Xəbər bülleteni №18


Zakir Həsənov: “Düşmən gizlənməyə yer axtarır”



Yüklə 6,14 Mb.
səhifə100/115
tarix02.01.2022
ölçüsü6,14 Mb.
#1815
1   ...   96   97   98   99   100   101   102   103   ...   115

Zakir Həsənov: “Düşmən gizlənməyə yer axtarır”


29.12.2015

Mod.gov.az-ın 29 dekabr məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin zabit ixtisas kursunu bitirən dinləyicilərin buraxılış mərasiminə qatılıb. Şəxsi heyət qarşısındakı çıxışında müdafiə naziri deyib: “Silahlı Qüvvələrimiz qarşısında Dağlıq Qarabağ və digər ərazilərin düşmən işğalından azad olunması kimi mühüm vəzifə dayanır. Düşmən anlamalıdır ki, müvəqqəti olaraq onun nəzarəti altında qalan əzəli torpaqlarımızın azad edilməsinin zamanı artıq çatıb. Dövlətimizin və xalqımızın dəstəyi ilə ordumuz ən müasir silah-sursat, döyüş texnikası, hərbi təyinatlı müxtəlif avadanlıq və vasitələrlə silahlanıb. Dövlətə, xalqa sədaqətlə xidmət edən şəxsi heyətin vətənpərvərliyi, nizam-intizamı, biliyi, bacarığı, yüksək peşəkarlığı və mənəvi dəyərlərə bağlılığı qarşımızda duran istənilən hərbi vəzifənin qısa müddətdə və uğurla yerinə yetirilməsinin əsas vacib şərtlərindəndir.

İşğalçının tam darmadağın edilərək torpaqlarımızdan çıxarılmasının məsuliyyəti Silahlı Qüvvələrin şəxsi heyətinin üzərinə düşür. Cəbhədə təşəbbüs bizim tərəfimizdədir. Azərbaycan əsgərinin döyüş hazırlığı, silahının gücü, sərrast atəşi, dəqiq zərbəsi nəticəsində düşmən il ərzində xeyli itki verib, ağır tələfata uğrayıb. Düşmən vahimə içindədir, qorxub qaçır, gizlənməyə yer axtarır. Hərbi təlimlərdə və döyüş şəraitində təcrübə toplamış əsgərimiz qarşısında isə yeganə döyüş tapşırığı – düşməni hər yerdə izləmək, onun yerini müəyyən edib tapmaq və məhv etmək dayanır. Azərbaycanın real hərbi qüvvəsi artıq buna imkan verir”.

Çıxışını zabitlərə müraciətlə yekunlaşdıran müdafiə naziri qeyd edib ki, Azərbaycan ordusunun hər bir zabiti təşəbbüskar olmaqla öz hərbi kollektivinə şəxsi nümunə göstərməlidir: “Tabeliyinizdəki əsgərləri vətənimizə, dövlətimizə sadiq ruhda, düşmənə nifrət hissi ilə tərbiyə etməli, nümunəvi xidmətə həvəsləndirməlisiniz. Əsgərlərimiz müasir silah və texnikanı yüksək səviyyədə bilməli, onu idarə etməyi bacarmalı, ən ülvi mənəvi dəyərlər ruhunda tərbiyə olunaraq yalnız düşmən üzərində qələbə uğrunda mübarizəyə hər zaman hazır olmalıdırlar”.







Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin