Xəbər bülleteni №27


Siyasi məhbus siyahısı yenilənəcək



Yüklə 2,57 Mb.
səhifə22/77
tarix02.01.2022
ölçüsü2,57 Mb.
#2195
1   ...   18   19   20   21   22   23   24   25   ...   77

Siyasi məhbus siyahısı yenilənəcək


18.03.2016

Azərbaycanın bəzi hüquq müdafiəçiləri və ictimai fəallarının tərtib etdiyi siyasi məhbus siyahısı yenilənəcək. Transparency.az-ın əldə etdiyi məlumata görə, tərtibçilər Novruz tətilindən sonra siyahıya yenidən nəzər salacaqlar.

Son günlərədək siyahıda 93 nəfərin adı olub. Martın 17-də 1 nəfər məhkəmə qərarı ilə azadlığa çıxıb, martın 18-də isə 15 nəfər əfv sərəncamı əsasında həbsdən buraxılıb.

İndi siyahının jurnalistlər və bloqçular bölümündə 8 nəfərin adı qalır: Əbdül Əbilov, Nicat Əliyev, Xədicə İsmayıl, Seymur Həzi, Araz Quliyev, Tofiq Həsənov, Fərəc Kərimov, Rəşad Ramazanov.

Həmin bölümə adı salınmış Pərviz Həşimli, Hilal Məmmədov, Tofiq Yaqublu, Rauf Mirqədirov, Ömər Məmmədov azadlığa çıxıblar.

Hüquq müdafiəçilərindən 2 nəfər həbsdədir: Əliabbas Rüstəmov, İntiqam Əliyev.

Yenicə azadlığa buraxılmış Rəsul Cəfərov, Taleh Xasməmmədov, Anar Məmmədli həmin bölümdə yer alırdılar.

Siyahının gənc fəallar bölümündə adı olmuş Rəşadət Axundov, Məmməd Əzizov, Rəşad Həsənov azadlığa buraxılıblar.

İndi 1 gənc fəal – İlkin Rüstəmzadə siyasi məhbusdur.

Müxalif siyasətçilərdən 8 nəfərin adı siyasi məhbus siyahısındadır: İlqar Məmmədov, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Asif Yusifov, Qadir Xudabaxşıyev, Elvin Abdullayev, Zeynalabdin Bağırzadə, Nazim Mahmudov.

Bu bölüm üzrə Yadigar Sadıqov azadlığa çıxıb.

Adı siyasi məhbus siyahısının digər işlər bölümünə düşmüş şəxslərdən Nemət Pənahlı, Nicat Quliyev, Akif Muradverdiyev, Sirac Kərimli azadlığa buraxılıblar.

Digər işlər bölümündə keçmiş səhiyyə naziri Əli İnsanovun da var.

Siyasi məhbus siyahısının digər iki bölümü üzrə azadlığa çıxan olmayıb. İnanclı fəallar bölümündə 43 məhbusun adı yer alır. Onların arasında İslam Partiyasının lideri Mövsüm Səmədov, ilahiyyatçı Abgül Süleymanovun da adlarına rast gəlmək mümkündür. Ömürlüklər bölümündə keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinə görə məhkum olunmuş 3 nəfərin adı var: Elçin Əmiraslanov, Arif Kazımov, Səfa Poladov.

Transparency.az xatırladır ki, Avropa Şurası 2012-ci ildə siyasi məhbus anlayışının meyarlarını müəyyənləşdirib. Meyarlara görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır:

- saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və assosiasiya azadlığı pozulmaqla həyata keçirilibsə;

- saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə;

- həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə;

- vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin