UDF və s. -dir.
FAT (File Allocation Table – Fayl Yerləşdirmə Cədvəli) – əsas fayl
sistemlərindəndir. İllərdir MS-DOS əməliyyat sistemi ilə bərabər istifadə
edilir. Hazırda da geniş olaraq Windows və digər əməliyyat sistemlərinin
bazasında istifadə olunmaqdadır. Bu fayl sistemində fayl məlumatlarının əldə
edilməsi üçün fayl yerləşdirmə cədvəlləri tutulur.
FAT fayl sistemi üç müxtəlif şəkildə təşkil olunur:
• FAT12 – 12 bit fayl sistemidir. Əsasən elastic disk və çox kiçik həcmli
sərt disklərdə istifadə edilir;
4
• FAT16 – 16 bit fayl sistemidir. Əski DOS ilə uyğunluq təşkil edən
əməliyyat sistemlərində istifadə edilir;
• FAT32 – hazırda da geniş olaraq istifadə edilən 32 bit fayl sistemidir.
HPFS (High Performance File System – Yüksək Məhsuldarlıqlı Fayl
Sistemi) – OS/2 əməliyyat sistemi tərəfindən dəstəklənən və istifadə edilən bir
fayl sistemidir. İlk çıxan NT əməliyyat sistemi də HPFS fayl sistemini
istifadə edirdi. Əsas olaraq FAT ilə NT fayl sistemlərinin müəyyən
xüsusiyyətlərini özündə birləşdirir. Bu fayl sistemində 256 simvola qədər fayl
adı verilə bilər. Ayrıca 8 Gb-yə qədər sərt disk bölməsi təyin edilə bilər.
NTFS (New Technology File System – Yeni Fayl Sistemi Texnologiyası) – ilk
olaraq Windows NT əməliyyat sistemi ilə istifadə edilən yeni və güclü bir fayl
sistemidir. Etibarlılıq, sağlamlıq, daha geniş sahə istifadəsi, sıxışdırma, Macintosh
dəstəyi, Netware dəstəyi kimi üstünlükləri səbəbilə çox yüksək səviyyəli bir fayl
sistemidir. Hazırda Microsoft tərəfindən təkmilləşdirilən Windows əməliyyat
sistemində əsas fayl sistemi olaraq istifadə edilir, eyni zamanda FAT16 və FAT32-
ni də dəstəkləyir.
NTFS fayl sistemi fayl məlumatlarını təqib etmək üçün FAT fayl sistemində
olduğu kimi bir fayl yerləşdirmə cədvəli tutmaz. Onun yerinə fayl məlumatlarını
mənimsəyən və fayl bazasında icazələrin tutulduğu Master File Table adında
cədvəl tutulur. Bundan başqa NTFS fayl pozulmalarında özü-özünü təmir edə bilən
(repair) bir fayl sistemidir. Bu fayl sistemində də faylın adı 255 simvol
uzunluğunda ola bilər, eyni zamanda nöqtə işarəsindən istifadə etməklə çox sayda
fayl genişlənməsi verilə bilər.
FAT 32-nin əsas üstünlüyü sürətli olması və daha az yaddaş tələb etməsidir. Əgər
sistem yalnız FAT 32-də çalışırsa, bu zaman NTFS üçün tələb olunan drayverlər və
servislər yaddaşı yükləməyəcək. FAT 32-də çalışan diskin həcmi 8 TB qədər ola
bilər. Bir faylın maksimum həcmi isə 4 Gb. FAT 32 fraqmentasiyaya daha
meyllidir (xüsusilə disk 80% dolduqdan sonra). Bu da diskin işini əməlli
çətinləşdirə bilər.
Üstünlükləri:
5
1. Operativ yaddaşa olan tələbatın azlığı.
2. Orta və kiçik həcmli fayllarla işin effektli olması.
3. Defraqmentasiyası üçün yaxşı utilitlərin olması.