Yeyinti məhsullarının idxalı azalıb, amma meyvə-tərəvəzdə artım var
22.12.2015
2015-ci ilin 11 ayında Azərbaycandan ixrac olunan əsas mallar üzrə göstəricilər açıqlanıb. Transparency.az xəbər verir ki, yanvar-noyabr aylarında xam neft ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 53,01% azalıb. Neft məhsulları üzrə azalma 45,62% olub. On bir ayda təbii qaz ixracı 27,11% azalıb.
Meyvə-tərəvəz üzrə ixracda isə 3,99% artım qeydə alınıb. Kimya sənayesi məhsullarının ixracında da artım var: 20,69%. Dövlət Gömrük Komitəsinin hesabatında alüminium və ondan hazırlanan məmulatların ixracında 3,81% artım olduğu göstərilir.
İdxalda əsas mallar üzrə göstəricilərə gəlincə, yeyinti məhsullarının idxalı 2014-cü ilin 11 ayı ilə müqayisədə 7% azalıb. Amma bəzi məhsullar üzrə artım qeydə alınıb. Meyvə-tərəvəz idxalı 129,63%, buğda idxalı 4,10% çoxalıb.
Yanvar-noyabr aylarında tütün və tütün məmulatlarının idxalı ötən ilin müvafiq dövrünə nisbətdə 23,26% az olub.
Əczaçılıq məhsullarının idxalında 18,74% artım olduğu bildirilir. Nəqliyyat vasitələri və onların hissələrinin idxalı isə 49,74% çoxalıb.
Dostları ilə paylaş: |