Xəbər bülleteni №25



Yüklə 2,04 Mb.
səhifə2/6
tarix01.01.2017
ölçüsü2,04 Mb.
#4076
1   2   3   4   5   6

Fərmanda Nazirlər Kabinetinə “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi qaydası”nı, “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı”nı və “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq əmsalları” ölkə prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etmək tapşırılıb.

Fərman 2016-cı il martın 1-dən 2020-ci ilin dekabrın 31-dək qüvvədədir.

Gürcüstan iqtisadiyyatında 0,8% artım qeydə alınıb

01.03.2016

gurcustan
2016-cı ilin yanvarında Gürcüstanda ötən ilin ilk ayı ilə müqayisədə 0,8% iqtisadi artım qeydə alınıb. Novator.az xəbər verir ki, Gürcüstanın Milli Statistika Xidməti martın 1-də belə hesabat yayıb.

Ötən ilin yanvarında ölkədə ümumi daxili məhsul (ÜDM) 0,5% artmışdı.

2015-ci ildə iqtisadi artım 2014-cü illə müqayisədə 2,8% təşkil edirdi.

Komitənin hesabatında iqtisadi artıma maneələrdən də bəhs olunur. Bu sırada əsasən xarici faktorlar göstərilir. Hesabata görə, bölgədəki ağır iqtisadi durum mal və xidmətlərin ixracından gələn gəlirlərə mənfi təsir edir.

2016-cı ilin yanvarında Gürcüstanın dövlət büdcəsinin gəlirləri 578,5 milyon lari (231,4 milyon dollar) təşkil edib. Bu, 2015-ci ilin dekabrı ilə müqayisədə 297 milyon lari (119 milyon dollar) azdır.

Bu ilin yanvarında dövlət büdcəsinin xərcləri 598,4 milyon lari (339,4 milyon dollar) olub. Ötən ilin dekabrında bu rəqəm 922,1 milyon lari (369 milyon dollar) idi.

Bəzi büdcə təşkilatlarında maaşlar artırıldı

01.03.2016

Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin sosial müdafiəsini gücləndirməyə sərəncam verib. Sərəncama əsasən, aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) aylıq vəzifə maaşları 2016-cı il martın 1-dən orta hesabla 10 faiz artırılır:

Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzi;

İcra hakimiyyəti orqanlarının nəzdində mərkəzləşdirilmiş mühasibatlıq;

Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;

Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Aqrar Elm Mərkəzi;

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi;

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi;

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi;

Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi;

Müəllif Hüquqları Agentliyinin Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi;

Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondu və onun Naxçıvan filialı;

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi;

Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi;

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi;

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsi.

Manatda ucuzlaşma

02.03.2016

manat_Azərbaycan manatı martın 2-də əksər xarici valyutalar qarşısında dəyər itirib. Transparency.az bildirir ki, rəsmi kurs yalnız Belarus rublu və İran rialı qarşısında sabit qalıb, İsveç kronu, Ukrayna qrivnası, yapon yeninə nəzərən isə artıb.

Mərkəzi Bank martın 2-də ABŞ dollarının kursunu 1,5687 manatdan 1,5764 manata qaldırıb. Avronun satış kursu da yüksəlib. Martın 1-də kurs 1,7071 manat olub, bu gün isə rəsmi məzənnə 1,7117 manatdır.

Manat Rusiya rubluna nəzərən də ucuzlaşıb. 1 Rusiya rublu 0,0209 manatdan 0,0215 manata qalxıb.

Klinton 7 ştatda birinci oldu

02.03.2016

hillari klinton 1
ABŞ-da prezidentliyə iddiaçıların ilkin seçki yarışının daha bir mərhələsi arxada qalıb. Transparency.az-ın məlumatına görə, martın 1-i bir neçə ştatda ilkin seçki keçirilib. Demokratlar Partiyasından sabiq prezident Bill Klintonun xanımı Hillari Klinton 7 ştatda qalib gəlib. Sabiq dövlət katibi Corciya, Virciniya, Alabama, Massaçusets, Tennesi, Texas və Arkanzas ştatlarında qalib gəlib.

Onun rəqibi Berni Sanders 4 ştatın səsini alıb. Berni Sanders Vermont, Oklahoma, Minnesota və Kolorado ştatlarında üstünlük qazanıb.

Respublikaçılar Partiyasından isə Donald Tramp 7 ştatda birincilik qazanıb. O, Massaçusets, Alabama, Corciya, Vermont, Virciniya, Tennesi və Arkanzasda üstün olub.

Ted Kruz Texasda və Oklahomada, Marko Rubio Minnesotada üstün gəlib.

ABŞ-da prezident seçkisi 2016-cı il noyabrın 8-də keçiriləcək.

Həm respublikaçılar, həm də demokratlar prezidentliyə namizədi yayda keçiriləcək qurultaylarında seçəcəklər. Hazırda Hillari Klinton qurultaya 989, Berni Sanders 349 nümayəndə qazanıb.

Donald Trampın 230, Ted Kruzun 82, Marko Rubionun 53 səsi var.

Respublikaçılar Partiyasından namizəd olmaq üçün azı 1237, Demokratlar Partiyasından namizəd olmaq üçün 2383 səs gərəkdir.

Məhkəmə-Hüquq Şurasında hesabat iclası: cəzalar var

02.03.2016



iclas
Martın 1-də Məhkəmə-Hüquq Şurasının iclası keçirilib. İclasda məhkəmə fəaliyyəti üzrə 2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Transparency.az rəsmi məlumata əsasən bildirir ki, iclasda çıxış edən şura sədri, ədliyyə naziri Fikrət Məmmədov ötən il səlahiyyət müddətləri başa çatan 100-dək hakimin və məhkəmə sədrinin fəaliyyətinin qiymətləndirildiyini, qanunvericiliyin tələblərinin pozan, o cümlədən korrupsiyaya şərait yaradan hallara yol verən 13 hakimin intizam məsuliyyətinə cəlb olunduğunu deyib.

Fikrət Məmmədov qeyd edib ki, ötən ilin mühüm hadisələrindən biri Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 10 illiyi olub: “Ötən müddət ərzində məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə 20-dək yeni, o cümlədən regional apellyasiya məhkəmələri yaradılıb, hakimlərin ştat sayı 2 dəfə, məhkəmə aparatı işçilərinin sayı isə 75% artırılıb, insan haqlarının etibarlı təmini məqsədilə inzibati ədliyyə institutu təsis olunaraq 7 bölgədə yeni məhkəmələr fəaliyyətə başlayıb, kobud qanun pozuntuları və digər neqativ hallara yol verən 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb. Avropada nümunə kimi göstərilən yeni mütərəqqi qaydalar əsasında 300-dən artıq yüksək hazırlıqlı hüquqşünas seçilərək hakim təyin edilib.

Görülmüş tədbirlər cəmiyyətdə məhkəmələrə inamı artırıb, mülki xarakterli mübahisələr üzrə məhkəmələrə müraciətlərin sayı yeni məhkəmə sisteminin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə 15 dəfə çoxalıb. Təkcə 2015-ci ildə məhkəmələrə daxil olan belə müraciətlərin sayı 30%-dən çox artaraq 330 minə çatıb, birinci instansiya məhkəmələrində təmin olunan iddiaların sayı mülki işlər üzrə 95,9%, iqtisadi mübahisələr üzrə 96,5%, inzibati mübahisələr üzrə 82,7% təşkil edib. Qəbul edilmiş qərarların stabilliyi də artıb, birinci instansiya məhkəmələrinin mülki işlər üzrə yekun qərarlarının 98%-i, hökmlərin isə 91%-i dəyişdirilməyərək sabit qalıb”.

İclasda bir sıra təşkilati məsələlərə baxılıb, vakant olan şura və Hakimlərin Seçki Komitəsi üzvü yerlərinə yeni hakimlər seçilib, Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyevin hakimliyə namizədlərin növbəti müsabiqəsi barədə məlumatı dinlənilib.

3 hakim barədə intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərinin pozulmasına, korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Balakən Rayon Məhkəməsinin hakimi Rafiq Kazımovun iş yerinin dəyişdirilməsi barədə qərar qəbul edilib, Yasamal Rayon Məhkəməsinin hakimi Akşin Əfəndiyevə və Ucar Rayon Məhkəməsinin hakimi Çingiz İsgəndərova töhmət verilib, habelə qanunvericiliyin tələblərini pozan 4 müxtəlif məhkəmə hakimləri barədə intizam icraatları başlanıb.

Məhkəmə-Hüquq Şurasında hesabat iclası: cəzalar var

02.03.2016



iclas
Martın 1-də Məhkəmə-Hüquq Şurasının iclası keçirilib. İclasda məhkəmə fəaliyyəti üzrə 2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Transparency.az rəsmi məlumata əsasən bildirir ki, iclasda çıxış edən şura sədri, ədliyyə naziri Fikrət Məmmədov ötən il səlahiyyət müddətləri başa çatan 100-dək hakimin və məhkəmə sədrinin fəaliyyətinin qiymətləndirildiyini, qanunvericiliyin tələblərinin pozan, o cümlədən korrupsiyaya şərait yaradan hallara yol verən 13 hakimin intizam məsuliyyətinə cəlb olunduğunu deyib.

Fikrət Məmmədov qeyd edib ki, ötən ilin mühüm hadisələrindən biri Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 10 illiyi olub: “Ötən müddət ərzində məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə 20-dək yeni, o cümlədən regional apellyasiya məhkəmələri yaradılıb, hakimlərin ştat sayı 2 dəfə, məhkəmə aparatı işçilərinin sayı isə 75% artırılıb, insan haqlarının etibarlı təmini məqsədilə inzibati ədliyyə institutu təsis olunaraq 7 bölgədə yeni məhkəmələr fəaliyyətə başlayıb, kobud qanun pozuntuları və digər neqativ hallara yol verən 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb. Avropada nümunə kimi göstərilən yeni mütərəqqi qaydalar əsasında 300-dən artıq yüksək hazırlıqlı hüquqşünas seçilərək hakim təyin edilib.

Görülmüş tədbirlər cəmiyyətdə məhkəmələrə inamı artırıb, mülki xarakterli mübahisələr üzrə məhkəmələrə müraciətlərin sayı yeni məhkəmə sisteminin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə 15 dəfə çoxalıb. Təkcə 2015-ci ildə məhkəmələrə daxil olan belə müraciətlərin sayı 30%-dən çox artaraq 330 minə çatıb, birinci instansiya məhkəmələrində təmin olunan iddiaların sayı mülki işlər üzrə 95,9%, iqtisadi mübahisələr üzrə 96,5%, inzibati mübahisələr üzrə 82,7% təşkil edib. Qəbul edilmiş qərarların stabilliyi də artıb, birinci instansiya məhkəmələrinin mülki işlər üzrə yekun qərarlarının 98%-i, hökmlərin isə 91%-i dəyişdirilməyərək sabit qalıb”.

İclasda bir sıra təşkilati məsələlərə baxılıb, vakant olan şura və Hakimlərin Seçki Komitəsi üzvü yerlərinə yeni hakimlər seçilib, Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyevin hakimliyə namizədlərin növbəti müsabiqəsi barədə məlumatı dinlənilib.

3 hakim barədə intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərinin pozulmasına, korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Balakən Rayon Məhkəməsinin hakimi Rafiq Kazımovun iş yerinin dəyişdirilməsi barədə qərar qəbul edilib, Yasamal Rayon Məhkəməsinin hakimi Akşin Əfəndiyevə və Ucar Rayon Məhkəməsinin hakimi Çingiz İsgəndərova töhmət verilib, habelə qanunvericiliyin tələblərini pozan 4 müxtəlif məhkəmə hakimləri barədə intizam icraatları başlanıb.

İşğal zonasında qeyri-qanuni fəaliyyət hesabatı təqdim olunub

02.03.2016



xinXarici İşlər Nazirliyi martın 2-də “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabat təqdim edib. AZƏRTAC-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev martın 2-də keçirdiyi mətbuat konfransında bildirib ki, hesabatda əks olunmuş məlumat daha çox erməni açıq mənbələrindən toplanıb, işğal olunmuş ərazilərdə məskunlaşmanın həyata keçirilməsini, mülkiyyətin, təbii sərvətlərin vəhşicəsinə istismarını, talan edilməsini və qeyri-qanuni ticarəti daxil olmaqla davamlı fəaliyyəti sübut edən dəlillərə əsaslanır: “Dəlillər göstərir ki, Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin işğal olunmuş hissəsi boyunca təbii sərvətlərin qeyri-qanuni daşınması həyata keçirilir və Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz istehsal edilmiş məhsulların, eləcə də minerallar və digər sərvətlərin həmin ərazilərdən beynəlxalq bazarlara daşınması üçün Ermənistan nəqliyyat məntəqəsi rolunu oynayır”.

Mətbuat katibi qeyd edib ki, hesabat bir neçə hissədən ibarətdir: Girişdə məsələ barədə və hesabatın hazırlanmasında istifadə olunan metodologiya haqqında məlumat verilir, icmalda hesabatın gəldiyi nəticələr təqdim olunur.

3-cü hissədə Azərbaycan ərazilərinin işğalı və bu ərazilərin ilhaq edilməsi, 4-cü hissədə Ermənistanın iqtisadi gəlirlər məqsədilə işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi və digər fəaliyyətləri, 5-ci hissədə Azərbaycan ərazilərinin işğalının davamı və bu ərazilərdə qeyri-qanuni fəaliyyətlərlə əlaqədar Ermənistanın öhdəliyi və məsuliyyəti, 6-cı hissədə Azərbaycan ərazilərinin qeyri-qanuni işğalı və ilhaqı cəhdlərinin dərhal dayandırılması üzrə təxirəsalınmaz tədbirlər əhatə olunur.

Hesabatın hazırlanmasında əsasən Ermənistan və erməni diaspor dairələrinin kütləvi informasiya vasitələrinin məlumatlarından istifadə edilib, 500-dən artıq müxtəlif məlumata müraciət olunub.

Ermənistan 22 ildən çoxdur Azərbaycanın bütün cənub-qərbini (Dağlıq Qarabağ bölgəsini və Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarını) işğal altında saxlayır. İndiyəcən aparılmış sülh danışıqları heç bir nəticə verməyib.

142-yə müraciətlər: fevralın statistikası

02.03.2016

142_cagri_merkeziFevralda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 -“Çağrı mərkəzi”nə 18072 müraciət daxil olub. Onlardan 95,6 faizində (17 287 müraciət) vətəndaşların nazirliyin fəaliyyət dairəsinə adi məsələlərlə əlaqədar sorğuları əksini tapıb.

Nazirliyin rəsmi məlumatına görə, digər 785 müraciətdə rəy, təklif və şikayətlər ifadə olunub. Ötən ay 142-yə daxil olan müraciətlərin 8 658-i (47,9 faiz) sosial təminat, 2 099-u (11,6 faiz) əlilliyin müəyyən edilməsi və reabilitasiya, 3 016-sı (16,7 faiz) əmək qanunvericiliyi, 1 816-sı (10 faiz) məşğulluq, 2 483-ü (13,7 faiz) isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən istifadə məsələlərini əhatə edib.

Müraciətlərin sayında yanvar ayı ilə müqayisədə 13,5 faiz artım qeydə alınıb. Ümumilikdə yanvar-fevral aylarında “Çağrı mərkəzi” vətəndaşların 31,5 mindən çox müraciətini cavablandırıb.

Qubad İbadoğlu manatı tam sərbəst buraxmağa çağırır

02.03.2016

qubad beyİqtisadçı ekspert Qubad İbadoğlu manatın kursunu sərbəst buraxmağa, yəni milli valyutanın məzənnəsinin bazardakı tələb-təklifə uyğun, sərbəst şəkildə müəyyənləşməsi metoduna keçməyə çağırır.

2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Fevralda manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, dekabrda isə Mərkəzi Bankın qərarı ilə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpik olub. Hazırda kurs 1 manat 57 qəpik ətrafındadır.

2015-ci ildə Mərkəzi Bank və Dövlət Neft Fondu manatın kursunu qorumağa 1 milyard 556 milyon ABŞ dollarından çox vəsait sərf ediblər.

Transparency.az-ın məlumatına görə, Qubad İbadoğlu manatın kursunu sərbəst buraxmaq təklifini əsaslandırmaq üçün öncə Mərkəzi Bankın valyuta ehtiyatlarını və Dövlət Neft Fondunun hazırkı aktivlərini əvvəlki illərlə müqayisə edib. O bildirib ki, hazırda hökumətin qarşısında duran başlıca vəzifələrdən biri cəmi valyuta ehtiyatlarının ÜDM-də xüsusi çəkisinin azalmasına yol verməməkdir: “Ötən il yalnız Mərkəzi Bankın deyil, Dövlət Neft Fondunun, yəni bütövlükdə ölkənin strateji valyuta ehtiyatları azalıb. Ölkənin ən iri valyuta ehtiyatlarına malik Dövlət Neft Fondunun 2016-cı il yanvarın 1-nə olan aktivləri ötən ilin əvvəlinə nisbətən 9,5% azalaraq 37 milyard 104 milyon 100 min ABŞ dollarından 33 milyard 574 milyon 100 min dollara enib. Yəni 1 ildə aktivlər 3 milyard 530 milyon dollar azalıb və 2012-ci ildəki səviyyədən də aşağı düşüb. Mərkəzi Bankın valyuta ehtiyatları isə 2008-ci ildəki səviyyəyə düşüb. Bütövlükdə ölkənin strateji valyuta ehtiyatları 2016-cı il yanvarın 1-nə 38 milyard 6 milyon dollar təşkil edib ki, bu da 2011-ci ilin ortalarına olan vəziyyətə uyğundur”.

Ekspert hesab edir ki, hökumət valyuta ehtiyatlarının ümumi həcminin ÜDM-də xüsusi çəkisinin azalmasına yol verməmək üçün bir tərəfdən Mərkəzi Bankın valyuta ehtiyatlarını qorumalı, digər tərəfdən Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından gələn gəliri artırmalıdır: “Həm daxili, həm də xarici bazarın konyunkturasını nəzərə alsaq, hər iki qurum qarşısında çox mürəkkəb vəzifə dayanır. Manata təzyiqin artdığı indiki situasiyada Mərkəzi Bankın sözügedən vəzifəni yerinə yetirməsi inandırıcı görünmür. Çox güman ki, qurum indiki məzənnə siyasətini davam etdirsə, 3 aya, ən geci 6 aya Mərkəzi Bankın valyuta ehtiyatları bitəcək. Fonda gəlincə, iki ildir Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə etdiyi gəlir azalır. Ötən il bu fəaliyyətdən 335,6 milyon manat qazanc əldə edən qurumun gəlirləri illik 1 faiz təşkil edib. Fondun vəsaitlərinin idarə olunmasından əldə etdiyi gəlirlərin aktivlərdə xüsusi çəkisi 2013-cü ildə 1,34%, 2014-cü ildə isə 1,04% olub. Bu istiqamətdə ən yüksək göstəricilər 2007-ci (4,5%), 2008-ci (3,8%) , 2009-cu (3,29%) illərdə qeydə alınıb”.

Qubad İbadoğlunun sözlərinə görə, strateji valyuta ehtiyatlarını qorumağın yeganə yolu manatın məzənnəsinin bazar əsasında müəyyənləşməsidir: “Dünya maliyyə bazarlarında risklər artdığı üçün Dövlət Neft Fondu mühafizəkar sərmayə siyasəti yürüdür, daha az riskli və sabit gəlirli aktivlərə yatırım edir. Ona görə yaxın gələcəkdə də fondun vəsaitlərinin idarə olunmasından əldə etdiyi gəlirin artacağını proqnozlaşdırmağa dəyməz. Deməli, dövlətin strateji valyuta ehtiyatlarını qorumağın yeganə yolu manatın məzənnəsinin bazar iştirakçılarının tələb-təklifi əsasında sərbəst müəyyənləşməsidir. Əks halda manat yalnız Mərkəzi Bankın deyil, həm də Dövlət Neft Fondunun valyuta ehtiyatlarını yeyəcək”.

Valyuta bazarı nikbin açıqlamalara inanmır

02.03.2016



vuqar bayramov“Valyuta bazarımız Mərkəzi Bankın nikbin açıqlamalarına fərqli reaksiya verir və milli valyuta dəyər itirir”. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Vüqar Bayramov manatın son günlərdəki məzənnəsinə nəzər salaraq belə yazır: “Mərkəzi Bank sədrinin “manat xarici valyutalar qarşısında möhkəmlənir, növbəti devalvasiya barədə iddiaların heç bir əsası yoxdur” açıqlamasından ötən bütün günlərdə manatın dollara nisbətən dəyər itirməsi qeydə alınmağa başlayıb. Açıqlama verilən gün 1 dollar 1,5624 manat idisə, növbəti iş günü 1,5655 manata qalxdı. Martın ilk günləri də manat üçün uğurlu olmadı, milli valyutamız dəyər itirməkdə davam edir. Martın 1-də dollar 1,5687 manata təklif edilib. Bu gün isə kurs 1,5764 manatdır. İnkişaf etmiş ölkələrdə mərkəzi bankların pozitiv açıqlamalarından sonra milli valyutalar möhkəmlənir, bizdə əks proses baş verir.

Dolların son günlər dünya bazarında möhkəmlənməsi də manata təzyiqi artırıb. Son 1 həftədə dollar avroya nisbətən 4 faizə yaxın bahalaşıb. Dolların möhkəmlənməsi bivalyuta səbətinə malik Azərbaycanda milli valyutanın dəyər itirməsinə səbəb olur. Auksionlarda da dollara tələbin artması müşahidə edilir. Ötən həftə dollar tələbini ödəyə bilməyən və buna aydınlıq gətirməyən Mərkəzi Bank əslində manatın ucuzlaşmasına şərait yaratdı. Məhz həmin auksiondan (Hərrac yarımçıq yekunlaşdı) sonra manatın ucuzlaşması davam etməkdədir”.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov fevralın 26-da jurnalistlərə danışaraq Novruz bayramı ərəfəsində devalvasiya olacağı barədə yayılan şayiələrin əsassız olduğunu bildirib. Baş bankir son zamanlar Azərbaycan manatının xarici valyutalar qarşısında möhkəmləndiyini, ölkənin xarici ticarət balansı ilə bağlı vəziyyətin də inkişafa doğru getdiyini qeyd edib: “Üzən məzənnəyə keçiddən sonra manatın kursunda problem müşahidə olunmur. Bütün bunlar onu deməyə əsas verir ki, növbəti devalvasiya barədə iddiaların heç bir əsası yoxdur”.

Nəqliyyat, informasiya və rabitə müəssisələrində orta aylıq əməkhaqqı barədə məlumat

02.03.2016

dsk-yeni 1
Dövlət Statistika Komitəsi nəqliyyat, informasiya və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əməkhaqqı barədə məlumat yayıb. Transparency.az bildirir ki, rəsmi hesabata görə, 2015-ci ildə nəqliyyat müəssisələrində işləyən 73 min muzdlu işçinin 72,8 faizi dövlət, 27,2 faizi qeyri-dövlət müəssisələrində çalışıb.

2014-cü illə müqayisədə nəqliyyatçıların orta aylıq əməkhaqqı 6,1 faiz artaraq 571,4 manat olub. Bu göstərici dəniz nəqliyyatında 1032,7 manat, hava nəqliyyatında 819 manat, boru kəməri nəqliyyatında 727,2 manat, metro nəqliyyatında 601,8 manat, avtomobil nəqliyyatında 512,1 manat, dəmir yolu nəqliyyatında isə 258 manat olub.

Əməkhaqqı dəniz nəqliyyatında 33,9 faiz, hava nəqliyyatında 3,8 faiz, boru kəməri nəqliyyatında 3,1 faiz, avtomobil nəqliyyatında 1,7 faiz, dəmir yolu nəqliyyatında 0,4 faiz artıb, metro nəqliyyatında isə 1,9 faiz azalıb.

İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 26 min nəfər, bir işçinin orta aylıq əməkhaqqı isə 1,9 faiz artaraq 748,8 manat olub.

Neft Fondu 100 milyon dollar satdı, ümumi məbləğ 1 milyard 656 milyonu keçdi

02.03.2016



dnf 1

Martın 2-də Mərkəzi Bankın hərracı təşkil edilib. Dövlət Neft Fondu 100 milyon ABŞ dolları məbləğində vəsaiti hərraca çıxararaq 23 banka satıb. Xəbəri AZƏRTAC yayıb.

Transparency.az bildirir ki, bu il Dövlət Neft Fondu daha bir neçə hərrac təşkil edib, həmin hərraclarda 871 milyon 346 min ABŞ dolları məbləğində vəsait alınıb.

Hərraclarda Mərkəzi Bankın satdığı vəsaitin ümumi həcmi isə 685 milyon 488 min ABŞ dolları olub.

Hər iki qurum manatın kursunu sabit saxlamağa üst-üstə 1 milyard 656 milyon 834 min dollar xərcləyib.

Azərbaycanda minimum əməkhaqqı 67 dollardır. Bəs Avropada?

02.03.2016



maash shekil 1Azərbaycanda minimum əməkhaqqı 105 manat, 67 dollara yaxındır. Bu məbləğ Avropa İttifaqının ən zəif ölkəsi olan Bolqarıstandakı minimum əməkhaqqından 148 dollar azdır.

Transparency.az bildirir ki, 2015-ci ildə Avropa İttifaqı ölkələri arasında minimum əməkhaqqının ən yüksək göstəricisi Lüksemburqda qeydə alınıb: 2134 dollar.

Ötən il minimum əməkhaqqının məbləği üzrə ikinci yerdə Böyük Britaniya gəlib: 1529 dollar.

Niderland və Belçikada minimum əməkhaqqı 2015-ci ildə 1667 dollar olub.

Almaniya beşinci yerdə dayanıb: 1635 dollar.

Avropa İttifaqının qalan ölkələri 2015-ci ildə minimum əməkhaqqının məbləğinə görə belə sıralanıb:

İrlandiya – 1621 dollar

Fransa – 1618 dollar

Sloveniya – 878 dollar

İspaniya – 840 dollar

Malta – 780 dollar

Yunanıstan – 759 dollar

Portuqaliya – 653 dollar

Polşa – 455 dollar

Xorvatiya – 444 dollar

Estoniya – 432 dollar

Slovakiya – 421 dollar

Latviya – 399 dollar

Macarıstan – 382 dollar

Çexiya – 371 dollar

Litva – 360 dollar

Rumıniya – 260 dollar

Bolqarıstan – 215 dollar.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 467 manata yaxın, 297 dollardan bir qədər çox olub.


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin