7
Disketlər informasiya saxlama tutumuna görə də siniflərə bölünür. Disket tutumu
sağ üst küncündə yazılan DD və HD hərflərindən istifadə edilərək fərqləndirilir.
DD (Double Density) disketlər 720 KB, HD (Hight Density) disketlər 1,44 MB-lıq
informasiya saxlama tutumuna malikdir.
Fərdi kompüterlərdə istifadə edilməkdə olan disket növləri aşağıdakı cədvəldə
verilmişdir. Bunlardan başqa Amiga Kompüterləri DD Disketlərə 880 KB, HD
Disketlərə də 1.76 MB informasiya yaz bilirlər.
Ölçü İnformasiya qeydiyyat tipi Tutumu
5,25 dyüm Bir istiqamətli 180 KB
5,25 dyüm İki istiqamətli 360 KB
5,25 dyüm Yüksək sıxlıqlı 1,38 MB (HD)
3,5 dyüm Bir istiqamətli 720 KB (DD)
3,5 dyüm İki istiqamətli 1,44 MB (HD)
Disketlər, sabit disklərə oxşar olaraq cığır
və sektorlardan ibarət olan
materiallardır. Quruluşlarında səs və video kasetlərin də istifadə edilən lentə
bənzəyən dairəvi bir lent istifadə edilir. Ancaq cığır və sektorlardan meydana
gəlmələri səbəbindən göstəricilər səs və video kasetlərin də olduğu kimi zamanlı
yazılmaz. Məsələn, faylın bir hissəsi 1 saylı sektorda yer alır və ikinci hissəsi 15
nömrəli sektorda yer alırsa, yazma/okuma başı 1den 15-ci sektora gedə bilər
Disketlər üzərində oxuma və yazma əməliyyatı həyata keçirən qurğulara Floppy
Disk yəni Disket Sürücü deyilir. İngiliscəsi Floppy Disk Drive olan bu Disket
sürücülər günümüzdə çox istifadə olunmayan sürücülər olaraq qalmışdır.
CD ROM : Bu tip yaddaşlarda informasiya daşıyıcısı CD (Compact Disk) və ya
DVD-dir (Digital Versatile Disk). CD-ROM diametri 12 sm və qalınlığı 1,2 mm
olan bir tərəfinə şəffaf lak qatı ilə zədələnmələrdən
mühafizə edilən, işığı əks
etdirən alüminium qatı tozlandırılmış şəffaf polimer diskdir. Tozlanmanın qalınlığı
bir millimetrin bir neçə on mində bir hissəsini təşkil edir.
Diskdəki informasiya diskin oxu yaxınlığındakı sahədən çıxan spiral trekdə
yerləşən çuxurların (diskdəki dərinliklərin) və çıxıntıların (onların səviyyəsi diskin
səthinə uyğun gəlir) ardıcıllığı şəklində təsvir edilir. Diskin radiusu üzrə hər bir
düymdə (2,54 sm) spiral trekin 16 min sarğısı yerləşir. Müqayisə üçün – sərt diskin
səthində radius üzrə bir düymdə yalnız bir neçə yüz trek yerləşir. CD-nin tutumu
8
700 Mbayta çatır. İnformasiya diskə onun hazırlanması zamanı yazılır və
dəyişdirilə bilməz.
CD-ROM yüksək xüsusi informasiya tutumuna malikdir ki. İnformasiya tutumuna
görə
bir
CD
təxminən
500
disketə
bərabərdir.
CD-ROM-dan
informasiyanın oxunması kifayət qədər yüksək ancaq sərt diskdə olan yaddaş
qurğularının iş sürətindən hiss olunacaq dərəcədə az sürətlə baş verir. CD- ROM-
lar sadə və işdə rahatdırlar, verilənlərin saxlanmasının aşağı xüsusi xərcinə
malikdirlər, praktiki olaraq aşınmırlar, viruslarla zədələnə bilməzlər,
onlardan
təsadüfən informasiyanı pozmaq mümkün deyil.
Maqnit disklərindən fərqli olaraq, kompakt-disk çoxlu dairəvi treklərə deyil, bir
spiral trekə malikdir. Bununla əlaqədar olaraq, diskin bucaq fırlanma sürəti sabit
deyil. Oxuyan lazer başlığın diskin kənarına i rəliləməsi prosesində bucaq
fırlanma sürəti xətti azalır.
CD-ROM-la işləmək üçün kompyuterə CD-ROM-un sət- hindəki dərinliklərin və
çıxıntıların ardıcıllığını ikilik siqnallar ardıcıllığına
çevirən CD-ROM yaddaş
qurğusunu qoşmaq lazımdır. Bunun üçün mikrolazerli və işıq diodlu oxuyan
başlıqdan istifadə edilir. Diskin səthində çuxurların dərinliyi lazer işıq dalğasının
uzunluğunun dörddə birinə bərabərdir. Əgər informasiyanın oxunmasının iki
ardıcıl
taktında
lazer
başlığının
işıq
şüası
çıxıntıdan
çuxurun
dibinə və ya əksinə keçirsə, bu taktlarda işıq yollarının uzunluqları fərqi
yarımdalğa qədər dəyişir ki, bu da işıq dioduna birgə düşən düz və diskdən əks
olunan işığın güclənməsi və ya zəifləməsinə səbəb olur.
Əgər ardıcıl oxuma faktlarında işıq
yolunun uzunluğu dəyişmirsə, onda işıq
diodunun vəziyyəti də dəyişmir. Nəticədə işıq diodundan axan cərəyan trekdəki
çuxurların və çıxıntıların kombinasiyasına uyğun olan ikilik elektrik siqnallarının
ardıcıllığını əmələ gətirir.
İnformasiyanın iki ardıcıl oxuma taktında işıq şüasının optik yolunun müxtəlif
uzunluğu ikilik vahidlərə uyğun gəlir. Eyni uzunluq ikilik sıfırlara uyğun gəlir.
Bu gün demək olar ki, bütün fərdi kompyuterlər CD-ROM yaddaş qurğusuna
malikdir. Lakin bir çox multimedia interaktiv proqramları bir CD-yə yerləşmək
üçün həddən artıq böyükdür. Bu halda DVD disklər tətbiq edilir.
Bu disklər adi
CD-lər kimi ölçüyə malikdirlər, lakin 4,7-17 Qbayta qədər verilənləri saxlayırlar,
yəni həcminə görə 20 standart CD-ROM diskini əvəz edirlər. Belə disklərdə
multimedia oyunlarını və videofilmləri saxlamaq mümkündür.
Yazan CD-R yaddaş qurğusu (Compact Disk Recordable) adi kompakt-diskləri
oxumaqla yanaşı 700 Mbayt tutumlu optik disklərə informasiyanı yaza bilir. CD-R
9
disklərində əks etdirici qat qızıl təbəqədən hazırlanmışdır. Bu qatla polikarbonat
əsas arasında qızdırıldıqda qaralan üzvi materialdan olan qeyd edici qat yerləşir.
Yazılma zamanı lazer şüası qatın seçilmiş nöqtələrini qızdırır. Bu nöqtələr qaralır
və çuxurlara analoji olan sahələri əmələ gətirərək əks etdirici qata işıq buraxmağı
dayandırır.
CD-RW maqnito-optik kompakt disklərində olan yaddaş qurğuları CD-
RW disklərindən dəfələrlə yazma
üçün istifadə etmək olar. Tutumu 128 Mbaytdan 2,6 Qbayta qədərdir. DVD-
RW yazan yaddaş qurğusu CD və DVD disklərini oxumaqla yanaşı
onlara
informasiyanı yaza da bilir. DVD-RW disklərindən dəfələrlə onlara informasiya
yazmaq üçün istifadə etmək olar. Onların tutumu 4,7 Qbaytdan 17 Qbayta qədər
dəyişir.
Dostları ilə paylaş: