məcburi xalq diplomatiyası; ikincisi, yaranmış loyal
vəziyyətdən ortaya çıxan və öz-özünə təbii olaraq meydana
gələn könüllü xalq diplomatiyası.
Diplomatik danışıqların əsasları
Dövlətlər arasında münasibətlər danışıqlar həyata keçiri-
lərkən qurulur. Bu da hərəkətlər mənasını verir. Dövlətlər
arasında danışıqların və rəsmi görüşlərin, təşkil edilən
yığıncaqların hər biri diplomatik əhəmiyyət kəsb edə bilməz.
Lakin bunun tərkibində diplomatiyanın əlamətlərini görmək
mümkündür. Bu kimi görüşləri və tədbirləri də tamamilə
diplomatiyadan kənarda hesab etmək olmaz. Diplomatik
danışıqlar dövlətlərin daha çox müəyyən gərginliklərin dinc
yollarla aradan qaldırılması zamanı tətbiq edilən bir
üsuldur. Bu üsulda müvəqqəti diplomatiya (burada həmin
problemin həllinə yönəldilmiş diplomatiya) tətbiq olunur.
Diplomatik danışıqlar iki tərəf arasında birbaşa və eləcə də
konfranslar çərçivəsində ikitərəfli və çoxtərəfli formatda həyata
keçirilə bilər. Diplomatik danışıqlar elə dövləaha çox mü
ə
220
danışıqlardır. Diplomatik danışıqlar dövlətlərin bütün fəaliyyət
sahələrini əhatə edir, çünki dövlət özü bütün mümkün sahələr
üzrə fəaliyyət göstərir. Diplomatik danışıqlar vasitəli
əlaqələrdir. Burada müəyyən diplomatik vəzifə yerinə yetirən
şəxslər vasitəsilə danışıqlar həyata keçirilir.
Belə qəbul etmək olar ki, dövlət rəhbərləri ölkələrinin əsas
diplomatları hesab olunurlar. Onlar öz xalqlarını beynəlxalq
münasibətlərdə təmsil edən və daha çox səlahiyyətə malik olan
birinci şəxslərdirlər. Dövlət başçılarına diplomat kimi
səlahiyyətləri də xalqların özləri verirlər və hüquq normaları ilə
onların xarici siyasət sahəsində fəaliyyətlərinin əsaslarını təsdiq
edirlər, vəzifə və səlahiyyət verirlər. Həmçinin dövlət başçıları
əsas diplomat kimi müəyyən hüquqlara da malik olurlar və
onlar beynəlxalq aləmdə immunitet və imtiyazlardan istifadə
edirlər. Dövlət başçılarının hüquq və səlahiyyətləri, immunitet
və imtiyazları həm də beynəlxalq sənədlərdə öz əksini tapır və
bu sənədlərlə dövlətlər öz başçılarına münasibətdə vahid
qaydaları yaradırlar. Bu da dövlətlərin beynəlxalq aləmdə bir-
birilərinə
olan
hörmət
və
inamlarından
irəli
gəlir.
Diplomatiyanın üzərinə düşən vəzifə müəyyən problemləri həll
etmək və dövlətlər arasında inkişaf istiqamətində əlaqələri
təmin etməkdən ibarətdir. Bunun üçün nəzəri və təcrübi yolları
müəyyən etmək əsas şərtə çevrilir. Diplomatiyada həm
beynəlxalq qaydalar əsas götürülür, həm də diplomatın şəxsi
keyfiyyətləri, bu baxımdan istedadı, bilik və bacarığı xüsusi
önəm kəsb edir. Diplomatik danışıqlar geniş anlamda tərəflər
arasında sülhün yaranmasına və sülh vəziyyətinin davamlı
olmasına xidmət edir. Diplomatiyanın məqsədləri də bundan
ibarətdir və diplomatiya məhz özündə pozitiv məqsədləri əks
etdirir. Diplomatik danışıqların əsasları həm də dövlətlərin
hərəkətlərinə müəyyən qədər haqq qazandırmaqdan ibarətdir.
Hər bir diplomat danışıqlarda öz dövlətinin maraqlarının
221
müdafiəsindən çıxış edir və çalışır ki, dövlətinin beynəlxalq
hərəkətlərinə haqq qazandırsın.
Diplomatik danışıqlar müəyyən gərginliklərin aradan
qaldırılmasına xidmət edir. Diplomatik danışıqlar sayəsində iki
və çoxlu sayda dövlət arasında gərginliklər həllini tapa bilir.
Bununla yanaşı, diplomatik danışıqlar həmçinin müəyyən
problemlərin həllinin uzanmasına gətirib çıxarır. Belə ki,
danışıqlar
zamanı
dövlətlər
arasımnda
razılaşmalara
gəlinməmək qərarların qəbul edilməsinə mənfi təsirlərini
göstərir.
Diplomatik danışıqlar müəyyən predmetlərə malik olur və
istiqamətləri özündə əks etdirir.
Diplomatik danışıqların mənfi tərəfləri ondan ibarətdir ki,
bir çox hallarda bu danışıqlar problemlərin birdəfəlik həllinə
yönəlmir, əksinə olaraq, problemin həllinin uzanmasına gətirib
çıxarır.
Dövlətin diplomatiyasının gücü
Diplomatiya öz gücünü resurslardan və resursların
istifadəsi sistemindən götürür. Resursların səmərəli qaydada
tətbiqi ardıcıl olaraq dövlət diplomatiyasının gücünü artırır.
Diplomatiyanın gücünü iki mühüm istiqamətdə axtarmaq
lazımdır: birincisi, dövlətin gücündə və diplomatının təyin
olunduğu dövlətdəki təsirində, eləcə də bu dövlətlər arasındakı
münasibətlər və əlaqələrdə; ikincisi, isə dövlətin təşkil etdiyi
diplomatik fəaliyyətin özündə. Bu iki istiqamət vəhdət təşkil
etdikdə dövlətin diplomatiyası güclənir və bu da özlüyündə
dövlətin beynəlxalq aləmdə gücünü artırır. Əvvəlcə qeyd
olunduğu kimi, hər bir dövlətin diplomatiyasının gücü onun
daxili gücündən asılı olur. Diplomatiyanın gücü dövlətin başqa
bir dövlətə yönəltdiyi resursların da gücündən asılı olur.
Diplomatiyanın özü əlaqələri gücləndirir, eləcə də əlaqələrin
222
səviyyəsindən güclü diplomatiya ortaya çıxır. Burada da
məntiqi nəticələrə gəlmək olur ki, diplomatiyanın gücü
dövlətin resurslarına və resurslardan istifadə sisteminə və
mexanizmisinə bağlı olur. Böyük dövlətlərin, güclü dövlətlərin
diplomatiyası da güclü əsasları özündə əks etdirir. Məsələn,
belə hesab etmək olar ki, ABŞ diplomatiyası onun gücünə bağlı
olaraq bütün dövlətlərdə nisbi müqayisə əsasında güclüdür.
ABŞ-ın beynəlxalq təsir imkanları və beynəlxalq aləmdə təsir
rıçaqlarının sistemliliyi onun diplomatiyasının da təsirlərini
artırır. Diplomatiya məxsus olduğu dövlətinin gücünü
geosiyasi məkanlar üzrə yaymaq funksiyasını da yerinə yetirir.
Diplomatiyanın gücü həm də dövlət maraqlarının məkanlar
üzrə güclü olmasından irəli gəlir. Diplomatiya dövlətin daxili
siyasətinin xarici məkanlar üzrə yayılan maraqlar üzrə
birləşməsi funksiyasını həyata keçirir. Bu anda dövlətin daxili
imkanları onun xarici siyasətinə təsir göstərir və gücləndirir.
Dövlətin güclü diplomatiyası beynəlxalq gərginliklərin aradan
qaldırılmasında mühüm rol oynayır. Diplomatiya müvəqqəti
(müəyyən məqsədlərin birdəfəlik yerinə yetirilməsi üçün), həm
də daimi əsaslara (ardıkəsilməyən xassələrə-bir dövlətin digər
dövlətdə səfirliyinin fəaliyyəti və bir dövlətin beynəlxalq
hökumətlərarası təşkilatlarda fəaliyyəti) malik olur. Hər iki
halda diplomatiya müəyyən gərgin problemlərin həlli üçün
böyük rol oynayır. Diplomatiyanın gücü həm də siyasi
fəndgirlilikdən asılı olur. Bu kimi hallar daha çox tarixdə baş
vermişdir.
Ədalətli diplomatiya beynəlxalq hüquq normalarına
əsaslanır və dövlətlər arasında səmimi münasibətlərin
formalaşmasının əsaslarını təşkil edir. Bu gün dünyada təəssüf
ki, “lal müharibələr” də mövcuddur və dünyanın gizli olaraq
bölüşdürülməsi prosesləri baş verir. Bu baxımdan da “lal
diplomatiya” da formalaşıbdır. Bu diplomatiyanı daha çox
böyük dövlətlər kiçik və orta gücə malik olan dövlətlərə
223
münasibətdə tətbiq edirlər. “Lal diplomatiya” əsasən, geosiyasi
maraqların formalaşmasına xidmət edir.
Dövlətin güclü diplomatiyası müəyyən problemin həllində
dövlətin təsir imkanlarını artırır. Bir dövlətdə digər dövlətin
güclü diplomatiyası bir çox hallarda diplomatiyaya məxsus
olan dövlətin təsir imkanlarını böyüdür və geosiyasi təsirlərini
yaradır. Bu baxımdan da hesab etmək olar ki, diplomatiya
dövlət maraqlarını coğrafi məkanlara münasibətdə genişlən-
dirən bir təsir istiqamətidir və fəaliyyət sahəsidir.
224
III FƏSİL:
Beynəlxalq münasibətlər sistemində dövlətlərin
güclərinə görə təsnifatı
Güc, siyasət və dövlət
Fəlsəfədə qəbul olunmuş sillogizmə (məntiqi nəticələrə
gəlmə) söykənərək, belə bir prinsipdən çıxış etmək olar:
Güc varsa, iştirak edən tərəflər və onların hərəkətləri
varsa, deməli, təsnifat da (məzmun və forma baxımından,
eynilik, oxşarlıq, paralellik, uyğunluq, ziddiyyətlilik və s.
fərqləndirici fəlsəfi kateqoriyalarla növlərə, dərəcələrə,
siniflərə-tərkib hissələrə ayırma) mövcuddur. Güc hər hansı
bir vasitənin (burada canlı vasitələr-subyektlər və cansız
vasitələr-material əşyalar, eləcə də kainat elementləri) digər bir
vasitəyə tətbiqinin kəmiyyətini əks etdirən bir vasitədir,
mücərrəd mövcudluqdur. Güc potensialdır və böyük
enerjidir. Enerji potensialdır, potensial gücdür, deməli,
enerji də gücdür, vasitələrə məkan dəyişmələri, forma və
məzmun dəyişmələri baxımından tətbiq ediləndir. Güc
artdıqca enerji də artır və potensial böyüyür. Güc resursları
hərəkətə
gətirəndir
və
resursların
yerdəyişmələrindən
formalaşır. Gücün sərbəst şəkildə və maraqlara cavab verəcək
səviyyədə tətbiqi (müsbət istiqamətlərə yönəlməsi) böyük
potensialı meydana gətirir. Böyük potensial daima hərəkət
axınları üçün təkanverici əhəmiyyət kəsb edir. Potensiya
(potensial) hərəkət axınıdır. Hərəkət axını enerjidir. Enerjini
yaradan gücdür və enerjini daşıyan da güc və qüvvədir.
Deməli, potensia enerjidir, enerji də qüvvədir.
Dövlətin daxili və xarici siyasəti onun gücünə tam şəkildə
bağlıdır. Dövlətin sərhədləri daxilində olan komponentləri
dövlətin daxili gücünü meydana gətirir. Dövlətin gücü onun
resurslarının hərəkət etməsi və hərəkətə gətirilməsi sayəsində
225
formalaşır. Bu anda yeni resurslar və yeni-yeni hərəkət
istiqamətləri ortaya çıxır. Elementlər çoxluğu və siyasi-iqtisadi
və sosial proseslər bolluğu dövlətin gücünü əks etdirir.
Dövlətin gücü onun siyasətinin obyekti olan resurslardan və
subyektlərindən, eləcə də siyasəti təşkil etməsindən asılıdır.
Dövlətin daxili potensialı böyük olduqda onun xarici gücü də
artır. Xarici gücün artması təbii şəkildə dövlətin regionda və
regiondan kənar məkanlar üzrə geosiyasi maraqlarını
formalaşdırır və maraqlarını regionlar üzrə böyüdür. Dövlətin
gücü onun geosiyasi maraqlarını formalaşdırmaqla bərabər,
onu dünya nizamı sisteminin fəal üzvünə də çevirir. Məsələn,
ABŞ-ın dünya iqtisadiyyatında birinci yeri onu dünya nizamı
sisteminin birincisi etmişdir. Dünya nizam sistemi də gücdən
yaranır (bütöv olaraq dövlətin özündən, onun tərkib kompo-
nentlərindən) və gücdən strukturlaşır. Daxili gücün yaranması
həm
də
dövlətin
daxildə
həyata
keçirdiyi
siyasətin
səviyyəsindən asılıdır. Dövlətin xarici siyasətinin istiqamətləri
də dövlətin daxili gücünü formalaşdırır, daxili gücü artırır.
Xarici gücün özü və bu baxmdan da xarici fəaliyyətin güclü
şəkildə tənzimlənməsi və təşkil edilməsi dövlətin daxili gücünü
artırır və imkanlarını böyüdür. Dövlətin daxili gücünün
böyüməsi onun sərhədlərindən kənarda da gücünün böyü-
məsinə səbəb olur. Daxili resursları onun xarici resurslarının
hərəkətə gətirilməsi üçün şərtləndirici və istiqamətverici
əhəmiyyət kəsb edir. Məsələn, ABŞ-ın daxili iqtisadi
sisteminin gücü və tələbatı onun xarici siyasətinə (məsələn,
enerji idxalına) güclü təsir edir. Dövlətin sərhədlərindən
kənarda resurslarının hərəkətə gətirilməsi onun daxili gücünü
artırmaqla bərabər, xarici siyasətini də güclü edir. Dövlət
şaxələnir, onun siyasət qolları yeni-yeni məkanlar əldə edir.
Dövlət gücünün “kölgəsi” meydana gəlir. Resursların hərəkət
dairələri dövlətin mərkəzi və periferik gücünü artırmaqda
davam edir. Dövlət hakimiyyətinin, bürokratik aparatının və
digər mərkəzlərinin şəbəkələşmiş əsaslarla fəaliyyəti dövlətin
226
gücünü artırır və onun regionlar üzrə (sərhədlərindən kənar)
şaxələnməsini təmin edir. Dövlətin daxili gücü onun resurs-
larının hərəkətə gətirilməsindən ortaya çıxan münasibətlərdən
formalaşır. Münasibətlərin intensivliyi və məqsədyönlülüyü
resursların sürətli hərəkətlərini təmin edir və enerji həcmi
burada dövlətin gücünün formalaşmasının əsaslarını yaradır.
Dövlətin daxili gücü onun xarici siyasəti üçün müxtəlif
istiqamətlər üzrə təkanverci funksiyanı yerinə yetirir.
Dövlətin daxili potensialı və gücü onun nüvəsidir, yəni
müəyyən məkanda yerləşən özüdür. Dövlət siyasətinin
potensialı daxili nüvədən və periferiyadan ibarətdir. Nüvə
periferiyanı gücləndirir və periferiya da tərkib hissə olaraq
nüvəyə təsir edir. Nüvə gücdür, periferiya da tərkib olaraq
gücdür. Nüvə və periferiya dövlətin tərkibidir. Deməli,
periferiya (burada xarici siyasətin məkanları) dövlətin
gücünü artırandır.
Belə bir məntiqi fikir asılılığından da çıxış etmək olar-
dövlət təminedicidir. Təminat insanlara aiddir. Təminat sabit
şə
raitdə həyata keçəndir. Deməli, dövlət sabitliyi yaradandır.
Dövlətin əsas gücü (qeyri-zorakılıq gücü) onun vətəndaş-
larının, əhalisinin maddi vəziyyətlərinin yüksək olmasından
asılıdır. Dövlətlərin daxilində, cəmiyyətlərin daxillərində
sərbəstlik insanların sərbəst hüquqlarının meydana gəlməsini
zəruri edir. Sərbəst hərəkət isə sərbəst şəkildə potensialı artırır.
Öz vətəndaşlarının sosial müdafiəsini təmin edən dövlətlər
sabit və güclü olurlar. Nəzərə almaq lazımdır ki, dövlət zorakı
aparatı (burada bürokratiyanın zorakı mahiyyəti nəzərdə
tutulur) vasitəsilə və bu aparatı öz vətəndaşına tətbiq etməklə
güclü ola bilməz. Bu anda təsir, təzyiq əks-təsir və təzyiqə
bərabər olar. Kasıb olan və etnik cəhətdən kövrəkliyi və
həssaslığı ilə seçilən və irqi ayrı-seçkiliyin tətbiq olunduğu
cəmiyyətlər öz kövrəkliklərinə görə inqilaba, iğtişaşlara daha
çox meyilli olurlar. Məsələn, Cənubi Afrika Respublikasında
xüsusilə XX əsrin 70-80-ci illərində hakimiyyətdə olan ağlar
227
tərəfindən aparteid siyasətinin tətbiqi və qaradərililərin
mübarizələri (siyasi dustaq olan Nelson Mandelanın həbsdən
azad olunması tələbləri ilə xarakterizə olunan mübarizələr də
daxil olmaqla) dövlətin daxildən zəifləməsinə və sistemsiz-
ləşməsinə
səbəb
olmuşdur.
