3
Başlıqların mövqeyini dəyişən mexanizm; I Şpindel mühərriki;
Elektron lövhə;
Kabel və konnektorlar;
Konfiqurasiya elementləri (məsələn, çeviricilər – jumpers).
Sərt disklər üzərində məlumatlar sector (sector) və cığır (track) adı verilən
bölmələrdə saxlanılır. Məlumatlar bu sahələrə görə təşkil olunur. Sərt disk
üzərində cığır və sektorların yerləşməsi aşağıdakı şəkildə verilmişdir.
Sektorlar disk üzərində ünvanlaşdırıla bilən ən kiçik hissələrdir. 256 və ya
512 bayt kimi sabit genişliklərdə informasiya saxlayırlar. Əsasən 512 bayt
olaraq istifadə edilir.
Aşağı səviyyəli formatlaşdırma (Low-Level formatting) ilə cığır və sektorlar
təşkil olunur. Hər sektorun başlama və bitmə nöqtəsi diskdəki səthlər üzərinə
yazılır. Yüksək səviyyəli formatlaşdırma (High-Level formatting) ilə
sektorlarda Fayl Yerləşdirmə Cədvəli (File Allocation Table – FAT ) yaradılır.
Format bölmələrin faylları və məlumatları saxlamaq üçün onları, əməliyyat
sisteminin anlayacağı və istifadə edə biləcəyi şəkilə(formaya) salmasıdır .
Çoxları format etməyi silmək kimi anlayır, amma bu əslində tam da belə
deyil. Format fayl sistemini yaradıb ,onun oturacağı kataloqu əmələ gətirir.
Format məntiqi olaraq fayl depolama cərgəsini əmələ gətirir . Bu fayl sistemi
adlanır. Bir çox fayl sistemləri vardır və bu sistemlərin məqsədi disk
üzərindəki faylların orqanizə etməkdir. Yəni Əməliyyat sisteminin disk
üzərində faylların izlərini tapmaq üçün istifadə etdiyi bir üsuldur. Windowsa
aid olan fayl sistemləri bunlardır.
NTFS, FAT12, FAT16, FAT32, CDFS,
Dostları ilə paylaş: