martına qədər İraqda 37 min nəfər koalisiya qüvvələri itki
verib. ABŞ bu müddət ərzində altı milyard dollar məblə-
ğində pul xərcləyib. 2003-cü ilin martından döyüşlərdə ABŞ
dörd min əsgər, İraq isə yüz əlli min əsgər itirib).
1
Həmçinin, 2001-ci ildə Nyu-Yorkdakı terror hadisələ-
rindən sonra Əfqanıstanda terrorçulara qarşı müharibədə
dövlətlərin siyasi qrupundan istifadə etmişdir. Koalisiya
yaratmış və bu koalisiyaya dünyanın bir çox dövlətlərinin
1
ANS TV “Xəbərlər” informasiya proqramı, 21 mart 2013-cü il. 21°°
274
hərbisini cəlb etmişdir. Tarixən də həm SSRİ, həm də ABŞ
özlərinin və rəhbərlik etdikləri siyasi blokların dəstəyinə
arxalanaraq ərazi əldə etmək siyasəti yeritmişlər. SSRİ
qoşunları XX əsrin 70-ci illərinin sonu 80-ci illərinin
axırlarında Əfqanıstanda, ABŞ qoşunları isə Vyetnamda
müharibə aparmışlar. Güc mərkəzlərinin ərazilər əldə etməkdə
əsas məqsədləri bir-birilərinə qarşı siyasi rəqabət mübarizə-
sində bu ərazilərin strateji mövqeyindən istifadə etməklə digər
regionlara siyasi təsir imkanları qazanmaqdır. Məsələn, ABŞ
İraqı ələ keçirmiş və İranın Fars körfəzindəki strateji
maraqlarına birbaşa təsiretmə imkanı qazanmışdır. ABŞ
Vyetnamı ələ keçirməklə həm də Çinin Cənubi və Cənubi
Şərqi Asiya regionundakı təsirlərinin qarşısını almaq məqsədi
güdürdü. ABŞ dünyada strateji ərazilər əldə etmək üçün
dövlətlərin hərbi- siyasi qruplaşmasını yaratmaq siyasəti həyata
keçirir.
6. Tarixi münasibətlər amili- güc mərkəzlərinin siyasi
rəqabəti zamanı dövlətlərin siyasi qruplaşmasını əmələ gətirən
amillərdən biri də tarixi münasibətlər amilidir. Məsələn, ABŞ
və SSRİ arasında tarixən mövcud olmuş soyuq münasibətlər
hal-hazırda Rusiya ilə ABŞ arasında müəyyən məsələlərdə
davam etməkdədir. (Qeyd: ABŞ-ın Corc Buş (kiçik)
hakimiyyəti dövründə dövlət katibi postu tutmuş Kondaliza
Rays efir vasitəsilə belə bir fikir bildirirdi ki, 2001-ci ilin
sentyabr ayında ABŞ-a terror hücumu zamanı Moskvaya
zəng olunmuş və bu dövlətdən şübhələnmək əsas
götürülərək Moskvaya belə bir sual ünvanlanmışdır ki,
doğrudanmı iki dövlət arasında “soyuq müharibə” başa
çatıbdır. Moskva isə həmin anda bütün təlimləri
dayandırmış olduğunu cavab vermiş və bu işdə Rusiyanın
əli olmadığını və tərəf kimi iştirak etmədiyini bildirmişdir)
Çin ilə Rusiya arasındakı II Dünya müharibəsindən sonra
mövcud olmuş dostluq münasibətləri bu gün də davam
etməkdədir. İki dövlət arasında ərazi problemləri demək olar
275
ki, öz həllini tapıb. II Dünya müharibəsindən sonra ABŞ və
onun müttəfiqləri olan Böyük Britaniya, Fransa, Almaniya və
digər Avropa dövlətləri, Kanada, Avstraliya, Türkiyə, Misir,
Pakistan arasındakı münasibətlər olduğu kimi davam
etməkdədir. Bu baxımdan dövlətlər siyasi cəhətdən qruplarda
cəmləşmişlər. Sovet hökumətinin dağılmasından sonra da bu
tarixə qədər mövcud olmuş İran, Çin, Hindistanla hal-hazırda
da Rusiyanın münasibətləri normal səviyyədə inkişaf etmək-
dədir. Hətta Çinlə Rusiya arasında Şanxay Əməkdaşlıq
Təşkilatı çərçivəsində birgə hərbi təlimlər də keçirilir. Rusiya
Çin və Hindistanla sualtı atom gəmiləri istehsalında, aviasiya
sahəsində və digər strateji sahələrdə əməkdaşlıq və tərəfdaş
276
yanaşı, Əfqanıstanda, İraqda, Yaponiyada və Cənubi Koreyada
yerləşmişdir.
Rusiyanın
hərbi
bazaları
Ermənistanda,
Qazaxıstanda, Belorusda və s. mövcuddur. “Güc mərkəz”ləri
hesab olunan dövlətlər başqa dövlətlərin ərazilərində öz hərbi
hissələrini saxlamaqla həmin dövlətlərə siyasi təsir göstərirlər
və dövlətləri öz siyasi qruplarına cəlb edirlər.
2. Hərbi-siyasi dəstək və əməkdaşlıq- “güc mərkəz”ləri
hesab olunan dövlətlər digər dövlətləri öz siyasi qruplaş-
malarına cəlb etmək məqsədilə həmin dövlətlərə hərbi-siyasi
dəstək verir və bu istiqamətdə əməkdaşlıq edirlər. Bu məqsədlə
“güc mərkəzləri” həmin dövlətlərə hərbi-texniki kömək
göstərir, dövlətlərin ordusunu gücləndirmək məqsədilə təlimlər
təşkil edir və tədris köməyi göstərirlər. Məsələn, Rusiya
Ermənistanı öz siyasi qruplaşmasında saxlamaq məqsədilə bu
dövlətə 1990-cı illərdə dəyəri bir milyard ABŞ dolları olan
hərbi texnika yardımı etmişdir. Rusiya Ermənistanla hərbi
sahədə geniş əməkdaşlıq edir. 2000-ci illərin ortalarında
Gürcüstandan çıxarılan Rusiya Hərbi bazalarının böyük bir
qismi də Ermənistanda yerləşdirlimişdir. Bununla yanaşı,
MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı
çərçivəsində
Rusiya
Belarus,
Qazaxıstan,
Tacikistan,
Qırğızıstan, (Özbəkistanla-bu dövlət təşkilatda təmsil olunub
və sonra təşkilatı tərk edib) bu dövlətləri öz siyasi qrupunda
saxlamaq məqsədilə hərbi əməkdaşlıq edir. Rusiya ilə İran
arasında hərbi-texniki əməkdaşlıq həyata keçirilir. Bununla
yanaşı, NATO sülh naminə tərəfdaşlıq proqramı çərçivəsində
Şərqi Avropa dövlətlərinin ordularına təlimlər keçirlər. ABŞ və
Türkiyə Gürcüstana hərbi maliyyə yardımı göstərirlər və teniki
kömək göstərirlər və s.
3.İqtisadi-maliyyə
köməyinin
göstərilməsi-dövlətlərin
siyasi qruplaşmalarını əldə saxlamağın yollarından biri də “güc
mərkəzləri” tərəfindən həmin dövlətlərə iqtisadi yardımın və
güzəştlərin edilməsi və maliyyə köməyinin göstərilməsidir.
Məhz, həmin vasitələrlə, böyük və iqtisadi cəhətdən inkişaf
277
etmiş dövlətlər zəif iqtisadiyyata malik olan dövlətləri öz
tərəflərinə çəkirlər. Tarixən SSRİ və ABŞ bu üsullardan geniş
istifadə etmişdilər. Məsələn, II Dünya Müharibəsindən sonra
ABŞ Qərbi Avropa ölkələrinin iqtisadiyyatını inkişaf etdirmək
məqsədilə və eyni zamanda SSRİ-nin bu dövlətlərə nüfuzunun
qarşısını kəsmək naminə, regionu öz tərəfinə çəkmək
istiqamətində bu ölkələrə maliyyə köməyi göstərirdi. Bununla
yanaşı, ABŞ Misir və İsrail dövlətinə hər il böyük məbləğdə
maliyyə yardımı göstərir. SSRİ də öz növbəsində Şərqi Avropa
dövlətlərinə malyyə köməyi edirdi. Hətta bir çox Asiya və
Afrika dövlətlərində sosialist sisteminin qurulması üçün həmin
dövlətlərə də iqtisadi kömək göstərir və güzəştlər edirdi. Hal-
hazırda da həmin siyasət davam etməkdədir. ABŞ keçmiş SSRi
dövlətlərinə də hər il maliyyə yardımı göstərir. Bu siyasəti
həmçinin, iqtisadi cəhətdən inkişaf etmiş və etməkdə olan
regional “güc mərkəz”ləri də həyata keçirirlər. Məsələn,
Yaponiya bir çox dövlətlərə maliyyə yardımı göstərir. İran
Ermənistana müəyyən iqtisadi güzəştlər edir. Türkiyə
Azərbaycana müstəqilliyin ilk illərində maliyyə yardımı
göstərirdi və iqtisadi güzəştlər edirdi. Hal-hazırda Avropa
İttifaqı bir siyasi qurum olaraq dünyanın bir çox regionlarına
maliyyə yardımı edir.