Zəif
dövlətlər
(məsələn,
Ermənistan) nə qədər zorakı aparatını gücləndirmiş olsa da
yenə də daxildən hər han dağılma və sistemsizləşmə,
anarxiyaya çevrilmə təhlükəsi ilə üzbəüzdür. Onu da nəzərə
almaq lazımdır ki, dövlətin gücü onun komponentlərinin
gücündən asılıdır. Komponentlərin qarşılıqlı asılılıq şəraitində
mövcudluqları və şərtləndirici tərkib kimi əhəmiyyət kəsb
etmələri dövlətin mövcudluğuna xidmət edir. Dövlətin
mövcudluğu iki mühüm şərtlə bağlı olur: resursların azad və
sərbəst əsaslarla hərəkətə gətirilərək inkişafa xidmət
etməsi; bu resursların dövlətin müdafiəsinə yönəldilməsi.
Bu komponentlərə kütləvi qaydada mərkəz (hakimiyyət)
tərəfindən gücün tətbiqi həmin mərkəzin dağılmasına gətirib
çıxarar. Mərkəzin, bütövün öz tərkibinə dağıdıcı təsiri həmin
tərkibi mərkəzdən qaçmağa vadar edər ki, güc toplanmaz və
mərkəz özü yaranmaz. Onu da nəzərə almaq lazımdır ki,
material resursların
maddi
resurslar
arasında
bərabər
paylanması hakimiyyət-vətəndaş münasibətlərinin güclü və
sarsılmaz formasının əsaslarını təşkil edir.
Dövlətin əsas məqsədi vətəndaşlarını (hakimiyyətdə olan
və hakimiyyətdə təmsil olunmayan) təmin etməkdən ibarətdir.
Bunun üçün idarəetmə funksiyasını yerinə yetirir. Dövlətin
idarəetmə funksiyası resursların artmasına, vasitələr və tərəflər
arasında
münasibətlərin
təkmilləşməsinə
yönəldilir.
Münasibətlərin təkmil forması inkişafı yaradır və resursları
daima yüksək hərəkət vəziyyətində saxlayır. Dövlət idarəetmə
funksiyası
üçün
əsas bazanı vətəndaşlardan götürür.
Vətəndaşlar da iki tərəfdə-hakimiyyətdə və qeyri hakimiyyət
tərəfində cəmləşirlər.
228
Gücü formalaşdıran elementlər və sahələr vardır.
Sahələr cəmi ümumilikdə dövlətin tərkib strukturlarıdır ki,
bu strukturların cəmi də dövlətin ümumi varlığını, bütövü
yaradır.
İ
qtisadi elementlər və amillər. Təbii ki, həyat maddi
maraqlar üzərində də qurulub. İnsanlar bioloji ehtiyacları
ödənmədən canlı varlıqlar kimi mövcud ola bilməzlər. İnsanları
digər varlıqlardan fərqləndirən isə onların ruhlarıdır (burada
psixikaları, şüurları, əqli qabiliyyətləri, məntiqi hərəkətləri).
İqtisadi elementlərə təbii sərvətlərdən tutmuş iqtisadiyyatın
təşkil edilməsi də daxil olmaqla bir çox komponentlər
(resurslar) aid olunur. Maddi amillər (əmək qüvvələri, məhsul-
dar qüvvələr) də iqtisadiyyatın gücünə təsir göstərir. Eyni
zamanda iqtisadiyyatda istifadə olunan texniki vasitələr də
iqtisadiyyatın təşkilinə yardımçı olur. İqtisadi proseslərin
idarəolunmasının səviyyəsi də iqtisadiyyatı gücləndirir. İqtisadi
idarəçiliyin təkmil forması da iqtisadiyyatı güclü edən amillər
içərisindədir.
Siyasi və təşkilati amillər. Dövlət öz idarəçilik funksiyasını
yerinə
yetirir.
Dövlətin
təşkilati
funksiyası
dövlətin
hakimiyyəti ilə onun vətəndaşları arasında təkmil əlaqələrin
yaranmasına xidmət edir. Dövlət idarəçiliyinin yüksək
səviyyədə təşkili də dövlətin gücünə müsbət təsir göstərir.
Dövlət siyasət sistemi və mexanizmi vasitəsi kimi özünü
gücləndirdikdə onun daxili və xarici siyasət istiqamətlərinin də
gücü artır. Dövlət öz təşkilati funksiyasını yüksək səviyyədə
yerinə yetirdikdə resursların səmərəli istifadə olunması amilləri
də meydana gəlir.
Elmi potensial. Buraya təbii ki, tədris müəssisələrindən
tutmuş, elmi-tədqiqat müəssisələrinə qədər olan subyektlər,
vasitələr və elementlər daxildir. Dövlətin elmi gücü təbii ki,
onun bütün sahələrdəki fəaliyyətinin güclənməsinə şərait
yaradır. Elmi güc bütün sahələrdə olur və sahələrin hərəkət
vəziyyətində olmasını təmin edir.
229
Mədəni və intellektual səviyyə. Bu, həm də maariflənmə
və özünüdərklə bağlıdır. Dövlət nə qədər mədəni səviyyəsi
olan sakinlərə malik olarsa, bir o qədər güc nümayiş etdirmiş
olar. Mədəniyyət bir norma olaraq (həm də içərisində əxlaqi
məsələləri cəmləşdirərək) insanların ruhi sağlamlığına və
yaradıcılığına xidmət edir.
Müdafiə və təhlükəsizliyin qorunması. Dövlətin özünü
müdafiə strukturlarının gücü təbii ki, dövlətin baza gücünə
bağlıdır. Dövlətin baza gücü isə onun vətəndaşlarının sosial-
rifah hallarına bağlı olur. Vətəndaşların sosial vəziyyətlərinin
yaxşı olması da iqtisadi amillərlə əlaqəlidir. Dövlətin
vətəndaşları güclü olduqda onun müdafiəsi də güclü olur.
Dövlətin strukturları öz gücünü elmdən, maarifçilikdən,
dərketmədən, insan hüquqlarına olan hörmətdən və s. götürür.
Elm, təhsil və maarifçilik reurslara təsir imkanlarını təkmil
formada üzərə çıxarır.
İ
darəçilik rejimi amili. Dövlət öz vətəndaşlarını iqtisadi
baxımdan və liberal əsaslarla təmin etdikdə güclü olur. Sabit
cəmiyyət, demokratik idarəçilik dövlət gücünün əsaslarını
təşkil edir. Sabit cəmiyyət inkişafı meydana gətirir, inkişaf da
öz növbəsində dövlətin bütün istiqamətlər üzrə güclənməsini
təmin edir. İnsan hüquqlarının yüksək səviyyədə təmini və
sabitlik dövlətin daxildən sisteminin kövrəkləşməsinin qarşısını
alır. Enerji əsasən, üzvlərin və vasitələrin sərbəst və sistemli
qaydada münasibət və əlaqələrindən meydana gəlir. Hər bir
dövlət öz xalqının milli mentalitetinə uyğun olaraq sistemini
formalaşdırdıqda güclü olur. Dövlətlər dünyəvi olduqda daha
çox güc toparlaya bilirlər. Dünyəvi dövlətlər və rasional
cəmiyyətlər daha çox sərbəst potensial əldə etmək imkanlarına
malik olurlar. Nəzərə almaq lazımdır ki, dövlət quruluşunu
yaradarkən milli psixologiyanın qəbul edə biləcəyi modeli əsas
götürmək məqsədəuyğun olar. Bu zaman forma və məzmun
birliyi də yaranır. Əks təqdirdə, forma başqa, məzmun başqa
olduqda, vəhdətlikdən söhbət gedə bilməz. Siyasi sistem
230
kovrəkliyə məruz qalar. Məsələn, bir xalqın milli mentalitetinin
xüsusiyyətləri respublika quruluşuna uyğundursa, deməli,
siyasi təsisat forması kimi bu quruluşu qəbul etmək lazımdır.
Monarxiya quruluşununun xüsusiyyətlərini özündə əks etdirən
xalqlarda isə bu, əks səmərə verə bilər. Yəni, respublika
quruluşu onlar üçün yararlı deyil. Monarxiya quruluşunu bir
siyasi sistem forması kimi özündə təbii olaraq daşıyan (yəni
siyasi sistemin məzmunu bu quruluşa daha yaxındır) xalqlar
daha çox bu quruluş formasını əsas nümunə kimi götür-
məlidirlər. (Qeyd: bir məsələni xüsusi olaraq vurğulamaq
Dostları ilə paylaş: |