Xəbər bülleteni №16


Dərmanların qiymətlərini telefon və planşetlərdən izləmək olar



Yüklə 4,84 Mb.
səhifə6/27
tarix03.02.2017
ölçüsü4,84 Mb.
#7342
1   2   3   4   5   6   7   8   9   ...   27

Dərmanların qiymətlərini telefon və planşetlərdən izləmək olar


02.12.2015

derman 01İqtisadiyyat və Sənaye Nazirliyinin 2 dekabr məlumatına görə, qiymətləri tənzimlənmiş dərman vasitələrinin siyahısını mobil telefonlara və planşetlərə yükləməklə dərman vasitələrinin qiyməti, tərkibi, istehsalçı ölkəsi və təsdiq olunmuş qiymətlərin tətbiq edildiyi tarix barədə ətraflı məlumat almaq mümkündür.

Qiymətləri tənzimlənmiş dərman vasitələrinin həm tərkib, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının www.tariff.gov.az saytının “Dərman vasitələri” bölməsində PDF formatında yerləşdirilib. Bu isə həmin cədvəllərin mobil telefonlara və planşetlərə yüklənməsinə və cədvəllərdən elektron kitabça kimi istifadə etməyə imkan yaradır. Yeni dərman vasitələrinin qiymətləri təsdiqləndikcə bu cədvəllər də yenilənir.


ASAN xidmət”də 7 milyonuncu vətəndaş qeydə alınıb


02.12.2015

7 milyon 1
Sabirabadda “ASAN xidmət” mərkəzinə müraciət edən rayon sakini Yusif Gülüşov xidmətdən yararlanan 7 milyonuncu vətəndaş olaraq qeydə alınıb. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, 6 yaşlı Yusif valideynləri ilə birlikdə şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı müraciət edib.

Hazırda 5-i paytaxtda, 4-ü regionlarda olmaqla 9 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Səyyar “ASAN xidmət”in xüsusi avadanlıqlarla təchiz olunmuş 10 avtobusu isə dövri olaraq ölkənin şəhər və rayonlarında fəaliyyət göstərir.


Yerevanda referendum əleyhinə oturaq aksiya keçirilir


02.12.2015

Ermənistanın paytaxtı Yerevanda bir qrup müxalifin dekabrın 1-dən keçirdiyi oturaq aksiya gecə insidentsiz ötüşüb. Transparency.az xəbər verir ki, aksiyanı “Yeni Ermənistan” birliyi keçirir. Gecəni paytaxtın Azadlıq meydanında keçirən aksiyaçılar arasında müxalifət liderləri Jirayr Sefilyan və Armen Martirosyan da olub, dekabrın 2-si səhər onları digər müxalif liderlər Raffi Ovannisyan və Qaregin Çuqaszyan əvəzləyib. Bu gün saat 18-ə böyük mitinq təyin olunub.

Konstitusiya islahatı referendumuna etiraz olaraq keçirilən 1 aksiyasında polislə kiçik toqquşmalar qeydə alınıb. Saxlananlar olub, ancaq sonra onlar buraxılıb.

Referendum dekabrın 6-da keçiriləcək. Layihə prezident-parlament respublikasından parlament respublikası idarə üsuluna keçidi nəzərdə tutur.

Sənədə görə, dövlət başçısını – Ermənistan prezidentini parlament 7 il müddətinə seçəcək. Eyni şəxs yalnız bir dəfə prezident seçilə bilər.

Konstitusiya islahatı layihəsinə əsasən, Ermənistanda icra hakimiyyəti və dövlət idarəçiliyi sisteminə ümumi rəhbərliyi hökumət həyata keçirəcək. Silahlı Qüvvələr hökumətə tabe olacaq, müharibə vaxtı ali baş komandan vəzifəsinin icrası da baş nazirə keçəcək. Baş nazir postuna prezident parlament seçkisində qalib gəlmiş partiyanın nümayəndəsini təyin edəcək.

Layihəyə görə, 101 yerlik parlament proporsional sistemlə formalaşacaq. Nəzərdə tutulan islahata əsasən, parlament seçkisində heç bir partiya hökumət qurmaq üçün çoxluq əldə edə bilməsə, ilk iki sırada qərarlaşan partiyalar arasında ikinci tur keçiriləcək, həmin turun qalibi əlavə mandatlar alacaq. Müxalifətin ən çox etiraz etdiyi bu müddəadır. Bəzi partiyalar hesab edir ki, parlament seçkilərində ikinci tur çoxpartiyalı sistemi çökdürə bilər.

aksiya

aksiya 2

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin reydləri nələri üzə çıxarıb?


02.12.2015

ekologiya-nazirliyiEkologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları həvəskar ovçuları cəlb etməklə ölkənin müxtəlif ərazilərində genişmiqyaslı reydlərə başlayıb. Rəsmi məlumata görə, reydlər zamanı ölkə ərazisində qanunsuz ov hallarına rast gəlinib. Həvəskar balıq ovçuları ilə birgə keçirilən reydlər zamanı ölkənin qapalı və açıq su hövzələrində, o cümlədən Mil-Muğan kollektorunda, Şirvan kanalında qanunsuz qurulmuş xeyli tor, balıq tutmaq üçün digər qanunsuz vasitələr aşkar edilib və götürülərək yandırılıb.

Araşdırma zamanı Şabran rayonu Ağzıbir Ovçuluq Təsərrüfatının ərazisində “Ovçu klubu”nun dəvəti və təşkilatçılığı ilə fəaliyyət göstərən 12 nəfərin ov etdiyi müəyyən edilib və həmin şəxslərin heç birinin ova icazə sənədinin olmadığı aşkar olunub. Şabran rayon sakinləri Valeh Musayev, Bəxtiyar Müzəffərov, Mürsəl İsayev, Bakı şəhər sakinləri Heydər Bünyatov, Zəfər Həsənov, Elman Tağıyev və Şəki rayon sakini Şirin Şərifov barəsində protokol tərtib edilib, şəxsiyyətlərinin müəyyənləşdirilməsi mümkün olmayan 2 nəfərdən 2 ədəd sənədsiz ov tüfəngi götürülərək aktlaşdırılıb, 3 nəfər şəxs isə nəqliyyat vasitəsinə minib itaətsizlik göstərərək ərazini tərk edib. Onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və barələrində tədbir görülməsi üçün aidiyyəti üzrə polis idarəsinə müraciət olunub. Qanun pozucularına qarşı ümumilikdə 7000 manat məbləğində cərimə tətbiq edilib.

Ağzıbir Ovçuluq Təsərrüfatının əməkdaşlarının məsuliyyətinin müəyyən edilməsi ilə bağlı araşdırma aparılır.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə yeni evlər verildi


02.12.2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Göygöl rayonunda 1 ədəd, Gədəbəy rayonunda 2 ədəd fərdi yaşayış evini Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verib. Transparency.az-a verilən məlumata görə, evlərin təqdim olunması zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, bu ilin ötən dövründə müharibə əlillərinin və şəhid ailələri Bakıda və ölkənin ayrı-ayrı rayon və şəhərlərində 180-ə yaxın mənzil alıb.

Hazırda bu təbəqələrdən olan vətəndaşlar üçün bölgələrdə fərdi yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi, həmçinin hazır yaşayış binalarından tender yolu ilə mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir.

ev


Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin