Xəbər bülleteni №10


Prezident: “Heç bir halda terrorçuları yaxşı və pisə ayırmaq olmaz”



Yüklə 3,88 Mb.
səhifə23/87
tarix02.01.2022
ölçüsü3,88 Mb.
#1671
1   ...   19   20   21   22   23   24   25   26   ...   87

Azərbaycanın yollarında yenilik: asfalt-beton örtüyünə xüsusi maddə çəkilir


02.10.2015

Nəqliyyat Nazirliyinin “Azəryolservis” xidməti asfalt-beton örtüyünün ömrünün uzadılması məqsədilə yolun hərəkət hissəsinə xüsusi maddə çəkməyə başlayıb. İşlərə Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 14-cü kilometrliyindən Qobustan qəsəbəsi istiqamətində start verilib.

“Azəryolservis” ASC-dən AZƏRTAC-a bildirilib ki, ilkin etapda təqribi olaraq yolun Qobustan qəsəbəsinə qədər olan 60-65 kilometrlik hissəsinin asfalt-beton örtüyünün üzərinə 3-4 millimetr qalınlığında “E-Krete polimer kompozit” adlı maddənin çəkilməsi planlaşdırılır.

Amerika Birləşmiş Ştatlarının “Polycon” firmasının istehsal etdiyi “E-Krete” adlanan maddənin tam tərkibi gizli saxlanır, tərkibində sement, qum, kiçik ölçüdə qırmadaş və xüsusi maddə olduğu bilinir.

“E-Krete” maddəsi vurulmamışdan öncə yolun səthi hava kompressoru ilə tam təmizlənir. Havanın temperaturu 15 dərəcə istidən yuxarı, 40 dərəcə istidən aşağı, yolun səthi tam quru olduqda “E-Krete” maddəsi xüsusi maşınla asfalt səthinin üzərinə yayılır, hamarlanır və nəqliyyat vasitələrinin tormozlanma zamanı sürüşməsınin qarşısını almaq üçün xüsusi quraşdırılmış fırça ilə səthin üzərində kələ-kötürlük əldə edilir. Hazır səth təqribən 4-5 saat ərzində hərəkətə açıla bilər.

İstehsalçının iddiasına görə, üzərinə “E-krete” yayılmış asfalt örtüyü ən azı 5-10 il ərzində heç bir istismar qulluğu tələb etmir. O, asfalt beton örtüyündə oksidləşmədən əmələ gəlmiş çatları bağlayır və səthin üzərinə çıxmasının qarşısını alır, şaxtaya və istiyə davamlıdır.

“E-krete” müxtəlif rəngləyici maddə qatılaraq praktiki olaraq hər rəngdə əldə oluna bilər. Bu səbəbdən də onunla hərəkət zolaqlarına təyinatı üzrə müxtəlif rənglər vermək, səthin üzərinə istənilən işarələr qeyd etmək və hətta yol işarələmə işlərini yerinə yetirmək olar.

Bu materialdan indiyə qədər ABŞ, Kanada, Sinqapur və sair ölkələrdə istifadə olunub.







Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin