XariCİ yaddaş qurğulari


Maqnit lentlər Strimer (stream – uzun lent)



Yüklə 315,33 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix22.05.2022
ölçüsü315,33 Kb.
#58972
1   2   3   4   5   6   7
SƏRBƏST İŞ.

Maqnit lentlər Strimer (stream – uzun lent) 
İnformasiyanı maqnit lentinə yazan xüsusi imkanlı maqnitafondur. Ondan 
sərt maqnit diskində olan informasiyanın ehtiyatda saxlanılması üçün istifadə 
edirlər. Əgər həddindən artıq vacib olan informasiya sərt maqnit diskindədirsə, onu 
strimmerdə saxlamaq məsləhət görülür. Strimerin kassetləri böyük tutuma (120 
Mbaytdan 5 Hbayta qədər) malikdir. 
Strimer (ingiliscə -tape, streamer) böyük həcmdə informasiyanın ehtiyat 
köçürülməsi üçün qurğudur. Daşıyıcı kimi burada 1¸2 Qbayt və daha çox tutumlu 
maqnit lentli kasetlər istifadə olunur. 
Strimerlər maqnit lentli kiçik kasetə çox böyük miqdarda informasiya yazmağa 
imkan verir. Strimerin daxilində qurulmuş aparatla sıxma vasitələri yazılmadan 
əvvəl informasiyanı avtomatik sıxlaşdırmağa və oxunmadan sonra bərpa etməyə 
imkan verirlər ki, bu da saxlanılan informasiyanın həcmini artırır 
Müasir strimerlərdə lent seqmentlərə bölünür. Seqmentlər nömrələnir. Seqmentlər 
bir-birinə paralel olan treklərdən ibarətdir. Hər bir trekə müraciət etmək 
mümkündür. 
Strimerlərin çatışmazlığı onların informasiyanı nisbətən aşağı yazma, axtarma və 
oxuma sürətidir. Böyük tutumluq, etibarlılıq və iqtisadi səmərəlilik bu qurğunun 
istifadəsini çox faydalı edir.

Yüklə 315,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin