“Azəryolservis”ə sədr təyin edildi, qurum Nəqliyyat Nazirliyindən alındı
28.12.2015
Prezident İlham Əliyev dekabrın 28-də “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə sədr təyin edib. Sərəncama əsasən, bu post Saleh Ərşad oğlu Məmmədova həvalə olunub.
Saleh Məmmədov “Azəryolservis”də sədrin səlahiyyətlərini icra edirdi.
Transparency.az bildirir ki, başqa sərəncamla “Azəryolservis” Nəqliyyat Nazirliyinin tabeliyindən sözləri çıxarılıb. Nazirlər Kabineti “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin yeni nizamnaməsinin və strukturunun layihələrini bir ay müddətində hazırlamalıdır. Hökumətə Nəqliyyat Nazirliyinin balansında olan avtomobil yollarının “Azəryolservis”in balansına verilməsini bir ay müddətində təmin etmək də tapşırılıb.
Dostları ilə paylaş: |