Bu il gömrükdə nə qədər pozuntu qeydə alınıb?
22.12.2015
Gömrük hüquqpozmalarının yeni statistikası açıqlanıb. Transparency.az xəbər verir ki, rəsmi hesabata görə (11 aylıq hesabat), bu ilin 11 ayında gömrük orqanları cinayət xarakterli 538 fakt aşkarlayıb. Bunun 284-ü qaçaqmalçılıq faktı, 196-sı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar faktlar, 5-i gömrük ödənişlərindən yayınma, 23-ü aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan idxal etmə, 234-ü digər cinayət xarakterli faktlar olub.
11 ayda gömrük hüquqpozmalarında 597 şəxs təqsirləndirilib.
2015-ci ilin yanvar-noyabr ayları ərzində Dövlət Gömrük Komitəsi 8219 inzibati xəta faktı ortaya çıxarıb.
Dostları ilə paylaş: |