Xəbər bülleteni №16


Nardaran işi ilə bağlı yeni həbslər



Yüklə 4,84 Mb.
səhifə7/27
tarix03.02.2017
ölçüsü4,84 Mb.
#7342
1   2   3   4   5   6   7   8   9   10   ...   27

Nardaran işi ilə bağlı yeni həbslər


02.12.2015

dinGəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları “Müsəlman birliyi” hərəkatının üzvlərinə dəstək verən şəhər sakini Elnur Cabbarovu tutub. Ondan 2 ədəd F-1 qumbarası və 2 ədəd kitabça (“Müsəlman birliyi”nin rəhbəri Taleh Bağırovun müraciəti) aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində “Müsəlman birliyi” üzvlərinə dəstək verən Elnur Mehdiyevin mənzilindən 2 ədəd F-1 qumbarası, 2 ədəd RQD-5 qumbarası, 3 ədəd patron darağı, 57 ədəd avtomat patronu, 18 ədəd dini ədəbiyyat və 3 ədəd kitabça (Taleh Bağırovun müraciəti) aşkarlanıb.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları noyabrın 30-da İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi ilə həbs olunmuş Möhtəbər Babayevin Nardaran hadisələrində iştirak etdiyini və “Müsəlman birliyi” üzvü olan Rövşən adlı şəxsin ona saxlamaq məqsədi ilə avtomat silah verdiyini müəyyənləşdirib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Babayevin Xankeçən kəndinin yaxınlığında gizlətdiyi 1 ədəd AKMS markalı silah, 1 ədəd patron darağı və 38 ədəd patron aşkarlanaraq götürülüb.

Paytaxtın Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində “Müsəlman birliyi” üzvlərinə dəstək verən Elgün Axundov tutulub. Onun Binəqədi qəsəbəsindəki evindən 2 ədəd F-1 qumbarası və 22 ədəd patron tapılıb.

Noyabrın 26-da Daxili İşlər Nazirliyi Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı 5 nəfər həlak olub. Onlardan 2-si polisdir. Daha bir yaralı Nardaran sakini sonradan xəstəxanada keçinib.

Əməliyyatda və daha sonra “Müsəlman birliyi” adlı hərəkatın rəhbəri Taleh Bağırov başda olmaqla 24 nəfər tutulub. Baş Prokurorluq bəyan edib ki, “Müsəlman birliyi” hərəkatı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək, şəriət qanunları ilə idarə edilən dini dövlət qurmaq məqsədilə yaradılıb, silahlanıb və hakimiyyət nümayəndələrinə qarşı terror aktları törətməyi də planlaşdırıb.

Dekabrın 1-i Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilməsinə başlanıb. Daxili Qoşunların və nizami polis hissələrinin xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub. Xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

Rusiyada dövlət büdcəsinin gəlirləri 207,340 milyard dollar nəzərdə tutulur


02.12.2015

rubl 1Dekabrın 2-də Rusiya Dövlət Duması 2016-cı ilin büdcə layihəsini ikinci oxunuşda qəbul edib. Transparency.az bildirir ki, layihədə dövlət büdcəsinin gəlirləri 13,738 (207,340 milyard dollar) trilyon rubl, xərcləri 16,098 trilyon rubl göstərilir. Ümumi daxili məhsulun 3 faizi həcmində və ya 2,36 trilyon rubl büdcə kəsiri nəzərdə tutulur.

Büdcə tərtib olunarkən neftin bir barreli 50 dollardan götürülüb, inflyasiya həddi 6,4 faiz hesablanıb.

Xarici borcun maksimal həddi 55,1 milyard dollar proqnozlaşdırılır.

Hansı ölkədə büdcə gəliri daha çoxdur?


02.12.2015

budce 1Dövlət büdcəsinin gəliri hansı ölkədə daha çoxdur? Transparency.az 2015-ci ilin göstəricilərinə əsasən bildirir ki, birinci yerdə gedən ABŞ-da dövlət büdcəsinin gəliri 3 trilyon 29,7 milyard dollar nəzərdə tutulub. Çində büdcə gəliri 2 trilyon 285 milyard dollar proqnozlaşdırılıb. İlk 10-luqdakı digər ölkələrin büdcə gəlirləri belə qeyd olunub:

Almaniya — 1 trilyon 680 milyard dollar

Yaponiya — 1 trilyon 512 milyard dollar

Fransa — 1 trilyon 507,5 milyard dollar

İtaliya — 990 milyard dollar

Böyük Britaniya — 936,2 milyard dollar

Braziliya — 861,3 milyard dollar

Kanada — 675,8 milyard dollar

İspaniya — 545,2 milyard dollar.

2015-ci ildə Azərbaycanda dövlət büdcəsinin gəliri 18,5 milyard dollar nəzərdə tutulub.

Azərbaycana qonşu ölkələrin göstəriciləri belədir:

Rusiya — 428,6 milyard dollar

Türkiyə — 190,4 milyard dollar

İran — 60 milyard 450 milyon dollar

Ermənistan — 2,3 milyard dollar.

Keçmiş SSRİ məkanı ölkələrində büdcə gəliri belə proqnozlaşdırılıb:

Ukrayna — 53,7 milyard dollar

Qazaxıstan — 36,6 milyard dollar

Belarus — 23,3 milyard dollar

Özbəkistan — 15 milyard dollar

Litva — 14,2 milyard dollar

Türkmənistan — 4,2 milyard dollar

Moldova — 2,7 milyard dollar

Tacikistan — 1,8 milyard dollar.


Putin öz maaşının azaldılması barədə qərarı qüvvədə saxladı


02.12.2015

russia\'s prime minister vladimir putin speaks during his annual question-and-answer session with the russian people in moscow
Rusiya prezidenti Vladimir Putin dekabrın 2-də fərman imzalayaraq öz maaşının 10% azaldılması qərarının müddətini uzadıb.

Novator.az xəbər verir ki, baş nazirin, Prezident Administrasiyasında, Hesablama Palatası və hökumət aparatlarında çalışan məmurların maaşının 10% azaldılması qərarı da qüvvədə qalacaq.

Bu ili fevralın 27-də Putin özünün və yuxarıda göstərilən məmurların, eləcə də baş prokurorun, İstintaq Komitəsi sədrinin maaşlarının 10% azaldılmasına qərar verib. Martın 1-dən qüvvəyə minmiş fərmanın icrası dekabrın 31-də baş çatmalı idi.

Prezident İlham Əliyev “BakuTel-2015” sərgisi ilə tanış olub


02.12.2015

Prezident İlham Əliyev dekabrın 2-si Bakı Ekspo Mərkəzində “BakuTel-2015” XXI Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub.

Dövlət başçısına məlumat verilib ki, dekabrın 5-dək davam edəcək “BakuTel-2015” beynəlxalq sərgisində 200-dən artıq şirkət iştirak edir, debütantların sayı iştirakçıların 15 faizi qədərdir.

AZƏRTAC xəbər verir ki, sərgi çərçivəsində Azərbaycan prezidenti “Azerspace-2” peykinin orbitə çıxarılması barədə “Azərkosmos” ASC ilə Fransanın “Arianespace” şirkəti arasında müqavilənin imzalanması mərasiminə qatılıb.



Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin