Xəbər bülleteni №18


Vergi bəyannəmələrinin yeni formaları təsdiqlənib



Yüklə 6,14 Mb.
səhifə20/115
tarix02.01.2022
ölçüsü6,14 Mb.
#1815
1   ...   16   17   18   19   20   21   22   23   ...   115

Ekspert: “Mərkəzi Bank sədrinin açıqlaması üçüncü devalvasiyadan xəbər verir”


22.12.2015

Dekabrın 21-dən Mərkəzi Bank üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Qərarın ardınca rəsmi kurs 1 dollara qarşı 1 manat 55 qəpik olub. Dekabrın 22-də isə Mərkəzi Bankın rəsmi kursuna əsasən, 1 dollar 1,5511 manata, 1 avro 1,6939 manata satılır.

Elman Rüstəmov deyib ki, üzən məzənnə rejiminə keçid idarə olunan üzən məzənnəni nəzərdə tutur: “Mərkəzi Bank manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verməyəcək. Bugünkü məzənnədən əhəmiyyətli dərəcədə kənarlaşma iqtisadiyyatımız üçün ciddi çaşqınlıq yarada bilər. Dekabrın 21-də biz ilk auksionumuzu təşkil etdik. Biz həmçinin məzənnənin əməliyyat çərçivəsini dəyişdik. Bundan öncə biz bazarın valyutaya olan tələbini tam ödəyirdik. Lakin bundan sonra biz artıq bazara auksionlar vasitəsilə valyuta təklif edəcəyik, tələb-təklif proporsiyasına nəzər salacağıq”.

Transparency.az-ın məlumatına görə, dekabrın 22-də şərh yayan iqtisadçı ekspert Qubad İbadoğlu deyib ki, Mərkəzi Bank sədrinin son açıqlaması üçüncü devalvasiyadan xəbər verir: “Mərkəzi Bank sədri manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verilməyəcəyini vurğulayır. Yəni Mərkəzi Bank bazara auksionlar vasitəsilə müəyyən məbləğdə valyuta təklif edəcək, tələb, təklif və qiymət proporsiyasının necə formalaşdığına baxacaq. Bu açıqlama onu göstərir ki, Mərkəzi Bank yenə də valyuta ehtiyatlarını bazarda xərcləmək kimi sonu olmayan bir yol seçib: yeni valyuta rejimində eksperiment keçirib, tələb və təklifin əsasında qiymətin müəyyənləşməsini müşahidə edəcək və lazım gələndə bazara müdaxilə edəcək.

Mərkəzi Bankın seçdiyi yol Qazaxıstan Mərkəzi Bankının seçdiyi yoldan fərqli deyil. Lakin Qazaxıstan Mərkəzi Bankı həm zaman, həm də iqtisadiyyatın strukturu baxımından daha əlverişli məqamlarda qərarlar qəbul edib. Onlar ilk devalvasiya qərarını təxminən 2 il bundan əvvəl, dünya bazarında neftin qiyməti yüksək olanda verdilər. Eyni zamanda Qazaxıstanda iqtisadiyyat daha çox şaxələnib, orda bizim kimi valyuta yalnız neft satışından əldə olunmur. Odur ki, qazaxları gecikmələrlə yamsılamağa dəyməz. Mərkəzi Bank milli iqtisadiyyatın hazırkı durumuna və perspektivlərinə əsaslanan valyuta siyasəti qurmalı, qonşu ölkələrin buraxdığı səhvləri təkrarlamamalıdır. Əks təqdirdə çox qısa müddətdən sonra biz yeni və daha çətin devalvasiya təhlükəsi ilə qarşılaşa bilərik”.



Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin