Xəbər bülleteni №10


Prezident: “2016-cı il də iqtisadiyyat üçün asan il olmayacaq”



Yüklə 3,88 Mb.
səhifə15/87
tarix02.01.2022
ölçüsü3,88 Mb.
#1671
1   ...   11   12   13   14   15   16   17   18   ...   87

SOCAR-ın işə qəbul müsabiqəsi: 403 yerə 4628 iddiaçı var


02.10.2015

Dövlət Neft Şirkətinin (SOCAR) qaz avadanlıqlarının istismarı və təmiri çilingəri peşəsi üzrə elan etdiyi işə qəbul müsabiqəsinə 4 min 628 nəfərin müraciəti qeydə alınıb. Rəsmi məlumatda deyilir ki, “Azəriqaz” İstehsalat Birliyinin (İB) bölgələrdəki strukturlarında əlavə işçi qüvvəsinə tələbat yaranıb. SOCAR-la Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində İB 8 region üzrə 46 rayonu əhatə edən qaz istismar idarələri üçün işə qəbul müsabiqəsinə başlayıb. Müsabiqənin birinci mərhələsində müraciətlər www.socar.az səhifəsi və Dövlət Məşğulluq Xidmətinin rayon şöbələri vasitəsilə qəbul edilib.

Sentyabrın 29-da müraciətlərin qəbulu prosesi başa çatıb, ümumilikdə 4 min 628 nəfərin müraciəti qeydə alınıb. Vakansiyanın tələblərinə uyğun gələn namizədlər müəyyən edildikdən sonra oktyabrın 3-4-də onların orta təhsil səviyyəsində bilikləri test üsulu ilə yoxlanacaq. Test imtahanında müvəffəqiyyət qazanan namizədlərə 10 gün müddətində SOCAR-ın təşkil etdiyi nəzəri-praktiki təlim keçiləcək. Təlimin sonunda iştirakçılara müvafiq sənəd təqdim olunacaq. Bundan sonra iştirakçılar təlimlərdə əldə olunan biliklərin və SOCAR-ın korporativ iş mühitinə uyğun şəxsi, işgüzar davranış keyfiyyətlərinin yoxlanılması məqsədi ilə müsahibədə iştirak edəcəklər. Müsahibə zamanı bilik və davranış keyfiyyətləri qənaətbəxş hesab ediləcək namizədlərin bir hissəsi dərhal hazırda vakant olan 403 yerə işə qəbul olunacaq.



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin