İcra başçısı “Şöhrət” ordeni ilə təltif edilib
18.03.2016
Şuşanın icra başçısı, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov “Şöhrət” ordeni ilə təltif edilib. Prezidentin 17 mart sərəncamında təltif Bayram Səfərovun Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətləri ilə əsaslandırılıb.
Transparency.az bildirir ki, mart ayında Bayram Səfərovun 65 yaşı tamam olur. 1951-ci ildə Şuşada anadan olan Bayram Səfərov iqtisadçıdır. Şuşa Rayon İstehlak Cəmiyyətinin sədri, icra hakimiyyəti başçısının müavini vəzifələrində işləyib, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində çalışıb.
2009-cu il fevralın 27-dən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, həmin il iyunun 5-dən “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədridir.
Dostları ilə paylaş: |