Dövlətlərin siyasi qruplaşmalarında “güc mərkəzləri”nin
iqtisadi-siyasi maraqları
“Güc mərkəzləri” hesab olunan dövlətlər digər dövlətlərlə
siyasi qruplaşmalar yaradarkən öz iqtisadi maraqlarını təmin
etməti qarşılarına məqsəd qoyurlar. Digər dövlətlərin təbii
sərvətlərindən istifadə etməklə öz iqtisadiyyatlarını inkişaf
etdirmək siyasəti yeridirlər. Məsələn, Qazaxıstan neftinin 90
faizindən çoxu, həmçinin Türkmənistan qazı Rusiya vasitəsilə
dünya bazarına çıxarılır. Rusiya enerji tranzitindən külli
miqdarda gəlir əldə edir. Rusiya qaz istehsalına görə dünyada
278
birinci yeri tutur. (Qeyd: Rusiyada 1992-ci ildə 399 milyon ton
neft, 1998-ci ildə 304 milyon ton neft, 2000-ci ildə 323 milyon
ton neft, 2004-cü ildə 459 milyon ton neft, 2010-cu ildə 505
milyon ton neft, 2012-ci ildə isə 518 milyon ton neft hasil
olunub).
1
Azərbaycan neftinin bir qismi də Rusiya ərazisindən Bakı-
Novorossiysk xətti ilə ixrac olunur. Türkiyə regionun “güc
mərkəzi” olaraq Azərbaycan və Gürcüstandan iqtisadi və siyasi
cəhətdən faydalanmağa çalışır. Azərbaycan nefti və qazı
Türkiyə ərazisindən beynəlxalq bazarlara çıxarılır. Türkiyə
kifayət qədər enerji tranzitindən gəlir əldə edir. Həm də öz
daxili tələbatının bir qismini ödəyir. Azərbaycanın neftdən
kənar iqtisadi sahələrində də Türkiyə şirkətləri böyük işlər
görərək gəlir əldə edirlər. Türkiyə Azərbaycana həm də
Mərkəzi Asiya regionuna çıxış məkanı kimi baxır. Azərbaycan
Türkiyənin türk dünyası siyasətində birləşdirici zona rolunu
oynayır. Azərbaycanın Türkiyə üçün siyasi əhəmiyyətindən
biri də bu dövlətin Rusiya ilə sərhəddə yerləşməsidir.
Azərbaycan Rusiyanın Türkiyəyə təsirlərini azaldır. ABŞ da
Azərbaycanın enerji siyasətində geniş iştirak edir. Bu nöqteyi-
nəzərdən, Azərbaycanı öz siyasi qrupuna çəkmək siyasəti
yeridir. Azərbaycanla ABŞ arasındakı strateji əməkdaşlıq
Rusiyanın Cənubi Qafqaza birtərəfli təzyiqlərinin qarşısını alır.
Rusiya Ermənistanın demək olar ki, əksər müəssisələrini
özəlləşdirmişdir. Hal-hazırda İraq neftinə nəzarət tamamilə
ABŞ-ın əlinə keçmişdir.
1
Жизнь после нефти «Российская Газета»; 22.02.2013; №309 (6015);
www.rg.ru.
279
Dövlətlərin qruplaşmalarında maraqların toqquşması
və ittifaqlar
Geostrategiya və geoiqtisadiyyat geosiyasətin tərkibidir,
geosiyasəti formalaşdıran siyasət istiqamətləridir. Geosiyasət
subyektlərin
hərəkətləri
sayəsində
meydana
gəlir.
Hərəkətlərdən beynəlxalq hüquq formalaşır və istifadə
vasitəsinə çevrilir. Beynəlxalq hüquq hərəkətlərə istiqamət
vermək üçündür.
Qloballaşma ilə səciyyələnən müasir dövrdə (əsasən XX
əsrin ikinci yarısında) və postmodernizmdə dünya siyasətinin
və beynəlxalq münasibətlərin gedişatı və bu siyasət
istiqamətlərinin ortaya çıxardığı vəziyyətlər onu sübut edib və
etməkdə davam edir ki, geosiyasət beynəlxalq hüquqdan
üstündür. Maraq və məqsədlər hərəkətlərə haqq qazandırıb.
Beynəlxalq
hüququn
geosiyasətə
(böyük
dövlətlərin
yaratdıqları geosiyasi məkana) xidmət edən tərəfləri (məsələn,
hərbi ittifaqların yaranmasını şərtləndirən müqavilələr, fayda
gətirən iqtisadi müqavilələr və digər strateji müqavilələr)
geosiyasətlə eyni əhəmiyyətə malik olan aspektlər kimi başa
düşülməlidir. Beynəlxalq hüquq böyük dövlətlərə xidmət
edərkən, hərəkətləri istiqamətləndirmək və hərəkətlərə ədalətli
məzmun vermək üçün başlıca olaraq vasitəyə və bir alətə
çevrilir. Hüquq normaları məcmuəsi maraqların formalaş-
masını təmin edən instrumentlər məcmuəsinin özü kimi
müvafiq mənaya malik olur. Etiraf etmək lazımdır ki, həm də
dünya siyasətinin real təcrübələrindən və praktik müşahi-
dələrdən irəli gələrək, belə hesab etmək yerinə düşər ki,
beynəlxalq hüquq ümumi ədalət qaydalarından, tarazlığın
təmin edilməsi prinsiplərindən ibarət olsa da, qaydaların
reallaşmasının arxasında güc (güc burada həm obyekt, həm də
subyekt kimi mühüm təsiredici və enerjiverici əhəmiyyət kəsb
edir) dayanır və beynəlxalq hüquq lazımi anlarda daha çox
güclü tərəfə xidmət edir. Universal hüquq və onun ədalətli
280
məzmunu güclü tərəfə faydaverici əsaslarla xeyir gətirdikdə,
həm beynəlxalq hüquq istifadə olunur, yəni bütün hərəkətlər
beynəlxalq hüquqa əsaslanır, həm də hüququn daha çox gücə
(güclü tərəfə) xidmət məzmunu üzə çıxır. “Güc olmayan
yerdə hüquq da yoxdur” prinsipi önəm kəsb edir. Güclü
tərəflər beynəlxalq hüquqdan istifadə edərək bir tərəfdən
planetar məkanlarda öz geosiyasi maraqlarını təmin etməyə
çalışırlar, digər tərəfdən də qlobal müharibələrin qarşısını
almaq (qlobal müharibələrin qarşısnı almaq istəkləri və bu
istiqamətdə dünyaya nəzarət tərəflərin özlərini və maraq
sferalarındakı obyektlərini itirmək qorxusundan irəli gəlir) və
öz aralarında və maraqlı olduqları məkanlarda tarazlığı bərpa
etmək üçün (ittifaq ərazilərinə daxil olan dövlətlərdə) alətlərə
çevirirlər. Geosiyasətin tərkibi olan geostrategiya (hərbi
doktrinaların məkanlar üzrə həyata keçirilməsi strategiyası və
taktikası) böyük dövlətlərin təhlükəsiz şəraitlərdə, sülh və
sabitlik vəziyyətində öz maraqlarını təmin etməsinə xidmət
edir. İttifaqların yaradılması geostrategiyanın reallaşmasının
nəticəsidir və belə qurumlar geosiyasətin tərkibi olan
geoiqtisadiyyatı və ümumilikdə geosiyasətin digər istiqa-
mətlərini kollektiv şəkildə, gücləri birləşdirmək yolu ilə
qorumaq üçün təşkil edilir. Buradan da belə bir məntiqi
mülahizə ortaya çıxır ki, əslində dövlətlərin müəyyən məkanlar
üzrə təhlükəsizlikləri təmin etmək siyasətləri onların maddi
maraqlarının
təmin
edilməsinə
istiqamətlənir.
Maddi
maraqların təmin edilməsindən də sosial maraqlar təmin
edilmiş olur. İttifaqlar yekun olaraq əslində müəyyən coğrafi-
siyasi sərhədlərdə sosial maraqların təmin edilməsinə xidmət
edir. İttifaqlar bir tərəfdən mərkəzin özünü qoruyur, digər
tərəfdən mərkəzi ətraflar üzrə, yayılan məkan istiqamətləri
üzrə genişləndirir və böyuk ərazi miqyası baxımından
planetar şəbəkə yaradır, başqa tərəfdən isə kompleks şəkildə
müdafiə olunmaq məqsədini güdür. İttifaqlar yaradıldıqda
strukturlaşma prosesləri genişlənir. Genişlənən proseslər
281
fonunda həm elementlər artır, həm də yeni elementlər ortaya
çıxır. Bu proseslər sayəsində enerji mənbələri meydana gəlir.
Deməli, ittifaqlar əslində hərəkətlərə istiqamətlər verən,
hərəkətləri yaradan böyük enerji mənbələridir. Dövlətlər öz
enerjilərini artırmaq üçün ittifaqlara qoşulurlar və böyük
potensial əldə edirlər. İttifaqlar, digər tərəfdən, hərəkətləri
məhdudlaşdıran qurumlardır. Məsələn, dövlətlər ittifaqlar
çərçivəsində sənədlərə qoşulmaqla, strukturlarının fəaliyyət-
lərini koordinasiya etməklə öz hərəkətləri üzərlərində
qarşılıqlı nəzarət mexanizmisini yaratmış olurlar. İttifaqların
xassələri həm də qarşılıqlı nəzarət məzmunundan formalaşır.
Hərəkətlər o halda məhdudlaşır ki, hərəkətlərin tərkib
elementləri (müxtəlif istiqamətdən gələn hərəkətlər) müəyyən
məkanlarda qovuşur. Bu zaman qovuşmadan, kəsişmələr,
uzlaşmalar və bir çox hallarda toqquşmalardan (kiçik
dövlətlər
böyük
dövlətlərin
maraqları
naminə
bəzi
iddialardan əl çəkməli olurlar. Nəticədə toqquşmalardan
çəkinmələr
meydana
gəlir)
hərəkətlər
məhdudlaşır.
Məhdudlaşmaqla yanaşı, həm də uzanır. Buradan da belə bir
nəticəyə gəlmək olar ki, ittifaqlar əslində hərəkətləri tənzim
edən böyük qurumlardır. Bu qurumlar həm subyekt, həm də
subyektlər daxilindəki vasitələr hesabına obyekt rolunu
oynayırlar.
Beynəlxalq hüquq o zaman güclü olur ki, geostrategiya və
geoiqtisadiyyat böyük dövlətlərin maraqlarına xidmət etmiş
olsun. Beynəlxalq hüquq vasitədir və daha çox hərbi, iqtisadi
və siyasi maraqlara xidmət edən instrumentdir. Beynəlxalq
hərbi-siyasi ittifaqlar da öz-özlərində dövlətlərin maraqlarını
müdafiə edən instrumentlərdirlər. Hərbi-siyasi ittifaqlar
dövlətlərin hərbi-siyasi və bu baxımdan da təhlükəsizlik
sahələrində, geostrateji məkanlarda və ümumilikdə geosiyasi
arenada güclərini və güclərini formalaşdıran tərkib elementləri,
komponentləri (məsələn, subyektlər, hərbi alətlər və vasitələr
olan hərbi birləşmələri və birləşmələrin istifadə etdikləri
282
resursları-silahları, maddi-texniki təminatı və təlimatlan-
dırmanı) birləşdirmək, əlaqələrinin istiqamətlərini müəyyən
etmək,
təhlükəsizliyin
təmin
olunması
istiqamətlərini
müəyyənləşdirmək, reallıqda və gələcəkdə gözlənilə bilən
təhlükələrin əsas istiqamətlərini müəyyən etmək, ortaya çıxan
və fəallıqla müşahidə olunan təhlükə hədəflərini zərərsiz-
ləşdirmək
(terror
qruplarını
zərərsizləşdirmək),
birgə
fəaliyyətin əsaslarını müəyyənləşdirmək, hərəkət planlarını
qurmaq və bu sahədə əməkdaşlıq etmək, məsləhətləşmələr
həyata keçirmək və dialoqlar qurmaq və s. bu kimi funksiyaları
yerinə yetirmək məqsədilə təşkil olunur. İttifaqlar daha çox
subyektlər arasında universal və fərdi qaydada (ayrı-ayrı
strukturlar arasında) koordinasiya funksiyasını həyata
keçirirlər və fövqəladə hallarda güclərin birləşdirilməsinin
əsaslarını müəyyən edirlər və icra qərarları qəbul edirlər.
Hərbi-siyasi
ittifaqlar
müəyyən
geosiyasi
məkanlarda
geostrategiyanın tərkibi olaraq təhlükə mənbələrini müəyyən-
edici, təyinedici, zərərverici tərəfləri aşkarlayıcı və təhlükələrə
qarşı, eləcə də hücumalara qarşı adekvat zərbəvurucu
hərəkətləri icra edirlər. İttifaqlar məlumatların qəbul edilməsi,
ötürülməsi və müdafiə və hücum taktikasının müəyyən
edilməsi funksiyasını yerinə yetirirlər. İttifaqlar daima
genişlənmə, böyümə xassələrinə malik olurlar və maraqların
böyüdülməsi, bu baxımdan da təhlükəsizlik arenalarının və
obyektlərinin çoxaldılması məqsədini güdürlər. İttifaqlar
maraqları böyüdən, maraqları müdafiə edən və eləcə də
maraqları genişləndirən qurumlar kimi əhəmiyyət kəsb
edirlər. İttifaqlar normayaradıcı (üzv dövlətlərin təsis
müqavilələri, qərarlar, xartiyalar, protokollar, bəyannamələr,
fəaliyyət planları və s. kimi aktlar qəbul etmələri) və norma
icraedici funksiyaya malik olurlar. Bu qurumlar subyektlər və
güc mənbələri olaraq müəyyən vəzifələrə və bundan irəli
gələrək səlahiyyətlərə (eləcə də əksinə, yəni, səlahiyyətlərdən
283
irəli gələn vəzifələrə) malik olurlar, bu baxımdan da öhdəliklər
daşıyırlar.
Dünyada hərbi-siyasi təşkilatların yaradılmasına təsir
edən bir çox amillər mövcuddur: ideoloji amillər, iqtisadi,
siyasi və mədəni (sivilizasiya amilləri) İlk növbədə onu da
qeyd etmək lazımdır ki, tarixin ortaya çıxardığı gerçəkliklər də
ittifaqların
yaradılması
təşəbbüslərini
meydana
gətirir.
(Məsələn, NATO ittifaqı tarixin, II Dünya müharibəsinin
nəticəsinin məhsulu kimi ortaya çıxmışıdır). Bununla yanaşı,
müəyyən məkanlarda təhlükəsizliyin təmin edilməsi zərurəti də
mühüm amillər içərisindədir. İttifaqların yaradılması prosesləri
tarixin müəyyən anlarında ortaya çıxan zərurətdən irəli
gəlməklə yanaşı, həm də yeni tarixi mərhələlərin meydana
gəlməsini də şərtləndirir. (Məsələn, NATO-Varşava Müqaviləsi
Təşkilatı mübarizəsi müəyyən andan sonra daxili gərginlikdən
və bu gərginlikdən qurtarmaq istəklərindən və mübarizədən
irəli gələrək yeni bir tarixi mərhələni ortaya çıxarmış oldu).
Dünyanın geosiyasi baxımdan strateji əhəmiyyət (burada həm
coğrafi mövqe, həm də ərazinin daxilindəki təbii ehtiyatlar və
üzərindəki
maddi
resurslar
baxımından)
kəsb
edən
regionlarının olması (quru və dənizlərin qarşılılqlı harmonik
vəziyyətlərinin mövcudluğu və ərazilərin bir-birilərini
coğrafi-strateji mövqe baxımından tamamlaması. Nəzərə
almaq lazımdır ki, dəniz quruya, quru da dəniz mövqelərinə
xidmət edir. Ən əsası isə dənizin quruya xidmətidir. Çünki
insanlar quru üzərində yaşayırlar) və hər iki məkanın bir-
birinə xidmət etməsi də hərbi-siyasi və iqtisadi ittifaqların
yaradılması üçün əsas şərtdir. İttifaqlar hərəkətlərin
gücləndirlməsi və hərəkətlərin və hərəkətdə olanların
Dostları ilə paylaş: |