının  vahid  sisteminə 
daxildir. 2. Konsulluqlar Azərbaycan Respublikasının baş konsulluq-
larından, 
konsulluqlarından, 
vitse-konsulluqlarından, 
konsul 
                                                 
1
 Azərbaycan Konstitusiyası. Maddə 95. 
2
 Azərbaycan Konstitusiyası. Maddə 109.  
3
 Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu 
http://www.rusum.az/laws/law_953106246_7974.pdf 

 
212 
 
agentliklərindən ibarətdir. 3. Konsulluqlar Azərbaycan Respublikası 
xarici  işlər  nazirinin  təqdimatı  ilə  Azərbaycan  Respublikasının 
Prezidenti  tərəfindən  təsis  edilir.  4.  Konsulluqlar  Azərbaycan 
Respublikasının  qəbul  edən  dövlətdəki  diplomatik  nümayəndəliyinin 
(olduğu  halda)  başçısının  ümumi  siyasi  rəhbərliyi  altında  fəaliyyət 
göstərir.  
Diplomatik  əlaqələr  haqqında  1961-ci  il  18  aprel  tarixli 
Vyana  Konvensiyasının  14-cü  maddəsinə  əsasən,  diplomatk 
nümayəndəlik  başçıları  üç  sinifə  (buna-  vəzifələri  növlərə 
ayırmaq baxımından- dərəcə də demək olar. İstənilən sahələrdə 
istiqamətlər  çoxdursa,  burada  olan  elementlər,  komponentlər 
müəyyən tərkib əsaslarına görə dərəcələnirlər, təsnif hissələrinə 
bölünürlər-E.N.) bölünürlər: 
a)  Dövlət  başçıları  yanında  akkreditə  edilən  səfirlər  və 
nunsilər  sinfi  (dərəcəsi)  və  bu  rütbələrə  bərabər  tutulan  başqa 
nümayəndəlik başçıları; 
b)  Dövlət  başçıları  yanında  akkreditə  edilən  elçilər  və 
internunsilər sinfi (dərəcəsi); 
c)  Xarici  İşlər  Nazirliyi  yanında  akkreditə  olunan  işlər 
müvəkkili sinifi (dərəcəsi). 
Həmin maddənin ikinci  bəndində  yazılır ki, nümayəndəlik 
başçıları  arasında  birincilik  və  etiketdən başqa, bu və  ya digər 
sinifə  mənsub  olduğuna  görə  heç  bir  fərq  qoyulmamalıdır.
1
 
Diplomatik  nümayəndəlik  rəhbərlərinin  bu  üç  sinifinin 
müəyyən  olunmasını  bu  postların  (vəzifələrin)  əhəmiyyət 
dərəcəsinə  görə  təsnifatı  kimi  də  qəbul  etmək  olar.  (Qeyd: 
Diplomatik  əlaqələr  haqqında  Vyana  Konvensiyasına  (Maddə 
15)  əsasən,  nümayəndəlik  başçılarının  mənsub  olduqları 
dərəcələr  dövlətlər  arasındakı  razılaşmalarla  müəyyən  edilir. 
Bu  razılaşmalar  adətən  yazılı  qaydada  həyata  keçirilir  (bu  işçi 
görüşlərində də ola bilər) və dövlət öz niyyətini bildirir.  
                                                 
1
 Diplomatik əlaqələr haqqında 1961-ci il 18 aprel tarixli Vyana 
Konvensiyası  

 
213 
 
Diplomatik  rütbələr-xarici  işlər  nazirliyində (idarəsində), 
diplomatik nümayəndəliklərdə və konsulluqlarda dövləti mülki 
vəzifələri tutan məmurlara verilən təsnifat dərəcələridir. Bunlar 
aşağıdakılardan ibarətdir: 
-Fövqəladə və Səlahiyyətli Səfir; 
-Fövqəladə və Səlahiyyətli Elçi- 1-ci dərəcəli; 
-Fövqəladə və Səlahiyyətli Elçi - 2-ci dərəcəli; 
-birinci dərəcəli müşavir; 
-ikinci dərəcəli müşavir; 
-birinci dərəcəli birinci katib; 
-birinci dərəcəli ikinci katib; 
-ikinci dərəcəli birinci katib; 
-ikinci dərəcəli ikinci katib; 
-üçüncü katib; 
-attaşe 
Diplomatk  xidmət  haqqında  Azərbaycan  Respublikasının 
Qanununda  qeyd  olunur  ki,  diplomatik  xidmət  əməkdaslarına, 
tutduqları  vəzifə  və  ixtisasları  nəzərə  alınmaqla,  asağıdakı 
diplomatik rutbələr verilir: 
-Fovqəladə və Səlahiyyətli Səfir; 
-birinci dərəcəli Fovqəladə və Səlahiyyətli Elci; 
-ikinci dərəcəli Fovqəladə və Səlahiyyətli Elci; 
-birinci dərəcəli musavir; 
-ikinci dərəcəli musavir; 
-birinci dərəcəli birinci katib; 
-ikinci dərəcəli birinci katib; 
-birinci dərəcəli ikinci katib; 
-ikinci dərəcəli ikinci katib; 
-üçüncü katib; 
-attaşe
1

(Qeyd:  İşlər  müvəkkili  (frans.  charge  d'affaires,  lat.
  ad 
interim)  diplomatik  rütbə  deyil.  İşlər  müvəkkili  daha  çox 
                                                 
1
 Diplomatik  xidmət  haqqında  Azərbaycan  Respublikasının  Qanunu 
http://www.rusum.az/laws/law_953106246_7974.pdf 

 
214 
 
diplomatik  nümayəndəliyin  rəhbəri  postunu  tutan  və  müəyyən 
diplomatik  rütbəyə  (burada müşavir  və  ya da katib diplomatik 
rütbəsi  olan  şəxslər  nəzərdə  tutulur)  malik  olan  şəxslər  hesab 
olunurlar).  
İşlər  müvəkkili  anlayışına  belə  yanaşmalar  da  edilir:  işlər 
müvəkkili  –səfir  və  elçidən  sonra  gələn  növbəti  diplomatik 
sinifdir.  İşlər müvəkkili- Müvəqqəti işlər müvəkkilindən fərqli 
olaraq,  diplomatik  nümayəndəliyin  daimi  rəhbərinin 
(burada  yəqin  daimi  şəxsin  təyin  olunmadığı  post  nəzərdə 
tutulur. 
E.N.) 
müddətdə, 
diplomatik 
nümayəndəliyin 
(missiyanın)  rəhbəridir.
1
 Müvəqqəti  işlər  müvəkkili-
diplomatik nümayəndəliyin rəhbəri olmadığı müddətdə (burada 
ola bilər ki, təyin olunmuş səfir və  ya da elçi bir neçə vaxtdan 
sonra  müəyyən  səbəblərdən  vəzifəsini  icra  edə  bilmir) 
diplomatik nümayəndəliyin rəhbəri hesab olunur. O halda təyin 
olunur  ki,  əgər  nümayəndəliyin  rəhbəri  postu  boşdur,  ya  da 
rəhbər  öz  vəzifəsini  yerinə  yetirmək  iqtidarında  olmur. 
Müvəqqəti  işlər  müvəkkili  bəzi  protokol  qaydalarından  başqa, 
diplomatik 
nümayəndənin 
mənsub 
olduğu 
hüquq 
və 
imtiyazlardan  istifadə  edir.
2
 İşlər  müvəkkili  (frans.  charge 
d'affaires,  lat.
  ad  interim)  -aşağı  rütbəli  diplomatik  agentdir. 
Daimi  diplomatik  missiyanın  rəhbəri  olaraq,  işlər  müvəkkili 
dövlət rəhbərinin imzası ilə yox, xarici işlər nazirinin imzası ilə 
etimadnamə alır. İşlər müvəkkili (charge des affaires) həmçinin 
missiyanın  işlərini  müvəqqəti  yerinə  yetirən  şəxs  adlanır, 
adətən  diplomatik  missiyanın  müşaviri  və  ya  katibi 
(etimadnaməsiz) olur. Burada aqreman alınmır.
3
  
                                                 
1
 ПОВЕРЕННЫЙ В ДЕЛАХ 
http://www.navoprosotveta.net/17/17_2981.htm 
2
 ВРЕМЕННЫЙ ПОВЕРЕННЫЙ В ДЕЛАХ. 
http://dic.academic.ru/dic.nsf/lower/13822  
3
 Поверенный в делах. Начальный вариант статьи, взят из Большого 
энциклопедического словаря Брокгауза Ф.А., Ефрона И.А. 
http://www.cultinfo.ru/fulltext/1/001/007/121/ 

 
215 
 
1961-ci  il  tarixli  “Diplomatik  əlaqələr  haqqında  Vyana 
Konvensiyası”na  əsasən,  müvəqqəti  işlər  müvəkkili  o  halda 
təyin  olunur  ki,  diplomatik  nümayəndəliyin  başçısı  postu 
vakantdır  və  yaxud  da  öz  işini  yerinə  yetirə  bilmir.  Onun 
soyadı,  qaydaya  əsasən,  nümayəndəliyin  rəhbəri  tərəfindən 
ölkədən  gedişi  haqqında  şəxsən  xarici  işlər  nazirinə  məlumat 
üçün  göndərilir,  -  yaxud  da,  əgər  o,  bunu  yerinə  yetirmək 
iqtidarında  deyilsə,  onda  akkreditə  edən  ölkənin  Xarici  İşlər 
Nazirliyi  bu  məlumatı  göndərir.
1
 Əgər  müvəqqəti  işlər 
müvəkkili  səfir,  elçi  və  ya  da  işlər  müvəkkilinin  akkreditə 
olunmasına  qədər  yeni  diplomatik  nümayəndəliyin  rəhbəri 
təyin  olunursa,  onda  həmin  müvəqqəti  işlə  müvəkkili  onu 
qəbul  edən  dövlətin  xarici işlər  nazirliyinə təqdim etmək üçün 
təyin  edən  dövlətin  xarici  işlər  nazirinin  məktubu  ilə  təmin 
olunur.  (Qeyd:  çox  hallarda  işlər  müvəkkili  postu  ilə 
müvəqqəti  işlər  müvəkkili  postu  anlayışları  eyni  məna  kimi 
(fr.charge  des  affaires)  qəbul  edilir). Müvafiq Konvensiyanın 
beşinci  maddəsinin  ikinci  bəndinə  əsasən,  əgər  akkreditə  edən 
dövlət  nümayəndəlik  başçısını  bir  və  ya  bir  neçə  dövlətdə 
akkreditə  edirsə,  nümayəndəlik  başçsının  daimi  yerinin 
olmadığı  dövlətlərin  hər  birində  o,  müvəqqəti  işlər 
müvəkkilinin başçılığı ilə diplomatik nümayəndəliklər təsis edə 
bilər. 
Diplomatik 
vəzifələr 
və 
diplomatik 
rütbələr 
dərəcələnir.  Dərəcələnmələr  müqayisə  kriteriyası və  istiqaməti 
olaraq,  həm  rütbələrdə  olur,  həm  də  vzəifələrdə  əksini  tapır. 
Dərəcələnmələr  rütbələrin  və  vəzifələrin  ayırd  edilməsi  üçün 
həyata  keçirilir.  Vəzifələrdə  dərəcələnmə-bu  dərəcələnmə 
təsnifat  baxımından  və  vəzifənin  əhəmiyyətinə,  səlahiyyətinə 
görə  həyata  keçirilir.  Məsələn,  diplomatik  nümayəndənin 
rəhbərləri  üç  sinifə  (dərəcəyə  bölünürlər):  a)  Dövlət  başçıları 
yanında akkreditə edilən səfirlər və nunsilər sinfi (dərəcəsi) və 
                                                 
1
 Diplomatik  əlaqələr  haqqında  1961-ci  il  18  aprel  tarixli  Vyana  Konven-
siyası. Maddə 19. 

 
216 
 
bu  rütbələrə  bərabər  tutulan  başqa  nümayəndəlik  başçıları;  b) 
Dövlət  başçıları  yanında  akkreditə  edilən  elçilər  və 
internunsilər  sinfi  (dərəcəsi);  c)  Xarici  İşlər  Nazirliyi  yanında 
akkreditə  olunan  işlər  müvəkkili  sinifi  (dərəcəsi).  Rütbələrdə 
dərəcələnmə-Fövqəladə  və  Səlahiyyətli  Səfir;  Fövqəladə  və 
Səlahiyyətli Elçi- 1-ci dərəcəli; Fövqəladə və Səlahiyyətli Elçi 
-  2-ci  dərəcəli;  birinci  dərəcəli  müşavir;  ikinci  dərəcəli 
müşavir;  birinci  dərəcəli  birinci  katib;  birinci  dərəcəli  ikinci 
katib;  ikinci  dərəcəli  birinci  katib;  ikinci  dərəcəli  ikinci  katib; 
üçüncü  katib;  attaşe.  Konsulluqların  başçıları  da  dərəcələnir. 
Konsul idarələrinin başçıları dörd sinifə bölünür: baş konsullar; 
konsullar; vitse-konsullar; konsul agentləri.
1
  
 
Xalq diplomatiyası 
 
Diplomatiya tarixən dövlətlər tərəfindən həyata keçirilib və 
bu  baxımdan  da  siyasi  fəaliyyət  sahəsi  və  peşəsi  (sənəti) 
statusu qazanıb. Diplomatiya təşkilatçılıq və forma baxımından 
elçilərin  göndərilməsi  və  elçilərin  dövlət  rəhbərləri  yanında 
yerləşmələri  ilə  xassələnib.  Elçilərə  beynəlxalq  aləmdə  xüsusi 
hörmət və diqqət göstərilib və bu, bir etiket məsələ kimi xüsusi 
əhəmiyyət kəsb edib.  
Diplomatiya  müvəqqəti  və  daimi  (müddəti  uzun)  əsaslarla 
müəyyən olunub. Müvəqqəti diplomatik fəaliyyət müəyyən bir 
məsələnin həllini nəzərdə tutub və missiyaçılıq adlanıb. Daimi 
diplomatik fəaliyyət isə dövlət başçıları yanında akkreditə olan 
səfirlər  və  elçilər  (dövlətləri  təmsil  edən  siyasi  şəxslər) 
tərəfindən  həyata  keçirilib.  Daimi  diplomatiya  dövlətin 
maraqlarının təmini üçün müəyyən olunan strategiyanın yerinə 
                                                 
1
 Венская  Конвенция  о  консульских  сношениях  и  факультативные 
протоколы  24  апреля  1963  года.  Действующее  международное  право. 
В  трех  томах.  Том  первый.  Составители  проф.  Ю.М.Колосов  и  проф. 
Э.С.Кривчикова.  М.:  Издательство  Московского  независимого 
института международного права, 1996.-864 с. ss.528-562  

 
217 
 
yetirilməsi  funksiyasını  həyata  keçirib.  Diplomatiya  iki  və  ya 
da çoxlu sayda dövlətlərin bir və ya da bir neçə məsələ üzrə bir 
araya gəlməsini təmin etmək üçün müəyyən edilən immunitetli 
və imtiyazlı bir fəaliyyət sahəsinə çevrilib.  
Lakin  onu  da  nəzərə  almaq  lazımdır  ki,  xalqlar  arasında 
əlaqələrin  rəsmi  olaraq  qurulmasında  dövlətlərlə  yanaşı, 
dövlətlərin  təşəbbüsləri  ilə  müəyyən  ictimai-siyasi-mədəni 
qruplar  da  iştirak  ediblər.  Bunun  başlıca  məqsədi  xalqları  bir-
birilərinə daha da  yaxınlaşdırmaq olub və münasibətlərdə olan 
hədləri,  çərçivələri  aradan  qaldırmaq  olub.  Xalq  diplomatiyası 
icitmai diplomatiya kimi məzmunu özündə əks etdirib.  
 İndiki  dövrdə  də  xalqlar  arasında  olan  əlaqələri 
tənzimedici  qurum  kimi  dövlətlər  təmin  edirlər.  Dövlətlər  öz 
aralarında  rəsmi  əlaqələr  yaratmaqla,  eləcə  də  ümumi 
beynəlxalq  hüquq  normalarına  riayət  etməklə  tənzimləmə 
funksiyasını  yerinə  yetirirlər.  Tənzimləmə  funksiyası  həm  də 
dövlətlərin  idarəetmə  funksiyasıdır.  Dövlətin  idarəetmə 
funksiyası  nəticəsində  dövlətin  daxili  və  xarici  siyasət 
fəaliyyəti  uzlaşır.  Bu  baxımdan  da  hesab  etmək  olar  ki, 
diplomatiya  özü  də  idarəetmədir  və  müəyyən  məsələləri 
tənzimləmədir.  
Xalq  diplomatiyası  içərisində  dövlət  diplomatiyasını  da 
daxil etməklə geniş məzmun kəsb edir.  Xalq diplomatiyasında 
təşkilatçı  tərəf  kimi  əsasən  dövlətlər  iştirak  edirlər.  Dövlətlər 
xalq  diplomatiyasında  bir  vasitəçi-təminedici  rolu  oynayırlar. 
Burada  dövlətlər  arasında  yaxınlıq  məsələsində  hər  iki  xalqı 
təmsil edən müəyyən ictimai-siyasi qruplar iştirak edirlər. Xalq 
diplomatiyası  birbaşa  cəmiyyətlərin  sifarişlərini,  tələblərini 
tərəflərə çatdırmaq funksiyasını yerinə yetirir. 
Xalq  diplomatiyası  indiki  dövrdə  əvvəlki  formada  çox  da 
geniş  istifadə  olunmur.  Belə  ki,  rəsmi  nümayəndələrin  tarixi 
formada  görüşləri  bir  qədər  həyata  keçirilmir.  Xalq 
diplomatiyasından  vaxtilə  ABŞ  və  SSRİ  geniş  istifadə  ediblər 
və  ictimaiyyət  nümayəndələri hər  iki  ölkənin xalqları arasında 

 
218 
 
yaxınlığın təmin olunmasında iştirak ediblər. (Məsələn, 1980-ci 
illərdə  ABŞ-lı  qızcığaz  Samanta  Smitin  diplomatiyasını  buna 
nümunə göstərmək olar. O dünyanın “ən gənc” diplomatı adını 
almışdır).  ABŞ  və  SSRİ  tərəfindən  ictimaiyyət  nümayəndələri 
iki  ölkə  arasında  gə

 
219 
 
daşların  özləri  yaxından  iştirak  edirlər.  Avropa  İttifaqının 
diplomatiyasına  region  diplomatiyası  adını  da  vermək  olar. 
Burada  region  diplomatiyası  daxili  diplomatiyanı  ortaya 
çıxarır.  Avropa  İttifaqı  öz  quruluşuna  görə  bir  qədər 
federasiyaya  uyğun  gəlir  ki,  bu  amil  də  regionda  daxili 
diplomatiyanın  (federasiyadaxili)  formalaşmasını  zəruri  edir. 
Dövlət  diplomatiyası  daha  çox  beynəlxalq  hüquq  normalarına 
əsaslanır və imperativ və normativ əhəmiyyət kəsb edir. Xalq 
diplomatiyası  isə  rəsmi  formadan  bir  qədər  kənarlaşır  və 
ictimai-mədəni münasibətləri əsas götürür.  
Xalq diplomatiyasının da xassələri  iki  cür  olur: birincisi, 
gərginliklər yaranarkən, dövlət diplomatiyasının bu gərginliyin 
aradan  qaldırılmasında  gücü  çatmadığına  görə,  tətbiq  edilən 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin