Xəbər bülleteni №10


DSMF rəsmisi: “Sosial sığorta vergi deyil”



Yüklə 3,88 Mb.
səhifə59/87
tarix02.01.2022
ölçüsü3,88 Mb.
#1671
1   ...   55   56   57   58   59   60   61   62   ...   87

DSMF rəsmisi: “Sosial sığorta vergi deyil”


07.10.2015

Oktyabrın 7-si Saatlıda keçirilən vətəndaş forumunda danışan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) şöbə müdiri Famil Qədimov bəzi ekspertlərin sosial sığorta ilə verginin iqtisadi mahiyyətini ayırmaqda çətinlik çəkdiyini vurğulayıb. DSMF-dən Transparency.az-a verilən məlumata görə, Qədimov qeyd edib ki, sosial sığorta iqtisadi mahiyyətcə vergi deyil, işçi əməyinin dəyərinin bir hissəsidir: “İşçinin əməyinin dəyəri təkcə əməkhaqqı kimi verilən məbləğlə deyil, işçi qüvvəsinin təkrar istehsalı üçün lazım olan bütün xərclərlə, o cümlədən xəstəlik, əlillik, qocalma, ailə başçısını itirmə hallarında təminatla ölçülür. Buna görə də sosial sığorta haqları beynəlxalq təcrübədə, eləcə də ölkəmizdə əməkhaqqına üstəlik adlandırılır və əməkhaqqı ilə birlikdə məhsulun maya dəyərinə aid edilir. Ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu qurulur, vətəndaşların pensiya hüquqları həmin uçotun məlumatları əsasında müəyyənləşdirilir. Təəssüf ki, bir sıra hallarda bəzi ekspertlər bunu vergi ilə qarışıq salır və sığorta-pensiya sistemi iştirakçılarında yanlış təsəvvür formalaşdırırlar”.

Sosial sığorta haqlarının dərəcəsi barədə sualları cavablandıran şöbə müdiri diqqətə çatdırıb ki, ölkənin sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına uyğun əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulub, bu şəraitdə sosial sığortaya cəlb olunan əmək haqlarının artımı pensiya artımlarını da şərtləndirir: “Belə olan şəraitdə əməkhaqqına üstəlik kimi qəbul olunan sosial sığorta haqlarının azaldılması, əməyin ümumi dəyərinin azaldılması anlamına gəlməklə fərdi hesablarda toplanan vəsaitlərin də azalmasına səbəb olur, gələcək pensiya təminatına mənfi təsir göstərir”.

MDB və Baltik ölkələri içərisində sosial sığorta dərəcəsinin ümumi tarifinə görə Azərbaycanın ən aşağı dərəcə tətbiq edən ölkə olduğunu vurğulayan Qədimov qeyd edib ki, son 20 ildə sosial sığorta dərəcələri Avstriyada 1,25%, Böyük Britaniyada 2%, Almaniyada 4,2%, İtaliyada 8,2%, Kanadada 4%, ABŞ-da 1,6%, Yaponiyada 1%, Rusiyada 8% qaldırılıb.

Sosial sığorta normativinin strukturunun optimallaşdırılması üçün təkliflər hazırlandığını bildirən fond rəsmisi deyib ki, sosial sığortanın iqtisadi mahiyyəti sosial sığorta normativinin strukturunda işəgötürən və işçi arasındakı nisbətin dəyişdirilməsində də nəzərə alınmalı, işçinin payının artırılması adekvat əməkhaqqı ödənişlərinin artımı ilə qarşılanmalıdır”.



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin