Xəbər bülleteni №10


Nazir: “Heç kəs heç vaxt deyə bilməz ki, hansısa valyuta sabit qalacaq”



Yüklə 3,88 Mb.
səhifə31/87
tarix02.01.2022
ölçüsü3,88 Mb.
#1671
1   ...   27   28   29   30   31   32   33   34   ...   87

Nazir: “Heç kəs heç vaxt deyə bilməz ki, hansısa valyuta sabit qalacaq”


05.10.2015

Maliyyə naziri Samir Şərifov ANS TV-nin “Hesabat” verilişinə müsahibəsində 2016-ci ilin dövlət büdcəsi barədə danışıb. O deyib ki, 2015-ci ilin dövlət büdcəsinin gözlənilən icrasına nisbətən gələn ilin gəlirləri də, xərcləri də azaldılır: “Gəlirlər təxminən 12%, xərclər isə təxminən 16% azalır. Təsdiq olunmuş büdcəyə nisbətdə isə bu rəqəmlər gəlirlər üzrə 25%, xərclər üzrə 22,9% təşkil edir. Son 10 ildə ilk dəfə olaraq dövlət büdcəsi cari ilin dövlət büdcəsindən az həcmlərdə proqnozlaşdırılır. Lakin xərclərin azadılması heç də bütün sosial həssas qruplara aid deyil. Xərclərin azadılması dövlət investisiya proqramlarının bir qədər kiçildilməsi hesabına baş verəcək. Bütün sosial öhdəliklərimiz, proqramlarımız – pensiya təminatları, sosial müavinətlərin verilməsi, əmək haqları, təqaüdlər və sair əvvəlki illərdə olduğu həcmdə ödəniləcək. Bununla əlaqədar hər hansı narahatçılığa səbəb yoxdur”.

Nazir qeyd edib ki, hökumət ilk növbədə icrada olan layihələrə maliyyə ayıracaq: “Biz onlara keçid layihələri deyirik, yəni bu il layihələrin icrasına başlanılıb, növbəti və ya yaxın illərdə onların davam etdirilməsi gözlənir. Bu layihələrə prioritetlik verilir. Yeni layihələrin dövlət hesabına başlanmasına bir qədər fasilə verilir, bunlar bir qədər ləngiyə bilər.

Cari xərclərdə də müəyyən qənaət tədbirləri görmüşük. Bəzi lüzumsuz xərclər ixtisar olunub, bəzi xarici ezamiyyətlər təxirə salınıb və bu kimi digər prioritet təşkil etməyən xərc istiqamətlərində müəyyən qənaət rejimi tətbiq olunub”.

“Dünyada gedən iqtisadi proseslər fonunda Azərbaycan manatının yenidən devalvasiyası mümkündürmü” sualını Samir Şərifov belə cavablandırıb: “Bazar iqtisadiyyatında milli valyutanın mübadilə məzənnəsi bir çox faktordan asılıdır. İlk növbədə tədiyyə balansının vəziyyətindən. Tədiyyə balansı da xarici valyuta daxilolmalarından asılıdır. Bizim əsas ixrac məhsulumuz və müvafiq olaraq valyuta daxilolmalarımızın əsas mənbəyi neftdir. Ona görə, şübhəsiz ki, bizim mübadilə məzənnəmiz neft gəlirlərinə xeyli həssasdır. Hazırda tədiyyə balansımızda o qədər böyük problemlər mövcud deyil və manatın məzənnəsində böyük risklər gözlənilmir. Lakin bazarda baş verən proseslər daim nəzərdən keçirilməlidir. Heç kəs heç vaxt deyə bilməz ki, hansısa valyuta sabit qalacaq”.

Manatın kursunun sərbəst buraxılmasının mümkün olub-olmadığı haqda sualı cavablandıran nazir deyib ki, devalvasiya büdcə-fiskal siyasəti baxımından çox təsiredici alətdir: “Amma bunun mənfi tərəfləri də var. Bu proses inflyasiya səviyyəsini artıra bilər ki, bu da əhali üçün əlverişli deyil. Ona görə heç bir dövlət devalvasiyanı arzu olunan makroiqtisadi tədbir kimi qəbul etmir. Adətən bu, qaçılmaz bir tədbir olur, bizdə də belə oldu.

Bunun digər mənfi fəsadı isə dövlətin xidmət etdiyi xarici borcdur. Bizim xarici borcumuz xarici valyutada ifadə olunur. Deməli, xarici borcumuza xidmət etmək üçün bizə daha çox büdcə vəsaiti tələb olunacaq və müvafiq olaraq növbəti ilin büdcə layihəsində xarici borcla əlaqədar xərclərimiz artır, bu da manatın ucuzlaşmasının bir nəticəsidir.

Bəzi sahibkarlar ölkə daxilində xarici valyutada borc alıblar, onların gəliri manatda ifadə olunursa, şübhəsiz ki, əlavə xərcləri əmələ gəlir.

Devalvasiya idxal olunan məhsulların qiymətinə mənfi təsir göstərir, ona görə ki, bizim idxalımız xarici valyuta ilə ödənilir.

Amma devalvasiyanın müsbət tərəfləri də var. Bizim ölkə daxilində istehsal olunan məhsullar daha ucuz əmələ gəlir, bununla əlaqədar bizim milli istehsalçılarımızın rəqabət qabiliyyəti xeyli artır. Bununla da biz daxili bazarımız qoruyuruq. Digər tərəfdən daxili istehsal üçün ölkədə müəyyən stimullar yaranır”.

Samir Şərifov dövlət başçısının ipoteka kreditinə ilin sonunadək 200 milyon manat vəsaitin ayrılması ilə bağlı göstərişinə toxunaraq deyib ki, bu sahədə müvafiq qanunverici təşəbbüs hazırlanıb, Maliyyə Nazirliyi və Mərkəzi Bank təkliflər təqdim edib: “Bu təkliflər qəbul edildikdən sonra müvafiq maliyyə vəsaitinin ayrılması mümkün olacaq. Nəzərdə tutulur ki, bunun hesabına həm güzəştli əhali kateqoriyasına aid olan ailələrə ipoteka kreditlərinin verilməsində əlavə imkanlar yaradılacaq, həm də bu kateqoriyalara aid olmayan və ipoteka almaqda maraqlı olan şəxslərə də ipoteka şərtləri bir qədər asanlaşdırılacaq”.



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin